Aphorisms on our site are grouped according to the following letters
"Dövlət" Aphorisms about
• Adətlərə arxalanmayan qanunlar zəif olur. (Mark Tulli Siseron)
• Bəşəri məhəbbətdən kənarda vətən sevgisi yoxdur. (Anatol Frans)
• Bir ölkədə şair nə qədər çoxdursa, həmin ölkə düşüncə baxımından o qədər geridir. İnsanlar və millətlər yaşlandıqca şerin yerinə nəsr keçər. (Cəmil Meriç)
• Bir sözü heç ağılınızdan çıxarmayın: Dövlət. Dövlətin nə qədər əhəmiyyətli olduğunu hamımız idrak etməliyik. Dövlətsiz bir millət boşluğa düşər, küləkdə sovrulub gedər. (Aliya İzzetbeqoviç)
• Böyük siyasətçilər bəzən aşkarda axın istiqamətində, alt qatda isə ikiqat sürətlə axına qarşı üzməli olurlar. (Əbu Turxan)
• Böyük siyasəti kiçik hissələrə, xırda mənfəətlərə bağlamaq olmaz. (Heydər Əliyev)
• Bu gün şüurlarda əsən xəfif meh sabah bütün cəmiyyəti sarsıdan qasırğaya çevrilə bilər. (Əbu Turxan)
• Bugünkü müharibədə toplar, tüfənglər deyil, hər məmləkətin ədəbiyyat və fəlsəfəsi ilə bəslənən beyinlər də ayrıca haizi-əhəmiyyətdir. (Hüseyn Cavid)
• Bütün sosial orqanizmlərin canlı məxluqlar kimi özünüqoruma instinkti var. (Tur Xander)
• Demokratiya insanların şüurunda dəyişiklik deməkdir. Bu dəyişiklik inqilabla olmur, təkamül yolu ilə, tədricən gedir. (Heydər Əliyev)
• Deyirlər siyasət ikinci qədim peşədir. Ancaq mən bu nəticəyə gəlmişəm ki, birincidən o, çox şeylər əxz eləyib. (Reyqan)
• Dövlət adamının ürəyi başında olmalıdır. (Napoleon Bonapart)
• Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə. (Heydər Əliyev)
• Dövlət müəyyən ideologiya əsasında fəaliyyət göstərir. Bu ideologiya milli ruha uyğun gəlirsə, deməli, o, milli dövlətdir, gəlmirsə, millətlə dövlət arasında qarşıdurma labüddür. (Tur Xander)
• Dövlət Vətəni təcəssüm etdirəndə vətəndaşla Vətən arasında əks əlaqə münasibəti yaranır ki, bu da övlad-valideyn münasibətini xatırladır. (Əbu Turxan)
• Dövlətçilik hər bir şəxsin qəlbində olmalıdır. (Heydər Əliyev)
• Dövlətlər ancaq yaxşı ilə yamanı bir-birindən seçə bilməyəndə məhv olur. (Antisfen)
• Dövlətlər də insanlar kimidir, çünki onlar da insan xarakterindən yaranırlar. (Platon)
• Dünya tarixində ən böyük hünər və qəhrəmanlıqlar vətən naminə edilib. (Jan Jak Russo)
• Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar. (Heydər Əliyev)
• Ən böyük şəxslər özündən çox, mənsub olduğu xalqı düşünən, onun xoşbəxtliyi yolunda həyatını verən insanlardır. (Mustafa Kamal Atatürk)
• Hər xalq öz aqibətinə layiqdir. (Şarl Lui Monteskyö)
• Hər xalq öz hökmdarına layiqdir. (Georq Vilhelm Fridrix Hegel)
• Hökmdarlara xidmət etmək dəniz səfəri kimidir, həm qorxusu var, həm faydası, ya xəzinə taparsan, ya dənizdə batarsan. (Sədi Şirazi)
• İdeologiya – haradasa fəlsəfə ilə siyasətin arasındadır. (Tur Xander)
• İdeya və iradə müəyyən sosial bazaya yiyələnəndə siyasətə çevrilir. (Tur Xander)
• İnam və səmimiyyətdən sui-istifadə siyasətdə – məharət, mənəviyyatda – rəzalət sayılır. (Əbu Turxan)
• Kim müsibət günü istər ona bir yar olsun De ki, xoş gündə özü xalqa havadar olsun. (Sədi Şirazi)
• Millət yalnız ruhun emosional halından fəlsəfi özünüdərk məqamına yüksəlirkən əsl böyük millət olur. (Əbu Turxan)
• Milləti sevmək odur ki, onun hər üzvünün uğuruna öz uğurun kimi sevinəsən və günahı üçün öz günahın kimi xəcalət çəkəsən. (Əbu Turxan)
• Valideynlərimiz, övladlarımız, qohumlarımız bizə əzizdir; lakin məhəbbət haqqında bütün təsəvvürlərimiz bir sözdə – Vətən sözündə birləşmişdir. (Mark Tulli Siseron)
• Vətən sevgisi fərdi sevgidən ilahi sevgiyə yüksəliş yolunda bir məqam kimi ortaya çıxır. (Əbu Turxan)
• Vətən sevgisi iki səviyyədə üzə çıxır: biri kortəbii surətdə – doğmalıq hissi kimi, o biri – dövlətin simasında şəxsləşən qarşı tərəfə şüurlu münasibət kimi. (Əbu Turxan)
• Vətən sevgisi üçün hansı ölkədə doğulmaq yox, hansı ölkənin doğma olması əsasdır. (Əbu Turxan)
• Vətəndaşlıq üçün Vətən sevgisi hələ yetərli deyil; bunun üçün dövlətçilik şüuru da tələb olunur. (Tur Xander)
• Vətəndən məhrum olmaq yetimliyin başqa bir formasıdır. (Əbu Turxan)
• Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır. (Heydər Əliyev)
• Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır. (Heydər Əliyev)
• Xalqın içində olmaq hələ xalqla olmaq deyil. (Əbu Turxan)
• Xüsusi ümumidən hasil olduğu kimi, Vətənə məhəbbət də bəşəriyyətə məhəbbətdən hasil olmalıdır. (Vissarion Belinski)
• Ya bəşəriyyət müharibələrə, ya da müharibələr bəşəriyyətə son qoyacaqdır. (Con Kennedi)
• Yaxşı planlaşdırılmış sui-qəsdlər həmişə təsadüfən baş verir. (Əbu Turxan)
• Zəfər zəfər deyildir, yenilən düşmən yenildiyini qəbul etməsə. (M.Klaudius)