Пословицы и пословицы на нашем сайте сгруппированы по следующим буквам
"Heyvanlar" Пословицы про
- •
At gücünü karvanda gör, mərd gücünü meydanda.
- •
At verməyin nə, "yavaş get" deməyin nə?
- •
Dəvəni yel aparsa, keçini göydə gör.
- •
Dostuna at vermə, verdinsə "yavaş get" demə
- •
Ər altında at olur, qeyrət altında ər olur.
- •
Eşşək nə bilir zəfəran nədir?
- •
Eşşək nə eşşək - tükü məxmər, incə kəmər, üzü qəmər, yerişi at, üstündə yat, belinə min, evinə çat.
- •
İt hürsə, bülbül susar.
- •
İt ilə yatan, bit ilə qalxar.
- •
İt qapmaz, at təpməz demə.
- •
İtə səlam, dəliyə sual olmaz.
- •
Məscid şamını yeyən pişik kor olar.
- •
Meydansız at sürülməz, sınaqsız ər bilinməz.
- •
Pişik arxasını yerə vurmaz.
- •
Pişik atası xeyrinə siçan tutmaz.
- •
Pişik miyoldamasın, toyuq taqqıldamasın.
- •
Pişik ölüb, siçanların bayramıdır.
- •
Pişik yaxşı bilir kimin ətini yeyib.
- •
Pişik yeyəni, aslan qusdura bilməz.
- •
Pişiyi bağlayıb çörək yeyənlərdəndir.
- •
Pişiyi bağlayıb süfrə açır.
- •
Pişiyi bir vursan – dinməz, iki vursan – dinməz, axırda üz-gözünü cırmaqlar.
- •
Pişiyi çox sıxışdırma, pələngə dönər.
- •
Pişiyin ağzı ətə çatmaz, deyər: iylənib!
- •
Qartal yuvasın gəzər, at sürüsün.
- •
Quru torba ilə tutulmaz at.
- •
Sahibinin yanında pişik də it basar.
- •
Siçan görəndə pələngə dönən pişik, pələng görəndə siçana dönər.
- •
Yatağan aslandan gəzəyən pişik yaxşıdır.
- •
Yaxşı ata bir qamçı, yaman ata - min qamçı.
- •
Yəhər at belində, həmişə qalmaz.
- •
Yəhərin ağır yüngülün, at bilir.
- •
Yemsiz torba, at gətirməz.