İstifadəçi müzakirəsi:Rufet Turkmen Haqqinda Melumat - Vikipedia

İstifadəçi müzakirəsi:Rufet Turkmen Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz
Zəhmət olmasa, aşağıdan yeni mövzu əlavə edin

Silinmə ilə bağlı köməklik

Salam, Bəzi səhifələr var silinməyə namizəd mən bunları müzakirələr üçün nə əlavə edə bilərəm ki müzakirə aparılsın? Z.Elmar (müzakirə) 05:38, 9 yanvar 2024 (UTC)Cavabla

@Z.Elmar427 salam, bunun üçün VP:SNS-ə müraciət etməlisiniz. Turkmen müzakirə 11:27, 10 yanvar 2024 (UTC)Cavabla

Sizin üçün bir ulduz!

  Bəyənilən təşəbbüskar ulduzu
Əhəmiyyətli qayda və prinsiplərin, xüsusən də vikicəmiyyətin bütün üzvlərinin layihənin gedişatındakı rollarını və hüquqlarını tanıyan və onlara əhəmiyyət verən qaydaların azvikidə qəbulundakı rolunuz və bu istiqamətdə müxtəlif təşəbbüslərlə çıxış etdiyiniz üçün təşəkkür edirəm. Əsas da, qaydaların qəbul edildikdən sonra tətbiqi yönündəki səyiniz və birmənalı mövqeyiniz təqdirəlayiqdir. Sura Shukurlu (müzakirə) 20:18, 15 fevral 2024 (UTC)Cavabla
@Sura Shukurlu salam, təşəkkür edirəm! Turkmen müzakirə 07:43, 16 fevral 2024 (UTC)Cavabla
Doğrudan, qaydalarımız təkmil və mükəmməl olmasa da, sizin bu yolda atdığınız addımlar həqiqətən təqdirəlayiqdir. Son vaxtlar ərzindəki təşəbbüsləriniz, qaydalara əlavə təklifləriniz, müzakirələr və səsvermələr başlatmağınız, bunların qəbul olunması hazırda qaydaların inkişafı yolunda Az Viki üçün ciddi uğurdur. Təşəkkür edirəm. Hörmətlə, Gadirmüzakirə 12:30, 16 fevral 2024 (UTC)Cavabla
@Gadir diqqətiniz üçün təşəkkürlər! Turkmen müzakirə 13:45, 16 fevral 2024 (UTC)Cavabla

Səsvermə hüququ

Salam, həmkar. İstifadəçinin Vikipediya ad fəzasında 100 redaktəsi yoxdur. Hörmətlə, Gadirmüzakirə 13:27, 1 mart 2024 (UTC)Cavabla

@Gadir salam, diqqətiniz üçün təşəkkür. İstifadəçiləri qarışdırmışam. Turkmen müzakirə 13:29, 1 mart 2024 (UTC)Cavabla

Fayl

Salam. Zəhmət olmasa Fayl:İntizam Rəhimov.jpg faylını bərpa edəsiniz. Səhvliklə sil şablonu qoyulub silinib. — Xeyal (müzakirə) 20:33, 8 mart 2024 (UTC)Cavabla

@Xeyal salam, problem deyil. Lakin fayl müəllif hüquqları ilə bağlı silinib axı. Turkmen müzakirə 06:12, 9 mart 2024 (UTC)Cavabla
@Turkmen ilk əvvəl istifadəsiz fayl kimi namizəd göstərilmişdi. — Xeyal (müzakirə) 08:29, 9 mart 2024 (UTC)Cavabla

Bütün İnzibatçılara Müraciət

Hörmətli İnzibatçılar! Yazlb Sizi məlum edirəm ki,  mən Emil Rəhimov Dünya Alpaqut federasiyası əməkdaşıyam. Vikipediyayada olan səhifələrimizə məlumatların yerləşdirilməsi, redaktə edilməsi, istinadların əlavə edilməsi üçün daxil olmuşam.  Vikipediyaya daxil olarkən mənə kömək etmək məqsədilə təyin olunmuş şəxs Moses bəydi. İlk öncə ona müraciət edərək Dünya Alpagut Federasiyası səhifəsiniinn digər dillərdə tərcümə edilib paylaşması üçün müraciət etdim. O, mənə "özünüzdə yarada bilərsiz deyə qaydaları izah etdi". Beləliklə mən rus dilində Dünya Alpagut Federasiyası səhifəsini yarardım hansı ki,  bu səhifə AzVikidə mövcuddur.  iki gün öncə rus dilli vikipediyada yaratdığım "Всемирная федерация Алпагут " adlı səhifə silinməyə çıxardılıb. İlk əvvəl elə anladım ki, bunu rusdilli adminlər edib. Daha sonra diqqət etdim ki, bunu Sura Shukurlu hesabında olan şəxs edib. Təsəvvür edin ki,   bu şəxs tərəfindən səhifə silinməyə qoyulmasına baxmayaraq rud dilli redaktorlardan biri yazır ki,  "çox maraqlıdır bu səhifə niyə silinməyə qoyulub" digər yazılar həmin səhifədə mövcuddur xahiş edirəm baxasınız. Ancaq mənim müraciətimin məğzi başqadı. Sura Shukurlu hesabında olan bu şəxs özü həmin səhifədə rus dilində bilmədiyini qeyd edir. Bu şəxsin rus dilini bilmədiyi halda rusdilli Vikipediyaya keçib bizim səhifəni silinməyə cəhd etməsi nə deməkdir ?  Rus dilli Vikipediyaya rus redaktor və İnzibatçılar yoxdur? yoxsa onların gözü görmür. Diqqət edin eyni hərəkəti Sura Shukurlu adlı bu şəxs türk dilində olan vikipediya səhifəsindədə etdi. Mən nə qədər cəhd etdim səhifənin silinməsin qarşısın ala bilmədim. Göstərilən arqumentlərə görə istinadlar və məlumatlar əlavə edə bilmirdim.  Çünki həmin səhifə mühafizə altında idi nəyi əlavə edirdim geri qaytarılırdı. Həmdə mən burda yeniyəm təcrübəsizəm deyə əlimdən heçnə gəlmədi. Mənim sualım hamınıza bundan ibarətdir ki,  biz Azərbaycanı dünyada təmsil edən,  iki millət vəkilinin rəhbərlik etdiyi, Azvikidə mövcüd olan Dünya Alpagut Federasiyası səhifələrinin digər dillərdə yaradılmasına niyə Sura Shukurlu adlı şəxs mane olur? bu şəxs bizdən nə istəyir? bu şəxs üzündən vaxtilə bizim federasiyanın vikidə öz səhifələrimizi silinməkdən müdafiə edən iki əməkdaşı blok edildi. İndidə məni kukla hesabı kimi Nemoralis bəyə şikayət edirki mən bloklanım və öz səhifələrimizi redaktə edə bilməyim və digər dillərdə olan səhifələrimizi yarada bilməyim. Burada biri mənə desin bu şəxsin etdiyi hərəkət vikipediya qaydalarına uyğundurmu? Xahiş edirəm münasibət bildirin. KülTegin.Alp (müzakirə) 06:11, 11 mart 2024 (UTC)Cavabla

Arxiv şablonu

Salam. Arxiv səhifələrini yaradanda çalışın ən yuxarı {{Arxiv}} də əlavə edin. Həm xəbərdarlıq şablonudur, həm də tərkibindəki sehrli sözlər sayəsində səhifədə yeni mövzü yaratmağı, bölmələri redaktə etməyi və cavabla düymələrini söndürür. Nemoralis (müzakirə) 12:13, 13 mart 2024 (UTC)Cavabla

@Nemoralis salam, bu şablonu müvafiq səhifəyə adətən arxivləşdirmənin sonunda əlavə edirəm. Diqqətiniz üçün təşəkkür. Turkmen müzakirə 12:15, 13 mart 2024 (UTC)Cavabla
@Nemoralis, bu arada, mövzusunu açmışkən, həmin şablona düzəliş verə bilərsiz? Səhifəni tanısın, müzakirə səhifəsinə qoyanda cari səhifə kimi müzakirəyə yönləndirsin, əsas səhifə olanda əsas səhifəyə. İndi hazırda müzakirə səhifəsinə yönləndirir, mən düzəliş etmişdim vaxtilə. Hörmətlə, Gadirmüzakirə 12:22, 13 mart 2024 (UTC)Cavabla

Bir ulduz da sizin üçün!

  "Vikibağlılıq" nişanı
Azərbaycanca Vikipediyanın inkişafındakı danılmaz səylərinizə görə təqdim olunur. Uğurlar! Hörmətlə, Gadirmüzakirə 03:29, 18 mart 2024 (UTC)Cavabla
@Gadir diqqətiniz üçün təşəkkür edirəm! Turkmen müzakirə 05:27, 18 mart 2024 (UTC)Cavabla
Xoşdur, layiqsiniz. Mənə belə, aktiv fəaliyyətim dövründə 17 mükafat təqdim ediblər. Məncə, sizə haqsızlıq etmişik. 😄  Hörmətlə, Gadirmüzakirə 06:17, 18 mart 2024 (UTC)Cavabla
@Gadir ))). Turkmen müzakirə 06:19, 18 mart 2024 (UTC)Cavabla

M qısayolu

Salam, həmkar. Bu qısayol problem törədir. Baxın: M:Azərbaycan, yönləndirməlidir müzakirə səhifəsinə, metaya tullayır. Hörmətlə, Gadirmüzakirə 11:36, 21 mart 2024 (UTC)Cavabla

@Gadir salam, bəli "m" qısaltması meta-vikinin qısaltmasıdır. Bu kimi səbəblərdən qısaltamalarda düzəliş etdik. Qısaltmalar aşağıdakı şəkildədir:
  • Müzakirə (əsas) - MZ
  • Fayl - FL
  • Fayl müzakirəsi - FLM
  • Şablon - Ş
  • Şablon müzakirəsi - ŞM
  • MediaViki - MV
  • Mediaviki müzakirəsi : MVM
  • Kateqoriya - KAT
  • Kateqoriya müzakirəsi - KATM
  • Kömək - KK
  • Kömək müzakirəsi - KKM
  • İstifadəçi səhifəsi - İ
  • İstifadəçi müzakirəsi - İM
  • Modul - MD
  • Modul müzakirəsi - MDM
  • Portal - POR
  • Portal müzakirəsi - PORM
Turkmen müzakirə 11:43, 21 mart 2024 (UTC)Cavabla
Fayl da toqquşurmuş. Bir də portal, kateqoriya üçün tək hərf yetmirdi? Bunlar heç nəylə toqquşmur axı. Hörmətlə, Gadirmüzakirə 11:53, 21 mart 2024 (UTC)Cavabla
@Gadir "F" qısaltması Vikifunksiyaların qısaltmasıdır. "P" və "K" qısaltmalarını isə en-vikidə qısaltmaların başlığı məqalələr olduğu üçün məcbur uzadılma verdik. Turkmen müzakirə 06:19, 23 mart 2024 (UTC)Cavabla

Bərpa

Salam Həmkar zəhmət olmasa Eldəniz Qasımov məqaləsini bərpa edərsiniz heç bir səbəb olmadan məqaləni siliblər -- ☞QRAF☜   (✉ → ♕) 09:07, 27 mart 2024 (UTC)Cavabla

@Qraf salam, Hə Y Turkmen müzakirə 09:25, 27 mart 2024 (UTC)Cavabla

Baskervillin müzakirə səhifəsinin bloklanması

Salam həmkar. Hesab edirəm ki, Baskervillin müzakirə səhifəsinə redaktə etməyə əngəl qoymağınız doğru deyil. Göründüyü kimi, onun ifadəsinin təhqir olub-olmaması müzakirəlidir. Ona görə xahiş edirəm ki, onun müzakirə səhifəsinin blokdan azad olunması məsələsini yenidən gözdən keçirdəsiniz, ən azından qarşı tərəfə də özünü ifadə etmək üçün şərait yaradılmalıdır. Atakhanli (müzakirə) 15:28, 30 mart 2024 (UTC)Cavabla

Bir işə yarayacağını sanmıram, amma mən də müzakirə səhifəsinin açıq qalması gərəkdiyini düşünürəm. Hörmətlə, Gadirmüzakirə 15:31, 30 mart 2024 (UTC)Cavabla
Yox N @Atakhanli dəfələrlə qayda pozuntusu etdiyi üçün, müzakirə səhifəsini açmağa lüzum yoxdur. İstifadəçi daimi müzakirəyə meyillidir. Müzakirə səhifəsi açılanda kimlərləsə mübahisə edib layihənin işini pozacaq. İfadənin təhqir olması şübhəlidirsə istifadə etməzdi. O sözlər kiməsə xoş gəlməyə bilər. Diqqətli olmaq lazımdır Turkmen müzakirə 15:36, 30 mart 2024 (UTC)Cavabla

Baskervillin bloku barədə

Hörmətli @Turkmen, xahiş edirəm ki, Baskervill-in 1 aylıq blokunu açasız və ya bu bloku sadəcə bir-iki blokla əvəz edəsiz. Mən şəxsən istifadəçinin 1 aylıq bloklanması üçün böyük bir səbəb və qayda pozuntusu görmürəm. "Zibil" sözünü söyüş və ya təhqir hesab etmək düzgün deyil, kiməsə konkret ünvanlanmayıb. Sadəcə maşın tərcüməsi ilə yaradılan məqalələri zibil adlandırıb ki, bu da öz fikridir. "Utanmalıdırlar" sözünü də ağır təhqir kimi yanaşmaq olmaz, olsa belə, bunun cəzası 1 aylıq blok olmamalıdır. Düşünürəm ki, digər bəzi istifadəçilər də blokun doğru olmadığını düşünürlər. Metada Mehman da mənim fikirlərimə bənzər fikir bildirib. @Samral, @Solavirum, @Atakhanli, @Nemoralis, @Gadir kimi istifadəçilərin də fikirləri maraqlıdır. Kosmik Ozan utora! 16:08, 30 mart 2024 (UTC)Cavabla

@White Demon, mənim adıçəkilən istifadəçi ilə qarşılıqlı əlaqə blokum var deyə barəsində rəy bildirə bilmərəm. Sadəcə buradakı bu cümlə ("Bu ödənişli redaktorluq camaatın evini yıxacaq") də məncə VP:N qaydasına ziddir. samral müzakirə 16:19, 30 mart 2024 (UTC)Cavabla
Birbaşa şəxsi hücum görmürəm həmin rəydə. Açılmalıdır məncə. Nemoralis (müzakirə) 16:33, 30 mart 2024 (UTC)Cavabla
@White Demon, onda belə çıxır kiməsə ünvanlamadan təhqiramız ifadələr yazmaq, ortaya atmaq sərbəstdir, ki, şəxsə ünvanlanmayıb? Elə demək istəmədiyinizi bilirəm, amma elə anlaşılır. Xeyr, o qeyd edilənlər Vikipediyada istifadə edilməməsi gərəkən ifadələrdir. Redaktə mühitini qorumaq lazımdır, bloku profilaktiki hesab edirəm. İnzibatçı seçkisində də özünə qarşı bir ifadə işlətmişdi, hansı ki, xəbərdarlıq olunmuşdu və o da blok səbəbi idi. Davam edən pozucu fəaliyyətinə görə müddət adekvatdır, amma 15 gün ola bilər, ortaq fikir varsa. Amma effektiv olacağını düşünmürəm. Mənə bir şey də maraqlıdır, istifadəçi istifadəçilərə kütləvi mesaj göndərir? Şübhələrim var, çox güman blok davam edərsə, davam edəcək. Hörmətlə, Gadirmüzakirə 16:46, 30 mart 2024 (UTC)Cavabla
heç 1 saat da bloku haqq etmir. "camaatın evini yıxacaq" ifadəsi də nəzakətsizlik deyil, təhqir deyil, kimisə alçaltmaq deyil. müzakirə səhifəsinin də blokda qalması ümumiyyətlə düzgün addım deyil. ortada təhqir, təhdid yoxdursa biz camaata bütün sözlərindən güllük-gülüstanlıq qoxusu gəlsin tələbi qoya bilmərik. Atakhanli (müzakirə) 17:01, 30 mart 2024 (UTC)Cavabla
@Atakhanli, @Gadir, @Nemoralis, @Samral, @White Demon, blok uyğundur. Əvvəlki pozulmaları də nəzərə alaraq tətbiq olunub. Əgər narazılığınız varsa KM-da müzakirə açıb, qərar qəbul edə bilməkdə sərbəstsiniz. Turkmen müzakirə 17:09, 30 mart 2024 (UTC)Cavabla
İstifadəçinin bloku icma bloku olmadığı üçün KM-dakı müzakirəylə açılması doğru olmaz. VP:BLOKUNAÇILMASI qaydasına əsasən digər inzibatçı blokun açılması müraciətinə baxıb bloku aça bilər. @Baskervill, blokunuzu aça bilərəm, amma VP:BLOKŞƏRTLƏRİ tətbiq edilərək. Şərt Turkmen ilə 1 aylıq qarşılıqlı əlaqə qadağasıdır. Bu şərti müzakirənin daha da alovlanmaması üçün təklif edirəm. Şərtimə cavab verə bilməyiniz üçün müzakirə səhifənizi açıram. Nemoralis (müzakirə) 12:48, 31 mart 2024 (UTC)Cavabla
Meta-da Baskervill-in hərəkətlərinə qədər razı idim sizin fikrinizlə, amma baş verənlər onu göstərir ki, Baskervill VP:BURADADEYİL. --► Hörmətlə: SolaVirum 14:08, 31 mart 2024 (UTC)Cavabla
@Turkmen istifadəçi ilə sizlə arasında qarşılıqlı əlaqə qadağa gətirməklə blokdan azad olunmasına necə baxırsınız? Atakhanli (müzakirə) 17:23, 31 mart 2024 (UTC)Cavabla
@Atakhanli, mənim bu istifadəçi ilə elə də müzakirəm olmur. Müzakirəm olsa belə normal müzakirə aparırıq. Əgər şərti bloku açmaq barədə fikir birliyi varsa, ən azı bir neçə həftə, ya 1 ay müzakirələrə qoşulmasın və Vikipediyanın normal işini pozmasın. Turkmen müzakirə 17:39, 31 mart 2024 (UTC)Cavabla
Salam Turkmen. Müzakirələrin daha da alovlanmasının qarşısını almaq üçün Baskervillə 1 aylıq (1 may 2024-cü ilədək) qarşılıqlı əlaqə qadağası tətbiq edirəm. Zəhmət olmasa istifadəçi ilə əlaqəyə girməkdən çəkinin. Nemoralis (müzakirə) 17:49, 31 mart 2024 (UTC)Cavabla
@Nemoralis qərarınıza hörmət edirəm. Amma bu qərar nəticəyönümlü deyil. Yuxarıda Atakhanli-ya da bu mövzuda cavab vermişəm. Yenə də özünüz bilərsiniz. Turkmen müzakirə 17:53, 31 mart 2024 (UTC)Cavabla
Münaqişələrin qarşısını almaq lazımdır artıq. Nemoralis (müzakirə) 17:56, 31 mart 2024 (UTC)Cavabla

Məqalənin Bərpası

Salam, Turkmen bəy.

Milli Arxivlər və Efiopiya Kitabxanası, Qvineya Milli Kitabxanası, Puerto Riko Milli Kitabxanası,Peru Milli Kitabxanası, Honq Konq Mərkəzi Kitabxanası adlı məqalələr (M2: Azərbaycan dilində olmayan və ya maşın tərcüməsi olan səhifələr) qaydasına əsasən inzibatçı tərəfindən silinib.

Qayda ilə tanış oldum. Bu şəkildə məqalə silinməli deyildi. Qaydaya əsasən:

"azərbaycanca deyil" şablonunu səhifəyə əlavə edilməli idi. Bu tip məqalələr "Qaralama" ad fəzasına daxil edilir və 1 ay intervalında heçbir ciddi redaktə edilmədikdə silinir."

Düşünürəm Haqsız yerə mənə vaxt tanımadan məqaləmi siliblər.Qaydanı sizə aşağıda yazılı formada gondərmişəm. Bu məsələdə mənə yardımçı olsanız çox şad olaram. Və Qısa müddətdə məqaləni qaydalara uyğun redaktə edərəm. Təşəkkür edirəm. Hörmətlə,İdylle (müzakirə) 07:36, 1 aprel 2024 (UTC)Cavabla

"M2. Azərbaycan dilində olmayan və ya maşın tərcüməsi olan səhifələr

VP:M2 Bu kriteriya Azərbaycan dilində olmayan və digər Vikimedia layihələrindəki məqalələr ilə demək olar ki, eynilik təşkil edən məqalələr üçün keçərlidir. Əgər məqalə digər Vikimedia layihələrindəki məqalə ilə eynilik təşkil etmirsə və leksik, o cümlədən qrammatik normalar çərçivəsində Azərbaycan dilinə tam olaraq uyğunlaşdırılmayıbsa, "sil" şablonu əvəzinə "azərbaycanca deyil" şablonunu səhifəyə əlavə edin. Nəzərə almaq lazımdır ki, "azərbaycanca deyil" şablonu məqalə tərtibatı zamanı daxil edilən məzmunun ayrı-ayrı komponentlərini Azərbaycan dilinin normalarından azad etmir və sözügedən şablon əvvəldə qeyd olunduğu kimi qismən uyğunlaşdırma zərurəti olan hallarda istifadə edilməlidir.

Redaktorlar məqalə yaradarkən Azərbaycan dilinin leksik və qrammatik qaydalarına mütləq şəkildə riayət etməli və maşın tərcüməsi olan məzmunu Vikipediyaya olduğu kimi əlavə etməməlidirlər. Əgər başqa dillərdən Azərbaycanca Vikipediyaya tərcümə ilə məqalə töhfəsi vermək istəyirsinizsə, əvvəlcə məqaləni öz qaralama səhifənizdə işləməklə, tərcümə edilən məzmunun tələbləri ödəməsini təmin edə bilərsiniz. Bu kriteriya Vikipediya oxuyucularının keyfiyyətli və anlaşıqlı məqalələrlə tanış olmasına imkan yaradır.

Bu tip məqalələr "Qaralama" ad fəzasına daxil edilir və 1 ay intervalında heçbir ciddi redaktə edilmədikdə silinir."

@Gunay M.E., salam müraciətiniz qəbul edildi. Məqalələri {{iş gedir}} şablonu əlavə edib, bərpa edirəm. Qaydasına salarsınız zəhmət olmasa. Turkmen müzakirə 07:51, 1 aprel 2024 (UTC)Cavabla
Bəli hamsına yenidən baxıb redaktə edəcəm. @Turkmen bəy Təşəkkür edirəm. İdylle (müzakirə) 08:10, 1 aprel 2024 (UTC)Cavabla

Vikidata

Salam həmkar. Mən vikidatada mənbəni necə citeref kodu olaraq əlavə edə bilərəm? Və vikidatada əlavə etdiyim istinadı məqalədə necə istifadə edə bilərəm? Ümumiyyətlə bu barədə kimnən soruşum — Bikar müzakirə 18:42, 27 aprel 2024 (UTC)Cavabla

@Bikar salam, bildiyim qədərilə hələ ki, mümkünsüzdür. Amma bu mövzularda @Toghrul R, @Nemoralis və @Araz Yaquboglu daha təcrübəlidir. Onların da fikirləri maraqlıdır. Turkmen müzakirə 05:33, 29 aprel 2024 (UTC)Cavabla

Səsvermə

Salam. Prinsipin qəbulu ilə bağlı səsvermədə cəmi iki nəfər iştirak edib və iştirakçəlardan biri təklif edən olaraq sizsiniz. Yəni, səsvermədə sizdən başqa cəmi bir nəfər iştiak edib. Səsvermənin yekunlaşdırılması və prinsipin qəbul edilməsi nə dərəcədə doğrudur bilmirəm. Sura Shukurlu (müzakirə) 08:00, 1 may 2024 (UTC)Cavabla

@Sura Shukurlu, salam. Səhifə 1 həftə ərzində 60 nəfər tərəfindən izlənilib, lakin mövqe bildirən olmayıb və son nəticədə qaydalara uyğun olaraq yekunlaşdırılıb. Necə ki, əvvəl-axır yekunlaşdırılmalı idi. Turkmen müzakirə 08:04, 1 may 2024 (UTC)Cavabla
@Turkmen bir səs ilə rəsmi prinsip qəbul etmək nə dərəcədə doğrudur? Sura Shukurlu (müzakirə) 09:33, 1 may 2024 (UTC)Cavabla
@Sura Shukurlu 1 səs niyə? Orada 2 səs var, tərtibatçı olmağım səsvermə hüququmu ləğv etmir axı. Amma narazılığınız varsa mənim üçün problem yoxdur. Səsverməni bərpa edib, 8 gün də əlavə edə bilərəm (yəni 7 gündən 15 günə artıraq). Başqa təklifiniz varsa, onu da müzakirə edə bilərik. Turkmen müzakirə 09:55, 1 may 2024 (UTC)Cavabla
İndi fikir verdim 7 gün olduğuna. İndiki aktivliyə görə 7 gün çox azdır. Mən hələ bu qaydanı səsverməyə təqdim edəndə 25 gün seçmişdim. İstifadəçilərin qayda ilə tanış olması vaxt ala bilər. 7 günün nə dərəcəd yetərsiz olduğunu bu səsvermədəki iştirak sayı da sbüut edir. Ona görə də vaxt uzadılmalıdır. 15 günə uzada bilərsiniz, amma fikrimcə 25 gün daha yaxşı seçimdir. Sonra hər hansı istifadəçinin "bu qayda nə zaman qəbul olunub?" deməsini istəmərik :) Sura Shukurlu (müzakirə) 10:28, 1 may 2024 (UTC)Cavabla
@Sura Shukurlu, tamam, elə birdəfəlik 25 günlük edirəm. Turkmen müzakirə 10:44, 1 may 2024 (UTC)Cavabla

Arxivləşdirmə

Salam. Məncə, KM-da arxivləşdirdiyiniz 2 qaydanın səsverməsi bitənə kimi qalmaları yaxşı olardı. Ya da istifadəçiləri VP:S-ya da yönləndirmək olar, hamısına nəzər yetirə bilmələri üçün. Hörmətlə, Gadirmüzakirə 11:35, 8 may 2024 (UTC)Cavabla

@Gadir, salam orada qayda ilə bağlı başqa təkliflər də olduğu üçün və hər iki qaydaya fikir bildirən istifadəçi sayı kifayət qədər olduğu üçün arxivləşdirdim. Başlıq çoxluğuna görə digər qaydalar diqqətdən qıraq qalmasın deyə. Turkmen müzakirə 19:02, 8 may 2024 (UTC)Cavabla

Checkuser

Salam. Zəhmət olmasa checkuser məsələsi ilə bağlı açıqlama verə bilərsinizmi? Məsələdən xəbərim yox idi, @Samral burada bildirdi. Göstərdiyim keçiddə Samral özü də məni @Atakhanli ilə eyni müzakirədə iştirak etməyim bir qırağa, hətta müzakirədə iştirak etmədiyimə görə eyni mövzuda ittiham edir. Siz də CU-dakı 4-cü arqumentinizdə müzakirələrdə eyni mövqe ilə çıxış etdiyimizi iddia etmisiniz, halbuki göstərdiyiniz keçiddə istifadəçi ilə tam əks mövqedə olmuşuq. @Sofia da bir müzakirədə eyni fikirdə olubsa, bu nə vaxtdan kukla hesab olmağa dəlalət verir? Həmçinin müraciəti niyə geri çəkmisiniz? Geri çəkməyinizdə də səbəb kimi də göstərmisiniz ki, hər üç istifadəci ilə dəqiqləsdirmisiniz, amma mən şəxsən öz adıma deyim ki, bununla bağlı mənə heç bir məlumat verilməyib. Niyə yanlış məlumat vermisiniz? Samral və sizin mənə qarşı bu mövqeyinizin @Baskervill və @Eldarado məsələləri ilə əlaqəsi yoxdur ki? :) Sura Shukurlu (müzakirə) 15:10, 9 may 2024 (UTC)Cavabla

Salam @Sura Shukurlu, Samral-ın sizə qarşı olan mövqeyi barədə deyərkən necədir ki? Bunu anlamadım. Qeyd etdiyiniz kimi o Samral-ın mövqeyidir. Və digər qeyd etdiyiniz məsələləri də başa düşmədim. Yoxlamalar Vikipediyanın standart mexanizmləridir. İstifadəçilər cəmiyyətin mövqeyini və istənilən müzakirədə verilən qərarların "hər kəs"ə uyğunlaşdırılması prinsiplərini nəzərə alaraq buna gedirlər. Orada müraciət və geri çəkmə zamanı bir sıra səhvlərə yol vermişəm. Əsasən də geri çəkmə zamanı qeyd etdiyiniz səhvi indi gördüm. Buna görə üzürlü saymağınızı rica edirəm. Məsələnin digər qeyd etdiyiniz yanları ilə bağlı məlumatım yoxdur və əmin ola bilərsiniz ki, başqa niyyət yoxdur. Məsələnin motivi sadəcə belədir: Atakhanli ilə müzakirə zamanı belə bir şeyin olmamasına tam əmin oldum və həmçinin müraciəti geri çəkməyin əsas səbəbi, Atakhanli da daxil olmaqla en-vikidə bloklanmış digər həmkarların bloklarının açılması barədə müzakirənin getməsi idi. Mən hansısa şübhəyə görə blokların qalmasına gedə bilməzdim təbii ki. Başqa əlavə niyyət ola bilməz. Mən bir çox istifadəçi üçün yoxlamalara getmişəm. Turkmen müzakirə 17:11, 9 may 2024 (UTC)Cavabla
Məni narahat edən hesabımı CU-a təqdim etməyiniz deyil, mənim hesabımın fake hesab olduğunu, başqa birinə aid hesab olduğunu düşünməyinizdir: CU-dakı arqumentinizdə (birinci bənd) kankret olaraq mənim hesabımın Atakhanli hesabı ilə eyni şəxsə aid olduğunu yazmısınız. Məni narahat edən odur ki, neçənci dəfədir ki, mənim mövqeyim ilə sözügedən istifadəçinin mövqeyinin eyniliyi sorğulanır və əsaslandırıla da bilmir. Sizin özünüzün CU-da birinci göstərdiyiniz arqument nümunə üçün: son dəyişiklərdə təsadüfi seçilmiş iki istifadəçinin fəaliyyəti onsuz elə deyilmi? A isifadəçisi redaktə edir, sonra B istifadəçisi, sonra yenidən A. Həqiqətənmi buna görə eyni istifadəçi olduğumuzu düşünmüşdünüz? Və ya Samral-ın göstərdiyim keçiddəki arqumenti: mən SNS-dəki müzakirələrdə iştirak edə də bilərəm, etməyə də bilərəm. Hər hansı müzakirədə iştirak etməməyim belə necə hər hansı səbəblə bu qədər rahat əlaqələndirilir? İstənilən istifadəçinin iştirak etmədiyi müzakirələr var, onda onlar da "susur"? Məni narahat edən baxın budur. 5 ildir fəaliyyət göstərirəm, aşağı-yuxarı fəaliyyətim icmaya bəllidir, sonra qəfil mənim hesabımın kukla hesab olduğu fikri olduğu ortaya çıxır, belə qəribə iddialar, suallar səslənir. Sura Shukurlu (müzakirə) 17:48, 9 may 2024 (UTC)Cavabla
@Sura Shukurlu, eyni müzakirədə iştirak etdiyinə görə kukla hesab adlandırılan görmüşəm. amma müzakirədə iştirak etmədiyinə görə ittiham olunmaq başqa leveldir :D Atakhanli (müzakirə) 17:59, 9 may 2024 (UTC)Cavabla
@Sura Shukurlu, digər məsələlər barədə xəbərim yoxdur. Ümumiyyətlə adətən müzakirə səhifəsi kimi KM-dan istifadə edirəm və müzakirələrdən bezəndə orada heçnə yazmıram. Ola bilər hamısı üst-üstə gəlsin. Təbii ki, vikilayihələrdəki fəaliyyətinizdə hansısa müzakirəyə görə həvəsdən düşmənizi və bu məsələdə rol oynamağı istəmərəm. Siz və fikirləriniz az-viki üçün önəmlidir və şəxsən mən çox bəyənirəm. Turkmen müzakirə 18:18, 9 may 2024 (UTC)Cavabla

Sual

Salam. Bir söz soruşum. Bloklanmış ünvan yaxud o ünvana təsadüfən düşən istifadəçi müzakirə səhifəsini işlədə bilir? Yəni IP ünvanından öz müzakirə səhifəsini redaktə etməsini bloklamaq seçimi var? Hörmətlə, Gadirmüzakirə 06:26, 10 may 2024 (UTC)Cavabla

@Gadir salam, bəli belə bir seçim var. Əgər IP adresin müzakirə səhifəsi bloklanıbsa, təsadüfən o IP-yə keçən dəyişkən/dinamik IP işlədən digər istifadəçilərin də müzakirə səhifəsi bloklanır. Bunun asan yolu modemi söndürüb, yenidən yandırmaqdır. Yaxud IP blokdan azadolma da istəmək olar. Turkmen müzakirə 06:32, 10 may 2024 (UTC)Cavabla
Təşəkkür edirəm. Qaydaya kiçik, amma vacib bir nüansın qeyd edilməsi üçün soruşurdum. Hörmətlə, Gadirmüzakirə 06:36, 10 may 2024 (UTC)Cavabla
Ümumiyyətlə, bu qayda (IPBAO) bu hallarda redaktə edən qeydiyyatlı istifadəçilərdə editnotice olaraq məlumat xarakterli bildiriş kimi çıxsa necə olar? Hörmətlə, Gadirmüzakirə 06:39, 10 may 2024 (UTC)Cavabla
@Gadir, anladım, uğurlar. Belə bir bildiriş var. Əgər IP bloka düşürsə avtomatik bildiriş verilir istifadəçiyə, baxım görüm Mediaviki səhifəsini tapsam sizi teq edib keçidini bura yerləşdirəcəm. Turkmen müzakirə 06:45, 10 may 2024 (UTC)Cavabla
@Gadir, MediaWiki:Autoblocker mövcuddur, avtoblok zamanı istifadəçini məlumatlandırır. Turkmen müzakirə 06:54, 10 may 2024 (UTC)Cavabla
Detallı məlumat vermir. Təklif edirəm, ya bu sistem məlumatı səhifəsini genişləndirək ya da texniki imkanlar bizə imkan verirsə, {{BLP editintro}} kimi şablon olaraq yaradıb edək. Necə uyğundur? Mətni hazırlıyım. Hörmətlə, Gadirmüzakirə 07:47, 10 may 2024 (UTC)Cavabla
@Gadir, əslində sadə formada deyil. Ümumi sistem məlumatı kimi səliqəli şablon daxilindədir. Ümumvikilərdə bu qaydada istifadə olunduğu üçün birşey deyə bilmirəm. Skrinşotunu tapsam burada keçid yerəşdirəcəm. Turkmen müzakirə 09:49, 10 may 2024 (UTC)Cavabla

IPBAO

Salam. Burada yoxlanış məqsədilə özünüzə ya da mənə 2-3 günlük IPBAO verə bilərsiz? Hörmətlə, Gadirmüzakirə 11:00, 11 may 2024 (UTC)Cavabla

@Gadir, salam. Həll edildi. Turkmen müzakirə 14:38, 12 may 2024 (UTC)Cavabla

Hüquqdan imtina

Salam, bəy. Sizin qlobal fəaliyyətiniz var deyə bilməmiş olmazsız deyə düşündüm. Hardasa belə bir şey gördüyümü xatırlıyıram. Patrul olan istifadəçi, məsələn, inzibatçı olmadan öz hüquqlarını dəyişə, yəni imtina edə bilirdi sanki. Belə bir şey var? Hörmətlə, Gadirmüzakirə 19:12, 12 may 2024 (UTC)Cavabla


Sitede 170 kişi
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024