Ritsvil (Vaşinqton) Haqqında Məlumat - Axtarış

Ritsvil (Vaşinqton) Haqqında Məlumat - Axtarış


Ritsvil_(Vaşinqton) üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Ritsvil (Vaşinqton) sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Ritsvil (Vaşinqton) sözünə uyğun gələn mahnı axtar və yüklə


Ritsvil (Vaşinqton) sözünə uyğun gələn lazımlı linklərə bax


Ritsvil (Vaşinqton) sözünə uyğun gələn şəkillərə bax və yüklə


Ritsvil (Vaşinqton) sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaRitsvil (Vaşinqton) sözünə uyğun gələn məqaləni oxu


Ritsvil (Vaşinqton) sözünə uyğun gələn xəbər axtar və oxu


Ritsvil (Vaşinqton) sözünə uyğun gələn kinoya bax və yüklə


Ritsvil (Vaşinqton) sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Ritsvil (Vaşinqton) sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Ritsvil (Vaşinqton) tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Ritsvil (Vaşinqton)

Ritsvil (ing. Ritzville) — ABŞ-nin Vaşinqton ştatının Adams qraflığında şəhər. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən yaşayış məntəqəsinin əhalisi 1 673 nəfər olmuşdur.[3] Adams qraflığının paytaxtıdır.

Şəhər
Ritsvil
ing. Ritzville
47°07′39″ şm. e. 118°22′48″ q. u.
Ölkə  ABŞ
Ştat [[Vaşinqton]]
Qraflıq [[Adams]]
Tarixi və coğrafiyası
Əsası qoyulub 17 iyul, 1890
Sahəsi 4.4[1]
Mərkəzin hündürlüyü 554[2]
İqlimi Yarımsəhra
Saat qurşağı UTC−8 , yayda UTC−7
Əhalisi
Əhalisi 1 673 [3] nəfər (2010)
Sıxlığı 380.2 nəf./km²
Rəqəmsal identifikatorlar
Telefon kodu +1 509
Poçt indeksi 99169
Digər
ritzville-wa.us  (ing.)
Ritsvil xəritədə
Ritsvil
Ritsvil
Ritsvil xəritədə
Ritsvil
Ritsvil
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi redaktə

İndiki Ritsvil ərazinə yaxın yerdə məskunlaşan ilk şəxslərdən olan Flip Rits burada 1878-ci ildə gəlmişdi. 1880-ci ildə burya gələn Vilyam Makkey bir il sonra burda 8 otaqlı ilk binanı inşa etdi. O, bu binanı yaxınlıqda işləyən dəmiryolu fəhlələrinə icarəyə verirdi. Tezliklə Makkey ikinci binanı da tikərək burada dükkan açdı. 1881-ci ilin sonlarında isə dəmiryolu çəkilişi bitdi və The Northern Pacific Railway burada depo məqsədi ilə üçüncü binanı tikdi. 1882-ci ilin yazında artıq burada 50 nəfər əhali vardı. 1883-cü ildə 17 Volqa alman ailəsi Rusiyadan bura köçdü. Onların buranı seçməkdə əsas səbəbləri buranın torpağının münbit olması idi. 1882-ci ildə Ritsvildə böyük yanğın oldu. Yanğın nəticəsində otel, poçt məntəqəsi, dükkan və digər bəzi binalar yandı. Lakin qısa müddətdə kərpiç binalar tikildi. 1884-cü ildə Vitmen qraflığı əsasında Adams qraflığı yaradıldıqdan sonra Ritsvil yeni qraflığın paytaxtı oldu. Ritsvil 1888-ci ildə şəhər kimi qeydə alındı. Lakin 1889-cu ildə Vaşinqtonun ştat elan edilməsindən sonra 12 iyul 1890-cı ildə yenindən qeydə alındı. İlk mer R. J. Nirqard oldu. Həmin il məktəb binası tikilərək istifadəyə verildi. 1892-ci ildə yeni məhkəmə binası tikilərək istifadəyə verildi. 1894-cü ildə $20,000 xərc çəkilərək su infrastrukturu quruldu. 1900-cü il əhalinin siyahıyaalınması məlumatlarına əsasən burada artıq 761 nəfər əhali vardı. 2 dekabr 1901-ci ildə daha bir qrup Volqa almanı buraya gəldi. Müxtılif illərdə meydana gələn bir neçə yanğın səbəbindən 1901-ci ildə könüllü yanğından mühafizə briqadası yaradıldı. 1905-ci ildə məhkəmə binası rekonstruksiya edildi. 1907-ci ildə kitabxana fəaliyyətə başladı. Çiçəklənmə dövrü yaşayan Ritsvildə 1910-cu ildə 1 859, 1920-ci ildə 1900, 1930-cu ildə isə 1 777 nəfər əhali vardı. Bu dövrdə iqtisadiyyatın əsasını taxılçılıq təşkil edirdi. Burada bir çox dəyirman var idi. 1955-ci ildə burada müasir binalar tikildi. Hətta Olimpiya standartlarında böyük bir hovuz da tikilmişdi. 1960-ci ildə əhali sayına görə ən yüksək rəqəmə çatdı. Bundan sonra əhalinin azalması başlandı. 18 may, 1980-cı ildə Sent Helens dağında vulkan meydana gəldi. Bunun nəticəsində şəhərə böyük ziyan dəydi.[4]

Coğrafiyası redaktə

Ritsvil 47°07′39″ şm. e. 118°22′28″ q. u. (47.1275, -118.38) kordinatlarında, Spokandan 85 km cənub-qərbdə, 90-cı Ştatlararası Avtomagistral395-ci ABŞ Avtomagistralında yerləşir. Ümumi ərazisi 4.4 km² olub, tamamilə quru ərazisindən ibarətdir.[1]

İqlimi redaktə

Köppen iqlim təsnifatına əsasən Ritsvildə yarımsəhra iqlimi mövcuddur. Orta illik temperatur 9.2 °C-dir. Ən isti ay İyul (orta aylıq temperatur 21.3 °C), ən soyuq ay Yanvardır (orta aylıq temperatur -2.4 °C). Ən yüksək temperatur 44.4 °C (5 avqust, 1961-ci il tarixində), ən aşağı temperatur isə -31.1 °C (2 fevral, 1950-ci il tarixində ) olmuşdur. Orta illik yağıntı miqdarı 288 mm-dir.[5]


Ritsvilin iqlimi
Göstərici Yan Fev Mar Apr May İyn İyl Avq Sen Okt Noy Dek İl
Mütləq maksimum, °C 15,6 18,9 25,0 33,3 37,2 42,2 43,9 44,4 39,4 33,9 21,1 16,7 44,4
Maksimum orta, °C 1,2 5,0 10,6 16,1 21,1 25,5 30,9 30,1 24,8 17,1 7,2 2,0 15,9
Orta temperatur, °C −2,4 0,7 4,8 8,7 13,0 16,9 21,3 20,7 16,1 9,7 2,7 −1,4 9,2
Minimum orta, °C −6,1 −3,7 −1,1 1,3 4,9 8,4 11,6 11,2 7,4 2,4 −1,9 −4,9 2,4
Mütləq minimum, °C −30,6 −31,1 −17,8 −11,7 −5,6 −1,7 −0,6 0,0 −6,7 −15 −25,6 −29,4 −31,1
Yağıntı norması, mm 35 28 25 20 23 20 9 10 13 23 39 42 288
Mənbə: WeatherBase


Əhalisi redaktə

İllərə görə əhali
İl Əhl.
1900761
19101.8590%
19201.9000%
19301.7770%
19401.7480%
19502.1450%
19602.1730%
19701.8760%
19801.8000%
19901.7250%
20001.7360%
20101.6730%
Təxm. 20141.6710%
ABŞ onillik siyahıyaalma[6]
2014 Təxmini[7]

2010-cu il əhalinin siyahıyaalınması redaktə

2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına görə burada 1 673 nəfər əhali, 751 şəxsi təsərrüfat və 444 ailə vardı. Əhalinin sıxlığı 380.2 nəfər/km²-di. Burada 902 ev var və evlərin sıxlığı 204.9/km²-di. Əhalinin etnik tərkibini 94.5%-i Ağ amerikalılar, 0.1%-i Afroamerikalılar, 0.8%-i Hindilər, 0.5%-i Asiyalılar, 2.4%-i digər irqdən olanlar və 1.7%-i isə iki və daha artıq irqdən olanlar təşkil edirdi.

751 şəxsi təsərrüfatın 23.0%-ində özləri ilə yaşayan 18 yaşından kiçik uşaq olanlar, 46.1%-ində evli ailə, 8.7%-ində əri olmayan qadın, 4.4%-ində arvadı olmayan kişi, 40.9%-ində isə ailəsi olmayanlar vardı. Şəxsi təsərrüfatın 36.2%-ində tək bir şəxs və 18.0%-ində isə tək yaşayan 65 yaşdan böyük şəxs vardı. Hər şəxsi təsərrüfatda ortalama 2.15 nəfər, hər ailədə isə ortalama 2.75 nəfər vardı.

Şəhər əhalisinin orta yaşı 48.1 idi. Əhalinin 20.6%-i 18 yaşdan kiçik, 6.4%-i 18-24 yaş arasında, 19.2%-i 25-44 yaş arasında, 30.5%-i 45-65 yaş arasında, 23.3%-i isə 65 yaşdan böyükdü. Əhalinin 48.8%-i kişi, 51.2%-i qadındı.[3]

2000-ci il əhalinin siyahıyaalınması redaktə

2000-ci il əhalinin siyahıyaalınması məlumatlarına görə burada 1 736 nəfər əhali, 777 şəxsi təsərrüfat və 470 ailə vardı. Əhalinin sıxlığı 394.5 nəfər/km²-di. Burada 873 ev var və evlərin sıxlığı 198.4/km²-di. Əhalinin etnik tərkibini 95.79%-i Ağ amerikalılar, 0.35%-i Afroamerikalılar, 0.58%-i Hindilər, 0.58%-i Asiyalılar, 0.86%-i digər irqdən olanlar və 1.84%-i isə iki və daha artıq irqdən olanlar təşkil edirdi.

777 şəxsi təsərrüfatın 24.1%-ində özləri ilə yaşayan 18 yaşından kiçik uşaq olanlar, 48.5%-ində evli ailə, 8.9%-ində əri olmayan qadın, 3.2%-ində arvadı olmayan kişi, 39.4%-ində isə ailəsi olmayanlar vardı. Şəxsi təsərrüfatın 36.4%-ində tək bir şəxs və 17.6%-ində isə tək yaşayan 65 yaşdan böyük şəxs vardı. Hər şəxsi təsərrüfatda ortalama 2.15 nəfər, hər ailədə isə ortalama 2.75 nəfər vardı.

Şəhər əhalisinin orta yaşı 46.0 idi. Əhalinin 21.7%-i 18 yaşdan kiçik, 5.1%-i 18-24 yaş arasında, 21.8%-i 25-44 yaş arasında, 26.3%-i 45-65 yaş arasında, 25.1%-i isə 65 yaşdan böyükdü. Hər 100 qadına 93.5 kişi, yaşı 18-dən böyük hər 100 qadına isə 86.3 kişi düşürdü.

Hər şəxsi təsərrüfatın orta illik gəliri $32,560, hər ailənin orta illik gəliri isə $40,240 təşkil edirdi. Kişilərin orta illik gəliri $32,500, qadınların orta illik gəliri isə $21,083 olmuşdu. Şəhərdə adam başına düşən illik gəlir $18,308 olmuşdu. Ailələrin 8.4%-i, əhalinin isə 14.3%-inin gəliri yoxsulluq həddinin aşağısında idi, bunların isə 20.1%-ini 18 yaşdan kiçik olanlar, 8.6%-ini isə 65 yaşdan böyük olanlar təşkil edirdi.[3]

İstinadlar redaktə

  1. 1 2 "2015 U.S. Gazetteer Files" (TXT) (ingilis). US Census Bureau. 2021-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 noyabr, 2015.
  2. "U.S. Board on Geographic Names (BGN)" (ingilis). USGS. İstifadə tarixi: 27 noyabr, 2015.[ölü keçid]
  3. 1 2 3 4 "American Fact Finder" (ingilis). US Census Bureau. 2015-01-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 noyabr, 2015.
  4. "Ritzville, Washington Travel Weather Averages" (ingilis). WeatherBase. 2021-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 noyabr, 2015.
  5. United States Census Bureau. "Census of Population and Housing". February 28, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 28, 2013.
  6. "Annual Estimates of the Resident Population for Incorporated Places: April 1, 2010 to July 1, 2014". May 23, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 noyabr, 2015.

Xarici keçidlər redaktə


Saytda 136 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024