Əhməd Abasquliyev
Əhməd Abasquliyev (tam adı Əhməd Əlibala oğlu Abasquliyev; d.20 aprel 1919; Bakı — ö.20 iyun 2008; Bakı) — psixiatriya sahəsində Azərbaycan alimi, tibb elmlər doktoru (1959), professor (1960), Azərbaycan SSR əməkdar elm xadimi (1990).
Əhməd Abasquliyev | |
---|---|
Əhməd Əlibala oğlu Abasquliyev | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
Vəfat tarixi | (89 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Elm sahəsi | Tibb |
Elmi dərəcəsi | Tibb elmlər doktor |
Elmi adı | professor |
Təhsili | Azərbaycan Dövlət Tibb Universiteti |
Mükafatları | II dərəcəli Vətən müharibəsi, Qırımızı Ulduz ordenləri, Azərbaycan Respublikasının “Şöhrət” ordeni (2000) və medallar |
Həyatı redaktə
Əhməd Abasquliyev 1919-cu il aprel ayının 20-də Bakı şəhərində anadan olmuşdur. 1941-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirmişdir. Psixiatriya sahəsində doktorluq dissertasiyası müdafiə etmiş və professor adı almış ilk azərbaycanlı alimdir. Əhməd Abasquliyev həmçinin İkinci Dünya müharibəsinin iştirakçısı olmuşdur. 2008-ci ilin iyun ayının 20-də Bakı şəhərindı vəfat etmişdir. [1]
Yaradıcılığı redaktə
Əhməd Abasquliyev 1960–96-cı illərdə Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının müdiri, 1996-cı ildən məsləhətçi professoru işləmişdir. 1961–96-cı illərdə Respublika Səhiyyə Nazirliyinin baş psixiatrı, 1962–80-ci illərdə Azərbaycan Nevropatoloqlar və Psixiatrlar Elmi Cəmiyyətinin sədri, 1980–96-cı illərdə Azərbaycan Psixiatrlar Assosiasiyasının prezidenti, 1996–2008-ci illərdə isə fəxri prezidenti olmuşdur. Onun yaxından iştirakı ilə Azərbaycanın 8 rayon və şəhərində psixonevroloji dispanser və xəstəxanalar təşkil olunmuşdur. Tədqiqatları şizofreniyanın etiologiyasının, patogenezinin, alkoqolizmin tibbi problemlərinin öyrənilməsinə həsr edilmişdir. 150-dən artıq elmi əsərin, o cümlədən 4 monoqrafiyanın müəllifidir. Bir sıra beynəlxalq elmi təsisatlaın üzvü olmuş, konqreslərdə məruzələrlə çıxış etmişdir. [2]
Əsərləri redaktə
- O nekotorıx patoqenetiçeskix mexanizmax şizofrenii. M., 1967;
- İmmunoqenetiçeskie aspektı patoqeneza i polimorfizma şizofrenii (N.V.İsmayılov və başqaları ilə birlikdə). B., 1995. [2]
Mükafatları redaktə
Ə.Abasquliyev II dərəcəli Vətən müharibəsi, Qırımızı Ulduz ordenləri, Azərbaycan Respublikasının “Şöhrət” ordeni (2000) və medallarla təltif edilmişdir.[1]
Həmçinin bax redaktə
Xarici keçidlər redaktə
İstinad redaktə
- ↑ 1 2 "ABBASQULİYEV Əhməd Əlibala oğlu". 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-15.
- ↑ 1 2 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh. 8. ISBN 978-9952-441-07-9.