Kamil Əliyevin ev-muzeyi Haqqinda Melumat - Vikipedia

Kamil Əliyevin ev-muzeyi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Kamil Əliyevin ev-muzeyi

Kamil Əliyevin ev-muzeyi — Azərbaycanda xalçaçılıq-rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, Azərbaycan Respublikasının xalq rəssamı Kamil Əliyevin xatirə muzeyi. Muzey Bakıda, Sahil metrosu yaxınlığında, Xaqani küçəsində yerləşir.

Sunny Carpets Gallery
Fayl:Sunny Carpets Gallery.png
Xəritə
Əsası qoyulub 2007
Ölkə
Yerləşir Azərbaycan, Bakı, Xaqani küçəsi
Kolleksiyası 127
Direktor Narmina Aliyeva
Telefon +994555555959
İş rejimi 11:00-19:00 (I-VII)
40°22′02″ şm. e. 49°50′13″ ş. u.

Tarixçəsi redaktə

Muzey, rəssamın həyatının son 11 ayını yaşadığı və 83 yaşında vəfat etdiyi evdə açılmışdır. Ev muzeyi 2007-ci ildən fəaliyyətə başlamışdır. 26 oktyabr 2007-ci ildə muzeyin divarında Kamil Əliyevin xatirə lövhəsinin açılışı olmuşdur.[1]

Ekspozisiya redaktə

Muzey Azərbaycan xalçaçılığının görkəmli nümayəndəsi, Azərbaycan SSR xalq artisti Kamil Əliyevin (1921–2005) həyatına və fəaliyyətinə həsr olunub. Onun əsərləri Paris, London, Tokio, Dehli, Ankara, İstanbul, Tehran, Moskva, Kiyev və başqa şəhərlərin nüfuzlu muzey və qalereyalarında nümayiş etdirilir. Muzeydə xalçaçının 127 müəllif xalçası sərgilənir. Onlar arasında rəssamın tamamlamadığı işləri də vardır.[2]

İstinadlar redaktə

  1. "Xalq rəssamı Kamil Əliyev — naxışlarda əbədiləşən ömür". 2021-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-21.
  2. "MUZEYLƏR HAQQINDA". 2018-07-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-21.

Sitede 149 kişi
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024