• Birisi bəslərdi qurd balasını Böyücək məhv etdi öz ağasını. (Sədi Şirazi)
• Bitməyən bir kitab ol! (Əbu Turxan)
• Biz bəzən istedadsızları yazıqlaya-yazıqlaya yüksək mərtəbəyə qaldırmaqla, istedadlılara qənim hazırlamış oluruq. (Əbu Turxan)
• Biz yaxşıları mükafatlandırmaqla pisləri cəzalandırırıq. (Deni Didro)
• Bizim geyə biləcəyimiz ən yaxşı maska öz üzümüzdür. (Fridrix Nitsşe)
• Bu aynada mən ancaq özümü görürəm. Amma bu ayna məndən öncə neçə-neçə sifətlər görüb. (Əbu Turxan)
• Bu gün qürurlana biləcəyi heç nəyi olmayanlar dünənki xidmətləri ilə lovğalanmağa başlayırlar. (Mark Tulli Siseron)
• Bütün kölgələr silinir, ürəyə düşən kölgədən başqa. (Əbu Turxan)
• Bütün yollar qaranlıqdan işığa doğrudur. (Əbu Turxan)
• Çirkoy paltarda çirk bilinməz. (Əbu Turxan)
• Çox tez əldə olunmuş uğur həmişə keçici olur, çünki o, istedadın yox, təsadüfün bəhrəsidir. (Vovenarq)
• Daha yüksək intellektli adamların əqli enerjisi texnika vasitəsilə adi adamların həyatına müdaxilə edir və mənəvi təcavüz baş verir. (Tur Xander)
• Dəmiri aynatək parladan insan Pası silməlidir öz vicdanından. (Nizami Gəncəvi)
• Din və əxlaq inama əsaslanmaqla vasitəsiz bilik olsalar da, hər halda yenə də tərbiyə və təhsillə vasitələnirlər. (Georq Vilhelm Fridrix Hegel)
• Dumanın şərəfi dağla vüsaldır, Başın şərafəti ağıl-kamaldır. Yuxarı qalxdıqca dumanlanırsa, Bil ki, yetişməyib, baş hələ kaldır. (Əbu Turxan)
• Dünyada elə ac insanlar var ki, Tanrı onlara ancaq çörək formasında görünə bilir. (Çarlz Dikkens)
• Dünyada iztirab qədər yaxşı tərbiyəçi yoxdur. (İohann Volfqanq Göte)
• Dürüstlərin tənbəlliyi saxtakarların hakimiyyətinə yol açar. (Cəlaləddin Rumi)
• Əgər insan dünyanın ahəngini duya bilməsə, təbii gözəllik qarşısında heyrətlənməsə, öz daxili mənəvi güc qaynağını da kəşf edə bilməz. (Əbu Turxan)
• Əgər su da təmiz deyilsə, yuyunmağın nə faydası? (Əbu Turxan)
• Ehtiyacı olanlara ən böyük pisliyi yardım görüntüsü yaradanlar edir; onlar gerçək yardımların qarşısını almış olurlar. (Əbu Turxan)
• Elə insanlar var ki, onların qüsurları olmasaydı, istedadları da heç vaxt üzə çıxmazdı. (Vovenarq)
• Ən böyük zəfər məğlub etdiyin tərəfin həm də qəlbini fəth etməkdir. (Əbu Turxan)
• Əxlaq gözəllik libasında meydana çıxmalıdır. (Georq Vilhelm Fridrix Hegel)
• Əxlaq insanın xarakterində olmalıdır. (İmmanuel Kant)
• Əxlaq və qəbahət tərəzinin iki müxtəlif gözündə yerləşir. Bunlardаn biri qalxarsa, digəri enər. (Platon)
• Əxlaqi davranışın keyfiyyəti işin içində olan insanların sayına tərs mütənasib olaraq dəyişir. (Oldos Haksli)
• Eybəcər sifətə adət etmək və uyğunlaşmaq olar, çünki o həmişə eyni cür təzahür edir; eybəcər mənəviyyata isə uyğunlaşmaq olmur, çünki o həmişə müxtəlif formalarda təzahür edir. (Əbu Turxan)
• Əyri adam içindəki xəyanəti gizlətmək üçün fürsətdən istifadə edib sədaqətli olduğunu isbat edir. Düz adam isə buna ehtiyac duymadığından həmişə şübhəli qismində qalır. (Əbu Turxan)
• Əyri işıq yerə kölgə saldığı kimi, əyri işlər də ürəyə kölgə salır. (Əbu Turxan)
• Gözə soxulan sadəlik – niyyətli ikiüzlülükdür. (Fransua de Laroşfuko)
• Gözəl olan hər şey əxlaqidir. (Flober)
• Gözü ayağının altını seçməyənlər gec-tez həyatın girdabına düşəcəklər. (Əbu Turxan)
• Güclünün zəifləri əzməsinə qanun da, əxlaq da yol vermir. İntellektual gücün isə başqa əraziyə müdaxiləsinin nə hüquq, nə də əxlaq müstəvisində qarşısı alınmır. (Tur Xander)
• Günahlar artdıqca həya azalır. (Fridrix Şiller)
• Haqsız vasitələr tələb edən məqsəd haqlı məqsəd deyil. (Karl Marks)
• Hər şey incəlikdən, insan isə kobudluqdan qırılar. (Cəlaləddin Rumi)
• Hərə öz qəlbinin dərinliklərindəki işığı üzə çıxara bilsə, dünya daha işıqlı olar. (Əbu Turxan)
• İç dünyasının naməlum qatlarıancaq ilhamlı məqamlarda işıqlanır və sonra yenəqaranlığa bürünür. (Əbu Turxan)
• İçki məclisində ayıq adama münasibət necədirsə, naqis mühitdə düz adama münasibət də elədir. (Əbu Turxan)
• İki işığın təmasından daha böyük işıq da yarana bilər, qaranlıq da. (Əbu Turxan)
• İnsan mənəviyyat üçün yaşamalıdır. (Heydər Əliyev)
• İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. (Onore de Balzak)
• İnsan özü nə qədər xeyirxah və ağıllı olsa, insanlardakı xeyirxahlıqları da bir o qədər çox görər. (Blez Paskal)
• İnsan özündə ən azı rüşeym halında olmayanı başqasında görə bilməz. (Əbu Turxan)
• İnsan sifətini güzgüdə gördüyü kimi, qəlbini də ancaq könül güzgüsündə görə bilər. (Əbu Turxan)
• İnsana ən böyük mükafatı da vicdanı verir, ən böyük cəzanı da. (Vovenarq)
• İnsanı heyrətləndirən və heyran edən iki şey var ki, bunlardan biri başımızın üstündəki ulduzlu səma, o biri isə daxilimizdəki əxlaqi qanundur. (İmmanuel Kant)
• İnsanı insan edən ağıl yox, mənəvi qadağalar, əxlaqi sədlərdir. Lakin bu sədlər özü də vaxtaşırı ağıl süzgəcindən keçirilməlidir. (Əbu Turxan)
• İnsanın günaha batmaq istəməməsi ilə istəyib-bacarmaması fərqli şeylərdir. (Kiçik Seneka)
• İnsanın ləyaqəti onun məqsədə çatıb-çatmaması ilə yox, hansı məqsədə və hansı yolla getməsi ilə müəyyən olunur. (Abay Kunanbayev)
• İnsanın mənəvi dünyası əslində dünyadakı mənaların dünyasıdır. (Əbu Turxan)
• İnsanın öz yaxşı cəhətlərinə görə xəcalət çəkməsi alicənablıqdır. (Fridrix Nitsşe)
• İnsanlar bəlkə də pisliyi bağışlayar, amma təhqiri - heç vaxt! (J.Nerval)
• İtirəcəyi bir şey olmayan insandan qorxmaq gərək. (İohann Volfqanq Göte)
• Kimsə deyib ki, çox oxuyan çox bilməz, çox gəzən çox bilər. Lakin çox gəzənlərin çoxu könül evindən bixəbər qalıblar. (Əbu Turxan)
• Kitab ol, hamıya açılma; qoy səni ancaq anlayanlar oxusun! (Əbu Turxan)
• Könül Allah evidir. (Xudu Məmmədov)
• Könül aynası saf olmalıdır ki, həqiqət sirlərini görsün. (Cəlaləddin Rumi)
• Laqeydlikdən irəli gələn tolerantlıq fəzilət deyil. (Əmin ər-Reyhani)
• Ləyaqəti satmaqla varlanmaq olmaz. (Vovenarq)
• Ləyaqətli adamlar – yaxşılığı, naqislər isə – pisliyi unutmurlar. (Əbu Turxan)
• Ləyaqətsiz adamı təhqir etmək mümkün deyil. (Əbu Turxan)
• Məhəbbət teleskopdan, paxıllıq isə mikroskopdan baxır. (H.Şou)
• Məhək daşıyla qızılı yoxlayırlar, qızılla isə adamı. (Xilon)
• Mən işığa çıxan zaman bədənimin kölgəsi arxamca sürünür. (Cübran)
• Mən özümü bu dünyada, dünyanı məndə Dərk eləyib məna dolu hər şey olaydım. (Səməd Vurğun)
• Mənəvi dəyər maddi meyarla ölçülə bilməz. (Əbu Turxan)
• Mənəvi dünya iç aləmi sayılsa da, onun da öz içi və çölü, əlçatmaz göyləri vardır. (Əbu Turxan)
• Mənəvi gücün mənbəyi ruhun ənginliyidir. Daxili mücadilə və ziddiyyətlərdən məhrum olanda insan inkişaf impulsunu itirir, durğunluq vəziyyətinə düşür. (Tur Xander)
• Mənəviyyat ürəyin ağlıdır. (Heyne)
• Mənəviyyatca zəngin adamlar – sadə, maddi imkan baxımından zəngin adamlar – təkəbbürlü olurlar. (Əbu Turxan)
• Mərdliyi az olanın bicliyi çox olar. (Bleyk)
• Millətin ən mühüm kapitalı xalqın mənəvi keyfiyyətləridir. (N.Q.Çernışevski)
• Müasirlik mənəviyyatın zamana uyğunlaşmış, amma hələ zamanın sınağından çıxmamış üst qatıdır. (Əbu Turxan)
• Münasibətlər o zaman dayanıqlı olur ki, səviyyələr uyğun gəlsin. Kimsə münasibətinin kəsilməyini istəmirsə, gərək üstünlüyünü biruzə verməsin. (Əbu Turxan)
• Nadan adamın yaxşılığı ilə pisliyi arasında niyyət fərqi olar, nəticə fərqi olmaz. (Əbu Turxan)
• Nə pis adamlardan yaxşılıq gözlə, nə də yaxşı adamlardan pislik. (Xaqani)
• Neçə-neçə nəsillərdən bizə miras qalmış mənəvi sərvətlərin, adət-ənənələrin, dini-əxlaqi dəyərlərin intellektual inqilabın dağıdıcı təsirlərindən qorunub saxlanması üçüncü minillikdə ən böyük tarixi vəzifə olacaqdır. (Əbu Turxan)
• Öz məziyyətlərindən danışan gülüncdür, öz məziyyətlərini bilməyən – sadəlövh. (Çesterfild)
• Öz yükünü sakit şəraitdə, günəşli gündə çəkməyənlər qarda-boranda tələm-tələsik çəkmək zorundadırlar. (Əbu Turxan)
• Özün kimi ol: onda səni istəyənlər səni tapacaq, istəməyənlər səndən qaçacaq. (Əbu Turxan)
• Pas dəmiri yeyən kimi, paxıllıq da insanın qəlbini yeyir. (Periandr)
• Paxıl adam bir dəfə ölmür: rəqibi haqqında tərifli sözlər eşitdikcə hər dəfə ölür. (Baltazar Qrasian)
• Pis adam üçün bəd xəbər verməkdən xoş əyləncə yoxdur. (Şota Rustaveli)
• Pis adamın biliklisi daha təhlükəlidir. (Əbu Turxan)
• Pis fikirlərin olmasa, pis əməllərin də olmaz. (Konfutsi)
• Pislər pisləri – pis olduğu üçün, yaxşıları da – yaxşı olduğu üçün sevmirlər. (Əbu Turxan)
• Pulu, evi, əmlakı itirmək o qədər də acınacaqlı deyil, çünki bütün bunlar insanınkı deyil. Acınacaqlısı insanın öz həqiqi mülkünü – ləyaqətini itirməsidir. (Epiktet)
• Qanun hamı üçün eynidir; ləyaqət isə hər bir insanın özü üçün könüllü qoyduğu əlavə qadağalarla müəyyənləşir. (Əbu Turxan)
• Qəlbini təmizləməmisənsə, dəstəmaz almağın faydası yoxdur. (Cəlaləddin Rumi)
• Quyuya salsan da yaxşılığı, bil Yenə qayıdacaq, o itən deyil. (Nizami Gəncəvi)
• Sadəlik və sadəlövhlük çox vaxt qarışıq salınır, halbuki biri ürəyin təmizliyindən, o biri ağlın zəifliyindən irəli gəlir. (Əbu Turxan)
• Sadəlik, xeyirxahlıq və dürüstlük olmayan yerdə böyüklük yoxdur. (Lev Tolstoy)
• Savaşan iki kəsdən ağıllı olanın təqsiri daha çoxdur. (İohann Volfqanq Göte)
• Saxtakarlıq əvvəlcə vərdişə, sonra xarakterə çevrilir. (İbn Xəldun)
• Səndən irəlidə nə qədər adamın olduğunu görəndə, səndən arxada da nə qədər adam olduğunu yada sal. (Kiçik Seneka)
• Sənə yardım edənlərə yardım etməyi arzulama. Sən də sənə ehtiyacı olanlara yardım et! (Əbu Turxan)
• Şərab insanı riyakar edir: ağlını alıb ona ən ağıllı olduğunu, gücünü alıb ən güclü olduğunu təlqin edir, sağlığını alıb sağlıq dedirdir. (Əbu Turxan)
• Şərə qalib gələn xeyir, şərə rast gəlməyən xeyirdən qüdrətlidir. (N.A.Berdyayev)
• Sərxoşluq könüllü dəlilikdir. (Kiçik Seneka)
• Səxavət və bədxərclik zahirən nə qədər bənzəsə də, fərqli mahiyyətlərin ifadəsidir. (Əbu Turxan)
• Şöhrətpərəstin təkcə oturub-durduqları yox, düşməni də tanınmış olmalıdır. (Əbu Turxan)
• Şöhrətpərəstlik insanı boşboğaz, qürur isə dinməz edir. (Artur Şopenhauer)
• Televiziya elə adamlardan həzz almağa imkan verir ki, onları biz evin kandarına da buraxmarıq. (D.Frostalic)
• Televiziya indiki halda xalq üçün tiryəkdir. (Nikson)
• Televiziya o dərəcədə önəmlidir ki, onu ancaq televiziya işçilərinin öhdəsinə buraxmaq olmaz. (A.Benn)
• Təmiz qalmaq üçün heç bir işə qatışmayan adam unudur ki, o ən azı zəmanənin öz çirkabına bulaşmış haldadır. (Əbu Turxan)
• Tərbiyə xoşbəxt günlərində insanın bəzəyi, bədbəxt günlərində sığınacaq yeridir. (Demokrit)
• Tərifə laqeyd olanlar deyil, tənqidə diqqətli olanlar təvazökardır. (Jan Pol)
• Ürək təmiz olmayanda dediklərini anlamaq olmur. (Əbu Turxan)
• Utanmağı öyrətmək mümkün deyil, onunla doğulmaq gərəkdir. (Publiliy Sir)
• Vərdişə çevrilmiş əməllərə görə insan heç vaxt vicdan əzabı çəkmir. (Volter)
• Vicdan Allahın daxilimizdəki səsidir. (Alfons de Lamartin)
• Xalqı həmişə mənəviyyat birləşdirmişdir. Çünki başqa əsaslara nisbətən mənəvi əsaslar daha üstündür. (Heydər Əliyev)
• Xeyirxah adamda paxıllıq hissi ola bilməz. (Platon)
• Xeyirxahlıq təbiidir, bədxahlıq isə sonradan özünə yer tapıb. (Lev Tolstoy)
• Ya olduğun kimi görün, ya da göründüyün kimi ol! (Cəlaləddin Rumi)
• Yalan qartopu kimidir, diyirləndikcə artıb böyüyür. (Martin Lüter)
• Yalançının yaddaşı yaxşı olmalıdır. (Kvintilian)
• Yalnız elədiklərimizə yox, eləmədiklərimizə görə də cavabdehlik daşıyırıq. (Molyer)
• Yanıb işıq saça bilmirsənsə, heç olmazsa işığın qabağını kəsmə. (Lev Tolstoy)
• Yaradılmışlardan ən gözəli gözəl tərbiyə almış insandır. (Epiktet)
• Yaramaz adam bir anda, təmiz adam isə illər ötdükdən sonra tanınır. (Demokrit)
• Yarımçıqlıq bütün qüsurların tərkib hissəsidir, kamillik isə tam və bölünməz olur. (Vovenarq)
• Yaxşı niyyət heç də həmişə yaxşılığa gətirmir. Bunun üçün həm də bilik və qabiliyyət lazımdır. (Əbu Turxan)
• Yaxşı ol, qoy pisdir desinlər sənə, Nə ki, pis olasan, yaxşı desinlər. (Sədi Şirazi)
• Yaxşılığı yalnız yaxşılar, pisliyi isə hamı başa düşür. (Cənab Şəhabəddin)
• Yaxşılıq da, pislik də gec-tez adamın özünə qayıdır. Sadəcə pisliyi kimə edibsənsə, ondan gözlə, yaxşılığı - Haqqdan. (Əbu Turxan)
• Yumşaq ipəyi iti qılınc da kəsmir. (Cəlaləddin Rumi)
• Ziyankar adam düşünür ki, hələ ziyan vurmadığı adamlar ona minnətdar olmalıdırlar. (Əbu Turxan)