İstifadəçi müzakirəsi:Melikov Memmed/Arxiv 2016 Haqqinda Melumat - Vikipedia

İstifadəçi müzakirəsi:Melikov Memmed/Arxiv 2016 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İstifadəçi müzakirəsi:Melikov Memmed/Arxiv 2016

Təşəkkür! redaktə

Mükafat üçün təşəkkür edirəm!--Serka@nl@nd 10:36, 23 fevral 2016 (UTC)Cavabla

Dəvət redaktə

Salam. Bildiyiniz kimi azərbaycanca vikipediyada bir çox problem və mübahisələr var. Biz belə düşünürük ki, bu problemlərin səbəbləri qaydaların zəifliyi və müəyyən idarəçilərin məsuliyyətsizliyidir. Bəzi idarəçilər ümumiyyətlə vikipediyaya girmir. Nəinki fəal idarəçi fəaliyyəti ilə məşğul olsunlar. Bəzi idarəçilər qaydalarla hərəkət etmir. Ürəyi istəyən məqaləni, siyahını, şəkli silir. Ürəyi istəyən məqaləni mühafizəyə alır (yəni kilidləyir). Söz soruşursan ürəyi istəyən cavabı verir ya da heç vermir. Digər idarəçilərdən aktiv olan var, bəli. Lakin onların da çoxsu bu cür neqativ-mübahisəli hallarla başlarını ağrıtmamaq üçün və bir idarəçi digərinin işinə qarışmasın, yəni idarəçilər arasında düşmənçilik-ədavət yaranmasın deyə bir çox ədalətsizlik və mənfi, problemli hallara susurlar. Neçə dəfə bu barədə idarəçilərə ayrı ayrılıqda və ümumilikdə müraciət etmişəm və başqa edənlər də olub. Nə qədər istifadəçi də bu haqsızlıq və ədalətsizliyə dözməyib vikipediyanı birdəfəlik tərk edib. Biz də bütün bu hallara görə META-da bütün idarəçilərin idarəçiliyinin yenidən səsverməyə çıxarılıb sonradan onların müvəqqəti (məsələn 1 illik, 2 illik və s.) seçilməsi təklifini etmişik. Əgər istəyirsinizsə siz də bu siyahıya imza qoymaqla, həm öz dəstəyinizi nümayiş etdirə, həm də şərh-rəy yazmaqla öz dəyərli təkliflərinizi səsləndirə bilərsiz.--samral müzakirə 22:06, 24 fevral 2016 (UTC)Cavabla

Salam. Hörmətli Samral, AzViki yaranandan idarəçilər ilə hər zaman problem olmuşdur, bir qayda olaraq idarəçılər xidmət etmək üçün onlara verilmiş inzibati imkanlardan daha çox öz şəxsi maraqları üçün istifadə ediblər. Bu mənada Sizin etirazınızı başa düşürəm, ancaq bu çıxış yolu deyil. Aktivlik çox az olan AzVikidə olan-olmaz idarəçiləri də bir kənra atmaq yaxşı heç nə vəd etmir. Təsəvvür edin ki, Sizin təklif keçdi və hətta yeni idarəçilər seçildi, bu işlərin daha keyfiyyətli olacağına zəmanət verirmi? Hətta tam əks effekt də ola bilər. Ona görə, məncə tam əksinə, cavanlar arasından enerjili, işləmək istəyən və ən əsası mübahisəli məsələlərdə tərəfsiz ola biləcək istifadəçilərdən münkün qədər çox yeni idarəçi seçmək lazımdır. Bunun üçün isə onlar müəyyən bir dövr ərzində özlərinin bu keyfiyyətə mlık olduqlarını öz əmələri ilə Vikipediyada biruzə verməlidirlər. --Melikov Memmedemail 08:25, 26 fevral 2016 (UTC)Cavabla

Dil qeyd şablonları redaktə

Salam həmkar. Digər dillərdəki xarici keçidlərin dilinin qeyd olunması üçün istifadə edilən şablonlardakı dəyişikliklərinizi geri qaytarmalı oldum. Çünki etdiyiniz dəyişikliklər şablonun təyinatına uyğun gəlmirdi. Bu şablonun intervikilərinə baxsanız, onların hamısının standart görünüşə sahib olduğunu görəcəksiniz. Xahiş edirəm, bunun kimi, minlərlə məqaləyə təsir edə biləcək dəyişikliklər edərkən ehtiyatlı olun. Hörmətlə, Wertuose (müzakirə) 21:00, 25 fevral 2016 (UTC)Cavabla

Salam. Sadəcə daha əyani olmaq üçün dillərə keçid əlavə olunmuşdur, məsələn, (nid.) yazısı (nid.) şəkilində dəyişdirilmişdir, bunun daha praktik olması ilə bahəm edilən dəyişiklərin hansısa bir texni proplem yaratdığını hiss etməmişdim. Bu qədər vaxt sərf etdiyim işin beləsə geri qaytarılması təəssüf doğurur. Məsələn, ruscada bu şablonlara kursor yaxınlaşdırdıqda dili göstərir. --Melikov Memmedemail 08:29, 26 fevral 2016 (UTC)Cavabla

Dəvətnamə redaktə

 
Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında
 
Salam Hörmətli həmkar. Sizi laboratoriyada
Sant'İvo alla Sapienza məqaləsi üçün keçirilən səsvermədə
iştirak etməyə dəvət edirəm.

--Baskervill müzakirə 12:13, 17 noyabr 2016 (UTC)Cavabla

İP-redaktələrinin patrullanması redaktə

Salam, hörmətli həmkar. Sizi Azviki üçün aktual problemlərdən biri olan İP-redaktələrinin patrulanması ilə bağlə kənd meydanında keçirilən müzakirədə iştirak etməyə dəvət edirəm. Hörmətlə: --Baskervill müzakirə 13:55, 22 dekabr 2016 (UTC)Cavabla

"Melikov Memmed/Arxiv 2016" istifadəçi səhifəsinə qayıt.

Saytda 183 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024