Meyci Konstitusiyası Haqqında Məlumat - Axtarış

Meyci Konstitusiyası Haqqında Məlumat - Axtarış


Meyci_Konstitusiyası üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Meyci Konstitusiyası sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Meyci Konstitusiyası sözünə uyğun gələn mahnı axtar və yüklə


Meyci Konstitusiyası sözünə uyğun gələn lazımlı linklərə bax


Meyci Konstitusiyası sözünə uyğun gələn şəkillərə bax və yüklə


Meyci Konstitusiyası sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaMeyci Konstitusiyası sözünə uyğun gələn məqaləni oxu


Meyci Konstitusiyası sözünə uyğun gələn xəbər axtar və oxu


Meyci Konstitusiyası sözünə uyğun gələn kinoya bax və yüklə


Meyci Konstitusiyası sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Meyci Konstitusiyası sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Meyci Konstitusiyası tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Meyci Konstitusiyası

Yapon İmperiya konstitusiyası (lat. 大日本帝國憲法) — tarixdə Meydzi konstutsiyası kimi tanınır - Yaponiyada 1889-1947-ci illərdə qüvvədə olmuş əsas qanun.[1]

Konstitusiyanın qəbulunu zəruri edən amillər redaktə

1871-1873-cü illərdə Yaponiyada həyata keçirilmiş burjua islahatları imperator hakimiyyətini möhkəmləndirmişdi. O, Avropasayağı təşkil edilmiş orduya arxalanaraq, öz imtiyazlarını qoruyub saxlamağa çalışan hərbi silkin - samurayların çıxışlarını yatırmışdı. Aqrar islahatdan razı qalmayan, qəzəblənmiş kəndlilərin üsyanı darmadağın edilmiş və şəhərlərdə istismarın güclənməsinə qarşı çıxan əhaliyə şiddətli cəza verilmişdi.

Burjuaziyanın siyasi hüquqlarının genişləndirilməsini və sənayenin inkişafını sürətləndirmək üçün tədbirlər görülməsini tələb edən burjua-liberal partiyalar da təqiblərə məruz qalırdılar. Ölkədə genişlənən "Xalq hüquqları uğrunda" kütləvi hərəkatı zəiflətməyə çalışan hökumət "İctimai asayişi mühafizə" haqqında qanun qəbul etdi; həmin qanun polisə hökumət əleyhinə çevrilmiş çıxışları amansızlıqla boğmaq imkanı verdi. Hökumət eyni zamanda müxtəlif titullar və vəzifələr paylamaqla müxalifət liderlərini ələ alırdı.

1889-cu il Konstitusiyası redaktə

 
Meydzi Konstitusiyasının qəbul edilməsi

Ölkədəki narazılığı aradan qaldırmaq və demokratik hərəkatın qarşısını almaq məqsədilə imperator 1889-cu ildə Yaponiyanın ilk konstitusiyası haqqında fərman verdi. Konstitusiyanın mətni 1889-cu il 11 fevralda dərc edildi. Konstitusiyanı qəbul etməklə imperator öz hakimiyyətini əbədiləşdirmək məqsədi güdürdü.

Konstitusiyada imperatorun şəxsiyyəti müqəddəs və toxunulmaz elan edilirdi.[2]. Konstitusiyaya görə geniş səlahiyyətlərə malik olan imperator ölkənin və xalqın taleyi üçün mühüm əhəmiyyətli bütün məsələlərin, o cümlədən müharibə elan etmək və sülh bağlamaq kimi məsələlərin həllində tam müstəqil idi. Parlamentin çağırılması və buraxılması, yüksək rütbəli məmurların işə qəbul olunması və işdən azad edilməsi də imperatorun səlahiyyətinə daxil idi. Konstitusiyaya görə, imperator ali baş komandan olmaqla bərabər həm də xarici dövlətlərlə bağlanılmış müqavilələr və sazişləri imzalayırdı. Parlamentin yuxarı palatasının tərkibi zadəganlardan və imperatorun təyin etdiyi şəxslərdən təşkil olunurdu. Aşağı palata isə seçki yolu ilə formalaşdırılırdı. Aşağı palataya seçmək hüququ yalnız yaşı 25-dən yuxarı olan kişilərə verilirdi. Yalnız 500 min nəfər seşki hüququ almışdı.

Parlament qanunvericiliklə yanaşı, büdcəni də təsdiq etməli idi. Parlamentin qəbul etdiyi qanunlar yalnız imperator tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minirdi.

Burjua-liberal partiyaları seçkilərdə parlamentin aşağı palatasında, bir qayda olaraq, çox yer alırdılar. Onların parlamentdə tənqidi çıxışları hökumət siyasətinin həyata keçirilməsini çətinləşdirirdi. Müxalifəti parçalamaq məqsədilə imperator hakim partiyaların nümayəndələrini hökumətin tərkibinə daxil etməyə çalışırdı. Artmaqda olan fəhlə hərəkatının, kəndli çıxışlarının və müharibə əleyhinə etirazların qarşısının alınması, habelə müstəmləkələrin işğalı və talan edilməsi liberallarla imperator əhatəsinin əməkdaşlığı əsasında həyata keçirilirdi.

Xarici keçidlər redaktə

İstinadlar redaktə

  1. "Meiji Constitution | 1889, Japan". Encyclopedia Britannica (ingilis). 2017-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-21.
  2. W. G. Beasley,The Rise of Modern Japan, p 80 ISBN 0-312-04077-6

Saytda 153 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024