Cavanşir Əhmədov (gizir)
Cavanşir Əhmədov (12 noyabr 1999, Bakı – 15 oktyabr 2020, Xocavənd) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsi şəhidi.[1]
Cavanşir Əhmədov | |
---|---|
Cavanşir Xeyrulla oğlu Əhmədov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 noyabr 1999 |
Doğum yeri | |
Vəfat tarixi | 15 oktyabr 2020 (20 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Milliyyəti | azərbaycanlı |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Xidmət illəri | 2020-ci ildən |
Rütbəsi | Gizir |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Murovdağ döyüşləri • Zəngilanın azad edilməsi • Cəbrayılın azad edilməsi • Hadrutun azad edilməsi • Hadrutun azad edilməsi |
Təltifləri |
Həyatı redaktə
Əhmədov Cavanşir Xeyrulla oğlu 12 noyabr 1999-cu ildə Qaradağ rayonu Ələt qəsəbəsində anadan olub. 2005-ci ildə həmin qəsəbədə yerləşən orta məktəbin 1-ci sinfinə daxil olur. 2016-cı ildə orta məktəbi bitirərək, Bakı İnşaat Kollecində təhsilini davam etdirir. Hərbiyə olan marağı onu atıcılıq kurslarına da yazılmağa sövq edir. Cavanşir orada snayper bacarıqlarına yiyələnir və kursda eyni zamanda özü də təlim keçməyə başlayır. 2020-ci ilin iyul ayında isə kolleci mühəndislik ixtisası üzrə bitirərək, hərbi xidmətə yollanır.
Hərbi xidməti redaktə
Müharibə başlayan ilk gündən O, yoldaşları ilə bir yerdə ön cəbhədə vuruşur. Cavanşir ilk öncə Murovdağ zirvəsinin, Cəbrayıl, Zəngilan rayonlarının və Hadrut qəsəbəsinin düşməndən azad olunmasında fəal iştirak edib. Hadrutun azad edilməsində də iştirak edən Cavanşir, 15 oktyabr tarixində həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavanşir Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cavanşir Əhmədov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Kəlbəcər, Cəbrayıl və Xocavənd rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli sərəncamları ilə Cavanşir Əhmədov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı, "Cəbrayılın azad olunmasına görə" medalı və "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[4][5][6]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Cavanşir Əhmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[7]
Ailəsi redaktə
- Atası — Əhmədov Xeyrulla Misir oğlu — Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. Ağdərə istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq, qazi olub.
- Anası — Əhmədova Gülnarə Sura qızı
- Qardaşı — Əhmədov Misir Xeyrulla oğlu
Təltifləri redaktə
- (15. dekabr 2020) — "Vətən uğrunda" medalı
- (24. iyun 2021) — "Cəsur döyüşçü" medalı
- (24. iyun 2021) — "Kəlbəcərin azad olunmasına görə" medalı
- (24. iyun 2021) — "Cəbrayılın azad olunmasına görə" medalı
- (24. iyun 2021) — "Xocavəndin azad olunmasına görə" medalı
- (5. noyabr 2021) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
Mənbə redaktə
İstinadlar redaktə
- ↑ "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi saytı). 08.12.2020. 2022-05-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.12.2020.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". 24.06.2021. 2021-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.07.2021.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". 24.06.2021. 2021-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.07.2021.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". 24.06.2021. 2021-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.07.2021.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". 24.06.2021. 2021-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.07.2021.
- ↑ Azərbaycan Prezidentinin rəsmi saytı. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05.11.2021-ci il tarixli Sərəncamı". www.president.az. 05.11.2021. 2021-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.11.2021.