Aphorisms on our site are grouped according to the following letters
"İş" Aphorisms about
• Alın yazısını ancaq alın təri ilə yumaq mümkündür. (Cübran)
• Başlama, başladınsa, başa çatdır. (Əbu Turxan)
• Bir bütöv iş yüz yarımçıqdan üstündür. (Əbu Turxan)
• Bir elm öyrənmək istədikdə sən Çalış ki, hər şeyi kamil biləsən Kamil bir palançı olsa da insan Yaxşıdır yarımçıq papaqçılıqdan. (Nizami Gəncəvi)
• Bizdən qabaqdadır avropalılar, İşi iş bilənə tapşırır onlar. (Şəhriyar)
• Böyük iş kiçik işlərin toplanmasından yaranmır. Böyük iş üçün böyük ideya lazımdır. (Əbu Turxan)
• Böyük işləri vəd vermədən həyata keçirin. (Pifaqor)
• Böyük məqsədə çata bilmək üçün kiçik məqsədlərdən imtina etməyi bacarmaq lazımdır. (Əbu Turxan)
• Bu gün keçmiş nəsillərin gördükləri böyük işlər əvvəllər bir insanın ağlında gizli yaranan bir fikir olub. (Cübran)
• Çalışmayana Allah da yardım etməz. (Sofokl)
• Çətin iş vaxtında etmədiyimiz asan işlərin üst-üstə yığılması ilə meydana gəlir. (Jan Jak Russo)
• Darıxma iş görünsə bir qaranlıq quyuda Çünki qaranlıqdadır o dirilik suyu da. (Sədi Şirazi)
• Dünyada heç bir böyük iş ehtirassız görülə bilməz. (Georq Vilhelm Fridrix Hegel)
• Düşüncə və zəhmətin barı tez yetişmir. (Vovenarq)
• Düzgün yol məqsədə çatmaq üçün ən yaxın yoldur. (Nəsirəddin Tusi)
• Əgər səhv etməsəydim, çox az iş görə bilərdim. (Qabriel Marsel)
• Ehtiyatlı olmaq gözəl bir şeydir, lakin bilmək lazımdır ki, hətta tısbağa belə irəli getməyi üçün başını möhkəm çanağının içindən çıxartmaq məcburiyyəti qarşısındadır. (Rövşən Abdullaoğlu)
• Əlindən iş gələn – iş görür, iş gəlməyən – başqalarını öyrədir. (Corc Bernard Şou)
• Əlinə tikan batmadan qızıl gül toplaya bilməzsən. (Bencamin Franklin)
• Ən böyük çətinliklər onları gözləmədiyimiz yerdən çıxır. (İohann Volfqanq Göte)
• Ən ləng insan da, əgər məqsədli iş görürsə, məqsədsiz dolaşan insandan daha cəld gedir. (Doris Lessinq)
• Ən pis memar ən yaxşı arıdan onunla fərqlənir ki, mumdan pətək hazırlamamışdan öncə o onu öz beynində artıq hazırlayıb. (Karl Marks)
• Ən şirin meyvə öz zəhmətimizin meyvəsidir. (Vovenarq)
• Eyni nəticəyə müxtəlif yollarla gəlmək olar. Məharət bu yolların ən qısasını seçə bilməkdədir. (Əbu Turxan)
• Gözüaçıq olmayan insanlar məqsədə çatmayan yox, ondan yan keçən insanlardır. (Fransua de Laroşfuko)