Azərbaycan milli futbol komandası Haqqinda Melumat - Vikipedia

Azərbaycan milli futbol komandası Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Azərbaycan milli futbol komandası

Azərbaycan milli futbol komandasıAzərbaycanı beynəlxalq futbol arenasında təmsil edir və AFFA tərəfindən idarə olunur. Azərbaycan milli futbol komandası əsasən iki peşəkar futbol turnirində iştirak etmək üçün mübarizə aparır: FİFA Dünya KubokuUEFA Avropa Çempionatı. Azərbaycan futbol komandasının ev oyunlarının əksəriyyəti Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilir.

Azərbaycan milli futbol komandası
Shirt badge/Association crest
LəqəbiMilli
AssosiasiyaAFFA
KonfederasiyaUEFA
Baş məşqçiNamizəddir
Köməkçi məşqçiAzərbaycan Arif Əsədov
KapitanAzərbaycan Emin Mahmudov
Ən çox oyun keçirənAzərbaycan Rəşad Sadıqov (111)
Ən çox qol vuranAzərbaycan Qurban Qurbanov (14)
StadionTofiq Bəhramov adına Respublika Stadionu
Bakcell Arena
Bakı Olimpiya Stadionu
Dalğa Arena
FİFA koduAZE
FİFA reytinqi129 8 (1 aprel 2022)
Ən yüksək FİFA reytinqi73 (iyul 2014)
Ən aşağı FİFA reytinqi170 (iyun 1994)
Ev forması
Səfər forması
Üçüncü forma
İlk beynəlxalq oyunu
 Gürcüstan 6-3  Azərbaycan
(Gürcaani, Gürcüstan; 17 sentyabr 1992)[1]
Ən böyükhesablı qələbəsi
 Azərbaycan 4-0  Lixtenşteyn
(Bakı, Azərbaycan; 5 iyun 1999)[2]
 Azərbaycan 5-1  San-Marino
(Bakı, Azərbaycan; 4 sentyabr 2017)[2]
Ən böyükhesablı məğlubiyyəti
 Fransa 10-0  Azərbaycan
(Oser, Fransa; 6 sentyabr 1995)[3]

Azərbaycan heç vaxt FİFA Dünya KubokuUEFA Avropa Çempionatında seçmə mərhələni keçməyib.[4] Azərbaycan milli futbol komandasının tarixində ən çox oyun keçirən Rəşad Sadıqovdur. O, 111 oyunda 5 qol vurub.[5] Azərbaycan milli futbol komandasının tarixində ən çox qol vuran oyunçu — Qurban Qurbanovdur. O, 68 oyunda 14 qol vurub.[6]

Tarixi redaktə

border=none  Əsas məqalə: Azərbaycanda futbol

Erkən tarixi redaktə

Azərbaycanda ilk futbol klubları 1905-ci ildə yaranıb.[7] Bu komandalar əsasən Bakının iri neft sənayesi şirkətlərini təmsil edirdilər.[7] İlk rəsmi çempionat Bakıda 1911-ci ildə keçirilib, qalib isə İngiltərə Neft Şirkətinin "Britaniya Klubu" komandası olub.[7] 1912-ci ildə "Bakı" komandası Tbilisidə "Sokol" komandasına qarşı ilk beynəlxalq oyununu keçirib və 4:2 hesabı ilə qalib gəlib.[7] 1914-cü ildə Azərbaycanda Futbol İttifaqı yaradılmışdır. İttifaq rəsmi şəhər birinciliklərini və digər yarışların təşkili, keçirilməsini öz üzərinə götürmüşdür.

1927-ci ildə Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasında Azərbaycan ilk yoldaşlıq oyununu Gürcüstan və Ermənistana qarşı keçirmişdir.[8] Azərbaycanın futbol yığması özünün ilk yoldaşlıq oyunlarını 1929-cu ildə Tehranda İran yığmasına qarşı keçirib və həmin oyunlarda 4:0, 4:1 və 11:0 hesabı ilə üç böyük qələbə qazanıb.[7]

Azərbaycan futbolunun "qızıl dövrü" 1960-cı illər sayılır.[9] Məhz bu dövrdə Azərbaycandan Anatoli BanişevskiƏləkbər Məmmədov kimi futbolçular çıxmış, futbol hakimi Tofiq Bəhramov isə 1966-cı ildə İngiltərədə keçirilən dünya çempionatının finalında İngiltərə komandasının lehinə verdiyi obyektiv qərar Uembli stadionuna toplaşmış 98000 tamaşaçının yaddaşına həkk olmuş və dünya futbol tarixinə qızıl hərflərlə yazılmışdı.[10][11] SSRİ milli futbol komandasının tərkibində çıxış edən digər futbolçulardan Kazbek Tuayev, Nikolay Smolnikov, Vitali Şevçenkoİqor Ponomaryovu qeyd etmək olar.

1990-cı illər redaktə

Azərbaycan SSRİ-nin tərkibindən çıxmasından sonra, 1992-cı ildə ölkədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası yaranmışdır.[12] Həmin il Azərbaycan millisinin ilk baş məşqçisi postuna Ələkbər Məmmədov gətirildi.[13] Azərbaycan ilk oyununu 17 sentyabr 1992-ci il tarixində Gürcüstanda yerli komandaya qarşı oynadı.[13] Həmin oyunda Azərbaycan 6-3 hesabı ilə məğlub oldu. Millinin ilk qolunu Nazim Süleymanov vurdu.[13] 1993-cü ildə Azərbaycan millisi 3 oyun keçirdi və hər 3 oyununu qələbə ilə başa vurdu.[13] 25 may tarixində Gəncədə Gürcüstanı 1-0 hesabı ilə məğlub etdi.[13] Daha sonra ECO Kubokunda 6 iyunda Tehranda Tacikistanı Vidadi RzayevSamir Ələkbərovun qolları ilə 2-0 məğlub etdi.[13] Kubokun ikinci oyununda Qırğızıstanı Ruslan Lukinin iki və Vidadi Rzayevin qolları ilə 3-2 məğlub etdi və nəticədə ECO Kubokunun 3-cü yerinə sahib oldu.[13] Bu oyun Ələkbər Məmmədovun sonuncu oyunu oldu.[13]

Ələkbər Məmmədovun istefasından sonra Millinin sükanı arxasına Ağasəlim Mircavadov keçdi.[14] Ağasəlim Mircavadovun rəhbərliyi altında, Milli ilk oyununa 19 aprel 1994-cü ildə Ta' Qalidə Malta ilə keçirdi. Azərbaycan Maltaya 5-0 hesabı ilə məğlub oldu.[14] Daha sonra Azərbaycan Moldovaya 2-1 hesabı ilə məğlub oldu. Ardıcıl iki məğlubiyyətdən sonra Ağasəlimə Mircavadov tənqid olunsa da, AFFA Mircavadovu bu postda saxladı.[14] Avropa Çempionatı 1996 seçmə mərhələsində Azərbaycan Rumıniyaya Buxarestdə 3-0, Polşaya isə 1-0 hesabı ilə məğlub oldu.[14] 1994-cü ildə təhlükəsizlik səbəblərindən Azərbaycan ev oyunlarını Azərbaycanda yox, Türkiyədə Trabzonda keçirirdi.[14] Azərbaycan Trabzonda 16 noyabrda İsrailə 2-0, 13 dekabrda isə Fransaya 2-0 məğlub oldu. 29 martda Azərbaycan Slovakiyada yerli komandaya 4-1 məğlub oldu, Millinin yeganə qolunu Nazim Süleymanov vurdu. Daha sonra eyni hesab ilə Trabzonda Rumıniyaya məğlub oldu.[14] 1994-cü il 6 sentyabrda isə Fransada Ağasəlim Mircavadov son oyununa çıxdı. Azərbaycan Fransaya 10-0 hesabı ilə məğlub oldu.[14] Bu oyundan sonra 10 oyun, 10 məğlubiyyət ilə Ağasəlim Mircavadov komandadan ayrıldı.[14] Bu oyun Azərbaycan futbol tarixində ən böyük məğlubiyyət idi və yerli KİV-lər tərəfindən isə "Oser faciəsi" adlandırılıb.[14][15]

Ağasəlim Mircavadovun istefasından sonra Milliyə Kazbek Tuayev gətirildi. 1996-cı ilin avqust ayında, Milli seçmə mərhələlərdə İsveçrəni 1-0 məğlub edərək, tarixinin ilk rəsmi qələbəsini qazanmışdı.[16] Əhməd Ələsgərovun rəhbərliyi altında, 1999-cu ilin iyunun 5-də Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan Lixtenşteyn yığmasını 4:0 məğlub etmişdi.[17] Bu nəticə, Millinin 1994-cü ildən çıxış etdiyi seçmə mərhələlərdə ilk və hələ ki ən böyük hesablı qələbəsidir.[17]

2000-ci illər redaktə

 
2008-ci ildə Azərbaycan milli futbol komandası İslandiyaya qarşı

2000-ci illərin əvvələrindən başlayaraq Azərbaycan milli futbol komandasına AFFA əcnəbi oyunçular cəlb etməyə başladı.[18] Avro-2004-ün seçmə mərhələsində SerbiyaÇernoqoriya yığmasına uduzmayaraq, 2 oyundan 4 xal götürməsi, bu komandanı UEFA Avropa Kuboku 2004-ə çatmağa qoymadı.[19] Əsgər Abdullayev Azərbaycanın milli futbol komandasına rəhbərlik etdiyi dövrdə səfərdə ilk dəfə xal qazanmışdı.[20]

2004-cü ilin fevral ayında Karlos Alberto Torres Azərbaycan milli futbol komandasının ilk əcnəbi məşqçisi təyin olundu.[21] Karlos Alberto Torresin başçılığı altında, Milli ilk oyununu İsrailə 6-0 uduzmağına baxmayaraq, 2004-cü ilin aprelində Qazaxıstan yığmasını yoldaşlıq oyununda 3:2 hesabı ilə məğlub edib, səfərdə ilk qələbəsini qazanmışdır.[22]

2005-ci ildə Azərbaycan milli futbol komandasının baş məşqçisi Şahin Diniyev oldu.[23] Avropa çempionatı 2008-in final mərhələsinə çıxmaq uğrunda mübarizə aparan yığma son iki oyunda Portuqaliya və Serbiya komandalarına məğlub olduqdan sonra baş məşqçi Şahin Diniyev istefa verdiyini bəyan etmişdi. Lakin AFFA onun istefasının qəbul etməyərək, Diniyevdən yığmanı seçmə mərhələnin son iki oyununa da çıxarmağı xahiş etmişdi.[23] Diniyevdən sonra, AFFA Azərbaycan milli futbol komandasını müvəqqəti olaraq Goko Haciyevski, daha sonra Nazim Süleymanov çalışdırdı.[24]

2008-ci ilin mart ayında AFFA İcraiyyə Komitəsinin qərarı ilə Berti Foqts Azərbaycan millisinin baş məşqçisi təyin olunub.[25] Berti Foqts Azərbaycanda futbolun inkişafına dair iki illik proqramını AFFA-ya təqdim edib.[26] Foqtsun müqaviləsinə görə, o, ayda 95 min avro qazanmalı idi.[27] 7 iyun 2009-cu ildə 0-1 hesabı ilə başa çatan Azərbaycan-Uels qarşılaşmasında azarkeşlər Foqtsu istefaya səsləyiblər. Mətbuat konfransı zamanı isə Foqts fikir bildirməyə başlayanda jurnalistlər zalı tərk ediblər.[28] Bundan 2 gün sonra Foqtsun rəhbərliyi altında İspaniyaya 0-6 hesabı ilə uduzaraq Azərbaycan millisi ev oyunlarında ən böyük hesablı məğlubiyyətlə üzləşib.[29] Berti Foqtsun rəhbərliyi altında Lixtenşteynlə qarşılaşmada Azərbaycan millisi rəsmi oyunlarda ilk səfər qələbəsini qazanıb.[30] 2009-cu ildə müqaviləsi 2011-ci ilə qədər uzadılıb.[31][32] Yeni şərtlərə görə, Foqts ayda 150 min avro qazanacaqdı.[27]

2010-cu illər redaktə

2010-cu ildə Vaqif Sadıqov "Neftçi"yə baş məşqçi təyin olunduğu üçün millidəki köməkçi məşqçi vəzifəsindən getmiş onun yerinə isə Vəli Qasımov keçmişdi.[33] Berti Foqts Azərbaycanda işlədiyi müddətdə dəfələrlə futbolçulardan razı olmadığını bildirib.[34][35][36][37][38] Həmin il Berti Foqtsun köməkçisi vəzifəsində Vəli Qasımovu Nazim Süleymanov əvəz edib.[39] Berti Foqts Azərbaycan yığmasını ən çox oyuna çıxaran baş məşqçidir.[40]

 
2014-cü ildə Azərbaycan milli futbol komandasının heyəti

Dünya çempionatı 2014-ün seçmə mərhələsi çərçivəsində 26 mart 2013-cü ildə Azərbaycan-Portuqaliya oyununun 60-cı dəqiqəsindən oyunun sonlarına kimi azarkeşlər Foqtsu istefaya səsləyiblər.[41] Azərbaycan onun rəhbərliyi altında heç bir uğur qazanmayıb.[23] İyun ayında 0-0 hesabı ilə başa çatan Azərbaycan-Lüksemburq oyunundan sonra da azarkeşlər Foqtsu istefaya səsləyiblər.[42][43] 2014-cü ilin iyul ayında ilk dəfə Azərbaycan milli futbol komandası FİFA reytinqində 73-cü pilləyə yüksəldi və 2014-cü ildə Braziliyada keçiriləcək Dünya Çempionatına seçmə mərhələsində 9 xal topladı.[44] Berti Foqts Millinin oyun quruculuğunda problemləri həll edə bilməməsi, yanlış taktiki seçimi və komandanın zəif rəqiblərə uduzması, yerli KİV-lər və azarkeşlər tərəfindən boykot və kəskin tənqidə tutulurdu.[45][46][47]

2013-cü ildə Berti Foqtsun Azərbaycan millisindən göndəriləcəyi ehtimal olunurdu. Foqtsun özü də müqaviləni yeniləməyəcəyini bildirmişdi.[48][49] Lakin Azərbaycan millisinin seçmə mərhələnin son iki oyunundan dörd xal toplaması Foqtsun öz vəzifəsində qalmağına kömək etdi. 2013-cü ilin sonlarında AFFA növbəti dəfə Foqtsla müqaviləni uzatmağı qərara aldı.[50] Azərbaycan milli komandası Avro 2016-nın seçmə mərhələsində onun başçılığı altında ardıcıl məğlubiyyətlər aldığı üçün Xorvatiyaya 6-0 hesablı məğlubiyyətdən sonra komandadan göndərilib.[51]

AFFA Berti Foqtsun istefasından sonra müvəqqəti olaraq Millini Mahmud Qurbanova həvalə etdi.[52] Qurbanovun ilk və yeganə oyunu 16 noyabrda Norveçə qarşı idi. Həmin oyunda Milli 1-0 məğlub oldu. Daha sonra Azərbaycan millisinə xorvatiyalı mütəxəssis Robert Prosineçki gətirildi.[53] Robert Prosineçki Azərbaycan millisini ilk dəfə meydana 28 mart 2015-ci ildə Malta millisi qarşı oyunda çıxartdı. Həmin oyunda Azərbaycan millisi Cavid HüseynovDimitriy Nazarovun qolları ilə 2-0 rəqibini məğlub etdi.

 
Rəşad Sadıqovun 100-cü oyunu

2015-ci il oktyabrın 10-da Azərbaycan Bakıda yeni istifadəyə verilmiş Bakı Olimpiya Stadionunda İtaliya ilə qarşılaşdı.[54] Həmin oyun Millinin kapitanı Rəşad Sadıqovun 100-cü oyununa çıxması ilə əlamətdar oldu.[54] DÇ-2018-in seçmə mərhələsində Azərbaycan ilk dəfə seçmə mərhələdə 10 xal toplayıb və tarixində görünməmiş nailiyyətə imza atıb.[55]

2017-ci il noyabrın 3-də Qurban Qurbanov futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi təyin olunub.[56] 2018-ci ildə Milli UEFA Millətlər Liqasının D diviziyasının qrupunu 2-ci yerdə başa vurub.[57] 2018-ci il dekabrın 8-də Qurban Qurbanov milli komandadan istefa verdi.[58]

2019-cu il fevralın 11-də Nikola Yurçeviç Azərbaycan milli komandasının baş məşqçisi təyin olunub.[59] 2019-cu il dekabrın 13-də yığmanın AVRO-2020-nin seçmə mərhələsindəki çıxışını uğursuz hesab edən AFFA müqavilə müddəti fevrala qədər olan xorvatiyalı mütəxəssisi istefaya göndərib.[60]

2020-ci illər redaktə

2020-ci il iyulun 30-da AFFA italiyalı Cianni De Byazi ilə bir il yarımlıq müqavilə imzalayıb.[61][62]

Beynəlxalq turnirlərdə iştirakı redaktə

FİFA Dünya Kuboku redaktə

     Çempionlar       2-ci yer       3-cü yer       4-cü yer  

FİFA Dünya Kuboku statistikası Seçmə mərhələsi statistikası
İl Raund Yer O Q H* M QV QB O Q H* M QV QB Yer
Uruqvay  1930-dan to İtaliya  1990-a kimi   SSRİ tərkibində   SSRİ tərkibində
ABŞ  1994 Qatılmayıb Qatılmayıb
Fransa  1998 Seçmə mərhələni keçməyib 8 1 0 7 3 22 5/5
Cənubi Koreya  Yaponiya  2002 10 1 2 7 4 17 6/6
Almaniya  2006 10 0 3 7 1 21 6/6
Cənubi Afrika Respublikası  2010 10 1 2 7 4 14 5/6
Braziliya  2014 10 1 6 3 7 11 4/6
Rusiya  2018 10 3 1 6 10 19 5/6
Qətər  2022 8 0 1 7 5 18 5/5
Kanada  Meksika  ABŞ  2026 Təyin olunacaq Təyin olunacaq
Cəmi 0/22 66 7 15 44 34 122

UEFA Avropa Çempionatı redaktə

     Çempionlar       2-ci yer       3-cü yer       4-cü yer  

UEFA Avropa Çempionatı statistikası Seçmə mərhələsi statistikası
İl Raund Yer O Q H* M QV QB O Q H* M QV QB Yer
Fransa  1960-dan Almaniya  1988-ə kimi   SSRİ tərkibində   SSRİ tərkibində
  MDB tərkibində   MDB tərkibində
İsveç  1992 Qrup mərhələsi 8-ci 3 0 2 1 1 4 8 5 3 0 13 2 1/5
  Azərbaycan kimi   Azərbaycan kimi
İngiltərə  1996 Seçmə mərhələni keçməyib 10 0 1 9 2 29 6/6
Belçika  Niderland  2000 10 1 1 8 6 26 5/6
Portuqaliya  2004 8 1 1 6 5 20 5/5
Avstriya  İsveçrə  2008 12 1 2 9 6 28 8/8
Polşa  Ukrayna  2012 10 2 1 7 10 26 5/6
Fransa  2016 10 1 3 6 7 18 5/6
Avropa  2020 8 0 1 7 5 18 5/5
Almaniya  2024 Təyin olunacaq Təyin olunacaq
Cəmi 0/7 61 6 10 52 41 165

UEFA Millətlər Liqası redaktə

UEFA Millətlər Liqası statistikası
İl Diviziya Qrup Raund Y O Q H* M QV QB Y/D ÜR
Portuqaliya  2018–19 D 3 Qrup mərhələsi 2/4 6 2 3 1 7 6 46/55
İtaliya  2020–21 C 1 Qrup mərhələsi 3/4 6 1 3 2 2 4 43/55
  2022–23 C Təyin olunacaq
Cəmi Qrup mərhələsi (C) 2/2 12 3 6 3 9 10 43-cü

Digər mükafatlar redaktə

Stadion redaktə

 
Tofiq Bəhramov adına Respublika Stadionu

Bakıda yerləşən Tofiq Bəhramov adına Respublika Stadionu Azərbaycan milli futbol komandasının ənənəvi ev stadionudur. 1951-ci ildən tikilən stadionun 2012-ci ilə qədər 35 000 tamaşaçı tutumuna malik idi.[64] 16 avqust 2012-ci ildə Tofiq Bəhramov adına Respublika Stadionunun əsaslı təmir və yenidənqurmadan sonra açılışı olmuşdur.[65][66]

2015-ci ilin mart ayının əvvəlində istismara hazır olan Bakı Olimpiya Stadionu 68 700 tamaşaçı tutumuna malikdir.[67] 2015-ci il oktyabrın 10-da stadionda ilk rəsmi futbol oyunu Avro-2016-nın seçmə mərhələsində, Azərbaycan və İtaliya arasında baş tutmuşdur.[68]

Millinin bəzi yoldaşlıq oyunları kiçik meydançalarda keçirilir. Belə stadionlardan Bakcell Arena, Xəzər Lənkəran Mərkəzi Stadionu, İnter Arena, Bayıl stadionuDalğa Arenanı qeyd etmək olar. 5 sentyabr 2009-cu ildə Azərbaycan milli futbol komandasının Lənkəran şəhərində Xəzər Lənkəran Mərkəzi Stadionunda 2010 Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Finlandiya yığmasına qarşı keçirdiyi oyun tarixi əhəmiyyət daşıdı. Azərbaycan milli futbol komandası tarixində ilk dəfə olaraq ölkə daxilindəki ev qarşılaşmasını Bakı şəhərində deyil, regionda keçirdi.[69][70][71][72][73]

Yayım redaktə

Azərbaycan milli futbol komandasının oyunlarını hazırda müxtəlif kanallar yayımlayır. Televiziya hüquqları oyundan oyuna dəyişir: CBC Sport, İctimai TV, AzTV, İdman Azərbaycan TV kanallarında yayımlanır.[74][75] Keçmişdə Azərbaycanın oyunlarını yayımlayan kanallardan Lider TV-ini qeyd etmək olar.[76]

Rəngləri redaktə

 
Azərbaycan milli futbol komandasının klassik formaları

Milli müxtəlif dövrlərdə ev və səfər oyunlarında ağ köynək, mavi şort və ağ corab və ya mavi köynəklə, qırmızı şort və yaşıl corab, tam qırmızı və ya tam mavi formalarından da istifadə etmişdir.[77] 2012-ci ildə əvvəl Azərbaycan milli futbol komandasının üzərində Azərbaycan bayrağıAzərbaycan gerbidə olmuşdur.[78] 2006-cı ildən 2017-ci ilə kimi Azərbaycan milli futbol komandasının formalarını Umbro şirkəti hazırlayırdı. 2017-ci ildə Nike şirkəti Umbro ilə müqayisədə tələb olunan geyimləri daha tez və 11 faiz ucuz qiymətə təmin etdiyi üçün AFFA ilə Nike arasında razılıq əldə olunub.[79] Beləliklə, Azərbaycan milli komandası DÇ-2018-in seçmə mərhələsində iyunun 10-da Şimali İrlandiya yığmasına qarşı keçirəcəyi oyundan başlayaraq mövsümün sonuna qədər meydana Nike istehsalı formada çıxıb.[79]

2021-ci il mayın 15-də AFFA ilə Türkiyənin kişi geyim brendi "Kiğılı" arasında sponsorluq müqaviləsi imzalanıb.[80] 2022-ci ilin sonunadək imzalanmış müqaviləyə əsasən, Azərbaycan yığmasının üzvləri “Kiğılı” brendinə məxsus kostyumlarla təmin olunacaq.[80]

Sıra İllər Şirkət
1 1992—2006 İtaliya  Puma
2 2006—2017 İngiltərə  Umbro
3 2017—2021 ABŞ  Nike
4 2021—h.h. Türkiyə  Kiğılı

Azarkeşləri redaktə

Azərbaycan azarkeşləri kollektiv olaraq tanınmasa da, hazırda komandanı əsas olaraq "Milli Dəstə" azarkeş dəstəsi dəstəkləyir.[81] 2013-cü ilə qədər Millini "Sektor11" azarkeş dəstəsi də dəstəkləyib.Hal Hazırda Göyqurdlar Millini dəstəkləyir.

Ləqəbi redaktə

Azərbaycan milli futbol komandasının ləqəbi olmasa da, azarkeşlər və yerli KİV-lər tərəfindən "Milli" çağırılır.[82] DÇ-2018-in seçmə mərhələsində Azərbaycan milli futbol komandası "Niyə də yox?" şüarı altında iştirak edib.[83][84]

Populyar mədəniyyətdə redaktə

2019-cu il avqustun 21-də "PES" videooyun seriyasının yaradıcısı olan "Konami" şirkəti UEFA Avro 2020 futbol turnirinin Bakı şəhərində keçirilməsini nəzərə alaraq, AFFA ilə müqavilə imzalamışdır. Bu müqaviləyə əsasən, Azərbaycan milli futbol komandası 2019-cu ildə satışa çıxardılan "eFootball PES 2020" videooyununda təmsil edilib.[85]

Oyunçular redaktə

Komandanın heyəti redaktə

Aşağıdakı oyunçular 2022-ci il iyunun 3-də Qazaxıstan, 6 və 13-də Belarus və 10-da Slovakiya ilə oyunlara çağırılıblar.

10 iyul 2022 tarixində yenilənib
Nöm. Möv. Oyunçu Doğum tarixi (yaşı) Oyun Qol Klub
1 1GK Emil Balayev 17 mart 1994 (1994-03-17) (30 yaş) 13 0 Azərbaycan  Səbail
1GK Səlahət Ağayev 4 noyabr 1991 (1991-11-04) (32 yaş) 21 0 Azərbaycan  Qəbələ
12 1GK Şahruddin Məhəmmədəliyev 22 iyun 1994 (1994-06-22) (29 yaş) 15 0 Azərbaycan  Qarabağ
5 2DF Maksim Medvedev (C) 29 sentyabr 1989 (1989-09-29) (34 yaş) 81 4 Azərbaycan  Qarabağ
4 2DF Bəhlul Mustafazadə 27 fevral 1997 (1997-02-27) (27 yaş) 18 0 Azərbaycan  Qarabağ
2DF Bədavi Hüseynov 11 iyul 1991 (1991-07-11) (32 yaş) 64 1 Azərbaycan  Qarabağ
2DF Abbas Hüseynov 13 iyun 1995 (1995-06-13) (28 yaş) 21 0 Azərbaycan  Qarabağ
2DF Toral Bayramov 21 iyun 2001 (2001-06-21) (22 yaş) 10 0 Azərbaycan  Qarabağ
18 2DF Cəlal Hüseynov 2 yanvar 2003 (2003-01-02) (21 yaş) 4 0 Azərbaycan  Zirə
2DF Qismət Alıyev 24 oktyabr 1996 (1996-10-24) (27 yaş) 1 0 Azərbaycan  Zirə
6 2DF Höccət Haqverdi 3 fevral 1993 (1993-02-03) (31 yaş) 13 0 Azərbaycan  Sumqayıt
3 2DF Azər Salahlı 11 aprel 1994 (1994-04-11) (30 yaş) 22 1 Azərbaycan  Neftçi
2DF Bəxtiyar Həsənəlizadə 29 dekabr 1992 (1992-12-29) (31 yaş) 0 0 Azərbaycan  Sabah
2DF Anton Krivotsyuk 20 avqust 1998 (1998-08-20) (25 yaş) 25 0 Polşa  Visla Plotsk
8 3MF Emin Mahmudov 27 aprel 1992 (1992-04-27) (31 yaş) 34 9 Azərbaycan  Neftçi
14 3MF Eddi İsrafilov 2 avqust 1992 (1992-08-02) (31 yaş) 19 0 Azərbaycan  Neftçi
3MF Qara Qarayev 12 oktyabr 1992 (1992-10-12) (31 yaş) 77 0 Azərbaycan  Qarabağ
3MF Coşqun Diniyev 13 sentyabr 1995 (1995-09-13) (28 yaş) 14 0 Azərbaycan  Zirə
3MF Aleksey İsayev 9 noyabr 1995 (1995-11-09) (28 yaş) 7 0 Azərbaycan  Sabah
3MF Anatoliy Nuriyev 20 may 1996 (1996-05-20) (27 yaş) 11 0 Azərbaycan  Sabah
13 3MF Dimitri Nəzərov 4 aprel 1990 (1990-04-04) (34 yaş) 46 8 Almaniya  Erzqebirqe Aue
20 3MF Riçard Almeyda 20 mart 1989 (1989-03-20) (35 yaş) 26 3 Azərbaycan  Qarabağ
11 4FW Ramil Şeydayev 15 mart 1996 (1996-03-15) (28 yaş) 50 9 Azərbaycan  Qarabağ
10 4FW Mahir Emreli 1 iyul 1997 (1997-07-01) (26 yaş) 36 5 Xorvatiya  Dinamo Zaqreb
7 4FW Namiq Ələsgərov 3 fevral 1995 (1995-02-03) (29 yaş) 35 0 Azərbaycan  Sabah
9 4FW Renat Dadaşov 17 may 1999 (1999-05-17) (24 yaş) 16 1 İsveçrə  Qrasshopper Sürix

Son çağırışlar redaktə

Son 12 ayda yığmaya çağırılan oyunçular.

Möv. Oyunçu Doğum tarixi (yaşı) Oyun sayı Qol Klub Son çağırış
1GK Aydın Bayramov 18 fevral 1996 (1996-02-18) (28 yaş) 0 0 Azərbaycan  Sumqayıt v. Serbiya  Serbiya, 12 oktyabr 2021
1GK Mehdi Cənnətov 26 yanvar 1992 (1992-01-26) (32 yaş) 1 0 Azərbaycan  Zirə v. Latviya  Latviya, 29 mart 2022
1GK Nicat Mehbalıyev 11 sentyabr 2000 (2000-09-11) (23 yaş) 0 0 Azərbaycan  Qəbələ v. Latviya  Latviya, 29 mart 2022
1GK Rəşad Əzizli PRE 1 yanvar 1994 (1994-01-01) (30 yaş) 0 0 Azərbaycan  Səbail v. Qazaxıstan  Qazaxıstan, 3 iyun 2022
2DF Tellur Mütəllimov 8 aprel 1995 (1995-04-08) (29 yaş) 7 0 Azərbaycan  Sabah v. Qətər  Qətər, 14 noyabr 2021
2DF Mert Çelik 10 iyun 2000 (2000-06-10) (23 yaş) 0 0 Azərbaycan  Neftçi v. Qətər  Qətər, 14 noyabr 2021
2DF Amin Seydiyev INJ 15 noyabr 1998 (1998-11-15) (25 yaş) 5 0 Azərbaycan  Sabah v. Latviya  Latviya, 29 mart 2022
3MF İsmayıl İbrahimli 13 fevral 1998 (1998-02-13) (26 yaş) 8 0 Azərbaycan  Qarabağ v. Portuqaliya  Portuqaliya, 7 sentyabr 2021
2DF Elvin Bədəlov 14 iyun 1995 (1995-06-14) (28 yaş) 8 0 Azərbaycan  Sumqayıt v. Portuqaliya  Portuqaliya, 7 sentyabr 2021
2DF Sərtan Taşkın 8 oktyabr 1997 (1997-10-08) (26 yaş) 2 0 Azərbaycan  Zirə v. Portuqaliya  Portuqaliya, 7 sentyabr 2021
2DF Şəhriyar Əliyev 25 dekabr 1992 (1992-12-25) (31 yaş) 3 0 Azərbaycan  Şamaxı v. Portuqaliya  Portuqaliya, 7 sentyabr 2021
3MF Rəhim Sadıxov 18 iyul 1996 (1996-07-18) (27 yaş) 9 0 Azərbaycan  Zirə v. Serbiya  Serbiya, 12 oktyabr 2021
3MF Murad Xaçayev 14 aprel 1998 (1998-04-14) (26 yaş) 1 0 Azərbaycan  Sumqayıt v. Serbiya  Serbiya, 12 oktyabr 2021
3MF Rövlan Muradov 28 mart 1998 (1998-03-28) (26 yaş) 0 0 Azərbaycan  Qəbələ v. Serbiya  Serbiya, 12 oktyabr 2021
3MF Vüqar Mustafayev 5 avqust 1994 (1994-08-05) (29 yaş) 11 0 Azərbaycan  Sumqayıt v. Qətər  Qətər, 14 noyabr 2021
3MF Araz Abdullayev 18 aprel 1992 (1992-04-18) (32 yaş) 43 3 Azərbaycan  Sumqayıt v. Qətər  Qətər, 14 noyabr 2021
2DF Filip Ozobiç 8 aprel 1991 (1991-04-08) (33 yaş) 9 0 Azərbaycan  Qarabağ v. Latviya  Latviya, 29 mart 2022
2DF Təmkin Xəlilzadə INJ 6 avqust 1993 (1993-08-06) (30 yaş) 25 3 Azərbaycan  Zirə v. Latviya  Latviya, 29 mart 2022
4FW Əli Qurbani 18 sentyabr 1990 (1990-09-18) (33 yaş) 8 0 Azərbaycan  Sumqayıt v. Portuqaliya  Portuqaliya, 7 sentyabr 2021
4FW Rüstəm Əhmədzadə 25 dekabr 2000 (2000-12-25) (23 yaş) 6 0 Azərbaycan  Qarabağ v. Latviya  Latviya, 29 mart 2022
4FW Ağabala Ramazanov 17 may 1993 (1993-05-17) (30 yaş) 18 1 Azərbaycan  Səbail v. Latviya  Latviya, 29 mart 2022
Qeydlər

INJ Zədə səbəbindən kənarlaşdırılıb
PRE İlkin heyət
RET Milli komandada karyerasını başa vurub
SUS Cəza səbəbindən kənarlaşdırılıb

Baş məşqçilər redaktə

 
Berti Foqtsun rəhbərliyi altında, Azərbaycan FİFA-nın reytinqdə ən yüksək göstəricisinə çatmışdır.
 
Robert Prosineçkinin rəhbərliyi altında, Azərbaycan DÇ-2018-in seçmə mərhələsində ilk dəfə bir tsikldə səfərdə 10 xal toplayıb.
13 iyun 2022 tarixində yenilənib
Baş məşqçi Azərbaycan karyerası Oyun Qələbə Heç-heçə Məğlubiyyət Qələbə %
Azərbaycan  Ələkbər Məmmədov 1992–1993 5 3 1 1 60,00
Azərbaycan  Kazbek Tuayev (müvəqqəti)
Azərbaycan  Ağasəlim Mircavadov (müvəqqəti)
1994 1 0 0 1 00,00
Azərbaycan  Ağasəlim Mircavadov 1994–1995 9 0 0 9 00,00
Azərbaycan  Kazbek Tuayev 1995–1996 11 3 3 5 27,27
Azərbaycan  Vaqif Sadıqov 1997–1999 20 6 3 11 30,00
Azərbaycan  Əhməd Ələsgərov 1999–2000 9 1 2 6 11,11
Azərbaycan  Əsgər Abdullayev (müvəqqəti) 2000 4 0 2 2 00,00
Azərbaycan  İqor Ponomaryov 2000–2001 13 1 2 10 07,69
Azərbaycan  Kazbek Tuayev (müvəqqəti) 2002 2 0 0 2 00,00
Azərbaycan  Vaqif Sadıqov 2002 9 1 4 4 11,11
Azərbaycan  Əsgər Abdullayev 2002–2004 9 1 2 6 11,11
Braziliya  Karlos Alberto Torres 2004–2005 18 2 5 11 11,11
Azərbaycan  Vaqif Sadıqov (müvəqqəti) 2005 5 0 1 4 00,00
Azərbaycan  Şahin Diniyev 2005–2007 20 4 7 9 20,00
Şimali Makedoniya  Goko Haciyevski (müvəqqəti) 2007–2008 3 0 1 2 00,00
Azərbaycan  Nazim Süleymanov (müvəqqəti) 2008 1 0 0 1 00,00
Almaniya  Berti Foqts 2008–2014 71 15 22 34 21,13
Azərbaycan  Mahmud Qurbanov (müvəqqəti) 2014 1 0 0 1 00,00
Xorvatiya  Robert Prosineçki 2014–2017 23 6 6 11 26,09
Azərbaycan  Qurban Qurbanov 2017–2018 12 4 5 3 33,33
Xorvatiya  Nikola Yurçeviç 2019–2020 10 1 2 7 10,00
İtaliya  Cianni De Byazi 2020–h.h. 26 3 7 16 11,54

Oyun təqvimi və nəticələr redaktə

Son nəticələr redaktə

Son 24 ayda qeyd olunan nəticələr və qarşıdan gələn oyunlar.

25 sentyabr 2022 2022-23 UEFA Millətlər Liqası Azərbaycan  Bakı Azərbaycan  Azərbaycan 3–0 Qazaxıstan  Qazaxıstan
22 sentyabr 2022 2022-23 UEFA Millətlər Liqası Slovakiya  Trnava Slovakiya  Slovakiya 1–2 Azərbaycan  Azərbaycan
13 iyun 2022 2022-23 UEFA Millətlər Liqası Azərbaycan  Bakı Azərbaycan  Azərbaycan 2–1 Belarus  Belarus Mahir Emreli Qol  76', Ramil Şeydayev Qol  90+3'
10 iyun 2022 2022-23 UEFA Millətlər Liqası Azərbaycan  Bakı Azərbaycan  Azərbaycan 0–1 Slovakiya  Slovakiya
6 iyun 2022 2022-23 UEFA Millətlər Liqası Serbiya  Novi-Sad Belarus  Belarus 0–0 Azərbaycan  Azərbaycan
3 iyun 2022 2022-23 UEFA Millətlər Liqası Qazaxıstan  Nur-Sultan Qazaxıstan  Qazaxıstan 2–0 Azərbaycan  Azərbaycan
29 mart 2022 Yoldaşlıq oyunu Malta  Ta' Qali Latviya  Latviya 1–0 Azərbaycan  Azərbaycan
25 mart 2022 Yoldaşlıq oyunu Malta  Ta' Qali Malta  Malta 1–0 Azərbaycan  Azərbaycan
14 noyabr 2021 Yoldaşlıq oyunu Azərbaycan  Bakı Azərbaycan  Azərbaycan 2–2 Qətər  Qətər Emin Mahmudov Qol  37' (pen.), Qol  67'
11 noyabr 2021 2022 FİFA Dünya Kuboku seçmə mərhələsi Azərbaycan  Bakı Azərbaycan  Azərbaycan 1–3 Lüksemburq  Lüksemburq Azər Salahlı Qol  82'
12 oktyabr 2021 2022 FİFA Dünya Kuboku seçmə mərhələsi Serbiya  Belqrad Serbiya  Serbiya 3–1 Azərbaycan  Azərbaycan Emin Mahmudov Qol  45+2'
9 oktyabr 2021 2022 FİFA Dünya Kuboku seçmə mərhələsi Azərbaycan  Bakı Azərbaycan  Azərbaycan 0–3 İrlandiya  İrlandiya
7 sentyabr 2021 2022 FİFA Dünya Kuboku seçmə mərhələsi Azərbaycan  Bakı Azərbaycan  Azərbaycan 0–3 Portuqaliya  Portuqaliya
4 sentyabr 2021 2022 FİFA Dünya Kuboku seçmə mərhələsi İrlandiya  Dublin İrlandiya  İrlandiya 1–1 Azərbaycan  Azərbaycan Emin Mahmudov Qol  45+1'
1 sentyabr 2021 2022 FİFA Dünya Kuboku seçmə mərhələsi Lüksemburq  Lüksemburq Lüksemburq  Lüksemburq 2–1 Azərbaycan  Azərbaycan Emin Mahmudov Qol  67'
6 iyun 2021 Yoldaşlıq oyunu Moldova  Kişinyov Moldova  Moldova 1–0 Azərbaycan  Azərbaycan
2 iyun 2021 Yoldaşlıq oyunu Belarus  Minsk Belarus  Belarus 1–2 Azərbaycan  Azərbaycan Bədavi Hüseynov Qol  28', Ramil Şeydayev Qol  90+2'
27 may 2021 Yoldaşlıq oyunu Türkiyə  Alanya Türkiyə  Türkiyə 2–1 Azərbaycan  Azərbaycan Emin Mahmudov Qol  28'
30 mart 2021 2022 FİFA Dünya Kuboku seçmə mərhələsi Azərbaycan  Bakı Azərbaycan  Azərbaycan 1–2 Serbiya  Serbiya Emin Mahmudov Qol  59' (pen.)
27 mart 2021 Yoldaşlıq oyunu Qətər  Doha Qətər  Qətər 2–1 Azərbaycan  Azərbaycan Ramil Şeydayev Qol  16' (pen.)
24 mart 2021 2022 FİFA Dünya Kuboku seçmə mərhələsi Portuqaliya  Lissabon Portuqaliya  Portuqaliya 1–0 Azərbaycan  Azərbaycan

Oyunçu statistikası redaktə

Azərbaycan milli futbol komandasının həyətində ən çox qol vuran və ən çox oyun keçirmiş futbolçuların siyahısı (qalın şriftlərlə göstərilən oyunçular hələ seçim üçün mövcuddur):

13 iyun 2022 tarixində yenilənib[86]
 
Mahir Emreli, Azərbaycan milli futbol komandasının tarixində ən çox qol vuran futbolçulardan biridir.
Ən çox qol vurmuş oyunçular[86]
# Oyunçu Dövr Oyun sayı Qollar Mövqe
1 Qurban Qurbanov 1992–2005 68 14 FW
2 Emin Mahmudov 2016–h.h. 45 13 MF
3 Vaqif Cavadov 2006–2014 58 9 FW
3 Ramil Şeydayev 2016–h.h. 52 9 FW
4 Dimitri Nəzərov 2014– 46 8 FW
5 Rauf Əliyev 2010–2018 47 7 FW
5 Branimir Subaşiç 2007–2013 40 7 FW
5 Elvin Məmmədov 2008–2017 38 7 MF
9 Zaur Tağızadə 1997–2008 40 6 MF
10 Rəşad Sadıqov 2001–2017 111 5 DF
Vyaçeslav Lıçkin 1995–2001 46 5 MF
Əfran İsmayılov 2010–2018 40 5 MF
Vidadi Rzayev 1992–2001 38 5 MF
Mahir Emreli 2017–h.h. 36 5 FW
Fərrux İsmayılov 1998–2007 34 5 FW
Nazim Süleymanov 1992–1998 24 5 FW
Rüfət Dadaşov 2012–2019 24 5 FW
 
Rəşad Sadıqov, Azərbaycan milli futbol komandasında ən çox oyun keçirən futbolçudur.
Ən çox oyun keçirən oyunçular[86]
# Oyunçu Dövr Oyun sayı Qollar Mövqe
1 Rəşad Sadıqov 2001–2017 111 5 DF
2 Maksim Medvedev 2009–h.h. 81 4 DF
3 Aslan Kərimov 1994–2008 80 0 DF
4 Kamran Ağayev 2008–2018 79 0 GK
5 Qara Qarayev 2013–h.h. 77 0 MF
6 Mahir Şükürov 2004–2015 76 4 DF
7 Mahmud Qurbanov 1994–2008 75 1 MF
Tərlan Əhmədov 1992–2005 75 0 DF
9 Qurban Qurbanov 1992–2005 68 14 FW
10 Emin Ağayev 1992–2005 65 1 DF

İstinadlar redaktə

  1. "MİLLİNİN BÜTÜN OYUNLARI". AFFA. 2017-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 sentyabr 2017.
  2. 1 2 "Belə qələbə olmamışdı". apasport.az. 2020-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 sentyabr 2017.
  3. ""Oser faciəsi" birinci yerdə!". apasport.az. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 sentyabr 2017.
  4. "Oil-rich Azerbaijan finally gets chance in spotlight". www.eurosport.com. www.eurosport.com. Archived from the original on 2023-06-29. İstifadə tarixi: 12 iyul 2016.
  5. "Rəşad Sadıqovun 100-cü oyunu". az.trend.az. az.trend.az. 2017-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyul 2016.
  6. "Qarabağ v Internazionale background". www.uefa.com. UEFA. Archived from the original on 2023-06-29. İstifadə tarixi: 12 iyul 2016.
  7. 1 2 3 4 5 "100 il! Azərbaycan futbolu tarixindən maraqlı faktlar". trend.az. trend.az. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 dekabr 2019.
  8. "World Football Elo Ratings: Azerbaijan". www.eloratings.net. www.eloratings.net. 2017-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2016.
  9. Cruz, Sarah. "Football in Azerbaijan: Pride and Heritage". cushtravel.com. cushtravel.com. 2019-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2016.
  10. Wright, Joe. "Tofiq Bahramov - the story of football's most famous linesman". www.goal.com. www.goal.com. 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2016.
  11. "Baku memorial for 1966 linesman". news.bbc.co.uk. BBC. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2016.
  12. "AFFA-nın 20 İLLİK FƏALİYYƏTİNƏ "2" VERİLDİ". www.musavat.com (Azerbaijani). 19 August 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 June 2014.
  13. 1 2 3 4 5 6 7 8 ""Bravo, senyor Məmmədov!"". anl.az. anl.az. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2016.
  14. 1 2 3 4 5 6 7 8 9 ""Oser faciəsi" birinci yerdə!". www.apasport.az. www.apasport.az. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2016.
  15. "Yamayka "Oser faciəsi"ni unutdura bilmədi". sportnet.az. sportnet.az. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2016.
  16. "Milli komandamız avqustda Bakıda qarşısıalınmazdır!". apasport.az. apasport.az. 2022-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2016.
  17. 1 2 "4650 gündən sonra". www.apasport.az. www.apasport.az. 2021-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 iyul 2016.
  18. "Это не те немцы. И футбол они дают неправильный". azerifootball.com. 10 April 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 November 2013.
  19. "Fifa back Azeri return". news.bbc.co.uk. BBC. Archived from the original on 2023-06-29. İstifadə tarixi: 14 iyul 2016.
  20. "Azərbaycanın "futbol mövsümünün ən yaxşı məşqçisi"". az.trend.az. az.trend.az. 2021-01-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 iyul 2016.
  21. Johnson, William. "Carlos Alberto adds flair to Azerbaijan". www.telegraph.co.uk. www.telegraph.co.uk. 2020-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2016.
  22. "Karlos Alberto Torres: "Bağışlayın, amma bunu edə bilmərəm"". news.milli.az. news.milli.az. Archived from the original on 2022-08-20. İstifadə tarixi: 13 iyul 2016.
  23. 1 2 3 "Шахин ДИНИЕВ: В 2007-м сборная Азербайджана показала против Португалии более интересную игру". www.azerisport.com. www.azerisport.com. 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 iyul 2016.
  24. "Milli Hadziyevskiyə həvalə olundu". www.azadliq.org. www.azadliq.org. 2021-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 iyul 2016.
  25. Z. Səfərov. "AFFA-nın İcraiyyə Komitəsi Berti Foqtsın lehinə səs verib" (Azərb.). Trend.az. 30 mart 2008. İstifadə tarixi: 6 fevral 2014.[ölü keçid]
  26. R. Ergün. "Berti Foqts Azərbaycanda futbolun inkişafına dair proqram təqdim edib" (Azərb.). Trend.az. 24 aprel 2008. İstifadə tarixi: 6 fevral 2014.[ölü keçid]
  27. 1 2 "AFFA-nın FOQTSLA SEPARAT MÜQAVİLƏSİ" (azərb.). Futbolpress.az. 20 noyabr 2009. 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 fevral 2014.
  28. "Azarkeşlər Foqtsun istefasını istəyir" (azərb.). Azadlıq radiosu. 7 iyun 2009. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 fevral 2014.
  29. "Azərbaycan - İspaniya 0:6" (azərb.). AFFA. 9 iyun 2009. 2021-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 fevral 2014.
  30. Mehman Süleymanov. "Berti Foqtsun 3 ili" (Azərb.). Lent.az. 24 noyabr 2010. 2018-04-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 fevral 2014.
  31. "Berti Foqtsla müqavilənin müddəti 2 il uzadılıb" (azərb.). AFFA. 10 noyabr 2011. İstifadə tarixi: 3 fevral 2014.[ölü keçid]
  32. "AFFA Berti Foqtsla yeni müqavilə imzaladı" (azərb.). Qol.az. 10 noyabr 2011. 2021-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2014.
  33. "Berti Foqtsun yeni köməkçisi təyin olundu" (azərb.). Milli.az. 27 avqust 2010. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 fevral 2014.
  34. "Foqts futbolçulardan narazılıq etdi" (Azərb.). Milli.az. 4 mart 2010. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 fevral 2014.
  35. "Berti Foqts:"Mən oyundan razı qala bilmərəm"" (Azərb.). Lent.az. 6 fevral 2013. 2013-02-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 fevral 2014.
  36. "Berti Foqts narazı qaldığı futbolçuları yenidən yığmaya çağırdı" (Azərb.). Lent.az. 4 apre 2011. 2020-09-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 fevral 2014.
  37. "Berti Foqts Azərbaycan futbolçularını cəsarətsizlikdə suçlayıb" (azərb.). Milli.az. 21 aprel 2011. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 fevral 2014.
  38. ""Təcrübəli futbolçulardan narazı qaldım"" (azərb.). Milli.az. 25 fevral 2012. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 fevral 2014.
  39. "Nazim Süleymanov AFFA ilə müqavilə imzaladı" (azərb.). Milli.az. 13 aprel 2012. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 fevral 2014.
  40. İsmayıl. ""Teryer" ləqəbini alan Berti Foqts" (azərb.). hafta-ichi.az. 16 fevral 2011. 2013-09-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2014.
  41. "Elxan Məmmədov: "Stadionda "istefa" qışqıranlar Azərbaycan futboluna qeyri-sabitlik gətirmək istəyirlər"" (azərb.). Milli.az. 27 mart 2013. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 fevral 2014.
  42. "Ruslan Abışov: Azarkeşlərin "istefa" qışqırmaları bizi ruhdan salırdı" (azərb.). APA. 8 iyun 2013. 2013-09-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 fevral 2014.
  43. "Azarkeşlər Foqtsu 'istefa'ya səslədi: Azərbaycan – Lüksemburq (1:1)" (azərb.). Azxeber.com. 7 iyun 2013. 2021-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 fevral 2014.
  44. "Berti Foqts Azərbaycan millisindən qovuldu". virtualaz.org. virtualaz.org. 2021-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2016.
  45. "Berti Foqts boykot edildi". www.avropa.info. www.avropa.info. 13 iyul 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2016.
  46. "Jurnalistlərin Foqtsu boykot etməsi düzgün idimi?". news.lent.az. news.lent.az. 2020-09-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2016.
  47. "REKORD PİLLƏDƏ". regionplus.az. regionplus.az. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2016.
  48. "Berti Foqts millimizdən imtina etdi" (azərb.). Lent.az. 23 avqust 2013. 2015-05-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 fevral 2014.
  49. "Berti Foqts: "Azərbaycanda artıq maraq yoxdur, getmək istəyirəm"" (azərb.). Milli.az. 26 oktyabr 2013. 2013-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 fevral 2014.
  50. "Berti Vogts 2 yıl daha Azerbaycan Milli Takımında" (türk). 1news.com.tr. 18 dekabr 2013. 2014-01-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-01-26.
  51. "Berti Foqts Azərbaycan millisindən ayrılıb". AFFA (az.). AFFA.az. 17 oktyabr 2014. 2015-02-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2014.
  52. "utbol millimizin başına Mahmud Qurbanov gətirildi". musavat.com. musavat.com. 2021-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2016.
  53. "Former Croatia midfielder Robert Prosinecki appointed Azerbaijan coach". www.theguardian.com. www.theguardian.com. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2016.
  54. 1 2 Atayev, Oqtay. "Azerbaijan captain Sadygov receives 100-cap honour". www.uefa.com. UEFA. 2017-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2016.
  55. "Azərbaycandan görünməmiş nailiyyət". apasport.az. 2020-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 sentyabr 2017.
  56. "Гурбанов стал 13-м в сборной Азербайджана". www.azerisport.com. 2021-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 noyabr 2017.
  57. "Millətlər Liqası bitdi: Rusiya qrupda qaldı". fanat.az. fanat.az. 2020-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 noyabr 2018.
  58. "Гурбан Гурбанов больше не тренер сборной Азербайджана". www.azerisport.com. www.azerisport.com. 2018-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 dekabr 2018.
  59. "AFFA millinin yeni baş məşqçisini rəsmən açıqladı". rekord.az. rekord.az. 2019-02-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 fevral 2019.
  60. "Nikola Yurçeviç istefaya göndərildi". oxu.az. oxu.az. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 dekabr 2019.
  61. "Azerbaijan appoint De Biasi". www.football-italia.net. www.football-italia.net. 2020-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 sentyabr 2020.
  62. "Canni De Byazi ilə müqavilə uzadılıb". 2023-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 mart 2023.
  63. "ECO Tournament 1993 - Tehran, Iran". www.rsssf.com. 2007-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 noyabr 2017.
  64. "France end Asian domination". fifa.com. FIFA. 7 July 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 July 2013.
  65. "AZN 10 million financed for overhaul of potential venue of Eurovision 2012". 10 July 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 July 2011.
  66. "Azerbaijan: Buildings Commissioned & Upgraded in Baku". 19 July 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 July 2011.
  67. "Baku Olympic Stadium goes to Tekfen Construction". www.tekfen.com.tr. www.tekfen.com.tr. 2015-04-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 iyul 2016.
  68. "Azərbaycan-İtaliya oyununun ən bahalı bileti". www.azadliq.org. www.azadliq.org. 2020-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyul 2016.
  69. "Azərbaycan – Finlandiya oyunu Lənkəranda keçiriləcək" (azərb.). apa.az. 17 iyul 2009. 2018-06-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 iyul 2018.
  70. "Lənkəran şəhər stadionu Azərbaycan-Finlandiya matçına tam hazırdır" (azərb.). azertag.az. 2 sentyabr 2009. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 iyul 2018.
  71. "Azərbaycan 1:2 Finladya" (azərb.). affa.az. 5 sentyabr 2009. 2021-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 iyul 2018.
  72. "Azərbaycan 1:2 Finlandiya. Oyunun icmalı" (azərb.). youtube.com. 20 iyun 2011. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 iyul 2018.
  73. "Azərbaycan-Finlandiya oyunu Lənkəranda keçiriləcək" (azərb.). azertag.az. 18 iyun 2009. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 iyul 2018.
  74. "UEFA yeni qərar qəbul etdi: qurum millimizin oyunlarını AzTV-dən alıb, İTV-yə verdi". korner.az (Azerbaijani). 29 September 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 August 2014.
  75. "Millinin oyunları CBC Sport kanalında". www.azadliq.org. www.azadliq.org. 2021-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyul 2016.
  76. "UEFA millimizin oyunlarını AzTV-dən alıb, İTV-yə verdi". apasport.az. 10 April 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 August 2014.
  77. "Azərbaycan millisinin Avro-2016 formaları". sportnet.az. sportnet.az. 2018-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyul 2016.
  78. "AFFA MİLLİ KOMANDANIN FORMASINDA GERBDƏN NİYƏ İMTİNA EDİB?". musavat.com. musavat.com. 2021-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyul 2016.
  79. 1 2 "AFFA ilə Nike arasında razılıq əldə olunub". www.affa.az. www.affa.az. 2017-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyun 2017.
  80. 1 2 "AFFA Türkiyənin məşhur geyim brendi ilə sponsorluq müqaviləsi imzaladı". report.az. report.az. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyun 2021.
  81. "Milli Dəstə rəsmən fəaliyyətə başladı". www.azerisport.com. www.azerisport.com. 2018-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyun 2018.
  82. "How much do you know about Azerbaijan?". www.irishfa.com. 2017-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 noyabr 2017.
  83. ""Hər kəs həyəcan keçirir" – AFFA rəsmisi". modern.az. modern.az. 2021-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 oktyabr 2016.
  84. "Азербайджан продолжает удивлять". ru.uefa.com (rus). UEFA. 13 oktyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 oktyabr 2016.
  85. "Azərbaycan milli futbol komandası "PES 2020"də!". Geekon.az (az.). GeekOn. August 21, 2019. August 21, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 21, 2019.
  86. 1 2 3 "Azerbaijan NT Top Stats". eu-football.info. 21 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 November 2014.

Xarici keçidlər redaktə


Saytda 123 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024