Həsənağa Turabov Haqqında Məlumat - Axtarış

Həsənağa Turabov Haqqında Məlumat - Axtarış


Həsənağa_Turabov üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Həsənağa Turabov sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Həsənağa Turabov sözünə uyğun gələn mahnı axtar və yüklə


Həsənağa Turabov sözünə uyğun gələn lazımlı linklərə bax


Həsənağa Turabov sözünə uyğun gələn şəkillərə bax və yüklə


Həsənağa Turabov sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaHəsənağa Turabov sözünə uyğun gələn məqaləni oxu


Həsənağa Turabov sözünə uyğun gələn xəbər axtar və oxu


Həsənağa Turabov sözünə uyğun gələn kinoya bax və yüklə


Həsənağa Turabov sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Həsənağa Turabov sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Həsənağa Turabov tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Həsənağa Turabov

Azərbaycanlı aktyor

Həsənağa Turabov (24 mart 1938[1], Bakı23 fevral 2003[2], Bakı) — Azərbaycan teatr və kino aktyoru və rejissoru, Azərbaycan SSR xalq artisti (1982), 2 dəfə Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972, 1986).

Həsənağa Turabov
Həsənağa Səttar oğlu Turabov
Digər adı Həsən Turabov
Doğum tarixi 24 mart 1938(1938-03-24)[1]
Doğum yeri
Vəfat tarixi 23 fevral 2003(2003-02-23)[2] (64 yaşında)
Vəfat yeri
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı
Uşaqları Daşqın Turabov
Yalçın Turabov
Sevinc Turabova[3]
Fəaliyyəti aktyor, rejissor, kinorejissor
Fəaliyyət illəri 1960–2001
Təhsili
Teatr Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1982 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1971 Azərbaycan SSR Dövlət mükafatı — 1972 Azərbaycan SSR Dövlət mükafatı — 1986
"Şöhrət" ordeni — 1998
IMDb ID0876833

Həyatı redaktə

Həsənağa Turabov 1938-ci ilin 24 mart tarixində Bakı şəhərində anadan olmuşdur. O, 31 nömrəli orta məktəbdə təhsil almışdır. Orta məktəbi bitirdikdən sonra Azərbaycan İncəsənət İnstitutuna daxil olmuş və 1960-cı ildə ali təhsilini aktyorluq ixtisası üzrə başa vurmuşdur. Elə həmin ildən etibarən Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyətə başlamış, ömrünün sonuna qədər bu teatrda çalışmışdır. 1987–2001-ci illər aralığında teatrın direktoru və bədii rəhbəri vəzifələrində işləmişdir. Onun rəhbərliyi dövründə teatr əsaslı təmir edilmiş, neçə-neçə klassik və müasir əsərlər səhnəyə qoyulmuşdur.

2003-cü ildə vəfat etmişdir.[4] "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.

Səhnə fəaliyyəti redaktə

Səhnə fəaliyyətinə başladığı ilk illərdən lirik-psixoloji üslubu ilə seçilib, Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş rolları ifa edib. Ağasadıq Gəraybəyli, İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı, Mehdi Məmmədov, Adil İsgəndərov və neçə-neçə başqa sənətkarlarla tərəf-müqabil olub. Səhnədə yaratdığı rollar arasında Vahid ("Kəndçi qızı"), Azər ("Yaxşı adam"), Hamlet ("Hamlet"), Lionel ("Orman qızı"), İsgəndər ("Ölülər") Xəyyam ("Xəyyam") xüsusilə seçilir.

Kino fəaliyyəti redaktə

Həsənağa Turabov bir sıra bədii filmlərdə, o cümlədən televiziya filmlərində maraqlı və yaddaqalan surətlər yaradıb.[5] "Yeddi oğul istərəm" filmindəki "Gəray bəy" obrazı onun ən yaddaqalan rollarındandır. Onun digər bir yaddaqalan rolu "Babək" filmində yaratdığı Afşin roludur. Həsən Turabovun "Axırıncı aşırım", "Çarvadarların izi ilə", "Ürək… Ürək…", "Sevinc buxtası", "Dantenin yubileyi", "Qəm pəncərəsi", "Bəyin oğurlanması" və başqa filmlərdəki rolları da öz ifa tərzilə seçilir. "Qanlı zəmi" filminin isə rejissoru şəxsən məhz sırf özü olmuşdur. Onun son çəkildiyi filmlər isə Rüstəm İbrahimbəyovla Ramiz Həsənoğlunun "Ailə" və Eldar Quliyevin "Nə gözəldir bu dünya…" filmləri olmuşdu.

Pedaqoji fəaliyyəti redaktə

Həsən Turabovun Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi pedaqoji fəaliyyəti də səmərəli olub. O, zəngin təcrübəsinə əsaslanaraq, gənclərin bu nəcib, eyni zamanda mürəkkəb sənətin incəliklərinə yiyələnməsi və Azərbaycan teatrının ənənələrini davam etdirə biləcək sənətkarların yetişdirilməsi işində əlindən gələni edib.

Təltif və mükafatları redaktə

Filmoqrafiya redaktə

Xatirəsi redaktə

6 mart 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Həsən Turabovun 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır[7].

Mənbə redaktə

  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 52.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.
  • Günel Mehri. ""Ağa" kəlməsi ona yaraşırdı". //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 24–26.

İstinadlar redaktə

  1. 1 2 https://oxu.az/society/710399.
  2. 1 2 https://portal.azertag.az/az/node/19927.
  3. "Həsənağa Turabovun övladları: "Həmin dəqiqə ürəyi dayanmışdı"". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-12.
  4. Teatr səhnəsinin ağayana sənətkarı: Bu gün Həsənağa Turabovun vəfatından altı il keçir //Üç nöqtə.- 2011.- 23 fevral.- S. 13.
  5. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
  6. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 07.09.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.10.2023.
  7. president.az. ""Həsən Turabovun 80 illik yubileyinin keçirilməsi haqqında" [[Azərbaycan Respublikası Prezidenti]]nin 6 mart 2018-ci il tarixli, 3755 nömrəli [[Sərəncam]]ı" (az.). e-qanun.az. 06.03.2018. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-30.

Xarici keçidlər redaktə


Saytda 131 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024