Aphorisms on our site are grouped according to the following letters
All Aphorisms
• Gözəllik qəlbimizlə duyduğumuz sirdir, qəlbimiz ona tabe olaraq şadlanır və genişlənir, ağlımız isə heyrət və təəccüb içində onu sözlə ifadə edə bilməyərək donub qalır. Bu, görənin hissləri ilə görünənin həqiqəti arasında gizli zərrəciklər axınıdır; bu, insanın zahirini nurlandıran müqəddəs ruhların ziyasıdır: həyat toxumun dərinliyindən gülün rayihə və rənglərinə belə çevrilir. (Cübran)
• Gözəllik görənin hissləri ilə görünənin həqiqiliyi arasında dalğalanır. (Cübran)
• Gözəllik – ehtiyac deyil, vəcddir, alovlanmış ürək və sehrlənmiş qəlbdir. (Cübran)
• Gözəlliyi onu vəsf edənlər şöhrətləndirirlər. (Cübran)
• Gözəllik elə bir sirdir ki, onun dilini yalnız ruhlarımız bilər. (Cübran)
• Gülümsəyəndə gözəlləşməyən bir üz heç görmədim. (Oldos Haksli)
• Gözyaşları quruyar. (Fyodor Dostoyevski)
• Gedən dönməyəcəksə, qalanların dəyərini biləcəksən. Ölənlə ölünmürsə əgər, qalanlarla yaşamağa davam edəcəksən. (Fyodor Dostoyevski)
• Gözəl, çirkin, kök, zəngin, kasıb.. dünyadakı bütün qadınların tək bir ortaq dərdi vardır: 'Geyinəcək heç bir şeyimiz yox' (Pol Oster)
• Gəlməyəcək bir gedəni, olmayacaq bir səbəbi gözlədinizmi heç? (Pol Oster)
• Gələcəklə çox maraqlanma onsuzda gələcək.. Amma gedəcək olanı yaxşı düşün; çünki ağılından silinməyəcək! (Pol Oster)
• Gəzmək, bir zamanlar insan və kainat arasında var olan uyğunluğu təkrar qurar. (Anatol Frans)
• Güclü olmanın müxtəlif yolları vardır, dürüst olmanın bir tək. (Özdəmir Asaf)
• Gələcəksə gözlənilən, gözləmək gözəldir. Darıxacaqsa darıxılan, darıxmaq gözəldir. Və sevəcəksə sevilən; O həyat hər şeyə əvəzdir. (Özdəmir Asaf)
• Gecədirmi insanı kədərləndirən, Yoxsa insandırmı kədərlənmək üçün gecəni gözləyən? Gecədirmi səni mənə düşündürən, Yoxsa mənəmmi səni düşünmək üçün gecəni gözləyən? (Özdəmir Asaf)
• Göz yaşları ağrı-acının ümidsizliyə çevrilməsinə maen olar. (Özdəmir Asaf)
• Güllə səsi qədər sürətli keçər yaşamaq: Elə çətindir ki, gülləni havada, sevgini də ürəkdə tutmaq. (Murathan Mungan)
• Güclü olmağa məndən daha çox ehtiyacın var, çünki haqsız olduğunu ürəyinin bir yerində bilirsən. (Murathan Mungan)
• Göydə axtararkən yerdə tapdığım olmadı heç. Amma yerdə tapıb da göylərə çıxarmışlığım çoxdur. (Murathan Mungan)
• Gözüaçıq olmayan insanlar məqsədə çatmayan yox, ondan yan keçən insanlardır. (Fransua de Laroşfuko)
• Gözə soxulan sadəlik – niyyətli ikiüzlülükdür. (Fransua de Laroşfuko)
• Gənclər yenilik sevir, qocalar isə ənənələrə sadiq olurlar. (Fransua de Laroşfuko)
• Gözəl hərəkətləri tərifləmək, bunlarda bir növ pay sahibi olmaq kimidir. (Fransua de Laroşfuko)
• Gözəl qadınlar üçün ləl-cəvahirat nə isə, qabiliyyət üçün də yüksəklik odur. (Fransua de Laroşfuko)
• Gerçək eşq xəyalət kimidir. Hər kəs ondan danışır, amma görən çox azdır. (Fransua de Laroşfuko)
• Güc davamlıdır; amma gücün qazandığı zəfərlərin ömürü çox qısa olar. (Avraam Linkoln)
• Görmək və hiss etmək - mövcud olmaq, düşünmək isə yaşamaq deməkdir. (Uilyam Şekspir)
• Göz yaşları ilə yuyulan üzdən daha saf üz ola bilməz. (Uilyam Şekspir)
• Göz yaşı ilə yuyulan üzdən daha təmiz bir üz ola bilməz. (Uilyam Şekspir)
• Gerçək demokratiya heç bir zaman var olmamışdır və olmayacaq da. (Jan Jak Russo)
• Gözəllik hakimiyyəti çox da uzun çəkməyən kraliçadır. (Sokrat)
• Gözəllik öz sahibinə ziyan, başqalarına zövq verir. (Sokrat)
• Gözəl qadın insanın gözlərinə, gözəl xasiyyətli qadın isə ruhuna dinclik gətirir. (Volter)
• Göz yaşları—lal nitqdir. (Volter)
• Gözəlliyin isbata ehtiyacı yoxdur. (Volter)
• Güclülərin nikbin olmağa haqqı var. (Q.Mann)
• Görünmək istədiyin kimi ol. (Esxil)
• Gerçək xoşbəxtlik yaxşı yaşamaq deyil, yaşamağı yaxşı bitirməkdir. (Esxil)
• Gizli oxlar atmaq və qaytarmaq. (Baltazar Qrasian)
• Günlər nə qədər uzundur, illərsə nə qədər qısadır! (Alfons Dode)
• Göz yaşları ilə hətta dəmiri də əridə bilərsiniz. (Publi Nazon Ovidi)
• Gələcək, bu gündən ona hazırlananlara aiddir. (Malkolm X)
• Göz yaşı ruh üçün yayda yağan yağış kimidir. (Alfred Austin)
• Görünür, insan dünyasında ən ədalətlə paylanmış nemət ağıldır. Çünki heç kəs öz ağlından gileylənmir. (Monteqyu)
• Günahlar barəsində yalnız üç fərziyyə mövcuddur: Onlar ya Allah tərəfindəndir (Əlbəttə, bu belə deyil). Belə olan halda, Allaha bəndəni etmədiyi şeyə görə əzab vermək yaraşmaz. Yaxud, həm Allah və həm də bəndənin – hər ikisinin tərəfindəndir (Əlbəttə, belə də deyil). Bu halda da, güclü şərikin zəif şərikinə zülm etməsi rəva deyil. Yaxud da bəndənin özü tərəfindəndir (Əlbəttə, bu belədir). Belə olduqda, Allah onu bağışlasa öz böyüklük və comərdliyinə görə bağışlamış, cəza versə bəndənin öz günahına görə cəzalandırmışdır. (İmam Kazım)
• Görmək asantdır, əvvəldən görmək çətindir. (Bencamin Franklin)
• Gələcək bizə məhsusdur! (Adolf Hitler)
• Gəlməyəcəyini bilə-bilə gözləmək axmaqlıq deyil, eşqdir. (Nazim Hikmət)
• Gerçək şair öz eşqi, öz xoşbəxtliyi və ağrısıyla məşğul olmaz. Şeirlərində xalqının nəbzini tutmalıdır. (Nazim Hikmət)
• Gerçək həyatdan qaçan və onunla əlaqəsiz mövzuları işləyən kimsə, saman kimi mənasızca yanmağa məhkumdur. (Nazim Hikmət)
• Göründüyündən daha böyük olmalı insan. (Ergün Gülər)
• Gözə baxdım min dənə, özə baxdım bir dənə. (Ergün Gülər)
• Gün işığı yarasanın gözünü qamaşdırdığı kimi, açıq-aşkar həqiqətlər də ağılı pərdələyir. (Aristotel)
• Gün gələr, hər kəs sevdiyini anlayar, qaşla-göz arasında. (Turqut Uyar)
• Gəlin, istədiyimiz kimi düşünək və düşündüyümüz kimi yaşayaq. (Əmin ər-Reyhani)
• Gerçək, zamanın tək qızıdır. (Leonardo da Vinçi)
• Gəncliyimdən bu yana ət yeyililməsinə qarşıyam. Bir gün insanların heyvanları öldürməyi eynilə insan öldürmək kimi cinayət qəbul edəcəyinə inanıram. (Leonardo da Vinçi)
• Göz yaşı-qəlbdə olan atəşin dəlilidir. (Zinun Misri)
• Güvən itdiyi yerdə, dostluq da itir. (Kiçik Seneka)
• Göydə quş kimi uçmağı, suda balıq kimi üzməyi öyrəndik, qalıb yerdə insan kimi yaşamağı öyrənmək. (Corc Bernard Şou)
• Gənckən etdiyim on şeydən doqquzunun müvəffəqiyyətsizliklə nəticələndiyini görmüşdüm. Bunun üçün on qat daha çox işə başladım. (Corc Bernard Şou)
• Göz yaşları iztirabın səssiz təzahürüdür. (Mari Fransua Arue Volter)
• Güc və etibarı həmişə xaricimdə axtardım. Amma bunlar insanın içindən gəlir. Və hər vaxt oradadırlar. (Ziqmund Freyd)
• Göz yaşları biçmək istəyənlər sevgi əksinlər. (İohann Kristof Fridrix Şiller)
• Güclü o şəxs deyil ki başqalarına güc ilə qalib gəlir, güclü o şəxsdir ki qəzəbləndiyi zaman özünə nəzarət etsin. (Mühəmməd peyğəmbər (SƏS))
• Günahdan tövbə odur ki, onu təkrar etməyəsiniz. (Mühəmməd peyğəmbər (SƏS))
• Gücün kimin tərəfində olmasının mənim üçün əhəmiyyəti yoxdur; əhəmiyyətli olan odur ki, haqq kimin tərəfindədir. (Viktor Hüqo)
• Gözəl ifadələr gözəl fikri bəzəyir və qoruyub saxlayır. (Viktor Hüqo)
• Gələcəyin bir neçə adı var. Zəif insan üçün gələcəyin adı - mümkünsüzlükdür. Qorxq insan üçün - naməlumluq. Düşüncəli insan üçün - ideal. (Viktor Hüqo)
• Gülüş - bu günəşdir, o İnsan üzündən qışı qovur. (Viktor Hüqo)
• Gülmək üçün xoşbəxt olmağı gözləməyin, bəlkə də gülmədən ölərsiniz. (Viktor Hüqo)
• Gəncliyə, yaşlılıqdan çox hörmət etməliyik. (Viktor Hüqo)
• Gəlin elə yaşayaq ki, biz öləndə hətta tabutçu belə heyfsilənsin. (Viktor Hüqo)
• Gün gəlir və anlar ki insan; yaşadığı hər şey bir yalandır. Geriyə imtina edə bilmədiyi bir eşq və qəbul edə bilmədiyi bir yalnızık qalır. (Çingiz Aytmatov)
• Gerçəyi axtarmaq onu əldə etməkdən daha qiymətlidir. (Albert Eynşteyn)
• Gəncliyimizdə düşüncələrimizi meydana gətirən bütün mövzular sevgiylə əlaqədardır. Sonraları isə bütün sevgilərimiz düşüncələrimiz olar. (Albert Eynşteyn)
• Gəlir vergisi bəyannaməsi vermək üçün bir filosof olmaq lazım. Bir riyaziyyatçı öhdəsindən gələ bilməz. (Albert Eynşteyn)
• Göz dikərək yad ellərin şəfa verməz ocağına; Böylə qərib bir parçacıq, kəfənsizmi öləcəyəm? (Almas İldırım)
• Gecə, qadınlarla ulduzları gözəl göstərər. (Corc Bayron)
• Gözəlliyin on qəpik etməz bu məndəki eşq olmasa. (Veysəl Şatıroğlu)
• Götür əlimi, qoy qəlbinə. Səni son dəfə eşidəcəyəm. (Cem Adrian)
• Gözləmək, indi heç eşitməyən birinə, dünyanın ən gözəl ifasını etməyə bərabərdir. (Cem Adrian)
• Gizlədəcək bir şeyin yoxsa, qorxacaq bir şeyin yox deməkdir. (Ernesto Çe Gevara)
• Günahlar artdıqca həya azalır. (Fridrix Şiller)
• Günləri yox, anları xatırlayarıq. (Çezare Paveze)
• Güc fiziki vəziyyətdən yox, boyun əyməyən iradədən gəlir. (Mahatma Qandi)
• Gələcəkdə görmək istədiyimiz dəyişiklər özümüz olmalıyıq. (Mahatma Qandi)
• Gələcəyi satın ala biləcək tək şey - bugündür. (Samuel Conson)
• Gözəllik, tək bir saçla belə bizi arxasından sürüyər. (Aleksandr Pop)
• Gözlənilməz olanı gözləmədikcə, onu tapa bilməyəcəksən. (Heraklit)
• Gəncliyinə doya bilmədən getdi, deyirlər. Doymaq mümkünmü ki, doyub da getsin. Doymaq burada yoxdur. Bura acmağın yeridir. (Nəcib Fazil Qısakürək)
• Gözləyə bilənə hər şey öz vaxtında gəlir. (Onore de Balzak)
• Gözəllik bizə ona görə lazımdır ki, kişilər bizi sevsin. Axmaqlıq bizə ona görə lazımdır ki, biz kişiləri sevək. (Koko Şanel)
• Gözəlliyin qayğısına qaldıqda ilk öncə qəlb və ürəkdən başlamaq lazımdır. Yoxsa heç bir kosmetika kömək etməz. (Koko Şanel)
• Güclünün zəifləri əzməsinə qanun da, əxlaq da yol vermir. İntellektual gücün isə başqa əraziyə müdaxiləsinin nə hüquq, nə də əxlaq müstəvisində qarşısı alınmır. (Tur Xander)
• Gözəl sözlərin arxasında çox çirkin əməllər, əzəmətli görkəmin arxasında miskin bir qəlb gizlənə bilər. (Ezop)
• Gecənin kabusu təzə açılmış səhər işığından qaçıb gizləndiyi kimi, hüzn, can sıxıntısı, şıltaqlıq və boş arzular da əməyin açıq və sakit simasından qaçıb gizlənir. (Konstantin Uşinski)
• Gur işıqlar özündən zəifləri qəhr edir. (Ş.Y. Sührəvərdi)
• Göz yaşı ağrı-acının sızıltısı, sevincin isə şəbnəmidir!. (Naməlum)
• Gözlər ürəyin aynasıdır. Amma sən yenə də gözünə ürəyini soruşma. (Arif Nihat Asya)
• Gücsüz xalqlar güclü liderlər çıxarır, güclü xalqlarınsa liderə ehtiyacı yoxdur.. (Emiliano Zapata)
• Gəlin əvvəlcə insan olaq, amerikalı isə sonra, daha münasib vaxtda olarıq. (Henri Toro)
• Günahların pis bir qoxusu vardır. Allahın nuru ilə baxanlar bunu anlar, lakin xalqdan gizlədərlər, onları biyabır etməzlər. (Əbdülqədir Geylani)
• Görünən, gerçək olsaydı elmə gərək qalmazdı. (Karl Marks)
• Görə bildiyinizi düşündüyünüz şeylərin görünməyən yanlarını görə bilməzsiniz. (Corc Uoker Buş)
• Gerçək heç vaxt şiddət tərəfindən çürüdülə bilməz. (Erix Fromm)
• Gün sonunda etmədiklərinlə deyil etdiklərinlə mühakimə olunarsan. (Çarli Çaplin)
• Günəş batanda uzanan kölgənə baxıb özünü böyük adam hesab eləmə. (Pifaqor)
• Gözəl danışan natiqin çox danışdığı hiss olunmur. (J.Renar)
• Gecə yuxu görənlərə nisbətən gündüz yuxu gorənlər çox şeylərdən xilas ola bilmək üçün daha səriştəlidirlər . (Edqar Allan Po)
• Gözəl qadının ölümü, şübhəsiz dünyada ən poetik mövzudur. (Edqar Allan Po)
• Goründüyü və ya olduğu kimi olmaqdan qorxan adam cəsarətli deyildir. (Edqar Allan Po)
• Gerçək olan hər şey ağlabatandır, ağlabatan hər şey gerçəkdir. (Georq Vilhelm Fridrix Hegel)
• Göylərdə süzən eşq var. O, qəlbə od qoyur. Amma elə eşq var ki, gündəlik işlərin mayasına qatılır. Bu eşq ailəyə hərarət gətirir. (Rabindranat Taqor)
• Günün doğulma saatı, sevinc və ümidin başlanğıcıdır. (Əhməd Haşim)
• Gözəl, yalanın uşağıdır. (Əhməd Haşim)
• Güc heçvaxt gülməli olmur. (Napoleon Bonapart)
• Göz yaşım qədər dəyərlisən, amma necə ki göz yaşlarımdan gözümdən düşdüsə, indi sən də eləsən. (Pablo Neruda)
• Gözlərə görmə qabiliyyəti könüldən, könülə isə ilahidən verilir. (Sanskrit aforizmi)
• Günümüzün insanı köklərindən qopmuş bir ağacdır. Həm özünə yad olubdu, həm təbiətə. (Cəmil Meriç)
• Gözü nur, nuru göz zinətləndirir. (Nizami Gəncəvi)
• Göylər yaransaydı eşqdən azad, Düşün, olardımı yer üzü abad? (Nizami Gəncəvi)
• Gərək söz meydanı gen olsun, müdam, Atını dördnala səyirtsin ilham. (Nizami Gəncəvi)
• Gündüzün yanında gecə olarmı? Onları bir yerdə heç görən varmı? (Nizami Gəncəvi)
• Görməyənlər qədər kor yoxdur. (Conatan Svift)
• Gələcək keçmişə bənzəyir. (İbn Xəldun)
• Getdiyində ağlarsan, mahnılarda, filmlərdə, ona-buna, hər şeyə ağlarsan. Ağılın başına gəlincə də boşa xərclədiyin zamana ağlarsan. (Çarlz Bukovski)
• Gerçək; Susuz yeyilən bir portağaldır. (Çarlz Bukovski)
• Günah; qadağan olduğu üçün acı verməz, Acı verici olduğu üçün qadağandır. (İohann Volfqanq Göte)
• Gülün tikanı var deyə kədərlənəcəyinə, tikanın gülü var deyə sevin. (İohann Volfqanq Göte)
• Gerçəyin gücü ilə yaşadığım müddətcə kainatı belə fəth edə bilərəm. (İohann Volfqanq Göte)
• Gözləmək. Sevginin mənə öyrətdiyi ilk dərs. Günlər çox ləng keçir, biz minlərlə plan qururuq, xəyali söhbətlər edirik, özümüzə söz veririk ki, bu cür və bu cür vəziyyətlərdə özümüzü tamam fərqli aparaq - heç cür rahatlıq bilmirik, sevgilimizin gələcəyi anı səbirsizliklə gözləyirik. (Paulo Koelyo)
• Gedənin arxasından baxmayın, yoxsa gələni görə bilməzsiniz.. (Paulo Koelyo)
• Gedən sizin üçün çox qiymətli də olsa, qapını örtün ki, içəridə qalanlar üşüməsin. (Paulo Koelyo)
• Güclü ehtiraslar altında çox vaxt zəif iradə gizlənmiş olur. (V.O. Klüçevski)
• Göydən qızıl yağsa insanın arzuları bitməz. İstəyin kiçik bir zövq verdiyini və əslində ağrıya səbəb olduğunu bilən adam, müdrik adamdır. (Qautama Budda)
• Gülümsəyin; elə səmimi və isti olun ki hər sıxdığınız ələ, ruhunuzu da qatın. (Deyl Karnegi)
• Gözəl sifət səssiz tövsiyədir. (Frensis Bekon)
• Gözəlliyə xidmət edən güc də nəcibləşir. (Əbu Turxan)
• Gözəl (ləyaqətli) qızlara ən böyük pisliyi sevirəm deyə onların peşinə düşən avara aşiqlər edirlər. Onlar nə vaxtsa baş tuta biləcək həqiqi bir sevgiyə kölgə salır, onun qarşısını almış olurlar. (Əbu Turxan)
• Gözəlliyi görə bilənlərin öz yaratdıqları da gözəl olur. (Əbu Turxan)
• Günahı ancaq savabla yumaq olar. (Əbu Turxan)
• Gözü ayağının altını seçməyənlər gec-tez həyatın girdabına düşəcəklər. (Əbu Turxan)
• Gözəllik ondur, doqquzu dondur. Əsl qabiliyyət doqquzun kölgəsində qalan biri görməkdir. (Əbu Turxan)
• Gözəllik varsa, onu qoruyan güc də olmalıdır. (Əbu Turxan)
• Göz üçün işıqlı və qaranlıq sahələr olduğu kimi, zəka üçün də işıqlı və qaranlıq sahələr vardır. (Əbu Turxan)
• Görünməzlik şeyin yoxluğuna deyil, işığın azlığına dəlalət edir. (Əbu Turxan)
• Günəş çıxanda Yer hansı hissi keçirirsə, sevgilisini görən aşiq də həmin hissi keçirir. (Əbu Turxan)
• Gələcək fövqəlinsanların xəyallarının gerçəkləşdirilməsi yolu ilə qurulur. (Əbu Turxan)
• Gözəllik duyğusu ənənəvi olaraq şairlər tərəfindən, mənəvi-əxlaqi duyğu – ruhanilər, həqiqət duyğusu – alimlər tərəfindən təcəssüm olunmuşdur. Bu üçünün eyniyyətindən çıxış edənlərə isə filosof deyilmişdir. (Əbu Turxan)
• Gücü düzgün yönəldə bilmək üçün öncə həqiqətə yiyələnmək lazımdır. (Əbu Turxan)
• Gözəllik duyğusu təbiətin insanı yenidən öz ağuşuna almaq əzmidir. (Əbu Turxan)
• Gələcək o zaman bizimkidir ki, keçmişimizin davamıdır. (Əbu Turxan)
• Güclü ehtiras o vaxta qədər faydalıdır ki, insan onu idarə etmək əzmində olsun; nəzarətdən çıxanda onun ilk qurbanı insan özü olur. (Əbu Turxan)
• Güc qaranlıqda qorxunc görünür; onun nəcabəti ancaq xidmət etdiyi amalın işığında üzə çıxır. (Əbu Turxan)
• Günəş qüruba endikcə, kölgə böyüyür. (Əbu Turxan)
• Günəşin başı o tərəfdəki işıqlı həyata qarışmasaydı, bu tərəfi qaranlıq bürüyə bilməzdi. (Əbu Turxan)
• Gənclər qocaların axmaq olduqlarını hesab edirlər. Halbuki, qocalar da gənclərin axmaq olduqlarını hesab edirlər. (Corc Çapmen)
• Gözlərin gözlərimə dəyəndə fəlakətim olardı; ağlardım. Məni sevmirdin, bilirdim. Bir sevdiyin vardı, hiss edirdim. (Attila İlhan)
• Gözləməyin! "Eşq"ini alan, "kədər"ə doğru irəliləsin. (Attila İlhan)
• Gil qabın möhkəmliyini səsi ilə yoxlayan kimi, insanı da ağzından çıxan söz ilə yoxlayırlar. (Əbül Fərəc)
• Göl suyu toplayır, bulaq paylayır. (Bleyk)
• Gözəllik əxlaqi ləyaqəti yüksəldir; bunsuz gözəllik ürək üçün yox, ancaq göz üçündür. (Vissarion Belinski)
• Gözyaşları Ən yaxşı Ləkə Çıxarıcıdır. (Milan Kundera)
• Gerçəyin Xülyadan Kənar, Çox Daha Kənar Bir Şey Olduğunu Tapıb Çıxarmaq üçün Gəlmişdi. (Milan Kundera)
• Gözəl olan hər şey əxlaqidir. (Flober)
• Günah öz düşüncəsini yaymaqla olar. Halbuki mən sadəcə susdum. Belə susduğuma görə heç bir qanun məni, ədalətə görə, haqlı olaraq cəzalandıra bilməz. (Tomas Mor)
• Güc kişiyə, gözəllik qadına verilir; Amma hər şeyi məğlub edən güc, bir tək gözəlliyə məğlub olur. (Yılmaz Ərdoğan)
• Gizlətmək qabiliyyəti yüksək olan, güclü biriyəm. Hətta gözlərimdən yaşlar düşəndə belə bu iki sözü deyirəm: "Mən yaxşıyam." (Yılmaz Ərdoğan)
• Gəldim, gördüm, qalib gəldim. (Qay Yuli Sezar)
• Gerçək budur ki, hər kəs səni incidəcək. Etməli olduğun tək şey, acı çəkməyə dəyər birini tapmaqdır. (Bob Marli)
• Gözəl danışmaq üçün tək bir yol vardır; dinləmək. (Bob Marli)
• Gülmək həmişə xoşbəxt olmaq demək deyil. Bəzən elə gülüşlər olur ki, ən böyük ağrıları gizlətmək üçündür.. (Bob Marli)
• Göz yaşından nə çıxar, nə üçün tər tökmədiniz?! (Mehmet Akif Ərsoy)
• Gerçəyi bilməyən yalnız axmaqdır. Lakin gerçəyi bilən və ona yalan deyən, günahkardır. (Bertolt Brext)
• Gəncliyimdə axtardığımı yaşlılığımda tapdım , neyləyərsən. Ya mən erkən gəldim ya sən gecikdin, neyləyərsən. Qədər! (Şəms Təbrizi)
• Gözəl bir gülü, gözəl bir gecəni, gözəl bir dostu hər kəs istər. Əhəmiyyətli olan gülü tikanıyla, gecəni sirriylə, dostu bütün dərdiylə sevə bilməkdir. (Şəms Təbrizi)
• Gəl baxaq odla necə oynanar göstərim.Gör baxaq atəşmi səni yandırar, sənmi atəşi? (Şəms Təbrizi)
• Gənc qızların göz yaşları sanki səhər çiçəyinə bənzər: günəş çıxan kimi üzərindəki damlalar uçub-gedər. (Aleksandr Puşkin)
• Gözəllik gözdən könülə düşən közdür. (Könül Bünyadzadə)