Ədviyyatların şahzadəsi (film, 2005) Haqqinda Melumat - Vikipedia

Ədviyyatların şahzadəsi (film, 2005) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Ədviyyatların şahzadəsi (film, 2005)

Ədviyyatlar şahzadəsi(ing. The Mistress of Spices)— Pol Mayeda Bergesin filmdir. Filmin ssenari müəllifləri Qarinder Çadha və Bergesdir. Bu film Çitra Banerci Divakaruni tərəfindən yazılmış Ədviyyatlar şahzadəsi romanına əsaslanır. Filmin baş qəhrəmanı Ayşvariya Ray dır. Filmin saundtreki Kreyq Pruess tərəfindən yaradılmışdır.

Ədviyyatların şahzadəsi
ing. The Mistress of Spices
Ədviyyatların şahzadəsi filminin posteri
Ədviyyatların şahzadəsi filminin posteri
Janr elmi-fantastika filmi, romantik film, dram filmi
Rejissor Pol Mayeda Berges
Əsərin müəllifləri Pol Mayeda Berges
Çitra Banerci Divakaruni
Baş rollarda Ayşvariya Ray
Dilan Maktermott
Aişə Darker
Distribütor Netflix
İlk baxış tarixi 2005
Müddət 96 dəqiqə
Büdcə $1,337,846 [1]
Ölkələr ABŞ ABŞ
Böyük Britaniya Birləşmiş Krallıq
Dil ingilis
İl 25 aprel, 2005
Rəng rəngli
Çəkiliş yeri Men adası
IMDb ID0407998

Məzmun redaktə

Filmin baş qərəmanı Tilo (Ayşvariya Ray) Hindistanlı immiqrantdır və qeyri-adi güclü gələcəyi görən seçilmiş Ədviyyatlar Şahzadəsidir. Onun öz müştərilərinə verdiyi ədviyyatlar onların müəyyən ehtiyaclarını və istəklərini ödəyir, onlara kömık edir məsələn: Səndəl ağacı ağrılı xatirələri dağıdır , Qara zirə pis gözdən qoruyur.

Bir gənc qız kimi Tilo Birinci Ana adlandırılan Zöhrə Sehgal tərəfindən bir neçə cavan Ədviyyatlar Şahzadəsi arasından təklif edilir. Zöhrə Sehgal qızlara müəyyən qaydalar barədə xəbərdarlıq edir və onlara əməl etmədikdə ağır nəticələrini üzləşəcəklərini deyir.Onlar heç vaxt öz dükanlarını tərk etməmək görüşdükləri insanlara toxunmamaq yaxud da böyük və ağlasığmaz güc olan Ədviyyat gücündən özləri üçün istifadə etməmək barədə təlimatlandırılıblar.

Tilo "Ədviyyat Bazarı" adlı mağazada San Fransisko Körfəzindəki Sahədə olur.Tilonun müştərilərinə taksi sürücüsü (Nitin Ganatra), əslən Amerikalı olan nəvəsi Qita (Padma Lakşmi) ilə məşğul olan baba (Anupam Kher) , Kvesi, onun rəfiqəsi (Adevale Akinnuoye-Agbaje) təəssürat yaratmaq istəyən adam və Jagjit, məktəbdə ürəkkeçməsi olan yeniyetmə daxildir(Sanni Cill Dulay).Daq (Dilan Makdermott) adında gənc memarın mağazadan kənarda onun motosikileti ilə toqquşduğu gün onun həyatını dəyişdirən bir gün olur.Tilo onun yaralarına baxarkən onlar arasında yaranan qarşılıqlı romantik əlaqəni görməməyə çalışır.Onlar bir birinə toxunduqda və onlar arasında sevgi münasibətləri yarananda onun həyatı tamamilə dəyişir.

Amma Ədviyyat qəfildən hirsləndi və onu qısqandı və bu onun başqa müştəriləri ilə münasibətlərinin tutqunlaşmasına gətirib çıxardı.Harun qəzaya düşür, Qitanın ailə vəziyyəti yaxşılaşmır, Jagjit məktəbdə pis insanların əhatəsinə düşür və Kvesinin rəfiqəsi ilə əlaqəsi pozurlur. Daq gecə onu qarşılamağa gəlir və kədərlə ona əslən Amerikalı olan anasının öldüyünü deyir. Tilo bu bəlaların mənbəyinin onun qaydaları pozması ilə bağlı olduğunu etiraf edir.Birinci ana onun yanına gəlir ədviyyatlardan əlavə Daqı seçdiyi üçün Tilonu danlayır.

İstinadlar redaktə

  1. "MISTRESS OF SPICES" (ingilis). İstifadə tarixi: 19 noyabr, 2014.[ölü keçid]

Saytda 119 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024