İstifadəçi:Abutalub/Qaralama
Ana səhifə |
Boş vərəq |
Qeydlər |
Qaralamalar |
Şəkillər |
Vikikitabxana |
Turuz kitabxanası |
Latından Əbcədə |
Latından Kirilə |
Oyunlar redaktə
Azərbaycan idman ənənəsində atla oynanılan oyunlar xüsusilə populyardır. Bunlara papaq oyunu, qız-qov, sür-papaq və çovqanı misal çəkmək olar.[1] Qız-qov oyununda 400 metr məsafə boyunca atlı oğlan öz rəqibi ilə yarışır. Əgər oğlan qıza çata bilsə onu qucaqlamaq və öpmək şansı əldə edir. Geri qayıdanda isə qız oğlana çata bilsə, onu qamçının ağır zərbələrilə cəzalandırır. Papaq oyununun isə məzəli xarakteri var: biri qadın olan beş iştirakçı digər iştirakçıların başından papağı götürməyə çalışır. Ancaq qızın papağını götürməyə icazə verilmir. Sür-papaq oyunu isə basketbola oxşayır: iki komanda xəz papaqla oynayırlar və meydançanın uclarında halqası olan iki uzun ağac var. Oyunun məqsədi papağı rəqibin halqasından daha çox keçirməkdir. Yerə düşən papaq isə yalnız atdan düşmədən götürülməlidir.[2]
Azərbaycanda geniş yayılmış oyunlardan biri olan çovqanda iki komanda atüstündə ağac vasitəsilə topu qarşı komandanın qapısından keçirməyə çalışır. Azərbaycanlı atlıların ağacı çobanların yarlığını xatırladır. Azərbaycan at oyunlarında Qarabağ atı və Dilbaz atı kimi yerli atlar xüsusilə istifadə olunub.[2] Azərbaycanda çovqan idmanın milli növü hesab edilir.[3]
Nərd də Azərbaycan mədəniyyətində önəmli rol oynayır. Oyun Azərbaycanda çox populyardır və yerli camaat tərəfindən oynanılır. Azərbaycan ekspertləri tərəfindən nərdin müxtəlif növləri yaradılmışdır.[4]
Çevrilmələr redaktə
Tarixi icmal redaktə
Bülbül Kazımova 1923-44-cü illərdə İrəvanda Bakıdakı Əli Bayramov adına Mərkəzi Qadınlar klubu tipində mədəniyyət mərkəzi təşkil edir, uşaq bağçaları və savad kursları qurur, qadınları ictimai işlərə yönləndirir. İrəvandakı klub azərbaycanlı qadınların təhsilində və mədəni hayata atılmasında rolu böyükdür.[6]
Dil redaktə
İrəvan dialekti redaktə
Əlifba islahatı redaktə
Yumor redaktə
— Bu körpə uşaxlar ağlaşıb sənnən su isdiyəcəhlər, sən də verməzsən.
...Keşiş də çox ürəyiyumşax olur. Uşaqlar ağlaşanda o kövrəlib, deyir
— Ağa, vallah, man siza su veraram, amba bu musurmannar qoymur...
İrəvan çuxuru lətifələri Molla Nəsrəddin və Bəhlul Danəndədən başqa lokal mənşəli qəhrəmanları ilə də diqqət çəkir. Bunlara hazırcavab kəndlilər, bağçacıqlı Kərim, goravanlı Mustafa kişi, bölgənin sadə insanları daxildir. Lətifə mövzularına yerli əhalinin qarşılaşdığı problemlər, ailə, məişət, iş məsələləri daxildir.[8]
Zəngəzur lətifələrinin baş qəhrəmanları Kəlniyyət, Şah Abbas, Molla Cavad, kənd kişiləri, həmçinin Azərbaycan lətifələrində tez-tez qarşılaşılan Molla Nəsrəddin və Bəhlul Danəndədir. Bu lətifələrdə anti-qəhrəman kimi "erməni", "keşiş" adı altında azərbaycanlıların qonşuları tənqid edilir. Digər lətifələrdə Kəlniyyət və Şah Abbas tərəf müqabili kimi çıxışlarına rast gəlinir. Kəlniyyətlə bağlı lətifələr Zəngəzurdan başqa qismən Muğan və Şirvan bölgəsində də yayılmışdır.[9][10]
Mifologiya redaktə
Zəngəzurdan toplanmış mifoloji mətnlərdə ucubılıx, təkgöz div, qaraçuxa, virğın, hal (albastı), kaftarkuş kimi varlıqlar vardır. Ən çox rast gəlinən isə tale, bəxt tanrısının cizgilərini daşıyan qaraçuxadır.[11] Bu bölgənin folklorunda Dədə Qorqudun advermə funksiyasını Bəhlul Danəndə oynayır. Bu da onun əcdad funksiyasını göstərir. Sarı Aşıqla bağlı rəvayətlərdə isə onun tərəkəmələrin duası ilə "haqdan yaranması", baxıcılıq qabiliyyəti və haqq aşığı statusu təsvir edilir.[10]
Xalq təqvimi və mərasimlər redaktə
Zəngəzur bölgəsində cin çıxarmaq üçün icra edilən "Tas qurma" mərasimində İslam elementlərinin şamanizmlə birləşməsi müşahidə edilir. Bu bölgənin evlilik adətinə görə, toya qara qoyun, qara inək kəsməzlər.[11]
Ziyarətgahlar redaktə
Zəngəzur bölgəsində ocaq və pir olaraq təbiət obyektləri — dağların başı, ağac, axar sular, bulaq, daşlar istifadə edilir. Ziyarətgahların çoxluğu bölgənin dağlıq ərazidə izolyasiyada olması, xalqın məişətindəki sabitliklə izah edilir. Təbiət obyektləri ilə bağlı ziyarətgahlar daha çox köçəri tərəkəmələr tərəfindən ziyarət edilən məkanlardır,[11]
Teatr redaktə
Çap və mətbuat redaktə
1871-1898-ci illərdə İrəvanda Azərbaycan maarifpərvərləri xarici ədəbiyyatdan etdikləri tərcümələri, bədii əsərləri və hazırladıqları dərsliklərini Təbriz, Tiflis və Baxçasaray şəhərlərində çap etdirirdilər. Çünki İrəvanda mətbəə mövcud deyildi. İrəvanda Azərbaycan dilində kitab çapı isə XIX əsrin sonlarında baş vermişdir (Məhəmmədvəli Qəmərlinin 1899-cu ildə çap edilən “Atalar sözü” kitabı).[12]
Din redaktə
Aristokratiya redaktə
- Bağırbəyovlar. Nümayəndəsi Hacı bəy Bağırbəyov İrəvan quberniyasında təhsil görmüşdür. Nəsil Bakıda yerləşmişdir.[6]
- Hacılar nəsli. Bu nəslin əcdadları Mahmud ağa və oğlu Şərəf bəydir. Mahmud ağa oğlunu İvan Paskeviçin hüzuruna göndərmiş və o da rus təbəəliyini qəbul edərək bəy silkini və xanədanını qorumuşdur. Bu nəsildən Eyyub ağa və Maqus Hacıyev çıxmışdır.[13]
- Muğanlinskilər. Tanınmış nümayəndəsi maarifçi İbadulla bəy Muğanlinskidir.[14]
- Qazıyevlər. İrəvan əsilzadələrindəndirlər. Nümayəndəsi İsmayıl bəy Qazıyev çarlıq dövrü dövlət qulluqlarında işləmiş, 1904-cü ildə İrəvan qubernatorunun müavini təyin edilmişdir. Nəsil Bakıda yerləşmişdir.[6]
Tayfalar redaktə
İrsin qorunması redaktə
2006-cı ildə Azərbaycanda Uluxanlı məktəbinin 125 illiyi qeyd edilmişdir.[15]
İstinadlar redaktə
- ↑ Георгий Заплетин, Гюльнара Ширинзаде. Русские в истории Азербайджана. — Ганун, 2008. — 366 с.
- ↑ 1 2 В. Парфенов. Кавказские национальные конные игры Arxivləşdirilib 2019-06-06 at the Wayback Machine. — HORSE.RU, 2004.
- ↑ David C. King. Cultures of the World. Azerbaijan. — Marshall Cavendish, 2006. — P. 108. — ISBN 0-7614-2011-8.
- ↑ Azərbaycanda nərdin yeni növləri yaradıldı
- ↑ 1 2 3 4 5 6 7 Azərbaycan şifahı xalq ədəbiyyatına dair tədqiqlər (on birinci kitab), Bakı, "Səda nəşriyyatı", 2002
- ↑ 1 2 3 Məhərrəmov, 2010. səh. 74-75
- ↑ Azərbaycan Folkloru Antologiyası, X kitab, 2004. səh. 273-274
- ↑ Azərbaycan Folkloru Antologiyası, X kitab, 2004. səh. 21
- ↑ Azərbaycan Folkloru Antologiyası, XII kitab, 2005. səh. 8-9
- ↑ 1 2 Azərbaycan Folkloru Antologiyası, XII kitab, 2005. səh. 10-11
- ↑ 1 2 3 Azərbaycan Folkloru Antologiyası, XII kitab, 2005. səh. 7
- ↑ Məhərrəmov, 2010. səh. 69
- ↑ Məhərrəmov, 2010. səh. 17-18
- ↑ Məhərrəmov, 2010. səh. 88-89
- ↑ Məhərrəmov, 2010. səh. 65
Ədəbiyyat redaktə
- Məhərrəmov, Ziyəddin. İRƏVANDA MƏKTƏBDARLIQ VƏ MAARİFÇİLİK (1800-1920-ci illərdə ədəbi-mədəni mühit) (az.). Qrifli nəşr. 2010.
- Azərbaycan Folkloru Antologiyası, XII kitab. Zəngəzur folkloru (az.). "Səda" nəşriyyatı. 2005.
- Azərbaycan Folkloru Antologiyası, III kitab. Göyçə folkloru (az.). "Səda" nəşriyyatı. 1999.
Ədəbiyyat redaktə
The Place of Mythopoetical Symbolic Characters in Thought World of Nassimi. Seadet Shikhiyeva