Adams qraflığı (Vaşinqton) Haqqında Məlumat - Axtarış

Adams qraflığı (Vaşinqton) Haqqında Məlumat - Axtarış


Adams_qraflığı_(Vaşinqton) üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Adams qraflığı (Vaşinqton) sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Adams qraflığı (Vaşinqton) sözünə uyğun gələn mahnı axtar və yüklə


Adams qraflığı (Vaşinqton) sözünə uyğun gələn lazımlı linklərə bax


Adams qraflığı (Vaşinqton) sözünə uyğun gələn şəkillərə bax və yüklə


Adams qraflığı (Vaşinqton) sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaAdams qraflığı (Vaşinqton) sözünə uyğun gələn məqaləni oxu


Adams qraflığı (Vaşinqton) sözünə uyğun gələn xəbər axtar və oxu


Adams qraflığı (Vaşinqton) sözünə uyğun gələn kinoya bax və yüklə


Adams qraflığı (Vaşinqton) sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Adams qraflığı (Vaşinqton) sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Adams qraflığı (Vaşinqton) tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Adams qraflığı (Vaşinqton)

Adams (ing. Adams) - ABŞ-nin Vaşinqton ştatında qraflıq. 2010-cu il əhalinin siyahıyaalınma məlumatına görə əhalisi 18 728 nəfər olmuşdu.[1] Paytaxtı Ritsvil şəhəri, ən böyük şəhəri isə Otello şəhəridir. Qraflıq 28 noyabr 1883-cü ildə Vitmen qraflığının əsasında yaradılmışdır [2] və ABŞ-ən 2-ci prezidenti Con Adamsın şərəfinə adlandırılmışdır.

Adams qraflığı
Adams county
1941-ci ildə tikilmiş Adams qraflığı məhkəmə binası.
1941-ci ildə tikilmiş Adams qraflığı məhkəmə binası.

46°59′24″ şm. e. 118°33′36″ q. u.


Ölkə ABŞABŞ
Daxildir Vaşinqton ştatıVaşinqton
İnzibati mərkəz Ritsvil
Ən böyük şəhəri Otello
Tarixi və coğrafiyası
Yaradılıb 28 noyabr 1883
Sahəsi 4 999 km²
Saat qurşağı -8
Əhalisi
Əhalisi 19 179[1] nəfər (2014)
Əhalinin sıxlığı 40 nəfər/km²
Rəsmi sayt
Adams qraflığı xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Adams qraflığı Moziz Gölü-Otello Kombinə Olunmuş statistika ərazisi ilə birlikdə Otello Mikropolitan statistika ərazisinə daxildir.

Coğrafiyası redaktə

ABŞ Siyahıyaalma Bürosunun məlumatına əsasən qraflığın ümumi ərazisi 4 999 km² (4 986 km² quru, 13 km² su ərazisi olmaqla) təşkil edir.[3][4]

Əsas avtomagistralları redaktə

Qonşu qraflıqlar redaktə

Milli qoruq əraziləri redaktə

  • Kolumbiya Milli Təbiət Yasaqlığı (bir hissəsi)
  • Hanford Riç Milli Abidəsi (bir hissəsi)
  • Sədl Dağı Təbiət Yasaqlığı (bir hissəsi)

Əhalisi redaktə

İllərə görə əhali
İl Əhl.
18902.098
19004.8400%
191010.9200%
19209.6230%
19307.7190%
19406.2090%
19506.5840%
19609.9290%
197012.0140%
198013.2670%
199013.6030%
200016.4280%
201018.7280%
Təxm. 201419.179[5]0%
U.S. Decennial Census[6]
1790–1960[7] 1900–1990[8]
1990–2000[9] 2010–2014[1]

2010-cu il əhalinin siyahıyaalınması redaktə

2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına görə burada 18 728 nəfər əhali, 5 720 şəxsi təsərrüfat və 4 410 ailə vardı. Əhalinin sıxlığı 3.7 nəfər/km²-di. Burada 6 242 ev var və evlərin sıxlığı 1.2/km²-di. Əhalinin etnik tərkibini 62.5%-i Ağ amerikalılar, 0.6%-i Afroamerikalılar, 1.9%-i Hindilər, 0.7%-i Asiyalılar, 31.5%-i digər irqdən olanlar və 2.8%-i isə iki və daha artıq irqdən olanlar təşkil edirdi.

5 720 şəxsi təsərrüfatın 43.4%-ində özləri ilə yaşayan 18 yaşından kiçik uşaq olanlar, 58.7%-ində evli ailə, 11.8%-ində əri olmayan qadın, 6.6%-ində arvadı olmayan kişi, 22.9%-ində isə ailəsi olmayanlar vardı. Şəxsi təsərrüfatın 18.8%-ində tək bir şəxs və 8.7%-ində isə tək yaşayan 65 yaşdan böyük şəxs vardı. Hər şəxsi təsərrüfatda ortalama 3.25 nəfər, hər ailədə isə ortalama 3.71 nəfər vardı.

Qraflıq əhalisinin orta yaşı 29.0 idi. Əhalinin 34.8%-i 18 yaşdan kiçik, 10.1%-i 18-24 yaş arasında, 25.0%-i 25-44 yaş arasında, 19.9%-i 45-65 yaş arasında, 10.2%-i isə 65 yaşdan böyükdü. Hər 100 qadına 103.9 kişi, yaşı 18-dən böyük hər 100 qadına isə 101.5 kişi düşürdü.[10]

2000-ci il əhalinin siyahıyaalınması redaktə

2000-ci il əhalinin siyahıyaalınması məlumatlarına görə burada 16 428 nəfər əhali, 5 229 şəxsi təsərrüfat və 4 094 ailə vardı. Əhalinin sıxlığı 3.3 nəfər/km²-di. Burada 5 773 ev var və evlərin sıxlığı 1.1/km²-di. Əhalinin etnik tərkibini 64.96%-i Ağ amerikalılar, 0.28%-i Afroamerikalılar, 0.68%-i Hindilər, 0.60%-i Asiyalılar, 0.04%-ni Okeaniya adalarından olanlar, 30.69%-i digər irqdən olanlar və 2.75%-i isə iki və daha artıq irqdən olanlar təşkil edirdi.

5 229 şəxsi təsərrüfatın 44.0%-ində özləri ilə yaşayan 18 yaşından kiçik uşaq olanlar, 63.5%-ində evli ailə, 10.1%-ində əri olmayan qadın, 4.7%-ində arvadı olmayan kişi, 21.7%-ində isə ailəsi olmayanlar vardı. Şəxsi təsərrüfatın 18.7%-ində tək bir şəxs və 7.7%-ində isə tək yaşayan 65 yaşdan böyük şəxs vardı. Hər şəxsi təsərrüfatda ortalama 3.09 nəfər, hər ailədə isə ortalama 3.52 nəfər vardı.

Qraflıq əhalisinin orta yaşı 29.6 idi. Əhalinin 34.2%-i 18 yaşdan kiçik, 9.8%-i 18-24 yaş arasında, 26.3%-i 25-44 yaş arasında, 19.4%-i 45-65 yaş arasında, 10.4%-i isə 65 yaşdan böyükdü. Hər 100 qadına 100.0 kişi, yaşı 18-dən böyük hər 100 qadına isə 102.1 kişi düşürdü.

Hər şəxsi təsərrüfatın orta illik gəliri $33,888, hər ailənin orta illik gəliri isə $37,075 təşkil edir. Kişilərin orta illik gəliri $28,740, qadınların orta illik gəliri isə $21,597 olmuşdu. Qraflıqda adam başına düşən illik gəlir $13,534 olmuşdu. Ailələrin 13.6%-i, əhalinin isə 18.2%-inin gəliri yoxsulluq həddinin aşağısındadır, bunların isə 24.0%-ini 18 yaşdan kiçik olanlar, 8.9%-ini isə 65 yaşdan böyük olanlar təşkil edirdi.[10]

Siyasət redaktə

Adams qraflığı tarixən Respublikaçı olmuşdur. 1964-cü il ABŞ Prezident seçkilərində ştatda Barri Qolduoterin qazandığı üç qraflıqdan biri olmuşdu.[11] Linkoln qraflığı ilə birlikdə son 48 ildə Vaşinqton ştatında Demokratlar bu qraflıqda qələbə qazana biməmişdir. Bu qraflıqda ən axırıncı dəfə qalib olan Demokrat namizəd 1936-cı ildə Franklin Delano Ruzvelt olmuşdu.[12] Respublikaçıların namizədləri 1992-ci ilə qədər qraflıqda ən az 13% səs taplamış və Corc Uoker Buş hər iki seçkidə də 40%-dən artıq səs toplamışdı.[13][14][15]

Ştat seçkilərində də Respublikaçıların üstünlüyü özünü büruzə verir. Son on üç seçimdə Adams qraflığında heç bir Demokrat namizəd qələbə qazana bilməyib.[16] Qraflıqda son seçilən Demokrat senator Henri Martin Cekson olmuşdu.[17]

2008-ci il ABŞ Prezident seçkilərində Con Makkeyn qraflığın 66.32% səsini topladı. Qubernatorluğa namizəd Dino Rossi 69.83%, ABŞ Nümayəndələr Palatasına nümayəndəliyə namizəd Keti Makmorris Rodjers 82.45%, ştat katibliyinə namizəd Sam Rid 74.6%, ştat xəzinədarlığına namizəd Allan Martin 67.25%, baş prokurorluğa namizəd Rob Makena 76.28% səs taoplamışdı. Göstərilən bütün seçimləri Respublikaçılar qazanmışdı.[18]

Məhkəmə binası redaktə

1884-cü ildə qraflıq elan edildikdən sonra 1892-ci ilə qədər məhkəmə üçün bir bina kirayə götürüldü. 1891-ci ildə $20,000 məbləğındə vəsait ayrılaraq yeni binanın tikintisinə başlanıldı. Tikinti işləri 20 avqust, 1891-ci ildə tamamlandı. 1941-ci ildə isə yeni bina tikilərək istifadəyə verildi.

Yaşayış məntəqələri redaktə

Şəhərlər redaktə

Qəsəbələr redaktə

İstinadlar redaktə

  1. 1 2 3 "State & County QuickFacts" (ingilis). US Census Bureau. 2011-07-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr, 2015.
  2. "2010 Census Gazetteer Files" (TXT) (ingilis). US Census Bureau. 22 avqust, 2012. 2022-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr, 2015.
  3. "2015 U.S. Gazetteer Files" (TXT) (ingilis). US Census Bureau. 2021-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr, 2015.
  4. "Annual Estimates of the Resident Population for Incorporated Places: April 1, 2010 to July 1, 2014". May 23, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr, 2015.
  5. "U.S. Decennial Census". US Census Bureau. 2022-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr, 2015.
  6. "Historical Census Browser". University of Virginia Library. 2018-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr, 2015.
  7. "Population of Counties by Decennial Census: 1900 to 1990". US Census Bureau. 2019-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr, 2015.
  8. "Census 2000 PHC-T-4. Ranking Tables for Counties: 1990 and 2000" (PDF). US Census Bureau. 2017-01-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26 noyabr, 2015.
  9. 1 2 "American Fact Finder" (ingilis). US Census Bureau. 2015-01-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr, 2015.
  10. "David Leip's Presidential Atlas - Data Graphs" (ingilis). Dave Leip's Atlas of U.S. Presidential Elections. 2006-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr 2015.
  11. "Presidential election of 1936 - Map by counties" (ingilis). Geographie Electorale. 2017-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr, 2015.
  12. "President Map - Election Results" (ingilis). New York Times. 2013-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr, 2015.
  13. "David Leip's Presidential Atlas - Data Graphs" (ingilis). Dave Leip's Atlas of U.S. Presidential Elections. 2008-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr, 2015.
  14. "David Leip's Presidential Atlas - Data Graphs" (ingilis). Dave Leip's Atlas of U.S. Presidential Elections. 2006-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr, 2015.
  15. "Gubernatorial General Election Map Comparison - Washington" (ingilis). Dave Leip's Atlas of U.S. Presidential Elections. 2021-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr, 2015.
  16. "Senatorial General Election Map Comparison" (ingilis). Dave Leip's Atlas of U.S. Presidential Elections. 2018-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr, 2015.
  17. "Archived Elections" (ingilis). Adams County. 2015-12-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr, 2015.

Xarici keçidlər redaktə

Həmçinin bax redaktə


Saytda 98 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024