İstifadəçi müzakirəsi:Sefer azeri/Arxiv 2014 Haqqinda Melumat - Vikipedia

İstifadəçi müzakirəsi:Sefer azeri/Arxiv 2014 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İstifadəçi müzakirəsi:Sefer azeri/Arxiv 2014

Ən son rəy:9 il öncə, Sefer azeri tərəfindən "Məqalə" mövzusunda

Salam Hormetli Sefer Azeri. Britaniya dovlet ve siyasi sistemi ile bagli meqaleme duzgun olmayan duzleish etmisiniz/Xahis edirme duzeldin.Hormetle İstifadəçi:Aytən Bağırlı


Dəvət redaktə

 
SİZİ DƏVƏT EDİRİK!
Həmçinin
Rəşad Sadıqov məqaləsinin "Yaxşı məqalə" və ya "Seçilmiş məqalə" statusu alması üçün burada — Vikipediya:Məqalə laboratoriyası/Rəşad Sadıqov səhifəsində, keçirilən səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirik.--Emin ismarış 09:13, 2 yanvar 2014 (UTC)Cavabla

Salam. Ensiklopedik şəxslər siyahısına, başqa sözlə elm xadimləri siyahısına tibb elmləri doktoru, Professor adını daşıyanlar aid deyil, bəs sizcə kimlər aiddir? Xahiş edirəm, 26.12.2014 tarixində sildiyiniz müvafiq məqaləni bərpa edin. Horizon70. 27 dekabr, 2014.



Salam, Siz bu məqaləni silmisiz, izahdada yazmısız ki, "qeyri-ensiklopedik məqalə", nə vaxtdan AzWikidə rəsm əsərləri qeyri-ensiklopedik olub? Bağırov Seyid-Kənan 12 yanvar 2015

sual redaktə

Salam. Ensiklopedik şəxslər siyahısına Tibb elmləri doktoru, Professor adını daşıyanlar aid deyil, bəs sizcə kimlər aiddir? Horizon70. 27 dekabr, 2014

salam. məni bir neçə gün əvvəl hansısa vandalizmə görə bloklamışdınız. izahını versəydiniz yaxşı olardı. çünki heç bir şey olmadığı halda hansısa etmiş olduğum vandalizmdən söz getdiyi mənim üçün maraqlıdır.

Salam. Alatoran məqalələrinə bir neçə dəfə şəkil yüklədiniz və yeni istifadəçi olduğunuzu və məqsədinizin məqalələri korlamaq olmadığınızı düşündüm əvvəlcə. Lakin şəkilləri silməyimə baxmayaraq təkrarən (bir neçə dəfə) yükləməniz məqalələri korlamaq fikrini olduğunun göstəricisidir ki, bu da vikipediyada vandalzm kimi qəbul edilir. Hörmətlə--sefer azeri 16:27, 7 yanvar 2014 (UTC)Cavabla
Ümid edirəm ki Alatoran məqaləsinə yüklədiyim şəkillərə baxmısınız. Çünki mənim yükləmiş olduğum şəkillər Alatoran posteri idi. yəni hansısa aidiyyatı olmayan başqa bir şəkil deyildi. məqsədim məqaləni sadəcə yeniləşdirmək idi. başqa heç nə.
Alatoran mövzusu ilə əlaqəli məqalələrə toxunmayın bir meddət mümkünsə, məndə artıq hazır məqalələr var. Qısa müddətdə yerləşdirəcəm onları. Alatoran (film, 2008) məqaləsinə isə heç nə əlavə etməyin, məqalə çox yaxşı vəziyyətdədir və seçilmiş məqalə statusu alıb artıq. Hörmətlə --sefer azeri 06:22, 12 yanvar 2014 (UTC)Cavabla

Dəvət redaktə

 
SİZİ DƏVƏT EDİRİK!
Salam
Zinəddin Zidan məqaləsinin "Seçilmiş məqalə" statusu alması üçün burada — Vikipediya:Seçilmiş məqalə namizədləri/Zinəddin Zidan səhifəsində keçirilən səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirik.--Emin ismarış 19:43, 11 yanvar 2014 (UTC)Cavabla

Dəvət redaktə

 
SİZİ DƏVƏT EDİRİK!
Salam
Rəşad Sadıqov məqaləsinin "Yaxşı məqalə" statusu alması üçün burada — Vikipediya:Yaxşı məqalə namizədləri/Rəşad Sadıqov səhifəsində keçirilən səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirik.--Emin ismarış 12:53, 28 yanvar 2014 (UTC)Cavabla

Barnaba İncili redaktə

Salam. Barnaba İncili məqaləsinin laboratoriyadakı səsvermə müddəti bitib. Lakin 2-2-lik bərabərlik var. Bununla əlaqədar səsvermənin bir müddət uzadılmasını təklif edirəm.--samral müzakirə 21:50, 28 yanvar 2014 (UTC)Cavabla

Mən sizdən hansısa addım gözləyirəm Səfər bəy.--samral müzakirə 21:22, 30 yanvar 2014 (UTC)Cavabla
Salam. Təklif edirən ki, Barnaba İncili məqaləsində hansı cümlə, ifadə və ya sözdə mübahisəyə ehtiyac olduğunu düşünürsünüzsə məhz həmin məqami məqalənin müzakirə səhifəsinə qeyd edin aydınlaşdıraq.--samral müzakirə 12:42, 15 mart 2014 (UTC)Cavabla

Rəsulzadə redaktə

Salam. Məhəmməd Əmin Rəsulzadə məqaləsindəki mühafizə nə vaxta kimi davam edəcək? Heç olmasa yalnız istifadəçilər redaktə edə bilər şəklində mühafizəyə alsaydız. Mən o məqalənin üstündə işləmək istəyirəm.--samral müzakirə 21:15, 30 yanvar 2014 (UTC)Cavabla

Məqalənin adı ilə bağlı müzakirələriniz yekunlaşana qədər, əgər məqalənin adının dəyişdirilməyəcəyi ilə bağlı problem yoxdursa, məqaləni aça bilərəm. --sefer azeri 17:42, 31 yanvar 2014 (UTC)Cavabla
O müzakirə yekunlaşmışdı. Prezident fərmanında da Məhəmməd gedib. Nə qədər kitablara da baxdım Məhəmməddir. İmkan varsa ən yaxın zamanda mühafizəni götür. İnşəAllah başlayım işlərə.--samral müzakirə 19:29, 31 yanvar 2014 (UTC)Cavabla
Nə zaman götürürsüz mühafizəni ?--samral müzakirə 21:34, 2 fevral 2014 (UTC)Cavabla

Anar Gurbani redaktə

Salam. İstifadəçi:Anar Gurbanini "Təhqirə görə" səbəbi ilə bloklamısan. Amma mən onun fəaliyyətində belə bir hal müşahidə etmədim. Əksinə, o vikiqaydalara uyğun hərəkət edərək, sənin müzakirə səhifəndəki təhqiri silib. Sən isə ona təşəkkür etmək əvəzinə, hətta onu bloklamısan. Səni gözləmədən onun blokunu açıram. Xahiş edirəm ki, diqqətli ol. Hörmətlə, --►Cekli829 07:25, 5 fevral 2014 (UTC)Cavabla

Nuğay Əliyev səhifəsini silinmə səbəbi nədir redaktə

Zəhmət olmasa Nuğay Əliyev səhifəsini silinmə səbəbini bildirərdiniz. Guya bildirilib ki, "Qeyri-ensiklopedik məqalə: Köhnə məzmun: '{{Alim |Adı = Nuğay Əliyev |Orijinal adı = Nuğay Xasay oğlu Əliyev |Şəkil = |şək...' (və tarixçədə fəaliyyəti qeyd edilən yeganə istifadə..."--erudit45

buna kim qərar verib ki, bu ensiklopedik məlumat deyil? Azərbaycan Respublikasının müstəqliyyindən bəri yaradılan ilk QHT-nin sədrinin, təhsiı fədaisinin həyatı ensiklopedik deyilmi? --erudit45

Deyil, zəhmət olmasa qaydaları oxuyun.--sefer azeri 22:14, 14 fevral 2014 (UTC)Cavabla

Qaydaları oxumuşam sizdə idarəçi kimi hansı qaydanın pozulduğunu qeyd edin görüm. --erudit45

Sanki sizə sual verildi. Sizin bəyəm Nuğay Əliyevi və onun fəaliyyəti ilə tanış deyilsiniz deyənə silməyə qərar hüququnuz var? --erudit45

Əgər VP:ŞEƏ qaydasını diqqətlə oxusanız məqalənin silinmə səbəbi sizin üçün aydın olacaq. Hörmətlə--sefer azeri 03:45, 15 fevral 2014 (UTC)Cavabla

Səfər bəy, sizin yazdığınız səbəb deyil sadəcə özüzünə görə verdiyiniz qərardır. Siz hər hansısa insanın fəaliyyətindən xəbərdar deyilsinizsə bu sizin ağlınıza gələni etməyinizə əsas vermir. Yenə deyirəm həmən şəxs Azərbaycan Respublikasının müstəqilliyinin Təhsil tarixidə iz buraxmış canını fəda etmiş insandır, o siyasətçi və müğənni deyil ki, ütün günü hamının gözünə girsin və hamı onu tanıya bilsin. Nuğay bəy məhz Sizin və mənim və hər bir kəsin təhsilinin yüksəl olmasına özünü fəda etmiş insandır. O bizim borcumuzdur ki, onun kimi özünü bu cəmiyyət üçün qurban vermiş insanları cəmiyyətə tanıtdıraq. Ama Siz buna əngəl törədirsiniz, mane olursunuz. Sizin etdiyiniz tamamilə hörmətsizlik və savadsızlıqdır. Bir porno aktirasının Azərbaycan vikipediyasında yerləşdirilməsinə heçnə demirsiniz, ama bu cəmiyyətə canını vermiş insanın səhifəsini silirsiniz. Bəyəm bu səhifəni olması sizə bu qədər ziyan vurur? Viipediyada silinəsi redakdə ediləsi minlərlə məqalə olduğu halda nəyə görə gəlib bir dəyərli alimin səhifəsini silirsniz? Bu haqqı kim verib sizə axı? Xahiş edirəm emosiannallığımı düzgün anlayın ama bu səhifəni ya açmağa icazə verəcəksiniz ya da sonacan mübarizə aparacam. Sizin üçün bəlkə çox əhəmiyyətsizdir bu məsələ (aydınrki əhəmiyyətsizdir) ama mənim üçün çox vacibdi. --erudit45

Nuğay Əliyevin Azərbaycanın ilk Qeyri hökümət Təşkilatının qurulmasındakı rolu və onun sədri olması bəyəm bu insanın necə dəyərli və cəmiyyətə təqdim ediləsi biri olduğunun sübutu deyil? --erudit45

Səfər bəy, zənnə qapılaraq İctimai Şəxsiyyətin səhifəsinin silmək doğru deyil. Sizdən yuxarıda qaldırdığım suallara həmçinin bir-bir hansı bəndlər üzrə Wikipedia qaydalarına uyğun olmadığını əsaslandırmağınızı tələb edirəm.--erudit45

Səfər bəy, məsələn (çoxlu səhifələrdən biri) // NURAĞA ABASOV adında ictimai xadim var, və onun barəsində heç bir keçid və mənbə göstərilmədiyi halda necə olur ki, onun səhifəsi durur ancaq mən keçidlər və məlumat verdiyim halda Nuğay Əliyevin səhifəsi silinir? Həmən səhifənin fundamental olaraq nə ilə fərqləndiyini izah etməyinizi tələb edirəm. --erudit45

Başqa bu cür məqalələr qarşınıza çıxdıqda xəbər edin, onları da silək. Hörmətlə --sefer azeri 18:17, 15 fevral 2014 (UTC)Cavabla

Siz yenidən yuxarıda qeyd etdiyim sualların heç birinə cavab vermirsiniz, ona görə də mövqeyinizi və hərəkətlərinizi qərəzli, əssassız və savadsız hesab edirəm. Sizə idarəçilik necə verilib anlamıram. Belə çıxır ki, siz hər tanımadığınız şəxsin səhifəsini siləcəksiniz? Bu nə subyektiv mövqedir?! Siz sildiyiniz Nurağa Abbasovun digər bir ziyalımızın Nuğay Əliyevin səhifəsini nə ilə fərqləndiyini qeyd etmədiniz. Baxsaydınız görərdiniz ki, Nuğay Əliyevin səhifəsində keçidlərdə qeyd edilib. Müstəqllikdən sonra Azərbaycan tarixində ictimai təşkilatlanmanın qurucularından birisinin səhifəsini silməyə sizin haqqınız yoxdur. Nə mənəvi haqqınız var nə hüquqi haqqınız var. Səhifənin yenidən açılmasını tələb edirəm. Siz həqiqi və proqressiv idarəçi olsaydınız ən azı səhifənin bağlanmasının müzakirəsini açmalıydınız. Orada hansı maddələr üzrə bağlanma ehtimal olduğuu qeyd etməliydiniz və orda müzakirə təşkile tməliydiniz. Ancaq sizin etdiyiniz subyektiv və qərəzli qərardır. --erudit45

Şəki hökmdarlığı redaktə

Salam, Səfər. Bu linkdə gördüyün müraciətlərə səbəb olan məqalə ilə bağlı müzakirələrdə iştirak etməyini xahiş edirəm. İstifadəçi sənin hərəkətlərinin əsassız olduğunu və mənbələrlə təsdiqlənmədiyini hesab edir. Wertuose (talk) 08:09, 15 fevral 2014 (UTC)Cavabla

Səfər salam. Mənim fikrimcə Şəki hökmdarlığı faktını bu şablona Şablon:Azərbaycan tarixi daxil etmək olar. Bunu ona görə söyləyirəm ki, mötəbər mənbələrdə, məsələn burada məlumat var, bir də ki, ru-vikidəki şablonda da [1] bu fakt vardır. Əgər heç olmasa 10% mümkünat varsa, şablona daxil etməni xahiş edirəm. Hörmətlə, --İrada (talk) 09:19, 15 fevral 2014 (UTC)Cavabla

Wertuoseİrada xanım, salam. Müzakirə başladılması üçün məqaləyə bəzi əlavələr etdim. Naməlum istifadəçi kimi müraciət edən bu şəxsin İstifadəçi:Aydinsalis olduğunu düşünürəm. Görünür, yazdığı təhqirlərdən sonra öz adından istifadə eləməyə utanır. Nə isə, İradə xanım həmin məqaləni şablona əlavə etmək üçün tələsməməyimizin düzgün olacağına inanıram. Çünki, Azərbaycan tarixində elə bir dövlətin mövcud olması şübhəli məsələdir. Düzdür, bəzi mənbələrdə Şəkidə hansısa hökmdarların olması haqqında qırıq-qırıq məlumatlar verilir, amma bunun Azərbaycan dövlətçilik tarixinə (mənim tərəfimdən yaradılmış həmin şablonda xronoloji ardıcıllıqla dövlətçilik tarixi göstərilir.) əlavə edəcək qədər şişirdilməsinin düzgün olmadığını düşünürəm. Çünki, belə bir dövlət haqqında məlumat yox səviyyəsindədir. Üstəlik, həmin məqalədə tarixi faktların ciddi təhrif olunması məsələsi də var. Alban (əksər hallarda erməni mənşəli kimi də qəbul edilir) mənşəli orta əsr knyazlarının Azərbaycanın şimal-qərb hissəsindəki Şəki şəhərində deyil, keçmiş Zəngəzur ərazisindəki Şəki əyalətində və Şəki qalasında hakimlik etmələri, Xaçın knyazları ilə qohumluq və siyasi əlaqədə olmaları, həmçinin Ani çarları ilə ünsiyyətdə olmaları məlum faktlardır. Lakin azvikidə yaradılmış Şəki knyazlığı məqaləsində bütün bu tarixi faktlar eyni adlı başqa bir əraziyə, Şəki şəhərinə şamil edilir. Üstəlik nədənsə Səhl ibn Sunbat da bu tarixə calanır. Qısacası, İstifadəçi:Aydinsalis bilərəkdənmi, ya bilməyərəkdənmi, aləmi qatıb bir-birinə. Mənim də hələ ki, əlimdə yarımçıq məqalələrim olduğundan bu məsələyə o qədər də vaxt ayıra bilmirəm. Amma zamanla bu mövzu ilə əlaqəli məqalələri qaydasına qoymağa çalışacam. Qeydiyyatdan keçmiş istifadəçi ilə müzakirəylə bağlı isə, problem yoxdu. Amma yalnız qeydiyyatdan keçmiş istifadəçi ilə, çünki, IP adreslə girib söyüb qaçırlar. Belə insanlarla elmi polemika aparmaq gülünc olar məncə. Hörmətlə --sefer azeri 10:05, 15 fevral 2014 (UTC)Cavabla

Məsələyə müəyyən qədər aydınlıq gətirdiyinizə görə təşəkkür edirəm. Mən tarixçi deyiləm, ona görə də sizin fikrinizlə razılaşmaqdan başqa yolum yoxdur :). Hörmətlə, --İrada (talk) 15:19, 15 fevral 2014 (UTC)Cavabla

Məlumat üçün nəzərinizə çatdırım ki, Şəki hökmdarlığının mövcud olması, tarixdə mübahisəli bir şey deyil. Şəki hökmdarlığı ən geci 1384-cü ildən 1551-ci ilə qədər mövcud olmuş, 1551-ci ildə Səfəvilər dövlətinə birləşdirilmişdir. Şəki knyazlığı isə daha erkən orta əsrlərdə mövcud olmuşdur. Şəki knyazlığının ərazisi elə Şəki hökmdarlığının ərazisini əhatə edirdi. Şəki knyazlığını ilk dəfə Ziya Bünyadov səhvən Zəngəzura aid etmişdir, bu da hal-hazırda tarixçilikdə qəbul olunmur və köhnəlmiş fikir hesab edilir. 7 cildlik Azərbaycan tarixinin son nəşrində isə Səhl ibn Smbat indiki Şəkinin hakimi olaraq göstərilir. lakin Səhl Albaniya hökmdarı olduğu üçün onun idarə etdiyi ərazilər Araz çayına qədər uzanmışdır. Hal-hazırda yalnız müasir erməni tarixçilərin yazdıqlarında və AzVikipediada oxumaq olar ki, Səhl Şəkinin yox Arsaxın 1-ci hökmdarı olubdur. AzVikidəki Şəki knyazlığı məqaləsi Azərbaycan tarixinin 2-ci cildindən götürülmüşdür. Yeri gəlmişkən, məqalənin rus versiyasına da baxın və həm də görün ki həmin məqalə daha neçə dildə var! Bundan sonra, inanmıram ki, kimsə Şəkinin Zəngəzurda mövcud olmasını iddia edə bilər. AzVikidəki bu məqalə mötəbər mənbə əsasında yaradılmışdır. Kim istəyirsə, digər mötəbər mənbəyə istinad etməklə məqaləni zənginləşdirsin, daha bura "Bu məqalənin neytrallığı şübhə doğurur.", "Bu məqaləni vikiləşdirmək lazımdır" şablomları qoymaq nəyə lazımdır ki, bunu qoyan şəxsin ozünün neytrallığı şübhə doğurur! Məqalənin müzakirə səhifəsi var, fikrini bildir, məqaləni niyə o günə salırsan? Əgər doğrudan da özünü tarix bilicisi hesab edirsənsə, get gürcülərin rus vikipediasında və digər 10 vikipediada yaratdıqları məqalələrə də o şablomlardan qoy, qoya bilərsənmi? Hansı ki onlar göstərirlər ki, Şəki ərazisi ermənidillilər idi, Şəki, yəni Erreti gürcü dövləti idi. Get o şablomdan həmin məqlələrə də qoy. O ki qaldı Şəki hökmdarlığına, AzVikidə bu dövlətin adı məlum olan ilk hökmdarı və sonuncu hökmdarının hər biri haqqında samballı məqalə var, hər biri "yaxşı məqalə" statusuna malikdir: Seyid Əli OrlatDərvişməhəmməd xan. Hörmətlə M.Salis 18:30, 15 fevral 2014 (UTC)Cavabla

Nuxa qalası redaktə

Xəbərdarlıq
 
Etdiyiniz bu dəyişiklik Vikipediya qaydalarına ziddir. Qaydaları pozduğunuza və tövsiyələrə əməl etmədiyinizə görə bloklana bilərsiniz. Sizə Vikipediya qaydalarınıVikipediya məlumat sistemini diqqətlə nəzərdən keçirməyi tövsiyə edirəm.
Qeyd: Aktuallığını qoruyan xəbərdarlıqları silmək tövsiyə olunmur. Belə ki, bu hərəkət bəzi hallarda Vikipediya qaydalarının pozulması kimi qiymətləndirilə bilər.
Başa düşmürəm, nə xəbərdarlıq? Siz hələ əvvəlcə ozünüzə edilən suallara cavab verməyə çalışın, hanı suallarımızın cavabı? Özünüzün haqlı olmağınız barədə kəlmə yaza bilməmisiniz. Bir məsələ həll edilməmiş 2-ci bir problem yaratmaq istəyirsiniz? Bu məqalənin müzakirə səhifəsində, hər şey izah edilibdir, bunlar sizə neçə dəfə deyilməlidir: 1. Şəki qalası Cəfərabad kəndinin yerində olub. 1. İndiki Şəki şəhərindəki qala "Şəki qalası" adlanmır, heç vaxt da adlanmayıbdır, qalanın düvarı üstündə də lövhə var yazılıb "Qala", "Şəki qalası" yazılmayıb. Qala daha çox "Nuxa qalas" adı ilə məşhurdur. Məqalədə qeyd olunduğu kimi bu ad altında qaladan lev Tolstoyun povestində də bəhs olunur. Səfər bəy. Siz mənə izah edə bilərsiniz mi ki, Şəkinin tarixini təhrif edəndə nə qazanırsınız? Sizin səhifənizdə, İdarəçilərə müraciət səhifəsində sizin tərəfinizdən Şəkinin tarixinin təhrif edilmə faktlarını göstərmişəm. İndi isə məni məcbur edirsiniz ki, bu barədə də ora məlumat əlavə edim. Səfər bəy, həqiqətən mənə çatmır, bu ağa necə qara demək, qaraya necə ağ demək olar? Bakya Şəki demək olarmı? Əlbəttə ki yox! Bəs elə isə Nuxa qalasına niyə "Şəki qalası" demək istəyirsiniz? Axı hər şey, məqalənin müzakirə səhifəsində daha əvvəl izah olunubdur, mənə niyə xəbərdarlıq edirsiniz? Hörmətlə --M.Salis 08:14, 16 fevral 2014 (UTC)Cavabla

Cənnət Əliyev redaktə

Cənnət Əliyevlə bağlı məqaləni hansı haqda silmişdiniz, buna səbəb nə idi? SSRİ ölkələrin ilk milyonçusunun azərbyacanlı olmağı ilə fəxr etməkdənsə viki məlumatları silinir? Axı orada lazım olan hər şey qaydasında idi. Sərhəd hərəkatı üçün külli varidatını qoyan, buna səbəbkar olan bir insanın viki məlumatları nəyə əsasən silinməlidi ki? Yaxşı ki, vikidə olan ən üstün User:Cekli829 məsləhəti belə oldu ki o səhifə bərpa olunsun.

Müzakirə redaktə

Salam, Səfər. Şəxsi müzakirə səhifəsinin bloklanması düzgün deyil. Vikipediyada mübahisələrin həll yolu müzakirədir. Hər hansı məqalədə mübahisəli nəsə varsa, bunu müzakirə yolu ilə həll etmək lazımdır. Amma görə bildiyim qədərilə nə öz şəxsi müzakirə səhifəndə, nə də bu özünübloklamaya səbəb olan məqalənin müzakirə səhifəsində səninlə mübahisəni həll etməyə çalışan istifadəçilərlə müzakirə aparmaq istəmirsən. Əgər öz fikrini düzgün hesab edirsənsə, o zaman konkret mənbələrə istinad etməklə qarşı tərəfə cavab verməlisən. Xahiş edirəm nəzərə al. Wertuose (talk) 19:51, 17 fevral 2014 (UTC)Cavabla

Xaqani Quluzadə redaktə

Salam Səfər bəy. Fikrimcə Xaqani Quluzadə məqaləsini saxlamaq olardı. Düzdür məqalə ensiklopedik olmasada lakin RuVikidəEnVikidə olduğunu nəzərə almaq olardı. Yenə də məsləhət sizindir. --Araz Yaquboglu (talk) 16:06, 8 mart 2014 (UTC)Cavabla

Sənai redaktə

Salamlar! Biz də ingilislər kimi yazmalıyıq? Şərqin bütün şairləri nisbəsi ilə yazılır. Örnək: Nizami Gəncəvi, Xaqani Şirvani, Qətran Təbrizi və başqaları. Fars Vikisində də o cür yazılıb və yazılmalıdır. Hörmətlə:--Enver62 (talk) 22:25, 8 mart 2014 (UTC)Cavabla

Salam, Ənvər müəllim. Bəzi şairlər daha çox nisbələri, bəziləri isə yalnız adları ilə tanınırlar. Nizami Gəncəvi elə Nizami Gəncəvi olaraq tanınır, Sənai haqqında danışarkən isə, nadir hallarda Sənai Qəznəvi şəklində işlədilir onun adı. Bu məsələlər ingilis vikisində də müzakirə olunmuşdu. Bir də, Nizaminin "Sirlər Xəzinəsi"ni "Hədiqət-ül-həqaiq"ə nəzirə kimi yazması məsələsi çoxdan alimlər tərəfindən inkar edilmiş fikirdir.Hörmətlə --sefer azeri 22:31, 8 mart 2014 (UTC)Cavabla

Təbrik edirəm redaktə

Hörmətli Sefer azeri. Siz Vikipediyanın inkişafında göstərdiyiniz aktiv fəaliyyətə və Azərbaycan vikipediyasının 100 min məqalə səviyyəsinə çatması üçün çəkdiyiniz gərgin zəhmətinizə görə Vikipediyada xidmətlərə görə III dərəcəli mükafatla təltif edilirsiniz. Təbrik edirəm.--Acategory (talk) 17:43, 26 mart 2014 (UTC)Cavabla

Təşəkkür edirəm, hörmətli Acategory. Bu uğurumuzda sizin də ən azı mənim qədər zəhmətiniz var. Bu hamımızın birlikdə əldə etdiyimiz nəticədir. Yenə də, fəaliyyətimi qiymətləndirdiyiniz üçün minnətdaram. Hörmətlə --sefer azeri 17:48, 26 mart 2014 (UTC)Cavabla

Şəkilin silinmə səbəbi redaktə

Salam. bu şəkili silmisiz.Mümkündürsə səbəbini öyrənə bilərəm? Hörmətlə - --eldarado (talk) 18:54, 17 aprel 2014 (UTC)Cavabla

eldarado bərpa etdim. Heç bir səbəb yox idi. Hörmətlə--Baskervill (talk) 18:59, 17 aprel 2014 (UTC)Cavabla

Təşəkkür edirəm --eldarado (talk) 19:02, 17 aprel 2014 (UTC)Cavabla

Şəkilin silinmə səbəbi göstərilib. Şəkilləri mümkün qədər commonsa yükləyin. Azvikiyə yalnız ən vacib hallarda və commonsa yüklənməsi mümkün olmayan şəkilləri yükləmək məqsədəuyğundur. Hörmətlə --sefer azeri 20:36, 17 aprel 2014 (UTC)Cavabla

Cavabınız üçün tәşәkkürlәr.Gәnclәrdә Azvikidә çalışmağa marağın az olması saytın qәlizliyi ilә yanaşı bu kimi halların baş vermәsidә rol oynuyur(xırda sәbәblәrә görә silinәn şәkillәr vә mәqalәlәri nәzәrdә tutdum). --eldarado (talk) 23:14, 17 aprel 2014 (UTC)Cavabla

11 may tarixində Leylufər Əliyevanin şəklin pozmusunuz. Səbəb? Və hansi pozuntuya yol verilibki? bunu səbəb kimi bildirmisiniz. Məncə hech bir Wikipediya şəkil yükləmə qaydasını pozmamışam. Zəhmət olmasa şəkli yenidən bərpa edin. Vunktau (talk) 04:58, 13 may 2014 (UTC)Cavabla

Şəkil silinərkən səbəb göstərilməyib?--sefer azeri 05:52, 13 may 2014 (UTC)Cavabla

Müəllif huququ necə pozula biler ki, əgər şəkil mənə məxsusdur, mən çəkmişəm, mən yerləşdirmişəm alimimizin şəklidir..... Vunktau (talk) 06:21, 13 may 2014 (UTC)Cavabla

Özünüz çəkmisinizsə, çox gözəl yükləyin commonsa. --sefer azeri 06:34, 13 may 2014 (UTC)Cavabla

Azərbaycan arxeologiyası haqqında təklifinizə münasibətim redaktə

Salam, fəaliyyətinizi maraqla izləyirəm. Sizin yaratdığınız Azərbaycanda eneolit dövrü məqaləsi ilə bağlı bəzi təkliflərim var. Əgər təklifimi qəbul etsəz birlikdə bir neçə maraqlı məqalə işləyə bilərik. Mən özüm də ixtisasca tarixçiyəm və vikidə arxeologiya ilə bağlı bir neçə məqalə yaratmışdım. Sizin Azərbaycan arxeologiyasına maraq göstərməyiniz məni çox sevindirdi. Deməli belə.)) Əvvəlcə qeyd edim ki, Azərbaycanda eneolit dövrü məqaləsi məzmun olaraq zəngin olsa da, mövzu adı olaraq düzgün seçilmədiyini düşünürəm. Ona görə də, təklif edirəm ki, məqalə bir neçə hissəyə bölünərək, məlumatlar uyğun məqalələrdə yerləşdirilsin. Yəni, məqalədə yer almış və sırf Azərbaycanla yox, ümumilikdə Eneolit dövrü ilə bağlı olan fikirlər Eneolit məqaləsinə yerləşdirilsin və məqalə inkişaf etdirilsin. Sırf Azərbaycanda Eneolit dövrü və abidələri ilə bağlı olan məlumatlar isə yeni yaradılacaq Azərbaycan arxeologiyası məqaləsində Eneolit dövrü başlığı altında yerləşdirilsin. Qeyd edim ki, rus və ingilis vikilərində müvafiq məqalə olsa da ([2]), azvikidə hələki bu məqalə işlənilməyib. Konkret olaraq hansısa Eneolit dövrü abidəsi ilə bağlı olan məlumatları həm də həmin abidə ilə bağlı məqaləyə əlavə etməklə həmin məqalələri də inkişaf etdirmək olar. Mən Azərbaycan Arxeologiyası ilə bağlı şablon yaratmışam və dövrlər üzrə arxeoloji abidələr göstərilib həmin şablonda [3]. Siz də şablona nəzər salın və mənim bilmədiyim hansısa abidələr varsa onların da adını şablona əlavə edin. Həmçinin azərbaycanın Eneolit dövrü abidələri ilə bağlı da ayrıca şablon yaratmışdım [4]. Mənim bilmədiyim abidələri bura da əlavə edə bilərsiz. Əgər sizi sırf eneolit dövrü maraqlandırırsa, bunları etmək mümkündür. Yox ümumilikdə Azərbaycan arxeologiyası maraqlandırırsa, o zaman Azərbaycan arxeologiyası məqaləsini inkişaf etdirib status almasına nail ola bilərik. Ümidvaram təklifim sizə maraqlı gələr. Hörmətlə --sefer azeri 09:20, 20 aprel 2014 (UTC)Cavabla
Salam Səfər bəy. Təklifiniz çox maraqlı və düşündürücüdür. Mən ixtisasca tarixçi olmasam da tarixə və əsasən də arxeologiyaya marağım çoxdur. Mən 28 gündür vikidə qeydiyyatdan keçmişəm. Bunu söyləməyimdə məqsədim budur ki, Siz vikidə daha çox vaxtdır fəaliyyət göstərirsiniz və hansı məqalənin düzgün və ya yanlış olduğunu məndən daha yaxşı bilirsiniz. Mən az vikidə yeni fəaliyyətə başlayanda Edafor, Eneolit, Tunc dövrü, Neolit və s. məqalələrin zəngin olmadığını gördüm və bu mövzular üzrə məqalələri zənginləşdirmək qərarına gəldim. Sizin bu təklifinizə qədər qarşıma hansı məqsədi qoyduğumu açıqlayım.Edafor, Eneolit, Tunc dövrü, Neolit adlı məqalələrin hər birindən 2 ədədini zənginləşdirmək fikrində idim. Nümunə üçün: 1.Azərbaycanda eneolit dövrü, 2.Eneolit dövrü. 1.Azərbaycanda tunc dövrü, 2.Tunc dövrü. Mən yalnız Azərbaycanda eneolit dövrünə aid bu qədər məlumat yığa bilmişəmsə, dünya üzrə eneolit dövrünə aid yığa biləcəyim məlumatları siz təsəvvür edin. Bunların hər biri vahid Eneolit məqaləsində cəmlənərsə məqalənin uzun olması oxucuları mənim fikrimcə yorardı. Hər bir məqalənin sonunda isə "həmçinin bax" adlı bölmədə ona oxşar məqalələrə keçid əlavə edəcəkdim. Eneolit dövrü adlı məqalədə Azərbaycan haqqında sadəcə kiçik məlumat yerləşdirəcəkdim. Necə ki, tarix dərsliklərində də Qədim dünya tarixiAzərbaycan tarixi adlı 2 dərsliyə bölünüb. Siz illərinizi az vikiyə həsr etmisiniz və məndən daha çox təcrübəlisiniz))) Sizinlə birgə işləyib məqalə yaratmaq mənə yalnız yeni təcrübə qazandırar. Mən hazır))) Hər birimizin məqsədi az vikini zənginləşdirməkdir. Hörmətlə RuST4M-RSA (talk) 19:58, 20 aprel 2014 (UTC)Cavabla
Təklifimi bəyənməniz məni sevindirdi. Belə başa düşdüm ki, təklifimlə razısız.) Əgər belədirsə, elə sabahdan işə başlaya bilərik. Hörmətlə--sefer azeri 20:09, 20 aprel 2014 (UTC)Cavabla
Mənim bu məqaləmə mümkünsə toxunmayın, çünki bu məqalə üçün gecəmi-gündüzümə qatmışam))) Bu məqaləni daha da zənginləşdirmək fikrindəyəm. Amma sizinlə bərabər arxeologiyaya aid məqalələr yaratmaq təklifini qəbul edirəm. Hörmətlə:RuST4M-RSA (talk) 20:29, 20 aprel 2014 (UTC)Cavabla
Sizin məqalənizə toxunmaq fikrim yoxdu, indiki halda məqaləyə toxunmağa haqqım da çatmır. Sadəcə olaraq məqaləniz üçün düzgün ad seçmədiyinizi bildirmək istəyirəm. Fikir verin, Azərbaycanda Eneolit dövrü məqaləsinə interviki əlavə edə bilməyəcəksiz. Çünki, həmin adda məqalə başqa vikilərdə yoxdu və yaradıla da bilməz. Sadəcə olaraq siləcəklər belə adlı məqaləni. Adətən hər ölkənin arxeologiyası və ya tarixə qədərki dövrü (prehistory) haqqında məqalə yaradılır və ibtidai icma dövrləri haqqında məlumatlar bir məqalədə verilir. Ona görə də mən sizə Azərbaycan Arxeologiyası mövzusunda məqalə üzərində işləməyi təklif etdim. Mən isə sizin zəhmətinizin hədər getməməsi üçün fəaliyyətinizi bir qədər düzgün istiqamətləndirməyə cəhd etdim. Belə başa düşürəm ki, boşuna.) İşlərinizdə uğurlar, hörmətlə --sefer azeri 20:36, 20 aprel 2014 (UTC)Cavabla
Xeyir Səfər bəy boşuna bu qədər mənə vaxtınızı sərf etmədiniz. Mən sizi gözəl anladım. Azərbaycan Arxeologiyası mövzusunda işləməyi isə qəbul edirəm. Günü sabahdan bu barədə məlumatlar şəkillər toplayacağam. Biz işimizi davam edək sizin dediyiniz kimi bütün Azərbaycana aid arxeologiyanı bir məqalə üzərində cəmləyək. Mən demək istəyirəm ki, bunları edək amma mənim də məqaləm az vikidən silinməsin məncə həmin məqalənin az vikidə qalması heç bir şeyə zərər verməz.)) Belə mümkündürmü? RuST4M-RSA (talk) 20:55, 20 aprel 2014 (UTC)Cavabla
Əgər məlumatları müvafiq məqalələrə köçürməsəz, sizin məqalənizi silmək fikrim yoxdu və qaydalarda buna imkan vermir. Amma təkrar edirəm ki, məqaləniz üçün düzgün ad seçməmisiniz. Məqalənizdəki məlumatların başqa bir ad altına daşınması sizin əziyyətinizin məhv olması yox, daha səmərəli istifadəsi deməkdir. Bu halda siz azvikiyə daha çox fayda vermiş olarsız və həftələrdən birində sizin yaratdığınız məqalə də azvikinin ana səhifəsində seçilmiş məqalə kimi yayımlanar. Amma bunun üçün əvvəlcə məlumatları düzgün adlar altında yerləşdirməliyik, məncə. O ki, qaldı nəsə şəkil axtarışlarına, buna ehtiyac yoxdu. Məndə kifayət qədər vizual material var, əgər birlikdə işləyəsi olsaq, əsas gücümüzü mətnlərin hazırlanmasına və mümkün qədər zəngin istinadların göstərilməsinə verməli olacıyıq. Amma bütün bunlar üçün, qeyd etdiyim kimi, əvvəlcə məlumatlarınızı düzgün adlar altında yerləşdirməliyik. Hörmətlə --sefer azeri 21:05, 20 aprel 2014 (UTC)Cavabla
Sizi anladım. Mənim məqaləm üçün seçdiyim adın müzakirə mövzusu olacağını bilirdim. Çünkü həqiqətən düzgün ad deyil. O zamanlar heç bir ölkənin sərhət və əraziləri olmadığından Azərbaycanda eneolit dövrü demək də düzgün deyil. Sadəcə məqaləm yalnız Azərbaycanın tarixi torpaqlarında eneolit dövrünün tapıntılarından və mədəniyyətindən bəhs etdiyinə görə məqaləyə belə bir adın verilməsinə məcbur qaldım. Dediyim kimi hər birimizin bir məqsədi var ki, az vikini zənginləşdirək. Təklifinizi qəbul edirəm. Arxeologiyaya aid məndə də elektron kitablar və məlumatlar var. Birlikdə Azərbaycan arxeologiyası məqaləsini zənginləşdirə bilərik. Hörmətlə: RuST4M-RSA (talk) 04:30, 21 aprel 2014 (UTC)Cavabla
Ortaq dil tapa bildiyimizə sevindim.) O zaman bu gündən işə başlaya bilərik. İlk mərhələ olaraq mən Azərbaycan arxeologiyası məqaləsi yaradacam və bölmələri yerləşdirəcəm. Siz isə yaratdığınız məqaləni bölüb müvafiq məqalələrdə, o cümlədən Azərbaycan arxeologiyası və Eneolit məqalələrində yerləşdirin. Azərbaycanda eneolit dövrü məqaləsindəki məlumatları tam köçürdükdən sonra həmin məqaləyə silinmə şablonu qoyun ki, mən silim həmin məqaləni, bundan sonra Azərbaycan arxeologiyası məqaləsinin digər bölmələri üzərində işlərə başlayarıq. Bir də, mümkün qədər istnadları artırın. İşin gedişində hər dövrə aid Azərbaycanda olan abidələr haqqındakı məqalələri də inkişaf etdirərik, olmayanları isə yaradarıq. Əla nəticə əldə edəcəyimizə inanıram. Uğurlar! Hörmətlə --sefer azeri 07:55, 21 aprel 2014 (UTC)Cavabla
Mən artıq məqaləni yaratmışam və bəzi məlumatlar yerləşdirmişəm. Eneolit dövrünə aid məndə yaratdığım Azərbaycanda eneolit dövrü adlı məqalədən daha çox məlumatlar var. İstinadları ilə birlikdə həmin məlumatları Azərbaycan arxeologiyası adlı məqaləyə yerləşdirəcəyəm. Sizdən xahişim budur ki, əgər ehtiyyac varsa məqalənin sağında yerləşdirmək üçün yaxşı bir şablon düzəltdəsiniz. RuST4M-RSA (talk) 08:59, 21 aprel 2014 (UTC)Cavabla
Artıq şablon yerləşdirmişəm. Siz mətnləri əlavə etdikcə mən də məqalə üzərində işləyəcəm. İşə davam.))--sefer azeri 09:38, 21 aprel 2014 (UTC)Cavabla

Ermənistan SSR-idə rayonların Azərbaycan dilində adlandırılması redaktə

Hörmətli Səfər bəy salam. Məqaləni yaradn olaraq sizi bura nəzər yetirməyə dəvət edirəm. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 18:51, 1 may 2014 (UTC)Cavabla

Sual redaktə

Salam Məqalə laboratoriyasına məqalələri ancaq idarəçilər əlavə edə bilər?

Bəli--sefer azeri 20:25, 5 may 2014 (UTC)Cavabla

Ermənistan SSR-dən Azərbaycanlı türklərin deportasiyası 1947-1953/9 redaktə

Səfər bəy salam. Düşündüm ki, bir məsələdə sizdən kömək istəyim: bildiyiniz kimi II Dünya müharibəsindən sonra 1947/48-1951/53/57/59 illərdə (tarixi elə qeyd etməyimin səbəbi bir düz əməlli mənbə tapa bilməməyimdir) etnik türklər Ermənistan SSR-dən deportasiya olunub-əgər bu məsələ ilə əlaqəli mənbə ola biləcək ədəbiyyat adı bilirsinizsə onun haqqında mənə məlumat verin: məndə olan kitablar: Сталинские депортации. 1928-1953 (2005-ci ildə Moskvada nəşr edilib), Иосиф СТАЛИН-Лаврентию БЕРИИ: «Их надо депортировать (Moskva, 1992-ci il). Və bu iki sanballı kitabda bu deportasiya haqqında bir söz belə yoxdur. Bütün hallarda öncədən təşəkkür edirəm. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 20:02, 5 may 2014 (UTC)Cavabla

Azərbaycanın əksər elektron resurslarında bu haqda təbliğat xarakterli məlumatlar yayımlanır, dəqiqlik isə çatmır: nə yekun olaraq icraatda nə qədər insanın köçürüldüyü, itkilər, Ermənistandakı hansı məntəqələrdən köçürülmə edildiyi, dəqiq köçürülmə tarixləri, və hansı inzibati vahidlərdə yerləşdirildikləri haqqında bir cümlə belə tapılmır. Yeganə təqdim edilən məlumat köçürülmə haqqında əmrin şəklidir.--Asparux Xan Bulqar (talk) 20:12, 5 may 2014 (UTC)Cavabla
Salam. Bu haqqda məlumatım çox azdı. Heç vaxt maraqlanmamışam, mən daha çox qədim dövr tarixi ilə maraqlanıram. Amma envikidəki bu məqaləyə [5] baxın, xeyli istinadı var. Uğurlar. Hörmətlə --sefer azeri 08:48, 6 may 2014 (UTC)Cavabla
Verdiyiniz keçidə nəzər yetirmişdim. Heçbir dəyərli mənbə əksini tapmayıb oradakı istinadlar içində. Eybi yox. Görüm axtardıqca bəlkə nəsə bir şey tapa bildim. Təşəkkür edirəm !--Asparux Xan Bulqar (talk) 13:09, 6 may 2014 (UTC)Cavabla

Azaliya Əliyeva(model) məqaləsinin silinməsi redaktə

Qeyri ensiklopedik şəxs adlandıraraq məqaləmi sildiniz..Mən 2ci dəfə mənbə göstərərək məqaləni saxladım və iş gedir şablonu əlavə etdim.Ama siz yenə sildiz məqaləmi..Əgər iş gedir yazmışdımsa deməli elə belə yazmamışam.2cisi də artıq,Qeyri-ensiklopedik şəxs sizin gözünüzlə baxanda dünyada cəmi 1000 nəfər ancaq olar.. Silinmə səbəbi qeyri ensiklopediklik deyil, başqa səbəb göstərin deyim doğru hərəkət etmisiz--hinkel777 (müzakirə) 06:55, 7 may 2014 (UTC)Cavabla

Hörmətli istifadəçi, birincisi, idarəçilərlə danışarkən, danışıq tonunuza fikir verin, əks təqdirdə bloklana bilərsiz. İkincisi, qaydalarla tanış olun. Üçüncüsü silinmiş məqaləni təkrarən bərpa etməniz qayda pozuntusudur və və bu hərəkəti üçüncü dəfə təkrar etsəniz xəbərdarlıqsız bloklanacaqsınız. Hörmətlə --sefer azeri 07:06, 7 may 2014 (UTC)Cavabla

Yazıda səs tonu olmur.Bəs sizin iş gedən məqaləni silməniz necə? Qaydalara uyğundur? Səbəb göstərmədiniz yenə qeyri ensiklopedik şəxs olmadəğı acıq aşkar görünür. O ki qaldı mənim məqaləni bərpa etməmə yene de deyirem menbelele berpa etdim ve yene berpa ede bilərəm mənbənin və məlumatın sayını artıraraq ve buna heç kim evvellki meqalenin"berpa"sı adını qoya bilmez cünki nələrsə əlavə olunub

Əgər şəxsin ensiklopedik olduğuna elə əminsinizsə, gedin əvvəlcə envikidə yaradın, əgər orda silməsələr, gəlib azvikidə də yaradarsız və bu halda mən həmin məqaləni silməyəcəyimə söz verirəm. :)--sefer azeri 08:02, 7 may 2014 (UTC)Cavabla
Niyə azVikinin səviyyəsini enViki ilə müqaisə edirsiz axı? Niyə anlamıram,elə deyin ki, məqaləni silmişəm və yenə siləcəm.Orda bu məqaləni saxlamayacağıma söz verirəm :)
Cənab Ilkinhemidov, Sizin Vikipediyada son vaxtlar aktiv çalışmanız təbii ki, təqdirəlayiqdir. Mən Sizin yaratdığınız model xanım barədə məqaləni oxumuşdum, Siz orada yazmışdız ki, o xanım Almaniyanın və Avropanın ən tanınmış modelidir, bilirsiz bu yazı çox şübhəli və inandırıcı deyil, bunu siz mütləq isbat etməlisiniz. İngilis dilində analoji məqalə yaratmaq barədə gedən ifadəni mən də dəstəkləyirəm - bu Sizin üçün də xeyirlidir - 1-cisi siz bu xanım barədə tək AZ VİKİdə deyil, həmçinin ingilis Vikisində də məqalə yaratmış olacaqsınız, 2-cisi isə əqər orada bu məqaləni qəbul edərlərsə, sizin burada böyük preroqativiniz yaranacaq. Və yaxud siz buraya o xanım barədə alman istinadlarını gətirin, biz oxuyaq onları. Əqər istinadlar neytraldırsa, mən alman dilini bildiyimə görə şəxsən o məqaləni yaradaram. Bu, bu qədər sadə bir məsələdir. Siz istinadları təqdim edin, biz oxuyaq, onların neytral olduğunu təsdiqləyək və məqalənizi bərpa edək, vəssalam. Mən özüm bir il öncə Çexiyalı fotomodel Tomas Skoloudik haqqda məqalə yaratmışam, ancaq mən onu əvvəlcə ingilis Vikisində yaratdım və onu orada qəbul etdikdən sonra, analoji olaraq AZ VİKİdə də yaratmaq qərarına gəldim. --Keete 37 (Farid Aliev) (talk) 08:59, 7 may 2014 (UTC)Cavabla

Səfər Azər sizdən son dərəcə tələb edirəm, Azərbaycan dili qaydalarına riayət edin. Səfər Azəri hansı əsasla səhifəmə girib yanlışlıq edirsiniz? Biz sizinlə bir dəfə bunu müzakirə etmişik, mən başqa administaratora müraciyət etməli olacam, siz Azərvaycan dili qanunlarına ziddi hərəkət edirsiniz.İstifadəçi:Aqrikola21.05.2014

Birincisi vikipediyada sizin səhifəniz anlayışı yoxdu, istənilən istifadəçi səhifələrdə lazım bildiyi düzəlişi edə bilər. İkincisi yazdığınız cümlələr, dil bilginizin hansı səviyyədə olduğunu göstərir və məncə sizin mənə dil qaydalarını pozma iradınız yersizdir. Konkret nəyi nəzərdə tutduğunuzu anlamadım. Hörmətlə --sefer azeri 18:47, 21 may 2014 (UTC)Cavabla

Dəvət redaktə

 
SİZİ DƏVƏT EDİRİK!
Salam!
İqtisadçı Bakı QVK məqaləsinin "Seçilmiş məqalə" statusu alması üçün burada — Vikipediya:Məqalə laboratoriyası/İqtisadçı Bakı QVK səhifəsində, keçirilən səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirik.

Seko Selimov 10:24, 26 may 2014 (UTC)Cavabla

Xəbərdarlıq redaktə

Xəbərdarlıq
 
Etdiyiniz bu dəyişiklik Vikipediya qaydalarına ziddir. Qaydaları pozduğunuza və tövsiyələrə əməl etmədiyinizə görə bloklana bilərsiniz. Sizə Vikipediya qaydalarınıVikipediya məlumat sistemini diqqətlə nəzərdən keçirməyi tövsiyə edirəm.
Qeyd: Aktuallığını qoruyan xəbərdarlıqları silmək tövsiyə olunmur. Belə ki, bu hərəkət bəzi hallarda Vikipediya qaydalarının pozulması kimi qiymətləndirilə bilər.
Xəbərdarlıq
 
Etdiyiniz bu dəyişiklik Vikipediya qaydalarına ziddir. Qaydaları pozduğunuza və tövsiyələrə əməl etmədiyinizə görə bloklana bilərsiniz. Sizə Vikipediya qaydalarınıVikipediya məlumat sistemini diqqətlə nəzərdən keçirməyi tövsiyə edirəm.
Qeyd: Aktuallığını qoruyan xəbərdarlıqları silmək tövsiyə olunmur. Belə ki, bu hərəkət bəzi hallarda Vikipediya qaydalarının pozulması kimi qiymətləndirilə bilər.

— Bu imzasız yazı Sefer azeri (mt) adlı istifadəçi tərəfindən əlavə edilib;

Müzakirədə müzakirə edək bəlkə :) --samral müzakirə 23:21, 20 iyun 2014 (UTC)Cavabla

Azərbaycan Universiteti loqosunun silinməsi redaktə

Hörmətli Sefer Azeri,

Bir neçə gün əvvəl yaratddığım Azərbaycan Universiteti məqaləsində universitetə aid loqonu müəllif hüququ pozuntusu səbəbiylə silmisiniz. Nəyə əsasən bunu müəllif hüququ pozuntusu hesab edirsiniz? Loqonu mən özüm hazırlamamışam deyə, onu yükləyə bilmərəm?

Əgər loqo müəllif hüququ ilə qorunmursa yükləyin commonsa, belə bir təcrübə var, commonsda yüzlərlə loqo saxlanır. Beləcə faylın digər vikilərdə də istifadəsi mümkün olar. əgər loqo müəllif hüququ ilə qorunursa onu yükləməklə qaydaları pozmuş olursuz. Hörmətlə --sefer azeri 19:00, 24 iyun 2014 (UTC)Cavabla

akademik Mikayıl Hüseynov redaktə

Salam Hormetli Sefer Azeri. menim Mikayıl Hüseynov haqda meqalemde yuklediyim şekilleri 90 faizini silmisiz. menim orda sovet dovru wekilleri yuklemiwdim skan edib yerlewdirmiwdim siz ise muasir şekiller yerleşdirmisiz... mence sovet dovru wekiller daha uygundur hemde siz yeni, yani muasir wekiller yuklemisiz. sebebi nedir? sizden cvb gozleyirem... Hormetle İstifadəçi:Aze2020

Kateqoriya:Hip-hop redaktə

Salam Səfər bəy. Hip-hop kateqoriyası var. Sizin yeni yaratdığınız Hip-Hop kateqoriyası ilə birləşdirilməsi məsləhətdir. --Araz Yaquboglu (talk) 11:06, 14 iyul 2014 (UTC)Cavabla

Çılpaq Maxa redaktə

Salam. Bu məqalənin laboratoriya müddəti 1 aydan çoxdur ki, bitib. Onu qaydaya sala biləcəksənsə, o zaman müddətini 10 gün artıraq. Hörmətlə, --►Cekli829 04:45, 15 iyul 2014 (UTC)Cavabla

Salam. Aha, artıraq, tamamilə unutmuşam bu məqaləni.) Bu həftəsonu düzəldərəm. Hörmətlə --sefer azeri 06:12, 15 iyul 2014 (UTC)Cavabla

Elçin Süleymanov redaktə

Salam. Elçin Süleymanov məqaləsi niyə qeyri-ensiklopedik məqalədir ki? Kifayət qədər sanballı elmi fəaliyyəti var. O kriteriyaları ki, əsas götürüb belə məqalələri silirik, onda gərək azvikidə 500 məqalə qalsın. Hörmətlə:--Sortilegus (talk) 08:21, 17 iyul 2014 (UTC)Cavabla

Salam, hansısa universitetin baş müəllimi niyə ensiklopedik şəxs olmalıdı ki? Elmi fəaliyyəti var, çox gözəl, hansısa elmi uğuru və ya qəbul edilmiş nəticələri var mı? Yoxdursa deməli, ensiklopedik əhəmiyyətli şəxs deyil, şəxslərin ensiklopedik əhəmiyyətliyi/alimlər bölməsinə baxın. sizin mənə belə bir sual verməniz qəribədi. --sefer azeri 08:24, 17 iyul 2014 (UTC)Cavabla

Kateqoriyalar redaktə

Salam. yaratdığım kateqoriyaları, envikidəki kateqoriyalar əsasında qurmuşam. Rəssamların işləri təkcə rəsm əsərlərindən ibarət deyil, qravürlər və sairlər də var. Ona görə də rəssamların işləri kateqoriyası qalmalıdı.Hörmətlə--sefer azeri 11:26, 19 iyul 2014 (UTC)Cavabla

Salam. "Rəsm əsərləri" elə işləridir də. "Kateqoriya:Fransisko Qoyyanın rəsm əsərləri" kateqoriyasının içində "Kateqoriya:Fransisko Qoyyanın portretləri", "Kateqoriya:Fransisko Qoyyanın qaravyuraları" və s. əlavə etmək olar. Yox əgər deyək ki, şəxs rəssamlıqla yanaşı heykəltaraş da olubsa "Kateqoriya:Fransisko Qoyyanın əsərləri" ümumi kateqoriya olsun, orda artıq "Kateqoriya:Fransisko Qoyyanın rəsm əsərləri" və "Kateqoriya:Fransisko Qoyyanın heykəlləri" və s. vermək olar. İngilisdəki o kateqoriya qarışıqdır. Cəmi 4-5 viki onlardan o nümunəni götürüb tətbiq edib. Hörmətlə:--Sortilegus (talk) 11:35, 19 iyul 2014 (UTC)Cavabla
Elə deyil, portret janrdır, rəsm əsəri isə yağlı boya ilə çəkilmiş əsərləri bildirir və texnikadır. Qravür isə oyma-basma ilə çəkilən texnikadır. Belə texnikalar çoxdur, amma bunların portretə və ya başqa janra dəxli yoxdur. --sefer azeri 11:37, 19 iyul 2014 (UTC)Cavabla

İŞİD redaktə

Salam Səfər bəy. Səfər bəy İraq-Şam İslam Dövləti məqaləsinin adı İstifadəçi:Cavid Sumqayıtlı tərəfindən bu dövlətin özünü İslam Dövləti adlandırmasından sonra müzakirəsiz İslam Dövləti olaraq dəyişdirilib. Hər hansısa dövlətin adlandırılması prinsipləri məlumdur. Hər hansısa dövlət özünü A kimi adlandıra, dünyada B kimi tanına, Azərbaycanda isə C kimi bilinə bilər. Məsələn Finlandiya dövləti özünü Suomi, Şimali Koreya Koreya Xalq Demokratik Respublikası, Almaniya isə Deutschland kimi adlandırsa da bizdə I qeyd etdiyim adlarla tanınırlar. Demək ki, hər hansısa dövlətin özünü necə adlandırması vacib deyil. Əsas olan onun hansı adla tanınması və geniş işlənməsidir ki, İŞİD də bunlardan biridir. Bir istifadəçi kimi xahiş edirəm ki, bir AzViki idarəçisi kimi məsələyə obyektiv münasibət bildirib lazım olanı edəsiz.--samral müzakirə 15:12, 20 iyul 2014

Səfər bəy İraq Şam İslam Dövləti yox, İraq-Şam İslam Dövləti olması daha düzgündür məncə. Çünki Azərbaycanda və azərbaycanca daha çox belə tanınır. --samral müzakirə 15:38, 20 iyul 2014
Mənbələri məqalənin müzakirə səhifəsinə əlavə edin, dəyişək. Hörmətlə --sefer azeri 16:49, 20 iyul 2014 (UTC)Cavabla

Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri (2000) redaktə

Salam Səfər bəy. Əgər səhv etmirəmsə siz ixtisasca tarixçisiz. Mən Borçalının 1747-ci ildən sonrakı tarixini araşdırıram. Ancaq bəzi kitabları əlavə ədəbiyyat olaraq istifadə etmək istədikdə tapa bilmədim: onlardan bir də - Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri (2000)-dir. Öyrənmək istədim bəlkə bu kitab sizdə ola ? Məni bu kitabda təkcə bir şey maraqlandırır: hazırda Goranboy rayonunda olan Fəxrəli kəndi həmin dəftərdə qeyd edilibmi və qeyd edilibsə onun camaatı hansı oymaqdandır, nə qədərdir və ilaxır kəndə dair nə varsa ?! Hörmətlə !--Asparux Xan Bulqar (talk) 15:12, 20 iyul 2014 (UTC)Cavabla

Salam. Həmin kitab məndə yoxdur. Ona görə də sizə məlumat verə bilmirəm. Amma Milli kitabxanaya getsəz kitabdan istifadə edə bilərsiz. Həmin kitabı orda görmüşdüm. Hörmətlə --sefer azeri 16:48, 20 iyul 2014 (UTC)Cavabla
Təşəkkür edirəm !--Asparux Xan Bulqar (talk) 18:03, 20 iyul 2014 (UTC)Cavabla

Dağlaləsi həyəcanı redaktə

Salam Səfər bəy. Məqaləyə yenidən baxıb. Səsinizi hələlik heç olmasa bitərəfə dəyişməyi sizə təklif edirəm. --samral müzakirə 19:47, 6 avqust 2014 (UTC)Cavabla

Mashadibaba Aydemirov redaktə

Meshedinin niye profili pozulub? Beyem, kuceden gelen adamdir?--Yacatisma (talk) 23:57, 17 avqust 2014 (UTC)Cavabla

Ensiklopedik şəxs olmadığına görə. Hörmətlə --sefer azeri 12:03, 18 avqust 2014 (UTC)Cavabla

ATKS redaktə

Salam. Səfər bəy. Mən neçə müddətdir ki, Azərbaycandilli televiziya kanallarının siyahısı məqaləsinin üzərində işləyirəm. Və məqaləni Laboratoriyaya namizəd kimi də təqdim etmişəm [6]. Sizdən xahiş edirəm ki, məqaləyə bir daha baxasınız. Və əgər Məqalə laboratoriyasına girməyə layiq bilsəniz təsdiq edəsiniz.--samral müzakirə 20:25, 20 avqust 2014 (UTC)Cavabla

Həmçinin bax redaktə

Salam Səfər bəy. Burada mənə edilən müraciətə baxıb həll etməyinizi xaiş edirəm. --Araz Yaquboglu (talk) 11:03, 21 avqust 2014 (UTC)Cavabla

İbrahimxəlil_xan.jpg redaktə

Salam. Commons-a İbrahimxəlil_xan.jpg adlı şəkil yükləmişdim. Silinib. Geri qaytara bilərsinizmi ?--samral müzakirə 16:45, 23 avqust 2014 (UTC)Cavabla

Salam, link ver baxım.--sefer azeri 17:11, 23 avqust 2014 (UTC)Cavabla
Buyur.[7]--samral müzakirə 11:45, 16 sentyabr 2014 (UTC)Cavabla
Faylın mənbəsini göstərməmisən ona görə silinib. Yenidən yüklə, düzgün lisenziyalaşdır və mənbə göstər mütləq.--sefer azeri 12:16, 16 sentyabr 2014 (UTC)Cavabla

Qeyri aktiv idarəçilərdən şikayət redaktə

Salam cənab Sefer azeri, Sizin bir aktiv idarəçi və həmişə qlobal məqalələrlə Azərbaycan Vikipediyasını zənginləşdirən savadlı insan olduğunuza görə həmişə fəxr etmişəm. Sizə müraciət etməyimin əsas səbəbi - son vaxtlar bir sıra idarəçilərin ümumiyyətlə burada çalışmaqdan imtina etməsidir. Bunlar Proger, PPervizMrArifnajafov-a aiddir. Bu idarəçilər burada tamamilə çalışmırlar. Onlara bu şərəfli idarəçi statusunu verərkən, məncə onlar buna uyğun şəkildə çalışmalı idilər. Məsələn cənab Mrarifnajafov 2012-ci ilin avqust ayından burada işləmir - bura baxa bilərsiniz - [8]. Cənab PPerviz də həmçinin - o 2012-ci ilin aprel ayından burada çalışmır - [9] Ən dəhşətli vəziyyət isə cənab Proger-dədir - o hələ 2011-ci ildən burada fəaliyyət göstərmir. Məncə əgər bütün sadaladığım idarəçilər heç olmasa həftədə cəmi bir dəfə burada dəyişiklik etməyə qadir deyillərsə, onları idarəçi statusundan məhrum etmək daha düzgün olardı. Sizin bu məsələyə olan fikrinizi bilmək istərdim. Sizə dərin hörmətlə: --Keete 37 (Farid Aliev) (talk) 11:27, 26 avqust 2014 (UTC)Cavabla

Salam, şəxsən mən iradlarınızda haqqlı olduğunuzu düşünürəm, həmçinin siz birinci şəxs deyilsiz ki, qeyri-aktiv idarəçilərdən şikayət edirsiz. Müraciətinizi digər idarəçilərlə də müzakirə edib, yəqin ki, bir nəticə çıxararıq. Hörmətlə--sefer azeri 11:42, 26 avqust 2014 (UTC)Cavabla


Şablon haqqında redaktə

Salam . Bilirsiniz niyə hökmdarların adını Azərbaycan tarixindəki müharibələr şablonunda çəkmişəm çünki

   12-ci əsrdə rusların Azərbaycana basqını- I Axsitan məqaləsində ,
   monqoların Azərbaycana birinci yürüşü-I Güştasp məqaləsində  təsvir edilib .

Belə nə qədər misal çəkə bilərəm . Azərbaycan vikipediyasında bir çox hadisə haqqında məqalə yoxdur. Mən də məqalələri özüm düzəltmək yerinə hökmdarların məqalələrindən istifadə etməyi düşündüm. --Kim Yushin 27 avqust 2014 (UTC)

Yadımdan çıxmamış digər vikipediyada olmayan məqalələrin adının yazım:

  1. Ərəblərin Atropatenaya yürüşü-Cavanşir
  2. Bərdənin süqutu(944)-Mərzban ibn Məhəmməd
  3. Cəlaləddinin yürüşü-III Fəribürz

belə məqalələr olmadığı üçün mən də şablona həmin hadisələr yazılmış olan hökmdarlara aid məqalələrin adını yazdım --Kim Yushin 27 avqust 2014 (UTC)

Fikriniz aydındı, amma bu düzgün yanaşma deyil. Gərək belə dəyişiklik eləməmişdən əvvəl fikrinizi digər istifadəçilərlə müzakirə edərdiz. Etdiyiniz dəyişiklikləri geri qaytarın (qarşıma çıxanları artıq mən qaytardım). Çünki həmin məqalələr hansısa döyüş haqqında yox, hökmdarlar haqqındadı, məqalədə isə döyüş haqqında yox, həmin hökmdarların döyüşdə rolu və iştirakından bəhs edilir. Əgər şablona mövzu əlavə eləmək istəyirsizsə, həmin mövzuları işləməlisiz. Hörmətlə --sefer azeri 17:47, 27 avqust 2014 (UTC)Cavabla

Digər bir məsələ də sizin mənim məqaləmin adını Azərbaycan ərazisində mövcud olmuş tarixi dövlətlərinin siyahısı etməyinizdir. Mən məqalənin adını dəyişib Azərbaycan ərazisində mövcud olmuş tarixi dövlətlərin siyahısı etdim. Ancaq fikirləşirəm ki məqalənin adında səhv etmisiz. Çünki Azərbaycan torpaqlarında hal-hazırda Ermənistanİran İslam Respublikası dövlətləri var və mən də bu dövlətlərin adını məqaləyə daxil etməyi düzgün hesab etmirəm. Xahiş edirəm məqalənin adını dəyişin .--Kim Yushin 27 avqust 2014 (UTC)

Siyahının adının dəyişdirilməsi prinsipial məsələ deyil, necə istəsəz dəyişə bilərik, amma məsələ burasındadı ki, adını siyahıya daxil etdiyiniz dövlətlərin heç də hamısı Azərbaycan dövləti kimi qəbul edilmir dünya tarixşünaslığında, əgər bunun əksini iddia edirsinizsə, gərək, bütün dövlət adları üçün etibarlı mənbələrdən istinad gətirəsiniz. --sefer azeri 18:19, 27 avqust 2014 (UTC)Cavabla

Dəvətnamə redaktə

 
DƏVƏTNAMƏ
Salam
İbn Xəldun məqaləsinin Seçilmiş məqaləyə namizəd təqdim olunmaq üçün Vikipediya:Laboratoriya səhifəsində keçirilən səs vermədə Sizin də iştirak edib məqalənin SM namizədi olmasına səs verməyinizi xahiş edirəm.

Hörmətlə:--Yusif Sərrac (talk) 13:05, 28 avqust 2014 (UTC)Cavabla

sual redaktə

Salam Zəhmət olmasa Mirhəsən Seyidov məqaləsininsilinməsiinin səbəbini aydın yazardınız

Salam. Məqalə silinərkən səbəbi göstərilib. --sefer azeri 05:55, 8 sentyabr 2014 (UTC)Cavabla

qeyri ensiklopedik oldugu yazilib amma qaydalara uygundu deqiq sebeb gostere bilersiz?Nezere chatdirim ki Mirhesen Seyidov Azerbaycanin en boyuk gencler teshkilati olan "İRELİ" İctimai Birliyinin sedridir.

Birincisi müraciət edərkən imza qoyun, ikincisi əgər qaydaya uyğun olsa idi silinməzdi. "qaydalara uygundu" iddiası edirsiz, bu halda hansı "qaydaları" nəzərdə tutursuz? Məsələn, şəxslərin ensiklopedik əhəmiyyəti qaydasını oxumusuz?--sefer azeri 19:00, 8 sentyabr 2014 (UTC)Cavabla

Bəli və Siyasətçilər və ictimai xadimlər başlığı altında yazılan 8-ci qaydaya görə bu məqalə wikipedia qaydalarına uyğundur.-- MirHəsən Seyidov

Nə adını çəkdiyiniz təşkilat, nə də onun sədri iddia etdiyiniz statusa malik deyil. --sefer azeri 19:28, 9 sentyabr 2014 (UTC)Cavabla

Bəs niyə "İRƏLİ" İctimai Birliyinin bundan əvvəlki sədrlərinə məxsus wikipedia səhifələri var? MirHəsən Seyidov

Sizcə niyə ola bilər?--sefer azeri 18:57, 10 sentyabr 2014 (UTC)Cavabla

Əlaqə vasitəsi qeyd edə bilərsiz? --MirHəsən Seyidov

yox--sefer azeri 09:42, 12 sentyabr 2014 (UTC)Cavabla

Mətn silinərkən qeyri ensiklopedik olduğu yazılıb.Məhz hansı məlumatın qeyri ensiklopedik olduğunu və qeyri ensiklopedik dedikdə nə nəzərdə tutduğuvuzu yaza bilərsiz? -- MirHəsən Seyidov

Haqqında məqalə yaratmaq istədiyiniz şəxs ensiklopedik əhəmiyyətə malik biri deyil. --sefer azeri 05:57, 20 sentyabr 2014 (UTC)Cavabla

Yuxarida qeyd etmisiz ki, adını çəkdiyim təşkilat bu statusa malik deyil,"İRƏLİ" İctimai Birliyi Azərbaycanda ən böyük gənclər təşkilatıdısa necə qeyri ensiklopedik olduğunu deyə bilirsiz?

Birincisi, "İrəli"nin Azərbaycanın ən böyük gənclər təşkilatı olması haqqında iddianızı təsdiq edəcək tərəfsiz mənbələr yoxdu! Varsa əlavə edin məqaləyə. İkincisi, mən "İrəli"nin qeyri-ensiklopedik olduğunu deməmişəm. Yuxarıda yazdıqlarımı diqqətlə oxuyun. Mən "İrəli"nin sizin iddia etdiyiniz statusa malik bir təşkilat olmadığını demişəm. Çünki, sizin istinad etdiyiniz qaydanın müvafiq (VIII) bəndində "ölkədaxili və ya beynəlxalq miqyasda fəaliyyət göstərən kifayət qədər nüfuzlu siyasi, ictimai, qeyri-siyasi təşkilatlar"dan bəhs olunur ki, "İrəli" bu cür təşkilat deyil.
P.S. Yazarkən Azərbaycan dilinin normalarına riayət edin, lütfən. --sefer azeri 16:07, 23 sentyabr 2014 (UTC)Cavabla

Dəvətnamə redaktə

 
DƏVƏTNAMƏ
Salam
Teymurilər dövləti məqaləsinin Seçilmiş məqaləyə namizəd təqdim olunmaq üçün Vikipediya:Laboratoriya səhifəsində keçirilən səs vermədə Sizin də iştirak edib məqalənin SM namizədi olmasına səs verməyinizi xahiş edirəm.

Hörmətlə:--Yusif Sərrac (talk) 06:29, 10 sentyabr 2014 (UTC)Cavabla

DƏVƏT redaktə

 
DƏVƏTNAMƏ
Salam!
Cənubi Florida Universiteti məqaləsinin "Seçilmiş məqalə" statusu alması üçün Vikipediya:Laboratoriya/Cənubi Florida Universiteti səhifəsində keçirilən səsvermədə sizin də iştirak etməyinizi xahiş edirəm.

Hörmətlə:--hinkel777 (müzakirə) 07:04, 11 sentyabr 2014 (UTC)Cavabla

Ömər Kafiəddin redaktə

Salam. Mümkünsə Xaqani Şirvaninin sözlərinin məqalədəki yerini dəyişdir və ya da ümumiyyətlə onları məqalədən sil. Çünki mövcud vikistandarta uyğun yerdə deyil. Hörmətlə, --►Cekli829 07:33, 29 sentyabr 2014 (UTC)Cavabla

İcazə redaktə

İcazənizlə öz yaratdığım şablonu istədiyim kimi düzəltməyə icazə verəsiniz. --Hörmətlə:Eagle94 15:45, 2 oktyabr 2014 (UTC)Cavabla

Vikipediyada "öz yaratdığım" anlayışı yoxdu və bu ifadəni boldla yazmanız sizə hansısa üstünlük vermir. Şablonu indiki halında mən qurmuşam və sizin fəaliyyətiniz şablonu xarablayır. Əgər hanısas neqativ redaktələr etməyə davam etsəz, şablonu redaktəyə bağlamalı olacam. Hörmətlə --sefer azeri 08:34, 2 oktyabr 2014 (UTC)Cavabla
Elə?...onda məndə sizin şablonunuzda sizin kimi istədiyim düzəlişi etsəm incimərsiz. --Hörmətlə:Eagle94 15:49, 2 oktyabr 2014 (UTC)Cavabla
Elə bir şablonu mən yaratmışam, bütüm filmlərin adlarını olduğu kimi mən tərc etmişəm, axırda siz mənə şablonumda düzəliş etməyə icazə verməyəsiz? Şablonu bütün qara rəngə vermisiz, bu isə şablonu daha da zəif edir. --Hörmətlə:Eagle94 15:49, 2 oktyabr 2014 (UTC)Cavabla
Həmin şablon hazırda üzərində işlədiyimiz Qorxu (Horror) portalının tərkib hissəsidi və portal rəngi də müvafiq olaraq qara seçilib. Məqaləni redaktə edib zənginləşdirin, amma ümumi struktur və dizaynı dəyişməyin, zəhmət olmasa. --sefer azeri 09:16, 2 oktyabr 2014 (UTC)Cavabla
Mübahisə edən deyiləm. Redaktə edib zənginləşdirərəm. --Hörmətlə:Eagle94 17:47, 2 oktyabr 2014 (UTC)Cavabla
Sözün düzü mən də bu portalı yaratmaq istəyirəm --Hörmətlə:Eagle94 17:47, 4 oktyabr 2014 (UTC)Cavabla

Harri Potter tərcümələri redaktə

Salam Sefer. Siz bu redaktənizi izah edə bilərmisiniz? --Мурад 97 (talk) 16:01, 4 oktyabr 2014 (UTC)Cavabla

Salam, Murad. Bəli, edə bilərəm. Azərbaycan dilində nəşr edilmiş bir kitabı, Azərbaycan oxucusu niyə türk dilində oxumalıdı ki? Və sizdə hardan belə bir məlumat var ki, Azərbaycanda bu kitab türkcə satılıb və oxunub. Mənbə göstərə bilərsizmi? Ümumiyyətlə belə bir məlumatın məqalədə verilməsinin nə əhəmiyyəti var?
Nə deməkdir - niyə oxusun? Bunu türkcə oxuyanlardan soruşun. Mən nə bilim - bəlkə Azərbaycanca tərcüməsi yox idi, ona görə də oxuyurdular. İndi isə Azərbaycan dilinə tərcüməsinin tirajı kiçikdir, ona görə də camaat türk tərcüməsini almağa davam edir. Əli və Nino kitab mağazaya gedin, özünüz görə bilərsiniz. Axırıncı dəfə orada olanda Con Grinin yeni kitabı onlarda ancaq türk dilində var idi. Siz isə niyə ümumiyyətlə Azərbaycanda bu kitab türk dilində oxuduğunu haqqında məlumatı silirsiniz? Axı rus dilində oxuduğunu də yazılıb. --Мурад 97 (talk) 13:51, 5 oktyabr 2014 (UTC)Cavabla
Azərbaycanda rusdilli böyük bir kütlə var və hansısa kitabın Azərbaycanda rus dilində oxunması normal haldı. Amma Azərbaycanda türkdilli kütlə yodu axı. Ona görə də bu cür şübhəli məlumatı məqaləyə daxil edərkən, mütləq mənbə göstərilməsinin lazım olduğunu düşünürəm. Hörmətlə --sefer azeri 16:46, 5 oktyabr 2014 (UTC)Cavabla
Azərbaycanda böyük bir kütlə türk serialları baxır, deməli türk dilində kitabları oxunması da narmal hald;.Əli və Nino kitab mağazanın internet kataloqda bilə dörd əsas dil kateqoriyası var: Azərbaycan, rus, ingilis və türk. Bu isə Azərbaycanda ən böyük kitab satıcı şirkətidir. --Мурад 97 (talk) 11:08, 7 oktyabr 2014 (UTC)Cavabla

Məsələ aydınlaşdırdı mı? --Мурад 97 (talk) 11:48, 12 oktyabr 2014 (UTC)Cavabla

Silinmiş məqalələrtin bərpası redaktə

Salam hörmətli Səfər Azəri. Sizin sildiyiniz Böyük şairimiz Sabir (kitab)Sabir gülür (kitab) məqalələrini bərpa etməyi təklif edirəm. Ayrı-ayrı maraq doğuran kitablar haqqında digər dil səhifələrində də məqalə yaratmaq paraktikası vardır. Kəmçnin məqalə üzərində xeyli əziyyət çəkilib, oxucu üçün maraqlı olduğunu hesab edirəm. Hörmətlə --Acategory (talk) 03:44, 17 oktyabr 2014 (UTC)Cavabla

Salam, hörmətli Acategory. Düzü məqalələri silərkən sadəcə kitabın adını google-da axtarış verərək, ensiklopedik olmadığı qərarına gəlmiş və heç bir qaydaya baxmamışdım. Sizin müraciətinizdən sonra isə enviki və ruvikidə bu cür kitabların yaradılması təcrübəsinə baxdım. Bir çox vikilərdə bu məsələ kitabların ensiklopedik əhəmiyyəti ilə bağlı xüsusi qayda ilə tənzimlənir, bizdə isə təəssüf ki, belə bir qayda yoxdur. Ona görə də, düşündüm ki, məsələni tənzimləmək üçün məncə enviki və ruvikinin bu sahədə olan təcrübəsindən istifadə edə bilərik. Mənim haqqında olan məqalələri sildiyim kitablar (Sabirin yaradıcılığı haqqında) bəddi ədəbiyyat nümunəsi deyil, akademik-elmi/monoqrafiya kateqoriyasına aid edilə bilinəcək kitabblardır. Envikid bu cür kitablarla bağlı xüsusi bənd nəzərdə tutulub. Elmi kitablar haqqında məqalə yaradılarkən, həmin kitab bir neçə şərtə cavab verməlidir. Bunlar kitabın nəşr tirajı, onlayn kitabxanalarda oxunma və onlayn kitab dükanlarında satılma miqdarı, başqa müəlliflərin elmi tədqiqatlarında bu kitaba istinadların olunması və miqdarı, kitabın aid olduğu sahə üzrə əhəmiyyətlilik əmsalı və kitab müəllifinin elmi nüfuzudur. Sildiyim kitabların heç biri bu tələblərə cavab vermir. Üstəlik, Azərbaycan şairlərinin bir çoxunun yaradıcılıqları müxtəlif şəxslərin tədqiqat obyekti olub və həmin tədqiqatlar da nəşr edilib. Təsəvvür edin, həmin monoqrafiyaların hamısı haqqında məqalə yaradılmasına başlansa, üstəlik hər alim öz monoqrafiyası haqqında məqalə yaratmağa başlasa viki nə hala düşə bilər. Məncə buna imkan vermək olmaz. Məncə yaxşı olardı ki, hər bir monoqrafiya haqqında ayrıca məqalə yaratmağa çalışan istifadəçilərimiz, həmin monoqrafiyalara istinadən monoqrafiyanın həsr olunduğu mövzu ilə (indiki halda Sabir ilə) bağlı məqalələri zənginləşdirsələr daha yaxşı olardı. Məqalələri bərpa etməkdənsə, istifadəçiləri buna yönləndirsək daha yaxşı olmazmı? Hörmətlə --sefer azeri 08:21, 17 oktyabr 2014 (UTC)Cavabla

salam Men Nazim xelilov viki adim Aze2020-dir menim meqalemi niye silirsiz? Pənah xan qəsri məqaləsi. xahiw edirem cvb yazin ok. xahiw edirem silmeyin bu yeni bir qaladir wuwa qalasi ayri o ayri ok.

Sabir redaktə

Böyük şairimiz Sabir məqaləsini niyə silmisiz ? 1000 tirajdan artıq tirajla nəşr olunub. Məşhur monoqrafiyadır.--samral müzakirə 08:44, 17 oktyabr 2014 (UTC)Cavabla

Səbəbini yuxarıda yazmışam. --sefer azeri 09:34, 17 oktyabr 2014 (UTC)Cavabla
Bəs Sabir gülür-ü niyə silməmisiz ?--samral müzakirə 07:39, 18 oktyabr 2014 (UTC)Cavabla
Mən bu məqalələri EnVikidə yaratsam heç silməzləre. Siz özünüzdən qayda çıxarırsız. Abbas Zamanovun, Mirzə İbrahimovun, Cəfər Xəndanın minlərlə tirajla nəşr olunmuş monoqrafiyalarıyla indiki dövrdə yazılmış hansısa monoqrafiya bir deyil. İndi hansı monoqrafiya minlərlə tirajla nəşr olunur ki, hər elmlər namizədi və ya doktoru gələ bunu əsas gətirib öz monoqrafiyası haqqında məqalə yarada?!--samral müzakirə 07:44, 18 oktyabr 2014 (UTC)Cavabla
Yoxlamaq istiyirsənsə get envikidə yarat gör silirlər ya yox, hər şeyi qayda əsasında həll eləmək lazımdı. Minlərlə kimi mücərrəd rəqəmlərlə danışmaq lazım deyil. İstiyir lap milyon nüsxə ilə nəşr edilsin, nüsxənin miqdarı heç də hansısa elmi kitab haqqında məqalə yaradılması üçün əsas ola bilməz. yuxarıda qaydaya keçid vermişəm, zəhmət çək, həmin qaydanı oxu. Müraciət edərkən, danışıq tonuna fikir ver, normal müraciət elə (bunu xəbərdarlıq kimi qəbul elə). Hər kitab haqqında ayrıca məqalə yaratmaqdansa, həmin kitablara istinadla Sabir haqqında məqaləni zənginləşdirsən daha yaxşı olar. Hörmətlə --sefer azeri 14:12, 18 oktyabr 2014 (UTC)Cavabla

DƏVƏT redaktə

 
DƏVƏTNAMƏ
Salam!
Cənubi Florida Universiteti məqaləsinin "Seçilmiş məqalə" statusu alması üçün Vikipediya:Seçilmiş məqalə namizədləri/Cənubi Florida Universiteti səhifəsində keçirilən səsvermədə sizin də iştirak etməyinizi xahiş edirəm.

--hinkel777 (müzakirə) 11:48, 22 oktyabr 2014 (UTC)Cavabla

Salam redaktə

Görürəm ki, Drakula şablonunu əlimdən almanızla yetmirsiniz, üstəlik məqalələrimə də mənfi yanaşırsınız. Mənə maraqlıdır ki, mənə bu qədər nifrət etməyinizin səbəbi nədir. Halbuki, adi istifadəçiyəm. 1500-dən artıq məqalə yaratmışam. Əvəzində pul və ya nəsə qiymətl hədiyyə qazanmamışam. Bilmirəm ki, niyə mənə düşmən münasibəti bəsləyirsiniz--Eagle94 16:35, 24 oktyabr 2014 (UTC)Cavabla

Aida Qasımova məqaləsinin silinməsi redaktə

Salam, sizdən Aida Qasımova adlı məqalənin silinmə səbəblərinizi izah etməyinizi tələb edirəm. Əvvəla gördüyünüz kimi iş gedir şablonu qoyulub, qaydaları sizin məndən yaxşı bilməyiniz lazım idi.Belə məqalələri 7 gün keçməmiş silmək olmaz. Sizin üçün ensiklopedik şəxs kimdir? Bu şəxsin çap olunmuş məqalələrini, statusunu, elmi dərəcəsini, elmi işlərini yaxşı oxuyun, filologiya elmləri doktoru əgər ensiklopedik sayılmırsa onda nəyə əsasən belə adda kateqoriya yaradılıb və məqalələr yerləşdirirlir? sizdən məqalənin yenidən bərpa edilməsini xahiş eidrəm.--Xwiki (talk) 14:10, 24 oktyabr 2014 (UTC)Cavabla

Salam. Birincisi, müraciət edərkən danışıq tonunuza fikir verin, bizim kiminsə suallarına təcili cavab vermək kimi öhdəliyimiz yoxdur. İkincisi "iş gedir" şablonu qoymanız məqalənin silinməsinin qarşısını almaq üçün çıxış yolu deyil, çünki şablonda qeyd edilən "7 gün" məqalənin silinməsinə yox, şablonun məqalədən çıxarılmasına aiddir, xahiş edirəm, bir daha diqqətlə oxuyun. Üçüncüsü, şəxslərin ensiklopedik əhəmiyyəti qaydası ilə tanış olun və hansı elm adamları haqqında məqalə yaradıla biləcəyini dəqiqləşdirin. Bunu bir-bir bütün istifadəçilərə izah etmək kimi bir öhdəliyimiz də yoxdur. Hörmətlə --sefer azeri 15:50, 24 oktyabr 2014 (UTC)Cavabla

Aida Qasımova məqaləsinin silinməsi redaktə

Hörmətli adminstrator, sizdən suala cavab verməyiniz xahiş olunur.Əks halda kənd meydanına bu haqqda müraciət etməli olacam.--Xwiki (talk) 15:43, 24 oktyabr 2014 (UTC)Cavabla

Əgər siz adminstratorsunuzsa və digər şəxslərin gördüyü işlərə qərəzli yanaşırsınızsa buna izahat gətirməlinizi istəməyimiz təbiibdir. Bütün qaydaları dəqiqliklə oxumuşam və sizdən hələ də bəs nə üçün filologiya elmlər doktoru kateqoriyası yaradılıb sulına cavab ala bilmədim. Bəs bu kateqoriyaya sizcə kimlər yerləşdirilməlidir?Bəs görəsən Röya Ayxan, Nura Suri və minlərlə hətta xalq artisti olmayan yerli və əcnəbi müğənnilər ensiklopedik şəxslərdir? Məqalənin bərpa olunmasını bir daha sizdən xahiş edirəm. Hörmətlə, --Xwiki (talk) 16:55, 24 oktyabr 2014 (UTC)Cavabla

Filologiya elmlər doktoru kateqoriyası ensiklopedik əhəmiyyət daşıyan filologiya elmlər doktorları haqqında məqalələrin yerləşdirilməsi üçün yaradılıb. Əgər qərəzli yanaşmamı sübut etməsəniz bu ifadənizi təhqir kimi qəbul edəcəm və sizin fəaliyyətiniz bloklamaqla məhdudlaşdırmalı olacam. Hörmətlə --sefer azeri 07:19, 25 oktyabr 2014 (UTC)Cavabla
D== Kateqoriyaların silinməsi ==

Salam. İntervikisi olan kateqoriyaları niyə silirsiz?--sefer azeri 00:07, 26 oktyabr 2014 (UTC)Cavabla

Salam. Hansı məsələn? Bəzilərinin adlarında yanlışqlıq var - onları düzəltdim.--Sortilegus (talk) 00:14, 26 oktyabr 2014 (UTC)Cavabla
Dünən gecə gördüm Da Vinçi ilə bağlı bəzi kateqoriyaları silmişdiz. Yoxladım tapa bilmədim həmin kateqoriyaları.--sefer azeri 10:00, 26 oktyabr 2014 (UTC)Cavabla

Mövzulu ay redaktə

Salam, Sefer azeri. Mən bilmək istəyirəm ki, hər bir istifadəçi gələcəkdə istifadə ediləcək Mövzulu ay layihəsi yarada bilər ? Yoxsa belə layihələri ancaq idarəçilər düzəldir ?Kim Yushin (talk) 13:07, 26 oktyabr 2014 (UTC)Cavabla


Susqunluğunuzu razılq olaraq qəbul edirəm.Kim Yushin (talk) 12:00, 27 oktyabr 2014 (UTC)Cavabla

Alimlərə qərəzli mövqe!!! redaktə

Salam. Məqaləmin silinmə səbəbini izah edin? Sizədəmi İŞ GEDİR SİL!!! kimi görsənir? Niyə narahatsınız? Fərhad Əlimirzəyev məqaləsindəki kimi atasının və əmisinin kimliyini və eləcə də qohumluq əlaqələrini əlavə etmədiyim üçünmü? Görürəm burada önəm daşıyan deyəsən elə şeylərdir. Sizə görə budur ensiklopediklik? Məqaləni bərpa etsəniz olarida SİZƏ görə əlavə edərəm))) Çox uzağa getməyək bəlkə elə o tamamlanmış məqaləynən mənim İŞ GEDİR məqaləmi müqayisə edəsiniz? Gələcəyiniz qənaət mənə çox maraqlıdır! --Chem316 (talk) 07:29, 27 oktyabr 2014 (UTC)Cavabla

Hər halda məqalələrin silinməsindənsə yenilərinin yaradılması daha məsləhətdir.--Araz Yaquboglu (talk) 08:08, 27 oktyabr 2014 (UTC)Cavabla
Siz mənim yeni məqalələr yaratmadığımı iddia edirsiz? Əlavə olaraq qeyd edim ki, yeni məqalə yaradarkən mövzunun ensiklopedikliyini nəzərə almaq da məsləhətdir. Hörmətlə --sefer azeri 08:10, 27 oktyabr 2014 (UTC)Cavabla
Sona çatmayan məqalə haqqında necə öncədən qərar vermək olar? Sizcə İŞ GEDİR daha nə ilə əvəz etmək olar ki, iş tamamlanana qədər toxunulmaz olsun --Chem316 (talk) 12:13, 27 oktyabr 2014 (UTC)Cavabla

Hörmətli Chem316. Mən sizin təcrübəsizliyinizi və Vikipediyada təzə olmanızı nəzərə alaraq blokunuzu 1 saatdan sonra ləğv etdim. Amma xahiş edirəm konflikt yaratmayın. Siz İŞ GEDİR şablonunu düz əlavə etmisiniz. Sizin fəaliyyətiniz şəxsən özüm izləyəcəm və ensiklopedik hesab etmədiyim məqalələri Vikipediya:Silinməyə namizəd məqalələr daxil edəcəm. Gələcək müzakirələri orada davam etdirərik. --İrada (talk) 12:17, 27 oktyabr 2014 (UTC)Cavabla

Salam Sefer bey. Dünya Alpaqut Federasiyasi sehifesini yaratdim amma, qeyri-ensiklopedik kimi qeyd etmisiniz. Siz Turkculuye bele xidmet edirsiz?

{{subst:ANI-notice|Deletion|noticeboard=Vandalism or Spamming|reason=Nobody know.|thread=Deleting legal things of mine. Why? Nobody know. Other SysOps Recreate or makes Change on the created things but He always delete it! Blocking my IP every time. It's harassing me. Please help!}} —faridalizade (talk) 12:30, 4 noyabr 2014 (UTC)Cavabla

"Memarlıq ayı"nın yekunları redaktə

  Gümüş medal
Hörmətli Sefer azeri!

Bu mükafata 2014-cü ilin oktyabr ayında "Azərbaycan vikimediaçıları" istifadəçi qrupunun təşəbbüsü ilə həyata keçirilmiş "Memarlıq ayı" layihəsinə qoşularaq töhfə verdiyiniz üçün layiq görülürsünüz. Nəzərinizə çatdırım ki, Qiymətləndirmə Komissiyası tərəfindən töhfələriniz 579 xal ilə qiymətləndirilmiş və yekun nəticədə 2-ci yeri tutmusunuz.

İnanırıq ki, "Azərbaycan vikimediaçıları" istifadəçi qrupunun növbəti layihələrində də aktiv iştirak edəcək və Vikipediyanın inkişafında əvəzedilməz xidmətləriniz olacaq. Gələcəkdəki töhfələriniz üçün indidən təşəkkür edirəm.

Dərin hörmətlə, --►Cekli829 08:50, 6 noyabr 2014 (UTC)Cavabla

Rica ! redaktə

Salam hörmətli həmkar. Sizdən bir ricam var: münkün olarsa bir-neçə dəqiqə ayırıb burada olan müzakirən oxuyun və öz münasibətinizi bildirin. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 20:10, 11 noyabr 2014 (UTC)Cavabla

Hörmətli Səfər bəy Müzakirə:Azərbaycanlılar səhifəsində mən yalnışlıqla sizin fikrinizə cavab yazdım, ancaq indi səhvimi düzəldərək (1) Müzakirələrdə müəllif deyil, məqalə müzakirə edilməlidir. 2) Etirazlar yalnız müzakirə olunan səhifədəki məsələlərlə bağlı olmalıdır.) səhifənizə yazıram. Mənə səhifədə yazmısız:
Asparux Xan Bulqar, yuxarıda işlətdiyiniz "Ruslar həmişə bizə düşməndilər və digər maşa düşmənləri var edən də çox zaman onlardır: əgər kimsə onların tam obyektiv olmasından yazırsa mən onu əks tərəf (rus) kimi qəbul edirəm və belə olanda biz çətin nəyisə müzakirə edək. " fikri rus xalqının təhqiri və şovinizm göstəricisidir. Apardığınız müzakirə isə əhəmiyyət kəsb etməyən və məqalənin inkiaşf etdirilməsinə mane olan fəaliyyətdir. Sizin xəbərdarlığı necə qəbul etmənizdən asılı olmayaraq, artıq sizə bir dəfə xəbərdarlıq etmişəm. Lazımsız müzakirəni dərhal dayandırmasanız fəaliyyətinizi məhdudlaşdırmağa məcbur olacam. Xahiş edirəm, bizi buna məcbur etməyəsiz. İmkan verin istifadəçi məqalə üzərində işlərini yekunlaşdırsın, sonradan problemli hesab etdiyiniz ifadələri müzakirə edərsiz. Hörmətlə --sefer azeri 20:41, 23 noyabr 2014 (UTC)Cavabla
Ruslar həmişə bizə düşməndilər və digər maşa düşmənləri var edən də çox zaman onlardır: əgər kimsə onların tam obyektiv olmasından yazırsa mən onu əks tərəf (rus) kimi qəbul edirəm və belə olanda biz çətin nəyisə müzakirə edək. fikrini şovinizm adlandırmısız. Bu cümlədə şovinizm sayılacaq alçaldıcı hansı fikir var və mən rus xalqı üçün hansı təhqiredici sözü istifadə etmişəm ? Məni bloklaya biləcəyinizə dair xəbərdarlıq edirsiz. Əgər münkündürsə mənə hansı səbəbə görə bu ehtimalın olduğunu yazın. Yəqin Müzakirə:Azərbaycanlılar səhifəsində İstifadəçi:Afrasiyabla müzakirəmizi görmüsüz. Ancaq ola bilər ki, Müzakirə:Sintszyan-Uyğur Muxtar Rayonu səhifəsində olan müzakirəmizi görməmisiz və ola bilər mənə cavab yazdığınız səhifədə "müzakirə tonu" sizin üçün qəribə gəlib. Ancaq qeyd edim: bu müzakirələr (Müzakirə:Azərbaycanlılar, Müzakirə:Sintszyan-Uyğur Muxtar Rayonu) əsnasında nəzakət qaydaları pozulub (kimin hansı qaydanı pozduğuna özünüz qərar verin) və təəssüf edirəm ki, idarəçilərdən heç kəs buna münasibət göstərmədi. Sonra fikrinizin davamında yazmısız: Lazımsız müzakirəni dərhal dayandırmasanız fəaliyyətinizi məhdudlaşdırmağa məcbur olacam. Xahiş edirəm, bizi buna məcbur etməyəsiz.. Demək belə: mən iki qanuna istinad edərək loru dillə desək yazmışam ki: Azərbaycanlılar məhfumu bütün AR-sı vətəndaşlarını, keçmişdə AzSSR-sı vətəndaşı olmuş Azərbaycan sevərləri və vətəndaşlığından asılı olmayaraq AR-dan kənarda yaşayan bütün Azərbaycan türklərinə şamil olunur. Digər idarəçilərdən bu məsələyə münasibət bildirən həmkarlarımız bizi səbirli olmağa, müzakirəni məqalə bitəndən sonra davam etməyə və mübahisəli məsələlərin həlli üçün sonradan konsensusa getməyə çağırdılar, mən razılaşdım. Hörmətli həmkar sizin müanisbətinizə hörmət edirəm ancaq unutmayın vikipediya azad ensiklopediyadır, məqalədə redaktə müharibəsi yoxdursa hər kəs öz fikrini müzakirə bölməsində yaza bilər və müzakirə bölməsində yazılanlar vandalizm və təhqir sayılmırsa istənilən istifadəçinin müzakirəni davam etdirmək hüququ var, həmçinin münasibətlər də fikirlər də insanlar kimi fərqli olduğundan nəyisə müzakirənin "lazımsız" olduğuna yalnız çoxluq (konsensus) razılaşa bilər. Ona görə bu cür hallar bir daha təkrar olunmasın deyə hər şeyi unudur və sizi də indi etdiyim kimi nəzakətli olmağa çağırıram. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 11:26, 24 noyabr 2014 (UTC)Cavabla
Uyğurlarla bağlı müzakirənizi oxumamışam və orda hər nə müzakirə eləmisiz, hər nə yazmısız qalıb orda. Xahiş edirəm, imkan verin, istifadəçi məqalə üzərində işləsin. Siz istifadəçini müzakirəyə cəlb edirsiz və o məqalə üzərində işləməyə sərf edəcəyi vaxtı sizə cavab verməyə sərf edir. Məqalənin preambulasına əlavə etdim ki, bu xalq həm azərbaycanlılar, həm azərilər, həm də azərbaycan türkləri adlandırılır. Çünki, mənbələrdə bu adların hər üçü istifadə olunur. Məncə bir cümlə ilə bəzi tarixi sənədlərdə qafqaz tatarları və ya tatarlar adlandırılmasını da qeyd etmək lazımdı. Amma gərək, bir-iki mənbəyə baxıb dəqiqləşdirim. Əmin olun ki, mən də ən az sizin qədər həm mənbələrdəki məlumatların düzgün çatdırılmasına, həm də bu mövzuya qarşı həssasam. Hələ ki, məqaləyə müdaxilə etməyin, qoy görək istifadəçi nə yazır, məncə, hələ ki, kifayət qədər yaxşı işləyir. Hörmətlə --sefer azeri 16:08, 24 noyabr 2014 (UTC)Cavabla
Səfər bəy sizə axı yazdım: müzakirəyə fikir yazmağıma heç kəsin qarışmaq ixtiyarı yoxdur. Və yenə yazdım, bunu hələ ki, dayandırıram ki, məqalə bitsin. O ki, qaldı üç ada: Azərbaycanlı (əmrlə gəlib əmri verənlə gedəcək), Azəri (millət yatanda qulağına pıçıldadılar, yuxudadır və hələdə özünə ara-bir elə deyir) və Türk (ayılanda kim olduğu yadına düşəcək): bunlardan hansı bu xalqın özünüadlandırmasıdır siz məndən yaxşı bilməlisiz. Kimlər bizi nə adlandırır: bu çox gülməlidir, rus vikisindən o qədər kopipast var tarixlə əlaqədar adama qəribə gəlir ?! Yəni ağına qarasına baxmadan məlumat xatirinə məlumat yazmaq olar ? Heç görmüsüz: Ruslar məqaləsində (rus dilində) yazılsın onları tarixən necə adlandırıblar ? Azərbaycanlılar məqaləsi bitəndən sonra oradakı hər cümləni sorğu-sualdan keçirəcəm və ümid edirəm ki, tək olmayacam: çünki bu məqalənin onlar üçün əhəmiyyətli olduğunu deyən yeganə həmvətənimiz deyilsiz və bunu deyən hərkəsdən o həssaslığı gözləyirəm ! Sizinlə bu münasibətdə ("Hələ ki, məqaləyə müdaxilə etməyin, qoy görək istifadəçi nə yazır, məncə, hələ ki, kifayət qədər yaxşı işləyir." - yazmısız !) həmfikir deyilik tərcümə etmək əziyyətdirsə - əsl əziyyətin heç 1/10-i deyil, ancaq müdaxilə etməyərək məqalənin sonlanmasını gözləyəcəyimi sizə yazmışdım. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 06:00, 25 noyabr 2014 (UTC)Cavabla

DƏVƏT redaktə

 
DƏVƏTNAMƏ
Salam!
Tintin Tibetdə (kitab) məqaləsinin Yaxşı məqaləyə namizəd təqdim olunması üçün və ya Seçilmiş məqaləyə namizəd təqdim olunması üçün Vikipediya:Laboratoriya/Tintin Tibetdə (kitab) səhifəsində keçirilən səsvermədə sizin də iştirak etməyinizi xahiş edirəm.

Kim Yushin (talk) 13:23, 24 noyabr 2014 (UTC)Cavabla

İki dəyişiklik redaktə

Salam Sefer Azəri. Öncəliklə vikidən getmədiyiniz üçün təşəkkürlər. Ancaq mən elə başa düşürəm ki sizin mənə qarşı qərəziniz var:

1.[10] 2.[11]

Əgər sırf mənim etdiyim redaktələri geri qaytarırsınızsa sizi qınım-qınım qınıyıram.

 

Birinci məsələ haqqında çox məlumatım yoxdur. Ancaq ikinci məsələdə mən düzəm. Bu şəkil Azərbaycanlı heykəltəraş tərəfindən düzəldilib və Cavanşirin həqiqi portreti deyil. Ona görə dəyişikliyi geri qaytarıram. Çünki sizin bu etdiyiniz "Kremli azərbaycanlı tikib demək"lə eynidir. Əgər etiraz edirsinizsə, arqument gətirə və ya idarəçi hüquqlarınızdan istifadə edərək məni bloklaya bilərsiz. Hörmətlə:Kim Yushin (talk) 13:39, 24 noyabr 2014 (UTC)Cavabla

Salam. Nə sizinlə, nə də başqa biri ilə heç bir qərəzim yoxdu. Axır vaxtlar nəsə dəb olub, hansısa redaktə edən kimi gəlib bir-birimizin müzakirəsinə yazırıq ki, mənimlə qərəzin var. Nəysə, Smurflar haqqında olan nə romanlar nə də komikslər Azərbayanda nəşr olunmayıb. Yəni Azərbaycan dilinə tərcümə olunmayıb. Xüsusi ad olduğuna görə, əslində tərcümə olunmasına da ehtiyac yoxdu. Bircə türklər bu yazıq məxluqları niyəsə "şirinlər" adlandırıblar. Bizdə də Xəzər televiziyası bir ara bu adla cizgi filmini yayımlamışdı. Amma smurflar haqqında filmlər kinoteatrlarda elə Smurflar adı ilə də yayımlandı (rus dilində). Ona görə də məqalənin adını dəyişdim, amma məzmunda şirinlər kimi də tanına biləcəyini qeyd etmək olar. Üstəlik şirinlər adını da məqaləyə yönləndirdim. Yəni kimsə, şirinlər axtaranda da gəlib bu məqaləyə çıxacaq. Yaxşı olardı ki, məqalə genişləndirilsin və romanların personajları haqqında da məqalələr yaradılsın. İkinci məsələyə gəldikdə, Sizin yerləşdirdiyiniz şamdan şəklini də mən çəkib commonsa yükləmişəm. Yəni istənilən halda mənim yüklədiyim şəkillərdən birinin istifadə olunmasından söhbət gedir. Amma məncə barelyefin istifadə olunması daha yaxşıdı. Çünki, şablonda daha səliqəli görünür, fikir versəz, şamdan şəkili sıralamanı pozur. Üstəlik məqalə albanlar və ya Albaniya haqqında yox, Azərbaycanlılar haqqındadı. Ona görə də tarixi əsaslandırılmış şəkilin olması vacib deyil. Üstəlik Şaxtaxtıdan tapılmış həmin şamdandakı təsvirin Cavanşirə aid olması da bir neçə alimin fərziyyəsidir. Necə məsləhət bilirsizdə elə də edin. İşlərinizdə uğurlar diləyiylə --sefer azeri 15:52, 24 noyabr 2014 (UTC)Cavabla

Layihəyə Dəvət redaktə

 
SİZİ DƏVƏT EDİRİK!
Salam!
Sizi 1 dekabr 2014 - 31 dekabr 2014 tarixlərində keçiriləcək Ayın məqaləsi layihəsində iştirak etməyə dəvət edirik. "Nəticə cədvəli"nə adınızı buradan, iştirakınızı isə buradan qeyd edib iştirak edə bilərsiz. Layihə çərçivəsində ən yaxşı məqalə qalib olacaqdır. Ən yaxşı məqaləni hazırlayın, Vikipediyaya töhfə verin, qalib olun!

--Serkanland (talk)

Əfridunun şəkli redaktə

Salam, Səfər azeri. Mən Şirvanşahlar dövləti məqaləsinə qoyduğum şəkli Old BakuThe Famous Sons of Ancient and Medieval AZERBAIJAN (ikinci səhifədə http://www.virtualkarabakh.az/uploads/pdf/qajar1.pdf) kitablarında görmüşəm. Bu kitablarda şəklin olması şəklin həqiqətəndə Əfriduna aid olması demək deyilmi ? Hörmətlə, --Kim Yushin (talk) 20:21, 4 dekabr 2014 (UTC)Cavabla

Salam. Şəkli məqalədən çıxarmağımın səbəbi onun həqiqətən də Əfriduna aid olub-olmaması ilə əlaqəli deyil. Həmin şəkilin nə məqalənin məzmununa, nə də yerləşdirdiyiniz bölmənin məzmununa birbaşa dəxli yoxdur. Yəni bütün şirvanşahların şəkillərini Şirvanşahlar dövləti məqaləsinə yerləşdirmək lazım deyil. Əlavə şəkil yerləşdirməniz məqalənin vizual görünüşünü pozmaqla lazımsız yüklənmə yaradır. Həmin şəkili başqa məqalələrə də yerləşdirmisiz, bu yaxşı haldır. İşlərinizdə uğurlar diləyi ilə--sefer azeri 20:35, 4 dekabr 2014 (UTC)Cavabla
Mövzudan kənarda olsa, mən əsasən sizin zənginləşdirdiyiniz I Axsitan ibn III Mənuçöhr və I Xəlilullah məqalələri ilə tanış olmuşam. İkisi də status almağa layiqdir ( Sadəcə Axsitana aid məqalənin fəaliyyəti başlığını alt başlıqlara bölmək lazımdır). Xahiş edirəm həmin məqalərin adını Laboratoriyaya namizəd siyahısında qeyd edin. Hörmətlə, --Kim Yushin (talk) 20:43, 4 dekabr 2014 (UTC)Cavabla
Seçilmiş məqalə mövzu ilə bağlı tam əhatəli məlumatı özündə ehtiva etməlidir, mənim zənginləşdirdiyim həmin məqalələr hələ ki, bu tələbə cavab vermir. Gələcəkdə, daha da zənginləşdirilsə, əlbəttə ki, həmin məqalələrin status alması məni də sevindirər. Hörmətlə --sefer azeri 21:20, 4 dekabr 2014 (UTC)Cavabla

Təşəkkür redaktə

Hörmətli Səfər bəy. Azərbaycanlılar məqaləsi ilə bağlı tutduğunuz prisipial mövqeyinizə görə Sizə təşəkkür edirəm. Az qalmışdı vikipediyanı birdəfəlik tərk edim, onsuz da işimlə əlaqədar, vikipediyada fəaliyyətim xeyli məhduddur. İnşallah tezliklə, o biri bölmələri də tərcümə edib başa çatdırarıq. Bu işdə rus dilini yaxşı bilən istifadəçilərin də köməyi olsa, tərcümə daha tez bitər. Hörmətlə --Afrasiyab 18:02, 5 dekabr 2014 (UTC)Cavabla

‎185.30.88.30 redaktə

Mən 185.30.88.30 bağlanacaq lazımdır. Mən bunu bir spambot hesab edirəm. (Google Translated) George.Edward.C (talk) 08:26, 6 dekabr 2014 (UTC)Cavabla

Məqalə redaktə

Başqası tərəfindən yaradılan məqalənin adını heç nə olmamış kimi belə asanlıqla dəyişdirə bilmərsən. Mənim məqalələrimə toxunma. Baskervill (talk) 18:11, 12 dekabr 2014 (UTC)Cavabla

Birincisi müraciət edəndə əmrlə danışma, ikincisi sənin məqalən anlayışı yoxdu, ümumi vikipediya məqalələri var və idarəçilər olaraq bizim (elə sizin də) borcunuz həmin məqalələrin qaydalar əsasında yazılmasına nəzarət etməkdir, üçüncüsü əgər məqalənin adı Azərbaycan dilində deyilsə və ümumi məqalə yazımı qaydasına uyğun deyilsə dəyişə bilərəm. --sefer azeri 18:50, 12 dekabr 2014 (UTC)Cavabla
Sən artıq qudurğanlıq edirsən. Bilmirəm bəlkə Azvikinin bütün problemi bitib indi ilişməyə adam axtarırsan. Deyirsən ki, sənin məqalən anlayışı yoxdur. Bəs niyə istifadəçi səhifəndə Yaratdığım məqalələr adlı bir başlıq açmısan ? :) Qulaqlarını aç və məni yaxşı-yaxşı dinlə. Mən sənin üçün hər hanısa istifadəçi deyiləm ki, ürəyin istəyəndə bloka atıb, istəyən vaxt da çıxardasan. Həmin məqalənin yaradılması zamanı 1 qramda əməyin olmayıb və indi gəlib burada qabaqdan gəlmişik edirsən. Səfər mənim məqalələrimdən kənar dur. --Baskervill (talk) 22:39, 12 dekabr 2014 (UTC)Cavabla
Məqaləni həmin başlıq altında bir çox yerdə paylaşmışam. Və sənin bu yararsız fəaliyyətin səbəbindən insnalar məqaləni oxuya bilmir. Mən gəlib sənin işinə burnumu soxmuramsa sənində eynisini mənim üçün etməyə qətiyyən haqqın çatmır. Ümüd edirəm ki, dediklərimi anladın. Uğurlar sənə.--Baskervill (talk) 22:41, 12 dekabr 2014 (UTC)Cavabla
"Məqaləni həmin başlıq altında bir çox yerdə paylaşmışam. Və sənin bu yararsız fəaliyyətin səbəbindən insnalar məqaləni oxuya bilmir", - Cənab Baskervill, bu artıq vikipediyadan sui-istifadə halı deməkdir. Bir də ki, fakt budur ki, mən Səfər bəyə "Xosrov və Şirin (Nizami) məqaləsi ilə bağlı iradımı bildirən kimi, nəzərə aldı. Halbuki, o da sizin kimi deyə bilərdi ki, sən hardan çıxdın? Məqaləni mən yaratmışam, mən necə istəyirəm, elə də yazacağam, - belə deyə bilməzdimi? Sizcə bəs o nəyə görə belə demədi? Sizdən əskikdir? Ya siz ondan daha üstünsünüz?! Hörmətlə, --Afrasiyab (talk) 15:00, 13 dekabr 2014 (UTC)Cavabla
Cənab Baskervill. Mən sizə əyani şəkildə göstərdim və sübut etdim ki, siz vikipediya qaydalarını pozmusunuz. Bununla yanaşı, hələ mənə xəbərdarlıq da etmisiniz, guya qaydanı siz yox, mən pozmuşam. Sizə demədim ki, gəlin məndən üzr istəyin? Sizdən xahiş etdim ki xəbərdarlıq şablonunu mənim səhifəmə necə qoymusunuzsa, elə də götürün. Amma o gedən getdiniz, şablonu götürmədiniz. Eybi yox, özüm götürərəm, sizi gözləməyə möhtac deyiləm. Amma o şablondan mən də sizin səhifənizə qoyacağam və siz onu götürə bilməyəcəksiniz, çünki götürsəniz, eyni hərəkətlərdə davam etmək fikrində olduğunuzu göstərmiş olursunuz. Siz hələ indiyə qədər başa düşmürsünüz ki, vikipediyada sizin yaratdığınız məqaləni istənilən istifadəçi redaktə edə bilər?! O nə deyən şeydir ki, mənim məqaləmin adını heç kim dəyişməsin? Mən indi gedib Kobani blokadası məqaləsinin adını dəyişəcəyəm, müzakirə getdi, hamı fikrini dedi, nə deyə bilərsiniz? Deyə bilərsiniz dəyişmə? Adı dəyişmək olmazsa, müzakirə nəyə lazım idi? Dolamısınız bizi? Hörmətlə, --Afrasiyab (talk) 22:53, 12 dekabr 2014 (UTC)Cavabla
Salam, mən sizdən xahiş etmişdim ki, başqa məqalələr üzərində mübahisələr və müzakirələrinizi bir müddətlik saxlayıb, azərbaycanlılar məqaləsində işlərin tamamlanmasına səy göstərəsiniz. Siz isə son beş gündə həmin məqaləni redaktə etməmisiz. Əgər məqaləni qısa müddətdə tamamlamasanız, əvvəlki vəziyyətinə qaytarmalı olacam. Hörmətlə --sefer azeri 07:02, 13 dekabr 2014 (UTC)Cavabla
Səfər bəy, hal-hazırda mən bir neçə saat kompüter qarşısında oturmaq üçün həftədə cəmi bir, ya iki gün imkan tapa bilirəm. Əvəlki həftə məqalədə istifadə olunan şablonların əsasız olaraq silinməsi və bundan sonra onları azərbaycan dilində tərcümə etdiyimə görə tərcüməni davam etdirə bilmədim. Amma hesab edirəm ki tezliklə, ən uzağı ilin sonuna qədər, Azərbaycanlılar məqaləsinin "Etnik tarıx" bölməsi istisna olmaqla, yerdə qalan hissəni tam hazırlaya biləcəyəm. "Etnik tarixi" isə bəlkə yanvar ayında tərcümə etdim. Hörmətlə, --Afrasiyab (talk) 14:49, 13 dekabr 2014 (UTC)Cavabla
Salam cənab Baskervill, cənab Sefer azerini nədən ittiham etdiyinizi açığı anlaya bilmirəm. Əvvəla Azərbaycan Vikipediyasında qudurğanlıq kimi sözlər istifadə etmək qadağandır. İkincisi - Azərbaycan Vikipediyasında heç bir məqalə şəxsi mülkiyyət hesab olunmur - şəxsən mənim də səhifəmdə "Mənim məqalələrim" bölməsi vardır - lakin bu "mən tərəfdən yaradılan məqalələr" anlamını daşıyır, vəssalam. Üçüncüsü, mən özüm əvvəllər məalələrin monopolizasiyasını leqallaşdırmaq təşəbbüsünü irəli sürmüşdüm, bu əslində yaxşı bir şeydir, çünki məqaləni yaradan şəxs artıq hər bir şeydə də ona cavabdeh olur və onun burada çalışmağına bir stimul yaradır. Lakin bu təşəbbüsü heç kəs qəbul etmədi. Ona görə hal-hazırda da bütün məqalələr məhz ictimaiyyətə məxsus olduğu hesab olunur, nə Sizin, nə mənim, nə də Sefe azerinin. Dördüncüsü, anladığım qədər, mübahisə bu məqalə üzərindədir - [12] Bu məqalənin adı tamailə yalnışdır: a) film haqqda məqalə yaradılarkən bu cür formuldan istifadə olunur Filmin adı+(film +,+ il) b) azərbaycan dilində mandarin sözü yoxdur - olmalıdır Naringilər. Qısası, filmin adı olmalıdır - Narıngilər (film, 2013). Bu standartdır və hər bir film məqaləsinə şamil olunur. Cənab Sefer azeri sizə kömək etmək istəyir, lakin siz ona söyüş söyürsünüz. Bunu necə anlamaq olar? Hörmətlə: --Keete 37 (Farid Aliev) (talk) 10:02, 13 dekabr 2014 (UTC)Cavabla
Keete 37 (Farid Aliev) siz lütfən cənab Sefer azerinin adından danışmayın. Afrasiyab mən bir necə dəfə qeyd etmişəm və indi bir də demək istəyirəm ki, məqalə yaradarkən gəlib heç bir köməklik etməyən insanların sonradan anidən peyda olması heç kimin xoşuna gəlməz. Siz yatıb gündə bir yuxu görəcəksiniz və səhərisi gün onu Azvikidə tətbiq etmək istəyəcəksinizsə inidən deyib ki, bu alınmayacaq. Azərbaycan dilində blokada sözü var. Və həmin filmdə Naringilər formasında yox insanlar tərəfindən Mandarinlər filmi kimi tanınır. Hər iki məqalənin adı dəyişdirilməz olaraq qalacaq. Hər birinizə uğurlar arzu edirəm. Hörmətlə:--Baskervill (talk) 10:47, 13 dekabr 2014 (UTC)Cavabla
Cənab Baskervill, Sizi deyə bilmərəm, lakin Sefer azeri ilə mən uzun bir müddət birgə çalışıram. Və ona ünvanlanan hər bir yazı mənə də aiddir. Və Sefer azerinin necə peşəkar, məqalələrinin isə necə həcmli və mükəmməl olduğunu bilərək, sizin dediyinizin tərəfində durmayacam. Siz ümumvikipediya qaydalarına zidd hərəkətlər edirsiz, insanları alçaldırsız, nə var ki, Siz idarəçisiniz. Şəxsən mən bu yaxınlarda idarəçiliyə namizədimi verdikdən sonra və bu ali statusu əldə etdikdən sonra, heç kəsin başqasını alçaldabiləcək hərəkətinə yol verməyəcəm. Sizin o "mandarin" sözünüz isə azərbaycan dilində yalnız bir şeyə ünvanlanır - çin dilinin bir dialektinə, vəssəlam. Azərbaycanda sizin yaratdığınız film haqqda ümumiyyətlə heç kim, heç nə bilmir, ona görə də burada sizin yerləşdirdiyiniz standartlar burada keçirilmir, əfsus. Məqalənin adı Narıngilərdir - və bu fakt sizin xoşunuza gəlsə də, gəlməsə də - bu belədir. Filmin adı "Narıncı inqilab" sözündən götürülüb. Siz məqalə yaradırsınız və bilmirsiniz ki, o nədən bəhz edir. Baxın da məqalənin ingilis dilində adı necə gedir - Tangerines - məqər siz ingilis dilini bilmirsiz? Siz öz səhvinizi məndən də yaxşı bilirsiniz, sadəcə olaraq bu qəbul edə bilmirsiniz. Başqa idarəçiləri özünüzdən aşağı hesab edirsiniz, bu qeyri-peşəkarlıqdandır yəqin ki... Hörmətlə: --Keete 37 (Farid Aliev) (talk) 11:07, 13 dekabr 2014 (UTC)Cavabla
İdarəçi seçiləndə görüşərik. Hörmətlə:--Baskervill (talk) 11:23, 13 dekabr 2014 (UTC)Cavabla
Narahat olmayın Baskervill, görüşməyə heç bir ehtiyac yoxdur, idarəçi olduqdan sonra, mən idarəçi və istifadəçi olmasından asılı olmayaraq işlətdiyi hər bir nalayiq sözə görə müddətsiz bloklayacam. Çünki siz özünüz də, yazdıqlarıma bir cavab tapmırsınız, bir arqument kimi də yalnız söyüş söyməyi görürsünüz. Gülməlidir. --Keete 37 (Farid Aliev) (talk) 11:44, 13 dekabr 2014 (UTC)Cavabla
İdarəçi idarəçini bloklaya bilmir. Get qaydaları öyrən. Seçilməmiş bu qədər danışan idarəçi namizədi görməmişdim. Nəsə.--Baskervill (talk) 12:16, 13 dekabr 2014 (UTC)Cavabla
Mənimlə "sən" ilə danışmağı Sizə ixtiyar verdiyim yadıma gəlmir. Yəgin bu sizin "çox inkişaf etmiş" tərbiyənizdən irəli gəlir. Şəxsən bir idarəçi olaraq mən sizi ümumiyyətlə görmürəm. Adi bir istifadəçisiniz, təsadüfən bu statusu əldə etmisiniz vəssalam. Birinci elə bildim, sizinlə hansısa diskussiya etmək olar, sonra gördüm - yox, çox mənasız işdir. Çox heyif ki, Sefer azeri kimi bir idarəçi ilə yanaşı, bu cür qeyri-professional idarəçilər də vardır. Məncə məhz buna görə biz hələ də lazımi qədər inkişaf etməmişik. Hörmətlə: --Keete 37 (Farid Aliev) (talk) 12:44, 13 dekabr 2014 (UTC)Cavabla
Sizə bir söz deyim. Digərlərinin sabunluğunu edib özünüzə nəsə xal qazanmayın. Sizin nə düşündüyünüz məni zərrə qədər maraqlandırmır. Hörmətlə:--Baskervill (talk) 17:43, 13 dekabr 2014 (UTC)Cavabla
Cənab Baskervill siz Azərbaycan Vikipediyasının idarəçisisiniz, özünüzə necə sığışdırırsınız sabundan filandan diskussiya aparmağa? Əgər mənim yuxarıda gətirdiyim dəlillərə, məqalənin məhz siz tərəfdən yalnız yazıldığını təsdiqləyən dəlillərimə qarşı bir cavab tapmırsanızsa, sülh yolu ilə özünüz bu məqalənin adını normal şəklə salın. Ununtmayın ki, bura heç kimin şəxsi mülkiyyəti deyil. Sadə məsələləri anlamaq istəmirsiniz, mənim sizə sözüm yoxdur. Uğurlar! --Keete 37 (Farid Aliev) (talk) 18:23, 13 dekabr 2014 (UTC)Cavabla

Sacilər dövləti redaktə

Salam Sefer Azeri mən Sacilər dövləti məqaləsini bu yaxınlarda AMEA II cild və Azərbaycan tarixi I cild kitabları əsasında redəktə etmişdim, lakin sonradan sizin tərəfinizdən bloklanmışam. Zəhmət olmasa səbəbini izah edərdiniz. --İstifadəçi:Nuriyev77 (talk) 9:40, 14 dekabr 2014 (UTC)

Siz heç bir istinad göstərmədən normal halda olan məqalənin məzmununda ciddi dəyişiklər etmisiniz və aktiv istifadəçilərdən biri Kənd meydanına yazaraq məqalələrdə vandalizmlə məşğul olmanız haqqında xəbər verib. Mən də həmin xəbərə əsasən dəyişikləri geri qaytararaq sizin fəaliyyətinizi müvəqqəti məhdudlaşdırmışam. Fəaliyyəti məhdudlaşdırılmış istifadəçinin başqa adla redaktə etməsi isə qanun pozuntusudur. Hörmətlə --sefer azeri 07:15, 14 dekabr 2014 (UTC)Cavabla

Mənbəni göstərmişdim orda AMEA II cild yazmışdım sadəcə hələ təzə istifadəçi olduğum üçün mənbələri göstərəndə orda istinadlar adlanan yerdə düzgün yaza bilməmişdim. Yazdıqlarımın hamsını AMEA Azərbaycan Tarixi II cild və Azərbaycan Tarixi I cild kitablarından götürmüşdüm. Zəhmət olmasa bu məsələyə aydınlıq gətirərdiniz. --İstifadəçi:Nuriyev77 (talk) 18:25, 15 dekabr 2014 (UTC)Cavabla

Salam Sefer Azeri. Zəhmət olmasa mənimlə facebookda (Nuriyev_31@mail.ru) əlaqə saxlaya bilərsiniz? Məqalələrin istinad hissəsində mənbəni göstərməkdə bir az çətinlik çəkirəm. Mənblərin hamısını kitablardan götürmüşəm. --İstifadəçi:Nuriyev77 (talk) 14:40, 21 dekabr 2014 (UTC)Cavabla

Xəbərlər bölümü redaktə

Salam. Xəbərlər bölümünə əlavə etdiyiniz dəyişikliyi anlayıram. Sadəcə onu deyim ki, Tunis prezidenti barədə olan məlumatı dünən əlavə etmişdim. Yəni siz yeni xəbər əlavə edə bilərsiniz, sadəcə şəkilin dəyişdirilməsi üçün biz ən azı bir necə gün gözləməliyik. Hörmətlə:--Baskervill müzakirə 11:42, 23 dekabr 2014 (UTC)Cavabla

Hansı qaydaya əsasən şəklin dəyişdirilməsi üçün bir neçə gün gözləməliyik?--sefer azeri 11:43, 23 dekabr 2014 (UTC)Cavabla
Əlbəttə də konkret bir qaydamız yoxdur. Tunis prezidenti barədə şəkilin və məlumatın əlavə edilməsindən cəmi 12 saata yaxın vaxt keçib. Bizim Azviki elə dəhşətli aktiv bir məkan deyil ki, məlumatları 12 saatdan bir yeniləyək. Mən sizə bir az gözləməyi təklif edirəm. Daha dəqiq desək ayın 25 nə qədər. Bundan sonra həmin rəhmətlik barədə olan şəkili özüm əlavə edərəm xəbərlər şablonuna. Yəni mən belə düşünürəm :) Hörmətlə:--Baskervill müzakirə 11:47, 23 dekabr 2014 (UTC)Cavabla
Əgər heç bir qaydaya istinad eləməmisizsə mənim redaktəmi geri qaytarmanızı ən azı hörmətsizlik kimi qiymətləndirmək olar. Müğənninin ölməsi hadisəsi Tunisdə prezident seçkisindən sonra baş verib. Deməli şəkili dəyişməyin tamamilə normal haldı. ÇÜnki mənim yerləşdirdiyim məlumat daha yenidir. Xəbərləri yerləşdirməkdə məqsədimiz vikipediyaya diqqət və marağı daha da artırmaqdı. Sizcə hansısa Afrika ölkəsində 80 yaşlı kişinin prezident seçilməsi yoxsa dinlədikləri müğənninin dünyasını dəyişməsi insanlar üçün daha maraqlı xəbərdi? Heç bu bir neçə gün ərzində görmüsüz ki, sosial şəbəkələrdə kimsə Tunisdəki seçkilərdən yazsın? Bu xəbər Azərbaycan cəmiyyəti üçün aktual deyil, deməli diqqət çəkməyəcək. Amma səhər tezdən bir çox insanlar müğənninin ölümü haqqında fikirlər bildirir, musiqilərini paylaşır, xəbər saytları yazır. Daha çox diqqət çəkən və daha yeni xəbərin şəkili olmalıdı məncə. Xahiş edirəm şəkili geri qaytarmayasınız. --sefer azeri 12:34, 23 dekabr 2014 (UTC)Cavabla
Əlbəttə də sizi anlayıram. Dediklərinizdə həqiqət payı var. O zaman qalsın əldən nə gəlir. Sadəcə bir məsələni demək istərdim. Bu barədə əlaqəniz olan idarəçiləri mütləq məlumatlandırın. Ana Səhifə:Xəbərlər bölümündə sadəcə 2014-cü il üzrə bölmələr hazırlanıb. Zəhmət olmasa digər idarəçilərə xəbər edin, 2015-ci il üzrə bölmələr hazırlansın. Yoxsa yeni il gələn kimi həmin bölmə bizdə boş görünəcək. Cekli çoxdandır yoxdur yoxsa ona deyərdim. Hörmətlə:--Baskervill müzakirə 22:54, 23 dekabr 2014 (UTC)Cavabla
Bu haqqda idarəçi müzakirəsi səhifəsinə yaza bilərsiz.--sefer azeri 05:12, 24 dekabr 2014 (UTC)Cavabla

23 dekabr redaktə

Hörmətli həmkar salam. Mənə gözləməyi tövsiyə etdiyiniz (İstifadəçi:Acategory ilə birlikdə) 1 ay vaxt bugün bitir. Ümid edirəm sabahdan edəcəyimə qarşı narazılığınız olmayacaq. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 17:35, 23 dekabr 2014 (UTC)Cavabla

Məqalə redaktə

Salam. (Kanada (Miri Yusif turne)) bu məqalənin tərəfinizdən silinmə səbəbini izah edə bilərsinizmi. Hörmətlə:--Baskervill müzakirə 22:52, 25 dekabr 2014 (UTC)Cavabla

İki cümləlik məqalə olur?--sefer azeri 05:19, 26 dekabr 2014 (UTC)Cavabla
"Sefer azeri/Arxiv 2014" istifadəçi səhifəsinə qayıt.

Saytda 130 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024