- •
Ləyaqətli insanın ürəyi xoşbəxtlik anlarında yumşaq, fəlakət anlarında sərtdir.
(Çin atalar sözləri)
- •
Ləb deməkdənsə, ləbləbi de.
- •
Leyləyin gedişinə yox, gəlişinə baxarlar.
- •
Loğma qarın doyurmaz, hörmət artırar.
- •
Ləyaqət ağıldadır, əsil-nəbəslə deyil.
- •
Lotunun pulu qurtaranda soğan-çörək də səlamətdir.
- •
Lotunun dilini lotu bilər.
- •
Lotunun da allahı var.
- •
Lotuya bir şillə kar eləməz.
- •
Lotu lotunun sözünə inanar.
- •
Lotu lotunu tapmasa, qara geyər, yaslı olar.
- •
Lotu lotunu aldatmaz.
- •
Loğmanı az götür, çox çeynə.
- •
Loğma deyil – boğmadır.
- •
Loğma dağ aşırar.
- •
Libasım yamaq götürür, qarnım yox.
- •
Lənət heçə!
- •
Lənət kor şeytana.
- •
Lələnin yaz evi.
- •
Lələ köçüb yurdu ağlayır.
- •
Lələ ikinci anadır.
- •
Ləl daşını, çay daşına qatma qardaş, kərəm eylə.
- •
Ləzgi nədir, güzgü nədir?
- •
Ləvənd ləvəndi tapar.
- •
Ləbləbidir – el dəbidir.
- •
Leş görəndə quzğuna dönər.
- •
Leyli bazarıdır, Məcnun can satır.
- •
Laçın qalada balalar.
- •
Laçın balasın verməz, bəlkə zorla alalar.
- •
Lat-lüt İmam Rza!
- •
Lalın dilini anası bilər.
- •
Lalam, karam – dinmərəm.
- •
Lal-dinməz qovluq.
- •
Lazımlı yerə sərf eləmir, lazımsız yerə su kimi axıdır.
- •
Lüləyin aftafa yerini tutar, girova qoyanda tutar, girova qoyanda alan olmaz.
- •
Lələ var, yurdu yox.
- •
Lələ köçüb, yurdu qalıb.
- •
Lal olmaq yalan danışmaqdan, pəltək olmaq söyüş söyməkdən, yoxsulluğa dözmək oğurluqla mal toplamaqdan yaxşıdır.
(Türkmən atalar sözləri)