Ərəb ölkələrində film Haqqinda Melumat - Vikipedia

Ərəb ölkələrində film Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Ərəb ölkələrində film

Ərəb dünyasında film sənayesinə maraq getdikcə böyüyürdü. Ərəb ölkələri içərisində film sənayesində üstünlük Misir ölkəsinə aiddir. Bütün ərəb filmlərinin dörddə üç hissəsi Misirdə istehsal olunur.

Tarixi inkişafi redaktə

Film industriyasında ən vacib hadisələrdən biri beynəlxalq və yerli film festivallarının keçirilməsidir. Ərəb dünyasının müxtəlif regionlarında tarix boyunca keçirilmiş və hal hazırda da keçirilən çoxsaylı film festivalları var [1].1976-cı ildən bəri Qahirə illik Qahirə Beynəlxalq film Festivalını keçirir və bu festival Film Produsserləri Assosiasiyasının Beynəlxalq Federasiyası tərəfindən akkreditə edilmişdir. Eyni zamanda bu cür festivallardan biri İsgəndəriyyə şəhərində də keçirilir [2]. 1908-ci ildən bəri Ərəb dilli ölkələrdə 4000-dən çox qısa və uzun metrajlı filmlər çəkilmiş və onlardan dörddə üç hissəsi Misir istehsallı filmlər idi.

Film festivalları redaktə

1987-ci ildə ilk Mogadishu Pan-African and Arab Film Symposium ( Mogpaafis ) keçirilmişdir, buraya bütün ərəb dünyası və şimali-şərq Afrikanın digər regionları ilə bərabər, Asiya və Avropadan da film istehsalçıları və ekspertləri toplaşmışdı [3].Digər festival isə Mərakeşdə keçirilən Mərakeş Beynəlxalq Film Festivalı da hər il keçirilir. 2000-ci ildə inagurasiyasından sonra bu festival Mərakeş kinosuna həsr edilmiş önəmli hadisələrdən biri olmuşdur [4]. Ən yaxşı Mərakeş, xarici və qısa filmlərin mükafatlandırılması üçün festivalın münsifləri yerində beynəlxalq yazıçılar, aktyorlar və şəxsiyyətlər toplaşır.. Digər beynəlxalq festival Birləşmiş Ərəb Əmirliyi, Dubayda keçirilən Dubay Beynəlxalq Film Festivalıdır [5]. 2004-cü ildə festival işinə başlamış və əsas məqsəd Ərəb dünyasında film istehsalının artmasını dəstəkləməkdir.Ərəb regionunda digər böyük festivallardan biri Abu Dabi Film Festivalıdır. 2007-ci ildə yaranaraq, hər il oktyabr ayında Abu Dabidə, BƏƏ, Mədəniyyət və İrs üçün Abu Dabi Təşkilatı tərəfindən keçirilir. Bu festivalın əsas məqsədi Ərəb dünyasında film istehsalının artmasını təşviq etməkdir.2009-cu ildə əsası qoyulmuş The Doha Tribeca Film Festival hər il 5 gün davam edərək, ərəb və beynəlxalq filmləri dəstəkləmək və Qatarda davamlı film sənayesini inkişaf etdirməyə yardım edir. 2010-cu ildə festival Qatarda 50,000 qonağı qəbul edərək, ölkədə ən böyük əyləncə hadisələrindən biri olmuşdur [6].

Misir Media İstehsalı Şəhəri redaktə

Misir uzun müddət ərəb dilli ölkələrdə müasir media istehsalının mərkəzi olmuşdur. Onun canlı musiqi, televiziya və film industriyası transmilli Ərəb media bazarında ənənəvi olaraq üstünlük təşkil edirdi.1990-cı illərin sonunda Misirdə və qalan ərəb dünyasında media istehsalı genişlənmişdi [7]. 1996-cı ildə regionda yayımlanan medianın başlanması məqsədilə gələcək rabitə peyklərinin fəaliyyəti üçün Nilesat əsası qoyulmuşdur. Növbəti il, Misir Radio və Televiziya Birliyi və İnformasiya Nazirliyi Nilesat tərəfindən yayımlanan televiziya kanalları üçün studialar verməklə media istehsalı üçün xüsusi zona yaratmağı təklif etmişdir.2000-ci ildə Nazirlik Misir Media İstehsalı Şəhərini yaranmasını təsdiq etmiş, onun da 48% Nazirliyə, 52% isə bank və əsasən də yerli özəl investorlara məxsus idi. Hazırda MMİŞ çap mediası üçün presslər,televiziya proqramları üçün studialar, media elmləri akademiyası, reklam xidmətləri və kino istehsalı kimi müxtəlif imkanları təklif edir.Bu şəhər Yaxın Şərqdə media industriyasını yaratmaq üçün ilk cəhdi təmsil edirdi. Beynəlxalq investorları cəlb etmək üçün o, azad zona kimi fəaliyyət göstərirdi.MMİŞ Kino Şəhəri Misir kinosunun istehsalında böyük rol oynayır. Onun rəhbərləri həmçinin regional və global istehsal studiaları cəlb etməyə çalışır. Birləşmiş Ştatlar və Hindistandan sonra üçüncü istehsal imkanlarına malik olaraq, MMİŞ beynəlxalq film istehsal evlərini cəlb etmək üçün mübarizə aparmışdır.Son 60 il ərzində Misirdə Qərb filmlərinin 36% orada ekranlaşmışdır. Digər başqa filmlər isə Mərakeş və Tunisdə ekranlaşmışdır.Bu gün Ərəb dünyasında ölkələr Hollivud, Bollivud və Avropadan kinofilm istehsallarını cəlb etmək üçün bir-biri ilə rəqabət aparır.

Orta Şərqdə film redaktə

Film sənayəsində önəmli yer tutan Birləşmiş Ərəb Əmirliyi dünyada media şirkətlərinin diqqətini qazanmışdır. Son 10 il ərzində orada yaradılmış media şəhərlərindən Dubay Media Şəhəri ilk media mərkəzi idi.2001-ci ildə yaradılaraq, TECOM İnvestorunun əsas media hissəsi olaraq, informasiya texnologiyaları və telekommunikasiya sektoruna yönəlmişdir. Dubay Media Şəhəri regionun media industriyasının mərkəzi olmağı məqsədilə yaradılmışdır.

İstinadlar redaktə

  1. "Arxivlənmiş surət". 2017-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-18.
  2. "Arxivlənmiş surət". 2017-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-18.
  3. "Arxivlənmiş surət". 2018-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-18.
  4. "Arxivlənmiş surət". 2014-06-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-18.
  5. "Arxivlənmiş surət". 2017-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-18.
  6. https://books.google.az/books?id=x-1fOcxHJ8oC&pg=PA50&lpg=PA50&dq=ARAP+F%C4%B0LM+HAKKINDA&source=bl&ots=DJTayne-Wl&sig=osnTu9mnn_QhlC6lTP_GBstL4Nw&hl=en&sa=X&redir_esc=y#v=onepage&q=ARAP%20F%C4%B0LM%20HAKKINDA&f=false
  7. "Arxivlənmiş surət". 2012-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-18.

Saytda 218 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024