UEFA Avro 2000 Haqqinda Melumat - Vikipedia

UEFA Avro 2000 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Futbol üzrə 11-ci Avropa çempionatı (nid. UEFA Europees Voetbalkampioenschap België/Nederland 2000; fr. UEFA Championnat Européen du Football Belgique/Pays Bas 2000; alm. UEFA Fußball-Europameisterschaft Belgien/Niederlande 2000‎) — final turniri 2000-ci il 10 iyun-2 iyul tarixində Belçika və Niderlandın toplam səkkis şəhərində keçirilən futbol yarışı.

UEFA Avro 2000
Yarış məlumatları
Ev sahibi Belçika Belçika
Niderland Niderland
Tarix 10 iyun-2 iyul 2000
Başlama tarixi 10 iyun 2000
Bitmə tarixi 2 iyul 2000
Komanda sayı 16
Stadion sayı Niderland: Amsterdam Arena (Amsterdam), Feyenoord (Rotterdam), Filips (Eyndhoven), Gelredom (Arnem)
Belçika: Kral Boduen (Brüssel), Yan Breydel (Brügge), Moris Düfran (Lyej), Stad dü Pei de Şarlerua (Şarlerua)
Yekun nəticəsi
Çempion  Fransa
İkinci  İtaliya
Üçüncü yer  Portuqaliya
 Niderland
Yarış statistikası
Oyun sayı 31
Qol sayı 85 (matç başına: 2.74)
Tamaşaçı sayı 1122833 matç başına: 36220
Mükafat sahibləri
Bombardir(lər) Niderland Patrik Klüvert
Serbiya və Monteneqro Savo Miloşeviç (hər ikisi 5 qol)
Ən yaxşı oyunçu Fransa Zinəddin Zidan
1996
2004
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

11-ci Avropa çempionatı ilk dəfə olaraq iki ölkədə — Niderlandda və Belçikada keçirilirdi. Bu final mərhələsində 16 komandanın iştirakı ilə baş tutan ikinci turnir idi.

Yarışdan öncə UEFA qaydalarda dəyişiklik etmişdi: Qrup mərhələsindən sonra sarı və qırmızı vərəqələrin hesabı yenidən aparılırdı.

Çempionatın qalibi adına finalda İtaliyanı əlavə vaxtda 2 : 1 hesabı ilə məğlub edən Fransa yığması layiq görüldü. Bu, Fransa yığmasının Avropa çempionatları tarixində ikinci uğuru idi. Avropa çempionatları tarixində son "qızıl qol"un müəllifi David Trezege oldu.

Çempionatın rəsmi himni E-Type adlı isveçli musiqiçinin "Campione 2000" mahnısı seçilmişdi.

Yarımfinallarda 4 güclü yığmanın qarşılaşmasına baxmayaraq çempionat bəzi favorit yığmalar üçün uğursuz keçdi. Onlardan bəziləri mübarizəni elə qrup mərhələsindəcə dayandırdılar. Bəzi oyunların taleləri son saniyələrdə bəlli oldu, bəzilərinin isə taleyini vurula bilməyən penaltilər müəyyənləşdirdi.[1]

Qısa xülasə redaktə

  • A qrupunda gözlənilmədən son çempion Almaniya yalnız 1 xal toplayaraq sonuncu pilləni tutdu.[2] İngiltərə qrupun sonuncu oyununda son dəqiqələrdə penaltidən qol buraxaraq turnirə erkən vida etməli oldu.[3][4] Qrupdan 1/4 mərhələyə Rumıniya və Portuqaliya vəsiqə qazandı.
  • B qrupunda İtaliya hər 3 görüşü qələbə ilə başa vuraraq qrup birincisi oldu.[5] İkinci yeri isə sürpriz şəkildə Türkiyə millisi tutdu.[6] Avropa çempionatları tarixində ilk dəfə qrup mərhələsini keçə bilməyən ev sahibi komanda Belçika oldu. İsveç qrupda sonuncu yerlə kifayətləndi.
  • Ən mürəkkəb vəziyyət C qrupunda yaşandı. Bütün komandalar 1 dəfə məğlub oldular. Qrupdan növbəti mərhələyə İspaniya və Yuqoslaviya FR komandaları çıxdı. Son turda Yuqoslaviya FR ilə görüşdə hesabda 3 dəfə geri düşən İspaniya (0:1, 1:2, 2:3), 92-ci (penaltidən) və 95-ci dəqiqədə vurduğu qollarla qələbə qazandı.[7]
  • D qrupunda Niderland və Fransa ilk iki yeri tutdu. Niderland son turda ikinci heyəti oyuna çıxaran Fransanı da məğlub edərək 100%-lik nəticə ilə qrup mərhələsini başa vurdu.[8] Ötən çempionatın finalçısı Çexiya və 1992-ci ilin Avropa çempionu Danimarka milliləri yarışı erkən tərk etməli oldular.
  • Play-off mərhələsi də maraqlı oyunlara səhnə oldu. Yuqoslaviya FR Niderlanda 1:6 hesabı ilə məğlub olarkən Klüvert het-triklə yadda qaldı. Portuqaliya və İtaliya milliləri rəqiblərini rahatlıqla məğlub etdilər. Oyunun son dəqiqələrdə İspaniya millisinin hücumçusu Raul Qonsales penaltini qola çevirə bilmədiyi üçün ispanlar Fransaya məğlub oldu.
  • Yarımfinalda Niderland İtaliya ilə oyunda 90 dəqiqə ərzində 2, oyun sonrası isə 3 penaltini qola çevirə bilmədi və turnirlə vidalaşdı. Fransa isə əlavə vaxtda təyin olunan penalti sayəsində qələbə qazandı.[9]
  • Finalda İtaliya millisi irəlidə olsa da, ikinci hissəyə əlavə olunmuş vaxtın son saniyələrində Viltor hesabı bərabərləşdirdi. Daha sonra isə Trezege "qızıl qol" vuraraq komandasına kuboku qazandırdı.[10]

Seçmə mərhələsi oyunları redaktə

UEFA Avro 2000-in seçmə mərhələsinin oyunları 1998 və 1999-cu illərdə baş tutdu. 49 milli komanda 9 qrupa bölündü. Komandalar ev-səfər prinsipi ilə biri-biriləri ilə oyunlar keçirdi. Qrupda birinci yeri tutmuş komandalar və ikinci yeri tutmuşlar arasından ən yaxşı nəticə göstərən bir komanda final mərhələsinə vəsiqə qazandı. Qalan 8 komanda isə pley-off matçlarında mübarizə apararaq digər 4 komandanı müəyyənləşdirdi. Belçika və Niderland yığmaları ev sahibləri kimi avtomatik olaraq final mərhələsində iştirak hüququ qazanmışdılar.

1-ci qrup 2-ci qrup 3-cü qrup 4-cü qrup 5-ci qrup
6-cı qrup 7-ci qrup 8-ci qrup 9-cu qrup 10-cu qrup

Püşkatma redaktə

Final mərhələsinin püşkatması 12 dekabr 1999-cu ildə Brüsselin Sərgi zalında keçirilmişdir.[11][12] Komandaların torbalar üzrə bölgüsü həmin ilin sonuna olan UEFA reytinq cədvəlinə əsasən aparılmışdır.[13][14]

1-ci səbət
Komanda Reytinq Yer
  İspaniya 2.611 1
  Almaniya 2.278 7
  Niderland 2.250 8
  Belçika 2.375 5
2-ci səbət
Komanda Reytinq Yer
  Rumıniya 2.600 2
  Norveç 2.500 3
  İsveç 2.389 4
  Çexiya 2.300 6
3-cü səbət
Komanda Reytinq Yer
  Yuqoslaviya FR 2.222 9
  Portuqaliya 2.100 11
  Fransa 2.100 12
  İtaliya 2.063 13
4-cü səbət
Komanda Reytinq Yer
  İngiltərə 2.000 15
  Türkiyə 1.938 18
  Danimarka 1.938 19
  Sloveniya 1.000 37

Püşkatmanın nəticələri:

A qrupu
Sıra Komanda
A1   Almaniya
A2   Rumıniya
A3   Portuqaliya
A4   İngiltərə
B qrupu
Sıra Komanda
B1   Belçika
B2   İsveç
B3   Türkiyə
B4   İtaliya
C qrupu
Sıra Komanda
C1   İspaniya
C2   Norveç
C3   Yuqoslaviya FR
C4   Sloveniya
D qrupu
Sıra Komanda
D1   Niderland
D2   Çexiya
D3   Fransa
D4   Danimarka

Şəhərlər və stadionlar redaktə

Belçika Niderland
Brüssel Brügge Amsterdam Rotterdam
Kral Boduen Yan Breydel Amsterdam Arena Feyenoord
Tutumu: 50 000 Tutumu: 30 000 Tutumu: 52 000 Tutumu: 51 000
       
Lyej Şarlerua Eyndhoven Arnem
Moris Düfran Stad dü Pei de Şarlerua Filips Gelredom
Tutumu: 30 000 Tutumu: 30 000 Tutumu: 33 000 Tutumu: 30 000
       

Hakimlər redaktə

15 fevral 2000-ci ildə UEFA Avropa çempionatında iştirak edəcək 12 hakim, 16 hakim köməkçisi və 4 4-cü hakimi təyin etdi. Hakimlər arasına Afrika Fubol Konfederasiyasına daxil olan bir əsas hakim və bir yan hakim də dəvət edildi.[15]

Açılış oyunu olacaq Belçika-İsveç matçı üçün alman hakim Markus Merk təyin olundu.[16]

Hakimlər Yan hakimlər 4-cü hakimlər
Avstriya  Günter Benko Belarus  Yuri Dupanov Belçika  Mişel Piro
Danimarka  Kim Milton Nilsen Belçika  Roland Van Nilen Yunanıstan  Kiros Vassaras
Misir  Camal Əl-Qandur Bolqarıstan  İvan Lekov Norveç  Terye Hauge
İngiltərə  Qrem Poll Danimarka  Yens Larsen Slovakiya  Lüboş Mixel
Fransa  Jil Vesye İngiltərə  Filip Şarp
Almaniya  Markus Merk Fransa  Jak Poudevin
İtaliya  Pyerluici Kollina Almaniya  Kurt Ertl
Niderland  Dik Yol İtaliya  Sercio Zukolini
Portuqaliya  Vitor Melo Pereyra Mali  Dramane Dante
Şotlandiya  Hyu Dallas Malta  Emanuel Zammit
İspaniya  Xose Mariya Qarsiya-Aranda Niderland  Yaap Pul
İsveç  Anders Frisk İrlandiya  Eddi Foli
İsveçrə  Urs Mayer Rumıniya  Nikolae Qriqoresku
Slovakiya  İqor Sramka
İspaniya  Karlos Martin Nieto
İsveç  Leyf Lindberq
Türkiyə  Turqay Güdü

Komandaların heyətləri redaktə

Final turniri redaktə

A qrupu redaktə

Komanda O Q B M Q.v Q.b Xallar
  Portuqaliya 3 3 0 0 7 2 9
  Rumıniya 3 1 1 1 4 4 4
  İngiltərə 3 1 0 2 5 6 3
  Almaniya 3 0 1 2 1 5 1
12 iyun 2000
18:00 UTC+1
Almaniya   1 : 1
Hesabat
  Rumıniya
Şoll Qol  28' Qollar Moldovan Qol  5'
Moris Düfran, Lyej
Tamaşaçı: 28 500
Hakim: Danimarka  Kim Milton Nilsen

12 iyun 2000
20:45 UTC+1
Portuqaliya   3 : 2
Hesabat
  İngiltərə
Fiqu Qol  22'
Joao Pintu Qol  37'
Qomeş Qol  59'
Qollar Skoulz Qol  3'
Makmanaman Qol  18'
Filips, Eyndhoven
Tamaşaçı: 31 500
Hakim: İsveç  Anders Frisk

17 iyun 2000
18:00 UTC+1
Rumıniya   0 : 1
Hesabat
  Portuqaliya
Qollar Koştinya Qol  90+5'
Gelredom, Arnem
Tamaşaçı: 18 200
Hakim: Fransa  Jil Vessyer

17 iyun 2000
20:45 UTC+1
İngiltərə   1 : 0
Hesabat
  Almaniya
Şirer Qol  53' Qollar
Stad dü Pei de Şarlerua, Şarlerua
Tamaşaçı: 27 700
Hakim: İtaliya  Pyerluici Kollina

20 iyun 2000
20:45 UTC+1
İngiltərə   2 : 3
Hesabat
  Rumıniya
Şirer Qol  41' (pen.)
Ouen Qol  45'
Qollar Kivu Qol  22'
Muntyanu Qol  48'
Qanya Qol  89' (pen.)
Stad dü Pei de Şarlerua, Şarlerua
Tamaşaçı: 27 000
Hakim: İsveçrə  Urs Mayer

20 iyun 2000
20:45 UTC+1
Portuqaliya   3 : 0
Hesabat
  Almaniya
Qollar Konseysau Qol  35'54'71'
Feyenoord, Rotterdam
Tamaşaçı: 51 504
Hakim: Niderland  Dik Yol

B qrupu redaktə

Komanda O Q B M Q.v Q.b Xallar
  İtaliya 3 3 0 0 6 2 9
  Türkiyə 3 1 1 1 3 2 4
  Belçika 3 1 0 2 2 5 3
  İsveç 3 0 1 2 2 4 1
10 iyun 2000
20:45 UTC+1
Belçika   2 : 1
Hesabat
  İsveç
Qor Qol  43'
E. Mpenza Qol  46'
Qollar Myelbyu Qol  53'
Kral Boduen, Brüssel
Tamaşaçı: 46 700
Hakim: Almaniya  Markus Merk

11 iyun 2000
14:30 UTC+1
Türkiyə   1 : 2
Hesabat
  İtaliya
Okan Qol  62' Qollar Konte Qol  52'
F. İndzagi Qol  70' (pen.)
Gelredom, Arnem
Tamaşaçı: 22 500
Hakim: Şotlandiya  Hyu Dallas

14 iyun 2000
20:45 UTC+1
İtaliya   2 : 0
Hesabat
  Belçika
Totti Qol  6'
Fyore Qol  66'
Qollar
Kral Boduen, Brüssel
Tamaşaçı: 44 500
Hakim: İspaniya  Xose Mariya Qarsiya-Aranda

15 iyun 2000
20:45 UTC+1
İsveç   0 : 0
Hesabat
  Türkiyə
Filips, Eyndhoven
Tamaşaçı: 28 560
Hakim: Niderland  Dik Yol

19 iyun 2000
20:45 UTC+1
Türkiyə   2 : 0
Hesabat
  Belçika
Hakan Qol  45'70' Qollar
Kral Boduen, Brüssel
Tamaşaçı: 43 000
Hakim: Danimarka  Kim Milton Nilsen

19 iyun 2000
20:45 UTC+1
İtaliya   2 : 1
Hesabat
  İsveç
Di Biyaco Qol  39'
Del Pyero Qol  88'
Qollar H.Larsson Qol  77'
Filips, Eyndhoven
Tamaşaçı: 29 500
Hakim: Portuqaliya  Vitor Melo Pereyra

C qrupu redaktə

Komanda O Q B M Q.v Q.b Xallar
  İspaniya 3 2 0 1 6 5 6
  Yuqoslaviya FR 3 1 1 1 7 7 4
  Norveç 3 1 1 1 1 1 4
  Sloveniya 3 0 2 1 4 5 2
13 iyun 2000
18:00 UTC+1
İspaniya   0 : 1
Hesabat
  Norveç
Qollar İversen Qol  65'
Feyenoord, Rotterdam
Tamaşaçı: 41 500
Hakim: Misir  Camal Əl-Qəndur

13 iyun 2000
20:45 UTC+1
Yuqoslaviya FR   3 : 3
Hesabat
  Sloveniya
Miloşeviç Qol  67'70'
Druloviç Qol  73'
Qollar Zaxoviç Qol  23'57'
Pavlin Qol  52'
Stad dü Peyi de Şarlerua, Şarlerua
Tamaşaçı: 16 478
Hakim: Portuqaliya  Vitor Melo Pereyra

18 iyun 2000
18:00 UTC+1
Sloveniya   1 : 2
Hesabat
  İspaniya
Zaxoviç Qol  59' Qollar Qonsales Qol  4'
Eçeberria Qol  60'
Amsterdam Arena, Amsterdam
Tamaşaçı: 42 500
Hakim: Almaniya  Markus Merk

18 iyun 2000
20:45 UTC+1
Norveç   0 : 1
Hesabat
  Yuqoslaviya FR
Qollar Miloşeviç Qol  8'
Moris Düfran, Lyej
Tamaşaçı: 27 250
Hakim: Şotlandiya  Hyu Dallas

21 iyun 2000
18:00 UTC+1
Yuqoslaviya FR   3 : 4
Hesabat
  İspaniya
Miloşeviç Qol  30'
Qovedaritsa Qol  51'
Komlenovuç Qol  75'
Qollar Peres Qol  38'90+5'
Munitis Qol  52'
Mendyeta Qol  90+2' (pen.)
Yan Breydel, Brügge
Tamaşaçı: 24 000
Hakim: Fransa  Jil Vessyer

21 iyun 2000
18:00 UTC+1
Sloveniya   0 : 0
Hesabat
  Norveç
Gelredom, Arnem
Tamaşaçı: 22 500
Hakim: İngiltərə  Qrem Poll

D qrupu redaktə

Komanda O Q B M Q.v Q.b Xallar
  Niderland 3 3 0 0 7 2 9
  Fransa 3 2 0 1 7 4 6
  Çexiya 3 1 0 2 3 3 3
  Danimarka 3 0 0 3 0 8 0
11 iyun 2000
18:00 UTC+1
Fransa   3 : 0
Hesabat
  Danimarka
Blan Qol  16'
Anri Qol  64'
Viltor Qol  90'
Qollar
Yan Breydel, Brügge
Tamaşaçı: 28 100
Hakim: Avstriya  Günter Benkö

11 iyun 2000
20:45 UTC+1
Niderland   1 : 0
Hesabat
  Çexiya
F. de Bur Qol  89' (pen.) Qollar
Amsterdam Arena, Amsterdam
Tamaşaçı: 50 833
Hakim: İtaliya  Pyerluici Kollina

16 iyun 2000
18:00 UTC+1
Çexiya   1 : 2
Hesabat
  Fransa
Poborski Qol  35' (pen.) Qollar Anri Qol  7'
Corkayeff Qol  60'
Yan Breydel, Brügge
Tamaşaçı: 28 100
Hakim: İngiltərə  Qrem Poll

16 iyun 2000
20:45 UTC+1
Danimarka   0 : 3
Hesabat
  Niderland
Qollar Klüvert Qol  57'
R. de Bur Qol  66'
Zenden Qol  77'
Feyenoord, Rotterdam
Tamaşaçı: 51 117
Hakim: İsveçrə  Urs Mayer

21 iyun 2000
18:00 UTC+1
Danimarka   0 : 2
Hesabat
  Çexiya
Qollar Şmitser Qol  64'67'
Moris Düfran, Lyej
Tamaşaçı: 18 000
Hakim: Misir  Camal Əl-Qəndur

21 iyun 2000
20:45 UTC+1
Fransa   2 : 3
Hesabat
  Niderland
Düqarri Qol  8'
Trezege Qol  31'
Qollar Klüvert Qol  14'
F. de Bur Qol  51'
Zenden Qol  59'
Amsterdam Arena, Amsterdam
Tamaşaçı: 51 000
Hakim: İsveç  Anders Frisk

Pley-off mərhələsi redaktə

 
1/4 final1/2 finalFinal
 
          
 
25 iyun – Brügge
 
 
  İspaniya1
 
28 iyun – Brüssel
 
  Fransa2
 
  Fransa (ə.v.)2
 
24 iyun – Amsterdam
 
  Portuqaliya1
 
  Türkiyə0
 
2 iyul – Rotterdam
 
  Portuqaliya2
 
  Fransa (ə.v.)2
 
24 iyun – Brüssel
 
  İtaliya1
 
  İtaliya2
 
29 iyun – Amsterdam
 
  Rumıniya0
 
  İtaliya (pen.)0 (3)
 
25 iyun – Rotterdam
 
  Niderland0 (1)
 
  Niderland6
 
 
  Yuqoslaviya FR1
 

1/4 final redaktə

24 iyun 2000
18:00 UTC+1
Türkiyə   0 : 2
Hesabat
  Portuqaliya
Qollar Qomeş Qol  44'56'
Amsterdam Arena, Amsterdam
Tamaşaçı: 42 000
Hakim: Niderland  Dik Yol

24 iyun 2000
20:45 UTC+1
İtaliya   2 : 0
Hesabat
  Rumıniya
Totti Qol  33'
F. İndzagi Qol  43'
Qollar
Kral Boduen, Brüssel
Tamaşaçı: 40 000
Hakim: Portuqaliya  Vitor Melo Pereyra

25 iyun 2000
18:00 UTC+1
Niderland   6 : 1
Hesabat
  Yuqoslaviya FR
Klüvert Qol  24'38'54'
Qovedaritsa Qol  51' (avt.q)
Overmars Qol  78'90'
Qollar Miloşeviç Qol  90+1'
Feyenoord, Rotterdam
Tamaşaçı: 47 700
Hakim: İspaniya  Xose Mariya Qarsiya-Aranda

25 iyun 2000
20:45 UTC+1
İspaniya   1 : 2
Hesabat
  Fransa
Mendyeta Qol  38' (pen.) Qollar Zidan Qol  32'
Corkayeff Qol  44'
Yan Breydel, Brügge
Tamaşaçı: 30 000
Hakim: İtaliya  Pyerluici Kollina

İspaniya-Fransa oyununda 90-cı dəqiqədə Raul 11 metrlik cərimə zərbəsini doğru icra edə bilməmişdir (Topu qapı tirinin yuxarı göndərmişdir).

1/2 final redaktə

28 iyun 2000
20:45 UTC+1
Fransa   2 : 1
ə.v.
Hesabat
  Portuqaliya
Anri Qol  51'
Zidan Qol  117' (pen.)
Qollar Qomeş Qol  19'
Kral Boduen, Brüssel
Tamaşaçı: 50 000
Hakim: Avstriya  Günter Benkö

29 iyun 2000
18:00 UTC+1
İtaliya   0 : 0
11 m. 3 : 1
Hesabat
  Niderland
Di Byaco Vurulub 
Pessotto Vurulub 
Totti Vurulub 
Maldini Qaçan penalti 
11 metrlik cərimə zərbələri Qaçan penalti  de Bur
Qaçan penalti  Stam
Vurulub  Klüvert
Qaçan penalti  Bosvelt
Amsterdam Arena, Amsterdam
Tamaşaçı: 51 300
Hakim: Almaniya  Markus Merk

Niderland-İtaliya oyununda Frank De Bur (39-cu dəqiqədə, qapıçı çıxrmış) və Patrik Klüvert (62-ci dəqiqədə, dirəyə dəymiş) 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməmişlər.

Final redaktə

border=none  Əsas məqalə: UEFA Avro 2000 finalı
2 iyul 2000
20:00 UTC+1
Fransa   2 : 1
ə.v.
Hesabat
  İtaliya
Viltor Qol  90+3'
Trezege Qol  103'
Qollar Delvekkio Qol  55'
Feyenoord, Rotterdam
Tamaşaçı: 48 200[17]
Hakim: İsveç  Anders Frisk
 
 
 
 
 
 
 
 
 
 
Fransa
 
 
 
 
 
İtaliya
Q 16 Fabyen Bartez
RB 15 Lilian Türam Booked in the 58-ci minute  58'
CB 8 Marsel Desai
CB 5 Loran Blan
LB 3 Biksant Lizarazyu 86-cı dəqiqədə əvəz olunub  86'
CM 4 Patrik Viera
CM 7 Didye Deşam (k)
RW 6 Yuri Corkayeff 76-cı dəqiqədə əvəz olunub  76'
AM 10 Zinəddin Zidan
LW 12 Tyerri Anri
CF 21 Kristof Düqarri 58-ci dəqiqədə əvəz olunub  58'
Əvəzetmələr:
FW 13 Silven Viltor 58-ci dəqiqədə əvəzetmədən daxil olub  58'
FW 20 David Trezege 76-cı dəqiqədə əvəzetmədən daxil olub  76'
MF 11 Rober Pires 86-cı dəqiqədə əvəzetmədən daxil olub  86'
Baş məşqçi:
Roje Lemer
 
Q 12 Françesko Toldo
CB 5 Fabio Kannavaro Booked in the 42-ci minute  42'
CB 13 Alessandro Nesta
CB 15 Mark Yuliano
RWB 11 Canluka Pessotto
LWB 3 Paolo Maldini (k)
CM 4 Demetrio Albertini
CM 14 Luici Di Byaco Booked in the 31-ci minute  31' 66-cı dəqiqədə əvəz olunub  66'
AM 18 Stefano Fyore 53-cü dəqiqədə əvəz olunub  53'
SS 20 Françesko Totti Booked in the 90-cı minute  90'
CF 21 Marko Delvekkio 86-cı dəqiqədə əvəz olunub  86'
Əvəzetmələr:
FW 10 Alessandro Del Pyero 53-cü dəqiqədə əvəzetmədən daxil olub  53'
MF 16 Massimo Ambrozini 66-cı dəqiqədə əvəzetmədən daxil olub  66'
FW 19 Vinçenzo Montella 86-cı dəqiqədə əvəzetmədən daxil olub  86'
Baş məşqçi:
Dino Zoff
Avropa çempionu
2000
  Fransa
İkinci titul

Bombardirlər redaktə

5 top[18]

4 top

  • Portuqaliya  Nunu Qomeş

3 top

Statistika redaktə

Simvolik yığma komanda[19] redaktə

 
Turnirin rəmzi yığması

Qızıl Buts sahibi redaktə

Turnirin oyunçusu redaktə

Pul mükafatları redaktə

Pul mükafatları
Yer Komanda Milyon İsveçrə frankı[20]
1   Fransa 14.4
2   İtaliya 13.2
3   Niderland
  Portuqaliya
10.2
5   Rumıniya
  İspaniya
  Türkiyə
  Yuqoslaviya FR
7.8
9   Belçika
  Çexiya
  İngiltərə
  Norveç
5.4
13   Danimarka
  Almaniya
  Sloveniya
  İsveç
4.8

Turnirin pul mükafatı olan 120 milyon İsveçrə frankı (CHF) final mərhələsində iştirak edən 16 komanda arasında bölüşdürüldü.[20][21]

Mükafatların bölgüsü:

  • Çempion: 14,4 milyon CHF
  • Finalçı: 13,2 milyon CHF
  • Yarımfinalçılar: 10,2 milyon CHF
  • 1/4 finalçılar: 7,8 milyon CHF
  • Qrup mərhələsi:
    • Üçüncü yerin sahibi: 5,4 milyon CHF
    • Dördüncü yerin sahibi: 4,8 milyon CHF

9 iyul 2000-ci ildə UEFA Yuqoslaviya FR-nin pul mükafatını ölkənin futbol federasiyasının hesabına köçürtməkdən imtina etdi. Buna səbəb kimi Yuqoslaviya Futbol Federasiyasının ölkənin prezidenti Slobodan Miloşeviçlə əlaqələrinin olduğu göstərilirdi.[22] Lakin bir müddət sonra əlaqələrin olmadığı aşkarlandı və federasiyanın hesabına pul mükafatı köçürüldü.[23]

Maraqlı faktlar redaktə

  • Avro 2000-dəki qələbədən sonra Fransa prezidenti Jak Şirak yığmanın 4 oyunçusunu — Silvan Viltoru, Yohan Mikuyu, Nikolya Anelkanı və Ulrix Rameni Fəxri Legion Ordeni ilə mükafatlandırmışdır. Bu 4 oyunçu 2 il əvvəl dünya çempionu olan və ordenlə mükafatlandırılmış heyətdə yox idilər.
  • Fransa-Portuqaliya yarımfinal görüşündən öncə təşkilatçılar Fransa yığması üçün Vaterloo yaşayış məntəqəsindəki "Qrand Hoteli" bron etmişlər. Lakin Vaterloonun Napoleonun son məğlubiyyət yeri olması səbəbindən yığma buradakı hotelə getməyə razılıq verməmişdir.
  • Avropa çempionatından dərhal sonra, iyulun 9-da Françesko Toldonun nikah mərasimi baş tutmuşdur. Mərasimda qapıçıya başa çatmış turnirdə penaltiləri mahir dəf etməsi səbəbilə 11 metr uzunluğunda tort təqdim edilmişdir.
  • Bir ingilis qəzeti azarkeşlərin kəsib televizorlarına yapışdıra bilmələri üçün Avro 2000 boyunca müxtəlif uğur gətirəcək fotolar yayımlamışdır. Bunların arasında nal, dovşan quyruğu, taxta və hətta Tofiq Bəhramovun şəkli də var idi.
  • Yarımfinal matçından öncə UEFA Portuqaliya yığması ilə oynayan Fransa yığmasına əsas forması olan göy rəngli formadan istifadə etməyə qadağa qoymuşdur. Belə ki, 150-dən çox ölkədə yayımlanması planlaşdırılan oyunu izləyənlər arasında rəngsiz televizoru olacaq vətəndaşları düşünərək UEFA Fransa millisinin oyunçularının rəqibdən fərqlənə bilməsi üçün ağ forma ilə çıxmasını tövsiyə etmişdir.
  • Sloveniya yığma komandasının baş məşqçisi Sreçko Katanets Avropa çempionatlarının final mərhələsində məşqçilik edən ən gənc baş məşqçi olmuşdur. İlk oyun zamanı Katanets 36 yaş 333 günün içində idi.[24]

İstinadlar redaktə

  1. Delaney, Miguel. "The debate: was Euro 2000 the greatest international tournament ever?". 2021-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-16.
  2. "Holders Germany suffer heavy defeat". BBC Sport. British Broadcasting Corporation. 20 iyun 2000. 12 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 may 2012.
  3. "England crushed in five-goal classic". BBC Sport. British Broadcasting Corporation. 13 iyun 2000. 12 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 may 2012.
  4. "Late penalty breaks English hearts". BBC Sport. British Broadcasting Corporation. 20 iyun 2000. 1 February 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 may 2012.
  5. "Italy head for quarter-finals". BBC Sport. British Broadcasting Corporation. 14 iyun 2000. 30 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 may 2012.
  6. "Turks through as Belgium crash out". BBC Sport. British Broadcasting Corporation. 19 iyun 2000. 23 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 may 2012.
  7. "Spain survive in seven-goal classic". BBC Sport. British Broadcasting Corporation. 21 iyun 2000. 8 June 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 may 2012.
  8. "Group D goes Dutch". BBC Sport. British Broadcasting Corporation. 21 iyun 2000. 23 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 may 2012.
  9. "UEFA suspends Portuguese trio". BBC Sport. British Broadcasting Corporation. 2 iyul 2000. 2003-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyun 2008.
  10. Born, Matt; Bishop, Patrick. "Golden goal gives France victory in Euro 2000". The Daily Telegraph. 3 iyul 2000. 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 sentyabr 2014.
  11. "Big names thrown in deep end". New Straits Times. 14 dekabr 1999. səh. 44. 2022-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2013.
  12. "EURO 2000™ final tournament draw". UEFA.com. Union of European Football Associations. 29 fevral 2000 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 iyun 2016.
  13. Moore, Glenn; Harris, Nick. "England sent to the bottom of Euro 2000 class". The Independent. Independent Print. 19 noyabr 1999. 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyul 2012.
  14. "Blow for England's Euro hopes". BBC Sport. British Broadcasting Corporation. 10 dekabr 1999. 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyul 2012.
  15. "Referees for Euro 2000 Final Tournament appointed". UEFA.com. Union of European Football Associations. 15 fevral 2000. 7 aprel 2000 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 iyul 2012.
  16. "German referee takes charge of opening game". Hürriyet Daily News. Associated Press. 10 iyun 2000. 2016-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 iyun 2016.
  17. "France - Italy 2:1 (EURO 2000 Holland/Belgium, Final)". worldfootball.net. HEIM:SPIEL. 2021-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 dekabr 2017.
  18. "Leading goalscorers". UEFA.com. Union of European Football Associations. 2 iyul 2000. 11 iyul 2000 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 iyul 2012.
  19. 19,0 19,1 "UEFA Euro 2008 Information" (PDF). UEFA. səh. 88. 18 October 2012 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 30 June 2008.
  20. 20,0 20,1 "Euro 2000 finalists to share 120 million francs". UEFA.com. Union of European Football Associations. 6 July 2000. 7 July 2000 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 June 2016.
  21. "Major financial rewards for finals participants". UEFA.com. Union of European Football Associations. 20 January 2000. 29 April 2001 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 September 2014.
  22. "Swiss blocking Yugoslav Euro 2000 income says official". Reuters. 9 iyul 2000. 2015-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 sentyabr 2014.
  23. "Swiss release Yugoslav payments". BBC Sport. British Broadcasting Corporation. 9 iyul 2000. 2016-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 sentyabr 2014.
  24. "Kataneç ən gənc məşqçidir". 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-30.

Xarici keçidlər redaktə

Həmçinin bax redaktə


Saytda 33 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024