UEFA Avro 2012 Haqqinda Melumat - Vikipedia

UEFA Avro 2012 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

UEFA Avropa Kuboku 2012 — AVRO-2012-nin rəsmi loqosunda üç budaqlı gül gövdəsi əksini tapıb. Qırmızı-ağ rəngli sol budaq Polşanın bayrağını əks etdirir, sağ budaq Ukraynanın bayrağının göy-sarı rənglərindədir. Onların arasındakı budağın ətrafında sarı-ağ rəngli futbol topu təsvir olunub. Gövdə EURO-2012 yazılan zoğalı rəngli kökdən böyuyür. Avropa çempionatının şüarı isə "Birgə tarix yaradaq" sözləridir. 2009-cu ilin dekabrında Kiyevdə təqdim olunan şüar zoğalı rəngli qumaş parçası üzərində Polşa və Ukrayna dillərində ağ rəngli hərflərlə yazılıb.[2]

UEFA Avro 2012
Yarış məlumatları
Ev sahibi Polşa Polşa
Ukrayna Ukrayna
Tarix 2012
Başlama tarixi 8 iyun 2012
Bitmə tarixi 1 iyul 2012
Stadion sayı (8 ev sahibi şəhərdə)
Yekun nəticəsi
Çempion İspaniya milli futbol komandası
Yarış statistikası
Oyun sayı 31
Qol sayı 76
Tamaşaçı sayı 1.440.896
Mükafat sahibləri
Bombardir(lər) Fernando Torres, Mario Qomes, Alan Dzaqoyev, Mario Balotelli, Kriştianu Ronaldo, Andres İnyesta[1]
2008
2016
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Seçmə mərhələ redaktə

Meydan sahibləri Polşa və Ukrayna birbaşa final mərhələsinə qatılır. Digər komandalar isə 9 qrupda 14 vəsiqə üçün mübarizə aparacaq. Bu isə o deməkdir ki, 6 qrupun hərəsində 6, 3 qrupun hər birində isə 5 yığma mübarizə aparacaq.

Qrup qalibləri birbaşa Avropa çempionatına yüksələcək. İkinci yerin sahiblərindən də biri eyni hüququ əldə etmiş olacaq. Qruplarda ikinci yeri tutan digər 8 yığma isə pley-off oyunlarında qalibi müəyyənləşdirəcək. Seçmə mərhələnin püşkatma mərasimi gələn 2010-cu il fevralın 7-də Polşanın Varşava şəhərində keçiriləcək.

Səbətlər redaktə

1. Səbət 2. Səbət 3. Səbət

İspaniya  İspaniya
Almaniya  Almaniya
Niderland  Niderland
İtaliya  İtaliya
İngiltərə  İngiltərə
Xorvatiya  Xorvatiya
Portuqaliya  Portuqaliya
Fransa  Fransa
Rusiya  Rusiya

Yunanıstan  Yunanıstan
Çexiya  Çexiya
İsveç  İsveç
İsveçrə  İsveçrə
Serbiya  Serbiya
Türkiyə  Türkiyə
Danimarka  Danimarka
Slovakiya  Slovakiya
Rumıniya  Rumıniya

İsrail  İsrail
Bolqarıstan  Bolqarıstan
Finlandiya  Finlandiya
Norveç  Norveç
İrlandiya  İrlandiya
Şotlandiya  Şotlandiya
Şimali İrlandiya  Şimali İrlandiya
Avstriya  Avstriya
Bosniya və Herseqovina  Bosniya və Herseqovina

4. Səbət 5. Səbət 6. Səbət

Sloveniya  Sloveniya
Latviya  Latviya
Macarıstan  Macarıstan
Litva  Litva
Belarus  Belarus
Belçika  Belçika
Uels  Uels
Şimali Makedoniya  Şimali Makedoniya
Kipr  Kipr

Monteneqro  Monteneqro
Albaniya  Albaniya
Estoniya  Estoniya
Gürcüstan  Gürcüstan
Moldova  Moldova
İslandiya  İslandiya
Ermənistan  Ermənistan
Qazaxıstan  Qazaxıstan
Lixtenşteyn  Lixtenşteyn

Azərbaycan  Azərbaycan
Lüksemburq  Lüksemburq
Malta  Malta
Farer adaları  Farer adaları
Andorra  Andorra
San-Marino  San-Marino

2012-ci ildə Ukrayna və Polşada keçiriləcək Avropa çempionatının (AÇ) seçmə mərhələsinin püşkatması zamanı milli komandaların yer alacağı səbətlərin yekun tərkibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, dünya çempionatının pley-off mərhələsi başa çatdıqdan sonra AÇ-2012-nin seçmə oyunlarında iştirak edəcək 51 kollektivin hər birinin potensial rəqibləri məlum olub. 2010-cu il fevralın 7-də Polşanın paytaxtı Varşavada atılacaq seçmə mərhələnin püşkü atılacaq. Həmin mərasimdə iştirakçılar 9 qrupa bölünəcək. A-F qruplarının hər birində 6, G-İ qruplarında isə 5 komanda mübarizə aparacaq. Püşkatma zamanı ilk 5 səbətdə 9, sonuncu səbətdə isə 6 yığma yer alacaq. Avropanın ən zəif 6 yığması da məhz 6 komandadan ibarət qruplara paylanacaq. Sonuncu səbətdə ən yüksək reytinqə malik Azərbaycan milli komandasının da 6 komandalı qrupa düşəcəyi dəqiqdir.

Qeyd edək ki, seçmə mərhələnin oyunları gələn ilin sentyabrında start götürəcək. 2011-ci ilin noyabrınadək davam edəcək yarışlar şənbə və əvvəlki kimi çərşənbə deyil, çərşənbə axşamları keçiriləcək. Qrup qalibləri və ikinci yerlər arasında ən yaxşı nəticə göstərən bir komanda birbaşa AÇ-2012-nin final mərhələsinə yüksələcək. İkinci yeri tutan digər 8 kollektiv isə pley-offda qarşılaşaraq, son dörd "xoşbəxt"i müəyyənləşdirəcək.

Final mərhələsi redaktə

2012-ci ildə PolşaUkraynada keçiriləcəkdir.

Final mərhələsinə vəsiqə qazanmış ölkələr:

Stadionlar redaktə

2012 Avropa Kubokunda 31 oyun oynanılacaq. 16 oyuna Ukrayna, 15 oyuna isə Polşa ev sahibliyi edəcək[3]. Oyunların keçiriləcəyi şəhər və oyun sayısı belədir:

  • Varşava: açılış oyunu daxil olmaqla 3 qrup oyunu, 2 dörddə bir final və bir yarı final(cəmi 6 oyun)
  • Qdansk: 3 qrup oyunu
  • Vroslav: 3 qrup oyunu
  • Poznan: 3 qrup oyunu
  • Kiyev: 3 qrup oyunu, 2 dörddə bir final və bir yarı final və final (cəmi 7 oyun)
  • Lvov: 3 qrup oyunu
  • Xarkov: 3 qrup oyunu
  • Donetsk: 3 qrup oyunu
Varşava Poznan Vroslav Qdansk
Varşava Milli Stadionu
Tutumu: 55,920[4]
Miejski Stadionu (Poznan)
Tutumu: 45,830[5]
Miejski Stadionu (Vroslav)
Tutumu: 45,771[6]
PGE Arena Qdansk
Tutumu: 44,000[7]
       
 
Kiyev Donetsk Lvov Xarkov
Milli Olimpiya İdman Kompleksi
Tutumu: 69,004[8]
Donbas Arena
Tutumu: 51,504[9]
Yeni Lvov Stadionu
Tutumu: 33,500[10]
Metalist Stadionu
Tutumu: 41,411[11]

İstinadlar redaktə

  1. UEFA.com Iniesta, Mejor Jugador del Torneo | UEFA EURO (isp.). 2012.
  2. "Birgə tarix yaradaq!". 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-12-15.
  3. "Arxivlənmiş surət". 2010-07-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-09-07.
  4. "Arxivlənmiş surət". 2011-12-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-09-07.
  5. "Arxivlənmiş surət". 2010-07-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-09-07.
  6. "Arxivlənmiş surət". 2010-07-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-09-07.
  7. "Arxivlənmiş surət". 2010-07-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-09-07.
  8. "Arxivlənmiş surət". 2010-07-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-09-07.
  9. "Arxivlənmiş surət". 2011-12-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-09-07.
  10. "Arxivlənmiş surət". 2010-07-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-09-07.
  11. "Arxivlənmiş surət". 2011-12-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-09-07.

Saytda 148 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024