İstifadəçi müzakirəsi:Proger/Arxiv 5 Haqqinda Melumat - Vikipedia

İstifadəçi müzakirəsi:Proger/Arxiv 5 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İstifadəçi müzakirəsi:Proger/Arxiv 5

Ən son rəy:13 il öncə, Sortilegus tərəfindən "Seçilmiş məqalə" mövzusunda

Arxiv /2010/

Seçilmiş məqalələr redaktə

Ümumiyyətlə bu "seçilmiş məqalələr" necə seçilir? Mənim bu sualıma cavab yoxdur :). --Proger 16:55, 15 Mart 2010 (UTC)

Sürəkli iqnorlar ən azından hörmətsizlikdir. Bu sadəcə sualdır. Cavab vermək məncə elə də çətin deyil. Burada nə var ki?! --Proger 20:57, 16 Mart 2010 (UTC)

Salam. Əgər gec cavab verməyimi hörmətsizlik kimi qəbul etmisinizsə, üzr istəyirəm. Məqalələrin təftişinə başım qarışdığından bəzən mənə ünvanlanan suallara gec cavab verirəm (1-2 gün gecikməklə:)). Burda əslində gizli bir məsələ də yoxdur. Ümumiyyətlə, hələlik ana səhifənin dizaynını idarəçilər müəyyənləşdirirlər. Orda "seçilmiş" və ya "seçilməmiş" nə varsa onlarlıqdı (içi mən qarışıq:)). Elə ona görə də ana səhifənin dizaynı belə gec-gec dəyişir (çox təəssüflər olsun ki). Amma bu müvəqqətidir. AzViki inkişaf etdikcə, dəyərli və zəngin məqalələr çoxaldıqca bu proses texniki xarakter alacaq. Hörmətlə:--Sortilegus 22:24, 16 Mart 2010 (UTC)

Çox gözəl :). İndi belə çıxır ki, hansı məqalənin seçilmiş və ya (belə demək olarsa) seçilməmiş olmasını idarəçilər seçirlər. Düzdür? Bəs tutaq ki, mən hər-hansı bir məqaləni (fərq yoxdur kimin məqaləsidir. Hər-halda zənginləşdirənlər də olur) seçilmişlərə namizəd kimi irəli sürmək istəsəm? Və ya "Qızıl məqalə" kimi? Kimə və necə müraciət etməliyəm? Bu ümumiyyətlə mümkündür? --Proger 22:28, 16 Mart 2010 (UTC)

Təbii ki, mümkündür. İdarəçilər ana səhifənin seçilmiş məqaləsini müəyyənləşdirirlər. Siz burda seçilmiş məqalə və ya dediyiniz kimi "qızıl məqalə" kimi dəyərləndirdiyiniz məqalənin səsverməsini təşkil edə bilərsiz. --Sortilegus 22:43, 16 Mart 2010 (UTC)

Dərin təşəkkürlər! :) --Proger 22:49, 16 Mart 2010 (UTC)
Əlavə olaraq təlimatlar verə bilərsiniz? Çünki orada səs-vermə müddəti, forma rəngi və sair kimi şərtlər var. Mənə bir forma lazımdır ki, onun əsasında yaza bilim. Mümkündür? Ya elə sadəcə məqalənin adını daxil edim vəssalam? Hörmətlə. --Proger 22:54, 16 Mart 2010 (UTC)
Ku-ku :) --Proger 19:02, 19 Mart 2010 (UTC)

Salam. Novruz bayramınız mübarək. Səsvermə müddətini siz özünüz müəyyənləşdirəcəksiniz - bu səhifədə → səsvermə şərtləri və tələbləri ilə tanış ola bilərsiniz. Rəng məsələsi idarəçilərlikdir. Səsvermə gedən müddətdə səhifədə heç bir rəng olmur, səsvermə bitəndən sonra idarəçilərdən biri onun nəticələrini hesablayır və yekun qərarı elan edir. Rəngin olmağı o deməkdir ki, artıq həmin səhifədə səsvermə bitib və nə səs vermək olar, nə də şərh yazmaq. Yəni proses tamamlandı. Forma sadədir - "Seçilmiş məqalə namizədi" bölməsində yazırsınız:


=== [[xxxxxx]] (məqalənin adı və ona daxili keçid) === 

'''səsvermə müddəti: 20-27 mart 2010'''

[[xxxxxx]] məqaləsini seçilmiş məqalə statusu almağa layiq hesab edirəm (imzanız)

==== [[Şəkil:Symbol support vote.png|20px|Dəstək]] Dəstək ====

==== [[Şəkil:Symbol oppose vote.png|20px|Qarşı]] Qarşı ====

==== [[Şəkil:Symbol neutral vote.png|15px|Bitərəf]] Bitərəf ====

=== Şərhlər ===


Təəssüflər olsun ki, bizdə "seçilmiş məqalə şərtləri" prinsipləri hələ hazır deyil. Mən onları hazırlayıram. İnşallah hazır olanda şərtlərin özünü səsverməyə çıxarıb münasibət bildirəcəyik. İndilik AzVikidə 1 seçilmiş məqalə var - Elvis Presli. Yəni ona baxıb seçilmiş məqalənin təxminən necə olmalı olduğunu özünüz üçün müəyyənləşdirə bilərsiniz. Hörmətlə:--Sortilegus 20:01, 20 Mart 2010 (UTC)

Qədim bayramımız mübarək! Ətraflı məlumata görə dərin təşəkkürümü bildirirəm! --Proger 21:15, 20 Mart 2010 (UTC)
Hazırdır. Baxın burada əgər hər şey düzdürsə, məncə şərh və səs verməyə başlamaq olar. Yardımınız üçün bir daha təşəkkür edirəm. --Proger 21:37, 20 Mart 2010 (UTC)

Dəyməz. Baxdım, hər şey düzdür. Həm məqaləni, həm də şərhinizi oxuyub sonra öz fikrimi bildirəcəm və səs verəcəm. Adətən səsvermələrdə bizim təcrübəli istifadəçilərimiz daha fəal iştirak edirlər. Yəqin ki onlar da öz fikirlərini bildirəcəklər. Səsvermə artıq başlanmış sayılır və 1 həftə müddətində davam edəcək. --Sortilegus 21:47, 20 Mart 2010 (UTC)

Redaktə və silmə redaktə

Siz nəyə görə müzakirə etmədən konkret terminalogiyası hələ ki, seçilməyən və Mini Ninjas məqaləsində müvəqqəti yerləşdirilən adlandırmanı (Ekşn-macəra) ləğv edib, silmisiniz? Axı belə olmaz. Lütfən hər bir dəyişikliyi etməzdən əvvəl müzakirə səhifəsində bildirin. Oxuyacam, narahat olmayın. Hörmətlə. --Proger 17:30, 2 Aprel 2010 (UTC)

Azərbaycan dilində "Ekşn" sözü yoxdur. Burada hərə özündən bir termin yaratsa dilimizdən heç nə qalmaz. "Ekşn" sözü ilə əlaqədar müzakirə apamağı düzgün hüsab etmirəm.

Yeni kateqoriya isə bu çür olsa yaxşıdır: [[Kateqoriya:Action janrında kompyuter oyunları]], sadəcə məqaləyə daxil etməyi unutmuşdum. Action sözünü İngilis dilində olduğu kimi yazmaq daha doğrudur. --Ira 17:47, 2 Aprel 2010 (UTC)

Azərbaycan dilində "ekşn" sözünün olduğunu heç kim iddia etmir. Həmçinin burada heç kim yeni termin kəşf etmir. Ekşn - sözü tərcümədir ki? Elə həmin "Action" sözünün azərbaycanca (əlifbamıza uyğun) yazılış formasıdır. Hazırda Azərbaycan Kompyuter Oyunları Milli Assosiasiyası (AzKOMA) bu kimi terminlər dilimizdə nə formada adlandırılacağı haqda müzakirələr aparır. Qeyd edim ki, AzKOMA AR Gənclər və İdman Nazirliyinə tabedir (özüm də üzvüyəm) və sözügedən təşkilat dövlət strukturuna daxildir. O üzdən müzakirələrin ciddi və düzgün yolda aparıldığına əmin ola bilərsiniz. Həmçinin qeyd edim ki, Azərbaycanda hətta xarici şirkətlərin adı belə azərbaycan əlifbası ilə dilimizə uyğun qeydə alınır. Məsələn BP əgər British Petrolium-dursa sənədlərdə "Britiş Petrolium" deyə yazılır (misal idi). Ətraflı informasiyanı Ədliyyə Nazirliyinin saytından əldə edə bilərsiniz (nömrələri də qeyd edilib). Bunu yazmaqda məqsədim o idi ki, adlandırma dilimizə uyğun aparılıb, aparılır və aparılacaq da. Nəzərinizə çatdırım ki, "Computer" yazılmır. Bir daha xahiş edirəm ki, müzakirələrsiz heç bir redaktə və silmə etməyin. Hesab edirəm ki, İnzibatçılar tənzimləyici rol oynayırlar total "redaktəçi" yox. Elədir mi? Hörmətlə. --Proger 18:01, 2 Aprel 2010 (UTC)

Azərbaycan Kompyuter Oyunları Milli Assosiasiyası "Action" sözünü "Ekşn" kimi qəbul etdikdən sonra etirazım yoxdur. Necə ki, Kompyuter sözü Azərbaycanda artıq termin kimi qəbul edilib. "Ekşn" sözü isə bizim terminologiyada yoxdur. Qəbul olunandan sonra buyurun. Müzakirəsi də mənasızdır. Mənimlə razı deyilsinizsə digər idarəçilərə şikayət edə bilərsiniz. --Ira 18:13, 2 Aprel 2010 (UTC)

Bağışlayın, amma "British Petroleum" sənədlərdə məhz "Britiş Petrolium" kimi yazılması üçün Nazirlər Kabineti hər dəfə "Azərbaycan lüğəti" tomunu buraxmır. Bu bir vahid qanunla təsdiqlənib və nizamlanır. Mən misal gətirdim və bilirəm ki, anlamısınız. Həmçinin digər vikilərə də fikir versəniz (onlarda bu hətta ədəbiyyatda geniş yayılıb və bunun üçün inandırıram ki, heç bir rəsmi tənzimlənmə yoxdur) ingilis adlandırmadan bir-başa tərcümə və ya alınma söz formada istifadə olunur. "First-person shooter" sözünün azərbaycanca hər-hansısa formada istifadə etmək üçün NK-nin və AzKOMA-nın mütləq qərarı lazımdır mı? AzKOMA bu müzakirələri sənədli formada aparmır və nəticə etibarilə "First-person shooter" "Birinci-şəxs şuter" kimi tərcümə ediləcək (yəqin ki). Və ya "birinci-üz şuter". Və ya "birinci-şəxs atıcı". Bu daxili qərardan asılıdır. Qərardan sonra AzKOMA konkret janrı iclasda seçildiyi kimi yazacaq və Nazirlik bu adlandırmanı sənədsiz qəbul edəcək. Sözlərimin təsdiqləmək üçün Sizi WCG 2010-nun Azərbaycan finalına dəvət edəcəm. Siyahıya baxarsınız. Bir sözlə qərar qəbul edilənədək xahiş edirəm heç bir dəyişiklik etməyəsiniz. Lazimi dəyişiklikləri qəbul olunduqdan sonra redaktələri özüm edəcəm. Təəsüf ki, Azərbaycan Açıq Ensiklopediyasında "arbitraj məhkəməsi" kimi bir şey hələ ki, görməmişəm. Ancaq müzakirələrsiz aparılan və yanlış sayılan redaktə və xüsusilə silmələr davam edərsə yaradılmasını tələb edəcəm. Hörmətlə. --Proger 19:00, 2 Aprel 2010 (UTC)

Görürəm, sizi inandırmaq çətin olaca. Heç olmasa bura baxın: [1] --Ira 05:09, 3 Aprel 2010 (UTC)

Siz də burabura baxın. İstənilən halda dövlət strukturuna daxil olan AzKOMA nə qərar versə o da olacaq. Müzakirələr sənədli formada aparılmadığı üçün və sənədsiz Nazirliyin həmin terminləri qəbul etdiyinizi sizə sübut etmək üçün WCG 2010 Azərbaycan Finalına Sizi dəvət edəcəm (gəlməsəniz siyahının foto-şəklini yollayacam). Həmçinin qeyd edim ki, "ekşn" ümumiyyətlə filmlərə xas janr adlandırılmasıdır. İngilis dilində bu tip oyun janrları başqa cür adlanır. Hal-hazırda bununla məşğuluq. Tezliklə nəticə olacaq. --Proger 10:11, 3 Aprel 2010 (UTC)

Siz deyirsiniz ki, "AzKOMA nə qərar versə o da olacaq", demək "ekşn" haqqında hələ qərar verməyib. Mən də elə onu deyirəm ki, qərar qəbul olunandan sonra "ekşn" sözünü Azərbaycan dilidəki termin kimi istifadə etmək olar. Hələlik kateqoriyaları silmirəm, gözləyək görək qərar nə zaman qəbul edilir.

P.S. Sizi AMEA-ya dəvət edirəm, bizdə terminologiya ilə məşğul olan alimlər yerərincədir. --Ira 12:19, 3 Aprel 2010 (UTC)

Mən özüm AMEA(-nın) Tədqiqatlar İnstitutlarının birində çalışıram.

Proger, salam. Mən bu gün Terminologiya Komissiyasının sədr müavini ilə [2] ilə danışdım. O bildirdi ki, "ekşn" sözü ümumiyyətlə Azərbaycan dilinə uyğun deyil (kşn söz birləşməsi Azərbaycan dilinin qrammatikasında yoxdur) və AzKOMA qəbul etsə belə, bizim komissiya qəbul etməyəcək, çünki bütün qəbul olunan terminlər sonda bizdə müzakirədən keçməlidir. --Ira 10:37, 5 Aprel 2010 (UTC)

Xoş gördük, İradə. Elə AzKOMA-da çıxartdı tam. Dediyim elə oldu. "Ekşın" və ya "ekşn" ümumiyyətlə oyun janrı deyil. Filmlərə xas anlamdır. Əslində bu sözün dilimizə girməyini heç kim istəmirdi ki. Sadəcə "Action" sözünü bizim dildə "ekşın" kimi heç kim oxumur. Onun üçün vuruşurdum ancaq gərəksiz oldu. Mən məqalədə dəyişiklik edəcəm və bu kateqoriyanı çıxardacam. İstəyirsinizsə siz də edin. Oyunlar üçün ayrılan janr adlarından biri seçiləcək. Yenilik olduqca xəbər edəcəm. Hörmətlə. --Proger 13:20, 5 Aprel 2010 (UTC)

Bu janra uyğun kateqoriya seçilməlidir, dilimizə də uyğun olsun. Düzünü deyim heç Action sözü də ürəyimcə deyi, amma bir şey alınmasa bu adla kateqoriyanı saxlayaq. Nə məsləhətdir? --Ira 21:59, 6 Aprel 2010 (UTC)

Xoş gördük, İradə. Əslində janrın adını "Action-macəra" (yalnız "Action" filmlərə xas janr adlandırılmasıdır) qoymaqdan savayı seçimimiz yoxdur. AzKOMA bunun üzərində dayanıb. İkinci məsələ "third-person shooter" problemidir. Necə düşünürsünüz, bu tam tərcümə edilməlidir? "üçüncü-şəxs atıcı" ya "üçün-şəxs şuter"? Məsələn rus dilli mənbələrə adətən bu janrı "шутер от третьева лица" deyə lokallaşdırıllar. Nə məsləhət görürsünüz? --Proger 18:16, 7 Aprel 2010 (UTC)

Proger, salam. O halda kateqoriyanın biri olsun - "Kateqoriya:Action-macəra oyunları", digərini "Kateqoriya:Üçancü atıcı oyunları". İkinci adda bir az şübhəm var. --Ira 06:57, 8 Aprel 2010 (UTC)

Xoş gördük, İradə. Demək "Üçüncü-şəxs atıcı" daha düzgün bilirsiniz? Rus dilli vikipediyadakı mövqeyə yəqin ki, diqqət etmisiniz. Elədir? --Proger 23:31, 9 Aprel 2010 (UTC)

Arxivləşdirmə redaktə

Xoş gördük. Dəyərli həmkar, Sizə elə gəlmir mi ki, arxivləşdirmə zamanından tez aparılır? Axı burada illik arxivləşdirmədir. Çünki Arxiv yazısının qarşısında ili də var. Elə hesab edirəm ki, bu ilin sonuna kimi heç bir arxivləşdirmə aparmaq lazım deyil. Təklif edirəm ki, bütün seçilən və seçilməyən məqalələr elə özünə məxsus il bölməsində 2010-cu ilin sonuna kimi qalsın. Vizual görünüşündən belə zövq almaq olur və Azərbaycan Açıq Ensiklopediyasının canlı olmasını özünə-məxsus vurğulayır ). Fikrinizi gözləyirəm. Hörmətlə. --Proger 23:37, 2 Aprel 2010 (UTC)

Salam. Əslində illik arxivləşdirmənin mütləq ilin sonunda aparılması vacib deyil. İl ərzində keçirilən səsvermələrin nəticələri səsvermə bitəndən sonra və yeni səsvermə başlayanda artıq arxivləşdirilə bilər. Hətta həmin səsvermənin nəticələrinin etibarsız sayılması üçün yeni səsvermə keçirilməsi tələb olunsa belə bu arxivləşdirməyə maneəçilik törətmir. Çünki bunun üçün yeni səsvermə keçirilir, yeni şərhlər yazılır və s. Vacib deyil ki, bu səsvermə köhnə səsvermənin altında aparılsın. Digər tərəfdən də səhifədə yekunlaşmış səsvermənin nəticələri qalanda bu yeni istifadəçiləri çaşdırır. Hörmətlə:--Sortilegus 11:05, 3 Aprel 2010 (UTC)

Nə bilim... Düzü belə də olar. Arqumentlərimi əsasən vizual və "canlılıq" effekti ilə bağlıdır. Həmçinin digər vikilərdə də bildiyim qədərilə belə tez arxivləşdirilmir. --Proger 00:05, 4 Aprel 2010 (UTC)

Müzakirələr redaktə

Mümkünsə bura nəzər edin. Bir çoxlarını, bir çox məsələlər maraqlandırır :). Hörmətlə. --Proger 00:05, 4 Aprel 2010 (UTC)

Salam. Baxdım. Müzakirə səhifəsində cavab yazacam. Hörmətlə:--Sortilegus 02:12, 4 Aprel 2010 (UTC)

Можете в статье про Курдский сепаратизм перевести последнюю фотографию + можете загрузить фото лидера иранских курдов .
А могли бы вы вместо того чтоб удалять, просто перевести на азербайджанский язык. Я верну опять. Просто переведите, а так я знаю, что нельзя в азерб. разделе на других языках.
Təəsüf ki, mən tərcüməçi deyiləm. Həmçinin başım digər məqalələrə qarışıb. --Proger 17:49, 4 Aprel 2010 (UTC)

Rəqəmlərin magiyası redaktə

Salam, Proger. Rəqəmlərin magiyası məqaləsinin təkmilləşdirmə işini bitirmişəm. Sizin məqalə haqqında fikirlərinizi bilmək istərdim. İnanıram ki, məqalə haqqında öz düşüncələrinizi bildirəcəksiniz. --Tar 88 18:50, 9 Aprel 2010 (UTC)

"Azərbaycan"/"Azərbaycanca"/"Azərbaycan dili" redaktə

Bu dilin adlandırılmasına aid müzakirə də arxivləşdirildi. Məsələ hələ də həllini tapmayıb. Virtuozun işdən xəbəri var mı? --Proger 22:02, 10 Aprel 2010 (UTC)

Mən Wertuose deyiləm axı. Yazırsan ki, "Hörmətli Wertuose, Kənd meydanında mənim tərəfimdən açılan müzakirənin sonucunda, Azərbaycan Vikipediyasında "başqa dillərdə" bölməsində Azərbaycan dilinə olan keçidlərin "Azərbaycan" yox, "Azərbaycanca" adlandırılması qərara alınmışdır. bax →Vikipediya:Kənd meydanı/Arxiv/Mart/2010. Amma bunu AzVikinin idarəçiləri yox, Metadakı idarəçilər edə bilərlər. MetaVikinin idarəçilərinə bununla bağlı müraciət etmənizi sizdən xahiş edirəm". Məktubu konvertə qoyub göndərirsən bu ünvana → İstifadəçi müzakirəsi:Wertuose. Bu qədər sadə və bəsit bir məsələ:) Hörmətlə:--Sortilegus 22:36, 10 Aprel 2010 (UTC)

Lap utandırdınız məni :). Təşəkkür edirəm! ;). --Proger 23:05, 10 Aprel 2010 (UTC)
Wertuose nəsə reaksiya vermir. Yaman uzun çəkdi. Başqa deyiləsi adam var? :) --Proger danış 15:12, 10 May 2010 (UTC)

Salam. Bu problemi Wertuose artıq həll edib. Vikipediya:İdarəçi müzakirəsi səhifəsində digər idarəçilərə məlumat verib. Yəqin ki, 1 aya artıq bütün vikilərdə "azərbaycanca" görünəcək. Hörmətlə:--Sortilegus 21:06, 10 May 2010 (UTC)

Kateqoriya redaktə

Proger, salam. [[Kateqoriya:Üçüncü-üz şuterlər]] kateqoriyası vacibdir? Məncə bu kateqoriya olmasa da olar. --Ira 18:50, 12 Aprel 2010 (UTC)

Xoş gördük, İradə. Məncə önəmlidir. İntervikilərdə də var. Yeri gəlmişkən, yuxarıda Sizə sual ünvanlaşımam. Cavab vermək istəmirsiniz :D. --Proger 18:50, 13 Aprel 2010 (UTC)

Proger, salam. Cavab vermək istəyirəm. Amma Orada "Ku" nə deməkdir, onu başa düşmədim :). Əsas məsələyə gəlincə, "Üçüncü-şəxs atıcı" kateqoriyası ilə bağlı rusda baxdım. Qəribəsi odur ki, onlar da hələ dəqiq terminlər seçə bilmirlər. Müzakirələrə baxın, onların səhifələrində yaman mübahisələr gedir . --Ira 07:44, 14 Aprel 2010 (UTC)

Astral səyahət redaktə

Salam, Proger. Qeyri-adi mövzu başlıqları altında olan məqalələr silsiləmi davam etdirirəm. Astral səyahət məqaləsini necə qiymətləndirirsən. Təbii ki, məqalədə hələ iş gedir. Sadəcə olaraq ilkin fikirlərin mənim üçün maraqlıdır. Təşəkkürlər, --Tar 88 18:53, 12 Aprel 2010 (UTC)

Commons redaktə

Salam. Mən Commonsa necə şəkil yükləməyi bilmirəm. Mənə başa salsanız minnətdar olaram. --sefer azeri 15:43, 15 Aprel 2010 (UTC)

Səfər bəy, iş də orasındadır ki, heç mən özüm də bilmirəm :). Ona görə Sizə dedim. Haradansa öyrənə bilərsiniz? :) --Proger 11:00, 15 Aprel 2010 (UTC)
Sortilegusdan soruşaram. --sefer azeri 16:11, 15 Aprel 2010 (UTC)
Ana səhifədə aşağıda "Commons"a daxil olub hesab açırsan (Vikipediyadakə kimi), sonra sol paneldə "fayl yükləmə" (məndə rus dilindədir) düyməsindən istifadə edirsiniz --Vago 11:41, 15 Aprel 2010 (UTC)

Salam. Mən sizə təşəkkür edirəm ki, istifadə etmisiz şəkillərdən. Bir neçə şəkil daha yüklədim ([3], [4], [5], [6], [7], [8]). Lazım olsa onları da hardasa tətbiq edərsiz. Bir də Anahid məbədinin iki yeni şəklini yükləmək istədim Special upload formasına keçdi və əlavə nələrsə tələb etməyə başladı. Bir neçə dəfə cəhd etdim alınmadı. Bu nəylə əlaqədar ola bilər? --sefer azeri 10:39, 17 Aprel 2010 (UTC)

Ana səhifə redaktə

Ümumiyyətlə bu məsələ çox aktuldır. Təəsüf ki, Ana Səhifədəki "Seçilmiş məqalə" olduqca gec-gec dəyişir. Eləcə də "Seçilmiş şəkil". Düşünürəm ki, bu həm də keyfiyyətli məqalənin az olması ilə bağlıdır. Amma məncə zaman-zaman bütün (əsil) "Seçilmiş məqalələri" orada yerləşdirmək lazımdır. P.S Mən həm də "Ana Səhifənin" yeri dizaynı üzərində çalışıram. AzVikinin baş səhifəsi çox solğundur, bir iki əlavələrim var :). --Proger 17:59, 21 Aprel 2010 (UTC)

Razıyam. Az-vikidə keyfiyyətli məqalələr çox deyil. Mən özüm də son zamanlar Ana səhifəyə yeni məqalə qoymaq məsələsində çətinlik çəkirəm. Çünki bütün yaxşı məqalələr nə vaxtsa artıq Ana səhifədə olub. Bu çox yaxşı haldır ki, Ana səhifədə yeni "yaxşı məqalə" var, biri də namizəddir.

Yeni dizayn məsələsinə gəldikdə, Ana səhifənin dizaynı keçən il yeniləşib, amma buna baxmayaraq yeniliyi hər zaman alqışlayıram. Qaralama məqaləni Vikipediya:Ana səhifə(Test) səhifəsində yaradın. Yeni dizayn hazır olandan sonra onu Kənd meydanında müzakirəyə çıxartmaq olar. --Ira 19:46, 21 Aprel 2010 (UTC)

İradə xanım, əvəssiz məsləhətə görə təşəkkür edirəm. Hökmən istifadə edəcəm! Bu arada, bu oyun janrları və digər adlandırmalarla bağlı mən boğaza yığılmışam. AzKOMA işə olduqca məsuliyyətsiz yanaşır... Təəsüf ki... O üzdən bu ağır iş bizim üzərimizə düşəcək (yəqin ki). Ən azından stimul və münbit şərait yaradacaq. Xahiş edirəm mənə yardım edin və birlikdə Azərbaycan dilinin orfoqrafik (və orfoepik) qanunlarına uyğun olaraq "first-person shooter" kimi sözləri tərcümə edək. Olduqca yayılmış versiya budur: "birinci-üz şuter". Amma inanmıram ki, bu Siz tərəfdən dəstək qazana :). "Şuter" sözünə görə. Tam azərbaycancalaşdırsaq "birinci-şəxs atıcı" olur. Düzdür? Nə edək? Mən məqalə yazıram və artıq qalmışam belə... Bilmirəm nə yazım. Hörmətlə. --Proger 23:28, 22 Aprel 2010 (UTC)

"Şuter" sözünü burada yazsaq, bizi günahlandırarlar ki, özlərindən termin yaradırlar. Odur ki, o cür sözləri ya ingiliscədən olduğu kimi bura gətirməliyik, ya da tərcümə etməliyik. Məncə "birinci-şəxs atıcı" yaxşıdır. Onsuz da Vikipediya elə yerdir ki, bir şey səhv olsa gec-tez səsi çıxacaq :)

P.S. Düz tapdız, "Şuter" sözündən heç xoşum gəlmir, mənə rus dilindəki şuller (fırıldaqçı) sözünü xatırladır. Hörmətlə, --Ira 07:23, 23 Aprel 2010 (UTC)

Salam, Proger. Vaxtın olanda bu müzakirə səhifəsinə bir baş çək - Kateqoriya müzakirəsi:Üçüncü-üz şuterlər. — Bu imzasız yazı Wertuose (mt) adlı istifadəçi tərəfindən əlavə edilib;

Proger, məncə bu kateqoriya silinib, özünüz təklif etdiyiniz kimi [[Kateqoriya:Üçüncü-şəxs atıcı]] yaradılmalıdır. --Ira 22:06, 23 Aprel 2010 (UTC)

Seçilmiş şəkil redaktə

Proger, Ağ zanbaq şəklini Ana səhifəyə qoyulmasına razısansa Buradan səs verə bilərsən.--Tar 88 14:07, 23 Aprel 2010 (UTC)

Bilirsinizmi redaktə

Proger, Ana səhifədəki dəyişikliklər barəsində fikrini Buraya yaz.--Tar 88 13:55, 24 Aprel 2010 (UTC)

Ana səhifə redaktə

Kənd meydanında Ana səhifənin yeni görünüşünü müzakirə edilir. Ana səhifənin yeni versiyasını dizayn etmişəm. Ana səhifənin yeni görünüşü haqqında öz fikrinizi yazın.--Tar 88 16:34, 26 Aprel 2010 (UTC)

Proger, Ana səhifədəki "Tarixdə bu gün" bölməsini elə qurmuşam ki, kiminsə onu gündəlik dəyişdirməsinə ehtiyac yoxdur. Həmin günün tarixinə uyğun olaraq avtomatik dəyişir. Ancaq, gərək ilin bütün günlərinə müvafiq şablonlar hazırlayım. Hələlik test üçün 3 belə şablon hazırladım və uğurlu alındı. Mən səhifəni dəyişməmiş avtomatik olaraq səhifə yeniləndi. Aprel-in qurtarmağına bir-iki gün qalıb. May ayının bütünlükdə şablonunu hazırlayacağam.Təkliflərinizə və məsləhətlərinizə görə, təşəkkürlər --Tar 88 09:56, 28 Aprel 2010 (UTC)

Half-Life redaktə

Salam. yaratdığınız Half-Life məqaləsinin seçilmişlər sırasına qatılması münasibətilə təbrik edirəm. --Vago 08:12, 6 May 2010 (UTC)

Salam. Seçilmiş məqalə statusu almış iki məqalənizdən anladım ki, video oyunlar haqqında bilgilisiniz. Bu [9] oyun haqqında da məqalə yarada bilsəz əla olar. :) İşlərinizdə uğurlar. Hörmətlə --sefer azeri 23:28, 09 May 2010 (UTC)

Xoş gördük, Səfər! Bu məşhur oyunu özüm SEGA konsolunda oynamışam. Hətta bağlamışam da ). Əfsanəvi oyundur ). Çalışacam yazım ;). Hörmətlə. --Proger danış 18:37, 9 May 2010 (UTC)

Düzünü desəm mən oynamamışam, amma Mayklın mahnısı soundtrack kimi istifadə edilib, ordan tapdım bunu. Mayklı bəyənirəm. Nəysə, uğurlar həmkar. --sefer azeri 23:54, 09 May 2010 (UTC)


Xoş gördük. Yadınızdadırsa demişdiniz ki, "seçilmiş məqalələrə" intervikilərdə ulduz (FA məsələsi) əlavə edən botlarla bizdə problem var. Gərək belə demək olarsa "əllə" əlavə edək. Yazmışdınız ki, məsələni tezliklə həll edəcəksiniz. Deyəsən alınmayıb, hə? :). --Proger 11:27, 7 May 2010 (UTC)

Salam. Yadımdan çıxmışdı bu məsələ. Seçilmiş məqalələrimizin də sayı artır. Həll etməyə çalışacam. Hörmətlə:--Sortilegus 20:52, 10 May 2010 (UTC)

Salam. Mayklla bağlı olan oyun haqqında məqalə yaradacağını demişdin. İş nə yerdədir. --sefer azeri 21:37, 15 May 2010 (UTC)

Ana səhifə redaktə

dillərə keçidlərə fikir vermisiniz? Siyahı təkrarlanır. Bəzi yerlərdə "Did u know?" şablonuna keçidlər var. Deyəsən səhv düşüb yerləri :). --Proger danış 09:57, 21 May 2010 (UTC)

Deyəsən düzəldi. "Bilirsinizmi" şablonunda texniki səhv var idi. Təşəkkür edirəm. --Ira 12:56, 21 May 2010 (UTC)

Proger, salam. Ana səhifəni yeniləmək istəyirəm, amma {{Birgə iş}} və {{Tarixdə bu gün}} şablonları hələ hazır deyil. Ana səhifəni onlarsız təzələyim? --Ira 18:09, 31 May 2010 (UTC)

İradə xoş gördük. Şablonların ikisidə hazırdır. 1 iyun olan kimi yenilənəcək! Siz gecə yeniləyə bilərsiniz? --Proger danış 18:13, 31 May 2010 (UTC)

Problem yoxdur. Saat 2-yə qədər burdayam :)--Ira 18:15, 31 May 2010 (UTC)

Məsələ bundadır ki, Vikipediya UTC vaxtı ilə işləyir. İndi də UTC vaxtilə 19-a işləyir. Bu o deməkdir ki, təxminən 5 saat yarımdan sonra Vikipediyada 1 iyun olacaq. Onda da Tarixdə bu gün və Birgə iş avtomatik dəyişəcəkdir. 2-dən çox ola bilməzsiniz? :D --Proger danış 18:20, 31 May 2010 (UTC)

Xeyir mən Bakı vaxtı ilə işləyirəm... Onda qalsın sabaha. Rəhm edin...:))--Ira 18:24, 31 May 2010 (UTC)

Ağrılı xəbərdir (. --Proger danış 18:29, 31 May 2010 (UTC)

Xoş gördük. Mən İdarəçi müzakirəsindəki "Ana səhifə" ilə bağlı məsələyə görə yazıram. Orada hər şey hazırdı. "Tarixdə bu gün"-ü mən hər gün zənginləşdirirəm. Özüm zamin dururam ki, yenilənəcək. İyun-un 8 günü hazırdır. Gündə 5-6 gün əlavə edirəm. İmkan olduqca daha çox. Ay tam hazırdır, Vikipediyaya köçürmək qalır. Nəinki iyun hətta iyul. Təkrar edirəm, zamin dururam. Yavaş-yavaş əlavə edirəm. 1 iyundan yeni dizayna keçək. Heç olmasa pilot versiya ilə. Baxaq görək necədir. Hörmətlə. --Proger danış 21:44, 31 May 2010 (UTC)

"Baxıb görmək" üçün səhifənin test variantı var. Məncə, hələ tələsməyək - çünki burda "başımız daşdan daşa dəyib", ona görə bunu deyirəm. Dizayn baxımından səhifə yaxşıdır, amma bölmələrin, eləcə də "Tarixdə bu gün" bölməsinin mövcudluğu problem yaradacaq. Hörmətlə:--Sortilegus 21:54, 31 May 2010 (UTC)

Mən düzü başa düşmədim. Deyirəm axı iyun demək olar ki, hazırdır. Gündə 2-3-ünü əlavə edirəm ). Adam çatdırmır bir gün ərzində bir ayı hazırlasın. Təkəm. Həmçinin "Tarixdə bu gün" şablonunda maraqlı hadisə baş verdi. Şablon:1 İyun hər şey olmasına baxmayaraq dəyişmir. Başa düşmədim nə üzündəndir. Ancaq "Birgə iş" dəyişdi. Görmüsünüz? --Proger danış 08:39, 1 İyun 2010 (UTC)
Düzəltdim. Baxın. Belə 8 iyuna kimi gedəcək. Bi gün axşam ən azı 5 gün əlavə edəcəm. Və belədə dalba-dal. Hətta iyul üçün baza artıq hazırdır. Köçürməyim qalıb. Əlavə olaraq deyim ki, "Birgə iş" də artıq başlayıb. Yeniləmək lazımdır bu səhifəni. Ya da heç olmasa "Bigə iş"-i keçirmək lazımdır indiki səhifəyə. Zaman itkisi olur. --Proger danış 08:41, 1 İyun 2010 (UTC)

Qoy digər idarəçilər də fikirlərini bildirsinlər. Məncə, iyuldan yeniləmək olar. Ona görə də "Tarixdə bu gün" bölməsində indilik iyul, avqust, sentyabr aylarına aid məlumatları zənginləşdirmək daha yaxşı olardı. Vaxt tapıb mən də sənə kömək edəcəm, həm yeni məlumatlar əlavə etməkdə, həm də redaktədə. Hörmətlə:--Sortilegus 14:42, 1 İyun 2010 (UTC)

Oldu! Təşəkkür edirəm! Həmçinin fikir versəniz "Tarixdə bu gün"-də şablon (aylar - 1 İyun, 2 İyun və sair) ===Hadisələr=== yazılır. O şablonlar mühafizə olunur deyə düzəldə bilmədim. Elə olmasın deyə "Hadisələr"-dən yuxarıda abzas qoymaq lazımdır. Yəni sadəcə Hadisələrin qarşısında Enter və enir aşağı. Ondan sonra saxlayın. Düzələcək. Həmçinin "Seçilmiş şəkil"-də "Atəş, od" bir az əyri yazılıb. Hörmətlə. --Proger danış 20:07, 1 İyun 2010 (UTC)

Seçilmiş məqalə redaktə

Salam. Atropatena məqaləsinin seçilmiş məqalə statusu almasıyla bağlı burda [10] səsvermə keçirilir. Xahiş edirəm səsvermədə iştirak edin. Hörmətlə:--sefer azeri 01:50, 02 İyun 2010 (UTC)

Hərbi münaqişə redaktə

Səbəbi yoxlayın, deyəsən düzəldi--Vago 12:53, 4 İyun 2010 (UTC)

Səbəb işləyir. Təşəkkür edirəm! Lakin, o biri göstərdiyim problem və istəklər qalmaqdadır. Hörmətlə. --Proger danış 13:22, 4 İyun 2010 (UTC)
O birini də yoxlayın zəhmət olmasa, Hərbi münaqişə-test səhifəsində qaralama kimi istifadə etmişəm. Mən getməli oldum, əgər şablon düzgün işləməsə, geri qaytarın, zəhmət olmasa--Vago 13:46, 4 İyun 2010 (UTC)
İşləyir. Amma aralarından xətt keçmir. Geri qaytarmadım, gələndə səbriniz olsa ya Siz ya da Wertuose davam edər. Hörmətlə. --Proger danış 13:56, 4 İyun 2010 (UTC)
Deyəsən o da düzəldi :) --Vago 16:03, 4 İyun 2010 (UTC)
Əla! Təşəkkür edirəm! :) İşə girişmisiniz deyə, Sizə də deyirəm. Bu ingilis dilli vikipediyada "combatant1a" (tərəf1a) kimi olduqca əhəmiyyətli funksiya var. Onu bizim şablona əlavə edə bilərsiniz mi? Məndə alınmadı... --Proger danış 16:10, 4 İyun 2010 (UTC)
Ona da baxaram. Öhdəsindən gələ bilsəm, məmnuniyyətlə.--Vago 10:12, 5 İyun 2010 (UTC)

Proger, salam. Səfərə yazdığınız sonuncu mətndə qrupla bağlı məlumatı zəhmət olmasa silin. AK-da məhkəmə sona çatmayıb. Bu məlumatı görsələr halımız yaxşı olmayacaq. --Ira 19:29, 8 İyun 2010 (UTC)

Təşəkkür redaktə

Təbrik edirəm! :) --Proger danış 21:37, 9 İyun 2010 (UTC)

Təşəkkür edirəm :) --Vago 05:37, 10 İyun 2010 (UTC)

Seçilmiş məqalənin ulduzu redaktə

Xoş gördük!

Nəzərinizə çatdırım ki, ingilis dilli vikipediyada artıq {{Link FA|az}} yumşaq desək "keçmir" :). Nə edək? --Proger danış 09:30, 11 İyun 2010 (UTC)

Salam. Bizim seçilmiş məqalələrin qarşısında ulduz görünmür? İndi məşğul olaram bu məsələylə:) Hörmətlə:--Sortilegus 08:16, 12 İyun 2010 (UTC)

Oldu! :) --Proger danış 09:52, 12 İyun 2010 (UTC)

Kənd meydanı redaktə

Xoş gördük, həmkar.

Mən bu Kənd Meydanındakı şəkillə bağlı yazıram. Bəlkə onu dəyişək? Bir, iki fikrim var.. Hesab edirəm ki, tam adına uyğun olmamalıdır. Yəni həqiqətən kənddən olan şəkil olmasa da olar. Adi kafe və ya parlament tipli şəkillər də yerləşdirmək olar. Məsələn gürcü vikipediyasında çox qəşəng ediblər. Fikriniz? --Proger danış 12:27, 18 İyun 2010 (UTC)

Salam. "Kənd meydanı" ifadəsi əslində boş-boşuna seçilməyib. Kəndlərdə adətən kənd camaatı belə meydanlara toplaşıb kəndin həyatındakı vacib yenilikləri müzakirə edirlər, bəzən qeybət qılırlar:) Ad bununla assosiasiya olunur. Buna uyğun bir şəkil tapmalıyıq. Parlament şəklini necə qoyaq ora? Onda gərək bölmənin adını "Parlament tribunası"na dəyişək:) Mən bir vaxtlar nə qədər axtardım uyğun şəkil tapa bilmədim, hətta kənd meydanında da istifadəçilərə müraciət etdim, heç kimdən səs çıxmadı. --Sortilegus 12:38, 18 İyun 2010 (UTC)

"Kəndlərdə adətən kənd camaatı belə meydanlara toplaşıb kəndin həyatındakı vacib yenilikləri müzakirə edirlər, bəzən qeybət qılırlar:)" - əllərində iPod ilə hə? :) Məncə bu elə də böyük əhəmiyyət kəsb etmir. Çalışaram mən tapım. Ya da "cəmiyyət" tipli bir şey tapmaq olar. Nə tapsam, göstərərəm. --Proger danış 13:29, 18 İyun 2010 (UTC)

Уважаемый Proger! А вам не стыдно фальсифицировать историю? "II Dünya müharibəsi dövründə müstəqillik qazanmışdır. Yeni müstəqillik qazanmış ölkə Üçüncü Reyx ilə sıx əməkdaşlıq edirdi. Lakin bu dövrdə (1941-ci ildə) serb hərbi birləşmələri də Üçüncü reyx tərəfindən çıxış etmiş və balkan müsəlmanları ilə xorvatlara qarşı etnik təmizləmələr aparmışdır."

Почему вы забыли упомянуть поглавника Анте Павелича и вице-президента "Независимого Государства Хорватия" Османа Куленовича? Почему вы не упомянули о концлагере Ясеновац, в котором католическо-мусульманские усташи убивали сербов в промышленных количествах? И, наконец, вы забыли упомянуть о том что ужасающий геноцид сербов осуществлялся по благословению римского папы Пия 12-го и иерусалимского муфтия Амина Аль Хусейни.

Своих-то вы можете обмануть, но меня (русского) не обманете.--OsmanRus 12:52, 24 İyun 2010 (UTC)

Нет, не стыдно. Я разве написал ложь? Это было и часть хорватской истории. А про то что вы написали, можно и это добавить. Это свободная энциклопедия, редактировать может каждый. Дайте мне нужные источники и Я добавлю. Кстати Я планирую и про про сербов ещё написать. Если захотите его тоже проверите ). --Proger danış 14:08, 24 İyun 2010 (UTC)
Фальсификация истории и ложь - это две большие разницы. Любое умалчивание информации есть фальсификация истории. Если вы написав, что "Хорватия, получившая независимость, состояла в тесном сотрудничестве с Третьим рейхом" умолчали о том, что эта независимость в первую очередь обозначала геноцид сербов, то этим самым вы сфальсифицировали историю.--OsmanRus 11:24, 25 İyun 2010 (UTC)
Кажется вы не понимаете. Я повторяю "это свободная энциклопедия, редактировать может каждый". Сейчас понятно? Что вы тут мне пишите?! Я вам что рот затыкаю или руки ваши связал? Доработайте если не нравится. Я ничего не умалчивал, и даже написал чтобы вы предоставили источники и сразу сам добавлю. Нет? Скатертью дорога. --Proger danış 19:22, 25 İyun 2010 (UTC)

SALAM. Məktubunuza cavab yazdım. --sefer azeri 14:39, 27 İyun 2010 (UTC)

DİYİRSEN TALİBAN 7 YASHLİ USHAQİ EDAM EDİB SUBUT ELE,ELEYE BİLMİRSENSE SENE SEBEBİNİ DEYİM redaktə

EFGANİSTANDA SATQİN KARZAY REJİMİ AMERİKA İSHQALCİLARİ İLE EMEKDASHLİQ EDİR VE EFGAN XALQİ BUNDAN ARTİQ BEZİB VE EFGAN XALQİNİN İNANCİNİ QAZANMAQ UCUN YALANDAN DEZİNFORMASİYA VERİRLER VE DEYİRLER Kİ SANKİ TALİBLER 7 YASHLİ USHAQİ EDAM EDİB. EFGAN XALQİNA TALİBLERİ DUSHMEN KİMİ GOSTERİRLER.AMA ONLAR UGURSUZLUGA DUCAR OLDU CUNKİ BU YAXİNLARDA İSTEFA VEREN MAK KRİSTAL OZU VURGULADİKİ BİZ EFGAN XALQİNİN DESTEYİNİ ALA BİLMİRİK.GET SİYASET OXU SONRA DANİSH.SEN GET BOYUYUN GELSİN ONA DUNYANİ VE SİYASETİ BASHA SALİM!!!!!!!

Səviyyə! :D --Proger danış 00:14, 29 İyun 2010 (UTC)

Salam. Bir rica, mümkünsə mənim müzakirə səhifəmə nəmalum istifadəçinin yazdığı və sənin də cavab verdiyin mesajı tərcümə edin imkan daxilində. --sefer azeri 08:37, 29 İyun 2010 (UTC)

Təşəkkür həmkar!

" Vikipediya:Yeni istifadəçilərə rəhbərlik " məqaləsindəki düzəlişlərinizi bəyəndim. Bu üslubda bir qədər də mən düzəliş etdim.Hörmətlə--Acategory 11:20, 11 İyul 2010 (UTC)

Xəritə redaktə

Salam həmkar. Düşünürəm ki. xərtiə çox böyükdür, bizə yalnız Sasanilərin xəritəsində Albaniyanın ərazisini göstərmək lazımdır, Hazırkı xəritədə isə Bizans və ümumiyyətlə bütün Qərbi Avropa təsvir edildiyindən Albaniya heç gözə dəymir. Ermənistanın ərazisini düzgün göstərmisən, sadəcə problem xəritənin çox böyük olmasındadır, düşünürəm ki, ya xəritəni kəsmək (lazımsız yerləri), ya da sırf Sasanilərin təsvir edildiyi xəritədən istifadə etsək yaxşı olar.--sefer azeri 14:33, 26 Avqust 2010 (UTC)

Yaxşı olar ki, Sasanilər və Albaniya ərazisi birikdə (eyni rəngdə) göstərilsin, amma Albaniya ərazisi incə qara xəttlə ayrılsın (Albaniyanın sərhəddləri də göstərilsin və Albaniya yazısı yazılsın, bu arada eyni şəkildə xəritədə Atropatenanın [11]da ərazisini göstərə bilərsiz. Bunlardan [12] [13] istifadə etmək olar məncə.--sefer azeri 14:58, 26 Avqust 2010 (UTC)
Əlbəttə olar. Bir də mümkünsə bizə bu [14] xəritədən də düzəldin. Kilsə dairələrinin yeri düz göstərlib. Sadəcə Albaniyanın sərhədlərini düz göstərmək və yer adlarını Azərbaycan dilində yazmaq lazımdır. Bacararsan?--sefer azeri 15:26, 26 Avqust 2010 (UTC)
Göstərdiyin şəkil elə bil skandır və ya kitabdan foto-kamera ilə çəkilib. Bir az problem yarana bilər. Söz vermirəm, cəhd edərəm. Onun normal rəqəmsal variantı yoxdur?
Hə düz deyirsən kitabdan çəkilib. Məncə elə çətin olmaz. Adicə Qafqazın xəritəsində [15] Albaniyanın sərhədini göstərib sonra da kilsə dairələrini qeyd etmək lazımdır. --sefer azeri 16:19, 27 Avqust 2010 (UTC)

Azərbaycan kinosu / Film redaktə

Hörmətli həmkar, xoş gördük!

Mən bir film haqda məqalə yazmaq istəyirəm və bu üzdən müəyyən şablonlardan istifadə etməliyəm. İnfoqutu yaratmaq üçün. Nəzər yetirdim ki, "Film" şablonu "Azərbaycan kinosu" şablonuna atır. Elə bununla bağlı da yazmaq istəyirəm. Təklif edirəm ki, birləşib "Film", "Filmlər" və "Azərbaycan kinosu" şablonlarını birləşdirək. Yəni bir şablon olsun. Hollivud, Bollivud və ya Azərbaycan film istehsalı olan filmlər bölünməsin. Eyni bir şablonda əks olunsunlar. Sadəcə müəyyən hissələri boş da qala bilər. Sırf Azərbaycan kinosuna xas olan müəyyən xüsusiyyəti, istifadəçi Hollivud filmi haqda yazırsa heç qeyd etməsin. Yəqin ki, fikrimi izah edə bildim. Sizin fikrinizi öyrənmək istərdim. --Proger danış 09:12, 26 Avqust 2010 (UTC)

Progerin təklifini çoxdan etmək istəyirdim. Sadəcə vaxtım yox idi. Hər halda bu təklifi sənin də dəstəkləyəcəyinə əminəm. -- Cekli829 14:30, 26 avqust 2010 (Cek vaxtı ilə)

Salam Proger. Əleykümə salam Cekli!

Təklif yaxşıdı. Ancaq elə edək ki, minlərlə məqalədə istifadə olunan şablonun (Film) detalları itməsin. Proger siz bir cəhd edin görək nə olur. Uğur olun!

P.S. Mən film şablonunu yaradanda tək Azərbaycan kinosunu nəzərdə tutmamışam. Hətta bir neçə əcnəbi film məqalələrim də var. Yəni belə vəziyyətdə də istifadə etmək olar.

--Vüsal Ağayev 10:11, 26 Avqust 2010 (UTC)

Mən başa düşürəm. Elə ona görə də deyirəm ki, gəlin Azərbaycan kinosu yox elə Film edək :). Cəhd edərəm. Təşəkkür! --Proger danış 10:19, 26 Avqust 2010 (UTC)

Döyüş klubu (film) redaktə

Salam. Döyüş klubu (film) məqaləsini bəlkə laboratoriyaya təqdim edək? Çox xoşum gəldi. -- Cekli829 12:39, 28 avqust 2010 (Cek vaxtı ilə)

Xoş gördük! Necə istəyirsiniz, həmkar ). Mən əleyhinə deyiləm. --Proger danış 20:50, 28 Avqust 2010 (UTC)

Şəkil redaktə

Salam Proger. Burda faylları "arıtlayırdım" və sənin müəllifin olduğun bir fayla rast gəldim:) Şəkil:Sassanid and Byzanz.png. Sadəcə məsələ burasındadır ki, sən müəllifi olduğun bu faylı (xəritəni) bura 24 avqust 2010-cu ildə yükləmisən, amma kimsə səndən onu 5 il bundan qabaq oğurlayıb və 25 oktyabr 2005-ci ildə commonsa yükləyib:) İndi neyləyək?--Sortilegus 20:40, 2 Sentyabr 2010 (UTC)

Yaman sataşdın mənə! ;). Xoş gördük! İş orasındadır ki, mən bu şəkli "update" etmişəm. O üzdən mənbə olaraq özümü qeyd etdim. Ancaq əslində düz deyil... Belə edək, mənbəni dəyişib commons-dakını qoyaq və bura əlavə edək ki, bəs "Albaniya əlavə edildi". Bu arada mən bu xəritənin kəsilmiş variantı və Albaniya ilə Atropatenın ərazilərini göstərməklə düzəltmişəm. Onu yükləyəndə nə edim? Eyni zamanda mənimdir, eyni zamanda yox... Təklif? :) --Proger danış 22:32, 2 Sentyabr 2010 (UTC)

Uyğun lisenziya tapıb commonsa yükləmək lazımdır. Elə olur ki, xəritənin üzərindəki yazıları da tərcümə edib onu ayrıca fayl kimi commonsa yükləyirlər. Sadəcə mən commonsda işləməmişəm, ona görə bilmirəm bu halda hansı etiketlərdən istifadə olunur. --Sortilegus 19:46, 3 Sentyabr 2010 (UTC)

Bir buna bax. --Proger danış 21:51, 3 Sentyabr 2010 (UTC)
Salam. Bu cür xəritələri commonsa yükləmək üçün iki mənbə göstərməlisən. Birincisi xəritəni hansı xəritə üzərində yaratmısan. İkincisi xəritəni hansı xəritə (elmi əsas və ya mənbə kimi istifadə etdiyin xəritə) əsasında yaratmısan. Nümunə üçün buna [16] baxa bilərsən. Birinci xəritəyə istifadə etdiyimiz Bizans və Sasanilər xəritəsini, ikinciyə isə [17] və ya burdakı [18] xəritələrdən uyğun olanını (Albaniya və Atropatenanın ərazisinin təsvir edildiyi xəritələrdən birini) göstərə bilərsən. Amma bizim Qafqaz Albaniyası məqaləsinə əlavə etmək üçün xəritəni Azərbaycan dilinə tərcümə etsən yaxşı olar. Commonsa isə almanca variantla yanaşı ingiliscə variantda yüklənəndə təkcə ingiliscə yox digər vikilərdə də xəritə istifadə edilir. Bu erməni [19] yaratdığı saxta xəritələrlə Azərbaycan tarixini əməlli başı saxtalaşdırıb. Ən pisi isə odur ki, onun xəritələri əksər vikilərdə istifadə edilir. Yəni biz bir xəritəmizi commonsa yükləyə bilməyəcəyik?...--sefer azeri 14:20 04 Sentyabr 2010 (UTC)

Müzakirələr redaktə

Həm kənd meydanında, həm istifadəçi, şablon, kateqoriya müzakirəsi səhifələrində ismarıclar yazanda onları səhifədə sona əlavə etməyə çalış. Çünki öz ismarıclarını müzakirələrdə araya "soxuşduranda" vaxt etibarilə səndən əvvəl ismarıc yazan istifadəçilərin hətta fikirlərinin düz başa düşülməməsinə də nail ola bilərsən. Səhifə yuxarıdan üzüaşağı oxunur. --Sortilegus 21:23, 4 Sentyabr 2010 (UTC)

Səhifənin yuxarıdan aşağı oxunduğunu çox gözəl bilirəm. Azərbaycanca yazılmış mətnin qədim monqol dilindəki kimi aşağıdan yuxarıya oxunmadığını yada saldığınız üçün təşəkkür edirəm. Bilmirəm Sizi nə çaşdırır, ancaq mən mətnə uyğun yazıram. Bütün vikilərdə bu cür yazılış qəbul olunub (: istifadə edərək). Mən yuxarıdakı mövzuya cavab yazıram, bunun üçün altından : əlavə edib, yazıram. Əksinə bu cür olmayanda çaşdırıcıdır. Bilmirsən kim-kimə müraciət edir. Bu dəhşətli dərəcədə aydın və mübahisəsiz bir şeydir. Burada çaşdırıcı nə var axı? Nümunələr gətirim? Onlarladır, hamısını kopyalayım bura? --Proger danış 22:45, 4 Sentyabr 2010 (UTC)

Əslində, hətta aşağıdan yuxarıya, ya sağdan sola yazılsa da problem olmaz. Təəssüf ki, bizdə o formada oxunuş latın qrafikası ilə standart kimi qəbul olunmayıb. Amma sən ismarıclarını mətnin içinə salırsan. Məhz bu, oxunuşda çətinlik yaradır. Mən də yuxarıdakı ismarıca cavab yazıram. Sən araya öz ismarıcını salmaqla mənim yazdığımı mətndən təcrid edirsən. Olmaz ki, ümumi mətnin sonunda yazasan, amma kimə cavab verirsənsə onun ünvanını qeyd edəsən? Məsələn, ""Filankəs"in yazdığı bu fikirlə razı deyiləm" və s." bu formada. Nümunəyə ehtiyac yoxdur, ingilis dilli müzakirə səhifələrində bəzən sən deyən formadan istifadə olunur. --Sortilegus 23:14, 4 Sentyabr 2010 (UTC)

Müzakirə redaktə

Hörmətli, Proger, sizə elə gəlmirmi ki, son vaxtlar əsasən müzakirələrdə iştirak edirsiz? İdarəçilərin müzakirələrdə iştirakı normaldır, bu onların vəzifə borcudur:) --Sortilegus 22:18, 6 Sentyabr 2010 (UTC)

Xəritə redaktə

Hörmətli, Proger, səhv etmirəmsə xəritə yaratmaq səriştəniz var. Zəhmət olmasa və mümkündürsə Bakının məhəlli xəritəsini yaradasınız.
Təxminən belə:

 
Parisin xəritəsi

. Məqsədim Bakının obyektlərini buradakı [20] kimi koordinatlarla xəritədə göstərməkdir. Əvvəlcədən təşəkkür. Hörmətlə.--MrArifnajafov 20:25, 9 Sentyabr 2010 (UTC)

Bəli bütün Bakının məhəlli planı. Sözün düzü çox səliqəli, düzgün (koordinatlara uyğun) və keyfiyyətli xəritə sorağındayam. Tələm tələsik iş istəməzdim. Yenə də təşəkkürlər və uğurlar.

P.S. Şablonlarla əlaqəli nə kömək lazım olsa mən hazır. Hörmətlə.--MrArifnajafov 09:50, 10 Sentyabr 2010 (UTC)

Mədəniyyət və incəsənət mükafatınız mübarək redaktə

Hörmətli --Proger danış  ! Kompüterdə mənə növbə gec çatdığına görə Sizi vaxtında təbrik edə bilmədim. Aldığınız mükafat münasibəti ilə Sizi təbrik edirəm. Siz ona layiqsiniz. Fəaliyyətinizə uğurlar arzulayıram. --Acategory 12:58, 12 Sentyabr 2010 (UTC)

Təşəkkür edirəm! :) --Proger danış 14:24, 12 Sentyabr 2010 (UTC)

Mən də təbrikə qoşuluram. Doğrudan da layiq olduğun bir mükafatdır. Düzdür, axır vaxtlar müzakirə səhifələrində hərdən "atışırıq":) Amma mən sənin AzVikidəki fəaliyyətini yüksək qiymətləndirirəm. Hörmətlə:--Sortilegus 15:59, 12 Sentyabr 2010 (UTC)

Zamanınız olanda, lütfən bir Kənd Meydanına baş çəkərsiniz mümkünsə. --Proger danış 17:17, 12 Sentyabr 2010 (UTC)

Şəklin mühafizəsini qaldırdım. Yaratdığın versiyanı yükləyə bilərsən. --Sortilegus 17:55, 12 Sentyabr 2010 (UTC)

Hazırdır. :) --Proger danış 18:01, 12 Sentyabr 2010 (UTC)

Görürəm hazırdır, özün bu şəklin → Şəkil:Wiki.png yeni versiyasını yüklə. --Sortilegus 18:09, 12 Sentyabr 2010 (UTC)

Amma nəsə elə bil dəyişmədi axı... --Proger danış 18:09, 12 Sentyabr 2010 (UTC)

Bu dəyişilməlidir ki? O birisini dəyişsəm axı Kənd Meydanında iki eyni loqo olacaq. Bu fayl bağlıdır məgər əsas loqoya? --Proger danış 18:11, 12 Sentyabr 2010 (UTC) /Yenilədim keçidi/

Həmin şəkli yenidən köhnə versiyanın üzərinə yükləmək lazımdır. Ana səhifədəki indiki şəklin adı nədir: Wiki.png ya Wikipedia-logo-az.png? Mən ayırd edə bilmədim. Əgər Wiki.png -dirsə logonun yeni versiyasını buraya yükləməlisiz:[21] --Ira 11:39, 13 Sentyabr 2010 (UTC)

İradə xanım yox. Köhnənin üzərinə olmaz. Çünki köhnələr baxın burada sıralanıb -> Wikipedia logos. Yenilər isə burada -> Wikipedia logo 2.0. Gərək biz yeni fayl yaradaq, adını da qoyaq belə: Wikipedia-logo-v2-az.png. Fikir verin siyahıya. Orada bütün loqolar elədir. --Proger danış 11:43, 13 Sentyabr 2010 (UTC)

Onda belə çıxır ki, yeni versiyanı bu şəklin [22] üzərinə yükləmək lazımdır. Mən dəqiq bilmirəm. Siz bir sınaqdan keçirin. Məncə yükləyəndən sonra da şəkil o dəqiqə Ana səhifədə görünməyəcək. Alınmasa Pərvizdən soruşun, o 100% bilir :)--Ira 11:53, 13 Sentyabr 2010 (UTC)

Yox elə düz deyirmişsiniz. O şəkillər yalnız və yalnız prevyu üçün imiş. Əsas loqo bu Wiki.png-dir. Əgər hüququnuz çatırsa bu şəklin mühafizəsini götürün mən də yeni versiyanı endirim: Wiki.png --Proger danış 12:12, 13 Sentyabr 2010 (UTC)

Proger, təbrik edirəm, mənsiz də hər şey yaxşı alındı. Müzakirənin sonuna qalmasam da (iş vaxtım qurtarmışdı) görürəm Sortilegusla birgə nəticə əldə etmisiniz :) Əllərinizə sağlıq. Təşəkkürlər. --Ira 16:24, 13 Sentyabr 2010 (UTC)

Təşəkkür edirəm İradə xanım! :) Hə, hər şey alındı və yaxşıdır :). Mən də Sizi təbrik edirəm! Diqqətinizə görə çox sağ olun! :) --Proger danış 19:33, 13 Sentyabr 2010 (UTC)

Bəlkəm kömək edə bilərsiniz redaktə

Кстати о равных правилах - ознакомтесь с этой статьёй, где территория Азербайджанской Республики указана на 11 458,0 км² меньше признанной ООН территории и с данным шаблоном на котором официальная карта Азербайджана заменена на самодельную.--Wertuose 09:50, 25 Oktyabr 2010 (UTC)

Tutarlı cavabdır. Amma iş görmək lazımdır. Bəlkəm Ermənistanın Zəngəzursuz analoji xəritəsini və loqosunu hazırlayıb müvafiq məqalələrə yerləşdirək. Bu xəritəni kim yarada bilər görəsən? Qrafika işindən başı çıxan lazımdır. Belə bir misal var: " bir şey eləyənin qabağına bir şey eləməsən elə bilərlər ki, bir yeri yoxdur". İfadəyə görə çox üzr istiyirəm. Ermənilər xəritəni və loqonu götürdükləri təqdirdə biz də götürərik. --MrArifnajafov 17:57, 28 Oktyabr 2010 (UTC)
Maraqlı təklifdi, xəritələrnən Proger işləyə bilir, ona müraciət eləmək lazımdı. --sefer 22:03, 28 Oktyabr 2010 (UTC)
Anoloji xəritə və logo yarada bilərsinizmi? Özü də müəllif lisenziyası ilə yükləmək lazımdır. Bunu bacara bilsəniz böyük bir iş görmüş olarsınız. Mükafatınız məndə. Hörmətlə--MrArifnajafov 07:56, 29 Oktyabr 2010 (UTC)
ER ərazisi sadəcə Zəngəzur mahalı olmadan. Düzdür? Bir gün vaxt verin. --Proger danış 09:12, 29 Oktyabr 2010 (UTC)
N. Nərimanovun bağışlamış olduğu Zəngəzursuz məncə kifayət edər. sefer ilə bir məsləhətləşin. O, bu işlərdə bir qədər çevikdir. həm logo və həm də xəritə. Onlar necə etmişlərsə eynilə anoloji variant pis olmazdır. Uğurlatr olsun.--MrArifnajafov 09:26, 29 Oktyabr 2010 (UTC)
Xoş gördük. Sorğu verdiyiniz iki xəritə hazırdır. İkisidə bu məqalədə yerləşən xəritə əsasında hazırlanılıb. Buyurun, baxın: Birincisiikincisi. --Proger danış 16:35, 30 Oktyabr 2010 (UTC)
Yetərincə alınıb,böyük zəhmət çəkmisiniz, əhsən, amma Birincisi sarı rəng deyəsən yaddan çıxıb. Trikolor ölkənin kimə mənsub olduğunu bildirmək üçün mütləq vacibdir. Tam hazır olan kimi mühavizəsini edərəm.--MrArifnajafov 16:43, 30 Oktyabr 2010 (UTC)
Təşəkkür edirəm! :) Bıy, doğurdan. İndi düzəldərəm. --Proger danış 18:18, 30 Oktyabr 2010 (UTC)

Hörmətli həmkar. Yuxarıda göndərdiyim xəritələri düzəltsəm də hələlik onların məqalələrdə istifadəsinə qarşıyam. Çünki bununla biz ermənilərə əllərinə əlavə kompramat veririk. Təklif edirəm məsələyə META-da həll olunana qədər Ermənistan məqaləsi və "stab" şablonlarda bunları istifadə etməyək. Məsələ qalxanda bizdə görsünlər ki, biz onlar kimi etməmişik. Qərar ermənilərə təsir etməsə bu xəritə və şablonu əlavə edərik. Nə deyirsiniz? --Proger danış 18:25, 30 Oktyabr 2010 (UTC)

Oldu qoy siz deyən olasun. Amma xəritə və logo hazır şəkildə olsun ki, lazım gələn zaman tətbiq edə bilək. Amma sarı rəng yaddan çıxmasın. Ulduzunuz mübarək olsun![23]--MrArifnajafov 18:34, 30 Oktyabr 2010 (UTC)
Hörmətli həmkar, dərin təşəkkürümü bildirirəm! Mükafat görə ayrıca təşəkkür! ;) --Proger danış 18:36, 31 Oktyabr 2010 (UTC)

Yer redaktə

Salam. Bu dəyişikliyi nəyə əsasən edirsiniz? İndiyə kimi bütün məqalələrdə bu standartdan istifadə etmişik. Eyni zamanda RusVikidə də elədir. EnVikidə isə Sizin dediyiniz kimidir. --Cekli829 14:57, 1 noyabr 2010 (Cek vaxtı ilə)

Bu standart yalnız H.Ə. məqaləsindədir. Digərlərində belə deyil axı. --Proger danış 11:02, 1 noyabr 2010 (UTC)Cavabla
İ.Ə. məqaləsi də elədir və s. Və elə olmayanları da elə etmək lazımdır. --Cekli829 15:09, 1 noyabr 2010 (Cek vaxtı ilə)
Onda mən də analoji sual verim. Hansı əsasla olmayanları da elə etməliyik? Niyə əksinə yox? --Proger danış 11:11, 1 noyabr 2010 (UTC)Cavabla
Çünki Vikipediya ensiklopediyadır. Ensiklopediyalarda belə olmalıdır. --Cekli829 15:18, 1 noyabr 2010 (Cek vaxtı ilə)
İndicə ASE-yə baxdım. Dediyiniz kimidir. Qaytarıram. --Proger danış 11:52, 1 noyabr 2010 (UTC)Cavabla

Təşəkkür edirəm.--Cekli829 15:54, 1 noyabr 2010 (Cek vaxtı ilə)

Dəyməz həmkar :). --Proger danış 12:21, 1 noyabr 2010 (UTC)Cavabla

Müzakirə redaktə

Burada mən artıq alman dilində sorğu vermişəm. Sizlərdə yaza bilərsiniz --MrArifnajafov 15:44, 2 noyabr 2010 (UTC)Cavabla

Mükafat redaktə

Mükaafata görə dərin təşəkkürümü bildirirəm hörmətli həmkar! ;) --Proger danış 22:47, 3 noyabr 2010 (UTC)Cavabla

Sənin haqqın olan mükafatdı. Bürokratik manelərin, sədlərin "memarı" olan AzViki bürokratı tərəfindən təqdim edilən:)--Sortilegus 22:53, 3 noyabr 2010 (UTC)Cavabla

:D Eşq oslun! ;) --Proger danış 22:56, 3 noyabr 2010 (UTC)Cavabla

ePoçt redaktə

Pərviz xoş gördük! :)

Hörmətli həmkar, Siz deyəsən poçtunuzu heç yoxlamırsınız. Bir ora baş çəkin ;) --Proger danış 19:58, 4 noyabr 2010 (UTC)Cavabla

Üç gün idi ki yoxlamırdım.   --  Pərviz  20:07, 4 noyabr 2010 (UTC)Cavabla

Mən öz səhifəmi rus dilində olan Vikpediya məalələrinə uyğun yaratmışam. Mənə məsləhət verə bilərsiniz, lakin səhifəmə xahiş edirəm düzəliş etməyəsiniz. C.Vəkilov tel: 050 790 28 56 zəng tdə bilərsiniz.

Xoş gördük. İlk növbədə nəzərinizə çatdırım ki, bura kiminsə malı deyil və heç kim buralarda yiyəlik eləmir. İstənilən məqalə istənilən kəs tərəfindən redaktə edilə bilər. Mən bilmirəm Siz hansı əsasla iddia edirsiniz ki, rus dilində olan Vikipediya əsasında yaradırsınız özünüz haqda məqaləni - amma heç rusdilli vikidə bu məqalə yoxdur. Yalnız ingilisdillidə var. Bundan əlavə Ensiklopedik yazılış formasına uyğunlaşdırmaq lazımdır. Cavanşir Vəkilovun kimin oğlu olması yuxarıda yox, aşağılarda və ya şablonda qeyd edilməlidir. --Proger danış 10:38, 5 noyabr 2010 (UTC)Cavabla

Salam redaktə

Proger, salam. Cavanşir Vəkilov məqaləsində redaktənizi geri qaytardım. Bunu həmin şəxsin xahişi ilə etdim. O, Vikipediyadakı texniki məsələləri az bildiyindən redaktələr səbəbini yazmırdı. Proger, mənə elə gəlir ki, məqalə istifadəçinin özü haqqındadırsa müəyyən güzəştlərə getmək olar. Necə bilirsiz? Hər halda əvvəlcədən təşəkkür edirəm. Hörmətlə, --Irada 15:19, 5 noyabr 2010 (UTC)Cavabla

Təşəkkür edirəm redaktə

Hörmətli Proger. Şah İsmayıl Xətai məqaləsindəki provokasiyalı iddiaya tutarlı cavaba görə Sizə təşəkkür edirəm.--Acategory 16:39, 21 noyabr 2010 (UTC)Cavabla

Dəyməz həmkar! Ələttə ki, dəyməz. Həqiqətdir! Haqq da bizimdir ;). --Proger danış 16:46, 21 noyabr 2010 (UTC)Cavabla

Anlamadım redaktə

Geri niyə qaytardınız.--MrArifnajafov 19:14, 21 noyabr 2010 (UTC)Cavabla

Hörmətli, həmkar səbəbini yazdım axı. META-da məsələ bitib mi məgər? --Proger danış 19:15, 21 noyabr 2010 (UTC)Cavabla
P.S

Bütün hallarda isə artıq biz öz mövqeyimizi demişik, onlardan fərqli olaraq da hansısa nə qayda pozmuşuq nə də ümumən nə isə "qanacaqsızlıq" eləmişik. Yəni ki, bundan sonra olacaq bütün işlərin məsuliyyəti onlardadı. Bu səbəbdən də hansısa müzakirənin nəticələrini gözləmədən hazırlanan şəkillərin istifadəsində mən bir problem görmürəm. Nə effekt verəcəyini deyə bilmərəm, gərək növbəti addımlardan əvvəl digər vikipediyaçılarla da məsləhətləşək. --TimBitsتِمبِتس 23:39, 19 noyabr 2010 (UTC)Cavabla

Elə mən də bir problem görmürəm. Maximum: onlar özlərinkini siləcəklər biz də özmüzunkini. ya da iksi də qalacaq. Vəssalam. --MrArifnajafov 19:31, 21 noyabr 2010 (UTC)Cavabla

Bakı görüşü redaktə

Salam Proger. Mümkünsə bu səhifənin təkmilləşməsi üçün kömək elə. --Cekli829 12:53, 26 noyabr 2010 (Cek vaxtı ilə)

Xoş gördük. Əslində bu görüşün bizə elədə güclü bizə aid deyil... Bu sırf rusdilli vikipediyaçıların görüşü idi. Ancaq proqram sonradan dəyişdi və Azərbaycan Vikipediyası ilə Rus Vikipediyasının münasibətlərinə qədər yüksəldiyi və AzViki səhifələrində (Kənd Meydanında) görüş haqda məlumat yayımlandığı üçün yerləşdirmək olar. İndi üzərində işləyəcəm. Siz elə demək olar ki, hər şeyi düzəltmisiniz :). --Proger danış 14:52, 26 noyabr 2010 (UTC)Cavabla

Salam. Görüş səhifəsini təkmilləşdirdiyinə, elan verdiyinə görə sənə təşəkkür edirəm. Nəqliyyat marşrutlarını yazmaq ideyası da əladır və alqışlanır:) Amma deyirəm bəlkə 15 dəqiqə tez AzDramanın qabağında görüşək, sonra 2-3 dəqiqəlik vikigəzinti ilə gedək ofisə. Çünki 1-2 gündə bir neçə adam mənə zəng edib, yeri dəqiqləşdiriblər. Küçələrin adı dəyişib deyənə camaat onları köhnə adları ilə tanıyır. Qorxuram bu problem yarada. AzDramanı hami tanıyır. Onun qabağında məncə 17:45-də görüşsək yaxşı olar. --Sortilegus 17:28, 11 dekabr 2010 (UTC)Cavabla

Xoş gördük. Dəyməz əşi :). Mən də elə sən deyəni fikirləşmişdim. İndi yazaram səhifədə. --Proger danış 17:41, 11 dekabr 2010 (UTC)Cavabla

Vikigörüş redaktə

Xoş gördük İradə xanım. Siz növbəti vikigörüşdə iştirak edəcəksinizmi? --Proger danış 09:32, 14 dekabr 2010 (UTC)Cavabla

Proger, salam. Vikigörüşdən xəbərim var. Amma mənim 18 dekabrda daha iki vacib görüşüm olduğuna görə Vikigörüşə gələcəyim sual altındadır. Susmağımın səbəbi budur :) Əgər o görüşlərdən heç olmasa biri təxirə salınsa və ya baş tutmasa, mütləq gələcəm. Görüşlərdən biri orta məktəb dostları ilədir... Hörmətlə, --Irada 12:36, 14 dekabr 2010 (UTC)Cavabla

Şəkilləri yolladım. Hörmətlə: --Sortilegus 21:26, 18 dekabr 2010 (UTC)Cavabla

Təşəkkürlər. Baxdım. Elə bil dumanlıdır bəziləri.. Bu kameradandır? :). Həm də yəni o qədər şəkildə yalnız 6-ca şəkil yaxşıdır? :P. Bu dəhşətdir ki. Gərək deyərdin kimin var onlar da kamera gətirərdi. Yerləşdirəcəm bir azdan hamısını. Bir-başa Commonsa endirəcəm. Yəqin ki, şəkildə əksi olan heç kəs narazı olmaz ;). --Proger danış 21:38, 18 dekabr 2010 (UTC)Cavabla

78 şəkildi:) Bunları seçə bildim. Hələlik yerləşdir, sabah-birigün hamısını görüşdə iştirak edən vikidaşların (müəllif hüquqları ilə qorunan ifadə:)) hamısına göndərərəm - bəlkə sonra bəzi şəkilləri dəyişdirərik, ya yenilərini əlavə edərik.

P.S. Gözlərimizin rəngi vspışkadan bəzi şəkillərdə qırmızıdır:) Onu fotoşopda düzəldib sonra yerləşdirsən yaxşı olar. --Sortilegus 21:45, 18 dekabr 2010 (UTC)Cavabla

Dəhşət... Nə çox. Məncə aralarında yenə maraqlısı olar. Gəl belə edək. Sən onları arxivləşdirib (.RAR) hansısa endirim saytına yükləyə bilərsən? Sonra da keçidi ver mənə, mən bir dizayner kimi (:P) baxım, 6-ya əlavə olar bir neçəsini də seçib yükləyim vikiyə. İndi bu birilərini endirərəm. --Proger danış 21:54, 18 dekabr 2010 (UTC)Cavabla

Oldu--Sortilegus 22:19, 18 dekabr 2010 (UTC)Cavabla

Qaydalar redaktə

Xoş gördük! :)

Hörmətli həmkar, bu qaydaları yollamağı unutmayın. Gözləyirəm. --Proger danış 21:58, 21 dekabr 2010 (UTC)Cavabla

Salam. Ruvikidəki qaydalar kateqoriyası budur ru:Категория:Википедия:Правила. Burda da hələ bütün qaydalar deyil - alt kateqoriyanın içindəkilərdir. Burdan da → ru:Категория:Википедия:Руководства bəzi təlimatları tərcümə edib "milliləşdirsək" yaxşı olar. Türk və ingilis vikisi ilə də müqayisə etmək, tutuşdurmaq lazımdır. Başlanğıc üçün bizdəki bu səhifədə olan qaydaları təkmilləşdirib axıra çıxa bilsək pis olmaz → Vikipediya:Vikipediya qaydaları. Amma sən hansı qaydanı hazırlamaq istədiyini mənə əvvəlcədən xəbər ver ki, eyni qaydanın tərtibi ilə məşğul olmayaq. Qaydaların tərtibini bölüşdürsək daha yaxşı olar - az vaxt itirərik. --Sortilegus 22:39, 21 dekabr 2010 (UTC)Cavabla

{{Prinsip-qaralama}} şablonundan istifadə etməyi unutmayın.-- Pərviz  23:09, 21 dekabr 2010 (UTC)Cavabla

Etimad səsverməsi redaktə

Etimad səsverməsində iştirak edərək münasibət bildirdiyiniz və mənə etimad göstərmədiyiniz üçün təşəkkür edirəm! --Cekli829 15:15, 22 dekabr 2010 (Cek vaxtı ilə)

Dəyməz. --Proger danış 11:22, 22 dekabr 2010 (UTC)Cavabla

Proger, sizin Etimad səsverməsində yazdıqlarınızla razıyam. Mənim də Cekliyə çox iradlarım olub. Digər tərəfdən bütün idarəçilər kimi mənim də səhflərim az deyil. Əgər sadalasaq hamının sıhvi var və özünüz də şahidsiniz ki, bu səhvlərlə əlaqədar ən çox mübahisə edən idarəçi mənəm. Hətta idarəçilərin bəzilərinə xəbərdarlıq da etmişəm (Çekliyə də) Amma, zəhməti də nəzərə almaq lazımdır. Mən hələlik gözləmə mövqeyi tuturam... --Irada 13:48, 22 dekabr 2010 (UTC)

İradə xanım. Bu gün biz ədalətsizlik ilə üz-üzəyik, insanların ali amilləri dostluq və şəxsi münasibətlərini qurban verdiyini görürük. Bu çox üzücü haldır. Sizin səsiniz bəlkə də həll edici ola bilər. Lütfən, çox xahiş edirəm - həddindən artıq xahiş edirəm ki, bizim bu biyabırçılığımıza bir dəfəlik son qoyasınız. İnana bilməzsiniz sonuncu işlərə görə biz necə biyabır olmuşuq. Çox pis vəziyyətdəyik. Artıq qeyri-ciddi qəbul etməyə başlayıblar. Bütün bu işlərə bir dəfəlik son qoymaq üçün adı çəkilən səsvermədə mütləq, ədalətli mövqeyinizi göstərməlisiniz. İnanın ki, əgər işimiz elə səhifələrə bayraq qoymaq, nə bilim dezinformasiyaya ilə məşğul olub boş-boş işlərlə məşğul olub, işimiz düzəlsəydi nə dərdimiz vardı ki? Burada iş kimin vətəni, dili sevməyindən söhbət getmir. Bu gün burada bacarıqdan söhbət gedir. Yaramır! Mən sizə inanıram. İnanıram ki, elə ən mərd şəxslərdən biri siz olacaqsınız, öz sərt ədalətli mövqeyinizi bir daha göstərəcəksiniz. Ümidlə! --Proger danış 17:30, 22 dekabr 2010 (UTC)Cavabla

Siz sağolun,çünki sizin şərhiniz olmasaydı məndə aqitasiyanın qurbanı olardım.Hörmətlə --RamireZ 13:18, 23 dekabr 2010 (UTC)Cavabla

Progerlə söhbət redaktə

Dostum, Proger. Sizin yaşınızı və təxmini məşğul olduğunuz sahəni bilmək olarmı ?--Acategory 17:55, 22 dekabr 2010 (UTC)Cavabla

Bəli, əlbəttə hörmətli həmkar. Mənim 21 yaşım var. Gənc Alimlər Şurasının üzvüyəm. İnformasiya texnologiyaları üzrə ixtisaslaşmışam. Ancaq bunlar vikipediyada önəm daşıyır mı? :) --Proger danış 18:10, 22 dekabr 2010 (UTC)Cavabla

Olarmı Sizinlə bir qədər söhbət edək və hesab edək ki, bizm yazılarımızı heş kim oxumur ?--Acategory 19:24, 22 dekabr 2010 (UTC)Cavabla

Anlamadım? Ola əlbəttə ki, həmkar :). Sadəcə mən Sizin poçtunuza yazmağa cəhd etdim. Ancaq poçt yoxdur. Mənə elə gəlir ən yaxşı konfidensial söhbət mobil və ya şəhər telefonudur. --Proger danış 19:46, 22 dekabr 2010 (UTC)Cavabla

Википедия 10 redaktə

Добрый вечер, уважаемый Proger, я заметил вашу правку на юбилейной вики (http://ten.wikipedia.org). Я подумал, если у вас будет возможность, быть может имеет смысл устроить видеозвнок между Тбилиси и Баку? Я думаю, было бы неплохо устроить кратковременное включение - поздравить друг-друга. С уважением, --Gaeser 14:35, 25 dekabr 2010 (UTC)Cavabla

Доброго времени суток! Вы правильно подумали, уважаемый коллега :). Я думаю у нас есть все технические возможности и самое главное желание, чтобы устроить видео звонок между Тбилиси и Баку. Для этого не помешало бы обговорить все это, договорится. Как мы можем говорить в режиме реального времени? --Proger danış 11:13, 26 dekabr 2010 (UTC)Cavabla
С наступающим, и извините, что так опоздал с ответом - проблемы с компьютером. Было бы прекрасно, если бы вы прислали мне ваш имейл или скайп на почту - george@wikimedia.ge. А там видно будет :) — Bu imzasız yazı Gaeser (mt) adlı istifadəçi tərəfindən əlavə edilib;

Salam Proger. Vaxtın olanda yavaş-yavaş ayın 15-i üçün nəzərdə tutulan görüşün səhifəsini burda hazırlamağa başlasan pis olmaz. Mən hələ formatını dəqiq özüm üçün təsəvvür edə bilmirəm. Sən səhifəni hazırla istifadəçilər təkliflərini yazsınlar, dəyərləndirib bir qərara gələk. Hörmətlə:--Sortilegus 22:13, 29 dekabr 2010 (UTC)Cavabla

Artıq başlamışam. Tezliklə səhifəni tam yaradacam. --Proger danış 01:25, 30 dekabr 2010 (UTC)Cavabla

Tətil redaktə

Xoş gördük. Bəs nə vaxt qayıdacaqsınız? --Proger danış 17:29, 28 dekabr 2010 (UTC)Cavabla

Sizi də xoş gördüm :) , hələlik burdayam, bur qulluq olsa hazıram, bəlkə AzViki istifadəçilərinə 2 yeni il hədiyyəsi təqdim edib, ondan sonra getdim.--Vago 07:03, 29 dekabr 2010 (UTC)Cavabla
Bəs nə vaxt qayıdırsınız? Bu ən əsasıdır! --Proger danış 22:00, 29 dekabr 2010 (UTC)Cavabla
Onu Allah bilir:
"Bəlkə bu yerlərə hey, bir də gəlmədim,
Duman salamat qal, sağ salamat qal!" :) --Vago 07:14, 30 dekabr 2010 (UTC)Cavabla

Open Directory Project redaktə

Hesab edirəm ki Open Directory Project məqaləsini wikiləşdirə bilmişəm, zəhmət olmasa siz də bir diqqət yetirin, mən daha əvvəllər kiçik redaktələr etsəm də, indiyə qədər heç bir məqalə yazmamışdım və bu məqalə mənim 1-ci wikipediya məqaləmdir. Burda hər şey qaydasında olsa, ayda 20-30 məqalə yaza bilərəm... Əvvəlcədən təşəkkür edirəm, hörmətlə,--Aydın Məmmədov 01:35, 31 dekabr 2010 (Bakı)


Təşəkkürlər. Lakin bir şeyi başa düşmədim, niyə "kataloğu", yaxud "kataloğun" sözlərini, "kataloqu" yaxud "kataloqun" kimi dəyişmisiniz? Məsələn, biz yazırıq "balıq", yaxud "qaşıq", amma bu sözlər saitlə başlayan heca qəbul etdikdə, sonlarındakı "q", "ğ"ya çevilir, məsələn, "balığı", "qaşığı", yaxud, "balığın", "qaşığın". Mən bildiyim bu qədər. Bəs siz nəyə əsasən hesab edirsiniz ki bu qayda "kataloq" sözünə tətbiq olunmamaııdır? Yəni "kataloq" sözü saitlə başlayan şəkilçi qəbul etdikdə, bu sözün sonundakı "q", "ğ"ya çevrilməməlidir? Hörmətlə,--Aydın Məmmədov 04:35, 31 dekabr 2010 (Bakı)

Kataloq sözü istisnadır. Yoxlamaq üçün lüğətdən də istifadə edə bilərsiniz. --Proger danış 00:39, 31 dekabr 2010 (UTC)Cavabla
Hansı ıüğətdən? Bəlkə siz Worda əlavə edilən Azərbaycan dilinin avtomatik orfoqrafiya yoxlayıcısını nəzərdə tutursunuz? Bu yoxlayıcı heç də həmişə doğru yoxlamır.--Aydın Məmmədov 04:40, 31 dekabr 2010 (Bakı)
Yox. Başqa lüğətdən. Elektron vəziyyətdə iki üsulla yoxlamaq olar. Biri "Dilmanc" maşın tərcümə sistemi ilə (PT) digəri isə İntelsoft-dur. İkincisinin internet tərcüməçisi də var. Bura vurun və ruscadan "внутри каталога" sözünü tərcümə edin. Nəticəni görəcəksiniz. --Proger danış 00:52, 31 dekabr 2010 (UTC)Cavabla

Seçilmiş məqalə redaktə

Xoş gördük!

Həmkar Ana Səhifənn "Seçilmiş məqaləsini" avtomatlaşdırdım. Hazırdır. Ancaq həftəlikdir.. Düz etmişəm? İndi seçilmiş şəkil ilə məşğulam. --Proger danış 12:15, 31 dekabr 2010 (UTC)Cavabla

Salam. Baxdım. Əladır.--Sortilegus 12:22, 31 dekabr 2010 (UTC)Cavabla

Yəni sözümün canı ondadır ki, həftəlik dəyişəcək. Normaldır? Bir də əlavə olunacaq məqalələr buradan sıralanır. --Proger danış 12:28, 31 dekabr 2010 (UTC)Cavabla

Hələlik həftəlik. Gündəlik dəyişmək üçün hələ o qədər keyfiyyətli məqaləmiz yoxdur. Əlavə olunacaq məqalələr siyahısını elliklə müzakirə edib müəyyənləşdirərik. --Sortilegus 12:34, 31 dekabr 2010 (UTC)Cavabla

Hə bilirəm. Sadəcə əvvəl düşündüm ki, iki həftədən bir dəyişsin.. Onun texniki tətdbiqi azacıq mürəkkəbdir. O üzdən həftəlik etdim. Qəbuldursa lap yaxşı. Bu gün axşam olmaz, artıq seçilmiş şəkli də düzəldərəm. Bircə dorxduğum odur ki, 1 Yanvara çatdırmayım. Hələ mövzulu ayan bir azca təkmilləşdirilməsi gərəkir. Tək edirəm deyə çətindir. Əgər 1-nə çatdırmasam 3-ü 100 də 100 hazır olacaq. --Proger danış 12:39, 31 dekabr 2010 (UTC)Cavabla

Qoy həftəlik olsun. 52 məqalə tapıb ortaya çıxara bilərik. Tələsmə, nə vaxt tam hazır oldu xəbər elə. Yeni Ana səhifəylə də bağlı işləri tamamlayandan sonra əlaqə saxlayarıq, müəyyən müddətə mühafizəni götürərəm, özün nə dəyişiklik lazımdır eliyərsən. --Sortilegus 12:43, 31 dekabr 2010 (UTC)Cavabla

"Proger/Arxiv 5" istifadəçi səhifəsinə qayıt.

Saytda 204 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024