Proverbs and Proverbs on our site are grouped according to the following letters
"Ailə" Proverbs about
- •
Ağlarsa anam ağlar, başqası yalan ağlar.
(Türk atalar sözü)
- •
Anası gəzən ağacı qızı budaq-budaq gəzər.
- •
Ata olmayan - ata, ana olmayan - ana qədrini bilməz.
- •
Atıcı atar, tayını tapar.
- •
Balam mənə əzizdir, tərbiyyəsi özündən də əzizdir.
- •
Bir ata doqquz oğul saxlar, doqquz oğul bir atanı saxlamaz.
- •
Bir-birini sevən ər-arvad komada da xoşbəxt olar.
- •
Dərdin çoxsa söylən, borcun yoxsa evlən.
(Türk atalar sözü)
- •
Döyülməyən düyüdən aş olmaz.
- •
Ər ilə arvadın xəmiri bir yerdə yoğrulub.
- •
Ər-arvad ipəkdir, araya girən köpək.
- •
Ərinə sahib olmaq istəyirsənsə, əvvəlcə onun mədəsinə sahib ol.
(İspan atalar sözü)
- •
Ərlə arvadın torpağı bir yerdən götürülər.
- •
Evlənərkən qulaqlarına yox, gözlərinə inan.
- •
Əvvəl evin içi, sonra çölü.
- •
Gərək təkcə gəlin gəlin olmasın, gəlin gedən yer də gəlin olsun.
- •
Hər işləyən - kişi olmaz,
Hər doğan - ana olmaz.
- •
Hər kəs ağlar, amma analar başqa cür ağlar.
- •
Məndən olub mənə oxşamır.
- •
Oğlunun davakarlığı ilə fəxr edən ata axırda ağzıqanlı qalar.
(Fars atalar sözü)
- •
Pis övlad altıncı barmaq kimidir - kəsərsən ağrıyar, kəsməzsən səni eybəcər göstərər.
- •
Qadının gözəlliyi uşaq əlindəki silah kimidir - həm onun özü, həm də ətrafdakılar üçün təhlükəlidir.
(Ərəb atalar sözü)
- •
Qadınsız evdə hörümçəklər tor qurar.
- •
Qırağına bax, bezini al, anasına bax, qızını al.
- •
Qızını döyməyən, dizini döyər.
- •
Su axar, çuxurunu tapar.
- •
Subayın malın it yeyər, canın - bit.
- •
Uşağı oxudan - atanın kisəsi, ananın kasası.