Vikipediya:Addəyişmə müraciətləri
Addəyişmə müraciətləri | |
---|---|
Bu səhifə vasitəsilə fayl və səhifə adlarının dəyişdirilməsi ilə bağlı müraciət edə bilərsiniz. Fayl yükləmə müraciətləri üçün Vikipediya:Yükləmə müraciətləri səhifəsinə baş çəkə bilərsiniz. Səhifə adlarının dəyişdirilməsi ilə bağlı ətraflı məlumat üçün Vikipediya:Səhifənin adını dəyişdirmək səhifəsinə göz gəzdirə bilərsiniz. İstifadəçi adınızı dəyişdirmək istəyirsinizsə, Vikipediya:İstifadəçi adı dəyişdirmək səhifəsinə baş çəkin. Səhifənin adlandırılması ilə bağlı mübahisə yarandığı hallarda müvafiq müzakirə səhifəsində vəziyyət həll edilməli və qərardan sonra sorğu bu səhifəyə əlavə edilməlidir. Müraciətinizi təqdim etməzdən öncə Vikipediya:Məqalə adları qaydalarını oxumanız tövsiyə olunur. Yekunlaşdırılmış müraciətləri arxiv səhifəsində tapa bilərsiniz. |
- Hazırkı ad: Bagel
- Yeni ad: Beyql
- Səbəb: Bu cür transliterasiya olunur. Nümunə. Мурад 97 (müzakirə) 11:07, 26 aprel 2024 (UTC)
- Şərhlər:
- Qərar: Edildi. Hörmətlə, Gadirmüzakirə 11:28, 26 aprel 2024 (UTC)
- Hazırkı ad: İstanbul poqromu
- Yeni ad: 6–7 sentyabr hadisələri
- Səbəb: Türkiyədə bu hadisələr "6-7 Eylül Olayları", yunanca isə "Sentyabr hadisələri" (yun. Σεπτεμβριανά) adlanır. "Poqrom" sözü talan mənasında Avropa və Amerika mətbuatında istifadə edilmişdir. Yousiphh (müzakirə) 15:19, 27 aprel 2024 (UTC)
- Şərhlər:
- Qərar: Poqrom sözü dilimizdə iğtişaş, qarışıqlıq, talan, qırğın, kütləvi qətl kimi gedir. Misal üçün, Sumqayıt poqromları. Sentyabr hadisələri daha ümumi olur, İstanbul talanı da eləcə. Dəqiqləşdirmə ilə vermək olardı, amma bu versiyalar üçün yerli mənbə də tapa bilmədim. [1], [2] kimi mənbələri də nəzərə almaqla, daha müvafiq olan ümumi bir ifadə olan hadisə sözü qeyd edilərək məqalənin adı dəyişdirildi. Hörmətlə, Gadirmüzakirə 11:39, 28 aprel 2024 (UTC)
- Hazırkı ad: Ovriştə
- Yeni ad: Övriştə
- Səbəb: Google-da axtarış göstərir ki, o ilə yazılış 230 mənbədə, ö ilə isə 1410 mənbədə istifadə olunub. Yəni, ö ilə forması daha çox istifadə olunur. Ahəng qanuna görə də ö olmalıdır. Мурад 97 (müzakirə) 18:46, 28 aprel 2024 (UTC)
- Şərhlər: Ümumiyyətlə, məqalə silinsə yaxşı olar. Bir dənə də normal mənbə tapa bilmədim və məqalədə də yoxdur, yeganə mənbədən copy-paste edilib, məzmun da tamam uyğunsuz. Belə tip məqalələr çoxdur. Vikipediya yemək resept kitabçası deyil. Nəyə gəldi təsadüfi məqalə yaradıla bilməz. Hörmətlə, Gadirmüzakirə 19:24, 28 aprel 2024 (UTC)
- Qərar: Məqaləyə silinmə şablonu yerləşdirildiyi üçün addəyişmə icra olunmadı. Hörmətlə, Gadirmüzakirə 19:24, 28 aprel 2024 (UTC)
- Hazırkı ad: Multilinqualizm
- Yeni ad: Çoxdillilik
- Səbəb: Dilimizdə ümumiyyətlə belə yazılışı olan söz mövcud deyil. Çoxdillilik isə var: https://obastan.com/%C3%A7oxdillilik/1088052/ Мурад 97 (müzakirə) 20:08, 28 aprel 2024 (UTC)
- Şərhlər:
- Qərar: