- •
Gözəllik, baxan kimsənin gözündədir.
(Fransız atalar sözləri)
- •
Gözləməyi bilmək uğurun sirridir.
(Fransız atalar sözləri)
- •
Geç olar, güc olar
(İngilis atalar sözləri)
- •
Gündüzün bir saatı gecənin iki saatından yaxşıdır.
(Afrika atalar sözü)
- •
Gözəllik, qadınlara verilən ilk hədiyyə, eyni zamanda geri aldığı ilk şeydir.
(Çili atalar sözləri)
- •
Gözələ məhəbbət qəbahət olar
- •
Gözəl var gözü ilə öldürər, gözəl var sözü ilə öldürər.
- •
Gözə yasaq yoxdur.
- •
Gülünə bax qunçəsin dər.
- •
Günün ölsün əlində qalsın, özün ölsən elində qalsın.
- •
Göydəki durnadan, əlimdəki sərçə yaxşıdır.
- •
Gözdən yaş yuyunsun, ürəkdən pas.
- •
Gün çıxdı, aləm gördü.
- •
Göz görmək üçün, könül sevmək üçündür.
- •
Gündüz gəzər obanı,
Gecə sancar dabanı.
- •
Gücün çatan işdən yapış.
- •
Göz yediyi aşı tanımalıdır.
- •
Gərək təkcə gəlin gəlin olmasın, gəlin gedən yer də gəlin olsun.
- •
Göz görməsə könül sevməz.
- •
Gec olsun, güc olsun.
- •
Gördüyünü qoyub görəcəyə getmə.
- •
Geyimə görə qarşılayar, ağıla görə yola salarlar.
- •
Girdin şəhərə, hamı gözü qıpıq, sən də ol gözü
qıpıq.
- •
Götürmədiyin çomaq, başada dəyər, qıçada.
- •
Gəmi quru yerdə yeriməz.
- •
Gəmisin batıran, başmaq axtarmaz.
- •
Gənc ömrün bağışlar, qarı ömrün qarışlar.
- •
Güc üzdən girsə, düz daldan çıxar.
- •
Güclü olan günlüyün tapar, bilimi olan illiyin.
- •
Görən gözündən asılı, görməyən ağzından asılı.
- •
Görməmiş, gözün qurusun.
- •
Göy verirsə, yer alır, göy istəsə yer çalır.
- •
Göycə mıncıq kimdədir, mənim gözüm ondadır.
- •
Göydən pay uman, yersiz qalır.
- •
Göydən yağar, yer alar, yer almasa, yel alar.
- •
Göz görə görə, əl görə görə pişər.
- •
Göz görər, ürək istər.
- •
Gördün yarın yar deyil, tərkin qılmağın ar deyil.
- •
Gecə gəbədir, gün doğmadan, nələr doğar.
- •
Gecə yatan, gündüz oyanar.
- •
Gedənin yeri boş, olduğu yeri xoş olsun.
- •
Gəl bir zərrəcik seyr et, gözə olmaz yasaq.
- •
Gəlir gəlməzə inanma, əlindəkin qaçırma.
- •
Gətirəndə el gətirir, yel gətirir, sel gətirir. aparanda el aparır, sel aparır, yel aparır.
- •
Gəvəzənin işi qalar, astanın işi qalmaz.
- •
Gic, nə doydum bilər, nə yoruldum.
- •
Gizli yüklənən aşgara doğar.
- •
Gördüyün kimi inanma, inandığın kimi gör.
- •
Gördüyün qoyub, sandığın tutma.
- •
Göz ki var qaranlığı seçmək üçündür.
- •
Göz qəlbin güzgüsüdür deyiblər.
- •
Gözdən uzaq, yaddan uçaq.
- •
Gözəldə hamının gözü var, çirkinə kimin sözü var.
- •
Gözələ kətəndə yaraşır, çirkinə ətləs neynəsin.
- •
Gözəllərin talehi, çirkin olur.
- •
Gözü toxa, ağzındakı yetər, ac gözə dünya yetməz.
- •
Gurlayaraq gələn düşmandan, kötüdür gülə - gülə gələn düşman.
- •
Gurulda, amma yağma.
- •
Gün görməyən gün görsə, gündüz çıraq yandırar.
- •
Güvənsən varlığa düşərsən darlığa.
- •
Güzgüyə baxanın, ağlı olmaz.
- •
Gədadan borc alma, ya toyda istər, ya bayramda.
- •
Gedər aclıq, gələr bolluq, bizə qalar kömbə yanığı.
- •
Göz görməsə üz dönər.
- •
Göz görməsə, üz utanmaz.
- •
Göz ilə gör, qulaqdan al, ağızla ver.
- •
Gözlüyə, gizli yoxdur.
- •
Gücənməsin biləyin, tükənməsin gücün.
- •
Gül açmasa, bar gəlməz, biçilsə don, dar gəlməz.
- •
Gül qədrini kor bilməz.
- •
Gül gülə oxşar, gözəl gözələ.
- •
Güzgüyə baxan özgəsin görməz.
- •
Getməsin o yaman ki, yerinə yaxşı gəlməyəcək.
- •
Gəlini evdə sına, dağa oduna yolla.
- •
Gəlin mənim süpürgəmdir, harda qoysam oturar.
- •
Gəlin var gələr – gətirər, gəlin var gedər – itirər.
- •
Gəzəyən qızdan gəlin olmaz.
- •
Gəlin anasına həm ağlar, həm də "gedirəm" deyər.
- •
Gəlin evin yaraşığıdır, cəlalıdır, bəzəyidir.
- •
Gəlin ocağa çəkər.
- •
Gəlin atda, qisməti yadda.
- •
Gəlin var gələr - gətirir, gəlin var gedər - itirir.
- •
Gəlin var qızdan, toyuq var qazdan başdır.
- •
Gəlin var - külü aş yapar,
Gəlin var - unu daş yapar.
- •
Görən gördüyünü deyər, görməyən ağzına gələni.
- •
Gül tikansız, çöl ilansız olmaz.
- •
Güllü yerdə tikan var, tikanlıqda gül harda.
- •
Gülmə qonşuna, gələr başına.
- •
Get özünə dost qazan, düşmən ocaq başında.
- •
Gedənə – yoldaş, gələnə qardaş.
- •
Günün batmağın görən kimsə, çıxdığına inanar.
- •
Güc aldan girsə, doğru tünlükdən çıxar.
- •
Gözünə torpaq atır.
- •
Gözünə qara su gələr.
- •
Gözün bir ayağın altına baxsın.
- •
Gözün aydın olsun, pişiyimiz oğlan doğub!
- •
Gözümün ağıcan olsun, özümün olsun.
- •
Gözümüz yollarda, qulaqlarımız səsdə.
- •
Gözüm üstündə yerin var.
- •
Gözüm səndən su içmir.
- •
Gözü tox olanın könlü də tox olar.
- •
Gözü yolda, qulağı səsdə.
- •
Gözü ilə görür, dili ilə istəyir.
- •
Gözsüz yaşamaq olar, vətənsiz yox.
- •
Gözlərindən cin çıxır).
- •
Gözləri fal daşı kimi açılır.
- •
Gözləri yollarda qalıb.
- •
Gözləri buz üstə çıxmış dananın gözlərinə oxşayır.
- •
Gözləri vəlfəcri oxuyur.
- •
Gözdən əsgi asır.
- •
Gözəllik hər kəsin əməlində yaşayır.
- •
Gözəllik baş tacıdır, hər adama qismət olmaz.
- •
Gözəllik ondur, doqquzu dondur.
- •
Gözəllik vardan olar, olmasa – hardan olar?
- •
Gözəllər çox iş görərlər, soyarlar adamı, dərviş edərlər.
- •
Gözələ baxmaq göz qaydasıdır.
- •
Gözələ göz dəyər, qəlbə – söz.
- •
Gözələ baxmağın könül səfası var.
- •
Gözəldən göz ağrısı, çirkindən dərdi-bəla.
- •
Gözəldə etibar olmaz.
- •
Gözəl görünər, çirkin bürünər.
- •
Gözəl gözəl deyil, könül sevən gözəldir.
- •
Gözəl – göz üçün, ağıllı – könül üçün.
- •
Gözəl kamallı gərək.
- •
Gözəl eyibsiz olmaz.
- •
Gözəl arvad şıltaq olar.
- •
Gözəl ağa çox gözəl idi, vurdu çiçək çıxartdı.
- •
Gözdən düşüb.
- •
Gözdə olmayan, könüldə də olmaz.
- •
Göz görməsə könül bulanmaz.
- •
Göz görməz, üz utanmaz.
- •
Göz gördüyünə inanar.
- •
Göz gördüyündən qorxar.
- •
Göz gördüyün danmaz.
- •
Göz gördü, könül sevdi, daha mənim nə günahım.
- •
Göz gözə alışanda ayrılıq çətin olar.
- •
Göz yumulub açılınca fürsət əldən gedər.
- •
Göz istədiyi gözələ baxar.
- •
Göz dəyəndə "gözlə" dəyər.
- •
Göz qulaqdan irəlidir.
- •
Göz qənimini tanıyır.
- •
Göz bir pəncərədir, könülə baxar.
- •
Göz bizim – söz bizim.
- •
Gödək adam gündə üç dəfə padşahlıq iddiasında olar.
- •
Goru var ki, kəfəni də olsun?
- •
Gicin buynuzu olmaz.
- •
Gic toyuq yumurta aparar.
- •
Girərəm yaylağından çıxaram qışlağından.
- •
Girdiyin yer qaranlıqsa, sən də gözünü yum.
- •
Gilas bağın olsa, bilərsən sığırçın necə quşdur.
- •
Gilavar, get, xəzri, gəl.
- •
Gizli düşmən ilan kimidir, sürünə-sürünə səssiz gələr.
- •
Gətirəndə: - El gətirər, yel gətirər, sel gətirər.
- •
Gərəkməzi saxla, bir gün gərək olar.
- •
Gərəkli malı gərəksiz gündə al.
- •
Gərəyi əkiblər, bitməyib.
- •
Gərəyi əkiblər, quluncan göyərib.
- •
Gərək soyuq günlərdə də, dost salsın dostu yada.
- •
Gərək saatla yox, vicdanla işləyəsən.
- •
Gərək gərəklə iş keçməz.
- •
Gəncliyin yükünü gənclikdə çəkərlər.
- •
Gənclikdən qocalığa ömür saxla.
- •
Gənclik ömrün baharıdır.
- •
Gənclik gözəllik deməkdir.
- •
Gənc yaşlarından namusunu qoru.
- •
Gənəşəkli don gen olar.
- •
Gəmisini batıran çarığını axtarmaz.
- •
Gəmisi suya oturub.
- •
Gəminin işini gəmiçi bilər.
- •
Gəmini qurtaran pişgahdır.
- •
Gəmiyə minib gəmiçi ilə dalaşır.
- •
Gəmidə oturub gəmiçi ilə savaşır.
- •
Gəlirinə bax, xərc eylə.
- •
Gəlməkdən əvvəl gedəcəyini düşün.
- •
Gəlmək bizdən, yola salmaq sizdən.
(Gəlmək səndən, yola salmaq ev yiyəsindən)
- •
Gəlmək qonaqdan, yola salmaq ev yiyəsindən.
- •
Gəlinin yelkəni əyilib.
- •
Gəlinciyim, qızlığım, darayı tuman, dizliyim.
- •
Gəlinin dili yox, qaynananın imanı.
- •
Gəlindən qız olmaz.
- •
Gələcəyi varsa, gedəcəyi də var.
- •
Gələnin qisməti özündən qabaq gələr.
- •
Gələnə "xoş gəldin", gedənə – "yaxşı yol" deyərlər.
- •
Gələnə "gəlmə" deməzlər.
- •
Gələnə qapı açıqdır, gedənə yox!
- •
Gələn, gedənə rəhmət oxuyar.
- •
Gələn qismətini yeyər.
- •
Gəldik cahan haqqı tapaq, molla qoymadı.
- •
Gəldi xəzri, ver nəzri, gəldi gilavar – onda nə var?
- •
Gəldi-gəldisi şah gəldisinə dönüb.
- •
Gəldi-gedəri saxlamaq olmaz.
- •
Gəldi əcəl – vermədi macal.
- •
Gəldi – qatıq, gəlmədi – ayran
- •
Gəldi qaşın qayırsın, vurdu gözün çıxartdı.
- •
Gəl məni gör, dərdimdən öl.
- •
Gəl deməsi yaxşıdır, get deməsi pis.
- •
Gəl daşı ətəyindən tök!
- •
Gəl bu şeytan atından en!
- •
Gəl bir addım, gəlim iki addım.
- •
Gəzərdə – qoyun əti, onun da boyun əti.
- •
Gəzər divanə-divanə parası olmayan dərviş.
- •
Gəzən qızın qazancı ənlik-kirşana gedər.
- •
Gəzən ayağa daş dəyər.
- •
Gədadan bəy olmaz.
- •
Gecə pişik samura oxşar.
- •
Gecənin xeyrindən gündüzün şəri yaxşıdır.
- •
Gecə dırnaq kəsən, gündüz nağıl danışan əlbət gora gedər.
- •
Gecənin ərizəsini heç kəs oxumayıb
- •
Gecənin ərizəsini həzrət Süleyman oxumayıb.
- •
Gecə şərab, gündüz qumar, bu əməllə sənət umar.
- •
Gecə sol yatan səhər sağ oyanar.
- •
Gecəsi-gündüzü yoxdur.
- •
Gecəni gündüzə qatmışam.
- •
Gecə-gündüzüm bir olub.
- •
Gecə gəldi, gecə getdi, necə gəldi, necə getdi!
- •
Gecə gəl, vecə gəl.
- •
Gecə gedər, gündüz gələr.
- •
Gecə qara, cücə qara.
- •
Gec gələn qonaq, olduğundan yeyər.
- •
Gec gəldi, tez öyrəndi.
- •
Gec kəsər, karlı kəsər, məzlumun ahı səni!
- •
Gec danışsan, kəlamın gül olar.
- •
Getmişdi kabab iyinə, gördü ki, eşşək dağlayırlar.
- •
Getmə gözümdən, gedərəm özümdən.
- •
Getdim savab edəm, günaha batdım.
- •
Getdim dərdli yanına o məndən narın ağladı.
- •
Getdim adına, tüpürdüm dadına.
- •
Getdi gedər-gəlməz yoluna.
- •
Getdi qara qızın eşqinə.
- •
Getdi babamın xeyratına.
- •
Get çanağım, gəl çanağım, ortalıqda sın çanağım.
- •
Getdi – görə bilməzsən, yıxdı – hörə bilməzsən, onu ki, sən deyirsən, onu daha görməzsən.
- •
Gedər bu gözəllik, sənə də qalmaz.
- •
Gedəni saxlamaq olmaz.
- •
Gedən gedər, oturan yol gözlər.
- •
Gah qul olar satılar, gah çıxar taxta kosa.
- •
Gah qovurt, gah qovurğa, keçirtdik ömrü belə.
- •
Gəl min boynuma!
- •
Gücünə bax, şələni bağla.
- •
Gücün çatmayan daşı qaldırma, zərbə düşərsən.
- •
Gücün çatmayan işə girişmə.
- •
Gücü çatana donuz güddürər.
- •
Gücü gücümdən çox, ağlı ağlımdan az.
- •
Gücü var, təpəri yox.
- •
Güclüyə nə düz, nə çörək.
- •
Güclü gücsüzdən qisas almaz.
- •
Güclü günahkar olmaz.
- •
Güclü yanında gücsüz günahkar.
- •
Güc gələndə dad bacadan çıxar.
- •
Güc doğanağa düşər.
- •
Güc birlikdədir.
- •
Günümü göy əskiyə bağlayıb.
- •
Günüm yoxdur, günüm var.
- •
Günlüyə, yanı qoduqluya, ruzigar haramdır.
- •
Günü gününün ölümünü istər.
- •
Günü gündən günü əsirgər.
- •
Günü ilə gün yoxdur.
- •
Günortadan sonra dükan açan nə qazanar?
- •
Günəbaxan günə baxar!
- •
Gündüz şam yandıran gecə şamsız yatar.
- •
Gündüz çıraq yandıran, axşam qaranlıqda qalar.
- •
Gündüz gəzər obanı, axşam sancar dabanı.
- •
Gündüz gedir dar-dar edir, axşam gəlir yer dar edir.
- •
Gündoğan səlamətdir, günbatan məlamət.
- •
Gündə qazan, gündə ye.
- •
Gündə bir söz eşitməsəm qulaqlarım tutular.
- •
Gündə bir dona (rəngə) girir, ana da deyir qızım var.
- •
Günbəz görər, elə bilər içində imamzadə var.
- •
Günahkar oldu lələ, saqqalı verdi ələ.
- •
Gün çıxdı – kosanı aldatmaq olmaz.
- •
Gün çıxar, aləm görər!
- •
Gün görməyən günü gördü, durdu çıraq yandırdı.
- •
Gün girməyən evə həkim girər.
- •
Gün girən evə həkim girməz.
- •
Gün kimi aydındır.
- •
Gün keçir, ömür gedir, dəli bəzənir ki, bayram gəlir.
- •
Gün keçər, kin keçməz.
- •
Gün keçər, qəza keçməz.
- •
Gün ilə bat, gün ilə çıx.
- •
Gün doğuşundan bəllidir.
- •
Gün var keçib gedər, gün var yadda qalar.
- •
Gülmək ağlamağın qardaşıdır.
- •
Gülmə gülünc olana, xəmiri linc olana, özün gülünc olarsan, xəmiri linc olarsan.
- •
Gülünə bax, qönçəsini dər.
- •
Gülün qədrini bülbül bilər, nə bilər hər divanə.
- •
Gülü get güllükdən gətir.
- •
Gülü yad etdikcə, bülbülün fəryadı artar.
- •
Gülmək ağlamaqla əkizdir.
- •
Güllüyün gülü beş günlükdür.
- •
Güllə məndən sovuşsun, ya yoldaşıma dəysin, ya saman çuvalına.
- •
Gülər üz, dadlı dil ilanı yuvadan çıxardar.
- •
Güldən gül iyi gələr.
- •
Güldən ağır söz demək olmur.
- •
Gül tikansız, dərə ilansız, səfa cəfasız olmaz.
- •
Gül solanda bülbül ağlar.
- •
Gül olmayan yerdə, böyürtkən özünü gül sanar.
- •
Gül o qədər bitib, reyhan arada itib.
- •
Gül güllüyü ilə üşüməz.
- •
Gül getdi, xar qaldı, güldən yadigar qaldı.
- •
Gül istəyən tikanın da istəsin gərək.
- •
Gül əzizdirsə, gülşən ondan əzizdir.
- •
Gül qönçədə qalmaz, söz – qəlbdə.
- •
Gül, bülbüldən artıq, insan əlindən çəkər.
- •
Gün altında yatmayan kölgənin qədrini bilməz.
- •
Güzgüyə baxan özgəsini görməz.
- •
Güzgüyə baxan öz camalın görər.
- •
Güzgü əyri olsa əksi əyri göstərər.
- •
Güvəclə qazanın nə aşnalığı?
- •
Güvəci ya sındır, ya dağdan yuvarlat.
- •
Güvəcə verə-verə çıxan qazan bahası.
- •
Güvəc yumbalanar qapağın tapar.
- •
Güvəc daşa toxunsa – vay güvəcin halına, Daş güvəcə toxunsa – vay güvəcin halına!
- •
Güvəc qazana dedi: - Üzün qaradır!
- •
Güvənmə varlığa, düşərsən darlığa.
- •
Guş daşı yerdə qalmaz.
- •
Götürən peşiman, götürməyən də.
- •
Gönünü dabbağxanada tanıyırlar.
- •
Görünən kəndə nə bələdçi?
- •
Görünən dağ uzaq deyil.
- •
Görülmüş işdən gül iyi gələr.
- •
Görməmişin oğlu oldu, vurdu gözün çıxartdı.
- •
Görməmiş görsə, ağıldan çıxar.
- •
Görməyə gözü var, eşitməyə qulağı.
- •
Görmədiyin yükün altına girmə.
- •
Görən gözün haqqı var, görən görüb götürər.
- •
Görən gözə yasaq olmaz.
- •
Gördün yemək, daha nə demək?
- •
Gördün ərin ər deyil, tərkin qılmaq ar deyil.
- •
Gördün yarın yar deyil, tərkin qılmaq ar deyil.
- •
Gördüyünü qoyub, eşitdiyinə inanma.
- •
Gördüyünlə nə işin var, sən bildiyindən danış.
- •
Gördüyünə aldanma.
- •
Gördüyündən göz kirayəsi istəyir.
- •
Gördüyün güllü kömbədir, bazara çıxıb qoğal olub.
- •
Gördü – hənək, görmədi – gerçək.
- •
Gönü suya vermə, verdin heyfsilənmə.
- •
Gönü qalın adamdır.
- •
Gölməçəyə su gəlincə qurbağanın gözləri bərələr.
- •
Göycə muncuq kimdədir, mənim gözüm ondadır.
- •
Göyçək arvadlı ilə, yorğa atlıya yoldaş olma.
- •
Göyə tüpürmə, üzünə tökülər.
- •
Göydən gələn yerə qəbuldur.
- •
Göydən yağmasa, yerdə bitməz.
- •
Göydən zənbil ilə düşməz.
- •
Göydə axtarırdım, yerdə əlimə düşüb.
- •
Gözünün nuru yoxdur.
- •
Gün batdı - bat, gün çıxdı - çıx!
- •
Gözü boynunun ardını görəndə...
- •
Göz görmür, üz utanmır.
- •
Göz görmək üçün, könül seçmək üçündür.
- •
Gecənin xeyrindən, gündüzün şəri yaxşıdır.
- •
Gününü düyünləyib göy əsgiyə.
- •
Günü günə satmazlar.
- •
Gündüz gəzər obanı, Gecə sancar dabanı.
- •
Gözünü qırpdın, sənin deyil
- •
Gözlərindən qan damır.
- •
Goru var ki, kəfəni də ola.
- •
Gəmidə oturub gəmiçi ilə vuruşur.
- •
Gəlmisən ayran içməyə, gəlməmisən ara açmağa.
- •
Gəlin bəzənincə toy əldən gedər.
- •
Gedər bu dövran sənə də qalmaz.
- •
Gedər bağlar qorası, qalar üzlər qarası.
- •
Gədaya borclu olsan, bir toyda deyər, bir də yasda.
- •
Gah nala döyür, gah mıxa.
- •
Göz görmək üçün, ağıl bilmək üçün.
- •
Gözə göz, dişə diş.
(Alman atalar sözləri)
- •
Gözdə göz yaşı yoxdursa, ruhda göy qurşağı yarana bilməz.
(Hind atalar sözləri)
- •
Gözün ağrıyır - əlini saxla, qarnın ağrıyır - ağzını.
(Özbək atalar sözləri)
- •
Gülməklə qarın doymaz
(Rus Atalar Sözləri)
- •
Görüş ayrılmasının başlanğıcıdır. (会うは別かれの始まり au nowa wakare no hajimari)
(Yapon atalar sözləri)