İstifadəçi müzakirəsi:Dr.Wiki54 Haqqinda Melumat - Vikipedia

İstifadəçi müzakirəsi:Dr.Wiki54 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Hörmətli istifadəçi! Xahiş olunur sualınızı/mesajınızı aşağıya qeyd edin. İstifadəçi ən qısa zamanda mesajınıza cavab yazmağa cəhd edəcəkdir!

Azərbaycan Milli Məclisinin üzvü redaktə

salam bəy. Azərbaycan Milli Məclisinin üzvü dedikdə millət vəkili nəzərdə tutulur? ya ayrı şeydir? məlumatsızam, dəqiqləşdirmək istəyirəm. üzürlü sayın Atakhanli (müzakirə) 00:50, 9 yanvar 2024 (UTC)Cavabla

Salam, @Atakhanli bəy. Eyni ifadədir. Bu biraz imgilis dilindəki "Member of the Parliament"="MP" ifadəsinin qarşılığıdır. Siz hansı situasiya üçün soruşurdunuz? - Dr.Wiki54 (müzakirə) 04:41, 9 yanvar 2024 (UTC)Cavabla
təşəkkürlər, elə bu lazım idi Atakhanli (müzakirə) 07:41, 9 yanvar 2024 (UTC)Cavabla

Azərbaycan Respublikası Müdafiə Şurası redaktə

salam hörmətli həmkar. Azərbaycan hökuməti şablonunda Azərbaycan Respublikası Müdafiə Şurası-nı gördüm, hansı ki, məqaləsi yoxdur. bildiyiniz kimi, Şura yaradılıb və qısa müddətdən sonra da ləğv olunub. mən təklif edirəm ki, uyğun bir məqalədə misal elə Azərbaycan Hökuməti məqaləsində və ya dövlət quruluşu tipli məqalədə Azərbaycan Respublikası Müdafiə Şurası başlığı ilə kiçik məlumat verilsin və şablondakı həmin o başlıq qırmızı keçid kimi qalmaq yerinə, elə həmin başlığa yönləndirmə etsin. Atakhanli (müzakirə) 06:07, 30 yanvar 2024 (UTC)Cavabla

@Atakhanli Salam. Ay sonunda məqaləsini yaradaram. - Dr.Wiki54 (müzakirə) 06:36, 30 yanvar 2024 (UTC)Cavabla

1-ci çağırış SSRİ Ali Sovetinin deputatları redaktə

salam həmkar. Sizi yenidən narahat edirəm :) Siz bu mövzuda daha təcrübəlisiniz deyə Sizə müraciət etdim. mənə 1-ci çağırış SSRİ Ali Sovetinin deputatları barədə onlayn əlçatan pdf və ya mənbə lazımdır. əslində mən Yəhya Hüseynov barədə məqaləni genişləndirmək istəyirdim. açığı bir neçə mənbəyə baxdım, amma ciddi bir şey tapmadım. hamısında sadəcə 2-3 cümlə qeyd olunub. heç olmaya real və keyfiyyətli fotosunu tapsaq məqaləsinə yükləyərdik. mənim ruscam elə də yaxşı səviyyədə deyil, mütləq ki, var, mən sadəcə bəlkə də düzgün yerlərdə axtarmamışam. amma rus vikisinə də nəzər yetirdim, tapa bilmədim istinadlardan əlçatan mənbə. Atakhanli (müzakirə) 12:49, 30 yanvar 2024 (UTC)Cavabla

@Atakhanli, salam, narahatlıq deyil, xoşdur, mən AzSSR ilə bağlı kömək edə bilərəm. SSRİ ilə bağlı isə @Toghrul R bəy bəlkə kömək edə bilər. - Dr.Wiki54 (müzakirə) 20:37, 31 yanvar 2024 (UTC)Cavabla

Ağ Partiya və Vəhdət Partiyası haqqında redaktə

Salam.

Ağ PartiyaVəhdət Partiyası İslamçı partiyalar deyil.

Azərbaycanda dini partiyaların yaradılması qanunla qadağandır və onların fəaliyyəti də qadağandır.

Azərbaycanda İslamçılığa və İslamçı təşkilatlara qarşı sıfır dözümlülük siyasəti yürüdülür və onların fəaliyyətinə qətiyyən dözümlülük göstərilmir.

Azərbaycanda dini təmayüllü siyasi partiya yaradılmasına qadağa qoyulur

Azerbaycan Respublikası Siyasi partiyalar haqqında qanun

Hörmətlə, 31.200.17.54 11:02, 22 fevral 2024 (UTC)Cavabla

Salam. Qanunda "dini ekstremitzm" nəzərdə tutulur və yazılıb. İslamçılıq qadağandır yazılmayıb. Ağ Partiyanın Proqramında islamçı olduğu açıq-aşkar yazılır. Məsələn; "islam ümməti ilə birliyin təmin edilməsi". Dr.Wiki54 (müzakirə) 11:43, 22 fevral 2024 (UTC)Cavabla
Salam.
Partiya proqramı İslam teokratiyasını və ya şəriəti müdafiə etmir və təklif etmir və buna görə də "İslamçı" partiya deyil.
Əgər belə olsaydı, partiya Ali Məhkəmə tərəfindən qeyri-qanuni elan edilərək bağlanardı.
Hörmətlə, 31.200.17.54 13:12, 22 fevral 2024 (UTC)Cavabla
İslamçı partiya olmaq şəriəti mütləq şəkildə müdafiə etmək deyil. Məsələn: Ədalət və İnkişaf Partiyası islamçı partiyadır, amma şəriəti müdafiə etmir. Partiya özünü necə ifadə edirsə, elə də kateqoriyalanır. İfadələr nə qədər icra olunur, bu müzakirə mövzusu deyil. Azərbaycan İslam Partiyası isə terror və vətənə xəyanət iddiaları ilə bağlanıb. - Dr.Wiki54 (müzakirə) 19:39, 26 fevral 2024 (UTC)Cavabla

Daxil olduğunuz istifadəçi qrupuna əlavələr haqqında məlumat redaktə

 
Nümunə

Bu mesaj standart olaraq "addəyişdirici qrupu"na daxil olan istifadəçilərə göndərilir.

Salam hörmətli Dr.Wiki54. Daxil olduğunuz səhifəfayl addəyişdiriciləri qrupuna yeni texniki icazə (suppressredirect) daxil edildi. Belə ki, yanlış adlandırma və digər hallarda, istiqamətləndirmə qoymadan, yəni keçmiş adı silərək (nümunə şəkildə) addəyişmə edə biləcəksiniz.

Xoş vikilər! Turkmen müzakirə 11:34, 13 mart 2024 (UTC)Cavabla


Saytda 81 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024