İstifadəçi müzakirəsi:Keete 37/Arxiv 4 Haqqinda Melumat - Vikipedia

İstifadəçi müzakirəsi:Keete 37/Arxiv 4 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İstifadəçi müzakirəsi:Keete 37/Arxiv 4

Ən son rəy:8 il öncə, Azerifactory tərəfindən "Dəvət" mövzusunda

Dəvətnamə redaktə

 
DƏVƏTNAMƏ
Salam
Sizi SSRİ hökumət başçıları siyahısının "Seçilmiş siyahı" statusu alması üçün Vikipediya:Laboratoriya/SSRİ hökumət başçıları səhifəsində keçirilən səsverməyə dəvət edirəm.

--Kim Yushin (talk) 11:53, 6 yanvar 2015 (UTC)Cavabla

İsa Qəmbər redaktə

Salam hömətli istifadəçi Keete 37. Mən sizi hər zaman obyektiv-təcrübəli istifadəçi kimi tanımışam. 2 məqaləmə səs vermisiz. Çox sağolun ki münasibət bildirmisiz. Siz çox vikilərdə məqalə müzakirə falan görmüsüz məncə. Hər halda bilirsiz ki, ən obyektiv müzakirə məhz elə müzakirə ilə, yəni danışmaqla keçir. Məqaləmin əleyhinə səs verib qeyri-rasional tövsiyə vermisiz. Mən də sizdən qeyri-rasional ifadənizi dəqiqləşdirməyinizi (rasionallaşdırmağınızı) xahiş etmişəm. Amma cavab yazmamısız. Lakin cavab versəz və məqaləni lab-a təqdim edən biri kimi mənimlə obyektiv müzakirə aparsaz sevinərəm :). İnanın bu hərəkəti (qeyri-rasional tövsiyə ilə əsaslandırılmış səs) hər hansı yeni istifadəçi etsəydi inanın heç reaksiya verməzdim və məni belə dərindən maraqlandırmazdı. İnşəAllah ki fikrimi izah edə bildim. Cavab yazsanız sevinərəm. Hörmətlə--samral müzakirə 19:58, 8 yanvar 2015 (UTC)Cavabla

Salam cənab samral. Əvvəlcədən vikipediyada aktiv çalışaraq buranı gözəl məqalələrlə zənginləşdirdiyiniz üçün təşəkkür edirəm. Qeyd etdiyiniz məqaləyə gəlincə - İsa Qəmbər və Əli Kərimli məqalələri natamamdır. İsa Qəmbər məqaləsində: 1) Parlamentdə, 2) Ali Sovetdə, 3) Milli Məclisdə, 4) II çağırış, 5) Prezident seçkilərində - bölmələri tamamilə boşdur, orada siz məlumat yerləşdirməmisiniz. Yəni İsa Qəmbər məqaləsi beləliklə natamamdır. Əli Kərimli məqaləsində - 1) Prezident seçkilərində və 2) Şəxsi həyatı bölmələri də boşdur. Yəni bu məqalə də natamdır. Bundan başqa məqalələrdə məlumat bir az da genişləndirilməlidir. Düşünürəm ki, bu problemlər həll edilsə, səsimi lehinə dəyişəcəm. Sizə uğurlar arzulayıram: --Keete 37 (Farid Aliev) (talk) 20:11, 8 yanvar 2015 (UTC)Cavabla
Kaş ki, bunu əvvəldən desəydiz izah edərdim mən də. ))))) Fərid bəy (İnşəAllah ki sizə adınızla müraciət etməyim hörmətsizlik çıxmaz) hər 2 məqalədə Parlamentdə ölməsi aşağısındakı başlıqların ümumi başlığıdır. Ali Sovet Sovet vaxtında Azərbaycanın parlamenti olub, Milli Məclis də indi bizim parlamentimizdir. Ali Sovetdə də həmçinin. O başlıq da 1990 çağırışının ana (əsas) başlığıdır. 1990-da SSRİ hüquqən mövcud idi deyə Ali Sovetin deputatı sayılırdı. II çağırış bölməsinin boş olması bəli düzdü razıyam və həll edəcəm. Prezident seçkiləri də bayaqkılar kimi. Aşağısındakı başlığın əsas başlığıdır. Yəni ümumiləşdirmə. Səhv başa düşmüsüz deyəsən. :) Digər məqalədə də həmçinin. Şəxsi həyatı da həmçinin. Ailəsi başlığının əsas başlığıdır. Belə :)--samral müzakirə 21:00, 8 yanvar 2015 (UTC)Cavabla
Cənab Samral məni Fərid deyə çağıra bilərsiniz - bu ki elə mənim adımdır :) Tamam, sizi anladım, o zaman bir tək II çağırış bölməsini həll edin və çox xahiş edirəm, məqaləni bir az da genişləndirin. Çünki bölmələr bir az kiçikdir. Hörmətlə: --Keete 37 (Farid Aliev) (talk) 21:11, 8 yanvar 2015 (UTC)Cavabla
Təşəkkürlər :). Nəinki II çağırış başqa azad hüquqlu şəkillər, digər çağırışlar üzrə əlavə mənbəli məlumatlar da əlavə etmək üçün çalışıram. İnşəAllah ki əlavələr mütləq olacaq.--samral müzakirə 21:31, 8 yanvar 2015 (UTC)Cavabla


Dəvət redaktə

 
SİZİ DƏVƏT EDİRİK!
Salam!
Tüklü mamont məqaləsinin Seçilmiş məqalə və ya Yaxşı məqalə statusu alması üçün Vikipediya:Laboratoriya/Tüklü mamont səhifəsində keçirilən səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirik.

Dərin hörmətlə,--Yuşin (münazirə) 20:13, 12 yanvar 2015 (UTC)Cavabla


Dəvət redaktə

 
SİZİ DƏVƏT EDİRİK!
Salam!
Böyük Tamara məqaləsinin Seçilmiş məqalə və ya Yaxşı məqalə statusu alması üçün Vikipediya:Laboratoriya/Böyük Tamara səhifəsində keçirilən səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirik.

Hörmətlə,--Yuşin (münazirə) 06:44, 25 yanvar 2015 (UTC)Cavabla


QLOVİM mükafatı redaktə

Əziz Keete 37, məni QLOVİM mükafatı ilə təltif etdiyiniz üçün sizə təşəkkürümü bildirirəm. Hörmətlə:--Yuşin (münazirə) 11:37, 25 yanvar 2015 (UTC)Cavabla

Salam. Mümkün olsa burada keçirilən səsvermədə mütləq iştirake din. Hörmətlə:--Baskervill müzakirə 20:32, 31 yanvar 2015 (UTC)Cavabla

2 Dəvətnamə redaktə

 
DƏVƏTNAMƏ
Salam Aleykum
Sizi İsa QəmbərƏli Kərimli məqalələrinin "Yaxşı məqalə" statusu alması üçün Vikipediya:Yaxşı məqalə namizədləri/İsa QəmbərVikipediya:Yaxşı məqalə namizədləri/Əli Kərimli səhifəsində keçirilən səsvermələrə dəvət edirəm.

--samral müzakirə 12:48, 13 fevral 2015 (UTC)Cavabla

Slovakiya bölgələri: əslində diyarlar redaktə

Salam hörmətli həmkar. Bu məqalələrin: Banska Bistritsa bölgəsi, Bratislava bölgəsi, Jilina bölgəsi, Koşitse bölgəsi, Nitra bölgəsi, Trençin bölgəsi, Trnava bölgəsi və Preşov bölgəsi tarixçəsinə baxdım onları siz yaratmısız. Həmin məqalələr Kateqoriya:Slovakiya bölgələri -yə daxil edilib. Həmin kateqoriyanın intervikilərində misal: slovakca Kategória:Kraje na Slovensku bu vahidlər kray yəni diyar (azərbaycanca-rusca lüğət, səh. 801: diyar sözünün rusca tərcüməsi) adlandırılıb. Diyar bildiyiniz kimi bizdə həm də ölkə mənasını verir: Odlar diyarı (Land of fire). Bu inzibati bölgü Rusiyada, Gürcüstanda (mxare yəni ölkə və ya eyni anlamda diyar), Çexiyada və Slovakiyada var. Təklif edirəm mən diyar adlı məqalə yaradım, orda bu ölkələrdəki diyarlardan qısa məlumat verim, siz əgər etirazınız yoxdursa bölgə olaraq yazdığınız Slovakiya diyar adlarını bölgəsi > diyarı (Administrativní dělení Česka) olaraq dəyişin, əlbəttə uyğun kateqoriyaları yaradacam. Gürcüstanda mxare məsələsi (bir vaxt uzun mübahisə mövzusu olmuşdu) də belə (Azərbaycan Xarici İşlər Nazirliyi: Gürcüstanda...9 diyar) aydınlaşır. Cavab verməyinizlə işi icra edəcəm. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 09:28, 14 fevral 2015 (UTC)Cavabla

Asparux Xan Bulqar tərəfindən edilən təklif müsbətdir. Sadəcə sözü gedən məqalələri yaradan Keete 37 yoldaşında razılığını almaq daha yaxşı olardı ki, yuxarıda olan müraciətdə buna hesablanıb. Hər şey izah olunub. Hörmətlə:--Baskervill müzakirə 18:58, 14 fevral 2015 (UTC)Cavabla
Baskervill ilə mövqeyim bu məsələdə tam üst-üstə düşür, ona görə əlavə izah yazmıram. --Sortilegus (talk) 19:13, 14 fevral 2015 (UTC)Cavabla
Hörmətli Asparux Xan Bulqar, istifadəçi Keete 37 təhsili ilə bağlı Almaniyada olduğuna görə bir müddətlik vikipediyaya vaxt ayıra bilmir. Sizin təklifiniz haqqında onunla danışdım və dəyişikliyin edilməsinə qarşı olmadığını bildirdi. İşlərinizdə uğurlar. --sefer azeri 03:52, 15 fevral 2015 (UTC)Cavabla

Müzakirələrdən göründüyü kimi artıq məsələ öz müsbət həllini tapıb. Hər kəsə uğurlar. -- ■ Sultan mesaj 18:14, 15 fevral 2015 (UTC)Cavabla

Hə Y Təklif icra edildi !--Asparux Xan Bulqar (talk) 21:42, 15 fevral 2015 (UTC)Cavabla

Salam həmkar. Demək olar ki, bu mövzu ilə əlaqəlidi deyə bu mövzu davamına yazıram. Həmkar Stredoçesk adını Orta Çex olaraq dəyişdiz: mən də öncə belə etmək istəmişdim ani olaraq ancaq xatırladım ki, coğrafi adlar tərcümə edilmir sadəcə transliterasiya olunur yəni səslənməsinə uyğun ad dilimizin əlifbası ilə yazılır. Mənim üçün çox önəmə sahib deyil məqalənin belə addəyişimi sadəcə tövsiyə edirəm ki, bu qaydanı unutmayın.--Asparux Xan Bulqar (müzakirə) 15:49, 21 mart 2015 (UTC)Cavabla

Cənab Asparux xan, mən çex dilini anlamasa idim, bunu etməzdim. Birincisi siz orada Stredoçesk yazmışdınız - halbuki onun adı transliterasiya formasında Strjedoçesk olmalıdır. İkincisi isə Strjedoçeske - Orta Çex mənasını verir. Və bunu bütün başqa dillərə bu cür yazırlar - Среднечешский край, ცენტრალური ბოჰემიის მხარე (tsentraluri bohemiis mxare), Central Bohemian Region və s. Çünki bu ad orijinal ad deyil - diyar Çexiyanın ortasında yerləşdiyindən bu cür adlanır. Bohemiya məsələn orijinal addır, Moraviya orijinal addır lakin bu - xeyr. Hörmətlə: --Keete 37 (Farid Aliev) (müzakirə) 15:58, 21 mart 2015 (UTC)Cavabla
Fərid bəy bir də əlavəm olacaq misal bu adını dəyişdiyiniz məqalələr: çox az digər məqalələrdən bunlara keçid var. Münkünsə keçidləri və daxili adlanmanı da uyğunlaşdırın addəyişmə zamanı.--Asparux Xan Bulqar (müzakirə) 18:35, 21 mart 2015 (UTC)Cavabla

Dəvət redaktə

 
SİZİ DƏVƏT EDİRİK!
Salam,
Mars planeti məqaləsinin "Yaxşı məqalə" və ya "Seçilmiş məqalə"yə namizəd olması üçün Vikipediya:Laboratoriya/Mars planeti səhifəsində, keçirilən səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirik.

--Yuşin (münazirə) 17:11, 28 mart 2015 (UTC)Cavabla

MŞAB 2015 redaktə

Salam, Keete 37. Zəhmətinizin hədər getməsini istəmirəm, amma məlumatlandırmaq istəyirəm ki, Mərkəzi və Şərqi Avropa Baharı 2015 müsabiqəsində yaratdığınız məqalələr planda yoxdur: [1]. Müsabiqə ancaq planda nəzərdə tutulmuş məqalələrlə bağlıdır. İstədim indidən məlumatlandırım ki, sonra gec olmasın. --Serk@nl@nd 09:24, 30 mart 2015 (UTC)Cavabla

Ok, anladım cənab Serkanland, o zaman mən bu proyekti tərk edirəm, çünki Praqanın Mala Strana rayonunun abidələri haqqda məqalələr yaratmalıyam. Onları isə nədənsə o tabloya daxil etməyiblər. Təəssüf. --Keete 37 (Farid Aliev) (müzakirə) 09:29, 30 mart 2015 (UTC)Cavabla
Əslində planda Çexiya haqqında xeyli məqalə var. Yəni əgər Mala Starana rayonu haqqında məqalələri yaratdıb qurtardıqdan sonra layihəyə töhfə bilərsiz. Mayın 31-nə kimi vaxt var--Serk@nl@nd 09:36, 30 mart 2015 (UTC)Cavabla
Cənab Serkanland, sadəcə olaraq mən o tablodan xəbərsiz idim, onu görməmişdim. Mən elə düşündüm ki, ümumilikdə bu ölkələr barədə istənilən məqalə yaratmaq olar, amma heç bir problem yoxdur, mən proyektdən çıxacam və bu - [2] şablon üzərində çalışacam. Sizə uğurlar diləyirəm, məncə qalib Siz olacaqsınız. Hörmətlə: --Keete 37 (Farid Aliev) (müzakirə) 09:43, 30 mart 2015 (UTC)Cavabla

Təklif redaktə

Salam cənab Asparux Xan, sizin statistik məlumatlar, türkçülük kimi mövzulara olan marağınızı nəzərə alaraq, sizdən bir xahişim olacaqdır. Rus və ingilis vikipediyasında azərbaycan dilinin dialektləri haqqda məqalə mövcuddur [3] - məqalədə olan dialekt adlarını və onların tutduğu əraziləri əsas götürərək, onları şəkil - yəni xəritə formasında yarada bilərsinizmi? Hörmətlə: --Keete 37 (Farid Aliev) (müzakirə) 13:20, 5 aprel 2015 (UTC)Cavabla

Salam Fərid bəy. Çalışaram. Ötəri nəzər yetirdim: rusca olan məqalədə qüsürlar var. Xəritə üçün vaxt olaraq dəqiq söz verməyəcəm: vaxtım az olduğu üçün. Ancaq bura sərf etdiyim bütün vaxtımı xəritə və məqalə üçün ayıraram. Doğru buyurduz bu maraq dairəmdədir müraciətiniz üçün təşəkkür edirəm.--Asparux Xan Bulqar (müzakirə) 17:01, 5 aprel 2015 (UTC)Cavabla
Salam. Bəy mən heç kitab kimi İranika Ensiklopediyasını görməmişəm bəlkə siz rastlaşmısız ?. Mənbə göstərəndə bir problem çıxır qarşıma: Fascicle (fasikül yəni hissə) yazılıb məqalə ünvanında amma google-da axtaranda sadəcə tək cild kimi Volume formasında çıxır qarşıma həmçinin müəyyən edə bilmirəm niyə Fascicle-nin nəşr tarixi ilə Volume arasında bəzən bir il fərq var. Misal cild nəşr edilib 1989-da amma onun hissələrinin bir qismi 1988-ci ilə aiddir. Adətən bizdə və ya Rusiyada hissələr eyni ildə nəşr edilir. Dedim bəlkə mən bilmədiyim bir nüans var ?!--Asparux Xan Bulqar (müzakirə) 07:47, 7 aprel 2015 (UTC)Cavabla
Salam, müzakirənizə qarışdığıma görə üzr istəyirəm. İranika Ensiklopediyasından onlayn istifadə etmək mümkündür, ona görə də istinad edərkən cild, nəçr ili və sair kitab detallarını qeyd edib özünüzü çətinə salmağa ehtiyac yoxdu. Sadəcə olaraq ensiklopediyanın, məqalənin və onun müəllifinin adını göstərmək (lazım olan hallarda sitatlar vermək) kifayətdir. Eyni şey Britannika və sair onlayn istifadəsi mümkün olan ensiklopediyalara da aiddir. Hörmətlə --sefer azeri 08:33, 7 aprel 2015 (UTC)Cavabla
Cənab Asparux Xan bu saytdan da istifadə etmək olar, bu [4] rada cildlərlə yox, əlifba sırasına görədir. Məncə bu daha rahat variantdır. --Keete 37 (Farid Aliev) (müzakirə) 08:37, 7 aprel 2015 (UTC)Cavabla
İmkan dərəcəsində estetika xatirinə kitab daxilində göstərdim. Hərçənd hər iknizin də təklifi məqbuldur.--Asparux Xan Bulqar (müzakirə) 10:32, 7 aprel 2015 (UTC)Cavabla

Xahiş redaktə

Salam cənab Sortilegus, mənim sizdən xahişim var: cənab Aydın Məmmədov artıq uzun müddətdir ki, bizim idarəçilərimizi, xüsusən də cənab Sefer azerini təhqir edir. Mən bunun düzgün olmadığını artıq dəfələrlə ona bildirmişəm, o isə məni təhqir edir - məni işverən, "iftiraçı", "sayaqlamaq" kimi ifadələr yazır və buna heç kim nəzərə almır. Buna baxın zəhmət olmazsa - [5] Mən öz idarəçi heyətimizin tərəfində dururam və hansısa bir istifadəçidən buna görə təhqirlər alıram. O istifadəçi düz iki dəfə müddətsiz bloklanmışdı, çünki o destruktor fəaliyyəti ilə məşğuldur, məqalələri korlayır, insanlara xoşagəlməz sözlər yazır. Xahiş edirəm mən sizdən artıq dərəcədə, əqər mənim Azərbaycan Vikipediyasında bir istifadəçi olaraq əhəmiyyətim varsa, mənim xahişimi nəzərə alın, o istifadəçini bloklayın. Sizə hörmətlə: --Keete 37 (Farid Aliev) (müzakirə) 18:27, 8 aprel 2015 (UTC)Cavabla

Salam. Əgər gedən müzakirələri oxusanız görərsiniz ki, mən həmin istifadəçinin blokunun götürülməsinə qəti qarşı olmuşam. Məsuliyyəti öz üzərinə götürərək bloku digər idarəçimiz Cekli qaldırıb. Bu istifadəçinin fəaliyyəti ilə bağlı bütün iradlarınızı ona bildirin. Hörmətlə:--Sortilegus (müzakirə) 23:06, 8 aprel 2015 (UTC)Cavabla

Dəvət redaktə

 
SİZİ DƏVƏT EDİRİK!
Salam
Rusların Qafqaz ekspedisiyaları məqaləsinin "Yaxşı məqalə" və ya "Seçilmiş məqalə"yə namizəd göstərilməsi üçün Vikipediya:Laboratoriya/Rusların Qafqaz ekspedisiyaları səhifəsində, keçirilən səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirik.

--Yuşin (münazirə) 19:48, 10 aprel 2015 (UTC)Cavabla

Salam Aleykum. Paraqvay müharibəsi məqaləsinin seçilmiş olması üçün səs vermənizi rica edərdim. Hörmətlə Qolcomaq (müzakirə) 08:52, 21 aprel 2015 (UTC)Cavabla

LGBT ulduzu redaktə

Salam hörmətli həmkar. LGBT mövzusunda tərəfinizdən yaradılan və zənginləşdirilən məqalələrə görə sizə yeni yaradılmış LGBT ulduzu məqaləsini təqdim etdim. İşlərinizdə və viki fəaliyyətinizdə uğurlar arzu edirəm. Hörmətlə:--Baskervill müzakirə 15:38, 12 aprel 2015 (UTC)Cavabla

Mükafatı qəbul etdiyiniz üçün təşəkkür edirəm. Sözü gedən mövzularda məqalələrin olmaması müsbət hal deyil. Bu səbəbdən ən qısa zamanda özüm yaratmağa çalışacma. Hörmətlə:--Baskervill müzakirə 06:28, 13 aprel 2015 (UTC)Cavabla

Böyük saray redaktə

Salam Farid bəy. Böyük saray məqaləsində istifadə olunan abidə şablonu silinəcək, ona görə məqalənin pis hala düşməməsi üçün köhnə şablonu yeni yaradılmış tarixi abidə şablonu ilə əvəzləmişdim. Siz redaktəni niyə geri qaytarırsız?--sefer azeri 20:29, 25 aprel 2015 (UTC)Cavabla

Sefer azeri Məqalə SM statusunu artıq əldə edibdir, indidən sonra onu lazımsız redaktələrdən qorumaq lazımdır. Lazımsız redaktələr etməyin. --Keete 37 (Farid Aliev) (müzakirə) 07:22, 26 aprel 2015 (UTC)Cavabla

Abidə və Ümumdünya İrsi şablonları redaktə

Salam. Yaxın zamanda Abidə və Ümumdünya irsi şablonları azvikidən silinəcək. Çünki həmin şablonlar daha unikal olan Tarixi abidə şablonunda birləşdirilib. Mən tədricən qeyd etdiyim iki şablonun istifadə olunduğu məqalələrdə şablonu dəyişməyə başlamışam. Yaxşı olar ki, siz də həmin iki şablonu istifadə etməyəsiniz. Hörmətlə --sefer azeri 09:09, 26 aprel 2015 (UTC)Cavabla

Sefer azeri, siz necə o şablonları silə bilərsiniz ki? Bu şablonların özləri elə unikaldır, onların başqa dillərdə də analoji formaları mövcuddur. Ümumdünya irs şablonunu silib, tarixi abidə şablonunu yerləşdirmək məncə ağılsızlıqdır. Əqər Siz o şablonu silsəz, Siz mən tərəfdən yaradılan və həmin Abidə və Ümumdünya irs şablonunun istifadə edildiyi bütün məqalələrdə (onların sayı həddindən artıq çoxdur) lazımi dəyişikliklər etməlisiniz, çünki Sizə görə mən tərəfdən yaradılan məqalələr nəyə görə pis vəziyyətə qalmalıdır ki? Bir-bir o məqalələri yenidən düzəldin, əks halda idarəçilərə şikayət etməli olacam, çünki siz mənə əlavə vaxt sərfi edirsiniz. --Keete 37 (Farid Aliev) (müzakirə) 09:23, 26 aprel 2015 (UTC)Cavabla
Farid bəy, sizin tərəfinizdən yaradılmış daha bir məqaləyə düzəliş etdim [6]. Əgər nəyisə bəyənməsəniz və ya hansısa əlavələrin edilməli olduğunu düşünsəniz mənə yazın çox xahiş edirəm. Bir də Çexiya və Almaniyada abidələrin yerli qeydiyyatı aparılırsa həmin məlumatları da yeni şablonda göstərmək mümkündür. Məsələn Azərbaycan abidələrinin qeydiyyatını bu [7], Rusiya abidələrinin qeydiyyatını bu [8], ABŞ abidələrinin qeydiyyatını bu [9] şəkildə qeyd etmişəm. Əgər Çexiya və Almaniyada da bu cür qeydiyyat aparılırsa onu da göstərmək mümkündür. Lakin, mən bu məsələ haqqında məlumatsızam. Əgər siz bilirsinizsə, qeyd edin onu da məqalələrə əlavə edək. Əgər sizin məqalələrinizlə bağlı hansısa redaktəmin dzgün olmadığını düşünsəniz və ya bəyənməsəniz geri qaytara bilərsiz. Hörmətlə --sefer azeri 09:58, 26 aprel 2015 (UTC)Cavabla
Yox Sefer bəy heç xoşuma gəlmədi [10] bu məqalədə edilən dəyişiklik, məlumat hissəsində kilsə planının nə işi var? Xahiş edirəm, necə əvvəl var idi qoy o cür də hər şey qalsın. Sizə o şablonların silinməsi heç bir şey gətirməyəcək, yeni şablon yaradırsınızsa yaradın, qoy kim hansı ilə çalışmaq istəyir, çalışsın. --Keete 37 (Farid Aliev) (müzakirə) 10:15, 26 aprel 2015 (UTC)Cavabla

Translating the interface in your language, we need your help redaktə

Hello Keete 37, thanks for working on this wiki in your language. We updated the list of priority translations and I write you to let you know. The language used by this wiki (or by you in your preferences) needs about 100 translations or less in the priority list. You're almost done!
 
Tərcümə etmək üçün, MediaWiki tərcümə layihəsi olan translatewiki.net saytını istifadə edin.

Please register on translatewiki.net if you didn't yet and then help complete priority translations (make sure to select your language in the language selector). With a couple hours' work or less, you can make sure that nearly all visitors see the wiki interface fully translated. Nemo 14:07, 26 aprel 2015 (UTC)Cavabla

Xahiş redaktə

Salam cənab Sortilegus! Mənim Sizdən bir xahişim var - istəyirəm admin olum, ona görə yazdım ki sizin fikrinizi öyrənim məni dəstəkləyərsinizmi, başqa istifadəçilərin dəstəkləyəcəyini düşünürsünüzmü? Əqər mümkünsə səsvermə prosesini başladın, sizə hörmətlə:--Keete 37 (Farid Aliev) (müzakirə) 18:59, 27 aprel 2015 (UTC)Cavabla

Salam Keete. Hər bir istifadəçi şərtlərə cavab verdiyi təqdirdə idarəçiliyə özü öz namizədliyini irəli sürə bilər. Bunun üçün idarəçilərdən kiminsə səsvermə başlatmasına ehtiyac yoxdur.--Sortilegus (müzakirə) 20:37, 27 aprel 2015 (UTC)Cavabla
Cənab Sortilegus, o zaman mənə yardımcı ola bilərsinizmi? Haraya müraciət edim və yaxud öz namizədliyimi hansı formada təqdim edim? --Keete 37 (Farid Aliev) (müzakirə) 20:41, 27 aprel 2015 (UTC)Cavabla
Salam. Zəhmət olmasa burada keçirilən səsvermədə iştirak edərdiniz. Azviki üçün mühüm olan bu qanun 4 il bundan əvvəl istifadəçi sayısının az olması səbəbindən qəbul edilməmişdir. Hörmətlə:--Baskervill müzakirə 09:49, 6 may 2015 (UTC)Cavabla

Salamlama redaktə

Xoş gördükǃ Fəaliyyətini bərpa etməyinə sevindim. Uğurlarǃ Hörmətlə, --►Cekli829 12:06, 14 iyun 2015 (UTC)Cavabla

Çox sağolun Tərxan bəy. Mən də çox istəyirdim sevimli mövzularım barədə yenidən məqalə yaratmağa. Sizə də fəaliyyətinizdə uğurlar arzulayıram! Hörmətlə: --Keete 37 (Farid Aliev) (müzakirə) 12:21, 14 iyun 2015 (UTC)Cavabla

==Cavab== Başa düş ki, kiməsə iftira atdıqdan sonra qaçıb gizlənmək, onun cavabını silmək nakişilikdir! Sən kişi olsaydın, səni heç kim başqasına böhtan atmağa məcbur edə bilməzdir, zəif adam olduğun üçün başqalarının əmri ilə hərəkət edirsən, sonra isə qaçıb gizlənirsən.

Burada yazdığının cavabı aşağıdadır (Əgər kişisənsə, özün poz, ya cavab ver, havadarlarından əmr gözləmə. Hamı bilıir ki sən müstəqil deyilsən, yalnız onların əmri ilə hərəkət edirsən).

Keete 37, mən heç vaxt sizin LGBT viki ailənizin üzvü olmamışam, indi də həmçinin. İdarəçi seçkini unutmamısan hələ? Əyani olaraq gördünmü ki heç kim sənə etmiad göstərmədi? Nəyə görə hamının səndən zəhləsi gedir, bir düşündünmü? LGBT mövzusunda yaratdığın məqalələrə görə? Yox! Elədiyin işlərə görə. Bu səhifədə yazdıqlarını bircə-bircə yenidən oxu. Bax gör başqalarına nə qədər böhtanlar atmısan, nə qədər yalanlar yazmısan. Mənim haqqımda nə qədər yalanlar uydurmusan, məni ələ salmısan, hətta mənə erməni xaçı ilə alban xaçının fərqini də "başa salmağa" cəhd etmisən?! Sonra mənə erməni demisən... Sənə məsləhətim budur ki, LGBT mövzusuna rəğbət bəsləməklə yanaşı, bu hər kəsin öz işidir, kişi kimi hərəkət etməyi də öyrən, əks halda hamı sənə nifrət edəcək, vikipediyada da, həyatda da. Sənə aid olmayan işlərə də qarışıma. Vandallar mənə imkan vermirlər azvikidə fəaliyyət göstərim, mən də kişi kimi Metaya şikayət etmişam. Sən nədən narahatsan? Bəlkə mənim azvikidə ziyanlı bir işimi görmüsən, bəlkə mən nə vaxtsa saxtakarlığa, qərəzli redaktəyə yol vermişəm? Əgər mənim cəmi bir səhvimi tapsaydılar, bunu bloklanma səbəbi kimi göstərərdilər. Heç nə tapa bilmədilər, bloklama qaydalarına zidd olaraq, səbəbsiz blokladılar. --Hörmətlə, vandallar tərəfindən azvikidə fəaliyyətinə imkan verilməyən istifadəçi Aydın Məmmədov (talk) 17:24, 18 iyul 2015 (UTC)Cavabla

Xahiş redaktə

Salam cənab Zaur, mənim bir xahişim var - Siz mənə bu [11]şablonu yarada bilərsinizmi? Mən onu Alan Türinq məqaləsində istifadə edəcəm. Hörmətlə: --Keete 37 (Farid Aliev) (müzakirə) 11:37, 26 iyul 2015 (UTC)Cavabla

Salam Keete 37. Şablon hazırdır -► {{Britaniya imperiyasının ordeni}}. Şablonda hər hansı bir problemlə qarşılaşsanız deyərsiniz. Hörmətlə:--Zaur Turan (1994) (Müzakirə) 14:08, 26 iyul 2015 (UTC)Cavabla

== Xəbərdarlıq == Siz DMOZ məqaləsində "Azərbaycan bölməsinin tarixi"ni qərəzli şəkildə silməyə cəhd edirsiniz. Siz xoşunuz gəlməyən şəxsin adını silərkən, həm də bölmənin yaranma tarixini, onu yaradanların adlarını və hal-hazırda aktiv redaktorların adlarını da silmiş olursunuz ki, bununla da vikipediya prinsiplərini pozursunuz. Əgər burada məqsədiniz qərəzkarlıq deyilsə və haqlsınızsa, niyə bunu müzakirəsiz edirsiniz?! — Bu imzasız yazı 94.20.245.224 (m) tərəfindən əlavə edilib; 11:30, 18 avqust 2015 (UTC)Cavabla

Siz cənab Aydın Məmmədov, Vikipediyadan artıq kənarlaşdırılmışsınız. AZ Viki ailəsinin üzvü deyilsiniz. Özünüzü yormayın. Sizə uğurlar. --Keete 37 (Farid Aliev) (müzakirə) 13:33, 18 avqust 2015 (UTC)Cavabla
Məni heç bir vandal vikipediyadan uzaqlaşdıra bilməz, etdiyiniz hər bir vandallığı da geri qaytarmağa qadirim və gözünüzün qarşısında geri qaytarıram da. Onu da başa düşməlisən ki, başqasının şərhini dəyişdirmək vikipediya qaydalarına görə saxtakarlıq hesab olunur. Təbii ki bu sizin peşənizdir. — Bu imzasız yazı 94.20.245.224 (m) tərəfindən əlavə edilib; 13:08, 18 avqust 2015 (UTC) 09:41, 18 avqust 2015 (UTC)Cavabla
İP ünvandan mənə xəbərdarlıq edən naməlum (əslində isə hər kəsə məlum) vandalizmlə məşğul olan bir şəxsin rəyi məni qətiyyən maraqlandırmır. Sizin bütün İP-ləriniz bloklanacaq, çünki siz qara siyahıdasınız. --Keete 37 (Farid Aliev) (müzakirə) 14:26, 18 avqust 2015 (UTC)Cavabla
IP lərin bloklanması ilə vandallıqla daha rahat məşğul olacağınızı düşünürsünüz? Siz informasiyanı qərəzli şəkildə silmisiniz, IP də bunu sizin nəzərinizə çatdırır, IP sizin kimi vandallıq etmir ki? Axı başqasına böhtan atmaqla, vandallıq etməklə nə qazanacaqsınız? Bunu mən heç başa düşə bilmirəm? Niyə başa düşmək istəmirsiniz ki, vikipediya qaydalarına zidd hər hansı redaktəniz gec-tez geri qaytarılacaqdır? Niyə belə redaktələrə yol verirsiniz və nə qazanırsınız? — Bu imzasız yazı 85.132.86.248 (m) tərəfindən əlavə edilib; 14:55, 18 avqust 2015 (UTC)Cavabla
Mən burada sizin fəaliyyətinizi görmək istəmirəm, Siz bloklanmısınız, xahiş edirəm heç kəsi narahat etməyin. --Keete 37 (Farid Aliev) (müzakirə) 15:06, 18 avqust 2015 (UTC)Cavabla

Dəvət redaktə

 
DƏVƏTNAMƏ
Salam!
Sizi GRB 970508 məqaləsinin "Yaxşı məqalə" və ya "Seçilmiş məqalə "statusu alması üçün Vikipediya:Laboratoriya/GRB 970508 səhifəsində keçirilən səsvermələrə dəvət edirəm.

--Serk@nl@nd 20:12, 18 avqust 2015 (UTC)Cavabla

Təşəkkür redaktə

Salam cənab Serkan! Mənə təqdim etdiyiniz Afimin mükafatına görə Sizə öz dərin minnətdarlığımı bildirirəm. Bu çox müsbət bir haldır ki, mənim Vikipediyada fəaliyyətim daim istifadəçi və idarəçilər tərəfindən bu cür mükafatlarla dəyərləndirilir. Bu mənə əlavə stimul və daha çox məqalə yaratmaq arzusu bəxş edir. Sizə fəaliyyətinizdə uğurlar arzulayırıam! Hörmətlə: --Keete 37 (Farid Aliev) (müzakirə) 18:56, 23 avqust 2015 (UTC)Cavabla

Dəyməz. Hazırladığınız gözəl məqalələrə görə əslində mən təşəkkür etməliyəm.--Serk@nl@nd 19:06, 23 avqust 2015 (UTC)Cavabla

Ziya Bünyadov redaktə

Salam, həmkar. Mən bu məqaləyə tənqid artırıb, onu bitərəf etmişəm. Əgər bu dəyişiklərlə razısınızsa, xahiş edirəm səsini dəyişəsiz. Vikipediya:Laboratoriya/Ziya Bünyadov

--Azerifactory (müzakirə) 06:04, 28 avqust 2015 (UTC)Cavabla

Vəfa Quluzadə redaktə

 
DƏVƏTNAMƏ
Salam!
Vəfa Quluzadə məqaləsinin "Seçilmiş məqalə" namizəd statusunu əldə etməsi ilə əlaqədar, Sizi Vikipediya:Laboratoriya/Vəfa Quluzadə səhifəsində keçirilən səsvermələrə dəvət edirəm.

----Azerifactory (müzakirə) 21:21, 30 avqust 2015 (UTC) Cavabla

Məqalənin redaktəsi barədə redaktə

Salam cənab Araz Yaquboğlu, mən hal-hazırda Bəziləri isti sevir (film, 1959) məqaləsi üzərində işləyirəm, keçmiş yazıların hamısını sildim və yeni versiya üzərində çalışmağa başladım. Xahiş edirəm, redaktələrimin rahat keçməsini təmin edəsiniz. Axı bu vaxta qədər Siz mənim fəaliyyətimdə vandallıq görməyibsiniz, deməli mən nə etdiyimi gözəl bilirəm) Hörmətlə: --Keete 37 (Farid Aliev) (müzakirə) 10:19, 11 sentyabr 2015 (UTC)Cavabla

Siz hər zaman işlədiyiniz məqalədə Redaktə etməyin! şablonu qoyursuz. İndi isə bu yox idi. O üzdən mən də redaktələri geri qaytarmışdım. --Araz Yaquboglu (müzakirə) 10:24, 11 sentyabr 2015 (UTC)Cavabla
Cənab Araz Yaquboğlu, sadəcə olaraq mən adətən məqalələri özüm yaradıram, bu dəfə isə mən artıq çox illər bundan öncə yaradılmış və bərbad vəziyyətdə olan məqaləni yenidən işləməyə qərar verdim, bunun üçün isə köhnə yazıları silmək lazım idi. "Redaktə etməyin" şablonu artıq məqaləyə yerləşdirilibdir. --Keete 37 (Farid Aliev) (müzakirə) 10:31, 11 sentyabr 2015 (UTC)Cavabla

Dəvət redaktə

 
DƏVƏTNAMƏ
Salam!
Sizi Eri (Pensilvaniya) məqaləsinin "Yaxşı məqalə" və ya "Seçilmiş məqalə "statusu alması üçün Vikipediya:Laboratoriya/Eri (Pensilvaniya) səhifəsində keçirilən səsvermələrə dəvət edirəm.

--Serk@nl@nd 12:11, 15 sentyabr 2015 (UTC)Cavabla

Xahiş redaktə

Salam Zaur, Sizdən bir xahişim olacaq, mənim indi işlədiyim məqalənin [12] bu bölməsində kiçik problem var - gördüyünüz kimi, burada dialoq yerləşdirilib, dialoqdakı sonuncu cümlə - Jerry: Why not? He keeps marrying girls all the time... aşağıda olmalı idi, ancaq o aşağıya keçmir, bu problemi həll etməkdə mənə yardımçı ola bilərsinizmi? --Keete 37 (Farid Aliev) (müzakirə) 19:50, 19 sentyabr 2015 (UTC)Cavabla

Salam Keete 37 (Farid Aliev). Hə Y Qeyd etdiyiniz problem həll edilib. --Zaur Turan (1994) (Müzakirə) 04:46, 20 sentyabr 2015 (UTC)Cavabla

Qurban bayramınız mübarək! redaktə

  Qurban bayramınız mübarək!

Salam Keete 37, sizi dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm.
Xoşbəxt redaktələr
--Serk@nl@nd 20:41, 23 sentyabr 2015 (UTC) }}Cavabla

Çox sağolun cənab Serkanland! Mən də Sizə bu bayram münasibətilə təbrik edir, uzun ömür və can sağlığı arzulayıram. Hörmətlə: --Keete 37 (Farid Aliev) (müzakirə) 12:24, 24 sentyabr 2015 (UTC)Cavabla

LGBT şablonu redaktə

Salam cənab Sortilegus. Sizi LGBT şablonu ilə əlaqədar olaraq narahat edirəm. Bildiyim kimi, siz bu şablonu bütün məqalələrdən silirsiniz. Bu şablon aktiv olaraq başqa dil versiyalarında da istifadə olunur və LGBT portalına keçid sağlayır. Bu şablon təbii ki, yalnız LGBT-mövzusunda olan məqalələrdə istifadə olunur və onun nəyə görə silinməsini anlaya bilmirəm. Məlumatlandıra bilərsinizmi? --Keete 37 (Farid Aliev) (müzakirə) 09:19, 10 oktyabr 2015 (UTC)Cavabla

Salam. Portal şablonunun ana kateqoriyaya, ya da ən uzağı mövzu ilə bağlı ana məqaləyə əlavə edilməsi düzgündür. LGBT portalına keçid LGBT kateqoriyasına və LGBT məqaləsinə əlavə olunmalıdır. Məsələn, azvikidə 5 min kino haqqında məqalə var. İndi onların hamısına Kino portalına keçidmi verilməlidir? Bu düzgün deyil. Hər hansısa film və ya mövzu haqqında portal olarsa onun məqaləsindən həmin portala keçid vermək olar. Deyək ki, Alatoran (romanlar seriyası) məqaləsindən Portal:Alatoran portalına. Day Ədəbiyyat portalına keçidi Alatoran məqaləsinə əlavə etmək lazım deyil. Eyni ilə LGBT mövzusuna da bu aiddir. Oturub bir-bir bütün cinsi azlıq təmsilçiləri haqqında vikipediyada olan məqalələrə və ya bu mövzuda əsər və filmlər haqqındakı məqalələrə LGBT portalına keçid əlavə edilməməlidir. --Sortilegus (müzakirə) 18:23, 10 oktyabr 2015 (UTC)Cavabla

Dəvət redaktə

 
DƏVƏTNAMƏ
Salam!
Sizi Seylor Mun məqaləsinin "Yaxşı məqalə" və ya "Seçilmiş məqalə "statusu alması üçün Vikipediya:Laboratoriya/Seylor Mun səhifəsində keçirilən səsvermələrə dəvət edirəm.

--Serk@nl@nd 19:47, 10 oktyabr 2015 (UTC)Cavabla

Dəvət redaktə

Salam həmkar. Burada keçirilən səsvermədə iştirak etməyinizi istərdim. --Araz Yaquboglu (müzakirə) 11:29, 22 oktyabr 2015 (UTC)Cavabla

Xahiş redaktə

Salam cənab Tubus! Sizdən kiçik bir ricam olacaq. Sizin etdiyiniz əvəzsiz yardımlara görə mən həmişə sizə minnətdar olacam, lakin bir kiçik problemim vardır, onu həll etməkdə yardımçı ola bilərsinizmi? Mən bu yaxınlarda Ulduz müharibələri-nə aid portal yaradacam. Hələki portal üçün hissələri yaradıram. Intro bölməsində problem yaranıbdır - [13] Belə ki, bölmənin yuxarısında lazımsız [[Image:{{{image}}}|130px|{{{caption}}}] işarəsi görünür, onu necə aradan qaldırmaq olar? Həmin problem Intro Şəkil bölməsində də vardır [14]. Çox xahiş edirəm mənə yardımçı olasınız. Hörmətlə: --Keete 37 (Farid Aliev) (müzakirə) 14:59, 22 oktyabr 2015 (UTC)Cavabla

Hə Y Cənab Keete, mən həll etdim. Problem burda idi--Serk@nl@nd 15:07, 22 oktyabr 2015 (UTC)Cavabla
Yardımınıza görə təşəkkür edirəm cənab Serkan burada bir kiçik səhvdən böyük problem yaranır))) Köməyinizə görə çox sağolun. --Keete 37 (Farid Aliev) (müzakirə) 15:58, 22 oktyabr 2015 (UTC)Cavabla

Dəvət redaktə

 
SƏSVERMƏ
Salam!
Sizi Vikipediya:Səsvermə/Anime və manqa məqalələri səhifəsində keçirilən səsverməyə dəvət edirəm.

--Serk@nl@nd 13:15, 6 noyabr 2015 (UTC)Cavabla

Dəvət redaktə

 
SƏSVERMƏ
Salam!
Sizi Vikipediya:Səsvermə/Seçilmiş məqalə şərtləri səhifəsində keçirilən səsverməyə dəvət edirəm.--Emin ismarış 14:06, 6 noyabr 2015 (UTC) Cavabla

Daha bir xahiş redaktə

Cənab Asparux Xan, Sizi narahat etdiyim üçün üzr istəyirəm, ancaq mən ciddi problemlə üzləşmişəm - Siz mənə yadınızdadırsa, Alan Türinq məqaləsində böyük yardımçı oldunuz. Mən bu problemi gördükdən sonra, yaratdığım və YM-SM statuslarını əldə etmiş digər məqalələrə nəzər yetirdim və oxşar problemin İvan Qroznı və oğlu İvan 16 noyabr 1581-ci ildə (19,20,23-cü istinadlarda) və Koralina (cizgi filmi, 2009) (2 və 24-cü istinadlarda) məqalələrində də baş verdiyini gördüm. Məncə bu yaxınlarda hansısa dəyişiklik edilmişdir və bunun nəticəsində bu cür xoşagəlməz problemlər baş vermişdir. Çox xahiş edirəm, mənə yardımçı olun. Sizə dərin hörmətlə: --Keete 37 (Farid Aliev) (müzakirə) 16:34, 6 noyabr 2015 (UTC)Cavabla

Həmkar nəzakətinizə görə təşəkkür edirəm: problem aradan qalxdı.--Asparux Xan Bulqar (müzakirə) 19:56, 6 noyabr 2015 (UTC)Cavabla
Cənab Asparux Xan, Sizə necə təşəkkür edəcəyimi bilmirəm - sağ olun və var olun. Bağışlayın bəzən Sizi bu cür xahişlərimlə narahat edirəm, sadəcə olaraq mən Sizi bu işlərin mütəxəssisi kimi görürəm. Sizə dərin hörmətlə: --Keete 37 (Farid Aliev) (müzakirə) 21:35, 6 noyabr 2015 (UTC)Cavabla

İdarəçi seçkisi redaktə

 
İDARƏÇİ SEÇKİSİ
Salam!
Sizi mənim idarəçi seçilməyim ilə bağlı İdarəçilər səhifəsində keçirilən səsverməyə dəvət edirəm.--Serk@nl@nd 11:28, 12 noyabr 2015 (UTC)Cavabla

Dəvət redaktə

Salam. Sizi bu Azərbaycan bayrağı səhifəsində keçirilən səsvermələrdə iştiraka dəvət edirəm.--Azerifactory (müzakirə) 04:48, 7 dekabr 2015 (UTC)Cavabla

"Keete 37/Arxiv 4" istifadəçi səhifəsinə qayıt.

Saytda 102 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024