İstifadəçi müzakirəsi:Moses/Arxiv 3 Haqqinda Melumat - Vikipedia

İstifadəçi müzakirəsi:Moses/Arxiv 3 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İstifadəçi müzakirəsi:Moses/Arxiv 3

Futbolçu şablonu

Salam həmkar, siz niyə Şablon:Futbolçu səhifəsindəki redaktəni geri qaytarırsınız? EVRRVE. (müzakirə) 08:34, 8 yanvar 2023 (UTC)

Salam. Metr deyə qeyd olunduqda düzgün olmur. Məsələn: futbolçunun boyu "194 m" yazılıb, 194 metrdi? Əgər 1.94 m yazılsa hə düzgün qəbul edilə bilər. Ancaq bizim Vikipediyada əsasən nöqtəsiz yazılır. Ona görə sm yazılmasını uyğun görürəm. — Moses 10:33, 8 yanvar 2023 (UTC) Amma iş orasındadır ki uzunluğun vahidi metrdir və bəzi məqalələrdə də varki 1.90 sm olur. Onda futbolçunun boyu 1.90 sm olur? EVRRVE. (müzakirə) 12:48, 8 yanvar 2023 (UTC)

Türk Vikipediyasına baxdım metr ilə qeyd olunub. Onda biz gərək nöqtəsiz yazılanları nöqtəliyə çevirməliyik. — Moses 12:55, 8 yanvar 2023 (UTC)

Çarə yoxdur. Bəzi məqalələrdə zatən metrlədir. Qalan məqalələridə vaxtım olanda düzəliş edəcəm. EVRRVE. (müzakirə) 14:30, 8 yanvar 2023 (UTC)

Etdiyiniz yanlış adlandırmalar ilə bağlı xəbərdarlıq

Salam. Mənə izah edə bilərsinizmi ki, siz niyə belə edirsiniz? Götürüb Polad Ələmdar məqaləsini öz istəyinizə uyğun olaraq, hətta dəfələrlə, heç bir əks arqument göstərmədən əsassız bir şəkildə Polad Aləmdar etmisiniz. Halbuki mən dəyişiklik izahına səbəbini də qeyd etmişdim. Bundan əlavə, mövzu ilə əlaqəli digər müvafiq məqalələrdə "Qurdlar Vadisi"-ni etmisiniz "Qurdlar vadisi", "Vətən" sözünü də götürüb kiçiltmisiniz. Bu seriya azərbaycan dilində olduğu kimi yayımlanıb, axtarış edib mənbələrə də nəzər salsanız bu formada yazıldığını görə bilərsiniz. Bəs deyə bilərsinizmi bütün bunları nə səbəbə etmisiniz? Heç dəyişiklik səbəbində izah da verməmisiniz ki, bəlkə o zaman anlardıq. Zəhmət olmasa, məsələyə aydınlıq gətirin və etdiyiniz səhvləri düzəldin. Hörmətlə, Gadir (müzakirə) 11:58, 12 fevral 2023 (UTC)

Salam Gadir. Öncəliklə türkcədə "Alemdar" deyə yazılır "Elemdar" deyə yox. Nə qədərdə bizdə Ələmdar adı olsada düzgün gəlmir. Qurdlar vadisinə gəldikdə isə "vadi" sözü niyə böyüklə yazılmalıdı ki? və ya "vətən" sözü. Hansısa əlamətdar və ya matəm günü deyilki. Həmdəki azvikidə yaradılan film məqalələrindən heç birində ilk sözdən sonrakı sözlərin böyüklə yazıldığını görməmişəm. – Moses 12:41, 12 fevral 2023 (UTC)
1. Alemdar-Elemdar nə əlaqə? Düz də olsa, səhv də olsa Ələmdar yazılır, ən azından mənbələr o formada verib, nəzər yetirin. Bəyənsək də, bəyənməsək də mənbələrə əsaslanmalıyıq. 2. Çünki dediyim kimi, seriya Qurdlar vadisi yox, Qurdlar Vadisi kimi yayımlanıb, mənbələrdə bu formada adlandırma üstünlük təşkil edir. Nəzər yetirin. Vətən sözü də eləcə, böyüklə verilib. Bəli, böyüklə yazılır, önəmli olan mənbələrdə necə verilməsidir. Zəhmət olmasa, səhvlərinizi düzəldin və bu fəaliyyətinizdən çəkinin. Hörmətlə, Gadir (müzakirə) 15:58, 12 fevral 2023 (UTC)
@Moses bəy, @Gadir bəy tamamilə haqlıdır. Belə mühüm ad dəyişmələri müzakirəsiz və arqumentsiz etmək olmaz. Ən azından müzakirə edilməlidir. "Aləmdar" mövzusunda isə tamamilə yanlışsız. Zəhmət olmasa ya ortaya azərbaycandilli etibarlı mənbələr qoyun, ya dərhal redaktələrinizi geri qaytarın, ya da sui-istifadə hallarına görə sizdən addəyişmə hüququnun alınması üçün müraciət edəcəm. samral müzakirə 16:19, 12 fevral 2023 (UTC)
mən daha çox qrammatika ilə yazdığım üçün mənbələrdə necə yazılır deyə fikir verməmişəm. Baxdım bəli "Polad Ələmdar" və "Qurdlar Vadisi" yazılır. Yanlışımı düzəldirəm. — Moses 05:34, 13 fevral 2023 (UTC)

Elif dedim səhifəsinin silinməyə namizəd göstərilməsi

 
Elif dedim səhifəsinin Vikipediyada saxlanıb-saxlanılmaması ilə bağlı müzakirə aparılır.

Konsensus əldə olunanadək səhifə Vikipediya:Silinməyə namizəd səhifələr#Elif dedim səhifəsində müzakirə olunacaqdır. Hər kəs, o cümlədən siz müzakirəyə qatıla, fikirlərinizi bölüşə bilərsiniz.

İstifadəçilər müzakirə zamanı səhifəni redaktə edə, eləcə də müzakirə zamanı bildirilən problemləri həll etmək üçün səhifəni təkmilləşdirə bilərlər. Bununla belə, səhifənin yuxarı hissəsində yerləşdirilmiş silinmə şablonunu götürməyin.

Gadir (müzakirə) 22:26, 29 mart 2023 (UTC)

Şablonlarla bağlı

Salam, etdiyiniz şablon dəyişiklikləri parametrlərin itməsinə və işləməməsinə səbəb olur. Xahiş edirəm, parametrləri əvəzləyərkən daha diqqətli olun və hansı səhifələrdə istifadə edildiyinə diqqət edin Toghrul R (m) 13:01, 23 aprel 2023 (UTC)

Oldu — Moses 13:03, 23 aprel 2023 (UTC)

Dəvət

 
İnzibatçı seçkisi
Salam, Moses.
Sizi mənim inzibatçılıq statusumlə bağlı keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm. — Wealszy (müzakirə) 12:19, 27 aprel 2023 (UTC)

Sizin üçün bir ulduz!

  Çalışqanlıq ulduzu
Yaratdığınız məqalələrə və indiyə qədər vermiş olduğunuz töhfələrə görə. Gadir (müzakirə) 16:28, 2 may 2023 (UTC)
Bu arada, bu məqalə yarımçıq qalıb. Gadir (müzakirə) 16:34, 2 may 2023 (UTC)
tamamlayacam :) — Moses 16:38, 2 may 2023 (UTC)
Salam. Əbdülhey Çoban məqaləsi üçün təşəkkür edirəm. Lakin məqalə yaradarkən tərcümə alətlərindən istifadə edəndə işiniz yekunlaşdıqdan sonra məzmunu bir daha incələyin. Müvafiq düzəlişlər edildi. Gadir (müzakirə) 22:22, 3 may 2023 (UTC)

Şablon

Salam həmkar. Yanılmıramsa bu cür şablonları istifadəçi səhifəsi altında yaratmaq lazımdı. Məsələn:

Bikar Orxan (müzakirə) 20:58, 2 may 2023 (UTC)

Salam. Solavirumda belə edib. Ancaq bilmədim hansı düzgündür. — Moses 21:00, 2 may 2023 (UTC)
@Toghrul R, fikrinizi öyrənmək olar? Bikar Orxan (müzakirə) 21:03, 2 may 2023 (UTC)
Salam. Səhv xatırlamıramsa, əvvəllər bu tətbiq (interfeysdən istifadə) yox idi. Ona görə də şablonla istifadə edilirdi. Daha sonra bu olunca şablona ehtiyac qalmadı. Bununla bağlı konkret bir qayda olmasa da, istifadəçi səhifəsinin interfeysindən istifadə etmək məqsədəuyğundur. Hörmətlə, Gadir (müzakirə) 22:39, 2 may 2023 (UTC)

Dəvət

Salam hörmətli Moses. Sizi bu səhifədə keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm.-Wikipediya M (müzakirə) 15:27, 15 may 2023 (UTC)

Qlobal addəyişdirici hüququ

Salam, həmkar. Metada qlobal addəyişdirici hüququ üçün müraciət etmişəm. Əsasən təcrübəli bir istifadəçi kimi lokaldakı müraciətlərə operativ şəkildə baxa bilərəm. Lakin oradakı istifadəçilər Az Vikidəki son məsələlər və yaxın vaxtdakı bir çox blok səbəbi ilə bağlı icmanın fəaliyyətim barədə fikirlərini öyrənmək istəyirlər. Düşünürəm ki, bu qərara müsbət təsir edə bilər. Səsvermədə iştirak edərək mənə etimad edirsinizsə, bunu qeyd etməyinizi və ya əksini bildirməyinizi xahiş edirəm. Buradan keçid edə bilərsiniz. Hörmətlə, Gadir (müzakirə) 10:22, 29 may 2023 (UTC)

Mesaj faylı

Salam. Burada müzakirə səhifəniz üçün olan fayl görsənmirdi. Düzü, bilmirəm niyə. Onu eyni, fərqli adlı başqa faylla əvəzlədim, düzəldi. Gadir (müzakirə) 18:54, 15 iyun 2023 (UTC)

Fayl:Süleyman Çakır və Polad Ələmdar.jpeg

Salam. Təəssüf ki, bu yüklədiyiniz fayl ədalətli istifadəyə uyğun deyil və silinəcək. Zəhmət olmasa, azad olmayan faylları sadəcə ədalətli istifadə üçün yükləyin. Gadir (müzakirə) 23:09, 28 iyun 2023 (UTC)

Salam. Sizi Vikipediya:Qiymətləndirmə/Yaxşı məqalələr səhifəsindəki məqalələrə səsverməyə dəvət edirəm.— Baskervill (müzakirə) 07:08, 4 avqust 2023 (UTC)

İş davam edir

Salam Həmkar bu məqalənizdə bu məqalənizdə iş gedir şablonu 20-gündən çoxdur ki qalır mən çıxardım şablonu zəhmət olmasa məqalə üzərindəki işləri bitirin -- ⟨Qraf⟩061   (müzakirə) 06:39, 13 avqust 2023 (UTC)

Dəvət

Nərmin Kərimbəyova səhifəsi silinmək üçün müzakirəyə çıxarılıb. Zəhmət olmasa səhifəyə baxıb, səs verəsiniz. Səhifədə "iş gedir" şablonu olmasına baxmayaraq, səhifə "silinmək üçün səsverməyə" çıxarılıb. Mütəmadi əlavələr edirəm. Zəhmət olmasa səhifənin qalması üçün lehinə səs verəsiniz. Xeyal Azerbeyli (müzakirə) 08:39, 23 avqust 2023 (UTC)

Transfer Şablonu

Axşamınız xeyir. Yeni bir məqalə üstündə işləyərkən Transferlə bağlı bir şablonun olmaması diqqətimi cəlb etdi. Anladığım qədəri ilə şablon hazırlayır, redaktə edirsiniz. Türkçə Vikipediyada var transfer şablonu. Bizdə yoxdur. Siz hazırlaya bilərsiniz? Çox sağolun Asif Məmmədov (müzakirə) 14:16, 24 avqust 2023 (UTC)

Salam hər vaxtınız xeyir. Zəhmət olmasa türkcə vikipediyadakı "transfer şablonu"n burda qeyd edərsiz, tapa bilmədim. — Moses 15:01, 24 avqust 2023 (UTC)
Doğrusu mən də "ChatGPT" vasitəsilə gördüm onu.
{{Transfer bilgisi
|futbolcu_adı = Vasif
|doğum_tarihi = 1999
|doğum_yeri = Azərbaycan
|uyruk = Türk
|mevki = GK
|kulüp_numarası = 10
|eski_kulüp = X
|yeni_kulüp = Y
|transfer_değeri = 1
|transfer_bedeli = 2
|kontrat_süresi = 3
|uluslararası_kariyer =
}}
Yerlər boş qalmasln deyə doldurdum. Belə bir şablondur. Asif Məmmədov (müzakirə) 15:09, 24 avqust 2023 (UTC)
Salam. Yaradacaqsınız şablonu? Mənim bir məqaləm hazırda ondan asıllıdı. Zəhmət olmasa deyərdiniz? Çox sağolun Asif Məmmədov (müzakirə) 09:24, 25 avqust 2023 (UTC)
Açığı mən şablonu trvikidə tapa bilmədim. — Moses 09:45, 25 avqust 2023 (UTC)
Bəs ümumən özünüz yarada bilərsiniz? Yuxarı yazdığım detaylar qeyd olunsa bəs edər. Asif Məmmədov (müzakirə) 10:03, 25 avqust 2023 (UTC)
Asif Məmmədov, salam. {{Futbolçu}} şablonunun daxilində istifadə olunacaq? Gadirmüzakirə 20:43, 31 avqust 2023 (UTC)
@Gadir Sabahınız xeyir. Sadəcə cədvəl formasında əslində çox da yaxşı görünmədiyini gördüyüm üçün, istədim ya şablon olsun xüsusi, ya da elə {{Futbolçu}} şablonu daxilində də yerləşdirmək olar Asif Məmmədov (müzakirə) 02:17, 1 sentyabr 2023 (UTC)

S.Ə.S (internet serialı, 2021)

salam. bu məqalənin bərpa olunmasına qərar verilməyib axı. məqaləni niyə yaratmısız? Atakhanli (müzakirə) 06:18, 7 sentyabr 2023 (UTC)

Salam. Məqaləni mən yenidən yaratmamışam. Qaralama mövzusunda idi, Sortilegus qaralamadan çıxartdı. — Moses 09:15, 7 sentyabr 2023 (UTC)
Salam. Sildim səhifəni. İstiqamətləndirmə səhifəsi olub, ona görə diqqətimdən kənarda qalıb. "Qaralama" adlar fəzasında məqalələri bərpası müzakirəsi getdiyi müddətdə yaradırıq. Bərpasından imtina olunanda məqaləni silmək, bərpası qəbul ediləndə "qaralama" adlar fəzasından çıxarıb normal məqalə adlar fəzasında qaytarmaq lazımdır. — Sortilegus (müzakirə) 15:23, 7 sentyabr 2023 (UTC)

Təbrik

Salam həmkar. Doğum gününüzü təbrik edirəm. Sizə həm həyatda, həm də viki fəaliyyətinizdə uğurlar arzu edirəm!— Bikar müzakirə 07:20, 30 oktyabr 2023 (UTC)

Salam, təbriklər. Turkmen müzakirə 07:23, 30 oktyabr 2023 (UTC)
Salam @Bikar və @Turkmen. hər birinizə ayrı-ayrılıqda təşəkkürlər. :) — Moses 06:42, 31 oktyabr 2023 (UTC)

8K Video Formatı səhifəsinin silinməyə namizəd göstərilməsi

 
8K Video Formatı səhifəsinin Vikipediyada saxlanıb-saxlanılmaması ilə bağlı müzakirə aparılır.

Konsensus əldə olunanadək səhifə Vikipediya:Silinməyə namizəd səhifələr/8K Video Formatı səhifəsində müzakirə olunacaqdır. Hər kəs, o cümlədən siz müzakirəyə qatıla, fikirlərinizi bölüşə bilərsiniz.

İstifadəçilər müzakirə zamanı səhifəni redaktə edə, eləcə də müzakirə zamanı bildirilən problemləri həll etmək üçün səhifəni təkmilləşdirə bilərlər. Bununla belə, səhifənin yuxarı hissəsində yerləşdirilmiş silinmə şablonunu götürməyin.

Bikar müzakirə 17:26, 25 dekabr 2023 (UTC)

"Moses/Arxiv 3" istifadəçi səhifəsinə qayıt.

Saytda 151 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024