İstifadəçi müzakirəsi:Eminn/Arxiv 2017 Haqqinda Melumat - Vikipedia

İstifadəçi müzakirəsi:Eminn/Arxiv 2017 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İstifadəçi müzakirəsi:Eminn/Arxiv 2017

Ən son rəy:6 il öncə, Samral tərəfindən "Marka Film və Ruslar Vadisi" mövzusunda

Руфят Дадашов redaktə

Лязги олдугуна бир нормал субут вар? — Bu imzasız yazı Azeri 73 (mt) adlı istifadəçi tərəfindən əlavə edilib;

Səsvermə redaktə

Salam. Sizi mənim idarəçilik statusum ilə bağlı səsvermədə iştirak etməyə dəvət edirəm. --Aabdullayev851 (müzakirə) 18:56, 31 yanvar 2017 (UTC)Cavabla

Vikipediyaçıların növbəti görüşü redaktə

10 mart 18:30 tarixində vikipediyaçıların növbəti görüşü planlaşdırılıb. Belə ki, AMEA Mərkəzi Elmi Kitabxanasında aktiv vikipediyaçıların və mövzulu ayın qaliblərinin görüşü və mükafatlandırılması tədbiri keçiriləcək. Görüşdə vikipediya ilə bağlı olan problemlər, istifadəçilərin təklifləri və digər zəruri məsələlər müzakirə olunacaq. Görüşün təşkilində əsas məsələlərdən biri də Azərbaycan Milli Ensiklopediyasının elektron formatda vikipediyaçılara təqdim olunmasıdır. Yəni arzu edən şəxslərə həmin ensiklopediya göndəriləcəkdir. İştirak etmək istəyən şəxslər 18:00-da AMEA Mərkəzi Elmi Kitabxanasına dəvət olunur. Giriş sərbəstdir. Ünvan: Elmlər Akademiyası metrosunun BDU tərəfdən olan çıxışı.--samral müzakirə 15:26, 9 mart 2017 (UTC)Cavabla

Emin bəy Salam. Tərəfimizdən Xuraman Canıbəyova barəsində yerləşdirilmiş məqalə Sizin tərəfinizdən silinmişdir. Bunun səbəbini nə ilə izah edirsiniz? Hörmətlə, Zeyneb İbrahimli

Səsvermə redaktə

Salam. Sizi mənim idarəçilik statusum ilə bağlı keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm.--Azerifactory (müzakirə) 03:24, 4 iyun 2017 (UTC)Cavabla


Dəvətnamə redaktə

 
Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatlarının siyahısı
Salam, hörmətli həmkar! Sizi laboratoriya səhifəsində Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatlarının haqqında hazırlanan siyahıyə səs verməyə dəvət edirəm. --Azərbaycan-e-Cənubi 03:33, 8 avqust 2017 (UTC)Cavabla

Dəvətnamə redaktə

 
Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatlarının siyahısı
Salam, hörmətli həmkar! Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatlarının siyahısının "Seçilmiş siyahı" statusu alması üçün bu səhifəsində keçirilən səsvermədə sizin də iştirak etməyinizi xahiş edirəm. --Azərbaycan-e-Cənubi 14:01, 23 avqust 2017 (UTC)Cavabla

Seçilmiş məqalə statusunun geri alınması redaktə

Salam həmkar, mən Seçilmiş məqalələr arasında təmizlik işi aparıram və aşağıda yazılan məqalələr SM-ın standartlarına cavab vermir. Ona görə də xahiş edirəm səsvermədə iştirak edəsiz. Siyahı aşağıda göstərilib

Hörmətlə --Azerifactory (müzakirə) 07:28, 7 sentyabr 2017 (UTC)Cavabla

İdarəçi seçkisi redaktə

 
İDARƏÇİ SEÇKİSİ
Salam!
Sizi mənim Vikipediyada idarəçi seçilməyim ilə bağlı keçirilən səsverməyə dəvət edirəm. Hörmətlə --Drabdullayev17 (müzakirə) 07:18, 1 oktyabr 2017 (UTC) Cavabla

İdarəçi seçkisi redaktə

 
İDARƏÇİ SEÇKİSİ
Salam!
Sizi mənim Vikipediyada idarəçi seçilməyim ilə bağlı keçirilən səsverməyə dəvət edirəm. Hörmətlə --Azerifactory (müzakirə) 21:10, 2 oktyabr 2017 (UTC) Cavabla


Vikipediya:Silinməyə namizəd səhifələr redaktə

Salam, Eldarado. Müzakirələrdə təcrübəsindən asılı olmayaraq istifadəçilərin fikirlərinin üzərindən xətt çəkmək olmaz. Vikipediya:Silinməyə namizəd səhifələr müzakirələr üçündür, səsvermə keçirilsə idi, bunu etmək olardı. Sadəcə yekunlaşdıranda daha əsaslı fikirləri nəzərə almaq lazımdır. Ona görə bu redaktənizi geri qaytarmışam.--Emin ismarıc 14:19, 8 noyabr 2017 (UTC)Cavabla

Salam Eminn, Aydındı, təşəkkür edirəm məlumat üçün. --eldarado 18:24, 8 noyabr 2017 (UTC)Cavabla
Bu arada, Silinməyə namizəd səhifəsinə məqalə təqdim edərkən zəhəmət olmasa {{Silinməyə namizəd}} şablonunu həmin məqaləyə əlavə etməyi unutmayın. --eldarado 07:41, 9 noyabr 2017 (UTC)Cavabla
Oldu!--Emin ismarıc 14:36, 10 noyabr 2017 (UTC)Cavabla

SNS redaktə

Hörmətli Eminn bəy, axşamınız xeyir olsun. Zəhmət olmasa Səhifə silmə kriteriyalarındakı Silinməyə namizəd olan məqalələrdə nəzərə alınmalı məqamlar başlığında qeyd olunan "Silinməyə namizəd məqalələr səhifəsinə bir gündə maksimum 5 məqalənin silinməsi ilə bağlı təklif vermək olar. 5-dən artıq məqalənin silinməsi haqqında təklif yalnız eyni tipli məqalələr haqqında ümumi qərar qəbul edildikdə mümkündür." cümləsinə əməl edəsiniz. Hörmətlə --eldarado 20:19, 11 noyabr 2017 (UTC)Cavabla

Eldar, Səhifə silmə kriteriyaları qəbul edilməmiş prinsipdir. Arbitraj komitəsi kimi o qanun da işlək deyil. 5 məqalə limiti, ümumiyyətlə, absurd bir şərtdir.--Emin ismarıc 15:07, 13 noyabr 2017 (UTC)Cavabla

Sual redaktə

Salam. Sizə bir sualım olacaq. Anonim istifadəçilər, silinməyə namizəd səhifəsinə məqalə təqdim edə bilər? Sağolun. Hörmətlə 46.22.230.245 07:30, 25 noyabr 2017 (UTC)Cavabla

Salam, əlbəttə, əgər hansısa məqaləni qeyri-ensiklopedik hesab edirsinizsə və əsaslandıra biləcəksinizsə, təqdim edə bilərsiniz. Burda məhdudiyyət qoyulmur.--Emin ismarıc 07:39, 25 noyabr 2017 (UTC)Cavabla


Salam Eminn bəy. Şair Osman Fərmanoğlunun vikipediya səhifəsi qeyri ensklopedik hesab olunaraq siz tərəfdən silinib. Buna əsas var idimi? Şairlərin dəhifəsini yaratmaq mümknsüzmü? Siz təzədən yaraatmağa kömək edə bilərsinizmi?

İP-nin məqalələri redaktə

Emin salam. 85.100.42.44 istifadəçi Uannis-in kuklası idi. Bu, uzaq 2009-cu ildə baş verən hadisələrdir :) Uannisi qeyri-müəyyən müddətə blokladıq, kuklaları ondan sonra bu cür oyunlar çıxardı. İndiki Aydın Məmmədov probleminin bir başqa təzahürü idi. Fərq ondadı ki, o bloklanandan sonra çox sayda qeyri-ensiklopedik məqalələr yaratdı və buranı bir növ "zibillədi", bu biri əsasən söyüş söyməyə başlayır, sonra təzə hesab açıb şablonları redaktə edir, sonra yenə söyür :) Uannisin kuklaları əsasən saytlardan bura copy-past edirdilər. Çoxsunu silmişdim, indi baxıram ki, hələ xeylisi də qalıb. O İP-nin qeyri-ensiklopedik məqalələrini tək-tək yox, siyahı şəklində silinməyə çıxarmaq lazımdı. Yəni fəaliyyətini təftiş eləmək gərəkdi. --Sortilegus (müzakirə) 19:19, 25 noyabr 2017 (UTC)Cavabla

Sortilegus, axşamınız xeyir. Müzakirə səhifəmdə uzun müddətdən sonra sizdən mesaj qəbul eləmək çox xoşdur :) 2009-cu ildəki o hadisələr yadımdadı, Bahadur adı ilə də fəaliyyət göstərmişdi. Uannisin fəaliyyəti məndən əvvəl olub, bunların onun kuklası olduğu bu ana qədər ağlıma gəlməmişdi. Baxıram, yazdığı mövzuların çoxu ensiklopedikdir amma məqalələrin özü ensiklopedik deyil. Silinməli olduğuna tam əmin olduğum məqalələri çıxarıram müzakirəyə. 85.100.42.44 və Bahadurun yaratdığı təxminən 1500 məqalə var. Ən çox şəxslər haqqında məqalələrə nəzər yetirirəm. Şəxslər haqqında çoxlu lazımsız məqalələr var.--Emin ismarıc 19:29, 25 noyabr 2017 (UTC)Cavabla

Elədi, Bahaduru xatırlatdın, indi yadıma düşdü ki, sən də "Nikolayı taxta görənlərdən"sən :) Kateqoriyalarının demək olar ki, hamısı gərəklidi, məqalələrinin 90%-i qeyri-ensiklopedikdir. Şablonlarının tək-tükü gərəkli idi. Xatırladığım qədəri ilə şablonlarını təftiş etmişdim o vaxt. Məqalələri qədər çoxsaylı deyildi. --Sortilegus (müzakirə) 19:35, 25 noyabr 2017 (UTC)Cavabla
Hə görə-görə gəlmişəm :) Bahadurdan başqa burdakı məqalələrin də çoxu problemlidir. Elə "vikiləşdirmə" şablonu qoyuruq illərlə qalır, hələ görməmişəm ki kimsə elə məqaləni vikiləşdirsin. Xeyli məqalə var burda da. 1000-dən çox məqalənin də kateqoriyası yoxdur. Coğrafiyaçıların məqalələrinin də əksəriyyəti problemlidir.--Emin ismarıc 19:46, 25 noyabr 2017 (UTC)Cavabla
Kateqoriyasızları mən həll edəcəm yavaş-yavaş. Ora "0" idi, AMEA-nın biologiya və coğrafiya bölməsi azvikidə aktivləşəndən sonra 1000-ə çıxdı. Amma oradakı məqalələrin çoxu ensiklopedikdir. Sadəcə təcrübəsiz istifadəçilərin kütləvi şəkildə yaratdıqları məqalələrdi. "Vikiləşəcək" məqalələr problemi isə dərin problemdi. 2-3 təcrübəli istifadəçinin həll edə biləcəyi iş deyil. Orada vikiləşdiriləcək məqalə sayı 4 mindən bir az çoxdu, əslində isə 20 minə yaxındır. Bəlkə də daha çox. Sadəcə çoxuna şablon yerləşdirilməyib.--Sortilegus (müzakirə) 19:58, 25 noyabr 2017 (UTC)Cavabla
Mən bir az kateqoriyasızlara baxmışdım, arada silinəsi məqalələr də olur. Vikiləşdirilməli məqalələrə ən yaxşı çıxış yolu bütün məzmunu silib 2-3 cümlə saxlamaqdı, məncə. Belə çoxu hansısa mənbədən köçürülüb, üstündə işləyib bölmələrə ayırmaq istinad tapmaq mümkünsüz görünür. Birdəfəlik həll eləmək lazımdı, getdikcə problemli məqalələrin sayı artır. Elə məqalələr var 10 il əvvəl yaradılıb "vikiləşdirmə" şablonu qoyulub, elə də qalıb. Təxminən 500 problemli məqalə də burdadır.--Emin ismarıc 20:15, 25 noyabr 2017 (UTC)Cavabla
500-ü də həll etmək olar. Başqa çox sayda belə texniki məsələlər var. Hələlik istifadəsiz fayllar, İstifadəsiz kateqoriyalarİstifadəsiz şablonlar bölmələrini Araz müəllim və Sultan müəllimin köməkliyi ilə "0"-a yaxın səviyyədə saxlaya bilirik. Çoxlu yeni seçilmiş aktiv idarəçilərimiz var. Onlar təcrübə topladıqca ümid edirəm ki, belə texniki problemlərin sayı azalacaq. --Sortilegus (müzakirə) 20:28, 25 noyabr 2017 (UTC)Cavabla
Mən ancaq mənfiləri görürəm deyəsən :) Ümid edirəm həll edə biləcəyik hamısını.--Emin ismarıc 20:31, 25 noyabr 2017 (UTC)Cavabla

Xahiş redaktə

Salam Emin bəy. Mən, dünən silinməyə namizəd səhifəsinə məqalələr əlavə etdim. Amma, Vüsal bəy hamısını sildi, hələdə məni bloкladı. Anonim olsamda, məndə istifadəçiyəm. Bu, nə hörmətsizliкdir? 109.237.122.85 07:39, 26 noyabr 2017 (UTC)Cavabla

Salam. Silinməyə namizəd səhifələr layihəsi mənim öhtəliyimdə deyil. Fəaliyyətinizdən hiss olunur ki, anonim olsa da, təcrübəli istifadəçisiniz. Birbaşa Vüsal bəyə müraciət edib onunla məsələni aydınlaşdırsanız, daha yaxşı olardı. Məqaləni silinməyə namizəd etmək olar, amma hansısa fəaliyyəti olmayan IP-dən edilən belə redaktələr müəyyən qədər şübhəli görünür. Siz qeydiyyatdan keçib fəaliyyətinizi davam etdirsəniz, daha çox etibar qazanarsınız. Məncə, siz özünüz bunu bilirsiniz.--Emin ismarıc 14:39, 26 noyabr 2017 (UTC)Cavabla
Emin bəy, mən 2015-ci ildən etibarən mütamadi olaraq fəaliyyət göstərirəm. Yalnızca, hal-hazırda mənim profilim bloкlanıb. Olar, həmin səhifələri yenidən təqdim edim, SNS-nə? 109.237.122.85 14:44, 26 noyabr 2017 (UTC)Cavabla
Mənim kiməsə icazə vermək və ya qadağan etmək hüququm yoxdur. Sadəcə, Vüsal bəylə məsələni aydınlaşdırsaz, daha yaxşı olar.--Emin ismarıc 14:47, 26 noyabr 2017 (UTC)Cavabla
Onda, eybi yox. Məqalələr qoy qalsın. Bəs, sil şablonu yerləşdirsəm, silinər? Hörmətlə 109.237.122.85 14:49, 26 noyabr 2017 (UTC)Cavabla
Qeyri-ensiklopedikliyininə əmin olduğunuz yeni məqalələrə "sil" şablonu əlavə edin, köhnə məqalələri müzakirəyə çıxarmadan "sil" şablonu əlavə etmək yaxşı hal deyil. Ən yaxşısı müzakirə etməkdir.--Emin ismarıc 15:23, 26 noyabr 2017 (UTC)Cavabla
Emin bəy, sil şablonu yerləşdirdim. Həmin məqalələrə, nəzər sala bilərsiniz? Hörmətlə 109.237.122.85 17:39, 26 noyabr 2017 (UTC)Cavabla

Marka Film və Ruslar Vadisi redaktə

Salam. VP:SNS-də müzakirəsi davam edən bu 2 məqalənin (Əslində birdən-birə bir çox məqaləni yekunlaşdırıb arxivləşdirmisiz, amma mən indi sırf bu 2 məqalə barədə danışmaq istəyirəm hələlik.) tez-tələsik müzakirəsini yekunlaşdırıb, məqalələri silmisiz, müzakirələrini də yekunlaşdırmısız. Bu məqalələrin müzakirəsi zamanı fikir ayrılığı yox, fikir birliyi olsaydı, mən etiraz etməzdim, çünki bu aydın məsələdir. Amma indiki halda düşünürəm ki, səhv və tələsik addım atmısız. Əvvəla məqalələrin silinməsində fikir, qərar birliyi olmayıb. 3 nəfər silinsin deyibsə, 2 nəfər silinməsin, qalsın deyib. 2-cisi məqalənin müzakirəsi təxminən 1 həftə (!) çəkib. Cəmi cümlətani 1 həftə. Niyə? Nə olub? Hara tələsirik? Türklər demiş "yangından mal kaçırır gibi". 3-cüsü müzakirədə qalsın deyənlər fikirlərini əsaslandırsalar da, silinsin deyənlərin heç biri öz fikrini, rəyini əsaslandırmayıb. 3-cüsü hər 2 məqalənin ən aşağısında, Xarici keçidlər formasında mövzuları ilə bağlı etibarlı və obyektiv mənbələr, keçidlər verilib. Düzdür, bunlar İstinad stili şablonları ilə göstərilsəydi və məqalələrin daxilində istinad kimi istifadə olunsaydı bu halda məqalələr daha bir ensiklopedik görünər və vikipedik olardı, lakin biz nəzərə almalıyıq ki, məqalələri yeni bir istifadəçi, yəni normal olaraq vikipediyada o qədər də təcrübəsi olmayan biri yaradıb. 4-cüsü məqalədə <ref></ref> formasında hansısa bir mənbə göstərilməyibsə, bu o demək deyil məqalə mənbəsizdir və mənbəsizdirsə belə bu o demək deyil ki, məqalə silinməlidir. 5-cisi də mən məsələn Marca Film məqaləsini səliqəyə salmağa başlamışdım, sadəcə məqaləyə iş gedir şablonu qoymağı unutmuşam. Sonda bütün bu yazdıqlarımı, qeyd etdiyim faktları, arqumentləri nəzərə alıb hər 2 məqaləni bərpa edib müzakirələrini davam etdirməyi sizə təklif edirəm.--samral müzakirə 12:04, 26 noyabr 2017 (UTC)Cavabla

Eminn ??? Bu nə saymazlıqdı ki?--samral müzakirə 17:28, 3 dekabr 2017 (UTC)Cavabla
Salam, Samral. Sakitləşməyini gözləyirəm. Birdən-birə niyə bu qədər uzun yazmısan ki? Sən sual verdin mən cavab vermədim? Yəni müzakirəyə belə başlamağa nə vadar elədi ki? Bu qədər aqresiv olmağa ehtiyac yoxdur.--Emin ismarıc 17:34, 4 dekabr 2017 (UTC)Cavabla
Uzun yazmaq sakit olmamaq və aqresiv olmaq deməkdir?  --samral müzakirə 09:56, 6 dekabr 2017 (UTC)Cavabla
Sən sual verdin mən cavab vermədim? sualıva gəldikdə isə, sual verdiyim və cavab verdiyin tarixlərə bax gör səncə 1 həftə sonra cavab yazaraq Sən sual verdin mən cavab vermədim? deməklə məntiqli bir sual vermisən?   Bundan sonra sənə hər mesaj yazanda bu smaylikdən   qoyacam ki, sakit olmamam və aqresiv olmam zənninə qapılmayasan.    --samral müzakirə 09:58, 6 dekabr 2017 (UTC)Cavabla
Salam, bu məsələyə obyektiv yanaşmaq lazımdır. Mən o məqalənin qeyri-ensiklopedik olduğunu düşünürəm. Sadəcə əgər Samral bəy, hansısa texniki səhvə görə, o məqaləni təkmilləşdirmək istəyirsə onu qaytarmaq olar. Amma bir şərtlə ki, o məqalə qısa zamanda təkmilləşəcək. Çünki əgər hər bir məqalə qaytarılsa, burda xaos olar.--Azerifactory (müzakirə) 11:07, 6 dekabr 2017 (UTC)Cavabla
Azerifactory, bəli, mən təklif edirəm ki, ən azından Marka Film Production məqaləsi bərpa edilsin (paralel olaraq məqalənin SNS-dəki müzakirəsi də bərpa edilə bilər) və mən o məqalə üzərində işləyəcəm. Və siz də, hamı da görəcək ki, o production ensiklopedikdir. Yox əgər mənim o məqalə üzərində işləməyimdən sonra da vikicəmiyyət məqalənin silinməsini tələb etsə və ortaq fikir formalaşsa müvafiq qərar verilər.--samral müzakirə 08:42, 7 dekabr 2017 (UTC)Cavabla
AzerifactoryEminn, bu məsələ noldu? Bayram oldu, unuduldu?  --samral müzakirə 19:35, 1 yanvar 2018 (UTC)Cavabla

Şəkil yoxdur redaktə

Salam Emin. "Şəkil yoxdur" faylını sildiyinizdən İşləməyən fayl keçidləri olan səhifələr kateqoriyasındakı 50-yə qədər azaltığım məqalə sayı 3000-dək artıb. Fikrimcə hələki o faylın qalması yaxşı olardı. Hissə-hissə commonsdakı faylla əvəzləmək olar.--Araz Yaquboglu (müzakirə) 14:57, 28 noyabr 2017 (UTC)Cavabla

Axşamınız xeyir, Araz bəy. Mən orda ilk versiyanı saxlamaq istəmişdim, səhvən hamısını silmişəm. Xatırlatdığınız üçün təşəkkür edirəm. Deyəsən yenə səhv elədim, bütün şəkillər tarixçədə görünür, bir zəhmət Siz baxarsınız.--Emin ismarıc 15:02, 28 noyabr 2017 (UTC)Cavabla

Çox sağ ol. Yaxşı baxaram. --Araz Yaquboglu (müzakirə) 15:04, 28 noyabr 2017 (UTC)Cavabla

 Dəvətnamə redaktə

 
DƏVƏTNAMƏ
Salam Sizi Anna Dadli məqaləsinin Labaratoriya səhifəsində keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm.

--Wikipediya M 12:18, 29 noyabr 2017 (UTC)Cavabla

Vandalizm redaktə

Salam Emin bəy. Cavidan 2426 adlı istifadəçi vandalizm ilə məşquldur. Onu müddəti qaydalar çərçivəsində olmaq şərtilə bloklayardız zəhmət olmasa.--Rufet Turkmen | müzakirə 15:15, 29 noyabr 2017 (UTC)Cavabla

Salam, Rüfət. Məlumat verdiyin üçün çox sağ ol. Düzü fəaliyyəti vandalizmdir, amma mən bloklamağın həll yolu olmadığını düşündüyüm üçün xəbərdarlıq etdim. Ola bilər azyaşlıdır. Bəlkə xəbərdarlıqdan sonra ciddi bir yerdə olduğunu başa düşər, töhfə verməyə başlayar. Vandalizmə davam etsə bloklayaram.--Emin ismarıc 15:51, 29 noyabr 2017 (UTC)Cavabla

Anladım bəy, haqlısız.--Rufet Turkmen | müzakirə 15:55, 29 noyabr 2017 (UTC)Cavabla

Məqalələr redaktə

Salam, AnarHuseyinWS. Sizin türk dilindən tərcümə etdiyiniz məqalələrdə müəyyən problemlər var. Cümlə quruluşlarına, durğu işarələrinə diqqət yetirməyinizi tövsiyə edirəm.--Emin ismarıc 18:29, 9 dekabr 2017 (UTC)Cavabla

Salam Emin. Hansı məqalədə varsa ata bilərsiniz linkini? Mən düzəldəcəm. AnarHuseyinWS (müzakirə) 9 dekabr, 2017 (UTC)

Bir daha salam, gec yazdığım üçün üzr istəyirəm. Valeri Çkalov məqaləsinə baxdım, bir neçə məqamı nəzərinizə çatdırım. "Həyatı" bölməsində "Atası Pavel Pavloviç Çkalov emalatxanada işçi kimi işləyirdi." burda vəzifəni dəqiqləşdirmək və ya "işçi" sözünü silib sadəcə "işləyirdi" qeyd edə bilərsiniz. Yenə həmin bölmədə "1916-cı ildə məktəbi bitirdikdən sonra atası onu texnikumda təhsilini davam etdirmək üçün onu göndərir." fikri var, burda hara göndərdiyi məlum deyil. "Aviasiyada oxumaq" alt bölməsində "Valeri Çkalov 1919-cu ildə arzusu, aviasiya haqqında, xaricə, Novqoroda gedib, orada aviasiya parkında təyyarənin yığılması dərsində, Vladimir Frolişova həmkəndlisini qarşıladı." fikrini başa düşmək olmur.
Con Bravo (cizgi film, 1997) məqaləsində də problemlər var. "Con Bravo – Bir Amerika animasiya televiziya seriyasıdır." bu məlumatda "bir yazmağa ehtiyac yoxdur. Digər məqalələrinizdə də feilin zamanlarında, durğu işarələrində və cümlə quruluşlarında problemlər var. Çox zəhmət çəkirsiniz bu görünür, xırda qüsurları aradan qaldırsaz, məqalələrin qalmasında heç bir problem olmayacaq.--Emin ismarıc 08:08, 23 dekabr 2017 (UTC)Cavabla
Əleykumə salam. Mən bu məqalələri telefonla yazdığım üçün səhvləri görə bilmirəm. Kompyuterim təmirdədir. Təşəkkür edirəm. Problemləri həll edildi. Diqqətli olaram --►Anar Məmmədov
"Eminn/Arxiv 2017" istifadəçi səhifəsinə qayıt.

Saytda 193 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024