İstifadəçi müzakirəsi:NKOzi/Arxiv 5 Haqqinda Melumat - Vikipedia

İstifadəçi müzakirəsi:NKOzi/Arxiv 5 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İstifadəçi müzakirəsi:NKOzi/Arxiv 5

Ən son rəy:12 il öncə, Vugar 1981 tərəfindən "Celal Beydili" mövzusunda

Niyə silinib? redaktə

Türkiyə kəndlərini niyə silmisiniz? Bu barədə müzakirələr keçirilməmişdir. --N KOzi FORUM 04:12, 27 avqust 2011 (UTC)Cavabla

Salam. O məqalələr kiminlə məsləhətləşib yaradılmışdı ki? Mən bir daha xahiş edirəm ki, kütləvi fəaliyyətlə bağlı mütləq vikicəmiyyətlə məsləhətləşin. İndi konkret problemin nədən ibarət olduğunu bir-bir yazım. Azvikidə adlandırmada heç vaxt vergüldən istifadə olunmur. Bozhüyük, Adıyaman kimi adlandırmalar düzgün deyil. Bizdə standart bu cürdür Yenikənd (Quba). Yəni adlandırma olmalıdır Bozhüyük (Adıyaman). Nəzərə alsaq ki, sizin Türkiyənin bütün kəndləri haqqında məqalə yaratmaq planınız olub və Türkiyənin ən azı bəlkə 50 000 kəndi var, deməli sonrada 50 000 məqalənin adını dəyişməliydik. Bu birinci məsələ. İkinci məsələ, türk dillərindən bir-birinə transliterasiya çox böyük problemdir. Elə "e"-"ə" transliterasiyası nə qədər vaxt aparır. Türkiyənin 50 000 kəndi haqqında türk vikisindən adını kopyalayıb burada 50 000 məqalə yaratsaq, sonra onların ən azı 40 000-nin adında transliterasiya aparılmalıdır, buna uyğun olaraq içində yazdığınız 1 cümlə düzəldilməlidir. Məsələn, Hasankendi, Adıyaman olacaq Həsənkəndi (Adıyaman), Kayatepe, AdıyamanQayatəpə (Adıyaman), Şerefli, AdıyamanŞərəfli (Adıyaman) və s. 10 minlərlə belə transliterasiya. Yaxşı olmazmı ki, əvvəlcə bir səhifə yaradasınız, orda əvvəlcə bir-bir Türkiyə vilayətlərinin kəndlərinin adlarını transliterasiya edək? Yoxsa ki, türk vikisindən 50 000 məqalənin adını kopyalayıb burda 50 000 məqalə yarat, hərəsinin də içinə 1 cümlə yaz - bununla nə olur ki? Əvvəlcə adları transliterasiya edək, sonra bu kəndlər üçün ümumi bir şablon düzəldək, heç olmasa standart da olsa 5-6 cümləlik mətn yazaq. Adlar transliterasiya olunanda məlum olacaq ki, Türkiyənin Şerefli, Adıyaman kəndindən başqa bizim Bərdə rayonunun da Şərəfli kəndu var. Artıq dəqiqləşdirmə səhifəsi yaratmalı olacağıq və s. və i. Yəni ensiklopedik fəaliyyət bu cür olur, adları kopyalayıb bura atmaqla ensiklopedik məqalə yaradıla bilməz. İnanıram ki, fikirlərim aydın oldu.

P.S. Yuxarıdakı mənə ünvanladığın ismarıcın tonunu sonradan bir qədər "yumşaltdığına" görə sənə təşəkkür edirəm. Hörmətlə: --Sortilegus 16:06, 27 avqust 2011 (UTC)Cavabla

Bu məsələyə 4 ay əvvəl sənə yazmışdım. Yaddan çıxmaq ehtimalının olmasını nəzərə alaraq təkrar edirəm. Müdaxilə etdiyim üçün üzr istəyirəm. Amma bu məsələ məni çox maraqlandırdığı üçün cavab vermək məcburiyyətindəyəm. Transliterasiya olmamalıdır məncə. Çünki türk dili Azərbaycan dilinə son dərəcə yaxın dil olduğu üçün səhv, tamaamilə absurda bərabər dəyişikliklər (uyğunlaşdırmalar) ola bilər. Üstəlik də bizdən öndəki vikilərin ənənəsinə baxmaq lazımdır. Məsələn bubu kifayət edər məncə. Digər ölkələrin yaşayış məntəqələri haqqında məqalələrin yaradılması fikrinə gəlincə isə yenə envikidə bütün Azərbaycan kəndləri haqqında məqalələrin yaradılmasını və ruvikidəki bu səhifənin gözdən keçirilməsinin kömək edəcəyi fikrindəyəm. --N KOzi Müzakirə 09:38, 2 iyun 2011 (UTC) --N KOzi FORUM 10:32, 31 avqust 2011 (UTC)Cavabla

P.S. Ən azından sildiyin məqalələrdə nəsə var idi. Silmək istəmədiyin xeyli məqalələrdə isə adddan başqa heç nə yoxdur. [1] [2] [3] --N KOzi FORUM 10:27, 31 avqust 2011 (UTC)Cavabla

Salam. Burda kim nə ziyanlı, böyük mənada kütləvi lazımsız fəaliyyətlə məşğul olmaq istəyirsə bizdəki kino məqalələrinə istinad edir. 2007-ci ildə azvikidə Vüsalın "sayəsində" bu ziyanlı tendensiyanın əsası qoyulub. Azviki ay yarımın içində (1 iyul 2007-ci ildən 15 avqust 2007-ci ilə qədər) 7 130 məqalədən 15 000 məqaləyə çatıb. O proses 2008-ci ildə dayandırılıb (tam yox, müəyyən qədər). Yəni 2007-ci il avqustun 15-də burda 15 000 məqalə olub, 2008-ci il iyulun 29-da isə 19 000. Məlumatlar burdadı: Vikipediya:Elanlar/Arxiv/1 Həmin 1 ilin içində burda fəal olan 4-5 istifadəçinin gücü ilə məqalələri zənginləşdirməklə məşğul olmuşuq ki, "qaralama məqaləli vikipediya" adından azad olaq. Sən indiki bütün fəaliyyətinlə azvikini yenə "qaralama məqaləli vikipediya" statusu almağa və ya böyük mənada bu statusu möhkəmləndirməyə yönləndirirsən. O vaxt (2008-ci ildə) nümunəvi məqalə problemimiz var idi və mən Elvis Presli məqaləsini zənginləşdirdim ki, kimsə qaralama halında olan məqalələri misal çəkəndə bu məqaləni nümunə göstərə bilim. Sonra bu məqalənin statusunun alınmasını istədim (düşündüm ki, azvikidə indi belə məqalələr çox olacaq və mənim zənginləşdirdiyim məqalə onların arasında "zəif məqalə" kimi görünəcək, amma indi görürəm ki, yanılmışam), bəzi istifadəçilər buna qarşı oldular. Mən sonra Ədəbiyyat üzrə Nobel mükafatı laureatları kateqoriyasını zənginləşdirməyə başladım. Eləcə də, Azərbaycan şair və yazıçılarının siyahısını tərtib etdim və hələ yarımçıq olsa da, orda da bir çox ensiklopedik məqalələr yarada bildim. Başqa layihələr, kateqoriyalar var ki, onlardakı məqalələrin inkişafında, zənginləşdirilməsində də iştirak etmişəm, heç özüm məqalələri yaradan olmasam da. Sənin də Misir inqilabı (2011) məqaləni yüksək qiymətləndirirəm (orda qəzet üslubu və s. qüsurlar olsa da). Olmazmı ki, bu cür fəaliyyətini davam etdirəsən? Yəni ƏSL MƏQALƏLƏR yaradasan? Hörmətlə:--Sortilegus 20:43, 31 avqust 2011 (UTC)Cavabla
Yenə salam. Sualının son hissəsinə cavab verim. Mən ən son bu məqaləni zənginləşdirirdim ki, bu istifadəçi gəldi çıxdı və hər şey zibilə döndü. İnsanda əsəbilik yaratmadan həvəs oyandırmaq lazımdır. --N KOzi FORUM 04:06, 1 sentyabr 2011 (UTC)Cavabla

Seyid Əli Orlat məqalasinin girişi haqqında redaktə

Məsləhətinizə görə təşəkkür edirəm. Bir şey yazdım, baxın görək, "giriş" dediyiniz hissə belə olurmu? --Aydın Məmmədov 00:38, 28 avqust 2011 (UTC)Cavabla
Bəli. Əslində burda da işlənməli hissələr var. Amma ilk görünüşcə pis deyil. --N KOzi FORUM 06:57, 31 avqust 2011 (UTC)Cavabla

Dəvət redaktə

 
SİZİ DƏVƏT EDİRİK!
Salam!
اشتراك يدين (Vikipediya:کند مئیدانی) Sizin də iştirak etməyinizi xahiş edirik.

Dərin hörmətlə,   E thp 08:00, 30 avqust 2011 (UTC)Cavabla

Ramazan Bayramın mübarək olsun. redaktə

Ramazan Bayramın mübarək olsun, Vugar 1981. -- Supermæn 10:26, 30 avqust 2011 (UTC)Cavabla

İkiəlifba (yenə) redaktə

Salıam Əmir. Səndən xahiş edə bilərəm? Zəhmət olmasa latın və ərəb əlifbası hərflərinin tam qarşılığını hazırlaya bilərsən? Bu çox ciddi məsələdir. --N KOzi FORUM 13:20, 2 sentyabr 2011 (UTC)Cavabla

Salamlar Vüqar. İnşallah ki istəyiniz budur Azərbaycan dili#Latın qrafikalı Azərbaycan əlifbası. Mən əlan musafirətə çıxıram istəyiniz bu olmasa böyük ehtimallaha cavabınız sabaha qalacaqsız. İnanıram ki məni başa düşəcəksiniz. Hörmətlə --Əmir İbrahimi *danışıq* 13:36, 2 sentyabr 2011 (UTC)Cavabla
Təşəkkür Əmir, mən sabah bu barədə məşğul olaram, Çox sağ ol. --N KOzi FORUM 13:39, 2 sentyabr 2011 (UTC)Cavabla
Salamlar Vüqar. Mən neçə gün yoxam. Hər gün nəhayət 1 saat viki üçün vaxtım var. Lütfən istəyini yaz olanda cavab yazım. Dərin hörmətlə --Əmir İbrahimi *danışıq* 17:14, 3 sentyabr 2011 (UTC)Cavabla

Müəllif hüquqları pozuntusu redaktə

Saıam Şahzadə. Xalçalara dair yaratdığınız məqalələr Azərbaycan Xalçaları olduğu kimi götürülmüşdür. Bu saytda müəllif hüquqları qorunduğuna dair qeyd vardır. Müəlliflik hüquqları əsas Vikipediya prinsiplərindən biridir. Lütfən nəzərə alın. --N KOzi FORUM 09:32, 5 sentyabr 2011 (UTC)Cavabla

Salam Vugar 1981. Vikipediya qaydalarına əsasən hər bir məqalənin mənbəsi, istinadı və ya xarici keçidi olmalıdır. Hər bir istifadəçi öz yaradıcılığını burada tətbiq edə bilməz. Ona görə də mən məqalədə mənbə olaraq həmin saytı mənbə kimi göstərmişəm. --Şahzadə 09:42, 5 sentyabr 2011 (UTC)Cavabla

Yenə salam. Mənim demək istədiyim odur ki, məsələn sizin yartadığınız Qarayazı xalçası məqaləsi mənbə olaraq göstərdiyiniz saytla eynidir, cümlələr və sözlər olduğu kimi götürülmüşdür. Bu müəllif hüquqları pozuntusudur. Mənbələrlə işləyən zaman onları olduğu kimi copy-paste üslubu ilə məqalələrə yerləşdirmək olmaz. Bu mənbədən istifadə edərək məqaləni öz cümlələrinizlə yazmalısınız. --N KOzi FORUM 09:56, 5 sentyabr 2011 (UTC)Cavabla

Məsləhətinizi nəzərə alaram. Diqqətinizə görə sağ olun. --Şahzadə 10:10, 5 sentyabr 2011 (UTC)Cavabla

Dəvət redaktə

 
SİZİ DƏVƏT EDİRİK!
Salam!
Şirvanşahlar dövləti məqaləsinin seçilmiş məqalə statusu alması ilə əlaqədar burada (Vikipediya:Seçilmiş məqalə namizədləri) keçirilərn səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirik.

Dərin hörmətlə, --sefer 20:47, 06 sentyabr 2011 (UTC)Cavabla

Salamlar redaktə

Salamlar Vüqar. Yubandığım üçün məni üzürlü sayın. Bu "z" və "t" sözcüklərinin problemi həll edilməzdir. Yanı onlar əvəz olanda kəlimənin mənasıda dəyişir. Hər halda AzConvert səthində köçürmə çox əladır. Yanlışlıqları oxuyanlar yavaş-yavaş düzəldə bilərlər. Birdəki ərəb əlifbasında böyük və kiçik hərfləri arasında fərq yoxdur, kəlimənin əvvəli, ortası və sononda gələndə qiyafələri əvəz olur. Onuda AzConvert tanıyır. Ayrı yazılımlardada bu məsələ problem yaradmır. Hörmətlə --Əmir İbrahimi *danışıq* 09:36, 7 sentyabr 2011 (UTC)Cavabla

Ocur olmaz. Yada çox çətin olar. Örnək üçün "Təbriz" yada "Gəmi" "تبریز" və "گمی" kimi yazılmalıdır. Əvvəl hicada "Ə" səslisi yazılmır. Bax Vikipediya:یازماق قایدالاری səhifəsində bütün bu qaydalar yazılıbdır. --Əmir İbrahimi *danışıq* 09:44, 7 sentyabr 2011 (UTC)Cavabla

Qabıq redaktə

Salamlar Vüqar. Sən bilirsən kim AzVikinin qabığın dəyişib, ərəb əlifbalı kəlimələri silib?--Əmir İbrahimi *danışıq* 05:20, 9 sentyabr 2011 (UTC)Cavabla

Tapdım və müraciətimi etdim. --N KOzi FORUM 05:30, 9 sentyabr 2011 (UTC)Cavabla
Təşəkkürlər. Vüqar diyəsən burda hər şey qatışıb dəyib bir-birinə!?!--Əmir İbrahimi *danışıq* 05:32, 9 sentyabr 2011 (UTC)Cavabla
Kimsə şəxsi sayt zənn edir. Amma sən yanımda ol. Lazım gəlsə bütün Metanı yığıb bura tökərəm. --N KOzi FORUM 05:35, 9 sentyabr 2011 (UTC)Cavabla
Mən sonunacan varam. Siz ilk gündən bizə minnətsiz yardım edibsiz. Mənim Sizə böyük hörmətim var. İnanıram ki obiri dostlarında nəzəri belədir. --Əmir İbrahimi *danışıq* 05:39, 9 sentyabr 2011 (UTC)Cavabla
Təşəkkür. --N KOzi FORUM 05:41, 9 sentyabr 2011 (UTC)Cavabla
Biz Vugar bəyə minnətdarıq. Siz olmasaydız bizim əlimiz bir yerə çatmazdi. Sizin köməklərizilə Azvikinin parça-parça eləyənlərin gözlərini kor edəcəyik. Sağ olun. --Elmaxtar 05:45, 9 sentyabr 2011 (UTC)Cavabla
Təşəkkür edirəm. --N KOzi FORUM 05:46, 9 sentyabr 2011 (UTC)Cavabla

Vüqar belə gözləmək olmaz. Meta üçün hazırlıq aparmaq lazımdır. Gəlsinlər iki əlifbanın haqqın bir dəfəlik ayırd edsinlər, yoxsa burda hər gün bir oyun çıxır araya. Qoy hamı öz təklifin bilsin. --Əmir İbrahimi *danışıq* 05:49, 9 sentyabr 2011 (UTC)Cavabla

Məsələ iki əlifbada deyil, Amma metaya getmək lazım gələcək. --N KOzi FORUM 05:53, 9 sentyabr 2011 (UTC)Cavabla
Məsələ tək iki əlifba deyil bunu bilirəm. Məsələ buranı şəxsi veb saytı bilməkdir. Ancaq pis şansımızdan ilk gündən bunlar ərəb əlifbanı gözləri götürməyib. Vallah mən day qalmışam nə yazım, nə deyim, nə iş görüm...--Əmir İbrahimi *danışıq* 05:59, 9 sentyabr 2011 (UTC)Cavabla
Hörmətli Əmir. Siz də bilirsiniz ki, burda idarə cəhətdən çox səhvə yol verilib. Əsas Vikipediya qaydaları pozulub. Heç bir post (admin, bürokrat) dailimi deyil, üstəlik də Azərbaycanca Vikipediya VikiMediya fondunun bir qoludur sadəcə. Bunu unudanlar olsa, yadına salmaq kifayətdir ki, onların tytduğu vəzifə bir düyməyə sıxmaq yolu ilə alına bilər və alınmalıdır da. --N KOzi FORUM 06:03, 9 sentyabr 2011 (UTC)Cavabla
Sizcə indi nə iş görmək olar. --Əmir İbrahimi *danışıq* 06:13, 9 sentyabr 2011 (UTC)Cavabla
Sadəcə gözlə. Sənə deyəcəyəm. --N KOzi FORUM 06:19, 9 sentyabr 2011 (UTC)Cavabla
Yaxşı gözlərəm. --Əmir İbrahimi *danışıq* 06:22, 9 sentyabr 2011 (UTC)Cavabla

Salamlar redaktə

Salamlar Vüqar. Lütfən vaxtınız olanda bu mövzuyla bağlı nəzərinizi bildirin. Hörmətlə --Əmir İbrahimi *danışıq* 14:01, 11 sentyabr 2011 (UTC)Cavabla

Salam Əmir. Düzü çox maraqlı məsələdir. Mən heç bilmirəm, Dil Komitəsində bu məsələ ilə bağlı oxşar misallar olub ya yox. Hər halda sənin hadisələri susub-izləməmən və aktiv fəaliyyət göstərmən alqışlanmalıdır. --N KOzi FORUM 06:25, 12 sentyabr 2011 (UTC)Cavabla

Salamlar. Hələki müzakirənin davamı var. Mənim nəzərim bərabər hüqüqla AzVikidə qalmaqdır. Dostlar ayrilmaq fikrindədirlər. Sizdə kən meydanında nəzərinizi yazsaz daha yaxşı olar. Hörmətlə --Əmir İbrahimi *danışıq* 14:17, 12 sentyabr 2011 (UTC)Cavabla

Bəy indi məsələ təkcə bərabər hüqüqdan gedir. İngiliscə mətndə inşallah bu gün islah olunacaq. Hörmətlə --Əmir İbrahimi *danışıq* 04:39, 13 sentyabr 2011 (UTC)Cavabla

Ana səhifəyə şəkil redaktə

Vüqar, salam. Ana səhifədə şəkil yeri boşdur. Sizin məsləhətinizə ehtiyacım var. Bu [4] şəkli yerləşdirə bilərəm? Hörmətlə, --Irada 10:49, 13 sentyabr 2011 (UTC)Cavabla

Deyəsən bunun növbəsi olmalıdır. Dərin ehtiramla, --N KOzi FORUM 10:52, 13 sentyabr 2011 (UTC)Cavabla

Çox təşəkkür edirəm, alındı :)) Var olun!--Irada 10:59, 13 sentyabr 2011 (UTC)Cavabla

Dəyməz, borcumuzdur. --N KOzi FORUM 11:00, 13 sentyabr 2011 (UTC)Cavabla

Vandalizmlə bağlı məlumat redaktə

Bu fəaliyyətinizi vandalizm kimi qiymətləndirirəm. Xahiş edirəm ki, bir daha belə hərəkət etməyin! --►Safir yüzüklü Ceklimesaj 12:58, 13 sentyabr 2011 (UTC)Cavabla

Mən oradan {{xg}} şablonunu çıxarmışdım. Yəqin o biri səhvən olub. --N KOzi FORUM 13:01, 13 sentyabr 2011 (UTC)Cavabla
Niyə çıxardırsan {{xg}} şablonunu? Düzgün etmirsən. --►Safir yüzüklü Ceklimesaj 13:03, 13 sentyabr 2011 (UTC)Cavabla
{{xg}} şablonu oraya 22 iyul 2010-cu ildə qoyulub, istifadəçinin son redaktəsi həmin ilin 30 martındadı. Məntiqsizlik olduğundan çıxardım. --N KOzi FORUM 13:07, 13 sentyabr 2011 (UTC)Cavabla
Məntiqsizliyi necə əsaslandıra bilərsən. Əsl sənin etdiyin o hərəkət məntiqsiz hərəkətdir. --►Safir yüzüklü Ceklimesaj 13:12, 13 sentyabr 2011 (UTC)Cavabla
Söz güləşdirən deyiləm. Adam gedəndən 4 ay sonra ona xoş gəlmisən deməzlər. ) --N KOzi FORUM 13:18, 13 sentyabr 2011 (UTC)Cavabla
Onun getdiyini sübut edə bilərsənmi? Salam vermək üçün hansısa müddət limiti tətbiq olunmur. Qeydiyyatdan keçmiş bütün istifadəçilərə salam vermək olar! --►Safir yüzüklü Ceklimesaj 13:26, 13 sentyabr 2011 (UTC)Cavabla
Hər halda istifadəçi 1 il 6 aydı fəaliyyət göstərmir. --N KOzi FORUM 13:55, 13 sentyabr 2011 (UTC)Cavabla
Yox N Arqumentiniz əsassızdır. Hər halda bu o demək deyil ki, istifadəçi gedib. --►Safir yüzüklü Ceklimesaj 13:56, 13 sentyabr 2011 (UTC)Cavabla
Vugar_1981, istifadəçi səhifələrinə bu cür müdaxilə yolverilməzdir. Wertuose 05:38, 14 sentyabr 2011 (UTC)Cavabla
Nəyə yol verilmir, kim yol vermir, niyə yol vermir? --N KOzi FORUM 05:40, 14 sentyabr 2011 (UTC)Cavabla
Müzakirə səhifələrindəki yazılar silinə bilməz, yalnız arxivləşdirilə bilər. Hər hansı iddia ilə çıxış etməzdən əvvəl qaydalarla tanış olmağınızı məsləhət görürəm. Wertuose 05:43, 14 sentyabr 2011 (UTC)Cavabla
Hansı qayda ilə? --N KOzi FORUM 05:44, 14 sentyabr 2011 (UTC)Cavabla
Hər hansı Vikilayihənin müzakirə səhifələri haqqındakı qaydalarına baxa bilərsiniz. Bizdə hələ qəbul olunmamış Vikipediya:Müzakirə səhifəsi qaydalarında da bənzər fikir qeyd olunub. Sizin hərəkətlərinizdən belə çıxır ki, istənilən şəxs istənilən istifadəçinin müzakirə səhifsindəki istənilən mətni silə bilər. Sizcə bu nə qədər düzgündür? Wertuose 05:55, 14 sentyabr 2011 (UTC)Cavabla
Gəlin açıq danışaq, {{xg}} şablonunun mahiyyəti istifadəçini salamlamaq deyil, ona vikipediya qaydalarını öyrənmək üçün müəyyən ilkin təəsürat oyatmaqdır. Hər halda bu şablonda bu qaydalar haqqında linklər qoyulub. Ziya 2006-cı ilin 26 noyabrında ilk redaktəsini edib. Son redaktəsi 30 mart 2010-cu ildir{{xg}} şablonu onun müzakirə səhifəsinə 22 iyul 2010-cu ildə qoyulub . [5] [6][7]. Bu nədir, toydan sonra nağara, ya 4 il redaktə edən istifadəçini qaydalarla tanış etmək vasitəsidir? --N KOzi FORUM 06:05, 14 sentyabr 2011 (UTC)Cavabla
Bu sizi niyə narahat etməlidir axı? Sizə Vikipediyadakı müzakirə səhifələrini təftiş etmək səlahiyyəti verilməyib. Qeyd etdiyiniz məsələ isə hər bir istifadəçinin şəxsi işidir. Müzakirə səhifəsində kimə nə cür və hansı məqsədlə müraciət edilməsinə hər kəs özü qərar verir. Əgər qaydalara uyğun hərəkət edilməyibsə, o zaman hər hansı tədbir görülür. Sizin göstərdiyiniz hallarda isə heç bir qayda pozuntusu yoxdur. Wertuose 06:46, 14 sentyabr 2011 (UTC)Cavabla
Hörmətli səlahiyyətli nümayəndə, sizə cavab verməyəcəm, məntiqiniz mənə tam məlumdur. --N KOzi FORUM 06:57, 14 sentyabr 2011 (UTC)Cavabla
Sizə nə məlum olduğu mənə məlum deyil, amma qaydalardan kənar hərəkətlərə yol verilməsinin qarşısını almaq mənim Vikipediyadakı vəzifəmdir. Wertuose 07:57, 14 sentyabr 2011 (UTC)Cavabla
Baxır də qaydanı kim pozur, kimə qarşı pozur, bu kimə qarşıdır və s. --N KOzi FORUM 08:01, 14 sentyabr 2011 (UTC)Cavabla
Nədənsə adətən siz münaqişəli situasiyalara düşürsünüz. Bunun səbəbini başqalarında yox, öz fəaliyyətinizdə axtarmağı məsləhət görürəm. Wertuose 08:09, 14 sentyabr 2011 (UTC)Cavabla
Təşəkkür. Mən bilən azvikidə absurdları düzəltmək münaqişəli situasiyaya düşmək üçün kifayət edir. --N KOzi FORUM 09:07, 14 sentyabr 2011 (UTC)Cavabla

Meta redaktə

Salamlar Vüqar bəy. Artıq əlifba problemin həll etmək üçün metaya müraciyət olunub [8]. İstədim ki xəbəriniz olsun. Dərin hörmətlə --Əmir İbrahimi *danışıq* 03:54, 15 sentyabr 2011 (UTC)Cavabla

Sorani əlifbsı redaktə

Salam Əmir. Səndən bir söz soruşum. sorani əlifbasını Azərbaycan türkcəsinə uyğunlaşdırmaq olar? --N KOzi FORUM 12:56, 16 sentyabr 2011 (UTC)Cavabla

Salam Vüqar. Sən həmişə problemlərin həllində, təqsirkar yox yol axtarırsan.))) mən o əlifbanı tanımıram. Link versən baxaram. Hörmətlə --Əmir İbrahimi *danışıq* 12:59, 16 sentyabr 2011 (UTC)Cavabla
Təşəkkür edirəm Əmir. Bura bax. --N KOzi FORUM 13:05, 16 sentyabr 2011 (UTC)Cavabla
Vüqar bəy mənim sistemim bu adresi açmır (nə İnternet Explorer nədə Mozilla). Hörmətlə --Əmir İbrahimi *danışıq* 13:12, 16 sentyabr 2011 (UTC)Cavabla
Bir də Vikipediyaları var. [9] [10] Bir nəzər gəzdir, gör necə yazırlar. --N KOzi FORUM 13:14, 16 sentyabr 2011 (UTC)Cavabla
Deməli oxşarçılıqları çoxdur. Orda "Ə" səslisinin problemi yoxdur, çünkü hamısı yazılır. Birdəki eləbil onların "ڵ" belə bir "L" ları var ki bizdə yoxdur. Bizdədə bir şivə var ki bütün "Ə"ləri yazırlar sozumuz veblaginin şivəsi. Məcbur olsaq o şivədən faydalana bilərik (soranı əlifbası kimi). Onda Mehran bəy Baharlıda bizdən təşəkkür edəcək! --Əmir İbrahimi *danışıq* 13:26, 16 sentyabr 2011 (UTC)Cavabla
Təşəkkür. Hamısına baxaq. İnşallah Orartu xanım da yardımlarını əsirgəməz. --N KOzi FORUM 13:30, 16 sentyabr 2011 (UTC)Cavabla

Barışıq layihəsi redaktə

Salam, Vugar 1981. Vikipediya:Barışıq layihəsi barədə təklif və rəylərinizi bilmək xoş olardı. Şübhə etmirəm ki, bu layihəyə istənilən münasibətiniz Vikipediyanın inkişafına xidmət göstərəcək. Hörmətlə, →Vago ms 10:40, 19 sentyabr 2011 (UTC)Cavabla

? redaktə

Salam Məmməd müəllim. 5.açıq siyasi nitqlərin, mülahizələrin, müraciətlərin, təbliğat xarakterli fikirlərin və məhkəmənin gedişində söylənən nitqlər də daxil olmaqla digər oxşar əsərlərin qəzetlərdə, jurnallarda və digər dövri nəşrlərdə çap edilməsinə və ya kütləvi bildirişinə; bununla birlikdə, müəllifin belə əsərləri toplularda dərc etdirmək hüququ saxlanır;. Bu cümləni mənimçün aça bilərsiniz? --N KOzi FORUM 11:22, 21 sentyabr 2011 (UTC)Cavabla

Salam. Mənə görə, müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan və müəllif qonorarı verilmədən, lakin istifadə olunan əsərin müəllifinin adını və götürülmə mənbəyini mütləq göstərməklə açıq siyasi nitqlərin, mülahizələrin, müraciətlərin, təbliğat xarakterli fikirlərin və məhkəmənin gedişində söylənən nitqlər də daxil olmaqla digər oxşar əsərlərin qəzetlərdə, jurnallarda və digər dövri nəşrlərdə çap edilməsinə və ya kütləvi bildirişinə yol verilir, ancaq müəllifin belə əsərləri toplularda (ensiklopediyalar, antologiyalar, məlumat bazaları və materialın seçilməsinə və ya düzülməsinə görə yaradıcılıq fəaliyyətinin nəticəsi olan digər məcmuələr) dərc etdirmək hüququ saxlanır, müəlliflik hüququ saxlanılır, yəni toplularda çap olunubsa burda müəlliflik hüququ saxlanılır, onu digər hallar üçün sərbəst istifadə etmək hüququ yoxdur. --Melikov Memmedemail 12:40, 21 sentyabr 2011 (UTC)Cavabla
Yəni bu tip nitqlər və çıxışlar ictimai mülkiyyət deyil? Onları yaymaq müəlliflik hüququ pozuntusudur? --N KOzi FORUM 12:55, 21 sentyabr 2011 (UTC)Cavabla
İctimai mülkiyyət deyil, ancaq informasiya, elmi, tədris və digər məqsədlər üçün dövri nəşrlərdə çap edilməsinə və ya kütləvi bildirişinə də (TV) icazə verilir. Mən bu qanunu tam bildiyimi iddia edə bilmərəm, ancaq hansısa konkret hal üçün Sizə vacib lazımdırsa rəsmi bu iş ilə məşğul olan tanışdan bunu aydınlaşdırmağı xahiş edə bilərəm. --Melikov Memmedemail 04:23, 22 sentyabr 2011 (UTC)Cavabla
Bəli bu mənə lazımi məlumatdır. Məni maraqlandıran nitqlərin internet məkanında yayılmasının müəllif hüququnu nə dərəcədə pozduğu məsələsidir. --N KOzi FORUM 06:01, 22 sentyabr 2011 (UTC)Cavabla
Bu qaydada açıq yazılıb, müəllifinin adını və götürülmə mənbəyini mütləq göstərməklə açıq siyasi nitqlərin, mülahizələrin, müraciətlərin, təbliğat xarakterli fikirlərin və məhkəmənin gedişində söylənən nitqlər də daxil olmaqla digər oxşar əsərlərin internet məkanında yayılmasına yol verilir, bu birmənalıdır--Melikov Memmedemail 06:45, 22 sentyabr 2011 (UTC)Cavabla
Yardımlarınıza görə sizə minnətdaram, təşəkkürlər. --N KOzi FORUM 07:21, 22 sentyabr 2011 (UTC)Cavabla

Qeyri-ensiklopedik redaktə

Salam. Siz qeyri-ensiklopedik deyəndə nəyi nəzərdə tutursunuz? --N KOzi FORUM 07:40, 24 sentyabr 2011 (UTC)Cavabla

Salam. Bu insan cəmiyyətin hər hansı sahəsində heç bir şəkildə tanınmayıb, adı mətbuatda yoxdur. Ona qalsa hər şer yazanı Vikipediyada ensiklopedik şəxs kimi təqdim etmək lazım olar. Bu istifadəçi açıq-aşkar özünə aid səhifə yaradıb, bundan başqa heç bir fəaliyyətlə məşğul olmayıb. Onun özünə aid olan səhifə əvvəl silinmişdi, bu dəfə niyə silinmir başa düşmürəm. --Thunder Storm 10:25, 24 sentyabr 2011 (UTC)Cavabla

Xoş gəldin redaktə

Aramıza yenidən xoş gəldin. Səni burada görməyimə məmnunam. --N KOzi FORUM 05:45, 28 sentyabr 2011 (UTC)Cavabla

Yaşa bəy. --Əmir İbrahimi *danışıq* 06:09, 28 sentyabr 2011 (UTC)Cavabla

"Bilirsinizmi" səhifəsi barədə redaktə

1874-cü ildə İstanbulda açılmış metro, bizim bildiyimiz metro deyil, funikulyordur. Və Avropanın və dünyanın ən qədim metrosu London metropolitenidir. --N KOzi FORUM 04:52, 28 sentyabr 2011 (UTC)Cavabla
Hörmətli Vugar 1981. İnformasiya dəqiqləşdirildikdən sonra müvafiq düzəliş edildi. Diqqətciliyinizə görə təşəkkür edirəm. Eyni zamanda "Bilirsinizmi" bölümündə qeyri-dəqiqlik aşkar edildikdə onu operativ surətdə bloku hazırlayan istifadəçiyə bildirməniz xahiş olunur. Hörmətlə --Acategory 07:51, 28 sentyabr 2011 (UTC)Cavabla

Poni.az redaktə

Salam Xahiş edirəm Poni.az sehifəsinə girib yalnız hansısa məlumat əlavə etməyə yardımçı olasız.Bu reklam xarakteri daşımır, Groupon[11] kimi bir sistemdi.Səhifədə qeyd olunanları pozmaq məsuliyyətini bizim ixtiyarımiza buraxın... Ilash 13:39, 5 oktyabr 2011 (UTC)Cavabla

Qaqauzca son dəyişikliklər redaktə

Zəhmət olmasa, son dəyişikliklərin intervikilərinə qaqauzcanı da əlavə et. --N KOzi FORUM 07:12, 7 oktyabr 2011 (UTC)Cavabla

Hə Y Əlavə olundu. Məlumat verdiyiniz üçün təşəkkür edirəm! --►Safir yüzüklü Ceklimesaj 12:14, 7 oktyabr 2011 (UTC)Cavabla
Dəyməz. Mən də təşəkkür edirəm. --N KOzi FORUM 12:31, 7 oktyabr 2011 (UTC)Cavabla

Fəxri Legion - Şərəf Legionu redaktə

Mən fikir verməmişdim. Bunlar nədir? --N KOzi FORUM 07:06, 8 oktyabr 2011 (UTC)Cavabla

Fransanın rəsmi dövlət mükafatları. --►Safir yüzüklü Ceklimesaj 07:10, 8 oktyabr 2011 (UTC)Cavabla

Məgər əlahəzrət imperator Napoleon iki ayrı mükafat təsis edib? --N KOzi FORUM 07:15, 8 oktyabr 2011 (UTC)Cavabla

Dəvət redaktə

 
SİZİ DƏVƏT EDİRİK!
Salam!
Almaniya məqaləsinin seçilmiş məqalə statusu alması ilə əlaqədar burada (Vikipediya:Məqalə laboratoriyası/Almaniya) keçirilərn səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirik.

Dərin hörmətlə, --Thunder Storm 04:48, 10 oktyabr 2011 (UTC)Cavabla

"Vikipediya:İdarəçilərin və bürokratların seçilməsi qaydaları/test" redaktə

Salam. İradə xanım. "Vikipediya:İdarəçilərin və bürokratların seçilməsi qaydaları/test|bu" məsələ nə yerdə qaldı? --N KOzi FORUM 05:34, 10 oktyabr 2011 (UTC)Cavabla

Salam, Vüqar. Başqa təkliflər yoxdursa, yaxın günlərdə müzakirəyə çıxartmaq olar. --Irada 07:32, 10 oktyabr 2011 (UTC)Cavabla

Bağışlayın İradə xanım, bu yaxın günlər neçənci ilə təsadüf edəcək? --N KOzi FORUM 15:04, 13 oktyabr 2011 (UTC)Cavabla
) Söz verirəm ki, 2011-ci ildən "o yana" qalmayacaq. --Irada 15:10, 13 oktyabr 2011 (UTC)Cavabla

Resept redaktə

Bugzilladan "Reseptlə" yanaşı "Resept müzakirəsi"-ni də almaq pis olmazdı. Daha zəhmətdən keçib :) Vaxtınız olza bir baxın... [12] --Irada 07:32, 10 oktyabr 2011 (UTC)Cavabla

Müraciət edildi. Arabir siz də kontrol edin. Təşəkkürlər. --N KOzi FORUM 07:52, 10 oktyabr 2011 (UTC)Cavabla

OK. Təşəkkür edirəm.--Irada 08:56, 10 oktyabr 2011 (UTC)Cavabla

Dəyməz. --N KOzi FORUM 09:05, 10 oktyabr 2011 (UTC)Cavabla

Seçilmiş şəkil redaktə

  1. Cycas revoluta1327A.JPG
  2. Parus major01.jpg
  3. The Sun by the Atmospheric Imaging Assembly of NASA's Solar Dynamics Observatory - 20100819.jpg
  4. William-Adolphe Bouguereau (1825-1905) - The Wave (1896).jpg
  5. Ağ formalar
  6. Aleut avarçəkən
  7. The Holy Family - Rafael.jpg
  8. Polarlicht 2.jpg
  9. Qasımuşağı xalçası.jpg
  10. Kecskemet 2010 Türk Yıldızları photo 53.jpg
  11. Piramidlər yanında döyüş
  12. Beşbarmaq

P. S. Sonra imkan olsa sıranı dəqiqləşdirərəm. Hələ ki, deyəsən dəqiqdir. --N KOzi FORUM 13:32, 11 oktyabr 2011 (UTC)Cavabla

Vikixəbər redaktə

Salam, Zəhmət olmasa, bura nəzər salıb fikrini deyərsən, bir balaca qrafik dəyişikliklər eləmişəm. --N KOzi FORUM 15:11, 12 oktyabr 2011 (UTC)Cavabla

  Əla! Əllərin var olsun! Sadəcə xəritəni azərbaycancalaşdırmaq lazımdır. --►Safir yüzüklü Ceklimesaj 04:09, 13 oktyabr 2011 (UTC)Cavabla

Özbaşınalıqmı? redaktə

Salam, Vüqar, bu nə xəbərdir? Hörmətlə, →Vago ms 04:23, 13 oktyabr 2011 (UTC)Cavabla

Bu özbaşınalıq deyil, sadəcə mənim Pathoschilda müraciətimin əsasında olan bir şeydir. Məlumat üçün bildirim ki, istənilən istifadəçi həmin səhifəyə müraciət etsə, onun qeydiyyatda olduğu bütün layihələrdə istifadəçi səhifəsi yaradılacaq və o səhifəyə onun istədiyi məlumatlar yerləşdiriləcək. Mən də 1 ay qabaq Synchibotun səhifəsinə müraciət etdim, dünən də təxminən 300 layihədə səhifəm yaradıldı. --N KOzi FORUM 04:33, 13 oktyabr 2011 (UTC)Cavabla
Ok!→Vago ms 07:04, 13 oktyabr 2011 (UTC)Cavabla

Seçilmiş şəkil növbəsi redaktə

Salam İradə xanım. Seçilmiş şəkillərin sırası yenə pozulub. Mən Ana Səhifədə sıranı yazmışdım, indi şablona yerləşdirilən şəkildən əvvəl seçilən 6 şəkil daha var. --N KOzi FORUM 05:51, 13 oktyabr 2011 (UTC)Cavabla

Əgər zəhmət deyilsə o siyahını mənə göstərin. Mən buradan seçirəm [13]. Amma bir şeyi də nəzərə almaq lazımdır ki, seçilmiş şəkil Ana səhifəyə yaraşmaya da bilər. Məsələn, Günəş şəkli və ya Ağ formalar şəklini Ana səhifəyə yaraşacağını güman etmirəm. Əgər idarəçilərdən kimsə mənim şəxsi fikrimlə razı deyilsə, şəkli dəyişə bilər. Etiraz etmərəm. --Irada 06:01, 13 oktyabr 2011 (UTC)Cavabla

Sıranı burada yazmışam. --N KOzi FORUM 06:03, 13 oktyabr 2011 (UTC)Cavabla

Təşəkkür edirəm.--Irada 06:06, 13 oktyabr 2011 (UTC)Cavabla

Dəyməz. --N KOzi FORUM 06:12, 13 oktyabr 2011 (UTC)Cavabla

Müəllif hüquqları redaktə

Salam Məmməd müəllim. Zəhmət olmasa, mənə bu kateqoriyadakı məqalələrin müəllif hüquqları pozuntusu olması məsələsində yanlışlıq edib-etmədiyim haqqında fikir bildirəsiniz. --N KOzi FORUM 06:58, 14 oktyabr 2011 (UTC)Cavabla

Salam. Xalçaçılıq folklor nümunələri hesab olunur. Folklor nümunələrindən Azərbaycan Respublikası ərazisində istifadə formaları sərbəstdir. Ancaq dərc olunmuş əsərlərdə, folklor nümunələrinin kütləvi bildiriş hallarında onların mənbəyi, həmçinin istifadə olunan folklor nümunəsinin yarandığı yerin coğrafi adı və (və ya) mənsub olduğu xalqın (cəmiyyətin) adı dəqiq göstərilməlidir. [14]. Yəni Qarabağ xalçasının şəklini Vikipediyada sərbəst istifadə etmək olar, ancaq düz yükləmək lazımdır. Məsələn, Şəkil:Novxanı xalçası.jpg düz yüklənməyib, {{PD-AZ-exempt}} istifadə oluna bilərdi, Ədalətli istifadə Azərbaycanda qanun ilə nəzərdə tutlmayıb, Commons da qəbul etmir, istifadəsi qəbul edillən yerlədə isə çox konkret kriteriyalar var, ən azı, oxucunun digər heç bir vasitə ilə əyani surətdə tanış olmaq imkanı olmadıqda şəkil üçün bu şablondan istifadə etmək olar, AzVikidə bir mövzu haqqında şəkil qalereyası düzəldilir və bütün şəkillərdə {{Promo}} şablonu, bu gülüncdür. Ancaq Novxanı xalçaları məqaləsinə Müəlliflik hüququ pozuntusu şablonu qoyulubsa bu şablon mütləq yalnız bu pozuntu (saytdan kopi peyst) aradan qaldırıldıqdan sonra çıxarmaq olar, çünki bu mənada irad haqlıdır. --Melikov Memmedemail 08:22, 14 oktyabr 2011 (UTC)Cavabla
Təşəkkür edirəm, mənə ən maraqlı olan hissə son yazdığınız cümlə idi, ümumiyyətlə xalça məqalələrini hamısında bu problem var. --N KOzi FORUM 10:27, 14 oktyabr 2011 (UTC)Cavabla

Müzakirə:کنگر کورفزی redaktə

Salam. Siz ərəb əlifbasını bilirsiniz, ərəb əlifbasının yaratdığı problemlərə də reaksiya vermişdiniz. Mən artıq mübahisədən yorulduğum üçün bu məsələ ilə maraqlanmanızı xahiş edirəm, tam bir öz fəaliyyət, güya İran körfəzi Azərbaycanca Kəngər körfəzi adlanır, səhifəni diqqətlə oxusanız nədən söhbət getdiyini biləcəksiniz. Hər yerindən duran bu millətə nə lazımdır "bilir" və digərlərini də bu yola dəvət edir, "millət üçün vacib olan yalanlar" yoluna. Sadəcə bir yalanı həqiqət kimi insanlara sırımaq istəyi məni hövsələdən çıxatdığı üçün bir müddət ara verməyə məcburam. Siz məsələni həll edə bilsəniz məmnun olaram. --Melikov Memmedemail 08:19, 15 oktyabr 2011 (UTC)Cavabla

Salam Məmməd müəllim, mən bu müzakirə ilə tanışam, şəxsi fikrimi deyim ki, mən Fars körfəzi, Ərəb körfəzi, Kəngər körfəzi kimi adları Azərbaycanca eşitməmişəm. Tək bu məsələ ilə bağlı deyil, ümumiyyətlə türk xalqının tutduğu yolu getsək, daha faydalı olar, məsələn Türkiyə şəhər və bölgələrinin mütləq əksəriyyətinin adı yunancadır (İzmir, İstanbul, Ankara, Antaliya, Antakya, Sakarya, Samsun, Sinop, İznik, Gelibolu, Trabzon və. s. və i. a.) yunanca olmayan Ərzurum (ərəbcə rum, yəni yunan torpağı) adı isə çox maraqlıdır. Amma türk qardaşlarımız buna fikir vermirlər, əsas olan adın nə olduğu deyil, o adın daşıdığı yerdə kimin bayrağının olmasındadır. Zənnimcə, biz də belə etsək qabağa gedərik, yoxsa Vartaşeni Oğuza dəyişdirməklə heç nə əldə etmədiyimiz kimi, bunda da heç nə əldə etmərik. --N KOzi FORUM 08:37, 15 oktyabr 2011 (UTC)Cavabla
Yaxşı olar ki, o körfəzin adını Amerika körfəzi edək. Çünki orada əsas nüfuz və söz sahibi ABŞ-dır. --►Safir yüzüklü Ceklimesaj 08:40, 15 oktyabr 2011 (UTC)Cavabla
Burda bir məsələ var, bizim babaların indiyə qədər bu yolu tutmaq imkanı olmayıb, ancaq Sizi inandırıram, Azərbaycan sovet dilçiliyində elə faktlar var ki, dilçi alimlərimizin bəzi sahələrdə həyatları üçün real təhlükə olan səviyyədə millətçiliyini görürsən, “keçmişinə güllə atanı gələcək topa tutar”. Əsası bu yolda işlər artıq gedir, ancaq bu AzVikiyə aid olmayan şeylərdir. İstifadəçi nəyi isə “düz” bilməsi Vikipediya üçün əsas deyil, əsas olan mənbələrdir. Üstəlik siz bilirsiniz ki, hazırda dünyanı dəyişən sosial saytlar var, Vikipediyadan da daha əhəmiyyətlidir, bu cür fəaliyyətlə də məhz orada məşğul olmaq olar. Özünüz bilirsiniz kənarda AzViki nüfuzu nə gündədir, əgər vaxtımızı ona sərf ediriksə nə üçün Vikipediyanı öz prinsipləri ilə fəaliyyət göstərməsinə yardım etməyək, məsələn, bizdə ad günüdür, məni çağırırlar gəl tort ye, məndə burda bu sözləri yazıram, bəlkə doğurdan da mənasız işlər ilə (“qəbul olunan” bu ki, “gərək hamı özünə sərf edən işlə məşğul ola”) məşğul oluruq! Düzü bilmirəm. Cekil ilə tam razıyam, faktiki “Amerika körfəzi”dir. --Melikov Memmedemail 09:07, 15 oktyabr 2011 (UTC)Cavabla
Mənə belə gəlir ki, indiki vəziyyətdə tort yemək daha düzgün addımdır, nəinki kompüter qarşısında əsəbləri gərmək. --N KOzi FORUM 09:28, 15 oktyabr 2011 (UTC)Cavabla
Tamamilə haqlısınız, "istefa etdim". İşdə "qayda" belədir (Vikipediya qaydası deyil), mətbəxə geçikdin, tortdan əlini üz!--Melikov Memmedemail 09:33, 15 oktyabr 2011 (UTC)Cavabla
Nuş olsun! --N KOzi FORUM 09:38, 15 oktyabr 2011 (UTC)Cavabla
Səbəbkarı ad günü münasibətilə səmimi qəlbdən təbrik edirəm və deyirəm: Həppi böüz dey! --►Safir yüzüklü Ceklimesaj 09:40, 15 oktyabr 2011 (UTC)Cavabla
Geç də olsa hər ikinizə təşəkkür edirəm, ancaq bu gün oxudum--Melikov Memmedemail 10:54, 17 oktyabr 2011 (UTC)Cavabla

Ədalətsizlik redaktə

Hədiyyəni qəbul etmək Peyğəmbər əxlaqındandır. Mükafat barədə bunu deyə bilmərəm, amma, mükafatlandırmada ədalətsizliyi izah etsəniz də etməsəniz də, fərq eləməz.→Vago ms 13:04, 17 oktyabr 2011 (UTC)Cavabla

Salam. Şəxsim adına bu mükafatı qəbul etmək böyük ədalətsizlik olardı, Çünki, mən fəaliyyətimdə demək olar ki, Azərbaycan mövzusuna toxunmamışam, məqalə yaratmamışam, əsaslı zənginləşdirmə işləri aparmamışam. Buna görə də olmayan fəaliyyətimə (Azərbaycan Respublikasının tarixi, coğrafiyası və ictimai xadimləri ilə bağlı məqalələrin yaradılması və zənginləşdirilməsi istiqamətində bundan sonrakı) görə mükafat almağı özümə uyğun görmürəm. --N KOzi FORUM 13:19, 17 oktyabr 2011 (UTC)Cavabla
Mətni diqqətlə oxumağı xahiş edirəm. Məgər mükafat təkcə Sizin AzVikidəki fəaliyyətinizə görəmi verilib? Hətta bu halda belə yuxarıdakı fikirləri yazmanız yenə də Sizin təvazökar olmanızı büruzə vermənizə dəlalət edərdi.
P.S.: İbtidai sinifdə oxuyanda bir dəfə hədiyyə qaytarmışam, həmişə yadıma düşəndə xəcalət çəkirəm. Bunu mənə xatırlatdığınıza görə təşəkkür edirəm.→Vago ms 13:46, 17 oktyabr 2011 (UTC)Cavabla
Tam anlamadım, amma yenə də bu mükafata məndən daha layiq istifadəçilər olduğunu qəbul edirəm. Bu mənim subyektiv fikrimdi. --N KOzi FORUM 13:54, 17 oktyabr 2011 (UTC)Cavabla

{{Yazıçı}} redaktə

Salam. Bu gün rusların Yazıçı şablonlarında maraqlı bir cəhət gördüm. Onlar müəllifin əsərlərinin azad-olub-olmamamsı barədə bölmə qoyublar. Bizdə də elə eləmək olar? --N KOzi FORUM 13:27, 19 oktyabr 2011 (UTC)Cavabla

Yox N Hazırda bu məsələ ilə məşğul olmaq planımda yoxdur. Mümkünsə başqa istifadəçilərə müraciət edin. Dərin hörmətlə, --►Safir yüzüklü Ceklimesaj 13:31, 19 oktyabr 2011 (UTC)Cavabla

Türk mifologiyası redaktə

Salam. Bu yodaş bir neçə gündür türk mifologiyasına aid maraqlı məqalələr yaradır. Mən onların üzərində işləmək fikrindəyəm. Deyəsən məqalələrin bəzisi səhvən silinib. Zəhmət olmasa, bərpa edə bilərsən? Təşəkkür. --N KOzi FORUM 06:44, 21 oktyabr 2011 (UTC)Cavabla

Hə Y --►Safir yüzüklü Ceklimesaj 06:49, 21 oktyabr 2011 (UTC)Cavabla

193.140.144.123 redaktə

Salam 193.140.144.123 IP ünvanlı şəxs tərəfindən yaradılan məqalələr, Vikipediyanı məhv edir. Həmin şəxsin ən qısa zamanda bloklanması və fəaliyyətinin dayandırılması lazımdır. Səbəbi isə həmin şəxs tərəfindən yaradılan məqalələrin Azərbaycan dilinə uyğun olmamasıdır. Digər tərəfdən sizin mənin həmin şəxsin müzakirə səhifəsində yazdığım yazını silməynizi anlamadım. Hörmətlə--Baskervill 10:10, 25 oktyabr 2011 (UTC)Cavabla

Əleyküm salam. Sualınıza bənd-bənd cavab verərərm.
  1. Həmin İP-nin yaratdığı məqalələr havadan deyil, çoxu ciddi mənbələrdəndir.
  2. Niyə bloklanması lazımdır? O, ciddi fəaliyyətlə məşğuldur və fayda verir. Yaratdığı məqalələr də çox maraqlıdır. Maraq üçün burabura baxa bilərsiniz. Kifayət etməsə başqa linklər verə bilərəm
  3. Bu məqalələrin üzərində mən işləməyi düşünürəm və bu barədə bildirmişəm.
  4. Məqalələrin dilində cüzi qüsurlar ola bilər. Bunları da mən məsuliyyəti üzərinə götürmüş şəxs kimi düzəldərəm.
  5. Gizli deyil ki, bizdə bir çox sahələrdə işləyən istifadəçi yoxdur. Bu İP də heç kimin indiyəcən ciddi maraq göstərmədiyi türk mifologiyası sahəsi ilə məşğuldur. Məncə ona mane olmaq yox, yardım etmək lazımdır.
  6. Ona yazdığınız post həm çox kobud idi, həm də VP:TYV-ni pozurdu. Buna görə də çıxarmağı uyğun gördüm. Mənə hörmətlə yazdığınız kimi İP-lərə də bu cür müraciət edin. Gələcək fəaliyyətinizdə bunu mütləq nəzərə alın.

Ümid edirəm ki, məsələni tam aydınlaşdırdım. Bu İP və onun yaratdığı məqalələrlə bağlı isə onu da əlavə edim ki, bu kateqoriya belə onun fayda göstərdiyini sübut edər. --N KOzi FORUM 10:24, 25 oktyabr 2011 (UTC)Cavabla

Ətraflı şəkildə məsələni izah etdiyinizə görə təşəkkür edirəm. Fəaliyyətnizdə uğurlar. Hörmətlə--Baskervill 10:00, 26 oktyabr 2011 (UTC)Cavabla

Təşəkkürə ehtiyac yoxdur. Sizə də uğurlar. --N KOzi FORUM 10:06, 26 oktyabr 2011 (UTC)Cavabla

İnkubatorun idarəçisi redaktə

Salam İnkubatorun idarəçisi! Sysop bayrağını almağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm! Bu azərbaycandilli istifadəçilərin çox böyük nailiyyətidir. Uğurlar! --►Safir yüzüklü Ceklimesaj 05:58, 31 oktyabr 2011 (UTC)Cavabla

Təbriklər! --Melikov Memmedemail 06:34, 31 oktyabr 2011 (UTC)Cavabla
Məndə təbriklərə qoşuluram. Sizin dəyərli çalışmalarınız hər bir istifadəçiyə düzgün yolu göstərə bilər. Uğurlar. --Əmir İbrahimi *danışıq* 06:42, 31 oktyabr 2011 (UTC)Cavabla

Təbriklərinizə görə hər birinizə dərin minnətdarlığımı bildirirəm. Burda şişirdiləcək heç nə yoxdur. İnşallah ki, hər şey yaxşılığa doğru dəyişər. --N KOzi FORUM 06:51, 31 oktyabr 2011 (UTC)Cavabla

Salamlar redaktə

Salamlar Vüqar qardaş. Halın necədir? Təkcə istədim salam deyim....--Əmir İbrahimi *danışıq* 08:14, 19 noyabr 2011 (UTC)Cavabla

Salam Əmir bəy. Sənin mesajını almağıma çox məmnun oldum. Belə də gördüyün kimi əlləşirik. Səndə də ümid edirəm hər şey yaxşıdır inşallah. Bura gəlməyinə çox sevindim. Bizi çox gözü yoda qoymazsan çox ümid edirəm. --N KOzi FORUM 08:17, 19 noyabr 2011 (UTC)Cavabla
Baxmayaraq ki ərəb əlifbası bölümü yaralıdır! ancaq dünya sona çatmayıb. Yenidən başlamaq olar bu işi. Düzdür zülm altında yaşamağı heç cura qəbul edə bilmirəm, Azərbaycan naminə bunlara dözüb, çalışacağam. --Əmir İbrahimi *danışıq* 08:22, 19 noyabr 2011 (UTC)Cavabla
İnşallah. Bilirəm ki, çətindir. Amma diqqət eləsən, mənə də heç asan deyil. Bəzən bezmək dərəcəsinə qədər də gəlirəm. Amma ki, sənə və mənə uğurlar. AzərbaycanAzərbaycan (türk) dilli sərbəst ensklopediya naminə. --N KOzi FORUM 08:25, 19 noyabr 2011 (UTC)Cavabla
İnanıram ki çoxlarına belədir. Gərək birinə zor verməmişdən öncə əl-ayağın bağlayasan ki yanlış tərpəşdi salasan aşağa. Nədənsə bu olmayıb, indidə hamımız birlikdə bunun cəzasını çəkmələyik. Heyif olsun boş yerə sərf olan zamanlara.... İnşallah gələcək, indiki anlarımızdan yaxşı olacaq.--Əmir İbrahimi *danışıq* 08:34, 19 noyabr 2011 (UTC)Cavabla
İnşallah. Mən də ümidliyəm. Ümid axırıncı ölür. --N KOzi FORUM 08:40, 19 noyabr 2011 (UTC)Cavabla

Türk mifologiyası 2 redaktə

Salam. Sənə bu məsələ ilə bağlı yenidən müraciət edirəm. Təşəkkürlər. --N KOzi FORUM 07:15, 19 noyabr 2011 (UTC)Cavabla

Əgər bu məqalələri məqalə şəklində bərpa edə bilməzsəndə, zəhmət olmasa onların mətnini mənim istifadəçi səhimə (məsələn İstifadəçi:Vugar 1981/xxx) şəklində köçür. --N KOzi FORUM 06:55, 21 noyabr 2011 (UTC)Cavabla
Hə Y Həmin məqalələri bərpa etdim. Ümid edirəm ki, ən qısa zamanda o məqalələrdə mövcud olan problemləri aradan qaldıra biləcəksiniz. Uğurlar! --►Safir yüzüklü Ceklimesaj 07:15, 21 noyabr 2011 (UTC)Cavabla
Təşəkkür edirəm. Yaxın 1-2 həftədə ancaq bu işlə məşğul olacağam. --N KOzi FORUM 07:16, 21 noyabr 2011 (UTC)Cavabla

Türk Mifologiyası redaktə

Silmək yerinə qorumağı və düzəltməyi seçim etdiyiniz üçün təşəkkür edirəm.

mənim məqsədim Türk və Azəri ortaq mədəniyyətinə hətta bütün türk dünyasının ortaq mədəniyyətinə xidmət etməkdir. Azericeye etdiyim Tərcümələrin əskiklər ola bilər amma şişirdildiyi qədər olmadığını düşünürəm. Ən ucuz və ən asan yol silmektir. Ancaq silərək təcrübə əldə edilə bilməz. Bir az daha zəhmətli olan şey isə səhvləri düzəltməkdir. Beləcə irəliləmə təmin edilə bilər. Istifadə olunan mənbə çox ciddi bir əsərdir.


[mənbə əsər ]

Buzancar 13:06, 21 noyabr 2011 (UTC)Cavabla

Təşəkkürə ehtiyac yoxdur. Düzünü deyim ki, mən bu məqalələrin demək olar ki, əksəriyyətini etibarlı mənbələr vasitəsilə yoxlamışam. Onlarda olan məlumatın doğru olduğunu aşkara çıxardıqdan sonra isə, üzərində işləməyə qərar vermişəm. Haqqında söz açılan məqalələr bizim Viki üçün yeni bir sahədir. Sizə ən azından bu yeni sahəni işlədiyinizə görə təşəkkür edirəm. --N KOzi FORUM 13:19, 21 noyabr 2011 (UTC)Cavabla

Celal Beydili redaktə

Bendeki Eseri: Ansiklopedik Türk Mitoloji Sözlüğü

(*) Celal Beydili

Sabaha qalmasın. Azericeden Türkcəyə çevrilirken edilən səhvlər çox. Maddə sayısı az amma təfərrüat çox. Türkcəsini anlamadığınız yerləri mənə soruşa bilərsiniz. Endirdikdən sonra yuxarıdakı keçidi (*) silin. Sonra da bu keçidi istifadə edərək serverdən da silin:

>SİL

Buzancar 14:29, 28 noyabr 2011 (UTC)Cavabla

Yüklədim. Təşəkkür edirəm. --N KOzi FORUM 14:59, 28 noyabr 2011 (UTC)Cavabla
"NKOzi/Arxiv 5" istifadəçi səhifəsinə qayıt.

Saytda 125 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024