İstifadəçi müzakirəsi:Baskervill Haqqinda Melumat - Vikipedia

İstifadəçi müzakirəsi:Baskervill Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz
Zəhmət olmasa, aşağıdan yeni mövzu əlavə edin

Həftənin yaxşı məqaləsi/4. Həftə 2024 redaktə

salam bəy. Həftənin yaxşı məqaləsi/4. Həftə 2024 Patimat Abakarova məqaləsini dəyişdirib Azərbaycanın İrandakı səfirliyinə hücum məqaləsi seçdim. hadisə 27 yanvar tarixində baş verib deyə bu məqaləni bu həftə önə çıxarmaq məncə daha doğru olar.
sizə xəbər vermək istədim. fəaliyyətinizdə uğurlar. Atakhanli (müzakirə) 00:02, 22 yanvar 2024 (UTC)Cavabla

Thank you for being a medical contributors! redaktə

  The 2023 Cure Award
In 2023 you were one of the top medical editors in your language. Thank you from Wiki Project Med for helping bring free, complete, accurate, up-to-date health information to the public. We really appreciate you and the vital work you do!

Wiki Project Med Foundation is a thematic organization whose mission is to improve our health content. Consider joining for 2024, there are no associated costs.

Additionally one of our primary efforts revolves around translation of health content. We invite you to try our new workflow if you have not already. Our dashboard automatically collects statistics of your efforts and we are working on tools to automatically improve formating.

Thanks again :-) -- Doc James along with the rest of the team at Wiki Project Med Foundation 22:24, 3 fevral 2024 (UTC)Cavabla

Xəbərdarlıq redaktə

Xəbərdarlıq
 
Etdiyiniz bu dəyişiklik Vikipediya qaydalarına ziddir: Vikipediya:Nəzakət. Qaydaları pozduğunuza və tövsiyələrə əməl etmədiyinizə görə bloklana bilərsiniz. Sizə Vikipediya qaydalarınıVikipediya məlumat sistemini diqqətlə nəzərdən keçirməyi tövsiyə edirəm.
Qeyd: Aktuallığını qoruyan xəbərdarlıqları silmək tövsiyə olunmur. Belə ki, bu hərəkət bəzi hallarda Vikipediya qaydalarının pozulması kimi qiymətləndirilə bilər.
Xəbərdarlıq
 
Etdiyiniz bu dəyişiklik Vikipediya qaydalarına ziddir: Vikipediya:Nəzakət. Qaydaları pozduğunuza və tövsiyələrə əməl etmədiyinizə görə bloklana bilərsiniz. Sizə Vikipediya qaydalarınıVikipediya məlumat sistemini diqqətlə nəzərdən keçirməyi tövsiyə edirəm.
Qeyd: Aktuallığını qoruyan xəbərdarlıqları silmək tövsiyə olunmur. Belə ki, bu hərəkət bəzi hallarda Vikipediya qaydalarının pozulması kimi qiymətləndirilə bilər.

Eminn (müzakirə) 19:23, 19 fevral 2024 (UTC)Cavabla

@Eminn, təşəkkür edirəm. Nəzərə alacağam. Baskervill ☼ - De Gəlsin ! 19:25, 19 fevral 2024 (UTC)Cavabla

Qarşılıqlı əlaqə qadağası redaktə

Nemoralis (müzakirə) 13:24, 20 fevral 2024 (UTC)Cavabla

@Nemoralis buna ehtiyac yox idi. Baskervill ☼ - De Gəlsin ! 18:53, 20 fevral 2024 (UTC)Cavabla
Öz başına belə bir əlaqə qadağasının qoyulması düzgün deyil. @Nemoralis istifadəçilərin müzakirə hüququnu bu formada məhdudlaşdıra bilmərsiniz məncə. 6 ay böyük müddətdir və bu qərarı tək qəbul etmisinizsə bu doğru deyil. Baskervill (müzakirə) 13:35, 24 fevral 2024 (UTC)Cavabla
Sataşma yox normal müzakirə aparsaydınız siz deyən kimi olardı. Təəssüf ki, Samralla olan müzakirələriniz ancaq şəxsi zəmində olur və vikipediyadakı müzakirələrə heç bir töhfə vermir. Nemoralis (müzakirə) 16:21, 24 fevral 2024 (UTC)Cavabla

Bloklama redaktə

Stop icon with clock 
Qarşılıqlı əlaqə qadağasının pozulmasına görə 3 gün müddətinə bloklanmısınız. Blok müddətiniz bitdikdən sonra daha faydalı redaktələr etməyinizi gözləyirik.
Blokunuzun açılması üçün yaxşı səbəblər olduğunu düşünürsünüzsə, sizi bloklayan inzibatçıya e-poçt göndərə bilərsiniz.

Nemoralis (müzakirə) 21:22, 3 mart 2024 (UTC)Cavabla

Nemoralis bilirsiniz ən çox nəyə təəssüf edirəm. İcma sizi tərəfsiz və qərəzsiz bir inzibatçı olduğunuzu düşünür, ancaq bunun belə olmadığını hər ikimizdə gözəl bilirik. Qarşılıqlı əlaqə qadağasının müvafiq bəndlərində deyilir ki, heç bir səhifədə qarşılıqlı əlaqə blokunda olduğum şəxs haqqında bəhs edə, onun haqqında şərh yaza və ya ona eyham vuraraq müzakirə apara bilmərəm - doğrudurmu ? Bəs mənim haqqımda mən ona təşəkkür etməmişdən əvvəl Sortilegus ilə müzakirə aparanda hara baxırdız ? Qisasçılıq edirsiz, ayıbdır vallah. Sortilegus, White Demon, Nicat49, Atakhanli gəlin bu tamaşaya siz də şahidlik edin. Hörmətlə:— Mərdümgiriz (müzakirə) 23:27, 3 mart 2024 (UTC)Cavabla
2 gündür vikiyə girmirəm, Samral məni teq eləmişdi, məndə gördüm, blokladım. Samral da pozubsa qeyd edin ki bloklayım. Oturub bütün müzakirələri oxuya bilmərəm. Siz isə nəzakət qaydalarını kobud şəkildə pozursunuz, növbəti dəfə xəbərdarlıq olmadan uzun müddətə bloklanacaqsınız. Nemoralis (müzakirə) 06:49, 4 mart 2024 (UTC)Cavabla
@Nemoralis qarşılıqlı əlaqə qadağası olan şəxsi necə qeyd edim ? Qeyd edim ki, 3 günlük bloklanmağım üçün əsas olsun ? Necə olur ki, sıra mənə gələndə bütün müzakirələri oxumaq mümkün olur, bir başqasına gəldikdə isə mümkün olmur və müxtəlif bəhanələr ortaya atılır. Siz mənim inzibatçılıq statusumun alınması üçün son 2 ildə ciddi fəaliyyət göstərdiniz və bunu icmanın qərarı kimi təqdim etməyə çalışdınız. Bütün bunlar arxada qalıb və mən belə başa düşürəm ki, tamamilə bloklanmadan siz yumuşaq desək məni təqib etməyə davam edəcəksiniz. Nəzakət qaydalarından danışan şəxs mənə "ingilis bayrağı" ulduzu adlı tərbiyəsiz bir mükafat təqdim etmişdi. Bütün baş verənlər çox ironikdir. Mərdümgiriz (müzakirə) 06:53, 4 mart 2024 (UTC)Cavabla
Əsassız ittihamları bir qırağa qoyun. Qadağanın bəzi istisna halları olur, bu da onlardan biridir. Bəli sizi təqib etməyə davam edəcəm, çünki qayda pozmağa çox meyllisiniz. İnzibatçı statusunuz olanda asıb-kəsirdiniz, indi isə sizin heç vaxt hörmət etmədiyiniz icma siz barədə öz qərarını (70% lehinə) verib. Nemoralis (müzakirə) 06:57, 4 mart 2024 (UTC)Cavabla
@Nemoralis mən hər zaman icmaya hörmət etmişəm və etməyə də davam edəcəm. Bir gün yenidən inzibatçı kimi qayıdacağıma da inanıram. Həmin dövrə qədər qələbənizin dadını çıxartın. Azviki çox görüb belə şeyləri. Məni narahat etməyin. Siz qərəzlisiz. Mənə ingilis bayrağı kimi əxlaqsız və tərbiyəsiz mükafatı təqdim edən şəxsdən mən heç bir adekvat mövqe gözləyə bilmərəm. Məqsədiniz məni əsəbləşdirmək və daha uzun müddətli bloklanmağıma nail olmağınızdır. İmkan verin məqalələrimizi yaradaq, məni narahat etməyin. Mərdümgiriz (müzakirə) 07:02, 4 mart 2024 (UTC)Cavabla
nəzərə alanda ki, ortaq razılaşdırmaya əsasən qarşılıqlı əlaqə qadağası təyin olunub, bu halda, qadağanın pozulmasına görə bloklanmada qeyri-adi hal yoxdur əslində, okay amma indi bu blok sadəcə blok xətrinə blok kimi görünür. əgər mütləq bloklanmalıydırsa, 1 saat şərti bloklanma müddəti qoyulması daha yaxşı qərar olardı. neçə illik inzibatçının emosional vəziyyətini də nəzərə almaq olardı. Atakhanli (müzakirə) 23:38, 3 mart 2024 (UTC)Cavabla
@Atakhanli blok şiddətli formada qisasçılıq elementləri daşıyır. Mənim ifadə etmək istədiyim məsələ başqadır. Yuxarıda təqdim etdiyim linkə nəzər salın. @Sortilegusla aparılan söhbət mənim Kənd meydanında yazdığım məzmundan əvvəl yazılıb və orada bir başa mənə eyhamlar vurulur. Buna baxmayaraq fəaliyyəti qarşılıqlı əlaqə blokunun pozulmasına görə məhdudlaşdırılan yalnız mən oldum. Gəlib. nəzərimdən qaçıb desə təəccüblənmərəm. Yoldaş @Nemoralislə eyni İP ünvanını bölüşmədiyim üçün blokdan canımı qurtara bilmədim sadəcə olaraq. Bu qədər sadə. Mərdümgiriz (müzakirə) 23:41, 3 mart 2024 (UTC)Cavabla
Razıyam, əslində ikinizdə də qayda pozulub. Qaydaya görə, hər ikiniz bloklanmalısınız. Amma məncə, hər ikinizin emosional vəziyyətini nəzərə almaq daha yaxşı qərardır. Samrala xəbərdarlıq edəcəm. Siz isə blokdan azad olunursunuz. Atakhanli (müzakirə) 23:51, 3 mart 2024 (UTC)Cavabla
@Atakhanli diqqətiniz üçün təşəkkür edirəm. Sizin kimi ədalətli və tərəfsiz bir inzibatçını burada görmək çox xoşdur. Mərdümgiriz (müzakirə) 23:56, 3 mart 2024 (UTC)Cavabla

Bloklanma redaktə

Stop icon with clock 
Nəzakət qaydalarının pozulmasına görə 1 ay müddətinə bloklanmısınız. Blok müddətiniz bitdikdən sonra daha faydalı redaktələr etməyinizi gözləyirik.
Blokunuzun açılması üçün yaxşı səbəblər olduğunu düşünürsünüzsə, sizi bloklayan inzibatçıya e-poçt göndərə bilərsiniz.

Nemoralis (müzakirə) 07:04, 4 mart 2024 (UTC)Cavabla

@Atakhanli, @Sortilegus, @White Demon, @Nicat49, @Eminn, @Araz Yaquboglu lütfən @Nemoralis tərəfindən mənə qarşı edilən ədalətsizliklərə bir son verilməsi üçün müdaxilə edin. İnzibatçı son 3 gün ərzində məni 2 dəfə əsassız bloklayıb. Bir dəfə qarşılıqlı əlaqə blokunu pozduğum üçün blokladı və sonradan @Atakhanli blokun əsassız olması səbəbindən blokdan azad etdi. Mən Sovet generalları haqqında məqalələr yaratmaqla məşğul idim, müzakirə səhifəmdə məni təxribata çəkir və sonda 1 aylıq bloklayır. 12 il burada xidmətlərim olub, baş verənlərin heç birinə layiq deyiləm. Lütfən ədalətli mövqe sərgiləyin. Hörmətlə: Mərdümgiriz (müzakirə) 07:09, 4 mart 2024 (UTC)Cavabla
Yenə əsassız ittiham edirsiniz, davam etsəniz müzakirə səhifəniz də bağlanacaq. Nemoralis (müzakirə) 07:13, 4 mart 2024 (UTC)Cavabla
@Nemoralis fəaliyyətimi bu formada məhdudlaşdırmağa nə ixtiyarınız var ? Hansı ittihamı əsassız edirəm ? @Sortilegus lütfən məsələyə müdaxilə edin. Mərdümgiriz (müzakirə) 07:15, 4 mart 2024 (UTC)Cavabla
@Wertuose və @Eldarado lütfən haqqsız bloklanmağımla bağlı mənə köməklik edin. Mərdümgiriz (müzakirə) 07:53, 4 mart 2024 (UTC)Cavabla
Hörmətli @Nemoralis məncə @Mərdümgirizin, səhvlərinə qarşı icma olaraq ən ədalətli qərar artıq verilib. Bu cür davam etməklə istifadəçini Vikipediyadan küsdürə bilərik. Hər şey göz önündədir. İstifadəçi məqalələr yaradır, özünəmxsus töhfələrini verir. Bir az şans verməliyik ki, töhfələrinə davam etsin. Patriot (müzakirə) 08:11, 4 mart 2024 (UTC)Cavabla
@Patriot Kor, töhfə verir deyə istədiyi kimi danışmasına göz yuma bilmərik. 3 gün əvvəl səs ovçuluğu faktına görə blokladıqda Sortilegusun müraciətinə əsasən bloku açmışdım və bildirmişdim ki istifadəçi normal müzakirə apara bilməsə blok bərpa olunacaq. Nemoralis (müzakirə) 08:14, 4 mart 2024 (UTC)Cavabla
@Nemoralis siz məni dayanmadan təxribata çəkirsiz. Özünüz yuxarıda yazmızı ki, məni təqib etməyə davam edəcəksiz. Mənə ingilis bayrağı mükafatı təqdim edən inzibatçıdan heç bir ədalət gözləmirəm. Mən bütün digər inzibatçılardan rica edirəm ki, @Nemoralislə aramızda 1 illik qarşılıqlı əlaqə bloku tətbiq edilsin. Özü ürəyi istədiyini yazır, sonra da məni bloklayır. Mərdümgiriz (müzakirə) 08:26, 4 mart 2024 (UTC)Cavabla
VP:MSR hüququ da alındı. Nemoralis (müzakirə) 08:35, 4 mart 2024 (UTC)Cavabla
Təəssüf olsun ki, bəli mənim də bütün vikipediyada baş verənlərdən xəbərim var. İstər ingilis bayrağı məsələsi, istər riyakar məsələsi və s. Yenə də mən istifadəçilərimizin hamısını bir-birilərinə qarşı nəzakətli olmağa dəvət edirəm. Ümid edirəm ki, qısa zamanda, bu yorucu söz-söhbətlərə də, atmacalara da, təzyiqlərə də, təqiblərə də, xoşagəlməz sözlərə də son veriləcək. Kimin üçünsə adi bir söz təhqir hesab oluna bilər. Xahiş edirəm onu da açıq şəkildə bir-birimizə izah edək və digər istifadəçi də buna görə bir öhdəlik götürsün ki, bəli bir daha bu söz sizə qarşı istifadə olunmayacaq. Patriot (müzakirə) 08:36, 4 mart 2024 (UTC)Cavabla
@Nemoralis 1 ay olduqca uzun müddətdir. üstəlik müzakirə səhifəsin redaktə etməyə də qadağa qoymusunuz. təklif edirəm ki, müdaxiləni digər inzibatçılardan biri etsə daha yaxşı olar. əgər o biri inzibatçılar müdaxilə etmirsə, ümumiyyətlə heç söhbətdən xəbəri yoxdurda burada onlara bu yaxında etimad göstərən, etimad müzakirəsinə belə çıxarmayan icmanın da günahı var. Atakhanli (müzakirə) 13:44, 4 mart 2024 (UTC)Cavabla
Salam Nemoralis, hansı redaktəyə görə istifadəçi bloklanıb? Son blokunun səbəbini tapa bilmədim. — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 13:51, 4 mart 2024 (UTC)Cavabla
Şərh 1, Şərh 2 Nemoralis (müzakirə) 13:58, 4 mart 2024 (UTC)Cavabla
Nemoralis, özünüzə qarşı olunan şərhə görə siz niyə qərar vermisiniz? — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 14:17, 4 mart 2024 (UTC)Cavabla
Siz Baskervill haqsız olsa belə həmişə onun tərəfini saxlayırsınız, ona görə də suallarınıza cavab verməyəcəm. Gəlib burda tərəfsiz inzibatçı mövqeyi tutmayın xahiş edirəm. Nemoralis (müzakirə) 14:19, 4 mart 2024 (UTC)Cavabla
Baskervillin bu cür bloklanmasını doğru hesab etmirəm. 3 günlük blok düzgün olsa da, 1 aylığına bloklanmaq üçün səbəb görmürəm. + müzakirə səhifəsini redaktə etməyə bağlamaq üçün də səbəb görmürəm. Şiroi Akuma 15:48, 4 mart 2024 (UTC)Cavabla
Təəssüf ki, müzakirə səhifəsinin açıq olması müzakirəni nəticəsi olmayan daha da gərgin istiqamətə aparır. Hörmətlə, Gadirmüzakirə 16:05, 4 mart 2024 (UTC)Cavabla
Nemoralis, axı mən burda istifadəçi ilə bağlı rəy yazmadım ki, tərəfli də olum. Sizə qarşı yazılan rəyə nə üçün blok tətbiq etmisiniz deyə soruşdum. Hətta müzakirə səhifəsini belə bağlamısınız. — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 14:57, 4 mart 2024 (UTC)Cavabla
Tərəf olmağınız üçün rəy bildirməyinizə ehtiyac yoxdur. İndiyə qədərki müzakirələrdəki iştirakınız kifayətdir. Nemoralis (müzakirə) 17:51, 4 mart 2024 (UTC)Cavabla
Söhbəti fərqli istiqamətlərə yönləndirməyin, tərəflilikdən söhbət getmir. Zəhmət olmasa sizə ünvanladığım sualı cavablandırın. — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 18:23, 4 mart 2024 (UTC)Cavabla
digər inzibatçıların da fikrinizi nəzərə alaraq istifadəçinin blokunu geri götürürəm. istifadəçi bir neçə saat blokda qaldı, bu kifayətdir. uzun müddətli blok üçün xüsusi səbəb yoxdur. təbii ki, Nemoralisin bloklaması üçün özünə görə haqqlı tərəfləri ola bilər, bunun əksin demirəm, ancaq, hesab edirəm ki, növbəti müzakirələrdə digər inzibatçılar müdaxilə etsə daha doğru olar. Mərdümgiriz, Sizdən isə xüsusi xahiş edirəm ki, mümkün qədər daha soyuqqanlı olun və qıcıq yaradacaq müzakirələrdən qaçın. Atakhanli (müzakirə) 18:41, 4 mart 2024 (UTC)Cavabla
Həmkar, biriniz bloku açırsınız, digəriniz təzədən bərpa edir. Bu, artıq belə təkrarlanaraq davam edir və davam etsəniz çox güman sonu bəllidir. İndiki halda istifadəçi ilə bağlı ümumi müzakirə açılıb elə qərar verilsə daha doğru olar. Hörmətlə, Gadirmüzakirə 19:29, 4 mart 2024 (UTC)Cavabla
Məndən soruşmadan özbaşına blok açmağı hörmətsizlik kimi qəbul edirəm. İndi Baskervill gəlib burda əks fikir bildirənləri təxribatçı çıxaracaq, onda görəcəm yuxarıdakı inzibatçıların birinin səsi çıxır ya yox. Nemoralis (müzakirə) 19:31, 4 mart 2024 (UTC)Cavabla
yuxarıda qeyd etdiyim kimi, indiki halda mümkün qədər sizin müdaxilə etməməyiniz daha məqsədəuyğundur. azvikidə 12 inzibatçı var. bu, sizin neytral imicinizə də zədə vurur. yuxarıda şərh1 və şərh2 kimi göstərdiyiniz səbəblərdə 1 aylıq blok və hələ istifadəçi müzakirə səhifəsinin redaktəsinə qadağa qoymaq üçün səbəb görmədim. mövzuda daha neytral olan White Demon da bu cür bloklanmasını doğru hesab etmədiyini bildirib. uzun müddətli blok lazımdırsa, bunun müzakirə əsasında olması daha düzgündür. əgər 12 inzibatçıdan digərlərinin bu söz-söhbətdən xəbəri yoxdursa, müdaxilə edib, adicə fikir bildirməyi belə özündə vacib hiss etmirsə, bu, yuxarıda da qeyd etdiyim kimi, icmanın problemidir ki, icma onlara etimad göstərdi və ya etimad müzakirəsinə belə çıxarmadı. Atakhanli (müzakirə) 19:41, 4 mart 2024 (UTC)Cavabla
@Atakhanli bloku açdığınız üçün sizə təşəkkür edirəm. Heç bir müzakirəyə fikir bildirməyəcəm. Üzərində çalışdığım məqalələrə fokuslanacağam. Mərdümgiriz (müzakirə) 20:17, 4 mart 2024 (UTC)Cavabla
Mərdümgiriz, mən sizdən xahiş edirəm ki, bütün müzakirələri iqnor edəsiniz. Lap görsəniz ki, sizi söyürlər, yenə cavab verməyin. Bu da bir dövürdür azvikidə, təhqirin biri 1 qəpik olan dövr. Bu da keçəcək. Aydın görünür ki, hər dəfə sizi müzakirəyə qatıb provakasiyaya çəkirlər. Artıq inzibatçı da deyilsiniz və hansısa müzakirəyə, kiminsə şərhinə fikir bilrdirmək kimi bir öhdəliyiniz də yoxdur. Hörmətlə:— Sortilegus (müzakirə) 20:28, 4 mart 2024 (UTC)Cavabla
@Sortilegus, istifadəçi yenə burda və ya digər səhifədə kimisə təxribatçı elan eləsə məndən "ədalətli" mövqe gözləməyin, yaxşı? Nemoralis (müzakirə) 20:39, 4 mart 2024 (UTC)Cavabla
Nemoralis, siz bu nə hədə tonudur danışırsız? Artıq adət halını alıb bu sizdə. Şərtlə, təhdid eləməklə danışmaq inzibatçıya yaraşan xüsusiyyət deyil. Elə bil ki, bizə böyük lütf göstərib blokun götürülməsinə etiraz etmirsiniz. Allah razı olsun sizdən, var olun. Gələn dəfə istifadəçi kimisə təxribatçı elan eləsə, ədalətli mövqe göstərməyin, bloklamaq-filan xırda şeydi, vurun birdəfəlik gözünü çıxardın.— Sortilegus (müzakirə) 20:49, 4 mart 2024 (UTC)Cavabla
Vurub göz çıxardaram ancaq qorxuram ki onda da gəlib eyni mövqeni saxlayacaqsınız :) Nemoralis (müzakirə) 08:58, 5 mart 2024 (UTC)Cavabla
Mənə elə gəlir ki, Mərdümgiriz-i əsas olaraq provikasiyaya elə siz çəkirsiz. İndiki rəyinizdə belə bu, hiss olunur. Mərdümgirizə "dəstək, həmrəy" kimi yazdığınız bu rəydə belə yenə öz maraqlarınızı ortaya qoymusunuz. Siz sadəcə müzakirələrdə, birinə yazdığınız "dəstək" görünümlü mesajlarda öz mövqeyinizi möhkəmləndirmək üçün çalışırsınız. Sizdən açığı heç vaxt problemi çözmək yönümlü çıxış görməmişəm. Nə birinə dəstək kimi dəstək olursunuz, nə də qarşı çıxan kimi qarşı dura bilirsiniz. Unutmayın ki, vaxtında bürokrat kimi Mərdümgiriz ilə olan məsələlərə müdaxil etsəydiniz, məsələ bu yerə qədər gəlməzdi. Və icmanı pisləyəndə nəzərə alın ki, siz o icmanı pisləyirsiniz ki, hansı ki, açıq-aşkar təhqir, alçaltma, hədə etdiniz, icma yenə də sizə etimad göstərdi. Mən müzakirədə öz fikrimi bildirdim. Sizin də qalacağınızı və sonrasını bilirdim. Etimad müzakirəsi bitən kimi.. Bürokrat hüququ bürokratlıq etmək üçün verilmir. Sura Shukurlu (müzakirə) 20:53, 4 mart 2024 (UTC)Cavabla
Sura Shukurlu, inşallah ki, siz inzibatçı seçiləndən sonra ordan bürokratlığa 1 addım qalır. Bürokrat da olub məni həll edə bilmədikdə günahlandırdığınız problemləri həll edərsiniz.— Sortilegus (müzakirə) 20:59, 4 mart 2024 (UTC)Cavabla

Daxil olduğunuz istifadəçi qrupuna əlavələr haqqında məlumat redaktə

 
Nümunə

Bu mesaj standart olaraq "addəyişdirici qrupu"na daxil olan istifadəçilərə göndərilir.

Salam hörmətli Baskervill. Daxil olduğunuz səhifəfayl addəyişdiriciləri qrupuna yeni texniki icazə (suppressredirect) daxil edildi. Belə ki, yanlış adlandırma və digər hallarda, istiqamətləndirmə qoymadan, yəni keçmiş adı silərək (nümunə şəkildə) addəyişmə edə biləcəksiniz.

Xoş vikilər! Turkmen müzakirə 11:32, 13 mart 2024 (UTC)Cavabla

Titanik ilk qayığın suya enmə saatı redaktə

Digər dillərdə olan vikipediya məqalələrində və Titanikin batması haqda olan mənbələrə əsasən Azərbaycan dilində olan məqalədə qayıqların salınması ilə bağlı hər şey 1 saat sonra yazılıb zəhmət olmasa redaktəni dəyişdirməyin. İsmayilgod (müzakirə) 10:13, 17 mart 2024 (UTC)Cavabla

@İsmayilgod bununla bağlı mənbə varmı ? Baskervill 10:14, 17 mart 2024 (UTC)Cavabla
Dediyim kimi digər dildə olan Titanik məqalələrinə baxa bilərsiz. Britannica saytında olan mövzuda da 01:45-də artıq sonuncu qayıqların enməsi və gəminin nataraz olması qeyd olunur İsmayilgod (müzakirə) 10:18, 17 mart 2024 (UTC)Cavabla
https://www.britannica.com/story/timeline-of-the-titanics-final-hours
12:45 PM 24 saatlıq təqvimdə 00:45 olmalıdır. Redaktə etməmişdən qabaq əvvəl araşdırmaq daha yaxşı olar. İsmayilgod (müzakirə) 10:20, 17 mart 2024 (UTC)Cavabla
@İsmayilgod diqqətiniz və məlumatınız üçün təşəkkür edirəm. Sözügedən məqaləni bir zamanlar seçilmiş məqalə etmişdim və bunu siz həmin məqalənin tarixçəsindən də görə bilərsiz. Yaratmış olduğum narahatçılıq üçün də lütfən üzürlü hesab edin. Baskervill 10:22, 17 mart 2024 (UTC)Cavabla
Problem deyil təşəkkür edirəm. İsmayilgod (müzakirə) 10:24, 17 mart 2024 (UTC)Cavabla

Salam. Bu məqalə yarımçıq qalıb. Hörmətlə, Gadirmüzakirə 08:24, 22 mart 2024 (UTC)Cavabla

@Gadir diqqətiniz üçün təşəkkürlər. İntervikisi varsa, başqa vikidə də oxşar məqalə olsa tərcümə edib, genişləndirmək olar. Əks halda köməklik edə bilməyəcəm. Baskervill 08:29, 22 mart 2024 (UTC)Cavabla
Bilmirəm, yoxlanış edin, tapsaz işləyin. Məzmunu istifadəçi alt səhifənizə də köçürüb də zamanla işləyə bilərsiniz, amma bu halı ilə silinməyə uyğundur. Hörmətlə, Gadirmüzakirə 08:31, 22 mart 2024 (UTC)Cavabla

Blok redaktə

Baskervill, mənfi abu hava yaydığınıza və digərlərinin fəaliyyətinə "zibil" dediyinizə, həmçinin "utanmalıdır" kimi təhqiredici ifadələrə görə fəaliyyətinizi 1 aylıq məhdudlaşdırıram. Həmçinin bloklardan dərs çıxarmadığınızı nəzərə alaraq müzakirə səhifənizin açıq qalmasında lüzum görmürəm. Turkmen müzakirə 05:39, 30 mart 2024 (UTC)Cavabla

@Nemoralis salam. Kənd meydanında qeyd etdiyiniz qarşılıqlı əlaqə blokuna razıyam. Xahiş edirəm ki, onu digər yoldaşda olduğu kimi 6 ay müddətinə təyin edərdiz. Hesab edirəm ki, belə də daha faydalı olacaq. Baskervill 13:30, 31 mart 2024 (UTC)Cavabla
@Solavirum yazdığınız sonuncu şərhə burada cavab vermək məcburiyyətindəyəm. Vallah mənim heç kimlə mübahisə, dava etmək kimi bir niyyətim yoxdur. İcma yekdil formada qərar qəbul edib ki, mənim ifadələrimdə təhqir yoxdur və bloklanma ədalətsizdir. Buna baxmayaraq @Turkmen məni bloklayıb və müzakirə səhifəmi də bağlayıb. Sizcə mən nə etməli idim ? Metaya yazmaqdan başqa çıxış yolum qalmadı. Siz də, orada belə bir müzakirə getdiyi halda götürüb şəxsi məlumatların yayılması haqqında iddianı təkrar-təkrar gündəmə gətirirsiniz. Onun bu məsələyə bir dəxlisi varmı sizcə ? Mənə qarşı nifrətiniz, qərəziniz açıq formada hiss olunur. Mənim orada paylaşdığım və sizin də tanıdığınız istifadəçinin mənə ünvanladığı maildəki ağır təhqirləri gördünüz ? Bu barədəki fikirləriniz maraqlıdır məsələn. @Nemoralis əgər dediyiniz kimi bloku açsanız, mən həmin başlıqdakı müraciətimi geri çəkəcəyəm. Başqa variantım olmadığı üçün metaya müraciət etmişəm. Baskervill 14:57, 31 mart 2024 (UTC)Cavabla
Baskervill, siz durmadan yalan danışırsınız. Müzakirə etməyə istəyim yoxdur deyib həmişə siz özünüz müzakirələr açırsınız, ittihamlar edirdiniz, davalar yaradırsınız. Samral sizi mail-də təhqir edib? Okey. Siz də məni təhqir etmisiniz də "Messenger"də başqalarıyla danışanda. Guya xəbərim yoxdur? Sizlə ünsiyyətə girməyin mənası yoxdur. --► Hörmətlə: SolaVirum 15:15, 31 mart 2024 (UTC)Cavabla
@Solavirum mən sizi nə zaman təhqir etmişəm ? Bu barədə mənim təqdim etdiyim kimi bir sübut təqdim edə bilərsiz ? İndi siz hesab edirsiz ki, mən haqqsız bloklanmağımla bağlı metaya müraciət etməklə səhv etmişəm ? Bəs nə etməli idim ? Bir inzibatçı olaraq müdaxilə edə bilərdiz, ancaq etməməyi seçdiniz. Mən sizin haqqınızda nə zamansa belə bir şey demişəm ? Baskervill 15:18, 31 mart 2024 (UTC)Cavabla
söhbəti imyana çəkirsiniz ki, sanki Meta-ya müraciəti irad tutmuşam ahahahha. allah bizlərə səbr versin. --► Hörmətlə: SolaVirum 16:23, 31 mart 2024 (UTC)Cavabla
@Solavirum o zaman iradınız nədir ? @Turkmenin müzakirə səhifəsinə yazmısınız ki, Meta-da Baskervill-in hərəkətlərinə qədər razı idim. Bu şərhinizdən elə çıxmır ki, metadakı şərhə görə blokun açılmasına qarşısız ? Baskervill 16:32, 31 mart 2024 (UTC)Cavabla
@Nemoralis Metada məni yenə təxribata çəkirlər. Fondun mənə göndərdiyi məktub müzakirə edilir. Mənə maraqlıdır ki, @Turkmen tərəfindən ədalətsiz bloklanmağımla həmin məktubun bir əlaqəsi varmı. Təklifiniz üçün təşəkkür edirəm və inanıram ki, hələ də qüvvəsində qalmaqdadır. @Turkmenlə 6 ay, hətta 1 illik qarşılıqlı əlaqə blokunun tətbiq olunmasını arzu edirəm. Zibil sözünü heç kimə şamil etməmişəm, həmin növ fəaliyyətin Azvikiyə vurduğu ziyanı təsvir etmişəm. Lütfən fəaliyyətimin bərpa olunmasında mənə köməklik göstərin. Baskervill 16:55, 31 mart 2024 (UTC)Cavabla
Hə Y Bloku açıram. Qadağanın müddətini isə hələlik 1 ay təyin edirəm. Qadağa ilə bağlı siyasətimiz yoxdur, uzun müddət qoymaq doğru olmaz. 1 may 2024-cü il tarixinə qədər Turkmenlə qarşılıqlı olaraq burada yazılanları edə bilməzsiniz. Nemoralis (müzakirə) 17:47, 31 mart 2024 (UTC)Cavabla
@Nemoralis təşəkkür edirəm. Baskervill 18:10, 31 mart 2024 (UTC)Cavabla

VP:Qiymətləndirmə redaktə

Salam. Qeyri-inzibatçıların Vikipediya:Qiymətləndirmə bölməsi də daxil olmaqla müzakirələri yekunlaşdırmaq hüququ yoxdur. Həmçinin sözügedən bölmələrdə məqalələr müzakirə edilmək yerinə səsvermə keçirilir deyə diqqətli olmaq və tələsməmək lazımdır. Sura Shukurlu (müzakirə) 16:37, 3 aprel 2024 (UTC)Cavabla

@Sura Shukurlu bununla bağlı qəbul edilmiş qayda varmı ? İnzibatçı olduğum dövrdə sözügedən səhifələri arxivləşdirən bir çox sıradan isifadəçi gördüyümü xatırlayıram. Baskervill 16:41, 3 aprel 2024 (UTC)Cavabla
Bəli, yekunlaşdırılmış müzakirələri arxivləşdirənlər var. Amma müzakirələri yekunlaşdırmaq sadəcə inzibatçıların səlahiyyətinə daxildir. Hətta qeyri-inzibatçılara da bu hüququn verilməsi ilə bağlı qayda təklif olnumuş, lakin qəbul edilməmişdir. Elə bu səsvermənin özündəki qərar qeyri-inzibatçı tərəfindən yekunlaşdırıldığı bəlli olduqdan sonra ləğv edilib. Sura Shukurlu (müzakirə) 16:49, 3 aprel 2024 (UTC)Cavabla
@Sura Shukurlu müzakirələri yekunlaşdırmaq sadəcə inzibatçıların səlahiyyətinə daxildir - cümləsi hansısa qəbul edilmiş qayda da öz əksini tapıb ? Mən sadəcə qaydalar çərçivəsində qaydanı pozduğumu bilmək istəyirəm. Əgər elədirsə bir daha belə bir redaktələr etməyəcəm. Sadəcə bunu sübut edən bir qayda olmalıdır ortada. Məqsədim sadəcə müvafiq arxivləşdirmələr aparmaqla Azvikinin yükünü yüngülləşdirməkdən ibarət idi. Baskervill 16:53, 3 aprel 2024 (UTC)Cavabla
Sura Shukurlu diqqətiniz üçün bir daha təşəkkür edirəm. Sadəcə mənə qaranlıq qalan bəzi məqamlar oldu. O zaman belə çıxır ki, Grenzsoldat tərəfindən edilmiş Berti Foqts, Rəşad Sadıqov və ya Nemoralis tərəfindən icra edilmiş Samanta Smit arxivləşdirilmələri qanunsuz idi ? Çünkü Grenzsoldat ümumiyyətlə inzibatçı olmayıb, Nemoralis isə Samanta Smit məqaləsindən yaxşı məqalə statusunun alınması ilə bağlı qərar verəndə yenidən inzibatçı seçilməmişdi. Məncə bu doğru yanaşma deyil. AtakhanliWhite Demon zəhmət olmasa siz də bir baxardız bu məsələyə.— Baskervill 16:51, 3 aprel 2024 (UTC)Cavabla
Görünür ki, bəli. Hətta məqalə namizədləri bölməsindəki proses belə sadəcə inzibatçıların səlahiyyətində idi, sonradan Yoxlayanlar istifadəçi qrupu yaradıldı və onlara bu hüquq verildi. Müzakirələrin yanlız inzibatçılar tərəfindən yekunlaşdırıldığını da niyə soğuladınız onu anlamadım, göstərdiyim keçiddəki kimi, hətta bunu dəyişdirmək üçün addımlar atılıb və bəzi aktiv istifadəçilər dünənə qədər inzibatçıların qeyri-aktivliyindən şikayətlənəndə bu hüququn qeyri-inzibatçılara da verilməsini tələb edirdilər. Sura Shukurlu (müzakirə) 17:03, 3 aprel 2024 (UTC)Cavabla
@Baskervill, arxivləşdirməkdə sərhəd yoxdur, edə bilərsiniz, amma doğru şəkildə etdiyinizə diqqət edin. VP:Q və ana səhifədə işlər görmək istədiyinizi başa düşürəm, amma bunun üçün öncə müzakirə edilib ümumi qərar verilməsi lazımdır, hər hansısa bir dəyişiklik üçün. Hazırda VP:YO hüququ üçün müraciət edə və məqalələri birinci mərhələdə yoxlayıb ikinciyə, müzakirəyə qəbul edə bilərsiniz. VP:MQİTS isə essedir, qayda deyil. Hörmətlə, Gadirmüzakirə 17:21, 3 aprel 2024 (UTC)Cavabla
@Gadir istifadəçi arxivləşdirmək deyərkən müzakirəni yekunlaşdırıb məqaləyə status verməyi nəzərdə tutur. Sura Shukurlu (müzakirə) 17:26, 3 aprel 2024 (UTC)Cavabla
Üzrlü sayın, mən ümumi müzakirələri nəzərdə tutduğunu sanmışam. Bəli, bununla bağlı qəbul olunmuş qayda olmasa da (ənənə deyək buna), bunu inzibatçılar edir hazırda. Sizlər yekunlaşdıra, o, arxivləşdirə bilər amma. Birinci mərhələdəkiləri də arxivləşdirə bilər, amma status verə bilməz. VP:YO-nun tərkində yoxdur belə bir şey. Hörmətlə, Gadirmüzakirə 17:33, 3 aprel 2024 (UTC)Cavabla
@Gadir qaydada istifadəçi YM namizədini yekunlaşdıra bilməz deyə bir bənd varmı ? Azviki ənənələrlə yox, icmanın qəbul etdiyi qaydalarla idarə olunur axı. Yox ? Baskervill 17:37, 3 aprel 2024 (UTC)Cavabla
@Baskervill, ona qalsa, istifadəçinin bloklanmasına ya da blokdan azad olunmasına yaxud bir sıra digər vacib qərarlara niyə təkcə inzibatçılar öz aralarında qərar verməlidir, icma yox? Hanı icma şüuru, hanı söz haqqı? Bu da yəqin ki, bir ənənədir, yanlış və illərlə davam edən bir ənənə, əks halda, bu, hansı qaydadır bəs? Təəssüf ki, buna qarşı çıxdığınızı xatırlamıram, hətta inzibatçı olan vaxtları bu barədə əks fikirdə idiniz, indi də tam əksini qeyd edirsiniz, amma hər halda doğrusunuz bu dəfə. Hörmətlə, Gadirmüzakirə 17:42, 3 aprel 2024 (UTC)Cavabla
@Gadir mən inzibatçı olanda nə zaman buna qarşı çıxmışam ? İnzibatçı olduğum 10 il ərzində belə bir problemlə rastlaşdığımı xatırlamıram sadəcə. Mən edilən redaktənin mahiyyətinə baxıram, əgər ortada faydalı bir fəaliyyət varsa məncə bunu hər bir icma fərdi edə bilər. Yox ? Məni yenə günahkar çıxarmağa çalışmağınız anlaşılan deyil. Bir çox inzibatçılar tez-tez qeyd edirdilər ki, inzibatçı olmaq sadəcə bəzi texniki üstünlüklər yaradır və adi istifadəçidən heç nə ilə fərqlənmir. Mövcud vəziyyətdə isə inzibatçıların bir növ special privilege sahibi olduqları müəyyənləşir. @Nicat49, @Solavirum, @Eldarado, @Nemoralis, @Turkmen, @White Demon və @Atakhanlinın məsələ ilə bağlı mövqeyləri maraqlıdır. Hörmətlə: Baskervill 17:49, 3 aprel 2024 (UTC)Cavabla
Sırf buna qarşı çıxdığınızı deməmişəm, ümumi olaraq qeyd etmişəm ki, etiraz etdiyinizi, irad bildirdiyinizi görməmişəm, heç kəsin. Hörmətlə, Gadirmüzakirə 17:51, 3 aprel 2024 (UTC)Cavabla
Yəni demək istəyirsiniz ki, mən səhvəm, çünki istənilən istifadəçi inzibatçı olmasa belə istənilən səsvermə və müzakirəni yekunlaşdıra bilər, elə mi? Çünki heç bir qaydada yoxdur. Sura Shukurlu (müzakirə) 17:51, 3 aprel 2024 (UTC)Cavabla
Əksi də qeyd edilməyib. Təbii ki, hüquq vermə, səhifə silmə kimi müzakirələri onsuz da texniki olaraq yekunlaşdırma səlahiyyətləri yoxdur. Amma istənilən təcrübəli istifadəçinin digər müvafiq müzakirələri doğru şəkildə yekunlaşdırmasında əngəl yoxdur. Məsələn (heç bir problem yoxdur). Hörmətlə, Gadirmüzakirə 17:57, 3 aprel 2024 (UTC)Cavabla
@Gadir Söhbət SNS, BNS və VP:Q-dakı müzakirələrdən gedir, hansı ki, həmin müzakirədə konsensus qəbul edilir. Söhbət konsensus qəbul etməkdən gedir yəni. Əgər mən səhvəmsə, VP:Q-ni qeyri-inzibatçılar da yekunlaşdıra bilərsə, onda demək SNS-i, BNS-i də istənilən istifadəçi yekunlaşdıra bilər. Fikrimcə VP:Q ilə VP:SNS-in eyni dərəcədə əhəmiyyətli mövzu olduğunu və ümumiyyətlə VP:Q-də qərar verməklə misal üçün, qeyd etdiyiniz kimi VP:KM-dakı bir müzakirədə qərar qəbul etməyin eyni olmadığını izah etməyimə ehtiyac yoxdur. Sura Shukurlu (müzakirə) 18:03, 3 aprel 2024 (UTC)Cavabla
Həmfikirik, müəyyən bir qisim istisnalar ola bilər. Onsuz da qeyri-inzibatçılar silmə, bərpa etmə kimi texniki imkanları da yerinə yetirməyə malik deyillər. Amma digər vikilərdə bu sahələrdə qeyri-inzibatçıların da fəaliyyətləri var, saxlama, bərpa etmə, məqaləyə status vermə kimi və s. Hörmətlə, Gadirmüzakirə 18:14, 3 aprel 2024 (UTC)Cavabla
@Sura Shukurlu mən sizin səhv olduğunuzu demədim ki. Mən başa düşürəm ki, bəzi mühüm müzakirələrin, səsvermələrin yekunlaşdırılmasında inzibatçıların qərarı olmalıdır. Sadəcə mənim etdiyim xüsusi əhəmiyyətli bir fəaliyyət deyildi. Hansısa SNS-də silinmiş məqaləni öz başına bərpa etməmişəm, hansısa inzibatçının etimad səsverməsini arxivləşdirməmişəm. @Gadirdə mənimlə razılaşar ki, mənim icra etdiyim redaktələr xüsusi əhəmiyyətə malik olmayan arxivləşdirmələr idi. Hər bir halda mən sizdən müvafiq qaydanı təqdim etməyinizi gözləyirdim. Belə başa düşdüm ki, ortada müvafiq qayda yoxdur, istifadəçilərin məqalə namizədləri səhifəsini arxivləşdirməsi üçün də məhdudiyyət mövcud deyil, sadəcə qəbul olunmuş ümumi stereotiplər mövcuddur. Baskervill 19:18, 3 aprel 2024 (UTC)Cavabla
Zatən mövzu odur ki, sizin redaktələriniz xüsusi önəm daşıyır. Siz müzakirəni (problemlərdən biri odur ki, o bölmədə hələ də səsvermə keçirilir) yekunlaşdırıb bir məqaləyə status vermisiniz. Necə ki, SNS-dəki müzakirələrdə konsensusun qəbul edilməsi önəmlidir və buna görə də bu əməliyyatın inzibatçıların səlahiyyətində olduğu qəbul edilib, o bölmə də həmçinin. Bu arada redaktələrinizi geri qaytarmağımın əsas səbəbi də zatən tələsməyiniz idi: yekunlaşdırdığınız "müzakirələr"də istifadəçilər sadəcə səs verib və məqalələrdə gözlə görünən problem mövcuddur. Ona görə həmin bölmədə diqqətli olmaq lazımdır, siz də yəqin qəbul edərsiniz ki, o bölmədəki boşluqlara görə məqalələr doğru-düzgün dəyərləndirilmir. Sura Shukurlu (müzakirə) 19:40, 3 aprel 2024 (UTC)Cavabla
@Sura Shukurlu doğrudur. Məqalə namizədləri bölməsində hər zaman səsvermə abu-havası olub. Mən sadəcə 30-40 gündən çox qalan məqalələri arxivləşdirmişdim. Statuslu məqalə işləyənlər bəllidir, 80-90% hallarda məqalələr 3-4-5 səslə status alırlar. Hər bir halda mən sizi başa düşdüm. Ətraflı formadakı izahalarınız üçün təşəkkür edirəm. Gələcəkdə oxşar tipli fəaliyyətim olmayacaq. Baskervill 19:45, 3 aprel 2024 (UTC)Cavabla
16 sentyabr 2023-cü il tarixində mən inzibatçı idim. 25 avqustda seçilmişəm. Nemoralis (müzakirə) 18:32, 3 aprel 2024 (UTC)Cavabla

Məqalə namizədləri redaktə

Salam. Məqalə namizədlərində bir məqaləni yekunlaşdırdığınızı gördüm. Bu fəaliyyəti görmək istəyirsinizsə, yoxlayan istifadəçi qrupuna daxil olmalısınız. Müraciət etmək üçün: VP:YON. Hörmətlə, Gadirmüzakirə 13:52, 9 aprel 2024 (UTC)Cavabla

@Gadir diqqətiniz üçün təşəkkür edirəm. Mənə maraqlıdır ki, yoxlayan istifadəçi qrupuna daxil olandan sonra Yaxşı məqalə namizədi və ya seçilmiş məqalə nanmizədi olan hər hansısa bir məqaləni tam arxivləşdirib, ona status verə bilərəmmi ? Yoxsa bu istifadəçi qrupunda olan istifadəçilərə sadəcə məqaləni arxivləşdirmək hüququ verilir ? Baskervill 17:53, 9 aprel 2024 (UTC)Cavabla
VP:YO səhifəsindən hüquqla bağlı oxuya bilərsiniz. Arxivləşdirmələrə gəlincə isə, bunun üçün inzibatçılıq lazım deyil, istənilən təcrübəli istifadəçi arxivləşdirmə işləri apara bilər, hansısa məhdudiyyət yoxdur bunda. Sadəcə doğru şəkildə apara bilmək üçün müəyyən təcrübə gərəkdir, o təcrübə də sizdə var. Hörmətlə, Gadirmüzakirə 20:17, 9 aprel 2024 (UTC)Cavabla
@Gadir təşəkkür edirəm. Sözügedən hüquq artıq mənə təqdim edilib. Belə başa düşdüm ki, bu hüquq sadəcə qiymətləndirmə bölməsinə keçirilməsinə imkan verir. Bəs qiymətləndirmədən məqalənin status alması mərhələsinə necə ? Baskervill 06:24, 10 aprel 2024 (UTC)Cavabla
Bəli, ona inzibatçılar baxır hazırda. Hörmətlə, Gadirmüzakirə 09:18, 10 aprel 2024 (UTC)Cavabla
Salam. Vaxtınız varsa və maraqlandığınız mövzudursa yaxşı məqalə üçün təqdim etdiyim məqaləni yoxlaya bilərsiniz? Hörmətlə, Gadirmüzakirə 21:59, 12 aprel 2024 (UTC)Cavabla
@Gadir baxaram indi. Baskervill 00:33, 13 aprel 2024 (UTC)Cavabla

Saytda 74 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024