Əlbəyaxa döyüş Haqqinda Melumat - Vikipedia

Əlbəyaxa döyüş Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Əlbəyaxa döyüş

Əlbəyaxa döyüş

Hərbi döyüşlər redaktə

Hərbi təkbətək döyüşün məqsədi ölümcül təhlükə altında ölaraq vuruşub sağ qalmaq, məğlub olanda isə rəqibə mümkün qədər çox zədə vurmaqdır. Müasir əsgərlər hərbi məktəblərdə əlbəyaxa, soyuqodlu silahla döyüşməyi öyrənirlər. Əsas tədris kursları:

  1. Operativ əlbəyaxa döyüş;
  2. Ordu bıçaq döyüşü;
  3. Süngü döyüşü;
  4. Tapança ilə əlbəyaxa döyüş. və s.

Hərbçilər yalnız xüsusi əməliyyatların keçirilməsi zamanı əlbəyaxa döyüş fəndləri tətbiq etmək hüququna malikdirlər. Digər hallarda döyüş fəndlərinin tətbiqi qadağan edilir və ardınca hərbçi hətta cinayət məsuliyyətinə cəlb oluna bilər.

İdman döyüşləri redaktə

Boks yarışından bir fraqment İdman döyüşlərinin məqsədi yüksək idman nailiyyətlərinə nail olmaqdır. İdman döyüşlərində travmatizmi minimallaşdırmaq məqsədilə daha sərt qaydalar və məhdudiyyətlər istifadə olunur. Həmçinin müxtəlif qoruyucu ləvazimatlar istifadə olunur (əlcəklər, boksda və karatedə kapalar, qılıncoynatmada dəbilqə, maskalar). İdman təkbətək döyüşlərinin əsas növləri — boks, qılıncoynatma (rapira, qılınc), sərbəst güləş, klassik güləş, sambo, kikboksinq və s).

Azərbaycan Boks Federasiyası 1924-cü ildə yaradılıb. 1926-cı ildə ilk dəfə olaraq boks üzrə Azərbaycan çempionatı keçirilib. 1926-cı ildə Azərbaycanın ən güclü boksçuları Zaqafqaziya çempionatında iştirak edib və qalib olublar. 1929-cu ildə Azərbaycan Türkiyə beynəlxalq görüşü keçirilmişdir. Azərbaycan Boks Federasiyası 1992-ci ildən AİBA və EABA-nın tam hüquqlu həqiqi üzvü olub. 2009-cu il yanvarın 23-də Azərbaycan Boks Federasiyasının hesabat-seçki konfransı keçirilmişdir. Kəmaləddin Heydərov yekdilliklə federasiyanın prezidenti seçilmişdir. Konfransda Ağacan Əbiyev federasiyanın I vitse-prezidenti, Süleyman Mikayılov və Rövşən Hüseynov isə vitse-prezident seçilmişlər.

Sambo güləşi ölkəmizin müxtəlif xalqlarının milli güləşlərindən götürülmüş fəndlərdən ibarətdir. Qazaxların "kures", azərbaycanlıların "güləş", gürcülərin "çidoba", taciklərin "güştingiri" güləşləri ilə sambo arasında oxşar cəhətlər çoxdur. "Sambo" sözü rusca "Самоoборона без оружия" (silahsız özünümüdafiə) sözlərinin ixtisarından düzəlmişdir. Sambonun fəndərini bilən adam nəinki bir, hətta bir neçə cinayətkarın öhdəsindən gələrək onların silahlarını əlindən almağı bacarar. Azərbaycan milli güləşinin tarixi çox qədimdir. Peşakar güləşçilər Sali Süleymanov, Rəşid Yusifov və başqalarının adı çoxlarına məlumdur.

Qarışıq üsullar ilə döyüş redaktə

"Qaydasız döyüş" Carnage at the Creek 6 "Qaydasız döyüş" Chuck Liddell vs. Rich Franklin UFC

Qarışıq üsullar ilə döyüşdə bir neçə müxtəlif əlbəyaxa döyüş növlərinin fqəndlərindəna istifadə etmək icazə verilir (boks, güləş, sambo, karate və s.). Burada məhdudiyyətlər var, lakin qaydalar minimuma endirilmişdir. Qarışıq üsullar ilə döyüşün ən sərbəst növü "aQaydasıza döyüş" Azərbaycanı ilk təmsil dən Bayramov Novruz Nazim oğludur. O Cüdo və SAMBO ilə profesional məşq edib. Əlbəyaxa döyüş novü üzrədə nailiyyəti olub.

Həmçinin bax redaktə

İstinadlar redaktə

Xarici keçidlər redaktə


Saytda 174 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024