İstifadəçi müzakirəsi:Bikar/Arxiv 2023 Haqqinda Melumat - Vikipedia

İstifadəçi müzakirəsi:Bikar/Arxiv 2023 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İstifadəçi müzakirəsi:Bikar/Arxiv 2023

Ən son rəy:3 ay öncə, Johsgun Aliyev tərəfindən "Maşın Tərcüməsi haqqında" mövzusunda

Təşəkkür redaktə

Salam, hörmətli @Bikar Orxan. Fəaliyyətinizə və xüsusən Azərbaycan dilində olmayan məqalələri aşkar edib "sil" şablonu əlavə etdiyinizə görə təşəkkür edirəm. Eminn (müzakirə) 15:42, 15 yanvar 2023 (UTC)Cavabla

Təşəkkürlər. Bikar Orxan (müzakirə) 15:46, 15 yanvar 2023 (UTC)Cavabla

Təşəkkür və məlumat redaktə

Salam, həmkar. Az Vikidəki təqdirəlayiq fəaliyyətinizə görə sizə təşəkkür edirəm. Zəhmət olmasa, Kənd meydanında müvafiq məqalələr barədə mövzular açmayın, orada sadəcə ümumi mövzular müzakirə edilir. Bu barədə həmin məqalələrin müzakirə səhifələrinə yaza bilərsiniz. Texniki məsələr üçün isə hər hansı bir istifadəçiyə müraciət edə bilərsiniz. Fəaliyyətinizdə uğurlar! Hörmətlə, Gadir (müzakirə) 22:56, 16 yanvar 2023 (UTC)Cavabla

Salam həmkar. Təşəkkürlər Avtopatrul hüququna görə müzakirə səhifələrində yazdığlarımnan xəbərdar olan olmur. Birləşdirilməsi üçün SNS-ə də məqalə təklif eləmişəm, ordan da nəticə gözlüyürəm. Bikar Orxan (müzakirə) 07:24, 17 yanvar 2023 (UTC)Cavabla

İmza problemi redaktə

Bəli həmkar onlarıda dəyişməlisiniz. Onyeddi (müzakirə) 16:15, 20 yanvar 2023 (UTC)Cavabla

Redaktə redaktə

Salam həmkar. Zəhmət olmasa bu cür redaktələr etməyin. Əks təqdirdə fəaliyyətiniz inzibatçılar tərəfindən məhdudlaşdırıla bilər. — Wealszy (müzakirə) 17:55, 10 fevral 2023 (UTC)Cavabla

Salam. Səhvən olub. Şablonun dağılmasını vandalizm kimi qiymətləndirib sonrasına baxmamışam. Bikar Orxan (müzakirə) 18:20, 10 fevral 2023 (UTC)Cavabla


Madde 5 problemi redaktə

salam mənim səhifəm Madde 5 problemi ilə qarşılaşdı və bunun siz tərəfdən edildiyi bildirildi bu xətanı aradan qaldırmağınızı xahiş edirəm. Maqalyv (müzakirə) 23:17, 23 fevral 2023 (UTC) Maqalyv (müzakirə) 19:17, 23 fevral 2023 (UTC)Cavabla

Salam. Maddə 5-in nə olduğu orda qeyd olunub. Bikar Orxan (müzakirə) 19:52, 23 fevral 2023 (UTC)Cavabla
nə oluduğunu yaxşı bilirəm lakin bunun mənə aid olmadığınıda sizə bildirirəm və bu problemi aradan qaldırmağnızı xahiş ettiyimi sizə bildirdim. Maqalyv (müzakirə) 20:20, 23 fevral 2023 (UTC)Cavabla
Vikipediya:Ensiklopedik əhəmiyyətlilik (şəxslər) prinsipini nəzərdən keçirin. Bikar Orxan (müzakirə) 20:21, 23 fevral 2023 (UTC)Cavabla
aydındır mənə bu mövuzda köməkliy göstərin mənimlə birbaşa instagram: maqalyv ünvanınan əlaqə saxlayın orada bu mövzu haqqında danışmaq istəyirəm vəyaxud əlaqə nömrənizi qeyd edin Maqalyv (müzakirə) 20:37, 23 fevral 2023 (UTC)Cavabla
Göstərə biləcəyim köməklik yoxdur. Yazdıqlarıma güvənmirsinizsə, digər təcrübəli istifadəçilərə (və ya inzibatçılara)müraciət edə bilərsiz. Bikar Orxan (müzakirə) 20:57, 23 fevral 2023 (UTC)Cavabla

Bərpa ilə bağlı problem redaktə

Salam, @Bikar Orxan, əvvəla sizə təşəkkür edirəm ki, yazdığım məqalənin silinməsi ilə bağlı qərardan narazı olduğumu görüb bərpa ilə bağlı müraciət edə biləcəyim barədə mənə məlumat verib yenidən vikipediyada aktiv olmağıma təkan verdiz ve mən silinmiş məqaləmin bərpası ilə bağlı müraciətimi Vikipediya:Bərpa üçün namizəd səhifələr#Ledi Slim müvafiq səhifədə yerləşdirdim. Amma heç nə anlamadım , çünki müraciət mətnimin üzərindən xəttlər çəkildi. Öncə müraciətimi bərpa olunsun şablonu ilə başladığım səbəbdən bunu təxmin edib üzəri xəttlənmiş mətnimi silmədən yeni müraciətimi bu dəfə berpa olunsun şablonunu istifadə etməyib yerləşdirdim. Lakin yenidən mətn xəttləndi. Nəsə yenidən mən heç nə anlamıram. Belə bir müraciət edə bilmək hüququm yox idisə məncə siz bunu bilməli idiniz. Vikipediyanin qaydalarına da nəzər yetirdim , belə bir müraciəti etməmək üçün səbəb görmədim. Cavabınız mənə çox önəmlidir. Öncədən təşəkkür edirəm.Futurolog21 (müzakirə) 00:18, 7 mart 2023 (UTC)Cavabla

Salam. Ümumilikdə 500 redaktədən az etdiyiniz üçün yazıların üstündən xətt çəkilib. O barədə qaydalarda "problem" var, onunla bağlı fikir səsləndirməyəcəm. Siz isə sadəcə arqumetlərinizi təqdim edib, nəticə gözlüyün. Bikar Orxan (müzakirə) 05:57, 7 mart 2023 (UTC)Cavabla
mən arqumentlərimi gətirmişəm sadəcə yazdıqlarım xəttlənir. Nəticəni gözləyirəm əlbəttə. Sizə də bir daha təşəkkür cavablandırdığınız üçün. Futurolog21 (müzakirə) 16:28, 7 mart 2023 (UTC)Cavabla

Wikipediya redaktə

Sizə emaildən yazdım. Zəhmət olmasa baxardınız Asif Məmmədov (müzakirə) 17:46, 11 mart 2023 (UTC)Cavabla

Vikipediya ilə bağlı ümumi suallardırsa elə burdaca soruşa bilərsiniz. Ola bilər ki mən cavab verə bilməyim, başqası cavab versin. Bikar Orxan (müzakirə) 17:52, 11 mart 2023 (UTC)Cavabla
Azərbaycan klublarını əlavə edirəm. Maraqlı bir hal var, Zaqatala FK, ABN-Bərdə kimi klubların loqosu var səhifədə, mən lakin Mingəçevir FK'nın loqosunu əlavə etdikdə "Müəllif Hüquqları" səbəbiylə silinib. Rəsmi səhifədə icazə alaraq paylaşıram, necə edim "Müəllif Hüquqları" problem yaratmasın? Təşəkkürlər Asif Məmmədov (müzakirə) 17:56, 11 mart 2023 (UTC)Cavabla
Müəllif hüquqları ilə bağlı geniş məlumatım yoxdur. Ümid edirəm ki, @Atakhanli elə burda sualınızı cavablandıracaq. Bikar Orxan (müzakirə) 18:00, 11 mart 2023 (UTC)Cavabla
Onunda tartışma səhifəsinə yazmağa ehtiyac var? ya yoxdur? Asif Məmmədov (müzakirə) 18:12, 11 mart 2023 (UTC)Cavabla
Ehtiyac yoxdur. Artıq ona bildiriş gedib. Bikar Orxan (müzakirə) 18:14, 11 mart 2023 (UTC)Cavabla
Oldu, maraqlandığınız ülün çox sağolun. Ümid edirəm ən qısa zamanda cavab gələr, klubların loqosunu əlavə edərəm, beləcə wikipediya daha çox tez inkişaf edər Asif Məmmədov (müzakirə) 18:17, 11 mart 2023 (UTC)Cavabla
Commons-a yükləmisiz? WhiteDem✪n 18:45, 11 mart 2023 (UTC)Cavabla
@White Demon Bəli Asif Məmmədov (müzakirə) 18:48, 11 mart 2023 (UTC)Cavabla
Commons-a futbol klubu loqosu yükləmək olmaz, ancaq lokala yükləmək olar. WhiteDem✪n 20:55, 11 mart 2023 (UTC)Cavabla
@White Demon Yəni online formada yükləsəm, onda Müəllif Hüquqları səbəbiylə bir problem yaranmaz elə deyil mi? Çünkü əslində icazə alaraq paylaşıram loqonu Asif Məmmədov (müzakirə) 03:30, 12 mart 2023 (UTC)Cavabla
@Asif Məmmədov madam ki, klub ilə əlaqəniz var və onlar icazə verirlərsə və rəsmi mail ilə (korporativ mail) təsdiqlətməyə razıdılarsa o zaman tövsiyə edirəm ki, commonsa yükləyin. sizə yüklənməsində və icazə alınmasında dəstək olaram. yox, əgər icazə yoxdursa, siz lokala yükləyin. uyğun şablonları yerləşdirsəniz silinməz. bundan da dəstək olaram. Atakhanli (müzakirə) 07:49, 12 mart 2023 (UTC)Cavabla
@Atakhanli Çox sağolun. Birini öz çalışmam kimi yazdım, əgər silinsə onda gələn dəfədən email ilə edərəm, dəstəyiniz üçün çox sağolun Asif Məmmədov (müzakirə) 09:59, 12 mart 2023 (UTC)Cavabla
@Atakhanli Birdə bir sualım var idi, Azərbaycan Futbol Klubları Siyahısı adlı bir məqalə açdım, o bağlandı. Kateqoriya var əslində bununla bağlı, sadəcə köhnəlib. Artıq var ol uyan klubların adı var. O klubların özü yoxdu. Kateqoriyanı necə dəyişə bilərəm lazımi ölçüdə? Asif Məmmədov (müzakirə) 10:01, 12 mart 2023 (UTC)Cavabla
@Asif Məmmədov sadəcə məqalənin adı dəyişilib. Azərbaycan futbol klublarının siyahısı Bikar Orxan (müzakirə) 10:19, 12 mart 2023 (UTC)Cavabla
Oldu. Minnətdaram Asif Məmmədov (müzakirə) 10:28, 12 mart 2023 (UTC)Cavabla
Bəs məsələn 1-ci Divizionda oyunlarla bağlı məlumat səhifəsinə (qolları kim vurub, kiminlə kim qarşılaşıb, kim qalib olub) ehtiyac var belə səhifəyə bəs? Asif Məmmədov (müzakirə) 10:30, 12 mart 2023 (UTC)Cavabla
@Atakhanli Salam. Üzrlü sayın narahat edirəm. Dieçəliş FK nın rəsmi şəxsi ilə danışıqlardan sonra məqaləni yaratdım. Öz icazəsi və təşəbbüsü ilə məqaləyə klubun emblemini, futbolçuların şəkilini qoydum. Çox keçmədən müəllif hüquqları səbəbi ilə mənə bildiriş gəldi. 5 addımlıq gedişlər şəkilində mənim klubu sadəcə Wikipediyada təmsil etdiyimi açıqladım. Siz nə məsləhət görürsünüz? Klubun futbolçularımı etdim. Embleminədə eyni şeyi edim? Ya necə? Asif Məmmədov (müzakirə) 14:27, 15 mart 2023 (UTC)Cavabla
@White Demon Bəs öz çalışmam olduğunu söyləyim? İcazəni almışam çünkü. Yoxsa klubdan yazılı E-poçt mesajı göndərilməlidi? Asif Məmmədov (müzakirə) 03:42, 12 mart 2023 (UTC)Cavabla
Loqo ilə bağlı rəsmi icazə verilibsə, icazəni e-poçtla Volunteer Response Team-ə göstərməlisiz. WhiteDem✪n 07:08, 12 mart 2023 (UTC)Cavabla
@White Demon Birdə, sizi yorduğuma əminəm bir sualım var idi. Kluba forma rənglərini əlavə etmək istəyirəm amma necə edim bilmirəm. Yazılımı bilirəm, sadəcə müvafiq yerlərə nə yazmalıyam onu bilmirəm. Rəngin hansı ki, kodları olur onu yoxlamışam alınmır. Necə etmək olar bilmirsiniz? Asif Məmmədov (müzakirə) 10:52, 12 mart 2023 (UTC)Cavabla
Necə forma rəngi? Məsələn, başqa məqalədə nümunəsini göstər bilərsiz? Tam anlamadım. WhiteDem✪n 10:54, 12 mart 2023 (UTC)Cavabla
@White Demon
| pattern_la1 = _qarabag2223h
| pattern_b1 = _qarabag2223h
| pattern_ra1 = _qarabag2223h
| pattern_sh1 = _qarabag2223h
| pattern_so1 = _qarabag2223h
| leftarm1 = 000000
və s. Qarabağ FK səhifəsində daha çoxunu tapa bilərsiniz. Düzü heç Qarabağ FK-da da düz işləmir. Qarşısında bir şey yazmalısan ki, ən azından forma rəngləri görünsün. | leftarm1 = qarşısına yazılan "0" rəqəmlərini rəngin kodu kimi düşünüb mavi rəngin tonunu qeyd edim amma yenə də alınmadı, bu yazılımda səhv hardadı? Bunu da bilsəm əslində çox əla olar, həmdə çox Asif Məmmədov (müzakirə) 11:00, 12 mart 2023 (UTC)Cavabla
Hansı klubun məqaləsini əlavə edəcəksiz? Həmin klubun formasının şəkli var hardasa? Baxım. WhiteDem✪n 11:04, 12 mart 2023 (UTC)Cavabla
@White Demon https://www.instagram.com/p/Co9ykkEIvag/?igshid=YmMyMTA2M2Y=
atdığım link, Mingəçevir Futbol Klubunun rəsmi İnstegram hesabıdır. Şəkildən göründüyü kimi sadəcə olaraq demək olar forma, şort və corablar ağ rəng olmalıdı. Amma ağ rəngin kodunu qeyd edirəm olmur Asif Məmmədov (müzakirə) 11:07, 12 mart 2023 (UTC)Cavabla
Bu şəklə baxıb ev formasını düzəltməyə çalışdım. Pattern siyahısına baxıb özünüz daha uyğun pattern tapa bildiz bəlkə. Qrafik bacarığınız varsa, özünüz klub üçün xüsusi pattern hazırlayıb Commons-da yükləyə və istifadə bilərsiz. WhiteDem✪n 11:46, 12 mart 2023 (UTC)Cavabla
@White Demon Minnətdaram, bu siyahını axtarırdım Asif Məmmədov (müzakirə) 11:49, 12 mart 2023 (UTC)Cavabla
@Asif Məmmədov forma geyimlərini əlavə etməyin ən rahat yolu hər hansı klubun envikidəki məqaləsinə daxil olub oradakı kodları kopyalayıb həmin klubun azvikidəki məqaləsinə yapışdırmaqdı. — Wealszy (müzakirə) 11:04, 12 mart 2023 (UTC)Cavabla
@Wealszy Etmişəm, amma yekunda formanın rəngi ağ-qara sadə olub, ardınca nə etmişəmsə fayda etməyib Asif Məmmədov (müzakirə) 11:13, 12 mart 2023 (UTC)Cavabla
@White Demon Sabahınız xeyir, üzrlü sayın narahat edirəm. Hesaba loqo əlavə edirəm amma müəllif haqqları problem yaradır, iki(1, 2)məqalədən loqonu silib. Nə edim mən? Yenidən yükləyirəm yenə silir. Bir dəfəlik həll yolu var? Asif Məmmədov (müzakirə) 04:43, 17 mart 2023 (UTC)Cavabla
@Asif Məmmədov sizə tövsiyə edirəm ki daha rahat olması üçün futbol klublarının loqolarını lokala yükləyin. Lokala yükləyərkən loqo şablonundan istifadə etsəz yaxşı olar — Wealszy (müzakirə) 05:14, 17 mart 2023 (UTC)Cavabla
@Wealszy Sizin instegramınız var? Ordan necə etdiyimin şəkilini atım, baxın görün hardadı səhvim? Alınar? Asif Məmmədov (müzakirə) 05:18, 17 mart 2023 (UTC)Cavabla
@Wealszy Şəkli yükləmək üçün Türkçə wikipediyada (Yardım:resim yükleme) səhifəsindən "Commons" bölümünə keçib səhifə əlavə edirəm. Daha sonra texniki olaraq icazə də aldığım üçün öz əsərim kimi paylaşıram, və ya link olaraq İnstagram səhifəsinin URL linkini qoyuram ora. Amma 3 gün keçmir silinir Asif Məmmədov (müzakirə) 05:23, 17 mart 2023 (UTC)Cavabla
@Wealszy Başqa bir admin idi deyəsən, mənə kömək üçün link atdı. Hansı ki, ordan yükləməli olduğumu dedi. Linkə girirəm yükləyirəm. Amma məqaləyə əlavə edə bilmirəm. Yazıram faylın adını axtarışa çıxmır Asif Məmmədov (müzakirə) 05:24, 17 mart 2023 (UTC)Cavabla
Lokala yükləmək üçün bu səhifəsindən istifadə edə bilərsiniz — Wealszy (müzakirə) 05:25, 17 mart 2023 (UTC)Cavabla
@Wealszy Səhifənin mövcud olmadığını deyir Asif Məmmədov (müzakirə) 05:26, 17 mart 2023 (UTC)Cavabla
@Wealszy Bu səhifədə qeyd edirəm amma axtarışa çıxmır şəkil. Birdə bu mövzuda kömək etsəniz, peoblem yəqin ki tamamlanar, bitər. Asif Məmmədov (müzakirə) 05:29, 17 mart 2023 (UTC)Cavabla
@Asif Məmmədov Dirçəliş FK səhifəsinə faylı əlavə etdim. Lokala yüklədiyiniz faylı əlavə edərkən emblem hissəsinə Fayl sözü olmadan əlavə edin. Məsələn:Dirçəliş Futbol Klubu.jpg — Wealszy (müzakirə) 05:37, 17 mart 2023 (UTC)Cavabla
@Wealszy Həə anladım, çox sağolun Asif Məmmədov (müzakirə) 05:39, 17 mart 2023 (UTC)Cavabla
Siz sağolun — Wealszy (müzakirə) 05:40, 17 mart 2023 (UTC)Cavabla
@Wealszy Salam təkrar qardaş. Lokala yükləməyi öyrətdin çox sağol. Şirvan Kürdəmir Futbol Klububun da loqosunu yüklədim, məqalədə amma loqo görsənmir. Loqonun yerinə "Klub loqosu" kimi bir söz yazır, amma şəkil görünmür. Kömək etsən minnətdar olaram. Təşəkkürlər Asif Məmmədov (müzakirə) 16:38, 24 mart 2023 (UTC)Cavabla
@Asif Məmmədov Salam. Loqounun görünməmə səbəbi faylın adı Şirvan-Kürdəmir FK.jpg'dır lakin siz məqaləyə fayl adını Şirvan-Kürdəmir.jpg olaraq daxil etmisiz. Həll edildi. — Wealszy (müzakirə) 17:21, 24 mart 2023 (UTC)Cavabla
@Wealszy Amma bir şeyi də qeyd edim ki, şəkil ilə bağlı, onun bir loqo olduğu və paylaşımına icazə verilmədiyi yazılmışdı. Hətta bu səbəblə keyfiyyəti az olan «Şirvan-Kürdəmir FK 2.jpg» adlı şəkili də yüklədim lokala. Dedim bəlkə keyfiyyəti güclü olduğu üçün bu cür olub. Çox sağol köməyin üçün. Birdə ki, yuxarıda qeyd etdiyim şəkili silə bilərsinizsə yüxşı olar. Lokalda «Şirvan-Kürdəmir FK 2.jpg» adlı gərəksiz bir şəkildə yüklədim... Təşəkkürlər Asif Məmmədov (müzakirə) 17:29, 24 mart 2023 (UTC)Cavabla
Fayla sil şablonu yerləşdirmişəm bir müddət sonra inzibatçılar faylı siləcəklər. — Wealszy (müzakirə) 17:31, 24 mart 2023 (UTC)Cavabla
@Wealszy Çox sağol Asif Məmmədov (müzakirə) 18:06, 24 mart 2023 (UTC)Cavabla
Lokala yükləmək bəsdi elə. Commons-dan silicəklər. WhiteDem✪n 11:37, 17 mart 2023 (UTC)Cavabla
@White Demon Oldu, çox sağol Asif Məmmədov (müzakirə) 12:42, 17 mart 2023 (UTC)Cavabla
@White Demon Axşamın xeyir qardaş. Lokala yüklədiyim bir çox klub loqosunun adında problem var. Yəni normalda məsələn "Mingəçevir FK loqo" olmaq yerinə fərqli adlardı. Bunu necə düzəldə bilərəm ki, uzun zamansa sonra o loqonu rahat tapa bilsin gələcək dövrdə axtaran biri? Asif Məmmədov (müzakirə) 16:18, 5 aprel 2023 (UTC)Cavabla
Məndə "Mingəçevir FK loqo" görünür axı. WhiteDem✪n 16:42, 5 aprel 2023 (UTC)Cavabla
@White Demon Maraqlıdı, məndə tam fərqli şey göstərir. Yenə də maraqlandığın üçün çox sağol qardaş Asif Məmmədov (müzakirə) 16:47, 5 aprel 2023 (UTC)Cavabla
@White Demon Sabahın xeyir qardaş. Üzrlü say səni də hər dəfə narahat edirəm. Mamusta kəndi ilə bağlı heçnə yoxdu. Mən istiyirəm onu doldurum. Prostu çəkindiyim bir şey var, kimsə necəsə silər. Bu zaman yazdığımı geri qaytarmaq olur elə deyil? Asif Məmmədov (müzakirə) 03:41, 6 aprel 2023 (UTC)Cavabla
@Asif Məmmədov başqa hər hansı loqoda da sizdə başqa cür görsənir. Yoxsa yalnız Mingəçevir FK loqo'da görsənir? — Wealszy (müzakirə) 10:17, 6 aprel 2023 (UTC)Cavabla
@Wealszy Məndə problem sadəcə loqonun adı ilə bağlıdı. Özündə heç bir problem yoxdur Asif Məmmədov (müzakirə) 11:30, 6 aprel 2023 (UTC)Cavabla
@Asif Məmmədov zəhmət olmasa loqoun adının görsəndiyi ekranın ekran görüntüsünü çəkib atın. — Wealszy (müzakirə) 11:33, 6 aprel 2023 (UTC)Cavabla
@Wealszy Qardaş, indi birdən şox kluba baxdım. Yəqin lokalda adını dəyişdiriblər, məqalədə adı dəyişib çünkü. Artıq problem düzəldi, çox sağol yenə də maraqlandığən üçün Asif Məmmədov (müzakirə) 11:40, 6 aprel 2023 (UTC)Cavabla
@Wealszy Daha doğrusu şəklin adı məsələn "Mingəçevir FK loqo" formasında dəyişdirilib Asif Məmmədov (müzakirə) 11:41, 6 aprel 2023 (UTC)Cavabla
@Wealszy Salam necəsiniz? yenə sizi narahat edirəm. Bakılı Bakı FK adını dəyişməyinizi istəyəcəkdim. Elə klub yoxdu çünkü. "Bakılı PFK" klubu var. Zəhmət olmasa dəyişə bilərsiniz? Asif Məmmədov (müzakirə) 05:46, 13 aprel 2023 (UTC)Cavabla
@Asif Məmmədov Salam. Adı dəyişəcəyəm lakin Bakılı PFK adda istiqamətləndirmə səhifəsi olduğu üçün addəyişmə reallaşmadı. Addəyişmənin reallaşması üçün inzibatçıların Bakılı PFK səhifəsini silmələri lazımdır. Bunun üçün də səhifəyə {{sil}} şablonu əlavə etdim. — Wealszy (müzakirə) 10:19, 13 aprel 2023 (UTC)Cavabla
@Wealszy Aydındı. Çox sağolun. Dəyişiklik olanda mənə xəbər edərsiniz Asif Məmmədov (müzakirə) 10:59, 13 aprel 2023 (UTC)Cavabla
@Asif Məmmədov Hə Y Məqalənin adı dəyişdirildi. — Wealszy (müzakirə) 18:51, 13 aprel 2023 (UTC)Cavabla
@Wealszy Oldu. Çox sağolun minnətdaram. Asif Məmmədov (müzakirə) 18:54, 13 aprel 2023 (UTC)Cavabla
@Wealszy Axşamın xeyir qardaş. Kotavan kəndinin adının yanına (Ağdaş) adını əlavə etməyini istəyəcəkdim. İki Kotavan kəndi var. Qozlukörpü kəndinin də əvvəl adı "Kotavan" olub. Axtarışa yazanda qarışıq düşməsin. İkisidə nəticə olaraq axtarışa gəlie çünkü Asif Məmmədov (müzakirə) 17:58, 14 aprel 2023 (UTC)Cavabla
@Asif Məmmədov Hə Y Addəyişmə ilə müraciətlərinizi VP:ADM'da etməyiniz tövsiyə olunur. — Wealszy (müzakirə) 19:12, 14 aprel 2023 (UTC)Cavabla
@Wealszy Həə yaxşı qardaş. Çox sağol. Kaş əvvəldən atsaydın, yormazdım səni də Asif Məmmədov (müzakirə) 19:15, 14 aprel 2023 (UTC)Cavabla
@Asif Məmmədov yormadınız, xoşdur. — Wealszy (müzakirə) 03:27, 15 aprel 2023 (UTC)Cavabla
@Wealszy Salam qardaş necəsən? Mənə demişdi bir istifadəçi, özümdə fikir verirəm təzə-təzə. Energetik Mingəçevir FK ilə Mingəçevir FK demək olar eyni məqalədi. Mən Mingechevir səhifəsində yazılan hər şeyi, nöqtəsinə qədər Energetikanın səhifəsinə köçürə bilərəm? Energetikada yazılan hər şey silinsin, Mingəçevirin ki yerinə yapışdırılsın. Bu sahədə kömək edə bilərsən? Asif Məmmədov (müzakirə) 09:21, 20 aprel 2023 (UTC)Cavabla
Mingəçevir FK Energetik FK-nın rəsmi varisidir? Onda Energetik FK-nın adını dəyişib Mingəçevir FK etmək lazımdır. O biri məqaləni isə silmək. Necə ki, Keşlə adını dəyişib Şamaxı etdi və biz Keşlə məqaləsinin adını Şamaxı etdik, o cür. WhiteDem✪n 09:26, 20 aprel 2023 (UTC)Cavabla
@White Demon Həə əla, onda o cür edəcəm. "{{sil}}" şablona əlavə etsəm bəs edər? Asif Məmmədov (müzakirə) 09:47, 20 aprel 2023 (UTC)Cavabla
Arada mənim müzakirə səhifəm getdi) Bikar Orxan (müzakirə) 09:48, 20 aprel 2023 (UTC)Cavabla
Nəyisə sildim səhvən? Asif Məmmədov (müzakirə) 09:49, 20 aprel 2023 (UTC)Cavabla
Narahatçılığa ehtiyac yoxdu. Bikar Orxan (müzakirə) 09:50, 20 aprel 2023 (UTC)Cavabla
Səhvən etdimsə üzrlü say. Bilmədən oldu Asif Məmmədov (müzakirə) 09:55, 20 aprel 2023 (UTC)Cavabla
(Sil) şablonu əlavə etsəm Mingəçevir FK səhifəsi silinər? Ya necə edim? Asif Məmmədov (müzakirə) 09:57, 20 aprel 2023 (UTC)Cavabla
Sil şablonu əlavə onunda silinməyə təklif olunur. Səhifə silmə hüququ da yalnız inzibatçılardadı. Səbəbi də qeyd olunsa siləcəklər. Bikar Orxan (müzakirə) 10:00, 20 aprel 2023 (UTC)Cavabla
Zəhmət olmasa sən edə bilərsən bunu? Məndə baxım öyrənim. Hələ təzəyəm Wikipediyada Asif Məmmədov (müzakirə) 10:01, 20 aprel 2023 (UTC)Cavabla
@White Demon gələn kimi edəcək. Şablonu müzakirəsiz səhifələrin silinməsi üçün istifadə edirik. Burda müzakirə gedir. Əlavə proseslərə ehtiyac yoxdu. Bikar Orxan (müzakirə) 10:04, 20 aprel 2023 (UTC)Cavabla
Yaxşı qardaş, çox sağol Asif Məmmədov (müzakirə) 10:09, 20 aprel 2023 (UTC)Cavabla
Onda qarışıqlıq olmasın deyə Mingəçevir FK səhifəsi silindikdən sonra Energetik Mingəçebir FK səhifəsinin adının dəyişilməsi üçün müraciət edəcəm Asif Məmmədov (müzakirə) 10:12, 20 aprel 2023 (UTC)Cavabla
@Asif Məmmədov @White Demon bildiyimə görə Mingəçevir FK rəsmi olaraq Energetik Mingəçevir FK'nın rəsmi varisi deyil. Daha dəqiq olsun deyə bu mövzunu araşdıracağam — Wealszy (müzakirə) 10:20, 20 aprel 2023 (UTC)Cavabla
@Wealszy Həə. Yaxşı. Biraz tələsdim görünür. Energetikanın səhifəsinin yazısını silib Mingəçevirin səhifəsinin yazısını yazdım. Onu geri qaytararsan əgər rəsmi olaraq deyilsə. Bir daha tələsməyəcəm belə Asif Məmmədov (müzakirə) 10:26, 20 aprel 2023 (UTC)Cavabla
Burda yazılıb ki, hüquqi varisidir. WhiteDem✪n 10:37, 20 aprel 2023 (UTC)Cavabla
@White Demon Yəni Energetika Mingəçevir klubunun adı dəyişsəi oldu? ya Ayrı-ayrı klub şəklində Mingəçevir FK öz yerində qalası oldu? Asif Məmmədov (müzakirə) 13:15, 20 aprel 2023 (UTC)Cavabla
@Asif Məmmədov klubla əlaqə saxladım. Klubun rəsmi varis olduğunu təsdiqlədi. — Wealszy (müzakirə) 04:24, 21 aprel 2023 (UTC)Cavabla
@Wealszy Həə oldu. Çox sağol Asif Məmmədov (müzakirə) 04:30, 21 aprel 2023 (UTC)Cavabla
@Wealszy Sabahın xeyir qardaş. Ulduz Mingəçevir FK adlı kateqoriya onunda altında Ulduz Mingəçevir futbolçuları adlı alt kateqoriya var. Amma Ulduz Mingəçevir haqqında heçnə yoxdu, olsa da Mingəçevir FK səhifəsində bəhs olunub. Yəni gərəksiz kimi görürəm. Ona da (sil) teqi əlavə etsəm silinər? ya necə?
Kateqoriya:Ulduz Mingəçevir FK
Kateqoriya:Ulduz Mingəçevir FK oyunçuları Asif Məmmədov (müzakirə) 03:42, 23 aprel 2023 (UTC)Cavabla
@Asif Məmmədov fikrimcə Kateqoriya:Ulduz Mingəçevir FK oyunçuları kateqoriyasına ehtiyac var. — Wealszy (müzakirə) 05:14, 23 aprel 2023 (UTC)Cavabla
@Wealszy Bəlkədə səhv ideologiya içindəyəm. Düşünürəm ki, Wikipediya bir ensklopediyadır. Ensiklopediyaya yaraşan formada, mükəmməl səviyyədə olmalıdı hər şey.
Bir maraqlanan şəxs, açıb əgər Mingəçevir klubu ilə bağlı araşdırma aparmaq istəsə, axtarışa "Ulduz FK" kimi söz yazıb axtaracaq. Böyük ehtimal qarşısına Mingəçevir FK səhifəsi çıxacaq. Burda Mingəçevirdə var olmuş Ulduz klubu ilə bağlı məlumat əldə edəcək.
Amma deyək çox ciddi bir araşdırmacıdı, hansı ki Ulduz adı keçən hər şeyi detaylı araşdırır, klubun tarixini öyrənmək istəyir. Gedib kateqoriyalar bölümündən, tapacak futbolçular bölümünü. Baxacaq elə 1 ad var. Belə düşünürəm ki, sanki ac zamanı mənim qarşısıma çox böyük bir üstü bağlı qab qoyurlar, mən deyirəm yəqin çox gözəl təamdı. Açırlar ağzını ki, bir qaşıq yemək. Ona görə də məncə ya onda gərək o kateqoriyanı dolğunlaşdıraq, yada elə əvvəlcədən yazım Mingəçevir FK səhifəsinə olub bitsin.
Nümunəni öz üzərimdə çəkmişəm, ümid edirəm səhv anlaşılmaz. Çox sağol. Asif Məmmədov (müzakirə) 05:27, 23 aprel 2023 (UTC)Cavabla
Çəkdiyim nümunə ilə bağlı qeyd etmək istəyirəm. Qətiyyən səhv anlaşılmasın. Nümunənin xülasəsi budur ki, məncə olursa tam olsun, məlumatlanmaq istəyən yetərincə şey tapsın, yada heç mövcüd olmasın. Biri var, Ulduz klubunun bütün futbolçuları yazılsın ora, biri var sadəcə bid nəfər. Ya gərək ən azından 5 nəfərin daha adı yazılsın ora. Yada məncə silinsin. Asif Məmmədov (müzakirə) 05:32, 23 aprel 2023 (UTC)Cavabla
@Asif Məmmədov vikipediyada redaktə etmək könüllüdür. Vikipediyada 1 və ya az məqalələr daxil edilən kateqoriyalar silinmir. İstədiyiniz zaman kateqoriyanı genişləndirə bilərsiniz. — Wealszy (müzakirə) 05:39, 23 aprel 2023 (UTC)Cavabla
@Wealszy Həə yaxşı. Çox sağol səhv anlamadın. Sonradan şübhəyə düşdüm səhv anlaşılar deyə çəkdiyim nümunə. Hər bir halda sən ən yaxşısını bilirsən, mən təzəyəm. Onda ən hikmətli qərar, elə səhifənin dolğunlaşdırılmasıdı. Asif Məmmədov (müzakirə) 05:44, 23 aprel 2023 (UTC)Cavabla
@White Demon Sabahın xeyir qardaş. (Qobustan FK futbolçuları) adlı fayl yükləmişdim lokala, yükləmədiyimimdüşünüb yenidən yükləmək istəyəndə sənin tərəfindən silindiyini söylədi. Düzü səbəb gətirdi, amma mən tam anlamadım. Zəhmət olmasa səbəbini söyləyə bilərsən? Asif Məmmədov (müzakirə) 07:06, 26 aprel 2023 (UTC)Cavabla
Yaşayan şəxslərin sizə aid olmayan fotolarını lokala yükləyə bilməzsiz. WhiteDem✪n 07:30, 26 aprel 2023 (UTC)Cavabla
@White Demon Həə anladım. Onda Commons a yükləsəm, müəllif hüquqları səbəbiylə silinməz? Asif Məmmədov (müzakirə) 07:35, 26 aprel 2023 (UTC)Cavabla
Şəkil sizə məxsus deyilsə, silinəcək bütün hallarda. WhiteDem✪n 07:37, 26 aprel 2023 (UTC)Cavabla
@White Demon Şəkili klub drektorları, rəsmiləri ilə danışıqlardan sonra paylaşıram. Nə edim onda mən? Asif Məmmədov (müzakirə) 07:42, 26 aprel 2023 (UTC)Cavabla
Onun üçün rəsmi yazılı icazə almaq və həmin yazılı icazəni göstərmək lazımdır. WhiteDem✪n 08:03, 26 aprel 2023 (UTC)Cavabla
@White Demon Lokala rəsmi icazəni göstərsəm, yükləyə bilərəm? Yoxsa ümumiyyətlə Lokala ancaq loqo və s. yükləmək olar? Asif Məmmədov (müzakirə) 08:08, 26 aprel 2023 (UTC)Cavabla
Rəsmi icazə varsa, commons-da yükləmək lazımdır. Lokala ancaq vəfat etmiş şəxslər, loqolar, afişalar, personajlar yüklənə bilər. WhiteDem✪n 08:46, 26 aprel 2023 (UTC)Cavabla
@White Demon Həə yaxşı qardaş. Üzrlü say narahat etdim Asif Məmmədov (müzakirə) 08:49, 26 aprel 2023 (UTC)Cavabla

Rusiya–Ukrayna müharibəsi redaktə

Niyə bu yönləndirməni silin? Rusiya–Ukrayna müharibəsi (2022) məqaləsinin başlığında belə bir tire istifadə olunur. Skovl (müzakirə) 23:30, 17 mart 2023 (UTC)Cavabla

Salam. Tirenin əvəz olunması üçün ad dəyişdiricilərə müraciət etmək lazımdı. Bikar Orxan (müzakirə) 04:53, 18 mart 2023 (UTC)Cavabla

Vikibahar 2023 redaktə

Salam hörmətli həmkar. Vikibahar layihəsində məqalə yaradarkən zəhmət olmasa məqaləni tam həcmdə yazmağa üstünlük göstərin. Məsələn Stalinin göydələnləri, Xarici agent, Oleq Romantsev və digər məqaləriniz hansı ki ana dilində və ya İngilis dilində bol məlumatlar var amma bizim dildə tərcümədə məlumat azdı. Və ən əsası məqalərinizdə çoxlu qırmızı rəngdə işarələr var hansı keçid vermək mümkün deyil zəhmət olmasa onlarıda aradan qaldırın. Hörmətlə: Əvəz Orucov (müzakirə) 17:08, 27 mart 2023 (UTC)Cavabla

Salam. Qırmızı keçidlər adi keçidlər deyil. Xarici dildəki məqalələrə keçid verir. Bikar Orxan (müzakirə) 18:08, 27 mart 2023 (UTC)Cavabla


IP blokdan azad olma redaktə

@Solavirum Salam. IP blokdan azad olma hüququ tələb olunur. Bikar Orxan (müzakirə) 14:33, 31 mart 2023 (UTC)Cavabla

Mən aktiv inzibatçı hardan tapım axı? Bikar Orxan (müzakirə) 19:24, 31 mart 2023 (UTC)Cavabla
@Wertuose kömək lazımdı. Bikar Orxan (müzakirə) 19:28, 31 mart 2023 (UTC)Cavabla
Salam, Bikar Orxan. Bunun üçün bu səhifədə, yaxud Vikipediya:İdarəçilərə müraciət səhifəsində müraciət etməyinizi məsləhət görürəm. Bu, dərhal qərar veriləcək məsələ deyil.--Wertuose (müzakirə) 19:38, 31 mart 2023 (UTC)Cavabla
"Genişləndirilmiş" bloklanma olmadığına görə İP ünvanım dəyişdikdə blokdan qurtuldum. Blok vaxtı daha tez qutarardı nəinki hüquq almağım ... Bikar Orxan (müzakirə) 19:48, 31 mart 2023 (UTC)Cavabla

Ufologiya haqqında məqalə redaktə

Salam, ufologiya barədə olan məqaləyə mənim obyektiv olaraq qəbul edilən töhfəmi niyə silmisiz? Araşdıra bilərdiniz öncədən və əmin olacaqdınız ki, ufologiya psevdoelm ve ya kvazielm hesab olunur. Mən əmin olmadığım məqamları heç zaman vikipediyaya,xüsusilə də müəllifi özüm olmadığım məqalələrə əlavə etmərəm.Futurolog21 (müzakirə) 21:06, 9 aprel 2023 (UTC)Cavabla

Salam. Birbaşa başqa dildə olan məqalələrə keçid vermək olmaz. Onun üçün ayrıca şablon var: Şablon:Link-interwiki, və əvəzinə "ve", sayılır əvəzinə "sayilir" yazılmış tövhəni geri qaytarmaqda problem görmürəm. Bikar Orxan (müzakirə) 21:11, 9 aprel 2023 (UTC)Cavabla
Hərf səhvlərini düzəltmək olardı. Ola bilər diqqətsizlik etmişəm. Amma şablon barədə bilmirdim, o zaman etirazımı geri götürürəm. Məlumatlandırdığınız üçün təşəkkür edirəm.Futurolog21 (müzakirə) 23:45, 9 aprel 2023 (UTC)Cavabla

Qarapapaqlar haqqında Valeh Bahaduroğlu nu da qeyd etmek lazımdır redaktə

Qaralamalar haqqında Valeh Bahaduroğlu nu da qeyd etmek lazımdır 5.197.185.249 20:16, 13 aprel 2023 (UTC)Cavabla


Niyə sürətli silmə? (CONOP 8888) redaktə

Saıam. Avtotərcümələri nəzərdən keçirmişəm ,əgər nəsə düşünürsüz uyğun deyil təcrübəli iştirakçı kimi düzəliş edin niyə o dəqiqə baltanı dibinə vurmaq istəyirsiz? Mən təcrübəsiz istifadəçiyəm baxıb sizlərdən əksinə öyrənmək istəyirəm redaktələr ilə sizlər isə bütün dillərdə olan amma bizim dildə olmuyan ilk məqaləmə süretli sil şablonu əlavə etmisiniz.CONOP 8888 Leonid93 (müzakirə) 10:28, 23 aprel 2023 (UTC)Cavabla

Salam. "təhlükəsiz həyatına təhlükəni aradan qaldıran" ifadəsi maşın tərcüməsi məzmiunu ehtiva edir. Hazırda şablonu məqalədən çıxardım. Məqaləni bir daha gözdən keçirin. Bikar Orxan (müzakirə) 10:36, 23 aprel 2023 (UTC)Cavabla
Təşəkkür edirəm. Mütləq bir daha nəzərdən keçirdəcəm sutka ərzində. Çox sag olun.Leonid93 (müzakirə) 10:40, 23 aprel 2023 (UTC)Cavabla

Dəvət redaktə

 
İnzibatçı seçkisi
Salam, Bikar.
Sizi mənim inzibatçılıq statusumlə bağlı keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm. — Wealszy (müzakirə) 10:59, 27 aprel 2023 (UTC) Cavabla

Dəvət redaktə

Salam. Mənim idariçiliyimə aid burada keçirilən səsvermədə sizi iştirak etməyə dəvət edirəm. Moses 15:19, 27 aprel 2023 (UTC)Cavabla

Rəy redaktə

salam hörmətli həmkar. rəyiniz üçün təşəkkürlər, ancaq mövzu ilə əlaqəli olmadığı üçün buradan yazıram. ödənişli redaktorluq kimi görünən redaktələr deyəndə nəyi nəzərdə tutmusunuz? oxuyanda birmənalı olaraq qarşılamadım, fərqli fikirlər yaradır ağılda. misal üçün mənim özüm belə şübhələndim :D Atakhanli (müzakirə) 10:12, 28 aprel 2023 (UTC)Cavabla

Salam həmkar. İttiham kimi qəbul etməyə ehtiyac yoxdu. Sadəcə "və bu arada vikidən kimsə mənim şəxsi məlumatlarımı paylaşıb, mənə tez-tez zənglər olunur. vikidə hansısa məqalə bir az gec açılanda belə günahı məndən bilirlər" cümləsi o təəssüratı yaradıb. Bikar Orxan (müzakirə) 13:48, 28 aprel 2023 (UTC)Cavabla
@Bikar Orxan əslində isə ittiham kimi görünür və kənardan çaşqınlıq yarada bilər. hətta deyərdim ki, Siz açıqlama yazmasaydınız mən bunu məni belə şeydə ittiham etməyiniz kimi hesab edib mənə qarşı hörmətsizlik kimi qəbul edərdim. açığı bu rəy məndə xoş təəssürat da yaratmadı)) görünən o ki, əlavə izaha ehtiyac var. əslində o fikir bunun tam əksi üçün yazılıb :) həmin ərəfələrdə vikidə baş verən hadisələrə görə şəxsi əlaqə nömrəm ilə mənimlə əlaqə saxlanılıb dəfələrlə təhdid ilə qarşılaşmışam. (hətta məni şikayət belə ediblər))). hətta bir-iki məsələ olub ki, məsələ o qədər böyüyüb ki, bu mənə çox ciddi problemlər yaradıb. (bunu buradan bəzi istifadəçilər də şahidi olub) həmin mövzuları açıb-tökmək istəmirəm. həmin cümləni də ona görə yazmışdım ki, vikidə hər hansı problem yaşanan kimi mənim əlaqə saxlanılıb məni günahlandırırlar. ümid edirəm ki, fikrimi izah edə bildim :) lütfən rəyiniz ittiham kimi görünməsin deyə rəyinizə uyğun dəyişiklik edin və ya belə düşüncəniz varsa əsaslandırın. uğurlar. Atakhanli (müzakirə) 14:33, 28 aprel 2023 (UTC)Cavabla
Səsvermədə iştirak edənlərin mövzudan xəbərdar olduğunu düşünüb yazmışdım. Aydın olmadığını düşündüyünüzə görə dəyişiklik etdim. Ümid edirəm inzibatçı seçildikdən sonra zənglərin sayı artmaz). Uğurlar! Bikar Orxan (müzakirə) 14:41, 28 aprel 2023 (UTC)Cavabla

səhifə addəyişdiricisi və fayl addəyişdiricisi hüququ redaktə

salam hörmətli həmkar. son dönəmlərdə Sizə səhifə addəyişdirici hüququnun tez-tez lazım olduğunu görürəm. Sizin vikidəki fəaliyyətinizi, təcrübənizi nəzərə alaraq işinizdəki operativliyi axsatmamaq üçün Sizə səhifə addəyişdiricisi və fayl addəyişdiricisi hüququ verdim. fəaliyyətinizdə uğurlar diləyirəm. Atakhanli (müzakirə) 23:21, 20 may 2023 (UTC)Cavabla

Təşəkkürlər! Bikar Orxan (müzakirə) 06:47, 21 may 2023 (UTC)Cavabla

Müzakirə redaktə

Salam sizin emailinizə wikipedia ilə bağlı sual ünvanlamışam. Wikifounded (müzakirə) 06:17, 26 may 2023 (UTC)Cavabla

Salam. Şəxsi məsələ deyilsə burda da soruşa bilərsiniz. Bikar Orxan (müzakirə) 06:24, 26 may 2023 (UTC)Cavabla
Ümumi məlumatlar almaq istərdim qısada olsa sadəcə burada müzakirə etmək çoxda rahat deyil ElxanQəniyev (müzakirə) 07:15, 26 may 2023 (UTC)Cavabla
Vikipediya qaydaları ilə tanış olun, hər hansı sualınız olsa cavablandırarıq. Ən əsas da Vikipediya:Stil kitabçası, Vikipediya:Ensiklopedik əhəmiyyətlilik (şəxslər). Bikar Orxan (müzakirə) 10:17, 26 may 2023 (UTC)Cavabla

Arxivləşdirmə redaktə

Salam, həmkar. VP:ADM'da arxivləşdirmə apararkən tarixi düzəldib sonra aparın. — Wealszy (müzakirə) 05:34, 27 may 2023 (UTC)Cavabla

Avtomatik əlavə olunmaması pisdir bu və digər göstəricilərin. Çalışacam, bu barədə texniki dəstək alım. Hörmətlə, Gadir (müzakirə) 05:51, 27 may 2023 (UTC)Cavabla
Məncə də yaxşı deyil. İşi çətinləşdirir. — Wealszy (müzakirə) 05:53, 27 may 2023 (UTC)Cavabla
Salam həmkar, nəyi düzəldməli olduğumu başa düşə bilmədim. Bikar Orxan (müzakirə) 07:27, 27 may 2023 (UTC)Cavabla
Müraciət zamanı LOCALDAY2 LOCALMONTH LOCALYEAR sahələri olur həmin sahələri silib müraciət edilən tarixi əlavə etmək lazımdır. — Wealszy (müzakirə) 07:35, 27 may 2023 (UTC)Cavabla
düzəltdim, avtomatik sistemin olmaması üzücü haldır. Bikar Orxan (müzakirə) 07:56, 27 may 2023 (UTC)Cavabla

Qlobal addəyişdirici hüququ redaktə

Salam, həmkar. Metada qlobal addəyişdirici hüququ üçün müraciət etmişəm. Əsasən təcrübəli bir istifadəçi kimi lokaldakı müraciətlərə operativ şəkildə baxa bilərəm. Lakin oradakı istifadəçilər Az Vikidəki son məsələlər və yaxın vaxtdakı bir çox blok səbəbi ilə bağlı icmanın fəaliyyətim barədə fikirlərini öyrənmək istəyirlər. Düşünürəm ki, bu qərara müsbət təsir edə bilər. Səsvermədə iştirak edərək mənə etimad edirsinizsə, bunu qeyd etməyinizi və ya əksini bildirməyinizi xahiş edirəm. Buradan keçid edə bilərsiniz. Hörmətlə, Gadir (müzakirə) 10:21, 29 may 2023 (UTC)Cavabla

Salam. Lokaldakı müzakirələrdən xəbər tutmaq olur, metadakı müraciətin yazmasaıydınız xəbər tutmuyacağdım. İstənilən hüquqa malik istifadəçilərin sayının artırılmasına tərəfdar olduğuma görə müsbət qiymətləndirirəm. Amma inanmıram ki, bu hüququ ala biləsiniz. Ümid eliyirəm ki, mənim addəyişmə müraciətimə baxılmamasının ciddi səbəbi var. Bikar Orxan (müzakirə) 10:38, 29 may 2023 (UTC)Cavabla
Mənə etimad göstərdiyiniz üçün təşəkkür edirəm. Əslində məlum məsələlər baş verməmiş olsaydı, belə bir ehtimal olmazdı deyə düşünürəm. Amma yenə də icmanın mənə etibar edib-etmədiyini bilmək istədilər. Mən də fikirlərinizi öyrənmək istədim. Diqqətiniz üçün təşəkkür edirəm. Gadir (müzakirə) 10:43, 29 may 2023 (UTC)Cavabla

Səhifənin adının dəyişdirilməsi ilə bağlı redaktə

Salam həmkar, səhifənin adını dəyişən zaman köhnə ada olan keçidləri yeni adlı məqaləyə əvəz edərək köhnə adlı məqaləyə sil şablonu qoymağı nəzərə alın lütfən. — Wealszy (müzakirə) 18:07, 29 may 2023 (UTC)Cavabla

nəzərə alaram .Bikar Orxan (müzakirə) 18:33, 29 may 2023 (UTC)Cavabla
Bunu sadəcə köhnə ad silinməlidirsə, edin. İstiqamətləndirmə kimi qalmasında problem yoxdursa, saxlayın. Hörmətlə, Gadir (müzakirə) 04:22, 30 may 2023 (UTC)Cavabla

Sil şablonu redaktə

Salam. Bu redaktənizə əsasən yazıram. Məlumat üçün nəzərinizə çatdırdım ki, IP ünvanlarının səhifələrində müzakirə aparıla bilər, əlbəttə ki, Vikipediya ilə bağlı müzakirədən söhbət gedir. Digər hallarda sil şablonu yerləşdirə bilərsiniz. Hörmətlə, Gadir (müzakirə) 20:09, 29 aprel 2023 (UTC)Cavabla

Ölkəmizdə standart ip ünvanlarının statik olmadığına görə, başqa istifadəçinin wikipediyaya daxil olub o müzakirəyə qoşulma ehtimalı daha çoxdur. Səhifənin silinib-silinməməmsinə qərar veriləndən sonra müzakirəni davam etdirə bilərik. Bikar Orxan (müzakirə) 20:17, 29 aprel 2023 (UTC)Cavabla
IP səhifələrində belə bir məlumatlandırıcı ətraflı qeyd də olur: Bu səhifə qeydiyyatdan keçməmiş və ya daxil olmamış anonim istifadəçiyə aid müzakirə səhifəsidir. Ona görə bu istifadəçini rəqəmlərdən ibarət IP ünvanı ilə müəyyən etmək məcburiyyətindəyik. Belə IP ünvan bir neçə fərd tərəfindən istifadədə ola bilər. Əgər siz anonim istifadəçisinizsə və bu mesajın sizə aid olmadığını düşünürsünüzsə, onda qeydiyyatdan keçin və ya daxil olun ki, digər anonim istifadəçilərlə qarışıqlıq yaşamayasınız. Gadir (müzakirə) 20:31, 29 aprel 2023 (UTC)Cavabla
Anonim istifadəçilərin qaydalara biganəliyini görürük. Bu isə tövsiyyə xarakterlidi. Bu cür məlumatlandırıcı səhifə olduğu halda qalmasını rəva görürəm. Onun üçün də avtomatik əlavə edən bot lazımdı. Bikar Orxan (müzakirə) 20:45, 29 aprel 2023 (UTC)Cavabla
@NMW03, fikirləriniz maraqlıdır. Gadir (müzakirə) 20:32, 17 may 2023 (UTC)Cavabla
Əslində həmin şablonu Vikipediya:Huggle vasitəsilə əlavə etmişdim NMW03 (müzakirə) 20:42, 17 may 2023 (UTC)Cavabla
O hansı şablondur ki? Müzakirə səhifəsinə ancaq məzmunu əlavə etmisiniz. Gadir (müzakirə) 20:48, 17 may 2023 (UTC)Cavabla

Mükafatlar redaktə

Salam. Sizə verilən mükafatları istifadəçi səhifənizə və ya xüsusi alt səhifə açaraq ora yerləşdirə bilərsiniz. 10k redaktə sayı ilə bağlı sizi təbrik edirəm! :) {{AzViki10000}} şablonunu da istifadəçi səhifənizə yerləşdirə bilərsiniz. Hörmətlə, Gadir (müzakirə) 16:35, 13 iyul 2023 (UTC)Cavabla

10000 redaktəsi olmayan mən: 🙄
Yenə də təşəkkürlər Bikar Orxan (müzakirə) 16:41, 13 iyul 2023 (UTC)Cavabla
Bir şey qalmayıb, bu günə tamamlayarsan.)) Uğurlar. Gadir (müzakirə) 16:43, 13 iyul 2023 (UTC)Cavabla


İş gedir şablonu olan səhifələr redaktə

Salam, həmkar. Bu kateqoriyadakı səhifələrlə maraqlandığınız üçün təşəkkür edirəm. Məlumat üçün qeyd edirəm ki, istifadəçi səhifələrində bu şablonu görsəniz, silə bilərsiniz. Həmçinin orada səhifələr üçün olan kateqoriyalar var isə, onları da önünə nöqtə əlavə edin ki, kateqoriyaya düşməsin. Təşəkkürlər. Gadir (müzakirə) 21:51, 24 iyul 2023 (UTC)Cavabla

Gördükcə düzəldməyə çalışıram. Bikar Orxan (müzakirə) 21:53, 24 iyul 2023 (UTC)Cavabla

İstifadəçi adı və imza redaktə

Salam. Yeni istifadəçi adınızı təbrik edirəm. Məlumat verim ki, imzalarınız hələ də köhnə adınıza bağlıdır. Gadir (müzakirə) 17:51, 29 iyul 2023 (UTC)Cavabla

Təşəkkürlər, onsuz köhnə səhifə silinmir, imzanı düzəltdim. Bikar müzakirə 18:00, 29 iyul 2023 (UTC)Cavabla


Salam. Sizi Vikipediya:Qiymətləndirmə/Yaxşı məqalələr səhifəsindəki məqalələrə səsverməyə dəvət edirəm.— Baskervill (müzakirə) 07:09, 4 avqust 2023 (UTC)Cavabla

Düymə redaktə

Səhifəmdəki düymələrlə bağlı kömək lazımdı :D Nə qədər əlləşdim, olmadı. Düymələri alta-alta etmək istəyirdim, pis görünür belədə. Gadir (müzakirə) 10:35, 15 avqust 2023 (UTC)Cavabla

İşliyirsə dəymə) Belə lazım idi? — Bikar müzakirə 10:58, 15 avqust 2023 (UTC)Cavabla
Tam olmasa da, nisbətən yaxşıdı. Təşəkkürlər  Təşəkkürlər! Gadir (müzakirə) 11:03, 15 avqust 2023 (UTC)Cavabla


Abunəlik redaktə

Abunə olduğumuz mövzuların siyahısını haradan görə bilərik? Gadir (müzakirə) 23:33, 21 avqust 2023 (UTC)Cavabla

Elə siyahı olduğuna inanmıram. — Bikar müzakirə 07:23, 22 avqust 2023 (UTC)Cavabla
Vardı, xatırlayırdım. Buyur, sən də istifadə edirsən, qeyd et bir yerə, lazımın olar. Gadirmüzakirə 10:58, 23 avqust 2023 (UTC)Cavabla

Sil şablonu redaktə

Salam, zəhmət olmasa sil şablonundan istifadə edərkən səbəb də qeyd edin. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 20:11, 23 avqust 2023 (UTC)Cavabla

Tərcümə redaktə

Salam. "Urban street dance and music" — "Şəhərlinin küçə rəqsi və musiqisi" formasında tərcümə etdim. Səncə, "Şəhərli-küçə" yoxsa hazırkı versiya? Alternativ variantın varsa da qeyd edə bilərsən. Gadirmüzakirə 17:57, 25 avqust 2023 (UTC)Cavabla

Qoy qalıb, kimin xoşuna gəlməsə dəyişər. — Bikar müzakirə 18:07, 25 avqust 2023 (UTC)Cavabla
Mümkün versiyadı.) Gadirmüzakirə 18:12, 25 avqust 2023 (UTC)Cavabla

Blok redaktə

Xüsusi:Fəaliyyətlər/82.194.26.214Bikar müzakirə 18:25, 4 oktyabr 2023 (UTC)Cavabla

Hə YSalam. Qeydiniz üçün təşəkkür edirəm. İstifadəçi bloklandı. --Babək Akifoğlu (müzakirə) 18:30, 4 oktyabr 2023 (UTC)Cavabla

Təşəkkür redaktə

salam həmkar. vandalizmlə aktiv mübarizəniz üçün təşəkkür edirəm. siz olmasanız ciddi boşluq çəkəcək viki. ümid edirəm sizi də küsdürməzlər buradan :) Atakhanli (müzakirə) 19:01, 6 noyabr 2023 (UTC)Cavabla

moodBikar müzakirə 19:46, 6 noyabr 2023 (UTC)Cavabla

İnzibatçılıq redaktə

salam. Necəsiniz? Hər vaxtınız xeyir. Ümid edirəm ki, işləriniz yaxşı gedir. Sız soruşmaq istəyirəm. İnzibatçı olmaqda marağınız var? Olduqca fəalsınız və qaydalardan kənar münasibət görməmişəm sizdə (olubsa da, gözümdən qaçıb). --► Hörmətlə: SolaVirum 15:22, 17 noyabr 2023 (UTC)Cavabla

Salam. Yaxşı olasız. İndiki vəziyyətdə inanmıram inzibatçı seçiləm. Bir tərəfdən də siz(müraciət forması yox, cəm formasında) təklif eliyirsiz. Okey, "bir nəfər"in SNS-i qutarandan sonra namizəd göstərilməyə etiraz etmərəm.— Bikar müzakirə 15:32, 17 noyabr 2023 (UTC)Cavabla


İnzibatçı namizədliyi redaktə

Salam hörmətli Bikar, Azvikidə aktiv və tərəfsiz fəaliyyətinizə görə sizin inzibatçılığa namizədliyinizi vermək istəyirəm. Əgər razısızsa indi başlada bilərəm səsverməni. Turkmen müzakirə 09:53, 19 dekabr 2023 (UTC)Cavabla

Salam həmkar, olsun. Əslində digər inzibatçıların "say" fikrinə görə narahatam. — Bikar müzakirə 10:30, 19 dekabr 2023 (UTC)Cavabla
Necəki? Say məsələsində nə qədər çoxluq olarsa, işlər də asanlaşar. Azvikinin adminləri statistika baxımından bir çox layihəyə baxanda daha çox çalışırlar. Turkmen müzakirə 10:41, 19 dekabr 2023 (UTC)Cavabla
Məncə də çox olsa yaxşı olar, amma "200 min məqaləmiz var, 16 inzibatçı çoxdu" fikri də ortada var.— Bikar müzakirə 10:45, 19 dekabr 2023 (UTC)Cavabla
Məqalə sayının inzibatçı nisbətinə aidiyyatı yoxdur axı. Burada istifadəçilərin fəaliyyəti kateqoriyalara bölünür, hamının maraqlı olduğu sahələr var. İnzibatçı məqalə də yarada bilər, şablon da, modul da. Bu onun inzibatçı işlərini də görməsinin qarşısını almamalıdır. İnzibatçılıq vəzifə olsa bəlkə bu sitatı istifadə etmək olar. Bu hüquq sadəcə xüsusi icazələrdir ki, istifadəçilərə etimad olunur və verilir ki, layihəyə daha çox töhfə versinlər. Turkmen müzakirə 10:50, 19 dekabr 2023 (UTC)Cavabla
Bu mövzuda fikir ayrılığımız yoxdu. Amma keçmiş səsvermələrə baxsaz inzibatçı sayı barədə qeydləri görə bilərsiz.— Bikar müzakirə 10:54, 19 dekabr 2023 (UTC)Cavabla
Narahatlığınız seçilməməkdir? Turkmen müzakirə 10:56, 19 dekabr 2023 (UTC)Cavabla
Bu gün seçilməməklə bağlı narahatlığım yoxdu, sabah "inzibatçı sayımız çoxdu, ona görə belə olur" fikrinə tuş gəlməkdən narahatam.— Bikar müzakirə 11:01, 19 dekabr 2023 (UTC)Cavabla
Tamam, bildim. Ozaman bu cavabınızı "yox" kimi başa düşürəm. Turkmen müzakirə 11:04, 19 dekabr 2023 (UTC)Cavabla
1-2 ay da gözləyək.— Bikar müzakirə 11:08, 19 dekabr 2023 (UTC)Cavabla

Maşın Tərcüməsi haqqında redaktə

Salam mənim maşın tərcüməm haqda yazmaq istədim,öz düşüncüəmə görə yazıram səhv edirəmsə düzəldin.Məqalə yaradaraq töhfə verməkdir niyyətim və 50 məqalədə tutalım hər birində 2-3 cümlə yalnış olarsa fikrimcə normaldır çünki bir dili təmiz bilə bilmərəm yəni əgər səhvim varsa zəhtmə olmazsa bildirin vəya sosial şəbəkə hesabınız varsa komanda olaraq sizdən məsləhət alaraq vəya tərcümə köməyi alaraq əlavələr edə bilərəm.
Yenədə qeyd edirəm mən məqalə yaratmaqda hər-hansı niyyətim vəya güdərim yoxdur sadəcə özümdə oxuya-oxuya nəqədr şey öyrəndim burda,mənim fikrimcə qaydaları tam oxumadan deyirəm əksik amma faydalı məqalələrdə bir olub əlavələr etsək insanlara daha çox faydamız olar.
Hörmətlə ꧁𓊈𒆜🅲🅾Ş🆀🆄🅽𒆜𓊉꧂ (müzakirə) 10:15, 28 dekabr 2023 (UTC)Cavabla

Ortada hər hansı güdərin olmamağı aydındı. Bura azərbaycan vikipediyadı, səhv tərcümə olunmuş məqalədənsə, məqalənin heç olmamağını üstün tuturuq. Əgər azərbaycanca ana diliniz deyilsə, başqa dil bilirsizsə, azərbaycanca olan məqalələri həmin dilə tərcümə edib yenə də vikiyə fayda verə bilərsiz.— Bikar müzakirə 10:25, 28 dekabr 2023 (UTC)Cavabla
Yəni mən yeniyəm tərcümədə yalnışlıq vəya heçbir əlavə olmaması əvəzinə birlik olub töhfə verməyin nəyi pisdir?siz olmayın başqa dil biliyi olan olsun birlik olub əlavələr edək.
Həftəyə hər insan 1 tam məqalə əlavə etsə hansı nəticələrə gələrik sizdə bilirsiniz. ꧁𓊈𒆜🅲🅾Ş🆀🆄🅽𒆜𓊉꧂ (müzakirə) 10:28, 28 dekabr 2023 (UTC)Cavabla
Azdilli vikipediyada o qədər aktiv istifadəçi yoxdu ki, məqalələri düzəltsin. Mənim də o qədər vaxtım yoxdu. Məqalənin maşın təcüməsi olduğunu başa düşmək üçün tamamını oxumağa da ehtiyac yoxdu. Lap həftəyə bir insan bir məqalə əlavə etsin, söz yığını olduqdan sonra mənası yoxdu.— Bikar müzakirə 10:31, 28 dekabr 2023 (UTC)Cavabla
Bəs məqalə olmasa vəya bura təşviq etməsək necə gələcəklər.Belə itici olmaq yerinə yardımçı olmaq daha yaxşıdır əgər hər-hansı vaxtdan gedirsə söhbət yəni ortaq bir iş vəya yardımlaşmadan kənar çəkilirsinizsə mənim edəcəyim heçnə yoxdur mən yaratmağa davam edəcəm sizdə bu işlə bağlı nəsə edəcəksinizsə buyurun edin. ꧁𓊈𒆜🅲🅾Ş🆀🆄🅽𒆜𓊉꧂ (müzakirə) 10:34, 28 dekabr 2023 (UTC)Cavabla
"Bikar/Arxiv 2023" istifadəçi səhifəsinə qayıt.

Saytda 44 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024