İnsest Haqqinda Melumat - Vikipedia

İnsest Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İnsest (lat. incestus — «cinayətkar, təqsirli») — yaxın qan qohumları (valideynləruşaqlar, qardaşlarbacılar) arasında cinsi əlaqə.[1][2] Bu fərdlərin bir-biri ilə evlənməsi qanun və ya adət-ənənə ilə qadağan edilmişdir. İnsest cəmiyyətlərdə hüquqi problemdən çox emosional məsələ olduğuna görə bundan bəhs edərkən ümumi olaraq qadağa əvəzinə tabu termininə üstünlük verilir. İnsest antropologiyada universal olaraq qəbul edilir, baxmayaraq ki, bu, müxtəlif cəmiyyətlərdə fərqli şəkildə tətbiq edilir və onun pozulmasına dair məlumat cəmiyyətdən cəmiyyətə geniş şəkildə fərqlənən reaksiyalara səbəb olur.[3]

Misir fironu Tutanxamon ögey bacısı Anhesenamon ilə evlənmişdir.

Ümumiyyətlə, iki insan arasında genetik əlaqə nə qədər yaxındırsa, onlar arasında cinsi əlaqəni qadağan edən və ya çəkindirən tabu bir o qədər güclü və daha yüksək yüklüdür. Belə ki, ata ilə qız, ana ilə oğul və ya qardaş ilə bacı arasında cinsi əlaqə demək olar ki, hər yerdə qadağandır. Əmi ilə qardaşı/bacısıqızı və ya xala ilə qardaşı/bacısıoğlu arasında cinsi əlaqə də ümumiyyətlə tabu hesab edilir. Bəzi cəmiyyətlərdə xalaoğlu, xalaqızı, əmioğlu, əmiqızı, dayıoğlu, dayıqızı, bibioğlu və bibiqızı arasında münasibətlər də qadağandır.[3]

İstinadlar redaktə

  1. Инцест Arxivləşdirilib 2014-03-05 at the Wayback Machine // Каталымов Л. Л. Словарь по сексологии, 2007
  2. Инцест Arxivləşdirilib 2014-03-05 at the Wayback Machine // В. М. Блейхер, И. В. Крук. Толковый словарь психиатрических терминов
  3. 1 2 Britannica, The Editors of Encyclopaedia. "incest Arxivləşdirilib 2022-12-09 at the Wayback Machine". Encyclopedia Britannica, 6 Oct. 2022. Accessed 23 December 2022.

Əlavə ədəbiyyat redaktə

  • Кровосмешение  // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
  • Элен Пара. Инцест в истории культуры // Элен Пара. Психология любви и сексуальности. — М.: Искусство XXI век, 2006, с. 140—159
  • Евгений Додолев. «Кровосмешение» // «Новый Взгляд»] (газета). Марина Леско. № 108. Москва. 1992. 01—03.
  • Нешина А. Ю. Традиционные и новые баллады об инцесте // Вестник МГУ. Филология. 2001. № 3. С.135-147..

Xarici keçidlər redaktə


Saytda 184 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024