Vikipediya:Kənd meydanı/Arxiv/Mart/2020 Haqqında Məlumat - Axtarış

Vikipediya:Kənd meydanı/Arxiv/Mart/2020 Haqqında Məlumat - Axtarış


Vikipediya:Kənd_meydanı/Arxiv/Mart/2020 üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Vikipediya:Kənd meydanı/Arxiv/Mart/2020 sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Vikipediya:Kənd meydanı/Arxiv/Mart/2020 sözünə uyğun gələn mahnı axtar və yüklə


Vikipediya:Kənd meydanı/Arxiv/Mart/2020 sözünə uyğun gələn lazımlı linklərə bax


Vikipediya:Kənd meydanı/Arxiv/Mart/2020 sözünə uyğun gələn şəkillərə bax və yüklə


Vikipediya:Kənd meydanı/Arxiv/Mart/2020 sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaVikipediya:Kənd meydanı/Arxiv/Mart/2020 sözünə uyğun gələn məqaləni oxu


Vikipediya:Kənd meydanı/Arxiv/Mart/2020 sözünə uyğun gələn xəbər axtar və oxu


Vikipediya:Kənd meydanı/Arxiv/Mart/2020 sözünə uyğun gələn kinoya bax və yüklə


Vikipediya:Kənd meydanı/Arxiv/Mart/2020 sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Vikipediya:Kənd meydanı/Arxiv/Mart/2020 sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Vikipediya:Kənd meydanı/Arxiv/Mart/2020 tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Vikipediya:Kənd meydanı/Arxiv/Mart/2020

DVTY şablonu

Son zamanlar DVTY şablonu çox istifadə olunur amma mən bu şablonu heç vaxt sevməmişəm. Məsələn, əgər o vaxt şəhərin adı Leninqrad olubsa, DVTY onu Sankt-Peterburq kimi yazır. Bu isə məqalədə saxta məlumatdır. Ona görə bu şablonu ləğv etmək lazımdır. Nə deyirsiz?--Azerifactory (müzakirə) 19:26, 5 mart 2020 (UTC)

Elə deyil. O şəhərin vikidatasında qeyd edilibsə ki hansı tarixdən hansı tarixə adı nə olub onu da göstərir. Məsələn Qəbələ rayonunu DVTY şablonu SSRİ dönəmini Qutqaşen rayonu göstərir. --Araz Yaquboglu (müzakirə) 10:31, 6 mart 2020 (UTC)
Şablonu ləğv etmək lazım deyil. Sadəcə vikiverilənlərdəki məlumatları yeniləmək lazımdır. --► Hörmətlə: SolaVirum 19:45, 6 mart 2020 (UTC)
@Azerifactory, p1448 (rəsmi adı) parametrindən istifadə etməklə hansı dövrdə adı necə olubsa, əlavə edə bilərsiniz. Azərbaycanla bağlı bütün şəhər/rayonları mən əlavə etmişəm, siz də xarici ölkələr üçün edə bilərsiniz. — Toghrul Rahimli • M/F 15:11, 8 mart 2020 (UTC)


Bəzi defis işarələrinin tire ilə əvəzlənməsi

Salam, hörmətli həmkarlar. Vikipediyadakı imzalarda və brazuerlərdə görünən səhifə başlıqlarında kiçik dəyişiklik etməyi təklif edirəm. İlk öncə brauzer pəncərəsində görünən defis işarəsini (nümunə: Bakı - Vikipediya) tire işarəsi ilə (nümunə: Bakı — Vikipediya) əvəz etməyin düzgün olacağını hesab edirəm. Buna səbəb Azərbaycan dilinin normalarıdır. Digər bir təklif isə imzaların sonundakı qoşa defis işarəsinin sadəcə bir tire ilə əvəzlənməsidir. (--~~~~— ~~~~). Bu, həm də daha səliqəli görünəcək. Mövzu ilə əlaqədar həmkarların fikirlərini eşitmək xoş olardı. Hörmətlə — Toghrul Rahimli • M/F 15:21, 8 mart 2020 (UTC)

Maraqlı təkliflərdir. Toghrul Rahimlinin Azvikinin texniki sahəsindəki inkişafı yolunda göstərmiş olduğu xidmətləri ancaq və ancaq dəstəkləmək mümkündür. Wikimedia.az saytının bir keçid linkini Ana səhifənin bir küncünə əlavə etmək də, mümkün olsaydı əla olardı.--Baskervill (müzakirə) 16:45, 8 mart 2020 (UTC)
@Baskervill, təşəkkür edirəm. Sayt üçün müxtəlif versiyalar mövcuddur. Bu barədə əlavə bir müzakirə açıb hansının daha yaxşı ideya olduğunu məsləhərləşmək olar. Hörmətlə — Toghrul Rahimli • M/F 17:01, 8 mart 2020 (UTC)
Toğrul bəy fikrimi burada bildirmişəm. --Araz Yaquboglu (müzakirə) 17:57, 8 mart 2020 (UTC)
Toghrul Rahimli, tamamilə razıyam. Bəzən məqalələrin preambulalarında belə tire yerinə defis qoyurlar. --► Hörmətlə: SolaVirum 18:54, 8 mart 2020 (UTC)
Toghrul Rahimli, tam razıyam.--Azerifactory (müzakirə) 20:03, 8 mart 2020 (UTC)
Hörmətli Toghrul Rahimli birinci təklifinizi dəstəkləyirəm. Lakin ikincinin əleyhinəyəm çünki imza bir çox viki saytlarda eynidir və təkcə ru-vikidə təklif etdiyiniz kimidir (bəlkə başqa saytlarda da var, ancaq mən buna təkcə ru-vikidə şahid olmuşam). Bizim modullar və bir çox mediaviki səhifələri ru-viki standartında olsa da ümumən imzaların və interfeysin get-gedə ru-viki ilə eyniləşdirilməsinə qarşıyam. Düşünürəm ki, biz də digər viki saytlar kimi standart imza şəklindən istifadə etsək daha yaxşı olardı.--Turkmen müzakirə 20:34, 8 mart 2020 (UTC)
@Turkmen, salam. Əslində ruviki zənnimcə ən "oturuşmuş" və texniki cəhətdən öndə gedən vikidir. Eyni zamanda, hər iki dövlət keçmiş SSRİ ölkəsi olduğu üçün burada bir çox standartlar eynidir. Ensiklopediyaların yazılış qaydaları, transliterasiya normaları buna misal ola bilər. Buna görə də "back-end" kodların əsasını oradan götürmək daha məqsədəuyğundur, çünki başqa vikilərdə işləmə prinsipləri fərqlidir. Bu da ona görədir ki, mən redaktə eləməyə başlamazdan əvvəl artıq sistem ruvikiyə əsasən qurulmuşdu və köklü dəyişiklik etməyim çətin qəbul olunardı. İnterfeys baxımından yalnız dokumentasiya səhifələrinin dizaynı ruviki ilə birəbir eynidir, çünki düşünürəm ki, onların CSS dilində yazdıqları bu sistem olduqca stabil və estetikdir. Mən də, təbii ki, vikimizin müstəqil dizayna və interfeysə malik olmasını istəyirəm, lakin bəzi hallarda eyniləşdirmə qaçınılmazdır. Hörmətlə — Toghrul Rahimli • M/F 04:01, 9 mart 2020 (UTC)
Deyilənlərlə həmfikirəm. Hörmətlə --eldarado 15:15, 11 mart 2020 (UTC)
Defis-tire məsələsini bir dəfə burada yuxarıda deyilən formada düzəltmişik. Dəqiq yadımda deyil, amma hər halda 7-8 il bundan qabaq idi və bu işi Vago adlı idarəçimizin botu həll eləmişdi. Ən böyük problem o oldu ki, adlarında defis olan şəkil fayllarının da səhifələrin içində adları tire ilə əvəzləndi və həmin şəkillər avtomatik olaraq məqalələrdən itdilər. Sonra onları Vago-yla mən oturub bir-bir düzəltmişdik. O vaxt azvikidə bəlkə 50-60 min məqalə olardı, belə şəkillərin sayı səhv etmirəmsə bir neçə yüz oldu. İndi bu məncə, daha ciddi problem ola bilər. Texniki cəhətdən bu problem həll olunarsa təbii ki, bu əvəzləmə mütləqdir. Hətta "dırnaq işarləri"nin də bir standartlaşdırılmasının aparılması yaxşı olardı. --Sortilegus (müzakirə) 07:55, 15 mart 2020 (UTC)

✔  Qəbul edildi: dəyişdirildi. İmzadan qabaq boşluq əlavə etmədim. Əlavə olunarsa, indiyə qədərki bütün imzalarda boşluq qoyulan imzalar çox aralı qalacaq.
@Sortilegus, bu düzəlişlər yalnız MediaWiki çərçivəsindədir. Heç bir yan effekti yoxdur. Hörmətlə — Toghrul Rahimli • M/F 06:40, 18 mart 2020 (UTC)

Improving the translation support for the Azerbaijani Wikipedia

Content translation has been successful in supporting the translation process on many Wikipedia communities, and we want to help additional wikis with potential to grow using translation as part of a new initiative.

Content translation facilitates the creation of Wikipedia articles by translating content from other languages. It has been used already to create more than half a million articles. In addition, the tool provides mechanisms to encourage the creation of good quality content, preventing the publication of lightly edited machine translations. In general, our analysis shows that the translations produced are less likely to be deleted than the articles started from scratch.

Azerbaijani Wikipedia editors have used Content translation to create almost a thousand articles. Given the size of the editing community, we think that there is potential to use translation to create more articles, expand existing ones, and attract new editors that learn how to make productive edits. Translation can help the community to reduce the language gap with other languages and grow the number of editors in a sustainable way. In order to achieve this goal, we want to collaborate with you to make Content translation more visible in the Azerbaijani Wikipedia and support new ways to translate.

As a first step, during the next weeks we plan to enable Content translation by default on the Azerbaijani Wikipedia. That will make it easy for users to discover the tool through several entry points. However, users not interested in translation will still be able to disable it from their preferences.

Please feel free to share any comment in this conversation thread.

Thanks! --Amir E. Aharoni (WMF) (müzakirə) 14:48, 9 mart 2020 (UTC)

Hello everyone. We have enabled Content translation by default on the Azerbaijani Wikipedia.
Now it is easy for users to discover the tool through several entry points. However, users not interested in translation can disable it from their preferences.
We expect this will help translators to create more content of good quality in Azerbaijani. We’ll be monitoring the statistics for Azerbaijani as well as the list of articles created with the tool. Content translation provides quality control mechanisms to prevent the abuse of machine translation and the limits can be adjusted based on the needs of each community. Please, feel free to share your impressions about the content created and how the tool works for the community. This feedback is essential to improve the tool to better support your needs.
Thanks! --Amir E. Aharoni (WMF) (müzakirə) 11:30, 18 mart 2020 (UTC)

Vikipediya:İş davam edən məqalələr

Burada Kateqoriya:Vikipediya:İş davam edən məqalələr neçə aylar redaktə olmayan məqalələr var. Xahiş edirəm əl gəzdirin.--Azerifactory (müzakirə) 01:39, 10 mart 2020 (UTC)

Yeni yaradılan yarımçıq məqalələrin ciddi problem təşkil etdiyini qəbul edirəm. Şəxsən mənim də, bir çox məqalələrim var ki, yarımçıq qalıblar. Bu səbəbdən onları tamamlamadan yeni məqalələlər yaratmayacağıma dair özümə söz vermişəm və prosesə başlamışam artıq. Digər yoldaşların məqalələrinə gəlincə isə üzərində iş gedir şablonu 2-3 həftədən çox qalan və heç bir dəyişiklik aparılmayan məqalələrdən həmin şablonu çıxarmaq və məqalə qaralama halında qalıbsa həmin məqaləni silmək mümkündür. --Baskervill (müzakirə) 17:37, 10 mart 2020 (UTC)
Razıyam. Yəni arada nöqsanlar hamıda olur amma kütləvi hallar yaxşı deyl.--Azerifactory (müzakirə) 05:44, 11 mart 2020 (UTC)

Son zamanlar Laboratoriyda baş verənlər.

Salam dəyərli həmkarlar, Emiliya i-va, Gülshenn, Gulya S-va, Rəcəb Həsənbəyov, Xayala Mammadli, Sabin.K.M, Cavadxan1804, Mulayim Amirli, Yusifzade Aynur, Sura Türksoy, Nuray95, Rövşən İşık, Scherbatsky12 və istifadəçi adını unutduğum digər dəyərli istifadəçilər. İlk olaraq qeyd edim ki, fəaliyyətiniz azvikinin inkişafı üçün çox dəyərlidi və gördüyünüz işlər həqiqətən təqdirə layiqdir. Açmış olduğum bu başlıqla heç birinizi həvəsdən salmaq niyyətim yoxdur və belə bir hal baş versə çox üzülərəm. Sadəcə olaraq son günlərdə baş verənlər vikipediya prinsiplərinə zidd olduğu üçün müdaxilə etmək məcburiyyətində qaldım. Laboratoriyadakı bəzi məqalələrdə kütləvi və tərəfli şəkildə müzakirənin gedişini əks yöndə dəyişməyiniz viki prinsiplərinə ziddir. Çox yaxşı olar ki, sizin tərəfinizdən laba təqdim olunan məqalələrə müdaxilə etməyəsiniz ki, viki cəmiyyət qərarını versin. Əmin olun ki, qərarlar ədalətli şəkildə veriləcək, bu günə qədər olduğu kimi. Əks halda məsələyə müdaxilə etməsək özünüz yazıb özünüz status vermiş olacaqsınız. Bir qədər də mövzuya aydınlıq gətirmək istərdim. Səslərin ləğv olunmasının ən əsas səbəbi sizlərdən biri tərəfindən yazılan məqaləyə eyni ip-dən daxil olan xeyli istifadəçinin eyni mövqeni bildirməsidir. Mən başa düşürəm ki, eyni ip-dən istifadə etməyiniz öz əlinizdə deyil və təbii ki, bu səslərin ləğv olunmasına səbəb deyil. Amma bir şərtlə ki, hər birinizin müstəqil fəaliyyəti olsun. Son baş verən hadisələr isə bizi buna şübhə ilə yanaşmağa vadar edir. Qısaca qeyd edim ki, öz yazdığınız məqaləyə, öz açdığınız səsvermə xarakterli müzakirələrə və ya hər hansısa status üçün etdiyiniz müraciətlərə münasibət bildirməyəsiniz. Digərlərində müstəqil şəkildə münasibət bildirə bilərsiniz. Ümid edirəm ki, yazıqlarımı anlayışla qəbul edəcəksiniz. Əgər mövzu ilə bağlı hər hansı sualınız varsa başlıq altında yazabilərsiniz. Hörmətlə --eldarado 12:46, 11 mart 2020 (UTC)

Razıyam--Azerifactory (müzakirə) 16:29, 11 mart 2020 (UTC)
Eldarado, bütün bu və buna bənzər problemlərin yeganə və əsas həll yolu istər idarəçiyə, istər məqaləyə status verilməsinin, alınmasının, silinməsinin, bərpasının və s. hamısının səsvermə yox, müzakirə ilə edilməsidir. Yoxsa daim bu və buna bənzər problemlər olacaq və istənilən digər həll təklifləri də ya sadəcə müvəqqəti həll yolu olacaq, ya da heç ümumiyyətlə olmayacaq.--samral müzakirə 09:10, 12 mart 2020 (UTC)
Sözü gedən istifadəçilərin arasında dəyərli imzalar həqiqətən də var. Təəssüflər olsun ki, bəzilərinin işi də, sadəcə aranı qatmaq və ya ən yaxşı halda maşın tərcüməsinin məsulu və müəllif hüququ pozuntusunu olan məqaləsini hər bir vəclə statuslu məqaləyə çevirməkdən ibarətdir. Bir şeyi unutmaq olmaz ki, hər geniş yazılmış məqaləyə status verilmir. Cənab bürokrat və idarəçi tərəfindən açılmış bu başlıqdan sonra ümüd edirəm ki, yuxarıda adı çəkilən şəxslərin imzalarını toplu halda bir daha heç bir yerdə görmərik. --Baskervill (müzakirə) 08:30, 14 mart 2020 (UTC)
Eldarado bu istifadəçilərin eyni İP-dən girdiklərini yazdın. Hər halda bir məlumatın var ki, bunu yazmısan. Eyni İP əsas ya qohum istifadəçilərdə, ya da eyni qurumda işləyən istifadəçilərdə olur. Bu qədər adamın qohum-əqraba olması az inandırıcıdır. Səndə onların harada işləmələri ilə bağlı məlumat varmı? Əgər bir qurumdursa, digər səsvermələrdə də hansı yöndə səs verdiklərini gözdən keçirmək lazımdır məncə. Sadəcə laboratoriyada deyil, məsələn, idarəçi və ya bürokrat seçkisində, prinsiplərin qəbulunda və s. --Sortilegus (müzakirə) 08:08, 15 mart 2020 (UTC)
Bəli Sortilegus, eyni qurumdan daxil olurlar. --eldarado 07:54, 16 mart 2020 (UTC)

Azərbaycanlıların siyahısı

Salam. Mən bu siyahının (Azərbaycanlıların siyahısı) üzərində bir il işləmişəm amma siyahı həddindən artıq uzundur. Məqalənin kiçiltməsi üçün siyahını qitələrə bölünməsini təklif edirəm: Asiyada yaşayan (və ya Asiya) azərbaycanlıların siyahısı, Avropada yaşayan azərbaycanlıların siyahısı və s. Nə düşünürsüz?--Azerifactory (müzakirə) 00:50, 16 mart 2020 (UTC)

Ölkələrə görə bölmək daha məntiqlidir. --Thunder Storm (müzakirə) 08:29, 16 mart 2020 (UTC)
Ölkələrə görə bölünüb, sadəcə bir məqalədə hər şey olanda çox uzun olur.--Azerifactory (müzakirə) 21:21, 16 mart 2020 (UTC)
Azerifactory, başqa vikilərdə analoji məqalələr nə cürdü?--samral müzakirə 12:35, 17 mart 2020 (UTC)
  • Bölgələrə görə bölünsə necə olar?

Məsələn Azərbaycandakılar Abşeron,Aran və s İrandakılar isə bütöv cənubi Azərbaycan olaraq bölünsə daha aydın və qısa olar məncə. ►WikiAlieff018

Samral çoxsunda bir səhifədədir.--Azerifactory (müzakirə) 17:04, 17 mart 2020 (UTC)

Koronavirus

Salam, bildiyiniz kimi koronavirusa görə bir çox tədbirlərin vaxtı dəyişib. Ona görə xahiş edirəm arada məqalələrdə bunu yeniləyəsiniz.--Azerifactory (müzakirə) 17:04, 17 mart 2020 (UTC)

Azerifactory, məncə, baş məqalədə xəstələnənlərin sayı ancaq on mini keçən ölkələr üçün verməliyik. Əks halda, bunu hər dəfə yeniləmək çətin olacaq. — Мурад 97 (müzakirə) 22:42, 18 mart 2020 (UTC)

Kembric kitabxanası

Kembric baş verən pandemiyaya görə bu ilin may ayına qədər öz onlayn kitabxanasına girişi hamı üçün pulsuz eləyib. Hamınıza bu fürsəti AzViki üçün iştədib, onu qaçırmamağa məsləhət verirəm. — Мурад 97 (müzakirə) 22:40, 18 mart 2020 (UTC)

Salam hörmətli həmkarlar. VP:VND-nın İstifadəçi səhifəniz şəxsi malınız deyil bölməsini əsas gətirərək Vikipediya:İstifadəçi səhifəsi qaydalarının müzakirəsini və rəsmi prinsip kimi qəbul edilməsini təklif edirəm. Çox önəmli qaydadır. Belə ki, hazırki şəraitdə hərkəs istədiyi kimi adı və soyadı ilə azvikidə qeydiyyatdan keçib bioqrafiyasını istifadəçi səhifəsinə əlavə edə bilər. Lakin bir çox vikidə istifadəçi səhifələri tənzimlənir. Belə ki, spam linklərin qarşısının alınması başda olmaq şərtilə istifadəçi səhifələrində müəyyən qadağalar mövcuddur. Təklif edirəm ki, müzakirə əsnasında təkliflərimizi və səhifəyə əlavələrimizi edək sonra isə rəsmi prinsip kimi qəbul edilməsi üçün səsverməyə çıxaraq.--Turkmen müzakirə 15:55, 15 mart 2020 (UTC)

Olsun. Mən hər zaman belə səhifələrdə şəxs şablonlarını və şəxslərə aid kateqoriyaları təmizləyirəm. Çünki təmizlik etməyəndə İstifadəçi səhifəsi həmin kateqoriyalara düşür. --Araz Yaquboglu (müzakirə) 16:06, 15 mart 2020 (UTC)
Mən razı--Azerifactory (müzakirə) 03:51, 16 mart 2020 (UTC)

✔  Qəbul edildi - Bu səhifədə qaydanın rəsmi prinsipə çevrilməsi üçün səsvermə başladıldı.— Turkmen müzakirə 15:39, 28 mart 2020 (UTC)

−  Əleyhinə: Çox təəssüf edirəm ki, idarəçi Turkmen tərəfindən vikipediyaçıların hüquq və azadlıqlarını məhdudlaşdırmağa hesablanan belə bir qayda tərtib edilib və artıq səsverməsi belə başlanıb. Əvvəlcə qeyd etmək lazımdır ki, istifadəçi və ya idarəçi öz istifadəçi səhifəsində məqbul hesab etdiyi informasiyanı başqaları ilə bölüşə bilər və buna heç kim müdaxilə etməməlidir. Sözügedən qayda qəbul olunduqdan sorna 1-1 idarəçilərin və fəal istifadəçilərin səhifələri təftiş ediləcək ? Həmin təftiş etmə işini sizcə kim icra edəcək ? Qaydada təklif olunur ki, istifadəçi Özünüz haqqında bir neçə səhifəlik bioqrafik məlumat. - verə bilməz. Niyə ? White Demon və mənim istifadəçi səhifəmizdə özümüz haqqında kifayət qədər məlumat mövcuddur və bizə belə xoş olduğu üçün həmin məlumatları digər istifadəçilərə bölüşmüşük. Unutmaq olmaz ki, Vikipediyada hazırlanmış qaydalar heç bir formada viki icmanın hərəkət arealını məhdudlaşdırlmamalıdır.— Baskervill (müzakirə) 05:46, 30 mart 2020 (UTC)

Baskervill bu qayda tənzimlənməsi mütləqdir. Qaydanın intervikisinə diqqət etsəz görərsiz ki, bir çox vikidə tənzimıənmə mövcuddur. Xahiş edirəm təkcə özünüzü düşünməyin. Yeni qeydiyyatdan keçən istifadəçilər kütləvi halda istifafəçi səhifələrində məqalə şablonundan istifadə edirlər, istifadəçi səhifəsinin adını dəyişirlər, öz adları soyadlarə ilə istifadəçi səhifəsi yaradıb, sonra isə məqalə kimi daxilində işləyirlər. O ki, qaldı linklərə Vikipediya:Spam linklərin  vikipediyaya daxil olunması qadağandır.Turkmen müzakirə 09:05, 30 mart 2020 (UTC)

Turkmen Xahiş edirəm təkcə özünüzü düşünməyin. ifadəsini bir az daha ətraflı formada izah edə bilərsinizmi ? Artıq, ikinici dəfədir ki, heç bir anlam verə bilmədiyim bu ifadəni yazırsınız. Özümü nə zaman düşünmüşəm ? Bu qaydanın hansısa vikipediyalarda mövcud olması, eynisinin bizdə olmasına əsas vermir. Digər bir tərəfdən bu qayda açıq formada öz şəxsi adı və soyadı ilə qeydiyyatdan keçmiş istifadəçilərə və öz istifadəçi səhifəsində özü haqqında ətraflı məlumat verilmiş şəxslərə yönəlib. Həmin şəxslərində başında isə mən və White Demon gəlirik. Siz izah edə bilmirsiniz ki, bu qaydanın qəbulundan sonra bizim istifadəçi səhifəmizin aqibəti necə olacaq ? Təxminən deyim necə olacağını. Siz qəbulmuş olunmuş yeni qaydanı əsas gətirərək, məndən və digər şəxslərdən istifadəçi səhifələrini sizin səhifə kimi sadə tərtibatda etməyi tələb edəcəksiniz. Niyə ? Qeyd edirsiniz ki, Yeni qeydiyyatdan keçən istifadəçilər kütləvi halda istifafəçi səhifələrində məqalə şablonundan istifadə edirlər, istifadəçi səhifəsinin adını dəyişirlər, öz adları soyadlarə ilə istifadəçi səhifəsi yaradıb, sonra isə məqalə kimi daxilində işləyirlər. - bu "kütləvilik" nə zaman və harada baş verib ? Demək olar ki, hər gün bir idarəçi və bürokrat olaraq son dəyişikliklər səhifəsini yoxlayıram və orada belə halların baş verdiyini görsəm də, heç bir kütləvi halın olmadığını tam əminliklə deyə bilərəm. İndiki zamanda belə bir qaydanın qəbul olunması istifadəçinin və hətta idarəçinin hüquqlarını məhdudlaşdırmaqdan başqa bir şey demək deyildir.— Baskervill (müzakirə) 09:17, 30 mart 2020 (UTC)
Şərh  Şərh: Baskervill hər iki istifadəçi səhifəsinə nəzər saldım. Qeyd edim ki, sizin istifadəçi səhifənizdən heçnə çıxarılmır. Çünki, Vikipediya fəaliyyətiniz və maraqlarınız barədə yazmısız. White Demon-da da həmçinin. Silinməli olan səhifə isə bu tipli səhifədir. Diqqət etsəz qaydada bir neçə cümləlik yox, bir neçə səhifəlik bioqrafik məlumatdan söhbət gedir.— Turkmen müzakirə 10:05, 30 mart 2020 (UTC)
Şərh  Şərh: Hörmətli Turkmen, deyə bilərsinizmi, istifadəçinin o səhifədə özü barədə vikipediya məqalələri stilində məlumat verməsi, sizi niyə narahat edir? Və ya bizi niyə narahat etməlidir? Silinməsi hansı müsbət nəticələr verəcək? Faydaları nələrdir? Qalmasının zərərləri nələrdir? Xahiş edirəm, açıqlayardınız. HulaguKaan (müzakirə) 00:49, 6 aprel 2020 (UTC) 00:48, 6 aprel 2020 (UTC)
Salam hörmətli HulaguKaan. Həmkar, Vikipediya ensiklopediya olduğu və məlumat bankı xarakteri daşımadığı üçün biz məqalələri tənzimləyirik. Təbii ki, ümumi icma olaraq bunu bacardığımız qədərilə edirik. Ancaq yuxarda qeyd etdiyim kimi bəzi istifadəçilər məqalə yaratmadan, yaxud məqalələri silindiyi təqdirdə öz adları və soyadları ilə Vikipediyada qeydiyyatdan keçib qeyri-ensiklopedik məzmunu istifadəçi səhifələrinə yerləşdirirlər. Həmçinin uyğunsuz/spam linkləri istifadəçi səhifələrinə yerləşdirirlər. Bu kimi sui-istifadələrin qarşısını almaq üçün bizə bu tənzimləmə mütləqdir. Əgər qaydanın intervikisinə nəzərə salsaq bu tənzimləmənin lokal səviyyədə deyil, digər vikilərdə də mövcud olduğuna şahid ola bilərsiniz. — Turkmen müzakirə 13:42, 6 aprel 2020 (UTC)

Bakı

Salam, hamıya. Mən nostalgiyanı sevən adamam və son zamanlar bu məqalələri yaratmışam / təkmilləşdirmişəm:

Əlbəttdə, daha çox məlumat istiyərdim olsun amma hal-hazırda tapdıqlarım bunlardı. Sizcə Azərbaycanda məhv olunmuş tarixi hansı yerlər haqqında məqalələr yaratmaq olar?— Azerifactory (müzakirə) 19:17, 22 mart 2020 (UTC)

Salam, Azerifactory. Əvvəla təşəkkür. Gözəl və faydalı bir iş görürsən. Mən sənə 2 məhv edilmiş abidəni tösviyə edə bilərəm. Biri Qız qalasına Bulvar tərəfdən baxanda düz solundakı tarixi bina. Mansurovların evi olmuşdu əvvəllər. Mən İçərişəhərdə yaşayanda 2005-2010-cu illərdə təəssüf ki, söküldü. Bir də ki, İçərişəhərdəki İkimərtəbəli karvansarayın yanında mövcud olmuş kilsə. Digər dillərdəki vikilərdə bu abidə haqda məqalə olsa da başdan ayağa erməni təbliğatıdı. Bizim dildə isə o abidə haqda bu məqalə mənə çox ətraflı bir araşdırma kimi gəldi. Bu abidə də 90-cı illərdə demək olar ki, sökülüb.— samral müzakirə 23:02, 25 mart 2020 (UTC)
Samral, təşəkkür, əl gəzdirərəm. Bulvarda 3 yer haqqında məqalə etmək istiyərdim, biri Bahar uşaq teatrı, ikincisi Beynəxalq Sərgi mərkəzi (Международный выставочный центр), və Canlı Künc (Живой Уголок) haradakı heyvanlar, xüsusi ilə ilanlar var idi. Hər üç yer 1990-cı illərdə sökülüb— Azerifactory (müzakirə) 05:28, 26 mart 2020 (UTC)
Azerifactory, Bakıda sovet vaxtı bir sıra kinoteatrlar olub ki, indi onlardan bəziləri fəaliyyət göstərir, bəziləri yox, bəzilərindən isə xəbərim yoxdu. İstəsəz onlar barədə də məqalələr yarada bilərsiz. Məsələn "Vətən", "Araz", "Bakı", "Təbriz" və s.— samral müzakirə 08:47, 26 mart 2020 (UTC)
Samral, əla fikirdir.— Azerifactory (müzakirə) 17:48, 26 mart 2020 (UTC)

Mövzulu ay: Geyim

Məncə gələn mövzulu ay geyim haqqında olmalıdır. Bizdə geyim haqqında, dəb haqqında mövzular çox az və bərbad gündədir.— Azerifactory (müzakirə) 07:32, 26 mart 2020 (UTC)

Salam. Yuxarıda nümunə göstərdiyim məqalə tarixi abidəyə görə çox zəif işlənilib. İstər memarlığı olsun, istər tarixi. Məqaləni yazan yoldaş Ə. Salamzadənin tam yox ümumiləşdirilmə olaraq yazdığı Azərbaycan memarlığı kitabından istifadə edib. Halbuki, bu kompleksin memarlıq xüsusiyyətləri, tarixi daxilindəki abidələr və daha nələr haqqında kitablar, elmi işlər yazılıb. Məqalə isə kor-koranə işlənilib. Kimsə məqalənin mövzunu tam əhatə etdiyini düşünürsə, 1 həftə içində bu məqaləni tam olaraq işləyərəm. Aradakı fərqin nə qədər böyük olduğunun şahidi olarlar. Bir daha təkrarlayıram, məqalə dəhşət zəif işlənilib və heç bir statusa layiq olduğunu düşünmürəm. Məncə statusu alınmalıdır. Çünki mövzunun işləndiyi elmi işlərə, dissertasiyalara, avtoreferatlara, kitablara görə bu mətn yaxşı məqalə statusuna da layiq deyil. İstəyən olarsa, Facebook üzərindən ən azı bu mövzu haqqında 50 kitab, məqalə, elmi iş göndərərəm. Mövzu ilə bağlı 26 istinad və bu mətn qəbuledilməzdir. Fəal yoldaşların (Eldarado, Baskervill, Nicat49, Toghrul Rahimli, Qızılbaş, Rəcəb Həsənbəyov, Turkmen, Azerifactory, Araz Yaquboglu) mövzu ilə əlaqədar fikirlərini öyrənmək istərdim.--Maqamedd (müzakirə) 09:56, 28 mart 2020 (UTC)

Salam hörmətli Maqamedd, əgər bunu etməyə həvəsiniz və imkanınız varsa çox gözəl olardı və bunu məqalədən status alınmadan da edə bilərsiniz. Hörmətlə — eldarado 11:12, 28 mart 2020 (UTC)
Maqamedd elə Eldarado deyən kimi statusu geri almağa ehtiyac yoxdu. İşləsəniz minnətdar olarıq və məqalə də yaxşı bir görkəmdə olar. — Araz Yaquboglu (müzakirə) 12:11, 28 mart 2020 (UTC)
Məqalənin statuslu məqalə olduğunu nəzərə alsaq zəif işləndiyini qeyd etməliyik. Bu mövzua xeyli kitabın, elmi vəsaitin olduğu qənaətindəyəm. Məncə də, xeyli genişləndirmək olar. Maqameddin yazdıqları ilə razıyam, lakin status niyə alınsın, o aydın olmadı mənə. Hörmətlə, — Qızılbaş (müzakirə) 17:09, 28 mart 2020 (UTC)
Hörmətli Qızılbaş, Araz Yaquboglu, Eldarado mən məqaləni işləyərəm bu mənim üçün problem daşımır. Lakin, məqalə hal-hazırda bu vəziyyətində yaxşı məqalə statusu daşıyır. Genişləndirməyə başlasam, fərqli kitablardan ən azı 150 istinad olacağına əminəm. Məqalənin o halı ilə bu halı əlbəttə fərqlənəcək və fikrimcə, işləyəcəm halı ilə status dəyişkənliyi olmalıdır. Çünki həqiqətən mənbə bir məqbərə üçün həddindən artıq çoxdur. 150 istinad bölmələrin tam geniş yazılmaması nəticəsində olacaq, lakin daha da dərindən yazsam 200+ istinad olacağını düşünürəm. Buna görə də status alınmalı, hal-hazırdakı mətn yazacağım mətnlə genişləndirilməli və sonda hər iki mətn təftiş edilməlidir. Bundan sonra məqalə yeni halı ilə laboratoriyaya daxil olmalı və yenidən həcm və keyfiyyətinə uyğun status almalıdır. Yəqin ki, fikrim anlaşılandır. Hörmətlə.--Maqamedd (müzakirə) 17:24, 28 mart 2020 (UTC)
Salam, Maqamedd. Mənim təklifim budur ki, siz onu qaralama səhifənizdə tam işləyin. Əgər uyğun olarsa, qaralama səhifənizi laboratoriyaya təqdim edilsin və status verilərsə, köhnə məqaləni yenisi ilə əvəz edilərək yeni status ilə dəyişdirilsin. — Toghrul Rahimli • M/F 09:06, 29 mart 2020 (UTC)
Salam Maqamedd. Məncə statusu almağa gərək yoxdur. Məqaləni indiki hala çatdıran Səfərdir o isə heç vaxt məqalələri yola verməyib. Əminəm ki onda nə qədər məlumat tapa bilibsə əlavə edib. Əgər sən də daha da genişləndirmək istəyirsənsə bu çox gözəl olar. Mən özüm də bacardığım qədər kömək edərəm sənə. Ancaq düşünürəm ki bunun üçün məqalənin statusunu geri alıb təkrar statusa qaldırmağa ehtiyac yoxdur. Əlavə işdir. — Rəcəb Həsənbəyov (müzakirə) 14:34, 31 mart 2020 (UTC)

Saytda 133 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024