İrəvan qapısı Haqqinda Melumat - Vikipedia

İrəvan qapısı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İrəvan qapısı

İrəvan qapısı[1] və ya Xəlfəli qapısı[2]Şuşa qalasının üç əsas qapısından biri olmaqla qalanın qərb tərəfində yerləşir. Qalanın digər iki qapısı isə GəncəAğoğlan qapılarıdır.

İrəvan qapısı
İrəvan qapısı XX əsrin əvvəllərində
İrəvan qapısı XX əsrin əvvəllərində
Xəritə
39°45′25″ şm. e. 46°44′06″ ş. u.
Ölkə  Azərbaycan
Şəhər Şuşa
Yerləşir Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu
Aidiyyatı Qarabağ xanlığı
Sifarişçi Pənahəli xan
Tikilmə tarixi XVIII əsr
Üslubu Arran memarlıq məktəbi
UNESCO Ehtiyat Siyahısı
TipiMədəni
Kriteriyai,iv,v,vi
Təyin edilib2001
İstinad nöm.1574
DövlətAzərbaycan
RegionAvropa
İstinad nöm.337
KateqoriyaQala
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Qapının profil görünüşü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi redaktə

Şuşa qalası üç əsas qapıya malik olmuşdur: Gəncə, İrəvan və Ağoğlan qapıları. Hər üç qapının adı tarixi mənbələrdə tez-tez xatırlanır, həmçinin onlar Şuşanın XIX əsrdə çəkilmiş bütün baş planlarında qeyd edilir.[3] Məslən Qafqaz qəzetinin 1871-ci ildə çıxarılmış 25-ci nömrəsində yazılır: “Abixin barometrik ölçmələrinə görə, şəhərin Ağoğlan və Yelizavetpol qapıları yerləşən şimal-şərq hissəsi 3886 fut hündürlükdə, “Şuşa qayası” adlandırılan və İrəvan qapısı yerləşən cənub qərb hissəsi isə 4705 fut hündürlükdə yerləşir.”[4] Hələ XIX əsrin 60-cı illərində bu qapılar Şuşanın ictimai həyatında mühüm rol oynayırdılar ki, «Иллюстрация» qəzetində çap edilmiş məqalə də bunu isbat edir. Həmin məqalədə verilən məlumata görə, Ağoğlan və İrəvan qapıları ali şəxslərin keçişi və yük daşınması üçün, Gəncə qapısı isə arabaların keçməsi üçün nəzərdə tutulmuşdu.[5] Bəzi mənbələrdə qala divarlarının dördüncü divarının da olmasından bəhs edilsə də, onun yeri və adı müəyyən edilməmişdir.[6]

Pənahəli xanın dövründə inşa edilmiş qala qapısı XVIII əsrdən etibarən İrəvan qapısı və ya Xəlfəli qapısı adlandırılırdı. Bu qapıdan çıxan yol, Şuşa şəhərini Xəlfəli kəndi və İrəvan şəhəri ilə birləşdirirdi.[7] İrəvan qapısı da Şuşa qalasının digər iki qapısı kimi Şuşanın XIX əsrdə çəkilmiş bütün baş planlarında qeyd edilmişdir.[8]

Memarlıq xüsusiyyətləri redaktə

 
İrəvan qapısının planı

Gəncə qapısından fərqli olaraq İrəvan qapısı daha ənənəvi tərzdə həll edilmişdir; oxvari tağa malik qapı iki tərəfdən simmetrik yerləşdirilmiş iki yaruslu döyüş qüllələri ilə möhkəmləndirilmişdir.[8]

İrəvan qapısı şəhər divarlarının qərb hissəsində yerləşdiyinə və qala qüllələrinin sayılmasına qərbdən başlandığına görə, Şuşanın XIX əsrə aid çertyoj və baş planlarında həmin qüllələr 1 və 2 nömrələri ilə göstərilmişdir.[8] İrəvan qapısı dövrümüzə dağılmış vəziyyətdə çatsa da, XX əsrin 30-cu illərində Şuşada ekspedisiya çərçivəsində araşdırmalar aparmış Sara Aşurbəyli qapının tağlarını müşahidə etdiyini deyir.[9]

İstinadlar redaktə

  1. Nersesov (Qarabaği), Mirzə Yusif. Tarixi-Safi (PDF) (Qarabağnamələr. II kitab). Bakı: Şərq-Qərb nəşriyyatı. 2006. 35. 2022-07-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-07-09.
  2. Baharlı. Əhvalati-Qarabağ (E. Avalov, 34-də istinad edir). 1888.
  3. Авалов, Э. В. "О некоторых особенностях архитектуры оборонительных сооружений Шуши". Изв. АН Азерб. ССР сер. Лит. Яз. и Иск. (№ 2). 1972. (#accessdate_missing_url)
  4. "Кавказ, Тифлис" (№ 25). 1871.
  5. Очерки Закавказья. «Иллюстрация» (т. VII). СПб.-М. 1861. 257.
  6. Nersesov (Qarabaği), Mirzə Yusif. Tarixi-Safi (PDF) (Qarabağnamələr. II kitab). Bakı: Şərq-Qərb nəşriyyatı. 2006. 35. 2022-07-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-07-09.
  7. Авалов, 1977. səh. 34
  8. 1 2 3 Авалов, 1977. səh. 35
  9. Ашурбейли, С. Архитектура Шуши и ее ближащих окрестностей. Баку. 1934. 12.

Ədəbiyyat redaktə

  • Авалов, Э. В. Архитектура города Шуши и проблемы сохранения его исторического облика. Баку: Элм. 1977.

Ən Son Axtarılanlar

Fayl:Hymns_For_Private_Devotion_For_The_Sundays_And_Saints'_Days_Throughout_The_Year_(IA_HymnsForPri Fayl:Lectures_on_obsteazic_operations_(elecazonic_resource)_-_including_the_azeatment_of_hæmorrhage Fayl:Kentaro_Miura.png Fayl:Remedial_gymnastics_for_heart_affections_used_at_Bad-Nauheim_-_being_a_enanslation_of_"Die_Gymn Fayl:Report_of_the_speech_delivered_by_the_Rev._John_C._Martin,_fellow_of_Trinity_College,_Dublin_(m Fayl:Canada's_sons_on_Kopje_and_Veldt_(microform)_-_a_historical_account_of_the_Canadian_contingents Fayl:Lives_of_the_Early_Painters-_Andrea_Castagno_and_Luca_Signorelli_(IA_jstor-25306582).pdf Fayl:The_theory_of_sazains._A_comprudium_for_the_calculation_and_consazuction_of_bridges,_roofs_and_ ruxeberbdu-nun-sabah-qruplarinda-doqquz-yazi-ixtisas-ve-ixtisaslasma-acilacaq-siyahi.html Fayl:OVERSIGHT_HEARING_ON_U.S._FOREST_SERVICE_STRATEGIC_PLAN_UNDER_THE_GOVERNMENT_PERFORMANCE_AND_RE Portal:Anime_və_manqaSeçilmiş_məqalə1 Fayl:Catalogue_of_the_second_portion_of_the_exttrsive_and_valuable_collection_of_coins_and_medals,_i Fayl:Fortymile_-_a_minimum_personnel_contact_visitor_managemtrt_program_(IA_fortymileminimum8579glic Fayl:Fortymile_-_a_minimum_personnel_contact_visitor_managemazt_program_(IA_fortymileminimum8579glic Fayl:Monitorul_Oficial_al_României._Partea_I_2009-02-11,_nr._79.pdf Fayl:Monitorul_Oficial_al_României._Partea_I_2009-08-17,_nr._572.pdf Fayl:Monitorul_Oficial_al_României._Partea_I_2009-04-14,_nr._247.pdf Fayl:Nicolae_S._Basilescu_-_Alcoolismul_-_Scrisoare_deschisă_adresată_D-lui_Deputat_George_A._Scor SəhifəyəKeçidlərEDiff5692161 Fayl:Handbook_for_travellers_in_crutral_Italy,_including_the_Papal_states,_Rome,_and_the_cities_of_E
Dostlarınla Paylaş

Saytda 22 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024