Ədəbi və incəsənət əsərlərinin mühafizəsi haqqında Bern Konvensiyası Haqqinda Melumat - Vikipedia

Ədəbi və incəsənət əsərlərinin mühafizəsi haqqında Bern Konvensiyası Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Ədəbi və incəsənət əsərlərinin mühafizəsi haqqında Bern Konvensiyası

Ədəbi və incəsənət əsərlərinin mühafizəsi haqqında Bern Konvensiyası — müәlliflik hüquqları sahәsindә beynәlxalq saziş; əqli mülkiyyətin qorunması sahəsində qəbul edilmiş ən qədim hüquqi sənədlərdən biridir.

Ədəbi və incəsənət əsərlərinin mühafizəsi haqqında Bern Konvensiyası
İmzalanma tarixi 1886, 1880
İmzalanma yeri
Tərəflər Belçika, Fransa, Almaniya Federativ Respublikası, İtaliya, İspaniya, İsveçrə, Tunis, Birləşmiş KrallıqÇin
Dilləri ingilis dili, ərəb dili, ispan dili, Çin dili, rus dili, fransız dili
Veb-saytı wipo.int/treaties/ru/ip/…
wipo.int/treaties/en/ip/…
wipo.int/treaties/zh/ip/…
wipo.int/treaties/ar/ip/…
wipo.int/treaties/fr/ip/…
wipo.int/treaties/es/ip/…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi redaktə

Bern Konvensiyası müqaviləsinin ilk versiyası 9 sentyabr 1886-cı ildə Belçika, Fransa, Almaniya, Böyük Britaniya, Haiti, İtaliya, Liberiya, İspaniya, İsveçrəTunis tərəfindən Berndә (İsveçrә) imzalanmışdır[1]. 5 sentyabr 1887-i ildə qüvvәyә minmişdir[2]. 1886-cı ildə qəbul olunan, sonralar əlavələr edilən və müasirləşdirilən Konvensiyaya hazırda dünyanın əksər ölkələri qoşulub. balımsan Xədicə

Amerika Birləşmiş Ştatları 16 noyabr 1988-ci ildə konvensiyaya qoşuldu və konvensiya 1 mart 1989-cu ildə ABŞ üçün qüvvəyə mindi[3]. Əvvəllər Birləşmiş Ştatlar Konvensiyaya üzv olmaqdan imtina edirdi, çünki bu, müəllif hüququ qanununda, xüsusən mənəvi hüquqlar, müəllif hüququ əsərlərinin qeydiyyatı üçün ümumi tələbin aradan qaldırılması və məcburi müəllif hüququ bildirişinin ləğvi ilə bağlı məsələlərdə ciddi dəyişikliklər tələb edirdi. Bütün bunlar əvvəlcə ABŞ-nin 1910-cu ildə Buenos Ayres Konvensiyasını (BAC), daha sonra 1952-ci ildə digər ölkələrin istəklərini nəzərə alaraq Ümumdünya Müəlliflik Konvensiyasını (UCC) təsdiqləməsinə gətirib çıxardı. ÜƏMT-nin Paris 1971-ci il tarixli Berne revizyonu ilə[4] bir çox başqa ölkələr, 1975-ci il Braziliya federal qanunu ilə ifadə edildiyi kimi müqaviləyə qoşuldu[5].

Azərbaycan 1998-ci ildə Konvensiyaya qoşulmuşdur. Konvensiya iştirakçı dövlәtlәrin vәtәndaşlarının öz әrazilәrindә ilk dәfә çap edilmiş әsәrlәrinә müәlliflik hüquqlarını tәminetmә üzrә vәzifәlәrini müәyyәnlәşdirir. Qәbul edildiyi dövrdәn dәfәlәrlә yenidәn baxıldığına (sonuncu dәfә 1971 ildә) vә әlavәlәr edildiyinә (1896, 1914, 1979) görә hәr bir iştirakçı dövlәt konvensiyanın hansı redaksiyasına qoşulubsa, hәmin redaksiyaya uyğun fәaliyyәt göstәrir. Konvensiya qoşulmaq üçün açıqdır.

2020-ci ilin sentyabr ayından etibarən, Bern Konvensiyasının tərəfdarı olan 179 dövlət var. Buraya 176 BMT üzvü dövlət və Kuk Adaları, Müqəddəs Taxt-Tac və Niue daxildir.

Məzmunu redaktə

"Ədəbi və bədii əsərlər" termini hansı üsulla və hansı formada ifadə olunmasından asılı olmayaraq ədəbiyyat, elm və incəsənət sahəsində bütün əsərləri, o cümlədən: kitab, broşura, başqa yazılı əsərlər; mühazirə, müraciət, nitq və başqa bu tipli yaradıcılıq əsərləri; dram, musiqili-dram əsərləri; xoreoqrafiya əsərləri və pantomimalar; mətnli və ya mətnsiz musiqili əsərlər; kinematoqrafiya əsərləri, kinematoqrafiyaya analoji üsullarla ifadə olunan əsərlər onlara bərabər tutulur; rəsmlər, rəngkarlıq əsərləri, memarlıq, heykəltaraşlıq, qrafikalitoqrafiya işləri; fotoqrafiya əsərləri, fotoqrafiyaya analoji üsullarla ifadə olunan əsərlər onlara bərabər tutulur; tətbiqi sənət əsərlərini; coğrafiya, topoqrafiya, memarlıq və elmə aid olan illüstrasiyaları, coğrafi xəritələri, planları, eskizləri və plastik əsərləri əhatə edir[6]. Konvensiya üç aparıcı prinsipә әsaslanır: milli rejim, avtomatik qorunma vә qorunmanın müstәqilliyi. Ədәbiyyat, elm vә incәsәnәt sahәsindә yaradılmış bütün әsәrlәr ifadә üslubundan vә formasından asılı olmayaraq qorunan әsәrlәrә daxildir[7]. Konvensiya qorunan hüquqların (әmlak hüquqları da daxil olmaqla) minimum hәcmini müәyyәnlәşdirir vә bu zaman әsәrlәrdәn azad istifadә hallarını, hәmçinin mәcburi lisenziya imkanlarını yaradır. İnkişaf etmәkdә olan ölkәlәrin humanitar mәqsәdlәrlә istifadә edә bilmәsi üçün xüsusi kvotalar nәzәrdә tutulmuşdur. Konvensiya müәllif hüquqlarının qorunmasının xüsusi qaydaları vә mümkün mәhdudiyyәtlәrini müstәqil müәyyәnlәşdirir (birbaşa tәsir normaları), yaxud ayrı-ayrı әsәr növlәrinә vә ya istifadә hallarına (mәsələn, kinematoqrafik, fotoqrafik, xoreoqrafik әsәrlәr, rәsmlәr, modellәr, dekorativ-tәtbiqi sәnәt әsәrlәri, siyasi nitqlәr, rәsmi mәtnlәr vә sәnәdlәr, tәrcümәyә, mexaniki yolla yenidәn canlandırmaya verilәn hüquqlar vә s.) münasibәtdә iştirakçı dövlәtlәrin milli qanunvericiliklәri sәviyyәsindә imkan verir[7].

Konvensiya müәlliflәrin hüquqları pozulduğu halda qoruma, o cümlәdәn preventiv qoruma tәdbirlәrini müәyyәnlәşdirәn normaları ehtiva edir. 1994-cü ildә әnәnәvi mülki hüquqlardan tutmuş, cinayәt vә gömrük hüquqlarına qәdәr müәlliflik hüquqlarının şaxәlәnmiş sistemini müәyyәnlәşdirәn ÜTT çәrçivәsindә Əqli mülkiyyәt hüquqlarının ticari aspektlәri üzrә saziş yarandıqdan sonra Konvensiyanın bu müddәaları aktuallığını itirmişdir.

Hazırda ədəbi və incəsənət əsərlərinin mühafizəsi haqqında Bern Konvensiyası müddәalarının yerinә yetirilmәsinә Ümumdünya Əqli Mülkiyyәt Tәşkilatı (ÜƏMT) nәzarәt edir[7].

Azәrbaycan Respublikasında Əqli mülkiyyәt hüquqlarının müxtәlif sahәlәr üzrә qorunması bir sıra qanunvericilik aktları ilә tәnzimlәnir[7].

14 oktyabr 2019-cu ildə Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatına (ÜƏMT) üzv dövlətlərin Baş Assambleyasının 59-cu sessiyası keçirilmişdir. Sessiyada beynəlxalq əqli mülkiyyət sisteminin inkişafı istiqamətləri müzakirə edilmiş, müxtəlif komitələrin hesabatları dinlənilmiş, regional qrup və üzv dövlətlərin nümayəndələrinin çıxışları olmuşdur. Sessiya çərçivəsində regional komitələrdə, eləcə də əqli mülkiyyət sahəsində qəbul olunan konvensiyaların assambleyalarında mühüm qərarlar qəbul edilmiş, rəhbər orqanlara seçkilər keçirilmişdir. Keçirilmiş seçki nəticələrinə əsasən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Bern Konvensiyası Assambleyasına sədr seçilmişdir[8].

Tətbiqi redaktə

3-cü maddəyə əsasən, Konvensiyanın qorunması konvensiyanın iştirakçısı olan ölkələrin vətəndaşları və sakinləri üçün tətbiq edilir və iştirakçı olan hər bir ölkədə ilk dəfə nəşr olunan və ya eyni vaxtda nəşr olunan əsərlərə (3-cü maddənin 4-cü bəndinə əsasən) tətbiq olunur. İlk çapından sonra otuz gün müddətində iki və daha artıq ölkədə işıq üzü görmüş əsər bir neçə ölkədə eyni vaxtda dərc edilmiş sayılır. 4-cü maddəyə əsasən, bu qanun istehsalçısının mənzil-qərargahı və ya adi yaşayış yeri İttifaq ölkələrindən birində olan kinematoqrafiya əsərlərinin müəlliflərinə, o cümlədən bu ölkələrdən hər birində yaradılan memarlıq əsərlərinə də aiddir[9].

Bern Konvensiyasına qoşulmayan ölkələrin və bölgələrin siyahısı redaktə

  • Anqola  Anqola (lakin TRIPS müqaviləsinə qoşulmuşdur)
  • Kamboca  Kamboca (TRIPS Sazişinə və Universal Cenevrə Müəllif Hüquqları Konvensiyasına qoşulmuşdur)
  • Eritreya  Eritrea
  • Efiopiya  Efiopiya (lakin müşahidəçi qismində TRIPS Sazişinə qatıldı)
  • İran İran (TRİPS müqaviləsinə müşahidəçi qismində qatılmışdır)
  • İraq  İraq (TRİPS müqaviləsinə müşahidəçi qismində qatılmışdır)
  • Kosovo Kosovo
  • Maldiv adaları Maldiv adaları (lakin TRİPS müqaviləsinə qatılmışdır)
  • Marşall adaları  Marşall Adaları
  • Myanma Myanma (lakin TRİPS müqaviləsinə qatılmışdır)
  • Palau Palau
  • Fələstin Fələstin
  • Papua-Yeni Qvineya Papua Yeni Qvineya (lakin TRİPS müqaviləsinə qatılmışdır)
  • Seyşel adaları Seyşel adaları (lakin TRİPS müqaviləsinə qatılmışdır)
  • Syerra-Leone Syerra-Leone (lakin TRİPS müqaviləsinə qatılmışdır)
  • Somali  Somali (lakin TRIPS Sazişinə müşahidəçi qismində qatıldı)
  • Cənubi Sudan  Cənubi Sudan (lakin TRIPS Sazişinə müşahidəçi qismində qatıldı)
  • Tayvan  Tayvan (lakin TRIPS müqaviləsinə Çin Taipei olaraq qatıldı)
  • Şərqi Timor  Şərqi Timor (lakin Universal Müəllif Hüquqları Konvensiyasına (Paris) müşahidəçi qismində qatıldı
  • Uqanda  Uqanda (TRİPS müqaviləsinə qatılmışdır)[10].

İstinadlar redaktə

  1. Solberg, Thorvald (1908). Report of the Delegate of the United States to the International Conference for the Revision of the Berne Copyright Convention, Held at Berlin, Germany, 14 October to 14 November 1908. Washington, D.C.: Library of Congress. p. 9.
  2. "Contracting Parties > Berne Convention (Total Contracting Parties : 173)". WIPO — World Intellectual Property Organization. WIPO. Retrieved 4 April 2017
  3. Treaties in Force – A List of Treaties and Other International Agreements of the United States in Force on January 1, 2016" (PDF). www.state.gov.
  4. WIPO's "Berne Convention for the Protection of Literary and Artistic Works (Paris Text 1971)", http://zvon.org/law/r/bern.html Arxivləşdirilib 2014-08-02 at the Wayback Machine
  5. Brazilian's Federal Decree No. 75699 6 May 1975. urn:lex:br:federal:decreto:1975;75699
  6. [copat.gov.az "Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern konvensiyası"] (#bad_url) (az.). copag.copat.gov.az. (#archive_missing_date) tarixində [3. mart 2021 arxivləşdirilib] (#bad_url).
  7. 1 2 3 4 Azərbaycan Milli Ensiklopediyası. C. 8. Bakı. 2019.
  8. [azertag.az "Azərbaycan nümayəndəsi Bern Konvensiyasına qoşulan dövlətlərin Assambleyasına yeni sədr seçkisi"] (#bad_url) (az.). azertag.az › france-1342128. (#archive_missing_date) tarixində [3. mart 2021 arxivləşdirilib] (#bad_url).
  9. Berne Convention [1] Arxivləşdirilib 23 may 2018 at the Wayback Machine.
  10. Circular 38A: International Copyright Relations of the United States (PDF). U.S. Copyright Office. 2014. p. 2. Retrieved 5 March 2015.

Saytda 122 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024