İsmayıl Zülfüqarlı Haqqinda Melumat - Vikipedia

İsmayıl Zülfüqarlı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İsmayıl Zülfüqarlı

İsmayıl Zülfüqarlı (16 aprel 2001, Gərənə, Bərdə rayonu) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Neftçi PFK klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur.

İsmayıl Zülfüqarlı
Ümumi məlumatlar
Tam adı İsmayıl Ömər oğlu Zülfüqarlı
Doğum tarixi (22 yaş)
Doğum yeri Bərdə, Azərbaycan
Vətəndaşlığı Azərbaycan
Boyu 171
Çəkisi 67 kq
Mövqeyi Yarımmüdafiəçi
Klub haqqında məlumat
Klub Azərbaycan Neftçi Bakı
Nömrəsi 21
Karyerası
Gənclik karyerası
2011—2016 Azərbaycan Neftçi Bakı
Klub karyerası[* 1]
2018—2019 Azərbaycan Neftçi-2 28 (3)
2019—h.h Azərbaycan Neftçi Bakı 27 (2)
Milli yığma[* 2]
2015—2016 Azərbaycan Azərbaycan U-17 2 (1)
2017—h.h Azərbaycan Azərbaycan U-19 3 (0)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 11 may 2022 tarixində redaktə olunub.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 21 iyun 2020 tarixində redaktə olunub.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Klub karyerası redaktə

16 aprel 2001-ci ildə Bərdə rayonunun Gərənə kəndində anadan olub. 2018-ci ildən etibarən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məşqçi-futbol ixtisası üzrə tələbəsidir.

Neftçi redaktə

"Neftçi" Futbol Akademiyasının yetirməsidir. 11 yaşından akademiyanın üzvüdür. U-11 yaş qrupundan başlayaraq, bütün yaş qrupları üzrə komandalarda, daha sonra əvəzedici heyətdə çıxış edib. 2019-cu ilin iyun ayında əsas heyətə keçib. Klubla 2023/2024-cü il mövsümünün sonuna kimi müqavilə imzalayıb.[1][2]

Karyera statistikası redaktə

Klub redaktə

21 iyun 2020 tarixində yenilənib
Klub Mövsüm Liqa Ölkə Kuboku Kontinental1 Digər2 Ümumi
Diviziya Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol
Neftçi PFK 2018–19 Birinci Divizion 22 2 0 0 0 0 0 0 22 2
Neftçi PFK 2019–20 Birinci Divizion 6 1 0 0 0 0 0 0 6 1
Neftçi PFK 2019–20 Premyer Liqa 3 0 0 0 0 0 0 0 3 0
Neftçi PFK 2019–20 UEFA Avropa Liqası 2019/2020 2 1 0 0 0 0 0 0 2 1
Ümumi karyera 33 4 0 0 0 0 0 0 33 4

1UEFA Avropa Liqası görüşləri daxildir.

2Azərbaycan Superkuboku görüşləri daxildir.

Avropa Liqası redaktə

Avropa Liqası I təsnifat mərhələsində "Neftçi" komandasının Moldova təmsilçisi "Sperantsa"ya qarşı keçirdiyi hər iki qarşılaşmada iştirak edib. 18 iyul 2019-cu ildə Bakıda keçirilmiş və 6:0 hesabı ilə Azərbaycan təmsilçinin xeyrinə başa çatmış cavab qarşılaşmasının 78-ci dəqiqəsində bakılıların 6-cı qolunu vuraraq, Avrokuboklarda ilk qolunu vurmaqla yanaşı, Azərbaycan futbolunun tarixində Avrokuboklarda qol vurmuş ən gənc (18 yaş) futbolçusu olaraq tarixə düşüb.[3]

Milli karyerası redaktə

Azərbaycan milli komandaları
Milli Oyun Qol
U-17 2 1
U-19 3 0
Ümumi 5 1

U-17 redaktə

2017-ci ildə U-17 millisinə dəvət alan İsmayıl 5 yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Bunlar Gürcüstanla 2 qarşılaşma, habelə BƏƏ, Sudan və Makedoniya ilə görüşlər olub. Gənc futbolçu o cümlədən, U-17 Avropa çempionatı seçmə mərhələsində Bolqarıstan və Ukrayna yığmalarına qarşı görüşlərdə iştirak edib.

U-19 redaktə

2019-cu ildə U-19 millisinin heyətinə cəlb olunaraq İspaniya və Belarus millilərinə qarşı yoldaşlıq görüşündə meydanda olub.

Uğurları redaktə

Klub redaktə

Azərbaycan  Neftçi

Şəxsi redaktə

  • UEFA Avropa Liqası 2019/20 mövsümündə turnirin I təsnifat mərhələsi çərçivəsində "Neftçi" — "Sperantsa" oyununda qol vurmaqla, 18 yaşlı Zülfüqarlı, avrokuboklar tarixində ən gənc qol vuran azərbaycanlı futbolçu kimi tarixə düşüb.[4]

İstinadlar redaktə

Xarici keçidlər redaktə


Saytda 50 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024