Bidermayer Haqqında Məlumat - Axtarış

Bidermayer Haqqında Məlumat - Axtarış


Bidermayer üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Bidermayer sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Bidermayer sözünə uyğun gələn mahnı axtar və yüklə


Bidermayer sözünə uyğun gələn lazımlı linklərə bax


Bidermayer sözünə uyğun gələn şəkillərə bax və yüklə


Bidermayer sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaBidermayer sözünə uyğun gələn məqaləni oxu


Bidermayer sözünə uyğun gələn xəbər axtar və oxu


Bidermayer sözünə uyğun gələn kinoya bax və yüklə


Bidermayer sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Bidermayer sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Bidermayer tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Bidermayer (alm. Biedermaier, Biedermeier‎ ) — təqribən 1815-ci ildən 184849-cu illər burjua inqilabına qədərki dövrdə almandilli ölkələrin incəsənət və ədəbiyyatında üslub təmayüllərinin məcmusu.[1]

Polşada Xşanov muzeyində Bidermayer otağı

Tarixi redaktə

 
Avstriya kansleri Klemens Venzel von Metternix tərəfindən təmin edilmiş Beynəlxalq münasibətlər Vyana sistemi Bidermayer həssaslıqlarının yarandığı bir sülh dövrünə imkan verdi.

“Bidermayer ” adı 1850-ci illərdə L. Ayxrodt və A. Kusmaul tərəfindən uydurulmuş personajın – dardüşüncəli və özündənrazı şair-filister, “şvab məktəb müəllimi Qotlib Bidermayerin” soyadındandır. 1900-cı ildə “Bidermayer ” anlayışı rahat və əlverişli mebel, həmçinin dəb, memarlıq, tətbiqi sənət, sonralar isə 18151848-ci illər rəngkarlıq əsərləri üslubunu bildirmək üçün işlədilmişdir; 1920-ci illərin ikinci yarısında termin ədəbiyyata (alman alimi P. Kluk - xon və b. tərəfindən), 1970-ci illərdə isə (“Bidermayer epoxası” haqqında F. Zenqlenin əsərlərində) bütövlükdə həmin dövrün bütün mədəniyyətinə şamil olunurdu  Siyasi irtica və durğunluq, sosial dəyişikliklərlə bağlı ümidlərin puça çıxması və bunlarla əlaqədar olan, Napoleon əleyhinə azadlıq müharibələri dövründəki emosional yüksəlişi əvəzləyən məyusluq, melanxoliya, “dünya kədəri” Bidermayer əsərinin incəsənətədəbiyyatının əsas xüsusiyyətlərini müəyyən edirdi: məhdud özəl dairədə (ailə və ən yaxın dostlar) qalmaqla müasir ictimai problemlərdən təcrid olma, şəxsi hisslər dünyasına qapılma. Romantizmə xas yüksək amallar burada adi məişət səviyyəsinə enmişdi.[1]

İncəsənəti redaktə

Bidermayer incəsənətinin vəzifəsi insanın ətraf aləmlə münasibətlərini ahəngləşdirmək olmuşdur; onun ən parlaq əlaməti idillizm idi. Bidermayer təsviri sənətində (F.G. Valdmüller, F. Krüger, L. Rixter və b.) idillik məişət səhnələri üstünlük təşkil edirdi; digər süjetlər (məs., tarixi) çox vaxt kamera- məişət səpkisində işlənirdi. Tətbiqi sənət əsərləri (məs., Avstriyada Danhauzer ailəsinə mənsub sənətkarların düzəltdiyi mebel) sadə gözəllik idealını təcəssüm etdirdi; bu mənada müxtəlif dekorativ aksessuarlar və xırda fiqurlu şəkillərlə bəzədilmiş qonaq otaqlarında nümunə rolunu oynayırdı. Zaman keçdikcə belə düzgün harmoniya idealı universallaşmış,  təkcə bürger evləri üçün deyil, həmçinin sarayların yaşayış otaqları üçün də səciyyəvi olmuşdur.[1]

Ədəbiyyatı redaktə

Bidermayer ədəbiyyatı üslub müxtəlifliyi ilə seçilirdi. Son romantizm elementləri klassisizm formaları ilə, yenicə yaranan realizm Maarifçilik dövrünün üslubları ilə səsləşir. Poeziya sadəliyə, folklor ənənələrinə, idillik motivlərə (E. Mörik), silsiləliyə (V. Müllerin lirik silsilələri) meyil edirdi. Nəsr novella, nağıl, tarixi və sosial-məişət romanları (A. Ştifter, V. Aleksis) ilə, dramaturgiya tarixi dram (F. Qrilparser) və xalq komediyası ilə (F. Ray mund, Y.N. Nestroy) təmsil olunurdu. Ailəvi qiraət üçün məcmuə, almanax və jurnalların səhifələrini dolduran bayağı Bidermayer – sadəlövh filister belletristikası və poeziyası dövrün səciyyəvi hadisəsinə çevrilmişdi. 19-cu əsrin 1-ci yarısı – ortalarına aid bir sıra AlmaniyaAvstriya bəstəkarının (A. Lorsinq, F. fon Flotov və b.) yaradıcılığını da bəzən Bidermayerə aid edirlər. 1980-ci illərdə almandilli ölkələrdən kənarda da bəzi bədii əsərlərə “Bidermayer ” anlayışını şamil etmək meyli yaranmışdır.[1]

Qalereya redaktə

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. 1 2 3 4 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. səh. 24–25. ISBN 978-9952-441-03-1.

Xarici keçidlər redaktə


Saytda 221 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024