Vikipediya:Kənd meydanı/Arxiv/Avqust/2021 Haqqında Məlumat - Axtarış

Vikipediya:Kənd meydanı/Arxiv/Avqust/2021 Haqqında Məlumat - Axtarış


Vikipediya:Kənd_meydanı/Arxiv/Avqust/2021 üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Vikipediya:Kənd meydanı/Arxiv/Avqust/2021 sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Vikipediya:Kənd meydanı/Arxiv/Avqust/2021 sözünə uyğun gələn mahnı axtar və yüklə


Vikipediya:Kənd meydanı/Arxiv/Avqust/2021 sözünə uyğun gələn lazımlı linklərə bax


Vikipediya:Kənd meydanı/Arxiv/Avqust/2021 sözünə uyğun gələn şəkillərə bax və yüklə


Vikipediya:Kənd meydanı/Arxiv/Avqust/2021 sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaVikipediya:Kənd meydanı/Arxiv/Avqust/2021 sözünə uyğun gələn məqaləni oxu


Vikipediya:Kənd meydanı/Arxiv/Avqust/2021 sözünə uyğun gələn xəbər axtar və oxu


Vikipediya:Kənd meydanı/Arxiv/Avqust/2021 sözünə uyğun gələn kinoya bax və yüklə


Vikipediya:Kənd meydanı/Arxiv/Avqust/2021 sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Vikipediya:Kənd meydanı/Arxiv/Avqust/2021 sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Vikipediya:Kənd meydanı/Arxiv/Avqust/2021 tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Vikipediya:Kənd meydanı/Arxiv/Avqust/2021

Bu mövzuda heç bir məlumatım olmadığı üçün burada soruşub kömək almaq qərarına gəldim. Azərbaycanda axırıncı siyahıyaalma nə vaxt keçirilib və məlumatları hardan əldə edə bilərəm? Ümumiyyətlə Azərbaycandakı yaşayış məntəqələrinin axırıncı siyahıyaalmadakı əhali sayını haradan öyrənə bilərəm? — Surə 🗯 06:06, 1 avqust 2021 (UTC)[cavabla]

Sura Shukurlu Salam. Bizdə 10 ildən bir olur siyahıya alma. Sonuncu 2019-da oldu. Amma rəsmi açıqlanmayıb. Hələ ki açıqlanan 2009-cu ildəkidir. - Dr.Wiki54 (müzakirə) 08:44, 1 avqust 2021 (UTC)[cavabla]
Dr.Wiki54, deyəsən keçirilmişdi axı 2019-cu ildə. Sadəcə "ev-ev gəlib sorğu" keçirmədilər. Ən azından bu haqda fərman var. Burada yazılana görə, siyahıyaalma olub, büdcə və işçilər də ayrılıb, lakin heç kəsin evinə gələn olmayıb. Özləri üçün bir şey yazıblar. --► Hörmətlə: SolaVirum 18:22, 1 avqust 2021 (UTC)[cavabla]
@İstifadəçi:Solavirum hə keçirilib, amma nəticələri açıqlanmayıb. Keçirilməsindən danışmayın 21-ci əsrdə elektron olmayan bir şəkildə edilməsi ayrı absurddur. - Dr.Wiki54 (müzakirə) 18:58, 1 avqust 2021 (UTC)[cavabla]
Mən də 2019 üçün olan məlumatları axtarmışdım, amma tapa bilməmişdim. Demək yenə 10 il əvvəlki məlumatları qeyd etmək məcburiyyətindəyik.)) — Surə 🗯 10:26, 2 avqust 2021 (UTC)[cavabla]
Hörmətli Sura Shukurlu, mümkün qədər önəmli və vikiyə aid olan mövzuları KM-də paylaşaq. — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 05:49, 3 avqust 2021 (UTC)[cavabla]
Eldarado anlayıram. Amma bu kimi sual və problemləri başqa haraya ünvanlaya bilərəm ki? — Surə 🗯 06:27, 3 avqust 2021 (UTC)[cavabla]
Sura Shukurlu, Google-a :) — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 06:32, 3 avqust 2021 (UTC)[cavabla]
Eldarado Azərbaycandakı yaşayış məntəqələrinə aid məqalələrə düzəlişlər etməyi planlayıram, ona görə soruşmuşdum. Google-da qeyd olunub ki, 2019-cu ildə səsvermə keçirilib. Amma nəticəni tapa bilmədim. Solavirum-un da qeyd etdiyi məlumata əsasən səsvermənin "adı var, amma özü yoxdur". Düşündüm ki, bəlkə vikidə istifadə edilən daha əhəmiyyətli mənbə tövsiyə edilər. — Surə 🗯 06:41, 3 avqust 2021 (UTC)[cavabla]

New Wikipedia Library collections and design update (August 2021) redaktə

Hello Wikimedians!

 
The TWL OWL says log in today!

The Wikipedia Library is pleased to announce the addition of new collections, alongside a new interface design. New collections include:

Additionally, De Gruyter and Nomos have been centralised from their previous on-wiki signup location on the German Wikipedia. Many other collections are freely available by simply logging in to The Wikipedia Library with your Wikimedia login!

We are also excited to announce that the first version of a new design for My Library was deployed this week. We will be iterating on this design with more features over the coming weeks. Read more on the project page on Meta.

Lastly, an Echo notification will begin rolling out soon to notify eligible editors about the library (T132084). If you can translate the notification please do so at TranslateWiki!

--The Wikipedia Library Team 13:23, 11 avqust 2021 (UTC)

This message was delivered via the Global Mass Message tool to The Wikipedia Library Global Delivery List.

Sual: hər iki idmançı Ukraynalıdır. Birin soyadının sonluğu orijinal Ukrayna kimi bitir, digəri Rusiya variantı kimi, Yəni Kindzerskaya formasında. Ukrayna vikisində də Kindzerska yazılıb. Məncə bizdə də Ukrayna variantı olmalıdır.— İrövşən (müzakirə) 10:07, 7 avqust 2021 (UTC)[cavabla]

Rövşən İşık, salam. Məqalə başlıqları şəxsi tövsiyə əsasında dəyişilmir, Azərbaycandilli mənbələrdə (rəsmi mənbələr daha üstün tutulur) hansı formada qeyd edilibsə, ondan istifadə olunur. Əksər mənbədə "Kindzerskaya" yazılır AZƏRTAC daxil olmaqla. Bundan fərqli olaraq, AZƏRTAC "Zaretska" yazır. --► Hörmətlə: SolaVirum 19:41, 8 avqust 2021 (UTC)[cavabla]

SNS üçün təlimat kitabçasının yaradılması redaktə

Salam. Bir çox ensiklopedik əhəmiyyətlilik qaydası qəbul edilsə də, SNS-də məqalələr hələ də ənənəvi yollar ilə namizəd edilir. Təklif edirəm SNS haqqında ümumi təlimat kitabçası qəbul edək və həmin təlimatdan qırağa çıxan məqalələr ya qəbul edilməsin, ya da namizəd edən istifadəçidən əsaslandırma tələb edilsin. — Turkmen müzakirə 12:56, 9 avqust 2021 (UTC)[cavabla]


Dr.Wiki54 məsələn, Stil kitabçası təlimatdır. Amma rəsmi formada cəmiyyət tərəfindən təsdiq olunduğu üçün onun şərtlərindən qırağa çıxmaq olmaz. Məndə Viki prinsiplərə uyğun olaraq təlimat kimi yaratmağı təklif edirəm. Belə ki, həmin təlimatdan qırağa çıxan məqalələr ya qəbul edilməsin, ya da namizəd edən istifadəçidən əsaslandırma tələb edilsin.— Turkmen müzakirə 11:35, 10 avqust 2021 (UTC)[cavabla]
@İstifadəçi:Turkmen bəy, bu şablonu tərcümə edəndə qayda və göstəriş olaraq tərcümə etmişdim, ona görə də elə yadımda qalıb. Belə başa düşdüm ki, təlimatı "guide" olaraq nəzərdə tutursunuz. Onda tam razıyam. SNS ilə bağlı bəzi qaydalara Vikipediya:Səhifə silmədə toxunulub. - Dr.Wiki54 (müzakirə) 11:39, 10 avqust 2021 (UTC)[cavabla]

Yenilikdə dəyişiklik redaktə

Salam. Son günlərdə vikipediyada belə bir yenilik olub. Məsələn yeni kateqoriya yaradanda Kateqoriya:2016-cı ildə Somalidə idman yaradılır yazılır. Bunu elə etmək olarmı ki, kateqoriyanın adından başqa "yaradılır" sözü kursivlə yazılsın. Çünki əsas adla fərqlənsə daha yaxşı olar. — Araz Yaquboglu (müzakirə) 09:51, 10 avqust 2021 (UTC)[cavabla]

@İstifadəçi:Araz Yaquboglu haqlısınız. Dəstəkləyirəm - Dr.Wiki54 (müzakirə) 10:32, 10 avqust 2021 (UTC)[cavabla]
Onu mən dəyişmişdim. Qurulur XXX yaxşı səslənmədiyi üçün. Toghrul R dəyişib artıq. Bir neçə günə görünməyə başlayar. NMW03 (müzakirə) 17:01, 10 avqust 2021 (UTC)[cavabla]

CopyPatrol alətinə Azərbaycanca Vikipediya dəstəyinin əlavə edilməsi redaktə

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Salamlar. CopyPatrol (CopyPatrol) məqalələrdəki müəlliflik hüququ pozuntularını müəyyən edib sıralayan və alətdən istifadə edən istifadəçilərin bu problemlərin həll etməsinə kömək edən bir alətdir. Hal-hazırda bu alətlə Vikipediyanın 6 dil bölməsində müəlliflik hüququ pozuntularını müəyyən etmək mümkündür. Düzdür, Vikidaxili alət olmadığı üçün istifadə edənlərin sayı az ola bilər, amma məncə bizim Vikipediya üçün də aktivləşdirilməsinin xeyri olacaq. Alətin bizim Vikipediya üçün aktivləşdirilməsi üçün Fabrikatorda müraciət yaratmaq lazımdır, amma bundan əvvəl vikiicmanın razılığını almaq mütləqdir. Xahiş edirəm ki, əgər alətin aktivləşdirilməsini dəstəkləyirsizsə, {{lehinə}}, deyilsizsə, {{əleyhinə}} şablonları ilə fikirlərinizi bildirəsiniz. Hörmətlə, — White Demツnyaz 17:50, 14 avqust 2021 (UTC)[cavabla]

+  Lehinə: - Dr.Wiki54 (müzakirə) 19:43, 14 avqust 2021 (UTC)[cavabla]
+  Lehinə:Surə 🗯 04:30, 15 avqust 2021 (UTC)[cavabla]
+  Lehinə:Burocan (müzakirə) 04:36, 15 avqust 2021 (UTC)[cavabla]
Metadakı CopyPatrol səhifəsində yazılıb: "If you would like your wiki to be added, please first make sure iThenticate supports your language." İngiliscə bilməyənlər üçün qısaca tərcümə edim. "Vikinizə əlavə etmək üçün ilk öncə iThenticate sizin dilinizi dəstəkləməlidir." iThenticate-nin saytında azərbaycanca yoxdur. Yəni dəstəkləmir. NMW03 (müzakirə) 05:02, 15 avqust 2021 (UTC)[cavabla]
Buna fikir verməmişdim heç. Çox heyif. Ümid edirəm ki, gələcəkdə Azərbaycan dili üçün də nəsə edərlər ki, biz də bu aləti işə sala bilək.— White Demツnyaz 06:21, 15 avqust 2021 (UTC)[cavabla]
+  Lehinə:Xeyal (müzakirə) 05:48, 15 avqust 2021 (UTC)[cavabla]

Texniki cəhətdən mümkün olmadığı aydın olduğu üçün müzakirəni davam etdirməyə ehtiyac qalmayıb.— White Demツnyaz 16:04, 15 avqust 2021 (UTC)[cavabla]

Yeni qayda əlavəsi ilə bağlı səsvermə redaktə

Salam. Buradan qoşula bilərsiniz. --► Hörmətlə: SolaVirum 19:37, 8 avqust 2021 (UTC)[cavabla]

İdarəçilərin və bürokratların seçilməsi qaydalarında dəyişikliklər redaktə

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Hər kəsə salam. Bəzi qaydalarda dəyişiklik edilməsi ilə bağlı təklifləri müzakirəyə çıxarmaq istəyirəm. Burada səsverməyə ehtiyac yoxdur. Əgər etiraz olmazsa 5 gün sonra səsverməyə çıxarılacaq.

Müzakirə müddəti: 11-16 Avqust, 2021-ci il.
1. İdarəçilərin və bürokratların seçilməsi qaydalarında Nəticələrin hesablanması bölməsinin 4-cü bəndindəki: Bürokrat statusunun alınması ilə bağlı səsvermədə etibarlı səslərin sayının ən azı 3/4-ü müsbət olduğu halda bürokratın statusu əlindən alınır. cümləsi, Bürokrat statusunun alınması ilə bağlı səsvermədə etibarlı səslərin sayının ən azı 2/3-si müsbət olduğu halda bürokratın statusu əlindən alınır. cümləsi ilə əvəz olunsun.
2. İdarəçilərin və bürokratların seçilməsi qaydalarında Nəticələrin hesablanması bölməsinə: Bitərəf səslər hesablanma zamanı qeydə alınmır. bəndi əlavə olunsun.
3. İdarəçilərin və bürokratların seçilməsi qaydalarında Səslərin hesablanması və nəticə bölməsinin: səsvermə başlayan tarixdən 30 gün əvvələ kimi redaktəsi olmayan, yaxud ciddi redaktələrinin sayı 200-dən az olan istifadəçilərin; bəndi, İdarəçi müzakirəsindəki səsvermə başlayan tarixdən 30 gün əvvələ kimi redaktəsi olmayan, yaxud ciddi redaktələrinin sayı 200-dən az olan istifadəçilərin; bəndi ilə əvəz olunsun.
4. İdarəçilərin və bürokratların seçilməsi qaydalarında Səslərin hesablanması və nəticə bölməsinin: Səsvermə o zaman baş tutmuş hesab olunur ki, etibarlı səslərin sayı 15-dən az olmasın. əlavəsi, Səsvermə o zaman baş tutmuş hesab olunur ki, etibarlı səslərin sayı 15-dən, lehinə səslərin sayı isə 10-dan az olmasın. əlavəsi ilə əvəz olunsun.
Müzakirə bitdikdən sonra etiraz olmazsa rəsmi qaydalara əlavə olunması üçün səsverməyə çıxarılacaq. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 09:03, 11 avqust 2021 (UTC)[cavabla]

Şərhlər redaktə

Təbii ki dəstəkləyirəm.— White Demツnyaz 12:30, 11 avqust 2021 (UTC)[cavabla]

Mən də dəstəkləyirəm. Amma belə bir şey var. İMZ-də yox, birbaşa VP:İ-də başlayan səsvermələr də olur səhv eləmirəmsə seçki olanda. Hüquqların alınması üçün İMZ-də başlayır birinci. Ona görə yaxşı olmaz mı ki bu nüansı qeyd edək? - Dr.Wiki54 (müzakirə) 12:37, 11 avqust 2021 (UTC)[cavabla]
Yaxşı düzəlişlərdi. Dr.Wiki54-nin dediyini də nəzərə almaq olar. — Araz Yaquboglu (müzakirə) 14:29, 11 avqust 2021 (UTC)[cavabla]
Tam razıyam. ən əsas da səsvermədə iştirak etmək üçün lazım olan redaktə müddəti şəffaflıq üçün faydalı olacaq. — Surə 🗯 15:42, 11 avqust 2021 (UTC)[cavabla]
Dr.Wiki54, haqlısınız, o zaman həmin bənd qalsın və bu bənd əlavə olunsun: İdarəçi və bürokrat hüquqlarının alınması zamanı isə İdarəçi müzakirəsindəki səsvermə başlayan tarixdən 30 gün əvvələ kimi redaktəsi olmayan, yaxud ciddi redaktələrinin sayı 200-dən az olan istifadəçilərin;eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 05:41, 12 avqust 2021 (UTC)[cavabla]
@Eldarado bəli, daha yaxşı çıxış yoludur. - Dr.Wiki54 (müzakirə) 06:12, 12 avqust 2021 (UTC)[cavabla]
Yaxşı fikirdir, səsvermələrin şəffaflaşdırılmasında ciddi addım olacaq məncə.— Turkmen müzakirə 20:59, 20 avqust 2021 (UTC).[cavabla]
Əlimdə olan bürokrat və idarəçilik statusularının alınması üçün gələcək zəmin hazırlanır. Sortilegus, fikir verin başa düşdülər ki, düzgün yolla bu prosesi icra edə bilməyəcəklər, ona görə də hesablanan nisbəti azaltmağa qərar verdilər. Birinci mövcud qaydalara dəyişiklik etməklə hadisələrin gedişatına nəzarət etməyə çalışırlar. Bu səfərdə alınmasa deyəcəklər ki, sadə səs çoxluğu əsasında idarəçilik hüquqlarının alınmasına icazə verilsin. Mən başa düşə bilmirəm ki, bir statusun kiminsə əlindən alınması niyə sizlər üçün bu qədər ümdə bir məsələdir. Bu prosesin arxasında da eyni isimlərin dayanması artıq ürək bulandırır.. — Baskervill (müzakirə) 18:10, 14 avqust 2021 (UTC)[cavabla]
Sizinlə nə əlaqəsi var ki? Təklifi elə ən birinci Eldarado edib, hansı ki, sizin səsvermədə sizin lehinizə səs vermişdi. Bu dəyişikliyin sizlə əlaqəsi yoxdur.— White Demツnyaz 19:14, 14 avqust 2021 (UTC)[cavabla]
Həqiqətən də gülməli haldasınız. NMW03 (müzakirə) 05:02, 15 avqust 2021 (UTC)[cavabla]
Salam Baskervill, sizinlə heç bir əlaqəsi yoxdur. NMW03, müzakirələrə daha nəzakətli formada yanaşın zəhmət olmasa bu ilk belə hal deyil. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 06:48, 16 avqust 2021 (UTC)[cavabla]
Eldarado, hansı cümləmdə nəzakətsizlik var? Baskervill bu boyda özbaşınalıq edir, istədiyi kimi davranır ona səsiniz çıxmır. Yapışmısız "şəxsi mübahisə" sözündən. İndidə bizi ona qarşı torba tikməklə ittiham edir. İdarəçi özü də çox yaxşı anlayır ki artıq cəmiyyət onun etdiklərindən bezib. Ona görə də səsverməyə həyatı boyunca səs verməmiş istifadəçiləri çağırır ki ona səs versinlər. Həmin istifadəçilərin yazdıqlarını oxumusuz? Baskervill filan şey edib, filan qədər il fəaliyyəti var, ona hörmətim var vs. Baxın görün sizdən başqa idarəçi Baskervillin xeyrinə səs verib? Yox. Sizin deyəsən VP:N qaydasından başqa heç bir qaydadan xəbəriniz yoxdur. Nə vaxt baxmışam hansısa mövzu üzrə müzakirə aparan istifadəçilərdən biri başqasına gözün üstə qaşın var deyən kimi əlaqəsiz maddələri göstərib ən azı 1 həftə bloklayırsınız. Çox güman ki bu müzakirədə də belə edəcəksiniz. Yetər artıq. Heç olmasa bir dəfə neytral davranın. NMW03 (müzakirə) 09:40, 16 avqust 2021 (UTC)[cavabla]
Baskervill indi də gedib əlaqəsiz maddə göstərərk Vahid Məmmədovu bloklayıb. Bu da şəxsi mübahisədir, buna niyə demirsiz eyni şeyi? NMW03 (müzakirə) 09:43, 16 avqust 2021 (UTC)[cavabla]
NMW03, zəhmət olmasa özünüzü ələ alın və yazdıqlarınıza fikir verin. Mən heç bir istifadəçi ilə bu tərzdə danışmamışam və buna görə də mənimlə bu tərzdə danışılmasını heç ama heç xoş qarşılamıram. Mənim vikipediya qaydalarından çox yaxşı xəbərim var buna görə narahatlıq hissi keçirtməyinizi qəbul edə bilmirəm. İdarəçilər arasında bloklamağa ən az meyilli olan idarəçilərdən biri də mənəm. Göstərin hansı bloklamanı səbəbsiz etmişəm. Göstərə bilmirsinizsə bu tərzə yazılar yazmayın. Gördüyüm qədəri ilə sizə kim irad tutur ona qarşı bu cür sərt və nəzakətsiz cavablar yazırsınız. Yazdığınız Həqiqətən də gülməli haldasınız. cümləsi necə nəzakətli cümlə ola bilər. Hətta heç kəsi tag etnədiyiniz üçün elə anladım ki, bunu müzakirədə iştirak edən hər kəsə ünvanlamısınız. Müzakirədə iştirak edən, Hörmətli White Demon, Dr.Wiki54, Araz Yaquboglu, Baskervill bizə ünvanlanan bu fikirə rica edirəm ki, siz də münasibət bildirəsiniz. Ola bilsin mən yanlış anlamışam. Son olaraq Vahid Məmmdov blokuna gəldikdə isə şəxsi münaqişə olsa da blok şəxsi zəmində deyil. Şəxsin yazdığı bu cümlə: "Çox amma çox uşaqca bir davranış sərgiləyirsiniz ... Sizin dərdiniz deyəsən Vikimedia fondunun şotuna ölkə-ölkə gəzib “sözdə” Azərbaycanı Vikimaniyalarda təmsil etməkdir yəqin bilirsiniz bunun üçün adi bir istifadəçi olmağınız da kifayətdir. Ola bilsin siz Vikimaniyalarda insanlara Bürokrat və İdarəçi olduğunuzu bildirməklə nüfuz qazanmaq istəyirsiniz yəqin buna görə iki əlli yapışmısınız idarəçilikdən ..." təbii ki, qaydalara ziddir. Hətta bunu idarəçi Solavirum-da həmin müzakirədə təsdiqlədi. Bundan əlavə istifadəçinin özü də bu cümlə ilə: Etdiyim qayda pozuntusunu dərk edir və istifadəçi səhifəmə gətiriləcək məhdudiyyətlərə qarşı heç bir etirazım yoxdur. bloklanacağının fərqində olduğunu qeyd etdi. Siz isə hələ də "buna niyə demirsiz eyni şeyi?" deyirsiniz. Ümid edirəm ki, kifayət qədər geniş açıqlama verə bildim. Bunu da qeyd edim ki, heç bir hal idarəçinin kobud rəftar etməsinə səbəb olmamalıdır. Mən artıq yorulmuşam sizin haqqınızda wikimedia.az-ın info mailinə gələn şikayətləri oxumaqdan. Mənə inanmırsızsa hörmətli Wertuose da bu barədə fikirlərini bildirə bilər. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 10:23, 16 avqust 2021 (UTC)[cavabla]
Həmin cümləni Baskervillin yazdıqlarının altından yazmışam və orda heç bir nəzakətsizlik yoxdur. Siz yaxşı olar ki yenə qarışıqlıq yaradıb yenə kimisə bloklamağa çalışmayasız. Bütün səsvermələrdə sonuna qədər qoruduğunuz Baskervill hələ də müzakirədə və səsvermədə ona verilən suallara cavab verməyib, ancaq böhtan atmaqla və ortalığı qarışdırmaqla məşğuldur. Hər iki müzakirədə də bunu gördük. Sizin dediyiniz kimi, bürokratların vəzifəsi idarəçilərin fəaliyətinə nəzarət etməkdir, elə deyil? NMW03 (müzakirə) 10:33, 16 avqust 2021 (UTC)[cavabla]
Həmçinin mənim etirazım Vahid Məmmədovun bloklanması ilə bağlı yox Vahidin Baskervill tərəfindən bloklanmasınadır. Burda da şəxsi mübahisə var, elə deyil Eldarado? NMW03 (müzakirə) 10:36, 16 avqust 2021 (UTC)[cavabla]
İdeal halda bloku üçüncü tərəf tətbiq etməlidir əslində. --► Hörmətlə: SolaVirum 10:50, 16 avqust 2021 (UTC)[cavabla]
Hörmətli @İstifadəçi:Eldarado işarələyərək cəlb etdiyiniz üçün təşəkkür edirəm. Vahid Məmmədov bloku məsələsində etirazım sadəcə 3-cü şəxs tərəfindən icra olunmalı olduğu halda belə olmamasınadır. Hörmətli @İstifadəçi:NMW03, sizi daha təmkinli olmağa dəvət edirəm. Həmçinin yaxşı olar ki, hislərinizi cilovlayasınız. O ki qaldı, şikayətlər mövzusuna, hörmətli @İstifadəçi:NMW03 ən aktiv idarəçilərdəndir. Məqalə silmə ilə aktiv məşğul olur, təbi ki qaydalara uyğun olaraq. Güman edirəm ki, sizə gələn şikayətlərin əksəriyyəti məqalə silinməsi ilə bağlıdır. Özünüz də bilirsiniz ki, ən azı 3 ay bundan əvvələ qədər azviki daha pis vəziyyətdə idi, 3 ayda yüzlərlə qaydalara uyğun olmayan məqalə silindi, bir çox yeni qaydalar qəbul olundu. Etirazların olması normaldır. Hansı ki, bəzən bu etirazlar şəxsi zəminə də daşınır. Ən axrıncı dəfə elə Baskervil və @İstifadəçi:NMW03 arasındakı mübahisəyə səbəb olan mövzuda olduğu kimi. Təbii ki etirazlar təhdid-təhqir formasına çevriləndə tərəflərin hisslərini cilovlaya bilməməsi normaldır. Amma idarəçi gərək bunlara riayət etsin. Əlavə olaraq, mənim bir istifadəçi olaraq @İstifadəçi:Baskervillə böyük hörmətim var. Amma son zamanlarda baş verən hadisələrə görə bir müddət idarəçi olmaması fikrini dəstəkləyirəm. Amma bu o demək deyil ki, Baskervill-in düşməniyəm. Hətta səsvermələrin nəticəsi də nə olursa olsun leqaldır. Qaydaların təkilləşməsi üçün açılan bu müzakirədə də ona görə lehinə səs vermişəm ki, azvikidəki qaydalar azca da olsa təkmilləşsin. Qəbul edək ki, azvikinin qaydalar və göstərişlər bölməsi hədddindən artıq bərbad vəziyyətdədir. Mən hər iki "cəbhəni" sakitləşməyə və məsələni sülhlə həll etməyə dəvət edirəm. - Dr.Wiki54 (müzakirə) 11:01, 16 avqust 2021 (UTC)[cavabla]
NMW03, yuxarıda qeyd etdim axı istifadəçi açıq şəkildə qaydaları pozub. Digər idarəçi də təsdiqləyib. Əgər blok səbəbi mübahisəli olsaydı təbii ki, müdaxilə olunmalı idi. Çox yaxşı olardı ki, özünə qarşı edilən qayda pozuntuları zamanı idarəçi özü bloklamasın və kimisə dəvət etsin. Bunun səbəbi isə mübahisəli məsələyə üçüncü tərəfin yanaşmasıdır. Lakin indiki halda açıq şəkildə bloklanmağa səbəb var və nə üçün uzadırsız məsələni anlamıram. Yuxarıda da bir kitab söz yazmışam hələ də deyirsiniz ki, orda heç bir nəzakətsizlik yoxdur. "Həqiqətən də gülməli haldasınız." ifadəsi sizcə qarşı tərəfi ələ salmaq və alçaltmaq mənasını daşımır? İdarəçi olaraq bunu bilməlisiz axı. Əgər nəzakətsiz ifadə deyilsə izin verərsiz kimsə sizə qarşı bu cümləni yazsın bura? — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 10:53, 16 avqust 2021 (UTC)[cavabla]
Salam Solavirum, təbii ki, sizinlə razıyam və mən də bunu hər zaman qeyd edirəm. Lakin blok səbəbi aydındırsa bu qədər uzatmağa ehtiyac var sizcə? Siz nə düşünürsünüz? Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 10:56, 16 avqust 2021 (UTC)[cavabla]
Bəli icazə verərdim. Həmin cümlə nəzakətsizlik ehtiva etmir. Tənqid ehtiva edir. Kimsə mənə elə birşey yazsa ilk öncə özündən səbəbini soruşardım daha sonra həmin tənqidə cavab verərdim. NMW03 (müzakirə) 10:58, 16 avqust 2021 (UTC)[cavabla]
Solavirum, bəz sizin fikrinizcə "Həqiqətən də gülməli haldasınız." cümləsi qaydalara ziddir ya yox? — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 12:02, 16 avqust 2021 (UTC)[cavabla]
Eldarado, qayda pozuntusudur. --► Hörmətlə: SolaVirum 09:27, 17 avqust 2021 (UTC)[cavabla]

Burda həm Baskervill, həm də NMW03 nəzakət qaydalarını pozub. Baskervill "Əsassız ittihamlar. Yəni, əsaslı şübhə yaradan sübut olmadan istifadəçini günahlandırmaq" bəndini, NMW03 isə "həqiqətən gülməli haldasız" sözləri ilə "İstehza, rişxənd, acılama, sancma, sataşma" bəndini pozub.— White Demツnyaz 15:18, 16 avqust 2021 (UTC)[cavabla]

Hə Y Qayda səsverməyə çıxarıldı. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 13:01, 24 avqust 2021 (UTC)[cavabla]

Tərcümələrdə standart redaktə

Salam. Bu mövzunu hərkəsin fikrini almaq üçün açıram. Vikidə Azərbaycan dilində bir çox sözün doğru tərcümə edilmədiyini gördüm. Bunların əksəriyyəti hamımızın hər gün gördüyü sözlərdir. Həmin sözlərin siyahısını aşağıda verəcəm. Həmçinin yazılmalı olan doğru tərcüməni də yanında qeyd edəcəm. Əlavə olaraq yeni bir sistemin tərcüməsində köməyə ehtiyacım var onun üçündə altbaşlıq açacam. Buna görə də hərkəsdən xahiş edirəm ki öz fikrini bildirsin.

Mövcud tərcümələr redaktə

  • Əsas redaktəMənbədən redaktə ingilis dilində edit source, yəni birbaşa kodu, vikimətni redaktə etmək mənasını verir. Ortada heç bir "əsas" yoxdur.
  • NizamlamalarParametrlər əksər əməliyyat sistemlərində və bir çox saytlarda nizamlamalar yox parametrlər istifadə olunur.
  • E-mailE-poçt Bir çox yerdə e-mail, email, e-məktub yazılıb. Təklif edirəm ki hamısını e-poçt olaraq dəyişək
  • Link → Bunla bağlı tövsiyəm yoxdur. Amma standart nə olmalıdır? Keçid yoxsa link?

Müzakirə redaktə

Yeni sistemlə bağlı tərcümələr redaktə

Yeni istifadəçilərə köməklə bağlı sistemdir. (Xüsusi:Homepage, phab:T287871, mediawiki.org-dakı səhifəsi).

  • Help desk → Nə ola bilər? Kömək masası?
  • Suggested edits → Tövsiyə edilən yoxsa təklif edilən?
  • Mentor and mentee → Mentor/Müəllim və şagird/tələbə?
  • Impact → Təsir? Redaktə etdiyiniz məqalələri neçə nəfərin oxuduğunu göstərən cədvəlin adıdır.
  • Views → Baxışlar yoxsa oxun(uş)(ma)lar? Məqalənin oxunma sayı ilə bağlıdır.
  • Tutorial → Təlimat? Dərs?
  • Copyediting → Qısaca məqalədəki leksik və qrammatik səhvləri düzəltmək deməkdir. Türkcədə "tashih"dir. Bizdə də var məncə belə bir söz.
  • Claim mentee → Mentorun/müəllimin şagirdi/tələbəni seçməsi deməkdir. Vikitəlimlərdə istifadə etmək faydalı ola bilər.— NMW03 (müzakirə) 13:42, 15 avqust 2021 (UTC)[cavabla]

Müzakirə redaktə

Kənd meydanı üçün yeni dizayn redaktə

Hörmətli həmkarlar, təklif edirəm ki, digər (en və tr) vikilərdə olduğu kimi azvikidədə Kənd meydanını müvafiq olar 4: "Təkliflər", "Texniki", "Qaydalar" və "Diqqətinizə" bölmələr bölək. Bu həm daha operativ olar, həm də əlçatımlı :) Fikirləriniz maraqlıdır. - Dr.Wiki54 (müzakirə) 15:41, 16 avqust 2021 (UTC)[cavabla]

Yox N Bizdə istifadəçi sayı nisbətən az olduğu üçün Kənd meydanında da dəhşət çox yazı olmur. Onsuz da bir çox istifadəçi Kənd meydanına az girir, əlavə 4 səhifə də açsaq, lap az baxan olacaq yazılara.— White Demツnyaz 15:57, 16 avqust 2021 (UTC)[cavabla]

Bizdə kənd meydanından hələ çox istifadəçinin xəbəri yoxdu. Bölmələri effekt verməz, fikrimcə. — Araz Yaquboglu (müzakirə) 05:14, 17 avqust 2021 (UTC)[cavabla]
Məncə də effektiv olmayacaq. Zatən aktivlik göz önündədir. Bir tək belə bir şey qeyd edim, Kənd meydanının Transliterasiya bölməsi mövcuddur ki, məncə aktiv istifadə edilsə çox effektiv bölmədir. Məsələn, mən özüm bir neçə dəfə bu mövzuda Kənd meydanının özünə sual ünvanlamışam, çünki düşünmüşəm ki, oraya qeyd etsəm belə heç kim fikir verməyəcək. Bundan əlavə daha fərqli bir şey təklif edirəm: kiçik bir şablon: məlumat paneli yaradaq və orada günlük olaraq gözdən keçirilməli olan məlumatları və ya xəbərdarlıqları yerləşdirək. Məsələn, həmin paneldə qeyd olunsun ki, məsələn filan səhifədə filan səsvermə keçirilir və ya müzakirə gedir. Həmin şablonu kənd meydanının başlığında yerləşdirək. Mən özümün şəxsən gün ərzində vikidə ən birinci daxil olduğum yer Kənd meydanı olur. Əlbəttə bu özü də nə qədrə effektiv olar bilmirəm. Çünki azviki gün ərazində 30-40 nəfərin sayəsində həyatda qalır.( — Surə 🗯 08:36, 17 avqust 2021 (UTC)[cavabla]
Təşəkkürlər şərhləriniz üçün @İstifadəçi:Araz Yaquboglu, @İstifadəçi:Sura Shukurlu, @İstifadəçi:White Demon, @İstifadəçi:Burocan! Bəzən KM-də normadan artıq müzakirə olur, bu səbəbdən bölmələrə bölmə təklifi etdim. Məsələn mən daha çox qaydalar və ümumi təklifləri izləyirəm. Bu səbəbdən mənim üçün daha əlverişli olardı, inanıram ki, başqa istifadəçilər üçün də. - Dr.Wiki54 (müzakirə) 08:57, 17 avqust 2021 (UTC)[cavabla]
Əvvəl bəzi əlavə bölmələr var idi, aktivlik yox idi deyə ləğv edildi. --► Hörmətlə: SolaVirum 09:48, 17 avqust 2021 (UTC)[cavabla]
@İstifadəçi:Solavirum bilmirdim. Ən azı 2 bölmə olsa, məsələn "texniki və qaydalar" və "ümumi", məncə daha yaxşı olardı. - Dr.Wiki54 (müzakirə) 09:52, 20 avqust 2021 (UTC)[cavabla]

Salam. Azvikidə işimizə yarayacaq iki ədəd bot üzərində çalışıram. Birincisi yeni istifadəçilərə {{Xg}} şablonunu yerləşdirmək üçündür. Bu həmdə VP:İA qaydası ilə bağlı yoxlanış etməyə də yaraya bilər. İkinci bot isə CommonsDelinkerin azviki versiyasıdır. Kateqoriya:Sistem tərəfindən oxuna bilən bir lisenziya sahib olmayan fayllar kateqoriyasında təmizləmə aparmaq lazımdır. Bu zaman bu bot çox işimizə yarayacaq. Bunla bağlı fikrinizi və tövsiyələrinizi eşitmək istəyərdim. NMW03 (müzakirə) 20:51, 19 avqust 2021 (UTC)[cavabla]

Dəstəkləyirəm. Şəkillər bölməsi bərbad vəziyyətdədir. xg isə əllə əlavə ediləndə vaxt aparır. - Dr.Wiki54 (müzakirə) 20:58, 19 avqust 2021 (UTC)[cavabla]
Botlar nə əsasında işləyəcək?— White Demツnyaz 20:59, 19 avqust 2021 (UTC)[cavabla]
Sualınızı anlamadım. NMW03 (müzakirə) 21:08, 19 avqust 2021 (UTC)[cavabla]
Yaxşı fikirdir.— Turkmen müzakirə 20:47, 20 avqust 2021 (UTC)[cavabla]

Kateqoriya ad fəzaları üçün qısaltma redaktə

Salam hörmətli həmkarlar. Commonsda kateqoriyalar üçün "Cat:" qısayolu var. Bizdə də məsələn "Vikipediya:" ad fəzasında olan məqalələr üçün müvafiq olaraq "VP:" qısaltması/qısayolu mövcuddur. Kateqoriyalarla işləməyi sevdiyim üçün bu mövzunun həlli əlverişli olardı. Təklif edirəm ki, Kateqoriya ad fəzaları üçün "Kat:" qısaldılmasından istifadə olunsun. Fikirləriniz maraqlıdır. - Dr.Wiki54 (müzakirə) 09:51, 20 avqust 2021 (UTC)[cavabla]

Həmçinin trvikidə istifadəçilər üçün "K:" qısaltması, şablonlar üçün də "Ş:" qısaltması var. Phab-da bu haqda müzakirə açmaq olar.— Turkmen müzakirə 11:24, 20 avqust 2021 (UTC)[cavabla]
Pis baxmıram. Kat qısaltması ola bilər. Turkmen, "K:" qısaltmasına isə düzgün baxmıram. Məsələn, "K: Memory of Red" adlı manqa var, mən onu yaratmaq istəsəm və ya axtarışa versəm, başlayacaq Kateqoriya ad fazasında axtarmağa. Təkcə bir hərfdən ibarət anime, seriallar az deyil.— White Demツnyaz 11:43, 20 avqust 2021 (UTC)[cavabla]
White Demon siz məni yanlış anladız. "K:" qısaltması TrViki üçündür. Açılışı "Kullanıcı" şəklindədir. Əgər biz o qısaltmaya getsək "İ:" (istifadəçi) şəklində gedə bilərik. Həmçinin qısa adlı məqalələri nəzərə alaraq qısaltmalardakı hərflərin sayını artırmaq da mümkündür.— Turkmen müzakirə 15:04, 20 avqust 2021 (UTC)[cavabla]
@İstifadəçi:Turkmen @İstifadəçi:White Demon şərhlər üçün təşəkkürlər. Amma tək hərfli qısaltma düzgün olmaz məncə də. - Dr.Wiki54 (müzakirə) 12:40, 20 avqust 2021 (UTC)[cavabla]

Salam. Kateqoriyalaşdırma qaydasını yazıb bitirmişəm demək olar ki. Böyük qismini EnVikidən tərcümə etsəm də, öz əlavələrim də az deyil. Həmçinin EnVikidəki bəzi şeylər bizdə olmadığı üçün və ingilis dilinin quruluşu bizim dildən fərqli olduğu üçün bəzi şeyləri tərcümə etməyə ehtiyac görməmişəm. İstəyirəm bir neçə gün sonra səsverməyə çıxarım. Xahiş edirəm ki, qaydaya nəzər yetirin, narazıçılığınız, təklifiniz varsa deyin ki, nəzərə alaq və müzakirə edək. Sonra problem yaranmasın. Əslində qaydalarda kateqoriyalaşdırma ilə bağlı dəhşət çox yenilik yoxdur.— White Demツnyaz 02:01, 21 avqust 2021 (UTC)[cavabla]

УКП - Обзор проекта руководства по обеспечению правоприменения redaktə

Привет,

Редакционный Комитет 2-го этапа Универсального Кодекса Поведения хочет получить мнения по проекту руководства по обеспечения правоприменения Универсального Кодекса Поведения (УКП). Период обзора начнется 17 августа 2021 года.

Сообщество и сотрудники Фонда сотрудничали в разработке проекта этого руководства на основе консультаций, обсуждений и исследований. Это руководство не является окончательным, но вы можете помочь продвинуть его вперед. Предоставьте отзывы и комментарии по руководству до 17 октября 2021 года. Комитет будет пересматривать руководство на основе вклада от сообщества.

Каждый может поделиться комментариями на разных местах. Посредники приветствуют комментарии на любом языке на странице обсуждения проекта или по электронной почте. Комментариями также можете поделиться на страницах обсуждений переводов, в ходе локальных дискуссий или во время круглых столов и во время встреч.

Запланированы прямые обсуждения проекта руководтсва по обеспечения правоприменения УКП:

Группа посредников, поддерживающая этот период обзора руководства, надеется охватить больше сообществ. Важно иметь общее понимание ситуации. Если вы не можете найти встречу в вашем сообществе, пожалуйста, организуйте обсуждение сами. Посредники могут помочь вам в организации встречи.

Все обсуждения будут обобщаться и будут представлены редакционному комитету, каждые две недели. Сводки будут опубликованы здесь.

Пожалуйста, дайте мне знать, если у вас возникнут какие-либо вопросы. — Mehman (WMF) (müzakirə) 19:42, 23 avqust 2021 (UTC)[cavabla]

Qeyri-aktiv botların hüquqları alındı. redaktə

Son iki il ərzində qeyri-aktiv olan 44 botun bot hüququ alındı. Hal hazırda 17 aktiv bot var. — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 12:46, 24 avqust 2021 (UTC)[cavabla]

Vikipediyada istifadəçilərin bir-birinə ulduz verməsini asanlaşdırmaq üçün mükafatlar səhifəsindən ayrıca Ulduzlar səhifəsini yaratmışam. Xeyli yeni ulduz əlavə etmişəm, bir neçəsini də əlavə etmək fikrindəyəm. Həm də ulduzları rahat vermək üçün istifadə olunmalı olan kodu hər ulduzun qabağında vermişəm. Düşünürəm ki, belə olan halda istifadəçilər bir-birinə ulduz verəndə daha rahat hiss edəcək və müxtəliflikdən yararlana biləcəklər. Hörmətlə, — White Demツnyaz 11:24, 25 avqust 2021 (UTC)[cavabla]

White Demon yeni ulduzları bu alətə də əlavə edə bilərsinizmi? — Surə 🗯 11:52, 25 avqust 2021 (UTC)[cavabla]
Onun üçün Fabrikatora müraciət etmək lazımdır deyəsən, vikicəmiyyətin razılığı ilə. Elə də məsləhətli deyil, çünki çox ulduz var, hər dəfə əlavə etmək üçün ora müraciət etmək yorucu olacaq. Ən vacibləri sıralanıb sadəcə. Ola bilər ki, şəxsi .js səhifənizdə bəzi əlavələr edərək sizin üçün fərqli görünməsinə nail ola bilərsiz, amma kodlaşdırma biliyim çatmır necəsini açıqlamaq üçün.— White Demツnyaz 12:04, 25 avqust 2021 (UTC)[cavabla]
MediaWiki:WikiLove.js-də yaradıla bilər. Bunu oxuyun NMW03 (müzakirə) 13:25, 26 avqust 2021 (UTC)[cavabla]
Bir dəqiqə, yadıma düşdü. Deyəsən bu səhifədən konfiqurasiya edirdik. Mən 5 il əvvəl VikiRəğbət üstündə işləyirdim deyə, unutmuşdum.— White Demツnyaz 13:44, 26 avqust 2021 (UTC)[cavabla]
Onsuz da interfeys idarəçisi olmadığım üçün səhifəni redaktə edə bilmirəm. Amma məncə indiki halı sadədir və həddən çox ulduz əlavə etmək qarışıq edəcək.— White Demツnyaz 13:46, 26 avqust 2021 (UTC)[cavabla]

Şablon redaktə

Salam. bu şablonu kimsə azvikidə yarada bilərmi? --Advellerd 13:22, 26 avqust 2021 (UTC)[cavabla]

2021-ci ilin Qəyyumlar Şurasına seçkilər üçün səsvermə başladı redaktə

Salamlar,

2021-ci ilin Qəyyumlar Şurasına seçkilər üçün səsvermə başladı. Seçkilərdə 19 namizəd iştirak edir.

Vikimedia Fondunun Qəyyumlar Şurası, fondun işinə nəzarət edir.

Bu seçkilərdə Vikimedia hərəkatı və icmaları Qəyyumlara səs verə bilər. Səs verərək, siz önümüzdəki bir neçə il ərzində bütün hərəkatın ehtiyaclarını ən yaxşı şəkildə qarşılamaq üçün lazım olan keyfiyyətlərə sahib olan şəxsləri müəyyənləşdirməyə kömək edəcəksiniz. Qəyyumlar Şurasına ən çox səs toplayan dörd namizəd seçiləcək. Qəyyumlar Şurası haqqında daha çox məlumat bu video ilə əldə edə bilərsiniz.

Səs vermə 31 avqusta qədər dəvam edəcək.

Səsvermə tələbləriqaydaları haqqında daha çox məlumat əldə edin.

Azərbaycanca Vikipediyası olaraq bu seçkilərdə daha fəal olun!

Vikimediya Fondunun Seçki Komitəsi adına, — Mehman (WMF) (müzakirə) 20:53, 23 avqust 2021 (UTC)[cavabla]

Yeni istifadəçilərə mentorluq redaktə

Vikipediyaya yeni mentorluq funksiyası əlavə olunub. Artıq hər istifadəçinin Xüsusi:Homepage adlı səhifəsi var. Bu səhifə əsasən yeni istifadəçilərə yararlı olacaq çünki yeni qeydiyyatdan keçən istifadəçilərə avtomatik mentor təyin edilir. İstifadəçi mentoruna suallar verə bilir (mentoru cavab verdikdə ona bildiriş gedir). Siz də mentorluq etmək istəyirsinizsə Vikipediya:Mentorların siyahısı səhifəsinə öz adınızı əlavə edə bilərsiniz. NMW03 (müzakirə) 21:27, 26 avqust 2021 (UTC)[cavabla]

@NMW03 gözəl təşəbbüsdür, təşəkkürlər - Dr.Wiki54 (müzakirə) 22:01, 26 avqust 2021 (UTC)[cavabla]
NMW03 Əla sistemdir. Amma belə bir sualım olacaqdı. Deyəsən ana səhifənin görünməsi nizamlamalarda susmaya görə bağlıdır. Yəni yeni istifadəçi ana səhifəni görmək üçün nizamlamalar bölməsindən bunu açmalıdır. Yeni bir istifadəçi olsa idim nəyin ki bu funksiyanı açmaq, heç nizamlamaların nə olduğunu və harada yerləşdiyini belə bilməzdim. Plus, bu səhifənin daha çox gözə batması, yəni yeni istifadəçilərin qeydiyyatdan keçər-keçməz görməsi üçün bunu yuxarıdakı panelə əlavə etmək mümkündürmü? Hardakı istifadəçi, müzakirə və qaralama səhifəmizin keçidi verilib? — Surə 🗯 05:15, 27 avqust 2021 (UTC)[cavabla]
Phabricatorda bununla bağlı task var. Mən bilən hamısı defolt parametr olacaq. İstəsəniz həmin taskda soruşa bilərsiniz. NMW03 (müzakirə) 12:08, 27 avqust 2021 (UTC)[cavabla]
Maraqlı yenilikdir. Sadəcə nəyə əsasən mentorlar seçilir? Mən daxil oldum mənim üçün avtomatik mentor təyin olundu :) Hənim istifadəçi isə mentorluğa müraciət etməyib. — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 13:28, 27 avqust 2021 (UTC)[cavabla]
Hansı istifadəçi Eldarado? NMW03 (müzakirə) 13:44, 27 avqust 2021 (UTC)[cavabla]
NMW03, Advellerd-di məndə. — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 13:47, 27 avqust 2021 (UTC)[cavabla]
Eldarado, Advellerdin adı mentorların siyahısında var. NMW03 (müzakirə) 15:51, 27 avqust 2021 (UTC)[cavabla]
Çox yaxşı sistemdir, amma yeni istifadəçilər üçün əlçatan olmalıdır bu. Ya interfeysdə olmalıdır, ya da bildiriş gəlməlidir, ya da Xoş gəlmisiniz şablonuna böyük şriftlə (və ya qalın) yazılmalıdır. Yoxsa effektivliyi olmayacaq.— White Demツnyaz 14:20, 27 avqust 2021 (UTC)[cavabla]
Əslində belə baxanda yeni istifadəçilər üçün default olması bəs edərdi elə. İstifadəçi səhifələrinə girəndə bunu görəcəklər.— White Demツnyaz 14:24, 27 avqust 2021 (UTC)[cavabla]
White Demon, mən bilən default olacaq. Burdan baxa bilərsiniz NMW03 (müzakirə) 15:55, 27 avqust 2021 (UTC)[cavabla]
Gözəl təşəbbüsdür, amma [[User:İstifadəçi adınız]] bu hissəni {{u|İstifadəçi adınız}} ilə əvəz etmək olar. Vizual olaraq səliqəli görsənir siyahıda. — Xeyal (müzakirə) 16:21, 27 avqust 2021 (UTC)[cavabla]

Vikidata və Azərbaycan Sovet Ensiklopediyası redaktə

Bir şeyə fikir vermişəm. Vikiverilənlərdəki elementlərin çoxunda "described by source" qismində Erməni Sovet Ensiklopediyası göstərilib (məsələn, burada; ASE-ni mən əlavə elədim). Bunun nümunəsi minlərlədir və bunu 5-6 ildir davamlı bir erməni yuzer edir. Azərbaycan Sovet Ensiklopediyasının (ASE) elektron formatı var internetdə, bir neçə həftədir oradan istifadə edirəm Vikipediyada. 170-dən çox məqaləni oradan manual olaraq köçürmüşəm, sadəcə problem odur ki, Vikiverilənlər məsələsinə indi nəzər yetirmişəm. Mən 10-15 dənə elementə əlavə etdim ASE-ni (fəaliyyət qismində daha yaxından baxa bilərsiniz), amma burada minlərlə məqalə var ki, əlavə etmək yaxşı olardı. İstəyən olsa, boş vaxtında kömək olar mənə. --► Hörmətlə: SolaVirum 21:19, 27 avqust 2021 (UTC)[cavabla]

Solavirum vikiverilənlərdə redaktələr edirəm, hər zaman. Çalışacam ki, mən də kömək olum. — Araz Yaquboglu (müzakirə) 05:10, 28 avqust 2021 (UTC)[cavabla]
Burada etdim, bax gör düz etmişəmsə davam edərəm. — Araz Yaquboglu (müzakirə) 05:15, 28 avqust 2021 (UTC)[cavabla]
Araz Yaquboglu, təşəkkürlər. Səhifəni də əlavə etmək yaxşı olardı. "Page(s)" yazaraq edilir. Nümunə kimi bu editi göstərə bilərəm. --► Hörmətlə: SolaVirum 12:31, 28 avqust 2021 (UTC)[cavabla]
Salam. Rus dilində Азербайджанская советская энциклопедия şablonu var, ASE-nin istinad edilən səhifəsini açır. Bir səhv vardı, onu da mən özüm düzəltdim. Bu rus dilindən çox Azərbaycan dili üçün faydalıdır. Amma başa düşə bilmirəm ki, niyə həmin şablondan burada istifadə edilmir? Rus dilində mən AME üçün də şablon hazırlamışam. İmkanınız və vaxtınız olanda bir baxın: ru:Шаблон:АНЭ. Abraxanov (müzakirə) 18:25, 28 avqust 2021 (UTC)[cavabla]
Toghrul R, siz belə şeylərlə maraqlanırsınız. --► Hörmətlə: SolaVirum 18:50, 28 avqust 2021 (UTC)[cavabla]

Qaydalarla bağlı dəyişiklik. redaktə

İdarəçilərin və bürokratların seçilməsi qaydaları qaydalarında ediləcək dəyişiklik ilə bağlı səsvermə davam edir. Önəmli qayda olduğu üçün hər birinizi səsvernəyə nəzər yetirməyə dəvət edirəm. — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 07:14, 30 avqust 2021 (UTC)[cavabla]


Saytda 124 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024