Çaubunagungamaug gölü Haqqinda Melumat - Vikipedia

Çaubunagungamaug gölü Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Çaubunagungamaug gölü

Çaubunagungamaug (ing. Chaubunagungamaug), həmçinin Vebster gölü kimi də tanınır (ing. Webster Lake) — Şimali Amerikada göl. Göl ABŞ-nin Massaçusets ştatında, Vebster şəhəri yaxınlığında yerləşir. Sahəsi 5,83 км²-dir.

Çaubunagungamaug
ing. Chaubunagungamaug
Ümumi məlumatlar
Mütləq hündürlüyü 145 m
Eni 1,8 km
Uzunluğu 5,23 km
Sahil uzunluğu 27 km
Sahəsi 5,83 km²
Dərin yeri 14 m
Orta dərinliyi 4 m
Yerləşməsi
42°02′33″ şm. e. 71°50′36″ q. u.
Ölkə  ABŞ
Region
Çaubunagungamaug xəritədə
Çaubunagungamaug
Çaubunagungamaug
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Adlandırılması redaktə

 
Gölün adını bildirən lövhə. Hər iki ad göstərilib.

Gölün tam adı belədir: Çargoggagoggmançauggagoggçaubunagungamaugg (ing. Chargoggagoggmanchauggagoggchaubunagungamaugg) — bu ad ABŞ-nin ən uzun toponimi hesab olunur. Toponim 45 hərfdən ibarətdir, 15 dəfə «g» və 9 dəfə isə «a» hərfi təkrarlanır. Adın mənası haqqında dəqiq məlumat yoxdur. Mövcud variantlardan ikisi daha çox diqqəti çəkir: yerli hindi tayfaları olan nipmukların dilində «neytral torpaqlar» və ya gülməli başqa bir məna «Sən balığı öz tərəfində tutursan, mən isə öz tərəfimdə və heç kim balığı ortada tutmur»[1][2][3].

Müasir dövrdə «Vebster gölü» daha tez-tez işlədilir. Ancaq bəziləri fəxrlə daha uzun addan istifadə edir. 2009-cu ilin aprelindən məlumat və yol lövhələrində gölün bütöv adının yazılışı tətbiq edildi.[4].

Ümumi məlumat redaktə

Orta dərinliyi — 4,3 metrdir. Maksimal dərinliyi isə 15 metrdir[5].

Çargoggagoggmançauggagoggçaubunagungamaugg gölünün çuxuru buzlağın geri çəkilməsi nəticəsində formalaşmış və sonra yeraltı sular çuxuru doldurmuş. Göl üç hissədən ibarətdir. Bu hissələr bir birləri ilə dar kanallarla birləşir: Şimal çuxuru (North Pond), Orta çuxur (Middle Pond) və Cənub çuxuru (South Pond). Gölün Frenç çayı ilə birləşdiyi yerdə SES tikilib. Göl bölgədə tanınmış turist məkanı hesab olunur. İnsanlar qayıqla üzür, balıq tutur və dincəlirlər.

Adaları redaktə

Göldə bir neçə ada var. Adaların bəzilərində məskunlaşma yoxdur:

  • Lonq-Aylend[6] (Long Island) — gölün ən böyük adası. Yaşayış evləri, elektrik və su xəttləri və s var.
  • Qout-Aylend (Goat Island) — ölçüsünə görə ikinci ada. Bir neçə ev mövcuddur.
  • Uell-Aylend (Well Island) — kiçik ada. Tək bir ev var.
  • Strip-Aylend (Strip Island) — gölün ən şimal adası.Tək ev.
  • Littl-Aylend (Little Island) — tək ev.
  • Kobbl-Aylend (Cobble Island) — kiçik ada.

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə

İstinadlar redaktə

  1. Просто факт[ölü keçid]
  2. "A Collection of Word Oddities and Trivia, Page 12". 2009-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-26.
  3. "Fabrication leaves us gasping — Old twist to name of lake comes to light". 2003-07-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-10-26.
  4. "В 45-буквенное название озера вкрались ошибки". 2012-12-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-10-26.
  5. http://www.websterlakeassociation.com/GeneralInterest/LakeMaps.htm Arxivləşdirilib 2010-04-01 at the Wayback Machine Webster Lake Association
  6. Lonq-Aylend adası ilə — Atlantik okeanı, Nyu-York şəhərinin yerləşdiyi ada ilə qarışdırılmamalı

Saytda 113 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024