Bayram Mustafayev Haqqında Məlumat - Axtarış

Bayram Mustafayev Haqqında Məlumat - Axtarış


Bayram_Mustafayev üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Bayram Mustafayev sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Bayram Mustafayev sözünə uyğun gələn mahnı axtar və yüklə


Bayram Mustafayev sözünə uyğun gələn lazımlı linklərə bax


Bayram Mustafayev sözünə uyğun gələn şəkillərə bax və yüklə


Bayram Mustafayev sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaBayram Mustafayev sözünə uyğun gələn məqaləni oxu


Bayram Mustafayev sözünə uyğun gələn xəbər axtar və oxu


Bayram Mustafayev sözünə uyğun gələn kinoya bax və yüklə


Bayram Mustafayev sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Bayram Mustafayev sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Bayram Mustafayev tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Bayram Mustafayev

Azərbaycanın paralimpiya cüdoçusu

Bayram Bəxtiyar oğlu Mustafayev (23 may 1987; Bakı, Azərbaycan SSR) — Azərbaycanı təmsil edən cüdoçu. 2016-cı ildə XV Yay Paralimpiya Oyunlarında gümüş medala sahib olub.

Bayram Mustafayev
Bayram Mustafayev 2016-cı il Yay Paralimpiya Oyunlarında
Bayram Mustafayev 2016-cı il Yay Paralimpiya Oyunlarında
Şəxsi məlumatlar
Tam adı Bayram Bəxtiyar oğlu Mustafayev
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (36 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR
İdman növü Cüdo
Məşqçisi Bəxtiyar Mustafayev

Həyatı redaktə

Bayram Mustafayev 1987-ci il mayın 23-də Bakı şəhərində anadan olub. Şəxsi məşqçisi Bəxtiyar Mustafayevdir.

Karyerası redaktə

Bayram Mustafayev 2011-ci ildə Kroli şəhərində (Birləşmiş Krallıq), 2013-cü ildə isə Eger şəhərində (Macarıstan) baş tutan Avropa Çempionatlarının qalibi oldu.

Bayram Mustafayev 2012-ci ildə London şəhərində (Birləşmiş Krallıq) baş tutan XIV Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Paralimpiadanın birinci görüşündə Rusiya nümayəndəsi Vihtor Rudenhoya qalib gələn Bayram Mustafayev, 1/4 final mərhələsində Çin nümayəndəsi Xu Jaoya məğlub oldu və mübarizəni təsəlliverici qrupda davam elədi. Bu mərhələnin birinci görüşündə Bayram Mustafayev Əlcəzair nümayəndəsi Sid Ali Lamriya məğlub oldu və turniri yeddinci pillədə başa vurdu.

Bayram Mustafayev 2014-cü ildə Kolorado Sprinqs şəhərində (ABŞ) Dünya Çempionatının qızıl medalına sahib oldu.

2015-ci ildə Odivelaş şəhərində (Portuqaliya) baş tutan Avropa Çempionatında da qızıl medala sahib olan Bayram Mustafayev, üçüncü dəfə Avropa Çempionatının qalibi oldu.

Bayram Mustafayev 2016-cı ildə Rio-de-Janeyro şəhərində (Braziliya) baş tutan XV Yay Paralimpiya Oyunlarında mübarizə apardı. 1/4 final mərhələsində Braziliya nümayəndəsi Halison Oliveira Botoya qalib gələn Bayram Mustafayev, 1/2 final mərhələsində 1996-2004-cü illərdə ardıcıl üç dəfə Paralimpiya Oyunlarının qalibi olan Yaponiya nümayəndəsi Satoşi Fujimotonu ipponla məğlub elədi və Paralimpiadanın finalı görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Özbəkistan nümayəndəsi Uthircon Niqmatov oldu. Həmin görüşdə rəqibinə məğlub olan Bayram Mustafayev, XV Yay Paralimpiya Oyunlarının gümüş medalına sahib oldu.

Azərbaycan Prezidenti İlham Əliyevin 21 sentyabr 2016-cı il tarixli Sərəncamına əsasən XV Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Bayram Bəxtiyar oğlu Mustafayev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.[1]

Bayram Mustafayev 2017-ci ilin mayında IV İslam Həmrəyliyi Oyunlarında mübarizə apardı. Final görüşündə Elçin Talıbova məğlub olan Bayram Mustafayev, turniri gümüş medalla başa vurdu.

Bayram Mustafayev 2017-ci ildə Uolsoll şəhərində (Birləşmiş Krallıq), 2019-cu ildə isə Genuya şəhərində (İtaliya) baş tutan Avropa Çempionatlarının final görüşlərində məğlub oldu və gümüş medallara sahib oldu.

Bayram Mustafayev həmdə 2018-ci ildə Odivelaş şəhərində (Portuqaliya) Dünya Çempionatınında mübarizə apardı və turnirin qalibi oldu.

İstinadlar redaktə

  1. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Milli Paralimpiya Komandasının üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 21 sentyabr 2016-cı il tarixli Sərəncamı". www.azertag.az (az.)). 30.09.2022. Archived from the original on 2016-10-28. İstifadə tarixi: 30.09.2022.

Saytda 59 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024