İstifadəçi müzakirəsi:Xeyal Haqqinda Melumat - Vikipedia

İstifadəçi müzakirəsi:Xeyal Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz
   Vikipediya Xoş gəldiniz, Xeyal!
Tez-tez soruşulan suallar Salam, Xeyal. Tamamilə könüllü istifadəçilərin səyləri ilə yaradılan Vikipediya azad ensiklopediyasının Azərbaycan dilindəki versiyasına xoş gəlmisiniz!

Sınaq məqsədi ilə redaktə etmək üçün qaralama dəftərinizi istifadə edin.

Vikipediya beş əsas prinsip üzərinə qurulmuşdur. Fəaliyyətə başlamazdan əvvəl onları oxumanızda fayda var. Mövcud məqalələri redaktə etməyə və ya yeni məqalə yaratmağa tərəddüd etməyin, cəsur olun.

Siz də Vikipediyada fəaliyyətə başlamaq istəyirsinizsə, edəcəyiniz tək şey yuxarıdakı Redaktə və ya Mənbəni redaktə et düymələrindən birinə basmaqdır. Əlavə etdiyiniz məlumatların stil kitabçasına uyğun olmasına diqqət edin. Redaktənizin vandalizmdən uzaq olmasına və müəllif hüquqları pozuntusu olmamasına diqqət etməlisiniz!

imzanı belə atmaq olar

Məqalələrdə və bunlara köməkçi səhifələrdə (kateqoriyalar, şablonlar və s.) imzanızı və adınızı yazmayın. Əksinə, müzakirə, səsvermə, sual-cavab və s. formada olan yazılarınızın sonuna ~~~~ (4 tilda) işarəsini əlavə edərək və ya alətlər lövhəsindəki müvafiq düyməni (şəkildə) basaraq imzanızı atmağı unutmayın.

Əgər hansısa bir məqalə üzərində işləmək istəyirsinizsə, ancaq digər istifadəçilərin müdaxilə etməsini istəmirsinizsə, həmin məqaləyə {{iş gedir}} şablonunu yerləşdirə bilərsiniz.

İstifadəçi səhifənizə istifadəçi qutuları yerləşdirməklə digər istifadəçilərin sizin haqqınızda daha çox məlumat ala bilmələrini təmin edərsiniz.

Müəllif hüquqları ilə müdafiə olunan heç bir məlumatı bura əlavə etməməlisiniz! Yüklədiyiniz şəkilləri sizə aid olan qalereyada görə bilərsiniz.

Suallarınızı Kənd meydanında və ya Facebook/Telegram/Discord qruplarında verə bilərsiniz. Bundan əlavə, müzakirə səhifənizə {{kömək edin}} şablonunu yerləşdirib şablonun sonuna sualınızı qeyd edə bilərsiniz. Təcrübəli istifadəçilər sizə kömək etməkdən məmnun olacaqdır.

Hello and welcome to the Azerbaijani Wikipedia! We appreciate your contributions. If your Azerbaijani skills are not good enough, that’s no problem. We have an embassy where you can inquire for further information in your native language. We hope you enjoy your time here!
Məqalə adları
Redaktə qaydaları
Vikipediya qaydaları
Beş əsas prinsip
Stil kitabçası
Fayl yüklə
Müəlliflik hüquqları
Yeni məqalə yarat

Arxivləşdirmə redaktə

Salam, Xəyal bəy. Bu istinadı arxivləşdirə bilərsiniz, zəhmət olmasa. Gadir (müzakirə) 10:19, 24 may 2023 (UTC)Cavabla

✔  Həll edildiXeyal (müzakirə) 10:27, 24 may 2023 (UTC)Cavabla
Təşəkkür edirəm. :) Gadir (müzakirə) 10:27, 24 may 2023 (UTC)Cavabla
@Xeyal, salam. Zəhmət olmasa, bu məqaləyə əlavə etdiyim son istinadı da arxivləşdirərdiniz. Gadir (müzakirə) 07:26, 25 may 2023 (UTC)Cavabla
✔  Həll edildiXeyal (müzakirə) 07:36, 25 may 2023 (UTC)Cavabla
Bəy, salam. Zəhmət olmasa, son əlavə etdiyim istinadları da edərdiniz. Təşəkkür edirəm. :) Gadir (müzakirə) 03:52, 27 may 2023 (UTC)Cavabla
Təşəkkür edirəm, ancaq bunlar qalıb: 1, 2. Gadir (müzakirə) 13:51, 27 may 2023 (UTC)Cavabla
@Xeyal, əllə etdiniz bunu? Həmin istinadları bot arxivləşdirmirdi. Gadir (müzakirə) 19:36, 27 may 2023 (UTC)Cavabla
Gadir bəli :) — Xeyal (müzakirə) 19:38, 27 may 2023 (UTC)Cavabla
Çox sağ olun. Bəzi istinadları nə üçün arxivləşdirmir görəsən. Gadir (müzakirə) 19:39, 27 may 2023 (UTC)Cavabla
Buyurun xoşdur. orasını məndə bilmirəm. — Xeyal (müzakirə) 19:41, 27 may 2023 (UTC)Cavabla
Ola bilər ki, saytlara görə olsun? Gadir (müzakirə) 14:50, 5 iyun 2023 (UTC)Cavabla
Mümkün olsa, bu səhifədəki 2 istinadı da həll edərsiz, məndə alınmadı. :( Gadir (müzakirə) 15:23, 5 iyun 2023 (UTC)Cavabla
✔  Həll edildiXeyal (müzakirə) 09:38, 6 iyun 2023 (UTC)Cavabla
Minnətdaram. Bu arada, Quql panelini necə istinad kimi verə bilərəm? Gadir (müzakirə) 09:53, 6 iyun 2023 (UTC)Cavabla
Gadir bilgi panelini? — Xeyal (müzakirə) 10:09, 6 iyun 2023 (UTC)Cavabla
Bəli :) Gadir (müzakirə) 10:10, 6 iyun 2023 (UTC)Cavabla
hansı hissəyə vermək istəyirsiz? — Xeyal (müzakirə) 10:11, 6 iyun 2023 (UTC)Cavabla
Necə yəni? Şablon var bunun üçün? Çünki bunun istinad verildiyini bir çox məqalələrdə görmüşəm. Əsasən doğum bilgiləri üçün verilir. Nümunə tapa bilmədim kopyalamağa. Şablonda ya da preambulada və ya ilk altbaşlıqda. Məsələn, bu linki <ref>[https://g.co/kgs/L3uQ6B Google Knowledge Graph]</ref> 19751 bu formada verə bilərəm? Nümunə olsa, çox yaxşı olardı. Məqalələrdə görmüşdüm, amma deyəsən Vikidatadan idxal olunurdu. Lakin Vikidatadan mənbə şablonları istifadə olunanda bəzi parametrlər idxal olunmurdu deyəsən. Gadir (müzakirə) 10:24, 6 iyun 2023 (UTC)Cavabla
düzəliş etdim, belə deyirdiz? — Xeyal (müzakirə) 10:27, 6 iyun 2023 (UTC)Cavabla
Anlamadım, nəyə düzəliş etdiz? Gadir (müzakirə) 10:29, 6 iyun 2023 (UTC)Cavabla
vikidataya düzəliş etdim. Arxivlərə baxıb dəyişiklikləri görə bilərsiz. — Xeyal (müzakirə) 10:31, 6 iyun 2023 (UTC)Cavabla
Təşəkkür edirəm :) İndi yadıma düşdü Vikidatada buna aid parametr olduğu :)) Gadir (müzakirə) 10:38, 6 iyun 2023 (UTC)Cavabla
Buyurun :) — Xeyal (müzakirə) 10:43, 6 iyun 2023 (UTC)Cavabla
Bu arada, istifadəçi səhifənizdəki "redaktə" "əsas redaktə" bölmələrinin görünməsini istəmirsinizsə, __NOEDITSECTION__ əlavə edərək gizlədə bilərsiniz. Gadir (müzakirə) 10:51, 6 iyun 2023 (UTC)Cavabla
Salam. Bəlkə biləsiniz, Vikidatada uşaqlarının sayını göstərmək istəyirəm, amma keçid verilir. Necə edə bilərəm ki, verməsin. Gadir (müzakirə) 09:54, 7 iyun 2023 (UTC)Cavabla
Salam. Söhbət hansı məqalədən gedir? — Xeyal (müzakirə) 09:55, 7 iyun 2023 (UTC)Cavabla
Fuad Qəhrəmanlı, məsələn, bunda göstərmək istəyirəm. Gadir (müzakirə) 09:56, 7 iyun 2023 (UTC)Cavabla
baxdım, başqa cür etmək olmur. məncə problemli bir şey deyil keçid verməyi. — Xeyal (müzakirə) 10:02, 7 iyun 2023 (UTC)Cavabla
Ədədlərə keçid verməsi mənasızdır, amma başqa bir məqalədə keçidsiz halını görmüşdüm, xatırlayıram. Gadir (müzakirə) 10:13, 7 iyun 2023 (UTC)Cavabla
həmin məqaləni xatırlaya bilsəz vikidatadan baxıb düzəltmək olar. — Xeyal (müzakirə) 10:16, 7 iyun 2023 (UTC)Cavabla
Bir dəfə yox, bir neçə dəfə rastıma çıxıb əslində. Təəssüf ki, xatırlamıram, rastıma çıxmışdı sadəcə. Gadir (müzakirə) 10:17, 7 iyun 2023 (UTC)Cavabla
Qarşıma çıxsa bildirərəm sizə. Ola bilsin ki, Dr.Wiki54 həmkarımız da bilsin. — Xeyal (müzakirə) 10:24, 7 iyun 2023 (UTC)Cavabla
Yaxşı. @Araz Yaquboglu da çox məşğul olur, bəlkə o, bilər. Gadir (müzakirə) 10:26, 7 iyun 2023 (UTC)Cavabla
Gadir buyurun tapıb düzəltdim :) sadəcə child əvəzinə number of children olmalı idi. — Xeyal (müzakirə) 10:32, 7 iyun 2023 (UTC)Cavabla
Siz bir dənəsiz:) Təşəkkür edirəm maraqlandığınız üçün. Gadir (müzakirə) 10:35, 7 iyun 2023 (UTC)Cavabla
Buyurun xoşdur :) — Xeyal (müzakirə) 10:36, 7 iyun 2023 (UTC)Cavabla
Bot deyəsən öncədən arxivləşdirilməmiş olmayan linkləri özü arxivləşdirmir və əlavə etmir. Sadəcə arxivləri səhifələrə əlavə edir. Gadir (müzakirə) 15:24, 5 iyun 2023 (UTC)Cavabla

Salam Xeyal, qaydalarla tanış olduğunuz halda nə üçün bilərəkdən yenidən müzakirə səhifənizi silirsiniz? — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 11:24, 25 may 2023 (UTC)Cavabla

Salam, qaydaları pozduğumu düşünmürəm. [1], [2], [3], [4], [5], [6], [7], [8], [9], [10], [11], [12], [13], [14], [15], [16] ← Bu istifadəçilər nəyə görə müzakirə səhifələrini siliblərsə məndə ona görə silmişəm. — Xeyal (müzakirə) 20:47, 25 may 2023 (UTC)Cavabla

Qlobal addəyişdirici hüququ redaktə

Salam, həmkar. Metada qlobal addəyişdirici hüququ üçün müraciət etmişəm. Əsasən təcrübəli bir istifadəçi kimi lokaldakı müraciətlərə operativ şəkildə baxa bilərəm. Lakin oradakı istifadəçilər Az Vikidəki son məsələlər və yaxın vaxtdakı bir çox blok səbəbi ilə bağlı icmanın fəaliyyətim barədə fikirlərini öyrənmək istəyirlər. Düşünürəm ki, bu qərara müsbət təsir edə bilər. Səsvermədə iştirak edərək mənə etimad edirsinizsə, bunu qeyd etməyinizi və ya əksini bildirməyinizi xahiş edirəm. Buradan keçid edə bilərsiniz. Hörmətlə, Gadir (müzakirə) 10:21, 29 may 2023 (UTC)Cavabla

Sizin üçün bir ulduz! redaktə

  Səmimilik ulduzu
Səbirli, səmimi, faydalı, konstruktiv, seçilən, yaddaqalan və ən əsası nəzakətli fəaliyyətinizə, layihədə və müzakirələrdə iştirakınıza və töhfələrinizə görə təqdim olunur. Uğurlar! Hörmətlə, Gadir (müzakirə) 10:57, 6 iyun 2023 (UTC)Cavabla
Gadir, fəaliyyətimi dəyərləndirdiyiniz üçün təşəkkür edirəm.  Xeyal (müzakirə) 07:31, 7 iyun 2023 (UTC)Cavabla

Sizin üçün bir ulduz! redaktə

  Yorulmaz töhfəverən ulduzu
Alvin Channel TV səhifəsində verdiyi töhvələrə görə ResulAzeroqlu (müzakirə) 10:17, 8 iyun 2023 (UTC)Cavabla

Sizin üçün bir ulduz! redaktə

  İstinad ulduzu
Alvin Channel TV səhifəsindən Xumare.Huseynova (müzakirə) 10:22, 8 iyun 2023 (UTC)Cavabla

Sizin üçün bir ulduz! redaktə

  Administrator ulduzu
təşəkkürlər Xumare.Huseynova (müzakirə) 20:50, 8 iyun 2023 (UTC)Cavabla

Sizin üçün bir ulduz! redaktə

  Nəzakətlilik ulduzu
Alvin Channel tv Səhifəsindən Xumare.Huseynova (müzakirə) 21:04, 8 iyun 2023 (UTC)Cavabla

Bot redaktə

Salam. Bildiyimə görə, sizin botunuz var? Gadir (müzakirə) 11:09, 9 iyun 2023 (UTC)Cavabla

Salam. Bəli. — Xeyal (müzakirə) 11:09, 9 iyun 2023 (UTC)Cavabla
Bilmək istəyirdim ki, bot vasitəsilə istinad şablonlarındakı parametrləri avtomatik düzəltmək olar? Hər dəfə əllə dəyişməli oluram. Ya da daha asan necə istinad kimi göstərə bilərəm? Hər hansı bir alət və s. Amma vizual redaktor istifadə etmirəm mən. Gadir (müzakirə) 11:10, 9 iyun 2023 (UTC)Cavabla
məsələn istinad şablonundakı hansı parametri dəyişmək istəyirsiz? — Xeyal (müzakirə) 11:12, 9 iyun 2023 (UTC)Cavabla
Məqalə yazanda lazım olur. Başqa vikilərdən götürəndə tərcümə etmək, dəyişmək lazım olur. Gadir (müzakirə) 11:14, 9 iyun 2023 (UTC)Cavabla
bunu arxiv botu vasitəsilə də edə bilərsiniz məncə. — Xeyal (müzakirə) 11:45, 9 iyun 2023 (UTC)Cavabla
Bundan başqa bu qadcet də köməyinizə çatar bəlkə. — Xeyal (müzakirə) 11:51, 9 iyun 2023 (UTC)Cavabla
Düzəltmək dedikdə, parametləri tərcümə etməyi nəzərdə tuturam, ingiliscəyə. Azərbaycanca parametrlər yoxdur hələki. Gadir (müzakirə) 11:12, 9 iyun 2023 (UTC)Cavabla

Düzəliş redaktə

Salam. Bağışlayın narahat edirəm. ƏSƏDOV SƏBUHİ AZƏR OĞLUNUN Wikipedia sinda düzəliş etmisiniz təşəkkür edirəm. Xahiş edirəm yeni orden əlavə etmişəm amma sadəcə yazı düşüb onada düzəliş edəsiniz Əvvəlcədən təşəkkür 5.134.56.238 09:15, 18 iyun 2023 (UTC)Cavabla

düzəliş olundu. Hə YXeyal (müzakirə) 09:22, 18 iyun 2023 (UTC)Cavabla
çox sağ olun 🙏 188.253.228.52 12:37, 18 iyun 2023 (UTC)Cavabla

Hüquq redaktə

Salam. Vikipediyada yenidən xoş gördük. Hüquqlarınızın bərpası üçün müraciət etməyi unutmayın. Bikar Orxan (müzakirə) 18:11, 25 iyun 2023 (UTC)Cavabla

@Xeyal salam. Yanlış bloklamaya görə itirilmiş hüquqlarınızı bərpa etdim. Uğurlar Təşəkkürlər  Toghrul R (m) 13:14, 26 iyun 2023 (UTC)Cavabla
Salam Toghrul R. Diqqətiniz üçün təşəkkür edirəm. — Xeyal (müzakirə) 13:19, 26 iyun 2023 (UTC)Cavabla

RüfətAmirov istifadəçisinin İstifadəçi:RüfətAmirov/Qaralama ilə bağlı sualı (09:12, 29 iyun 2023) redaktə

Salam Xəyal bəy. Vətəndaş Qəbulu Mərkəzi haqqında məqalə yayımlamışam. Zəhmət olmasa təsdiq edə bilərsiniz? Təşəkkürlər! --RüfətAmirov (müzakirə) 09:12, 29 iyun 2023 (UTC)Cavabla

Salam. Vətəndaş Qəbulu Mərkəzi haqqında məqalə yayımladığınızı görmədim. Siz sadəcə məqaləni qaralama səhifənizdə yaratmısınız. Məqaləni yaratmamışdan öncə VP:EƏŞT qaydalarına nəzər yetirməyinizi tövsiyyə edirəm. Məqalə qaydalara uyğun olmazsa əks halda silinəcək. — Xeyal (müzakirə) 12:40, 29 iyun 2023 (UTC)Cavabla

RüfətAmirov istifadəçisinin sualı (22:46, 2 iyul 2023) redaktə

Salam Xəyal bəy! "Hökumət Evində Vətəndaş Qəbulu Mərkəzi" adlı səhifə yayınlanmışdır. Zəhmət olmasa, təsdiqlənməsi üçün köməklik göstərəsiniz. --RüfətAmirov (müzakirə) 22:46, 2 iyul 2023 (UTC)Cavabla

Salam Rüfət bəy. Bu mənim şəxsi qərarımla olan bir məsələ deyil. buradakı həmkarların fikirlərinə qatılaraq bildirmək istəyirəm ki, Hökumət evi səhifəsinə birləşdirilsə daha uyğun olar. — Xeyal (müzakirə) 16:51, 4 iyul 2023 (UTC)Cavabla

White Demon ulduzu redaktə

  White Demon ulduzu
Vikipediyaya daim töhfə verdiyiniz və öz üzərinizdə işlədiyiniz üçün sizə bu ulduzu təqdim edirəm və uğurlar arzu edirəm.— Şiroi Akuma 09:07, 9 iyul 2023 (UTC)Cavabla

Vikipediya:Qadcetlər/ProveIt redaktə

Salam, necəsiz? Mənə bu qadceti siz tövsiyə etmişdiniz. Bilmək istərdim ki, bu qadcet işləyirmi və tam olaraq mahiyyəti nədir? Yəqin ki, siz istifadə edirsiniz. Gadir (müzakirə) 18:26, 9 iyul 2023 (UTC)Cavabla

Salam. Öz səhifəsində şəkillərlə ətraflı izah olunub. Elədə böyük mahiyyəti yoxdur. Çox gec-gec istifadə edirəm. — Xeyal (müzakirə) 09:18, 10 iyul 2023 (UTC)Cavabla

Medal redaktə

Salam həmkar, məlumatınız olduğunu düşündüyüm üçün sizdən soruşmaq istəyirəm. Əli Tağıyev (əsgər, 1997) bu məqalə ilə bağlı. Burda 5 medal olduğu yazılıb, barelyefə baxsaz da 5 medal görəcəksiz(ən axrıncı şəkil). Burda isə 4 medal qeyd olunub. Siyahıda da tapa bilmədim. Necə ola bilər? — Bikar müzakirə 13:33, 4 avqust 2023 (UTC)Cavabla

Salam. Məndə bütün siyahılara baxdım yoxdur. Ola bilsin səhv qeyd ediblər barelyefdə. Bundan başqa Səbail İH əlaqə telefonuna zəng edib məlumatı dəqiqləşdirmək olar. — Xeyal (müzakirə) 14:43, 4 avqust 2023 (UTC)Cavabla

Dəvət redaktə

Nərmin Kərimbəyova səhifəsi silinmək üçün müzakirəyə çıxarılıb. Zəhmət olmasa səhifəyə baxıb, səs verəsiniz. Səhifədə "iş gedir" şablonu olmasına baxmayaraq, səhifə "silinmək üçün səsverməyə" çıxarılıb. Mütəmadi əlavələr edirəm. Zəhmət olmasa səhifənin qalması üçün lehinə səs verəsiniz. Xeyal Azerbeyli (müzakirə) 08:41, 23 avqust 2023 (UTC)Cavabla

Üzərində işlədiyim söz redaktə

Üzərində işlədiyim sözü dərhal götürüb, onun üzərində düzəliş etməyiniz heç də etik deyil. — Baskervill | müzakirə 17:36, 26 avqust 2023 (UTC)Cavabla

Baskervill Diqqətlə baxsan görərsən ki, həmin söz üzrə ilk öncə mən üzərində işləməyə başlamışdım. sübut 1sübut 2Xeyal (müzakirə) 17:42, 26 avqust 2023 (UTC)Cavabla
Məlumatlandırma üçün təşəkkür edirəm. Nəzər yetirməmişdim.— Baskervill | müzakirə 18:06, 26 avqust 2023 (UTC)Cavabla
@Baskervill bəs niyə hələ də davam edirsən? — Xeyal (müzakirə) 18:14, 26 avqust 2023 (UTC)Cavabla
Sənlə niyə danışırsız ki ?— Baskervill | müzakirə 18:17, 26 avqust 2023 (UTC)Cavabla
necə danışmalıyam ki? — Xeyal (müzakirə) 21:08, 26 avqust 2023 (UTC)Cavabla
Siznən.— Baskervill | müzakirə 02:24, 27 avqust 2023 (UTC)Cavabla
Niyə? Hansı qaydaya əsasən? — Xeyal (müzakirə) 05:46, 27 avqust 2023 (UTC)Cavabla

AWB redaktələri redaktə

Salam. Zəhmət olmasa kütləvi redaktələr üçün bot hesabı yaradın. Son dəyişikliklərdə sizin redaktələrə görə digər redaktələri görmək olmur. Həmçinin bot hüququ olan profillər AWBdə auto-save funksiyası əldə edir hansı ki əllə Save düyməsinə basmağa ehtiyac qalmır. NMW03 (müzakirə) 20:39, 26 avqust 2023 (UTC)Cavabla

Bot hesabıma giriş etməkdə çətinliklər çəkdiyim üçün əsas hesabla edirdim. Çalışaram bundan sonra aktivlik zəif olan vaxtı edim. — Xeyal (müzakirə) 21:08, 26 avqust 2023 (UTC)Cavabla
NMW doğru qeyd edir. Mən də bu barədə sizə yazmağı düşünürdüm. Gadirmüzakirə 02:27, 27 avqust 2023 (UTC)Cavabla
@Xeyal, salam, bəy. Hər vaxtınız xeyir. Xahiş edirəm, kütləvi dəyişiklikləri bot hesabınızla edin. Son dəyişiklikləri izləmək olmur. Hörmətlə, Gadirmüzakirə 16:50, 10 fevral 2024 (UTC)Cavabla
Bot hesabıma giriş edə bilmədiyim üçün öz hesabımla edirəm. — Xeyal (müzakirə) 16:51, 10 fevral 2024 (UTC)Cavabla
Düz qeyd edir, belə redaktələri bot hesabla etməklə lazımdır ki, həm asan olsun, həm də son dəyişikləri tutmasın. Şiroi Akuma 03:17, 27 avqust 2023 (UTC)Cavabla

"İkinci Qarabağ müharibəsi iştirakçısı" medalı redaktə

Salam. Burdakı məqalələrin bəzilərində şablonu "Şablon:"İkinci Qarabağ müharibəsi iştirakçısı" medalı" kimi dəyişmisiz. Onları düzəldmək lazımdı. — Bikar müzakirə 07:21, 3 sentyabr 2023 (UTC)Cavabla

Salam. Məlumat verdiyiniz üçün təşəkkür edirəm. AWB ilə düzəlişlər edərkən səhvlik olub. — Xeyal (müzakirə) 07:24, 3 sentyabr 2023 (UTC)Cavabla

Asgarov Ruslan istifadəçisinin sualı (10:40, 24 sentyabr 2023) redaktə

Salam necəsiniz . Xəyal bəy siz bu məqaləyə uyğun kartoçka şablon seçməyə kömək edə bilərsinizmi . Mən uğun bir şablon tapmadım. https://az.wikipedia.org/wiki/Deepfake --Asgarov Ruslan (müzakirə) 10:40, 24 sentyabr 2023 (UTC)Cavabla

Salam Asgarov Ruslan. Çox sağolun yaxşı olasız sizdə. Məqaləyə uyğun kartoçka elə proqram şablonudur. Şablonun geniş versiyasını əlavə etdim, əlavə detalları (tarix, müəllif və s.) da siz əlavə edə bilərsiniz. Əgər hər hansı çətinliyiniz yenə olarsa müraciət etməkdən çəkinməyin. — Xeyal (müzakirə) 11:08, 24 sentyabr 2023 (UTC)Cavabla
Təşəkkür edirəm. Asgarov Ruslan (müzakirə) 06:55, 25 sentyabr 2023 (UTC)Cavabla

Şərhimin üstünə xətt çəkirlər. redaktə

Elxan Bəşirov məqaləsinə şərh edirəm üstündən xətt çəkirlər, bu normal deyil məncə. Azərbaycanın tanınmış şirkətlərinin təsisçisinin müzakirəsi məsxərəyə salınıb sanki, xahiş edirik bir tədbir görülsün. Əməkdar mühəndisdir, Prezident iki dəfə medalla təltif edib, vikipediyada lağ-lağaya salıblar müzakirəni. 5.191.116.209 19:41, 22 oktyabr 2023 (UTC)Cavabla

qrosmeyster redaktə

Salam, burda linklər də sıradan çıxıb. Redaktələri necə tapaq-qaytaraq? — Bikar müzakirə 09:18, 11 yanvar 2024 (UTC)Cavabla

Salam Bikar. Bildirdiyiniz üçün təşəkkür edirəm. Problemi aradan qaldırdım. — Xeyal (müzakirə) 15:35, 11 yanvar 2024 (UTC)Cavabla

Ad fəzalarının qısaltmaları redaktə

Salam hörmətli Xeyal! Azərbaycanca Vikipediyada ad fəzalarının qısaltmaları yaradılıb. Qısaltmalar aşağıdakı şəkildədir:

  • Müzakirə (əsas) - MZ
  • Fayl - FL
  • Fayl müzakirəsi - FLM
  • Şablon - Ş
  • Şablon müzakirəsi - ŞM
  • MediaViki - MV
  • Mediaviki müzakirəsi : MVM
  • Kateqoriya - KAT
  • Kateqoriya müzakirəsi - KATM
  • Kömək - KK
  • Kömək müzakirəsi - KKM
  • İstifadəçi səhifəsi - İ
  • İstifadəçi müzakirəsi - İM
  • Modul - MD
  • Modul müzakirəsi - MDM
  • Portal - POR
  • Portal müzakirəsi - PORM

Hörmətlə, Turkmen müzakirə

Redaktələrin geri qaytarılması redaktə

Hörmətli istifadəçi bubu redaktələrin səbəbini anlaya bilmədim.— Patriot (müzakirə) 19:46, 16 fevral 2024 (UTC)Cavabla

Sizin etdiyiniz redaktələr vizual olaraq səliqəsiz görsənir. Və bunun kimi redaktənizlə məqalədə yeni bir dəyişiklik olmadığını düşünürəm. — Xeyal (müzakirə) 19:50, 16 fevral 2024 (UTC)Cavabla
Bu vikiləşdirmə aləti ilə olunan redaktələrdir. Vizual olaraq görüntüsü sizin üçün hansı önəmi kəsb edir? Həmin alət istinadları daha rahat idarə etmək üçün çox əlverişlidir. Patriot (müzakirə) 19:54, 16 fevral 2024 (UTC)Cavabla
Salam, həmkarlar. Vizuallıqla əlaqəli deyil, amma mənə də maraqlıdır, bu kimi redaktələr nəyə lazımdı, yəni səhifənin ölçü olaraq böyüməsindən başqa nə işə yarayır? Məqaləyə, oxucuya xüsusi nəsə qatırmı? Qeyd etdiyim keçiddəki redaktə səhifəyə əlavə 22k bayt ölçü verib sadəcə, başqa heç nə. Hörmətlə, Gadirmüzakirə 19:55, 16 fevral 2024 (UTC)Cavabla
@Gadir qeyd etdiyim kimi hesab etmirəm ki, səhifə ölçüsünün böyüdülməsi istiqamətində yaradılıb bu alət. İstinad məlumatlarını alt-alta sıralamaqla məlumatları daha tez dəyişməyə imkan verir. Əlbətdə mənə görə. Yenə də sizin üçün əlverişsizdirsə bunu problem kimi görmürəm. Siz özünüzə rahat olan tərzdə davam edə bilərsiz. Patriot (müzakirə) 20:18, 16 fevral 2024 (UTC)Cavabla
Anladım, bir baxımdan düz qeyd edirsiniz. Sizə belə rahatdır, amma mən normal formada da düzəliş edə bilirəm. İndi çox bayt verməyib, amma məsələn, nümunədəki kimi bir ölçünü sırf bu səbəblə vermək məntiqlidi? Səhifə də çox yüklənir belə olduqda. Hörmətlə, Gadirmüzakirə 20:22, 16 fevral 2024 (UTC)Cavabla
Vizual olaraq görüntü mənim üçün gələcəkdə həmin məqalədə hər hansı redaktə etmək istəyəndə nisbətən qarışıqlıq yaradır. Bunun kimi redaktələri etməkdə məqsədiniz nədir? Məqalədə müsbət təsir edəcək nəyi dəyişir? — Xeyal (müzakirə) 19:57, 16 fevral 2024 (UTC)Cavabla
@Xeyal Sizin üçün qarışıqlıq yaradırsa, artıq sizə uyğun olanı etmisiniz. Səbəbini bilmək istəyirdim sadəcə. Mənim fikirimcə isə daha aydın və daha əlverişlidir bu alət. İstinadların redaktəsi zamanı daha sürətli iş imkanı yaradır mənə görə. Patriot (müzakirə) 20:16, 16 fevral 2024 (UTC)Cavabla
Amma yuxarıda qeyd etdiyiniz məqalələrdə istinadın redaktəsinə ehtiyac yox idi, sizin etdiyiniz redaktədə məqaləyə yeni bir əlavə də etməmisiniz. Sadəcə vikiləşdirmə alətindən istifadə etmisiniz. Mənə görə isə məqalənin həcmini artırmaqdan başqa birşey deyil bu. — Xeyal (müzakirə) 20:22, 16 fevral 2024 (UTC)Cavabla
Vikiləşdirici qadceti belə dəyişiklik etmir bu arada. Bunu edən digər qadcetdi. Nemoralis (müzakirə) 20:24, 16 fevral 2024 (UTC)Cavabla
@Nemoralis düz vurğuladız. Mən səhvə yol verdim. Vikiləşdirmə deyil. Bəs siz necə? Bu alətin məqalənin həcminin artırılmasına xidmət etdiyini düşünürsüz? Patriot (müzakirə) 20:32, 16 fevral 2024 (UTC)Cavabla
Əvvəl mən də belə edirdim, sonra isə lazımsız olduğunu düşünməyə başladım. Səhifə kiçikdirsə etmək olar, amma böyük səhifələrdə səhifənin ölçüsünü çox artırır. İstinadları redaktə etmək üçün ProveIt istifadə edirəm Nemoralis (müzakirə) 20:35, 16 fevral 2024 (UTC)Cavabla

Daxil olduğunuz istifadəçi qrupuna əlavələr haqqında məlumat redaktə

 
Nümunə

Bu mesaj standart olaraq "addəyişdirici qrupu"na daxil olan istifadəçilərə göndərilir.

Salam hörmətli Xeyal. Daxil olduğunuz səhifəfayl addəyişdiriciləri qrupuna yeni texniki icazə (suppressredirect) daxil edildi. Belə ki, yanlış adlandırma və digər hallarda, istiqamətləndirmə qoymadan, yəni keçmiş adı silərək (nümunə şəkildə) addəyişmə edə biləcəksiniz.

Xoş vikilər! Turkmen müzakirə 11:41, 13 mart 2024 (UTC)Cavabla


Saytda 109 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024