İlqar Abdulov Haqqinda Melumat - Vikipedia

İlqar Abdulov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İlqar Abdulov

Azərbaycan güləşçisi

İlqar Abdulov (12 mart 1981) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi.[1]

İlqar Abdulov
Şəxsi məlumatlar
Tam adı İlqar Abdulov
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (43 yaş)
Doğum yeri
Boyu 175 sm. (5 ft 6 in)
İdman növü Güləş
Karyera illəri 1995—2008

Karyerası redaktə

İlqar Abdulov 1999-2002-ci illərdə yeniyetmələr və gənclər arasında baş tutan Dünya və Avropa Çempionatlarında mübarizə aparsa da heç birində uğura imza ata bilmədi.[2] 2000-ci ildə isə Yaponiyada tələbələr arasında Dünya Çempionatını dördüncü pillədə başa vurdu.[2]

2005-ci ildə Varna şəhərində (Bolqarıstan) Avropa Çempionatınında beşinci pillənin sahibi olan İlqar Abdulov Budapeşt şəhərində (Macarıstan) Dünya Çempionatını 8-ci pillədə başa vurdu.[2]

2006-ci ildə 1. Qızıl Qran-Pri beynəlxalq turnirinin qalibi olan İlqar Abdulov həmin il Dünya Çempionatında uğursuz çıxış elədi və turniri 30-cu pillədə başa vurdu.[2] 2007-ci ildə də İlqar Abdulov Avropa və Dünya Çempionatlarında uğursuz mübarizə apardı.[2]

2008-ci ildə isə İlqar Abdulov bir sıra uğurlara imza ata bildi.[2] Apreldə Finlandiyanın Tampere şəhərində Avropa Çempionatını onuncu pillədə başa vuran İlqar Abdulov mayda İtaliyanın Roma şəhərində Dünya Olimpiya Təsnifat Turnirini gümüş medalla başa vurdu və olimpiya lisenziyasına sahib oldu.[2] Olimpiadadan əvvəl isə o, iyunda Qızıl Qran-Pri beynəlxalq turnirinin qalibi oldu.[2]

Avqustda İlqar Abdulov Azərbaycanı olimpiada da təmsil elədi.[2] İlqar Abdulov olimpiadanın 1/16 final mərhələsində Türkiyə nümayəndəsi Şərəf Tüfəng ilə üz-üzə gəldi.[3] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə İlqar Abdulov birinci hissədə rəqibinə 2:1 hesabı ilə qalib gəldi.[3] Növbəti hissə 1:1 hesabı ilə başa çatsa da, qaydalara əsasən son xalı ilə İlqar Abdulov qazandığına görə görüşün qalibi oldu və olimpiadanın 1/8 final mərhələsinə adladı.[3] Bu mərhələdə onun rəqibi 2000-ci il Sidney Olimpiadasının qalibi Rusiya nümayəndəsi Varteres Samurqaşev oldu.[3] Həmin görüşün birinci hissəsində İlqar Abdulov rəqibinə təmiz məğlub oldu.[3] Rəqibi final görüşünə vəsiqə qazanmadığına görə İlqar Abdulov təsəlliverici qrupda da mübarizə aparmadı və olimpiadanı 12-ci pillədə başa vurdu.[3] 2008-ci ildə idmanla vidalaşdı.[2]

Nəticələri redaktə

Sıra
İl
Yarış
Ev sahibi
Nəticə
1
1999
Yeniyetmələrin Dünya Çempionatı Danimarka  Danimarka
6.
2
2000
Tələbələrin Dünya Çempionatı Slovakiya  Slovakiya
4.
3
2001
Gənclərin Dünya Çempionatı Özbəkistan  Özbəkistan
6.
4
2002
Gənclərin Avropa Çempionatı Yuqoslaviya  Yuqoslaviya
24.
5
2003
Gənclərin Dünya Çempionatı Türkiyə  Türkiyə
6.
6
2005
Avropa Çempionatı Bolqarıstan  Bolqarıstan
5.
7
Dünya Çempionatı Macarıstan  Macarıstan
8.
8
2006
Qızıl Qran-Pri Azərbaycan  Azərbaycan
1.
9
Dünya Çempionatı Çin  Çin
30.
10
2007
Avropa Çempionatı Bolqarıstan  Bolqarıstan
12.
11
Dünya Çempionatı Azərbaycan  Azərbaycan
17.
12
2008
Avropa Çempionatı Finlandiya  Finlandiya
10.
13
Dünya Olimpiya Təsnifat Turniri İtaliya  İtaliya
2.
14
Qızıl Qran-Pri Azərbaycan  Azərbaycan
1.
15
Olimpiya Oyunları Çin  Çin
12.

İstinadlar redaktə

  1. Olympedia.org. "İlqar ABDULOV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  2. 1 2 3 4 5 6 7 8 9 10 International Wrestling Database. "ILGAR ABDULOV". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. İstifadə tarixi: 02.08.2022.
  3. 1 2 3 4 5 6 Olympedia.org. "2008 Summer Olympics / Wrestling / Middleweight (74 Kilograms) / Greco-Roman / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.

Saytda 110 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024