İstifadəçi:Azerifamous Haqqinda Melumat - Vikipedia

İstifadəçi:Azerifamous Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz
Azerifamous
Milliyyəti Azərbaycan

Nicat Sahib oğlu Dadaşov (eng. Nijat Dadashov; 30 noyabr 1989, Bakı) – ssenarist, yazıçı. Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür. “Ögey ana”, “Könül yarası”, “Məryəm”, “Sarı gəlin”  televiziya seriallarının. “Xənnas”, Nazik Mətləb”,  “Xəzərin üzərində yelləncək“ filmlərinin müəllifidir. “Rusiyanın görkəmli azərbaycanlıları” beynəlxalq sənədli filmlər ssenariləri müsabiqəsinin laureatıdır.

Həyatı redaktə

Nicat Sahib oğlu Dadaşov 30 noyabr 1989-cu ildə Bakı şəhərində anadan olub. Məktəbi bitirdikdən sonra, 2007-2011-ci illərdə Bakı Dövlət Universitetində təhsil alıb.

Nicat Dadaşov – “Xənnas”(2015), “İki yad adam”(2015), “Sükut”(2018),  “Qaynana 2018”(2018), “Nazik Mətləb”(2021), “Xəzərin üzərində yelləncək”(2021) filmlərinin, “İkinci bahar” (2014), “Məryəm” (2016),“Ögey ana” (2017), “Sarı gəlin” (2017), “Könül yarası” (2018) seriallarının ssenari müəllifidir.

N.Dadaşovun 2018-ci ildə Mir Cəlal Paşayevin “Kəmtərovlar ailəsi” hekayəsinin motivləri əsasında yazdığı “İki yad adam” filmi Pekində “Grand Asian” film festivalında “Ən yaxşı sosial film” mükafatına layiq görülüb.[1] Azərbaycan Kinematoqrafçılar İttifaqı A. M. Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondu ilə birgə həyata keçirtdiyi “Rusiyanın görkəmli azərbaycanlıları” beynəlxalq sənədli filmlər ssenariləri müsabiqəsində laureatlar siyahısında olub. [2]

N.Dadaşov bir sıra hekayə və romanın müəllifidir. 2014 ildə yazıçının “Həyatın bir anı” adlı hekayələr kitabı çap edilib və 2021-ci ildə müəllifin “Bizim vaxtımız keçib” adlı romanı oxuculara təqdim olunacaq.

Filmoqrafiya redaktə

  1. İkinci bahar (serial, 2014)
  2. Xənnas (tammetrajlı film, 2015)
  3. Təhmin və Zaur (tammetrajlı film, 2016)
  4. Məryəm (serial, 2016)
  5. İki yad adam (qısametraflı film, 2017)
  6. Ögey ana (serial, 2017)
  7. Aktyor (qısametrajlı film, 2017)
  8. Sarı gəlin (serial, 2017)
  9. Qaynana 2018 (tammetrajlı film, 2018)
  10. Sükut (qısametrajlı film, 2018)
  11. Könül yarası (serial, 2018)
  12. Qara yazı (serial, 2019)
  13. Yad Gəlin (serial, 2020)
  14. Nazik Mətləb (tammetrajlı film, 2021)
  15. Xəzərin üzərində yelləncək (tammetrajlı film, 2021)

İstinadlar redaktə

Xarici keçidlər redaktə


Saytda 99 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024