Şimali Amerika ölkələrinin siyahısı Haqqinda Melumat - Vikipedia

Şimali Amerika ölkələrinin siyahısı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Şimali Amerika ölkələrinin siyahısı

Şimali Amerika ölkələrinin siyahısı-Şimali Amerika qitəsində yerləşən 23 dövlət və əraziyə verilən ümümi ad.

Şimali Amerikanın Yer üzərində yerləşməsi.

Şimali Amerika sahə baxımından AsiyaAfrikadan sonra dünyanın ən böyük üçüncü, əhali baxımından isə Asiya, AfrikaAvropadan sonra ən böyük dördüncü qitəsidir. Təxminən 24.247.039 km² sahəsi ilə dünya torpaqlarının 16,5%-ni əhatə edir. 500 milyondan çox əhalisi vardır.

Şimali Amerika Amerika qitəsinin şimal hissəsidir. Panama bərzəxi Şimali Amerika ilə Cənubi Amerikanı bir-birindən ayırır. Şərqdə Atlantik okeanını, şimalda Şimal Buzlu okeanını və qərbdə Sakit okeanı əhatə edir. Şimal-şərqdə Danimarka boğazı Qrenlandiyanı İslandiyadan, Şimal-qərbdə isə Berinq boğazı Alyaskanı Asiyadan ayırır.

Bu məqalədə Şimali Amerika qitəsində torpağı olan ölkələr, onların bayraqları, paytaxtları, rəsmi dilləri, valyutaları, əraziləri, əhali və coğrafi mövqelərini göstərən xəritələr göstərilmişdir. Bu siyahı BMT üzvü olan ölkələrə və digər (BMT tərəfindən tanınmayan ölkələr, xüsusi inzibati regionlar, asılı ərazilər) ərazilərə bölünmüşdür.

Siyasi xəritə redaktə

Müstəqil dövlətlər redaktə

Aşağıdakı dövlətlər Birləşmiş Millətlər Təşkilatının üzvüdürlər.

Bayraq Ölkə Rəsmi dil(lər)indəki uzun ad(lar) Paytaxt Pul vahidi Əhali Sahəsi Xəritə
Flag of Antigua and Barbuda  Antiqua və Barbuda[n 1] ing. Antigua and Barbuda Sent Cons Şərqi Karib dolları 97.118 442.6  
Flag of the Bahamas  Baham adaları[n 1] ing. Commonwealth of the Bahamas Nassau Baham dolları 389.482 13.880  
Flag of Barbados  Barbados[n 1] ing. Barbados Brictaun Barbados dolları 287.025 430  
Flag of Belize  Beliz[n 1][n 2] ing. Belize Belmopan Beliz dolları 390.353 22.966  
Flag of Canada  Kanada[n 3] ing. Canada

fr. Canada
Ottava Kanada dolları 35.151.728 9.984.670  
Flag of Costa Rica  Kosta-Rika[n 2] isp. República de Costa Rica San-Xose Kosta-Rika kolonu 5.094.118 51.100  
Flag of Cuba  Kuba isp. República de Cuba Havana Kuba pesosu 11.320.970 110.860  
Flag of Dominica  Dominika[n 1] ing. Commonwealth of Dominica Rozo Şərqi Karib dolları 72.133 751  
Flag of the Dominican Republic  Dominikan Respublikası[n 2] ing. Dominican Republic

isp. República Dominicana
Santo-Dominiqo Dominikan pesosu 10.938.373 48.670  
Flag of El Salvador  Salvador[n 2] ing. Republic of El Salvador

isp. República de El Salvador
San-Salvador ABŞ dolları 6.513.912 21.041  
Flag of Grenada  Qrenada[n 1] ing. Grenada Sent-Corces Şərqi Karib dolları 112.953 344  
Flag of Guatemala  Qvatemala[n 2] isp. República de Guatemala Qvatemala Qvatemala ketsalı 18.195.184 108.889  
Flag of Haiti  Haiti[n 1] fr. République d'Haïti Port-o-Prens Haiti qurdu 11.518.548 27.750  
Flag of Honduras  Honduras[n 2] isp. República de Honduras Tequsiqalpa Honduras lempirası 10.036.928 112.090  
  Yamayka[n 1] ing. Jamaica Kinqston Yamayka dolları 2.971.812 10.991  
Flag of Mexico  Meksika[n 3] isp. Estados Unidos Mexicanos Mexiko Meksika pesosu 130.060.167 1.964.375  
Flag of Nicaragua  Nikaraqua[n 2] isp. República de Nicaragua Manaqua Nikaraqua kordobası 6.390.306 130.370  
Flag of Panama  Panama[n 2] ing. Republic of Panama

isp. República de Panamá
Panama Panama balboası
ABŞ dolları
4.371.804 75.420  
Flag of Saint Kitts and Nevis  Sent-Kits və Nevis[n 1] ing. Federation of Saint Kitts and Nevis Baster Şərqi Karib dolları 53.510 261  
Flag of Saint Lucia  Sent-Lüsiya[n 1] ing. Saint Lucia Kastris Şərqi Karib dolları 184.318 616  
Flag of Saint Vincent and the Grenadines  Sent-Vinsent və Qrenadin[n 1] ing. Saint Vincent and the Grenadines Kinqstaun Şərqi Karib dolları 111.230 389  
Flag of Trinidad and Tobago  Trinidad və Tobaqo[n 1] ing. Republic of Trinidad and Tobago Port-of-Speyn Trinidad və Tobaqo dolları 1.403.213 5.128  
Flag of the United States  Amerika Birləşmiş Ştatları[n 3] ing. United States of America Vaşinqton ABŞ dolları 332.605.398 9.826.675  

Qeydlər redaktə

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 Karib Birliyinin üzvü. Karib Birliyinə həmçinin QayanaSurinam da daxildir.
  2. 1 2 3 4 5 6 7 8 Mərkəzi Amerika Ümumi Bazarının üzvü.
  3. 1 2 3 Şimali Amerika Azad Ticarət Assosiasiyasının üzvü.

Saytda 124 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024