"Həyat" Aphorisms about

"Həyat" Aphorisms about


Aphorisms on our site are grouped according to the following letters

"Həyat" Aphorisms about

  • • Başqalarının halına yana bilən insan yaşamağa layiqdir. (Van Qoq)
  • • Bir gün ürəyincə yaşamaq yüz il sürünə sürünə yaşamaqdan yaxşıdır. (Ş.Bodler)
  • • Biz fəryad ilə dünyaya gəlir, qorxu ilə yaşayır, ah-nalə ilə də onu tərk edirik. (Rövşən Abdullaoğlu)
  • • Böyük işlər görmək üçün elə yaşamalısan ki, sanki heç vaxt ölməyəcəksən. (Vovenarq)
  • • Bu gözəl həyat təkcə bizim deyil. Bu həqiqəti anlayıb başqalarına ziyan vermədən yaşamağı öyrənməliyik. (Ziqmund Freyd)
  • • Dünya hamıya çatacaq qədər böyükdür. Başqasının yerini tutmağa çalışmaqdansa, öz yerin haqqında fikirləş. (Çarli Çaplin)
  • • Dünyada dörd cür insan var: aşiqlər, özünə vurğunlar, xəyalpərəstlər və dəlilər. (İ.Ten)
  • • Dünyada üç fəlakət var: yanğın, qadın, dəniz. (Ezop)
  • • Dünyada xeyir iş görməyən insan əbəs yerə yaşayır. (C.Fuller)
  • • Dünyaya ağlaya-ağlaya gəlirik deyə ömür boyu ağlamayacağıq ki! (A.Kapus)
  • • Əhəmiyyətsiz saydığımız ən adi hadisələr bəzən həyatımızı cəhənnəmə döndərə bilər. (Dante Aligyeri)
  • • Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən - həyatın məqsədi məhz budur. (Cəlil Məmmədquluzadə)
  • • Faydasız həyat - vaxtsız ölümə bərabərdir. (İohann Volfqanq Göte)
  • • Görmək və hiss etmək - mövcud olmaq, düşünmək isə yaşamaq deməkdir. (Uilyam Şekspir)
  • • Hər gün insan üçün yeni bir həyatdır. (R.Beyker)
  • • Həyat — bu sonsuz mükəmməlləşdirmədir. Özünü mükəmməl hesab etmək isə-özünü öldürməkdir. (Georq Vilhelm Fridrix Hegel)
  • • Həyat avtomobil idarə etmək kimi bir şeydir-nə qədər diqqətli və təcrübəli olsan da, qəzaya uğramaq ehtimalı həmişə var. (A.L.Stal)
  • • Həyat nə tamaşa, nə də bayramdır. Həyat çətin bir imtahandır. (Santayana)
  • • Həyat şərtləri çətindir, ancaq bu barədə çox düşünsən, bədbinləşə bilərsən. (Fridrix Nitsşe)
  • • Həyat yuxuda da öz sonuna doğru gedir. (A.Bule)
  • • Həyatda vaxt öldürmək özünü öldürmək deməkdir. (C.Pekk)
  • • Həyatdan zövq almaq üçün qarşıda bir məqsəd olmalıdır. (Ç.Kolton)
  • • Həyatın iki faciəsi var: biri arzumuza çata bilməmək, digəri isə istədiyimizi əldə etməkdir. (C.Vatson)
  • • İnsanın həyatinda cəmi üç böyük hadisə var: doğulmaq, yaşamaq və ölmək. O necə doğulduğunu hiss etmir,insan kimi yaşamağı unudur və əzablar içində ölür. (Jan de Labrüyer)
  • • Kişilər həyatı çox tez, qadınlar isə çox gec dərk edirlər. (Oskar Uayld)
  • • Mən əminəm ki, biz həyata əylənmək üçün deyil, öyrənmək üçün gəlmişik. (C.Robertson)
  • • Mən həyatın mənasını yorulmadan işləməkdə və çətinliklərlə döyüşməkdə görürəm. (A.Bek)
  • • Müdrik əcdadlarımızdan miras qalmış üç şeyi sizə vəsiyyət edirəm: - ana dilimizi - vicdanımızı - Vətənimizi. (Şah İsmayıl Xətai)
  • • Müdrik insan ölüm haqqında deyil, həyat haqqında düşünməlidir. (Benedikt Spinoza)
  • • Namusla yaşamaq üçün insan öz səhvlərini görüb düzəltməlidir. (V.İrvinq)
  • • Nəfsinin hakimi olan dünyanın ağası olar. (Naməlum)
  • • Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır. (A.Barbüs)
  • • Ömrün müddəti deyil, bu ömrü necə yaşadığın əhəmiyyətlidir. (H.Holley)
  • • Özümüz istəməsək, heç kəs həyatımıza təsir edə bilməz. (Deyl Karnegi)
  • • Şərəfli ölüm şərəfsiz həyatdan yaxşıdır. (Q.Təbrizi)
  • • Yalnız yaşamaq deyil, yaşatmaq da vacibdir. (Menandr)
Share with Friends

42 people on site
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024