Vindikasiya Haqqında Məlumat - Axtarış

Vindikasiya Haqqında Məlumat - Axtarış


Vindikasiya üçün axtarış nəticəsi
Axtardığınız hərşey haqqında ətraflı məlumat əldə edə bilərsiniz

Siz Vindikasiya sözü ilə əlaqəli müxtəlif faydalı linklərdən yararlana bilərsiz


Vindikasiya sözünə uyğun gələn mahnı axtar və yüklə


Vindikasiya sözünə uyğun gələn lazımlı linklərə bax


Vindikasiya sözünə uyğun gələn şəkillərə bax və yüklə


Vindikasiya sözünə uyğun gələn məqalə axtar və oxu


WikipediadaVindikasiya sözünə uyğun gələn məqaləni oxu


Vindikasiya sözünə uyğun gələn xəbər axtar və oxu


Vindikasiya sözünə uyğun gələn kinoya bax və yüklə


Vindikasiya sözünə uyğun gələn seriala bax və yüklə



Biz sizə Vindikasiya sözünə uyğun gələnlərin tapılmasında köməklik etməyə çalışırıq. Əgər axtardığınızı burda tapa bilmədizsə zəhmət olmasa ana səhifəyə gedin. Saytımızda hərgün yeniliklər edilir, hərgün yeni mahnılar, videolar, şəkillər, kinolar, seriallar, maraqlı xəbərlər və s. əlavə edilir. Ən əsası saytımızdan ən güvənli Whatsapp Plus programını yükləyə bilərsiniz. Əgər axtardığınız Vindikasiya tapa bilmədizsə biz sizinçün tezliklə paylaşacıq.
Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Əlavə olaraq paylaşılan faydalı linklərdən yararlana bilərsiniz

Vindikasiya (lat. Vindicatio - iddia edirəm, tələb edirəm mənasındadır) — mülkiyyət hüququnun müdafiə edilməsi üsulu.

Məzmunu redaktə

Bu üsulla mülkiyyətçi öz əmlakını, ona qanunsuz yiyələnmiş özgə şəxsin sahibliyindən tələb edə bilər. İddianın bu forması hələ Qədim Roma hüququnda formalaşmışdı. Vindikasiya iddiası tələb edilən əmlakın mülkiyyət hüququnun hansı növünə aid olması, hansı növünə aid olması, şəxsin həmin əmlaka vicdanlı, yaxud vicdansız yiyələnməsi, onu əvəzli və ya əvəzsiz əldə etməsi halları nəzərə alınmaqla həll edilir.[1]

Vindikasiya iddiası dedikdə, öz əşyası üzərində faktiki sahibliyi itirən mülkiyyətçinin həmin əşyanı naturada özgənin (başqa şəxsin) qanunsuz sahibliyindən geri tələb etməsi başa düşülür.

Vindikasiya iddiasının təyinatı və məqsədi mülkiyyətçinin əşya üzərində itirilmiş sahibliyini bərpa etməkdən ibarətdir; o, əşyanın mülkiyyətçiyə qaytarılmasına nail olmaq məqsədinə xidmət edir. Sahiblik çox vaxt əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətləri ilə bağlı olduğuna görə vindikasiya iddiası eyni zamanda həmin səlahiyyətləri də müdafiə edir. Deməli, vindikasiya iddiası ilə mülkiyyətçinin üçlük (sərəncam, sahiblik, istifadə) səlahiyyətinin hamısı, başqa sözlə desək, onun əşya üzərində mülkiyyət hüququ bütovlükdə müdafiə olunur.

Vindikasiyanın məzmununu şeyi eyni cinsli, eyni keyfiyyətli başqa şeylə əvəz etmə deyil, şeyə sahibliyin bərpası tələbi təşkil etdiyindən vindikasiya əlaməti yalnız cinsi əlaməti ilə müəyyən edilən, yaxud natura şəklində qalmamış şeylər (məsələn, mübahisəli tikili yeni sahibi tərəfindən sadəcə təmir edilməyib əsaslı şəkildə yenidən inşa olunubsa) haqqında qaldırıla bilməz. Vindikasiya predmeti olmadıqda yalnız vurulmuş zərərin ödənilməsi haqqında öhdəlik-hüququ tələbi qaldırıla bilər.

Hüquq ədəbiyyatında vindikasiya iddiasının predmeti haqqında müxtəlif fikirlər, mülahizələr mövcuddur. Bəzi hüquqşünaslar qeyd edirlər ki, vindikasiya iddiasının predmetini mabahisəli əmlak təşkil edir. Lakin bu fikirlə razilaşmaq olmaz. Belə ki, əmlak mülki hüququn obyekti hesab edildiyindən, mübahisəli əmlak da vindikasiya iddiasının ancaq obyektini təşkil edə bilər. Vindikasiya iddiasının predmeti isə qanunsuz sahiblikdən əmlakın qaytarılması tələbidir. Əgər iddiaçı əmlakın dəyəri məbləğində ona pul konpensasiyası verilməsi tələbi irəli sürürsə, o, öz hüquqlarını müdafiənin dəymiş ziyana görə iddia üsulları ilə təmin edə bilər.

Mülkiyyətçi iddianın predmeti ilə yanaşı olaraq cavabdehə qarşı tələbləri ilə bağlı olan hüquqi faktların əsasını əmlakın sahiblikdən səbəbləri, əmlakın cavabdehə çatması şərtləri, mübahisəli əmlakın naturada olması, iddiaçı ilə cavabdeh arasında tələb olunan əmlaka dair öhdəlik xarakterli əlaqələrin olmaması təşkil edir.

Göstərilən səbəblərin məcmusu ilə mübahisəli məsələyə iddia hüququ və onun vindikasiya iddiası tələb edilməsi imkanları təsdiq olunur. Qeyd etmək lazımdır ki, vindikasiya iddiası irəli sürən təkcə əmlaka və sahiblik imkanından məhrum olmasınını deyil, eyni zamanda bu hüquqi imkanın konkret subyektiv hüquqa əsaslanmasını da sübut etməlidir.

Azərbaycan qanunvericiliyində vindikasiya iddiası redaktə

Bir sıra ölkələrdə, o cümlədən Azərbaycan Respublikasında mülkiyyət hüququnun müdafiəsinə dair qaydalar Roma hüququ ənənələrinə əsaslanır. Vindikasiya iddiasını bir çox xarici ölkələrin (Almaniyanın, Kanadanın Kvebek əyalətinin, İspaniyanın, RF-ın, İtaliyanın və s.) qanunvericiliyi də tanıyır. İngilis- amerikan ailəsində bu iddia nəzərdə tutulmur. Bu ailə yalnız sahiblik iddiasını tanıyır. İngilis-amerikan (ümumi) hüququnda məhkəmə əmrləri əşya müdafiəsinin ən geniş paradiqmasını (yunanca “paradeigma”- nümunə) təşkil edir.[2] Bu hüquq sisteminin tarixi inkişaf xüsusiyyətinə görə yalnız mülkiyyət hüququnun müdafiəsi üçün istifadə olunan iddialar ABŞ-da və s. yoxdur. Vindikasiya iddiası roman- german hüquq ailəsinə daxil olan Fransa mülki hüquna da məlum deyil. Fransa Mülki Məcəlləsi onun haqqında normalar nəzərdə tutmur. Lakin vindikasiya iddiası Fransa məhkəmə praktikası və hüquq doktrinası tanıyır.

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. Aqşin Quliyev. HÜQUQ ENSİKLOPEDİYASI (Azərbaycan dilində) Bakı, QANUN nəşriyyartı- 2007, səh 1028
  2. У.Маммеи, Е.А.Суханов. Основные положения права собственности. М. 1999, с. 260

Xarici keçidlər redaktə


Saytda 93 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024