İstifadəçi:Admir07 Haqqinda Melumat - Vikipedia

İstifadəçi:Admir07 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Nicat Əhmədov Həsən oğlu 1998ci il sentyabrın 22si Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini 2005ci ildə Nizami rayonu 61 nömrəli məktəbdə almış, daha sonra ele Nizami rayonu Yuri Kavalyov adına 229 nömrəli tam orta məktəbdə davam etdirmişdir. 10-11-ci siniflərini 34 nömrəli Ağdam köçkün məktəbində oxumuşdur. 2016cı ildə məktəbi bitirib, 508 balla Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinə qəbul olmuşdur. İxtisasca diplomat idi. İxtisasını sevirdi, ele o üzrə işləmək arzusu idi. Nicatın marağlı tələbəlik illəri keçirdi, qrup yoldaşları ilə çox mehriban idi. Bugün onlardan Nicatın maraqlı tələbəlik xatirələrini eşidirik. Uşaqlıqdan en sevdiyi oyuncağı silah, avtomat olubdu. Həmişə davalı, döyüşlə bağlı kinolara baxardı. Futbolu da çox sevərdi Nicat. Uşaqlıqdan ünsiyyətcil, şən, mehriban, səmimi, dostcanlı idi. Həmçinin o uşaqlara qarşı da çox mehriban idi. Böyüklə böyük,uşaqla uşaq olan birisi idi. Elə buna görə də hər kəsin qəlbində dərin iz buraxmışdı. Nicat çox mərd oğlan idi. 2016-2020-ci illərdə Universiteti bitirdi. 2020-ci il iyulun 24-ü Ağcəbədi rayonuna hərbi xidmətə yola düşdü. Hər şey çox yaxşı idi, özü də çox həvəsli idi. Biz də onu gözəl abu havada xidmətə yola saldıq. Hər ana kimi, mənim anamında narahatçılığı vardı, amma heç vaxt onun ölümü ağlımıza gəlməzdi. Sentybarın 27-si müharibə başlayanda, Nicat da döyüşlərdə iştirak edirdi. Oktaybrın 7-ə qədər hər gün zəng edirdi. Son zəngi oktyabrın 6-sı oldu. Oktyabrın 8-i isə səhər saatlarında Füzuli-Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 22 illik qısa,lakin mənalı və qəhrəman bir ömür yaşayan,Qarabağ uğrunda canını fəda edən şəhidlərdən oldu Nicat. İndi isə Şəhidlər Xiyabanında uyuyur,ruhu isə daim qəlbimizdə yaşayır. Biz Nicatla fəxr edir,qürur duyuruq. Onun bizim ürəyimizdə buraxdığı iz çox böyükdür. Onu hər zaman yaşayır biləcək və unutmayacağıq. Həmişə qəlbimizdəsən Nicat!


Saytda 132 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024